Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-71/2024 05.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs müdafiəçisi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Daşkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli hökmü ilə AR CM-in 186.2.2-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və Salyan Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, hazırda məhkumluğu olan, Bərdə rayonu, Körpüsındıran kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Kələntərli qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə edərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və əldə edəcəkləri pul vəsaitini aralarında bölmək barədə tanışı, şəxsiyyəti istintaqla müəyyən edilməyən “Vəli” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə saat 16:37 radələrində Mingəçevir şəhəri, X10, ev 58A ünvanında yerləşən Zərərçəkmiş şəxs ASCnin Mingəçevir şəhər filialında özünü X4 təqaüdə çıxmış sabiq polis əməkdaşı kimi təqdim edib həqiqətə uyğun olmayan məlumatlar verərək kredit götürülməsi ilə bağlı müraciət edib şəxsiyyəti istintaqa məlum olmayan “Vəli” adlı şəxs tərəfindən istintaqa məlum olmayan tarixdə və yerdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun adından istifadə etmək məqsədilə saxtalaşdırılaraq qanunsuz hazırlanmış hüquq verən 027254 nömrəli saxta pensiya vəsiqəsini və "xxxx" ASC-nin Mingəçevir şəhər filialının adından axınlı printerdə çap edilmiş ştampı başqa sənəddən rəqəmsal qurğu vasitəsi ilə axınlı çap üsulu ilə çap olunaraq hazırlanan ödəniş kartı üzrə hüquq verən rəsmi sənəd hesab olunan saxta ödəniş kartı üzrə çıxarışı saxta olduğunu bilə-bilə istehlak krediti əldə etmək adı ilə Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialına təqdim edib istifadə edərək həmin tarixli “əsas kredit limiti razılaşması”na əsasən xeyli miqdarda, yəni 10.000 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2–ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 2023-cü il iyul ayının əvvəlində Gəncə şəhərindən Bərdə rayonuna getmək üçün avto-vağzalda gümüşü rəngli Mersedes markalı taksi kimi fəaliyyət göstərən avtomobilə minmişdir. Sürücü təxminən 35-40 yaşlarında uca boylu şəxs olmuşdur. Həmin şəxs özünü ona ilk öncə “Həsən” kimi təqdim etmiş, lakin sonradan həmin şəxsin adının “Fuad” olduğunu öyrənmişdir. Fuadla söhbət zamanı maddi durumunun yaxşı olmadığını və pula ehtiyacı olduğunu, lakin heç vaxt rəsmi iş yeri olmadığından, həmçinin uzun müddət həbsdə olduğundan adına bankdan kreditə pul götürə bilmədiyini demişdir. Həmin şəxs bankdan kreditə pul götürməkdə ona köməklik göstərə biləcəyini demişdir. O, yenidən heç bir yerdə işləmədiyini, rəsmi gəlirinin olmadığını, həmçinin pensiya almadığını, bu səbəbdən bankın ona necə kreditə pul verə biləcəyini soruşmuşdur. Fuad bankdan kreditə pul götürmək üçün lazım olacaq bütün sənədləri “Vəli” adlı şəxs vasitəsilə hazırladacağını, heç bir problem olmayacağını ona demişdir. O da pula ehtiyacı olduğu üçün razılaşmış və onun ***-***-**-** mobil nömrəsini həmin şəxs öz mobil telefonunda qeyd etmiş, lakin həmin şəxs öz mobil nömrəsini ona deməmişdir. Fuad onun şəxsiyyət vəsiqəsinin şəklini öz mobil telefonu ilə çəkmiş, sənədləri hazır etdikdən sonra onunla əlaqə saxlayacağını demişdir. xx.xx.2023-cü il tarixdə tanımadığı mobil nömrədən ona zəng gəlmiş, həmin şəxs ona demişdir ki, “bankdan kreditə pul götürmək üçün bütün sənədlər hazırdır, sabah səhər Yevlax rayonunda yerləşən Yevlax döngəsi adlı yerə gəl". O, səhər işi olduğunu, nahardan sonra gələ biləcəyini həmin şəxsə demiş və onlar razılaşmışlar. xx.xx.2023-cü il tarixdə o, həmin yerə getmiş, Fuad həmin yerdə onu gözləmiş və onlar birlikdə yola düşmüşlər. O, həmin şəxsdən hara getdiklərini soruşduqda həmin şəxs ona demişdir ki, “Mingəçevir şəhərində yerləşən Bank Respublikanın filialına gedirik”. Onlar ilk öncə bankın yaxınlığında yerləşən çayxanaya getmişlər. Həmin şəxs ona demişdir ki, “sənədləri bura gətirəcəklər”. Bir az sonra iki nəfər şəxs həmin Fuad adlı şəxsə yaxınlaşmış, onlar bir az kənarda söhbət etməyə başlamışlar. Həmin iki nəfərdən biri uca boylu, üzü saqqallı olan adını “Vəli” deyə çağırdıqları şəxs “Həsən” deyə bildiyi, lakin adı “Fuad” olan şəxsə sənədlər vermişdir. Həmin iki nəfər şəxs çayxanada qalmış, ancaq Fuadla o, banka yollanmışlar. Bankın qarşısında Fuad ona üzərində Kapital Bank sözləri yazılmış ödəniş kartı üzrə çıxarış və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu yazılmış 027254 nömrəli vəsiqə vermişdir. Vəsiqəyə görə guya o, uzun illər X11 xidmət etmiş və yüksək məbləğdə təqaüd alır. Vəsiqənin içində onun soyad, ad, ata adı və doğum tarixi qeyd olunmuşdur. Guya o, DİN-nin HQXRŞİD şöbəsindən 2018-ci ildə təqaüdə çıxmış və aylıq ona 890,14 manat pensiya təyin edilmişdir. Ödəniş kartı üzrə çıxarışda isə guya onun 416974******6732 nömrəli Maestro Pension kartından 6 aylıq həyata keçirdiyi əməliyyatlar qeyd olunmuşdur. O, həmin sənədlərin saxta olduğunu dərhal anlamış və Fuaddan soruşduqda Fuad da ona həmin sənədləri “Vəli” vasitəsilə hazırlatdığını bildirmişdir. Fuad ona bankdan saxta sənədlərlə 10 min manat pul vəsaiti ələ keçirəcəklərini, lakin həmin 10 min manatdan 4 min manatı saxta sənədləri onun üçün hazırlatdığını görə “Vəli” adlı şəxsə verməli olduğunu bildirmişdir. O da razılaşmışdır. Çünki həmin vaxt ona pul lazım olmuş və hansı yolla olursa olsun, pul əldə etmək istəmişdir. Həmin pulu qaytarmaq kimi bir niyyəti olmamışdır, lakin Fuad ona demişdir ki, Vəli heç olmasa bankın duyuq düşməməsi üçün ilk 2-3 ay banka aylıq ödəniş etməli olduğunu tapşırdı. Bundan sonra Fuad ona demişdir ki, banka gir Aygün adlı qadına yaxınlaş və Eyvaz müəllimin tanışı olduğunu de, o, Aygünü niyə Vəfa kimi yadında saxlamışdır bilmir. O da bu işdən narahat olduğunu, banka tək girməkdən çəkindiyini Fuada demişdir. Çünki bankın sənədlərin saxta olduğunu anlayacağından qorxmuşdur. Fuad məcbur olub onunla birlikdə banka daxil olmuş, sıra nömrəsi götürmüşlər. Fuad ilə birlikdə Aygün adlı işçiyə yaxınlaşmışlar. O, kreditə bankdan pul götürmək istədiyini, təqaüdə çıxmış polis əməkdaşı olduğunu, aylıq pensiya aldığını bank işçisinə bildirmişdir. Aygün adlı bank işçisi onun verdiyi saxta sənədlərə baxış keçirmiş və həmin sənədlərin saxta olduğunu anlamamışdır. Aygün xanım nə qədər pul götürmək istədiyini ondan soruşduqda o, 10000 manat istədiyini, həmin pulla mal-qara alqı-satqı işi ilə məşğul olacağını bildirmişdir. Kreditin 36 ay olmaqla hər ay 345.62 ödəmək şərti ilə müqavilə imzalamışdır. Bank əməkdaşı pensiya vəsiqəsinin surətini çıxartmış, əslini isə Fuad götürmüş, Kapital Bank-dan ödəniş kartı üzrə çıxarışı isə bank işçisi götürüb biraz gözləməsini ona bildirmişdir. Onlar biraz gözləmiş, sonra Aygün xanım ona sənəd vermiş və kassaya yaxınlaşıb pulu götürə biləcəyini bildirmişdir. O, kassadan komissiya haqqı çıxılmaqla 9900 manat pul almış, həmin pul vəsaitindən 4.000 manatı əvvəlcədən razılaşdıqları kimi “Vəli” adı ilə bildiyi ona saxta sənədləri hazırlayan şəxsə çatdırması üçün Fuada vermişdir. Ondan sonra o, oğlunun bankın girişində olduğunu görmüş və oğlu ilə birlikdə Bərdəyə qayıtmışdır. Fuad isə Mingəçevirdə ilk dəfə banka gələndə getdikləri mərkəzdə yerləşən çayxanaya getmişdir. Yuxarıda qeyd etdiyi kimi onun heç vaxt pensiya debet kartı və vəsiqəsi olmamışdır. Fuad kimi tanıdığı şəxsin adının “Vəli” olduğunu bildirdiyi şəxs vasitəsilə hazırlatdığı vəsiqə və sənədlərin saxta olduğunu və həmin sənədlər vasitəsilə pul ələ keçirdiyini başa düşür. Pula ehtiyacı olduğu üçün bu işə əl atmışdır. Əməlindən peşmandır. 10.000 manat pulu ehtiyacı olduğu üçün ələ keçirmiş, yəni məbləğ böyük olduğu üçün qaytarmaq niyyəti olmamışdır. Hətta həmin pulun 4.000 manatını ona saxta sənədi hazırlayana çatdırılması üçün vermişdir. Saxta sənədlərdən istifadə etdiyini də dərk edir. Ələ keçirdiyi pulu saxta sənədi hazırlayanla aralarında böləcəklərinə dair razılaşmışdır. Lakin qeyd olunan məbləğ çox olsa da, məcbur olub həmin 4.000 manatı saxta sənədləri ona sifariş verib hazırlatdığı müqabilində Vəliyə verməsi üçün Fuada vermişdir. 5.900 manat da onda qalmışdır. Bankın tez zamanda duyuq düşməməsi üçün “Vəli” ələ keçirdikləri pul vəsaitinə görə heç olmasa ilk 2-3 ay banka aylıq pul ödəməyi tapşırmışdır. Banka indiyə qədər Vəlinin dediyi kimi ilk 2-3 ay pul ödəmişdir. Bundan başqa heç bir ödəniş etməmişdir. Pulun bir hissəsi ilə borclarını qaytarmış, qalanını isə oğlunun şəxsi tələbatları üçün istifadə etmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi kimi mahiyyəti üzrə bildirmək istəyir ki, 2023-cü ilin iyul ayının ortalarından Respublika üzrə Bank Respublikanın filiallarından verilən istehlak kreditləri ilə əlaqədar kredit əldə edən şəxsin təqdim etdiyi sənədlərin həqiqiliyini yoxlamışlar. Qeyd edilən tarixdə Bank Respublikanın Mingəçevir şəhərindəki filialında verilən istehlak kreditləri ilə əlaqədar həmin filialda araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən cinayət işi üzrə Təqsirləndirilən şəxs 9.900 manat məbləğində istehlak krediti verilmiş, həmin şəxsin təqdim etdiyi ödəniş kartı üzrə çıxarışlar Kapital Bankın nümayəndəsi ilə dəqiqləşdirmələr zamanı öz təsdiqini tapmamışdır. Belə ki, həmin şəxs üçün Kapital Bankdan bu formada çıxarış verilməməsi məlum olmuşdur. Bundan sonra onlara aydın olmuşdur ki, adı qeyd edilən şəxsin Bank Respublikanın Mingəçevir filialına təqdim etdiyi Kapital Bank ASC-dən əldə edildiyi bildirilən çıxarışlar saxtalaşdırılmış sənədlərdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-yə dəymiş ziyanı ödəməmişdir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs qanunda müəyyən olunmuş cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2009-cu ildən müxtəlif banklarda çalışmışdır. xx.xx.2021-ci il tarixdən Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir filialınında kredit mütəxəssisi vəzifəsində işləyir. Əsas vəzifəsi istehlak kreditlərinin verilməsindən ibarətdir. Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir filialında biznes kreditləri üzrə mütəxəssis işləyən Eyvaz müəllim istehlak krediti ilə maraqlanan müştəri olduğunu, həmin müştərini ona yönləndirəcəyini bildirmişdir. O da Eyvazla razılaşmış, çünki biznes krediti istəyən müştəri olduqda, o da Eyvaz müəllimə müştəri yönləndirirmişdir. Hər dəfə müştəriyə kredit verdikdə onlara bank tərəfindən bonus olaraq əlavə qazanc hesablanır. 12 iyul 2023-cü il tarixdə bir nəfər ona yaxınlaşaraq kredit götürmək istədiyini, Eyvaz müəllimin tanışı olduğunu bildirmiş, o da həmin şəxsə əyləşməsini və yaxınlaşacağını bildirmişdir. Həmin şəxs onun əyləşdiyi masaya yaxınlaşdığı zaman ona üzərində Kapital Bank sözləri yazılmış ödəniş kartı üzrə çıxarış və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu yazılmış 027254 nömrəli vəsiqə təqdim etmişdir. Şəxsiyyət vəsiqəsini ona göstərərək 10.000 manat məbləğində pul vəsaiti kredit götürmək istədiyini, təqaüddə olan polis əməkdaşı olduğunu bildirmişdir. O da Eyvaz müəllimin adını eşitdikdə həmin şəxsə “hə xəbərim var, bilirəm” demişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsində adı Təqsirləndirilən şəxs kimi qeyd olunmuşdur. Həmin şəxsin yanında Fuad adlı şəxs də olmuşdur. Sevindik Fuadı ona övladının kirvəsi kimi təqdim etmişdir. Sevindik sənədləri təqdim etdikdən sonra o, həmin sənədlərə baxış keçirmiş, baxış keçirdikdən sonra bankın baş ofisinə sənədləri skan edərək göndərmişdir. Çıxarışa və vəsiqəyə adi gözlə baxan zaman hər hansı saxtalıq əlaməti müşahidə olunmamışdır. Bankda onlar müştərini çox gözlətmirlər. Sənədləri topladıqdan sonra baş ofisə göndərir və baş ofisdən cavab gəldikdən sonra müştərini kredit götürməsi üçün kassaya yönləndirirlər. Baş ofisdən az bir müddət ərzində cavab gəldikdən sonra o, həmin Sevindik adlı müştərini və Fuad adlı yanındakı şəxsi kassaya yönləndirmişdir. Bir müddət sonra bankın rəhbərliyindən Sevindikdən götürüb baş ofisə yönləndirdiyi sənədlərin saxta olduğunu öyrənmişdir. Həmin sənədlərin saxta olmasından məlumatı olmamışdır. Sənədlərin saxta olmasını baş ofisə göndərdikdən sonra baş ofis belə sənədlərin saxta olduğunu ilk baxışda aşkar etməmişdir. Lakin sonradan həmin sənədlərin saxta olması müəyyən edilmişdir. İndiyə qədər olan müddətdə də Sevindik adlı şəxsi tanımamış, sadəcə müştəri kimi həmin şəxsə kredit vermiş, həmin şəxsin belə əməlini bildiyi təqdirdə işlədiyi bankın nüfüzuna xələl gəlməməsi üçün heç vaxt buna imkan verməzmişdir. Sevindik götürdüyü kredit müqabilində banka noyabr və dekabr ayı istisna olmaqla, bütün ödənişləri vaxtında ödəmişdir. Vəfa adlı əməkdaşları yoxdur, masasının üzərində adı yazılmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, Şahid1 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmadığı üçün bankdan kredit götürmək istəmişdir. Lakin bundan əvvəl bankdan götürdüyü krediti geri ödəyə bilmədiyi üçün artıq bank ona kredit verməkdən imtina etmişdir. Ona görə maddi vəziyyətini düzəltmək və münasib əmək haqqısı olan iş axtarmışdır. 2023-cü ilin aprel ayının axırı Gəncə şəhərinin avto-vağzalına gündəlik icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olduğu “Mercedes” markalı minik avtomobili ilə daxil olmuşdur. Avtovağzala çatmamış yolun üstündə bir nəfər əl edib onun maşınına minmək istəmişdir. O da maşınını saxlayıb həmin şəxsi maşına mindirmişdir. Həmin şəxsdən hara getdiyini soruşduqda həmin şəxs ona Bakı şəhərinə getmək istədiyini bildirmişdir. Həmin şəxs arıq uzun, saqqallı, qara saçlı, təxminən 35-40 yaşlı cavan oğlan olmuşdur. Həmin şəxs əlində 2-3 ədəd mobil telefon saxlamış və həmin telefonlara dayanmadan zəng gəlmişdir. Telefonda qarşı tərəflərlə ancaq kredit götürmə söhbətləri etmiş, “götürdünüzmü, kredit nə yerdə qaldı, girdinizmi içəri və s” kimi ifadələr işlətmişdir. Həmin şəxsdən adını soruşduqda adını ona “Vəli” deyə bildirmişdir. O, Vəli adlı həmin şəxsə Bakıya aparacağını söz verə bilməyəcəyini, əgər Gəncənin avto-vağzalında daha əlavə müştəri taparsa, həmin şəxsi Bakıya aparacağını, əks təqdirdə Yevlaxda düşürəcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşmışdır. Həmin şəxsin tez-tez telefonda kredit söhbətləri etdiyini gördükdən sonra o, həmin şəxsdən bank işçisi olub-olmamasını soruşmuşdur. Vəli ona “elə bir şey”-dir deyə cavab vermişdir. Vəli səbəbini soruşduqda o, kredit götürmək istədiyini, pula ehtiyacı olduğunu bildirmişdir. Vəli narahat olmamağı, ona kredit təşkil edə biləcəyini bildirmişdir. O, Vəliyə heç bir yerdə işləmədiyini bildirdikdə, yenə həmin Vəli adlı şəxs heç nədən narahat olmamağı ona bildirmişdir. O, Vəlidən krediti necə təşkil edəcəyini soruşmamışdır. Çünki həmin vaxt ona pul lazım olmuş və necə yolla olursa-olsun kredit götürüb pul əldə etmək istəmişdir. Həmin şəxs ondan şəxsiyyət vəsiqəsini istəmiş, o da həmin şəxsə vəsiqəsini vermişdir. Vəli onun vəsiqəsinin hər iki üzünün şəklini çəkdikdən sonra vəsiqəni ona qaytarmış, “sabah saat 11-ə kimi sənə xəbər edəcəm, dediyim yerdə olarsan” demişdir. Həmin Vəli adlı şəxs ona 50 manat təklif edib Bakıya aparmağını ondan istəmiş, o, pul qane etmədiyi üçün həmin şəxsi Yevlaxda avtovağzalı keçdikdən sonra düşürmüşdür. Səhərisi gün ona tanımadığı bir nömrədən Whatsapp sosial şəbəkəsi vasitəsilə zəng gəlmiş, həmin şəxs özünün Vəli olduğunu, onun adına bankda gecikmə olduğunu bildirərək kredit təşkil etməyin mümkün olmadığını bildirmişdir. O, Vəliyə atasının adına kredit götürməyin mümkün olub-olmamasını soruşmuşdur. Lakin Vəli onun atasının yaşının 65-dən yuxarı olduğu üçün atasının adına da kredit təşkil etməkdən imtina etmişdir. Sonra həmin şəxs ona “yaxın adamların, tanışların olsa, onlara təşkil edə bilərəm” deyə bildirmişdir. Bunun qarşılığında hər Vəliyə tapdığı müştəridən Vəli ona pul vəsaiti verəcəkmiş. O da Vəli ilə razılaşmışdır. Bir müddət keçdikdən sonra Bayraməli adlı şəxs ona zəng edərək atası Sevindikə kredit təşkil etməyi ondan istəmişdir. Söz düşəndə, o, Bayraməliyə Vəli adlı şəxsin insanlara kredit təşkil etdiyini demiş, ancaq hansı yollarla təşkil etdiyini deməmişdir. O, Vəliyə zəng edərək Sevindik adlı şəxsə kredit təşkil etməyə köməklik etməyi xahiş etmişdir. Vəli problem olmadığını təşkil edəcəyini, səhərisi gün həmin şəxsləri Mingəçevirdə güllü park ərazisinə gətirməyini ondan istəmişdir. O da həmin Sevindik, Bayraməli, yanlarında adını bilmədiyi şəxsi Vəlinin dediyi yerə öz “mersedes” markalı minik avtomobili ilə gətirmişdir. Həmin gün qeyd etdiyi yerdə Vəlinin yanında bir nəfər şəxs də olmuşdur. Həmin şəxs arıq, Vəlidən boyca balaca, saçı və saqqalı çox olan, 25-30 yaşlarında cavan oğlan olmuşdur. Görüşdükləri yerin çayxanasında Sevindik ilə həmin şəxs çay içmiş, 3 saata yaxın bir müddətdə söhbət etmişlər, ondan sonra Vəli “pul hazırdı gedib götürə bilərsiniz” demişdir. Sevindikin oğlu Bayraməli və adını bilmədiyi Sevindik ilə gələn şəxs onun avtomobilində Bank Respublika ASC-yə yola düşmüşlər. Sevindik özü Vəligilin maşınında banka gəlmiş və ilk olaraq Vəligil banka çatmışlar. O, banka çatdıqda Vəli və yanındakı oğlan bankdan aralıda durub gözləmiş, o, Sevindiklə birlikdə banka daxil olmuşdur. Bankda Sevindikə 3-5 dəqiqə ərzində bir neçə sənədə imza çəkdirdikdən sonra pulun hazır olduğunu bildirmişlər. O və Sevindik kassaya yaxınlaşmış Sevindik kassadan 9.900 manat məbləğində pul götürmüşdür. Sevindikin əlində qırmızı rəngli sənəd və ağ rəngli iki ədəd kağız olmuşdur. Həmin sənədlər vasitəsilə pulu götürdüyünü Sevindik ona bildirmişdir. O, həmin sənədin nə olduğunu Sevindikdən soruşduqda pensiya sənədi olduğunu Sevindik ona bildirmişdir. O, Sevindikə pensiya almadığı təqdirdə necə bankdan pul götürdüyünü soruşan zaman Sevindik ona onu “özümüz bilərik” deyə cavab vermişdir. Bankdan qeyd etdiyi məbləğdə pul vəsaitini götürdükdən sonra Sevindik Vəliyə yaxınlaşmış, Vəli ilə söhbət etdikdən sonra Vəliyə məbləğini bilmədiyi miqdarda pul vəsaiti vermişdir. Ondan sonra Sevindik onunla birlikdə Bərdəyə qayıtmışdır. Həmin hadisədən bir həftə sonra yenə Vəli ona zəng edərək yeni müştərinin olub-olmadığını ondan soruşmuş, o da Vəliyə müştərinin olmadığını bildirmişdir. Yenə bir həftə sonra Vəli ona zəng edərək müştərinin olub-olmadığını ondan soruşmuş, o da yenə Vəliyə “yox” cavabı vermişdir. Vəli ona “Sevindik səndən fərasətli çıxdı” deyərək telefonu söndürmüşdür. O, Vəlidən niyə görə elə birşey dediyini soruşmaq üçün yenidən zəng etdikdə Vəli onun telefonlarını açmamışdır. Ondan sonra o, Vəli ilə əlaqə saxlamamış, nə də Vəli ona zəng etmişdir. “Sevindikin Vəli vasitəsilə banka təqdim etdikləri sənədlərin saxta olması nə zaman sizə məlum oldu?” sualına cavab olaraq bildirmişdir ki, “Sevindik bankdan pulu alıb çıxandan sonra ona məlum olmuşdur, çünki Sevindikin pensiya almadığını bilmişdir”. “Sevindiklə birlikdə banka daxil olmaqda məqsədiniz nə idi?” sualına cavab olaraq bildirmişdir ki, “Sevindikin krediti necə götürdüyünü bilmək üçün daxil olmuşdur. Çünki Sevindikin hansı yolla kredit götürdüyü ona maraqlı olmuşdur, o da həmin ərəfələrdə kredit götürmək istəmişdir”. “Saxta sənədləri Sevindikə kim təqdim etmişdir?” sualına cavab olaraq bildirmişdir ki, “həmin sənədləri bankın qabağında Sevindikə Vəli vermişdir”. “Sevindikin sənədlərin saxta olmasından məlumatı var idimi?” sualına cavab olaraq bildirmişdir ki, “bəli, xəbəri olmaması mümkün olmazmış, çünki Sevindik pensiya almamışdır”. “Bundan əvvəl də Vəli adlı şəxs başqa şəxslərə kredit düzəltməkdə köməklik etmişdirmi?” sualına cavab olaraq bildirmişdir ki, “bəli etmişdi, söz düşəndə də özü demişdir ki, bu işlə məşğuldur”. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspert rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan hesab haqqında məlumat, Komitənin qərarı, Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir filialı ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 12 iyul 2023-cü il tarixli əsas kredit limiti razılaşması və kassa məxaric orderindən görünür ki, bank Təqsirləndirilən şəxs illik 15.5 faiz dərəcəsi ilə 36 ay müddətinə 99 manat komissiya tutulmaqla 9900 manat məbləğində kredit vermişdir. Cinayət işinin materiallarında olan "xxxx" ASC-nin Mingəçevir şəhər filialı tərəfindən Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, təqdim edilən məlumatlar, kart üzrə çıxarış saxtadır və "xxxx" ASC-nin Mingəçevir şəhər filialı tərəfindən təqdim edilməyib. Cinayət işinin materiallarında olan sənədlərin texniki ekspertizasının 17 avqust 2023-cü il tarixli 5/1161 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs Hidayet oğlunun adına yazılmış Ödəniş kartı üzrə çıxarışın mətni axınlı çap qurğusunda (printerdə) çap edilmişdir. Ödəniş kartı üzrə çıxarışda olan imzalar bir başa qələmlə icra olunmuşdurlar. Həmin sənəddə olan ştamp əksinin təsviri başqa sənəddən rəqəmsal qurğu (skaner, fotoaparat, çoxaldıcı qurğu) vasitəsilə köçürülərək axınlı çap üsulu ilə çap olunmuşdur. Ödəniş kartı üzrə çıxarışda hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir. Cinayət işinin materiallarında olan iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC tərəfindən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 30 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, məktuba əlavə edilmiş 1 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs istehlak krediti əldə etmək üçün "xxxx" ASC-nin Mingəçevir filialında yerləşən bankın kassasına yaxınlaşır. Kassada əyləşən bank işçisinə sənəd təqdim etdikdən sonra kassada əyləşən bank işçisi pul vəsaitlərini sayaraq Təqsirləndirilən şəxs təqdim edir. Həmin zaman Təqsirləndirilən şəxs yanında Şahid1 da dayanıb olanları müşahidə edir. Təqsirləndirilən şəxs bank işçisindən pul vəsaitini aldıqdan sonra kassadan uzaqlaşır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda pensiyaçı kimi qeydiyyatda deyildir və ona bugünədək hər hansı növ əmək pensiyası ödənilməmişdir. Cinayət işinin materiallarında olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işinə hissəvi xitam verilməsi haqqında 20 yanvar 2024cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrindən həmin Məcəllənin 320.1, 320.2, 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, saxta sənədlərin Təqsirləndirilən şəxs tərəfindən hazırlanması istintaq tərəfindən təsdiqini tapmadığından ********* nömrəli cinayət işi üzrə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Şahid2, X9 və X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci və 178-ci maddələri ilə cinayət təqibinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, şəxsiyyəti istintaqla müəyyən edilməyən “Vəli” adlı şəxslə, Şahid1 əməlinə hüquqi qiymət verilməsi üçün hazırki cinayət işindən material ayrılaraq DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi qərara alınmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialına təqdim etdiyi, məhkəmə-sənədlərin texniki ekspertizasının rəyi ilə saxta olması müəyyən edilmiş 02 vərəq ödəniş kartı üzrə çıxarış, Zərərçəkmiş şəxs ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs bankın kassasından pul vəsaitini əldə etməsi ilə bağlı kamera görüntüsünün əks olunduğu 1 ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və qeyd olunanlar cinayət işi materiallarına əlavə olunmuş, Zərərçəkmiş şəxs ASC-dən daxil olmuş müraciətdə Təqsirləndirilən şəxs başqa, adları qeyd olunan X3, X8, X13, X5, X6 da saxta sənədləri Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialına kredit almaq məqsədilə təqdim edərək saxta sənədlərdən istifadə etmələri faktları ilə bağlı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində ayrıca cinayət işlərinin istintaqının aparılması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-43/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Salyan Rayon Məhkəməsinin 7(057)-108/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 X21 münasibəti ilə amnistiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılaraq cəzası 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və cəzası xx.xx.2023-cü il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 09 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən bilə-bilə hüquq verən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun adından istifadə etmək məqsədilə saxtalaşdırılaraq qanunsuz hazırlanmış 027254 nömrəli saxta pensiya vəsiqəsini və "xxxx" ASC-nin Mingəçevir şəhər filialının adından axınlı printerdə çap edilmiş ştampı başqa sənəddən rəqəmsal qurğu vasitəsi ilə axınlı çap üsulu ilə çap olunaraq hazırlanan ödəniş kartı üzrə hüquq verən rəsmi sənəd hesab olunan saxta ödəniş kartı üzrə çıxarışı saxta olduğunu bilə-bilə istehlak krediti əldə etmək adı ilə Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialına təqdim edib istifadə edərək tamah niyyəti ilə tanışı şəxsiyyəti istintaqla müəyyən edilməyən “Vəli” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, aralarında olan razılaşmaya əsasən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin etibarından sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə edərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və əldə edəcəkləri pul vəsaitini aralarında bölmək barədə tanışı, şəxsiyyəti istintaqla müəyyən edilməyən “Vəli” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə saat 16:37 radələrində Mingəçevir şəhəri, X10, ev 58A ünvanında yerləşən Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialında özünü X4 təqaüdə çıxmış sabiq polis əməkdaşı kimi təqdim edib həqiqətə uyğun olmayan məlumatlar verərək kredit götürülməsi ilə bağlı müraciət edib şəxsiyyəti istintaqa məlum olmayan “Vəli” adlı şəxs tərəfindən istintaqa məlum olmayan tarixdə və yerdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun adından istifadə etmək məqsədilə saxtalaşdırılaraq qanunsuz hazırlanmış hüquq verən 027254 nömrəli saxta pensiya vəsiqəsini və "xxxx" ASC-nin Mingəçevir şəhər filialının adından axınlı printerdə çap edilmiş ştampı başqa sənəddən rəqəmsal qurğu vasitəsi ilə axınlı çap üsulu ilə çap olunaraq hazırlanan ödəniş kartı üzrə hüquq verən rəsmi sənəd hesab olunan saxta ödəniş kartı üzrə çıxarışı saxta olduğunu bilə-bilə istehlak krediti əldə etmək adı ilə Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialına təqdim edib istifadə edərək həmin tarixli “əsas kredit limiti razılaşması”na əsasən xeyli miqdarda, yəni 10.000 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etiraf etməsi ilə yanaşı, tədqiq edilmiş digər təkzibedilməz sübutlara əsasən onun niyyəti, zərərçəkmiş hüquqi şəxsin etibarından sui-istifadə etmək yolu ilə özünün şəxsi ehtiyaclarını ödəmək məqsədi ilə hüquqverən saxta sənəddən istifadə etmək yolu ilə zərərçəkmiş hüquqi şəxsin əmlakını ələ keçirib onu aldatmaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxsin zərərçəkmiş hüquqi şəxsin əmlakını ələ keçirmək niyyəti onun qabaqcadan əlbir olan bir qrup şəxs halında müxtəlif üsullarla aldatması ilə eyni vaxtda yaranmışdır. Belə ki, təqsirləndirilən şəxs qaytarmaq niyyəti olmadan zərərçəkmiş hüquqi şəxsi aldadaraq kredit götürmüş, lakin həmin krediti öz şəxsi ehtiyaclarını təmin etməklə dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da, təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsi əlverişsiz vəziyyətə salmaqla, onun etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə pul vəsaitini ələ keçirərək zərərçəkmiş hüquqi şəxsə maddi ziyan vurmaqla dələduzluq niyyətini gerçəkləşdirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1–ci, 178.2.4-cü və 320.2-ci maddələrində nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1–ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” cinayət olmaqla, idarəetmə qaydası əleyhinə olan və bilə–bilə saxta sənədlərdən istifadə etmədə ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Bərdə İHB-nın Kələntərli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli hökmü ilə AR CM-in 186.2.2-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 9 (doqquz) gün qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətdiyinə görə o, Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edilir, ona görə də CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə münasibətdə onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə münasibətdə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən CMnin 320.2-ci maddəsinə münasibətdə cinayətin tamah məqsədilə törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 320.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş cəzaları qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə zərərçəkmiş hüquqi şəxsə maddi ziyan vurulması, habelə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlinə görə zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, bununla bağlı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC tərəfindən cinayət mühakimə icraaatı zamanı mülki iddia verilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialına təqdim etdiyi, məhkəmə-sənədlərin texniki ekspertizasının rəyi ilə saxta olması müəyyən edilmiş 02 vərəq ödəniş kartı üzrə çıxarış, Zərərçəkmiş şəxs ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs bankın kassasından pul vəsaitini əldə etməsi ilə bağlı kamera görüntüsünün əks olunduğu 1 ədəd diskin cinayət işi materiallarına əlavə olunması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 80 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 178.2.1, 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 320.2–ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialına təqdim etdiyi, məhkəmə-sənədlərin texniki ekspertizasının rəyi ilə saxta olması müəyyən edilmiş 02 vərəq ödəniş kartı üzrə çıxarış, Zərərçəkmiş şəxs ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs bankın kassasından pul vəsaitini əldə etməsi ilə bağlı kamera görüntüsünün əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-71/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-71/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver