Məhkəmə qərarları › İş №1(051)-72/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-72/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-72/2021 08.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Ermənistan, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Mingəçevir şəhəri, Ə.Vahid küçəsi ev 4, mənzil 20-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X14 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X14 oğlu yüksəklikdə rəngsaz kimi işləməyə hüquq verən sertifikatı təlim keçərək əldə edə biləcəyini bildiyi halda, belə təlim kemədən xx.xx.2019-cu il tarixdə istintaqa məlum olmayan şəxsdən 250 manata aldığı yüksəklikdə işləməyə hüquq verən, üzərindəki möhür və imza əksləri qrafik proqram təminatından istifadə edilməklə birbaşa axınlı printer vasitəsilə çap edilərək saxtalaşdırılmış üstündə «xxxx İNTERNATİONALLY ACCREDİTED TRAİNİNG PROVİDER, This is to certify that HUSEYNOV NATİQ of SFV Group has attended and successfully completed Sənaye Alpinizmi (Dərəcə 1) Rope Access (Level 1) training based on international standards provided by xxxx LLC Commencement date:xx.xx.2019 Duration of Training:5 days Examiners/İnstructors Name: RAhmadov X9: İE-xxxx131 Test Date:xx.xx.2019 Certificate No:C19/xxxx5517 Expiry date:xx.xx.2022 Authorised by: A. Malikov» sözləri yazılmış və rəsmi sənəd hesab olunan sertifikatın saxta olduğunu bilə-bilə «xxxx» MMC-də rəngsaz kimi işə qəbul olunmaq məqsədilə «xxxx» MMC-nin direktoru Şahid2 təqdim edib “xxxx” MMC-də işə qəbul olunmağa nail olaraq bilə-bilə saxta sənəddən istifadə etmişdir. Təqsirləndirilən şəxs X14 oğlu məhkəmə iclasında ona Azərbaycan Respublikası CMnin 320.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayında X6 Stansiyasında “xxxx” MMC-nin qalib olduğu tenderdə işləmişdir. O, Kənan Adıgözəlov və Şahid1 ilə birlikdə X6 Stansiyasında 2019-cu ilin sentyabr ayınadək işləmişlər. Həmin dövrdə Şahid1 və Kənan Adıgözəlov onunla birlikdə işləmişlər. Onlar stansiyanın ərazisində 40 metr hündürlüyündə olan elektrik dirəklərini boyamışlar. Həmin dövrdə də hündürlükdə işlədikləri üçün onlara sertifikat lazım olmuşdur. Stansiyada iş zamanı bir nəfər alpinist yıxılaraq ölmüşdür. Bundan sonra “xxxx” MMC onlara sertifikat verilməsi üçün ilkin olaraq “xxxx” MMC-yə müraciət etmişdir. Bundan sonra “xxxx” MMC-nin təlimçisi olan X10 şəhərində onlara iki günlük təlim keçmişdir. Təlim bitdikdən sonra onlara “xxxx” MMC tərəfindən möhürlə təsdiq edilmiş sertifikat verilmişdir. Həmin sertifikat onlara xx.xx.2019-cu il tarixdə verilmişdir. Həmin sertifikata görə “xxxx” MMC tərəfindən əmək haqqlarından 240 manat pul kəsilmiş və həmin pul “xxxx” MMC-nin balansına köçürülmüşdür. Həmin vaxtlar X6 Stansiyasında Cəmil adlı şəxs işləmişdir. Cəmil “xxxx” MMC-də alpinist işləmişdir. Cəmil bildiyi qədər Bakı şəhərində yaşayır. Lakin o, Cəmilin dəqiq soyadı və atasının adını, yaşadığı ünvanı bilmir. Cəmil ona, Kənan Adıgözəlova və Şahid1 Bakı şəhərində yeni layihələr olacağını, lakin həmin layihələri keçirən şirkətlərin “xxxx” MMC tərəfindən verilmiş sertifikatlara üstünlük verdiklərini bildirmişdir. Bundan sonra onlar işsiz qalmamaq üçün “xxxx” MMC-nin sertifikatını almaq qərarına gəlmişlər. Buna görə onlar 2019-cu ilin oktyabr ayının ortalarında Cəmilə sertifikat almaq üçün X6 Stansiyasının həyətində hər birisi üçün 250 manat olmaqla ümumilikdə 750 manat pul vermişlər. Lakin onlara sertifikatla bağlı heç kim təlim keçməmişdir. Cəmil pulu verdikdən təxminən 3-4 gün sonra Cəmil ona, Kənan Adıgözəlova və Şahid1 “xxxx” MMC-nin sertifikatlarını vermişdir. Bundan sonra Stansiyada işlər bitmişdir. 2020ci ilin yay ayılarında onlara “xxxx” MMC-dən yeni iş təklifi gəlmişdir. O, Şahid1 və Kənan Adıgözəlov Cəmilin onlara verdiyi sertifikatları “xxxx” MMC-yə təqdim etmiş və orada işləməyə başlamışlar. Bundan başqa o, verilən suallara cavab olaraq sertifikat alınması üçün təlim keçmək lazım olduğunu bilməsinə baxmayaraq Cəmil adlı şəxsə inamının yaranması səbəbindən təlim keçmədən Cəmilin verdiyi sertifikatı aldığını, Şahid2 özündə olan “xxxx” MMC və saxta olduğunu bilmədiyi “xxxx” MMC tərəfindən verilmiş sertifikatların hər ikisini təqdim etdiyini, Camal adlı şəxsin onlardan “xxxx” MMC-yə məxsus sertifikatı aldığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Şahid1 Əliyar oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayında X6 Stansiyasında “xxxx” MMC-nin qalib olduğu tenderdə işləmişdir. O, Natiq Hüseynov və Kənan Adıgözəlov ilə birlikdə işləmişdir. Onlar stansiyanın ərazisində 40 metr hündürlüyündə olan elektrik dirəklərini boyamışlar. Həmin dövrdə də hündürlükdə işlədikləri üçün onlara sertifikat lazım olmuşdur. Stansiyada iş zamanı bir nəfər alpinist yıxılaraq ölmüşdür. Bundan sonra “xxxx” MMC onlara sertifikat verilməsi üçün ilkin olaraq “xxxx” MMC-yə müraciət etmişdir. Bundan sonra “xxxx” MMC-nin təlimçisi olan X10 şəhərində onlara iki günlük təlim keçmişdir. Təlim bitdikdən sonra onlara “xxxx” MMC tərəfindən möhürlə təsdiq edilmiş sertifikat verilmişdir. Həmin sertifikat onlara xx.xx.2019-cu il tarixdə verilmişdir. Həmin sertifikata görə “xxxx” MMC tərəfindən əmək haqqlarından 240 manat pul kəsilmiş və həmin pul “xxxx” MMCnin balansına köçürülmüşdür. Həmin vaxtlar X6 Stansiyasında Cəmil adlı şəxs işləmişdir. Cəmil “xxxx” MMC-də alpinist işləmişdir. Cəmil bildiyi qədər Bakı şəhərində yaşayır. Lakin o, Cəmilin dəqiq soyadı və atasının adını, yaşadığı ünvanı bilmir. Cəmil ona, Kənan Adıgözəlova və Natiq Hüseynova Bakı şəhərində yeni layihələr olacağını, lakin həmin layihələri keçirən şirkətlərin “xxxx” MMC tərəfindən verilmiş sertifikatlara üstünlük verdiklərini bildirmişdir. Bundan sonra onlar işsiz qalmamaq üçün “xxxx” MMC-nin sertifikatını almaq qərarına gəlmişlər. Buna görə onlar 2019-cu ilin oktyabr ayının ortalarında Cəmilə sertifikat almaq üçün X6 Stansiyasının həyətində hər birisi üçün 250 manat olmaqla ümumilikdə 750 manat pul vermişlər. Lakin onlara sertifikatla bağlı heç kim təlim keçməmişdir. Cəmil pulu verdikdən təxminən 3-4 gün sonra Cəmil ona, Kənan Adıgözəlova və Natiq Hüseynova “xxxx” MMC-nin sertifikatlarını vermişdir. Bundan sonra Stansiyada işlər bitmişdir. 2020-ci ilin yay ayılarında onlara “xxxx” MMC-dən yeni iş təklifi gəlmişdir. O, Natiq Hüseynov və Kənan Adıgözəlov Cəmilin onlara verdiyi sertifikatları “xxxx” MMC-yə təqdim etmiş və orada işləməyə başlamışlar. Bundan başqa o, verilən suallara cavab olaraq sertifikat alınması üçün təlim keçmək lazım olduğunu bilməsinə baxmayaraq Cəmil adlı şəxsə inamının yaranması səbəbindən təlim keçmədən Cəmilin verdiyi sertifikatı aldığını, Şahid2 özündə olan “xxxx” MMC və saxta olduğunu bilmədiyi “xxxx” MMC tərəfindən verilmiş sertifikatların hər ikisini təqdim etdiyini, Camal adlı şəxsin onlardan “xxxx” MMC-yə məxsus sertifikatı aldığını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, hazırda “xxxx” MMC-nin direktorudur və həmin MMC-ni özü təsis etmişdir. “xxxx” MMC 2005-ci ildə təsis edilmişdir. MMC-nin fəaliyyəti təmir və tikinti işlərindən ibarətdir. Onlar Mingəçevir şəhər İcra Hakimiyyətinin elan etdiyi tenderlər əsasında fəaliyyət göstərirlər. MMC-nin fəaliyyəti zamanı yüksəklikdə təmir və tikinti işlərini aparmaq lazım olduğu üçün o, yüksəklikdə işləmək üçün sertifikatı olan şəxsləri müvəqqəti işə cəlb edirmiş. Kənan Adıgözəlov, Natiq Hüseynov və Şahid1 o onları işə qəbul etməmişdən əvvəl bir neçə dəfə onun yanına gələrək yüksəklikdə işləməklə bağlı sertifikatları olduğunu, əgər işçi lazım olarsa, onlara məlumat verməyini demişlər. O, həmin şəxslərlə razılaşmış və həmin şəxslərin mobil telefon nömrələrini götürmüşdür. 2020-ci ilin iyul ayında Mingəçevir şəhər İcra Hakimiyyətinin elan etdiyi tenderdə “xxxx” MMC qalib gəlmişdir. Həmin tenderin şərtlərinə görə “xxxx” MMC Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən binalarda təmir işləri aparmalı olmuşdur. O bu səbəbdən Kənan Adıgözəlov, Natiq Hüseynov və Şahid1la əlaqə saxlayaraq onları müvəqqəti işə dəvət etmişdir. Kənan Adıgözəlov, Natiq Hüseynov və Şahid1 onun yanına gələrkən ona “xxxx” MMC tərəfindən verilmiş sertifikatları təqdim etmişlər. O həmin sertifikatlara baxmış, lakin sertifikatların saxta olduğunu anlamamışdır. O, Kənan Adıgözəlov, Natiq Hüseynov və Şahid1 üç ay müddətinə müvəqqəti işə götürmüşdür. Onun işçilərindən birinin yüksəklikdən yıxılması nəticəsində Mingəçevir şəhər Prokurorluğunda başlanılmış araşdırma zamanı o, Kənan Adıgözəlov, Natiq Hüseynov və Şahid1 ona təqdim etdikləri sertifikatların saxta olduğunu bilmişdir. O bu barədə Kənan Adıgözəlov, Natiq Hüseynov və Şahid1 soruşduqda həmin şəxslər ona əlavə “xxxx” MMC tərəfindən verilmiş sertifikatları da olduğunu bildirmişlər. Bundan başqa o, verilən suallara cavab olaraq Natiq Hüseynov, Kənan Adıgözəlov və Şahid1 işə qəbul olunmaq üçün müraciət edən ona yalnız “xxxx” MMC tərəfindən verilmiş sertifikatları təqdim etdiklərini, həmin şəxslərin ona “xxxx” MMC-nin sertifikatlarını təqdim etmədiklərini, ona yalnız saxta sertifikatları təqdim etdiklərini, həmin şəxslərin “xxxx” MMC tərəfindən verilmiş sertifikatlarının olduğunu Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılan zaman bildiyini bildirmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, X4, X12 və Şahid1 Əliyar oğlunun sertifikatları Şahid2 götürülmüşdür. İşdə olan Məhkəmə-sənədlərin texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 5/114 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X4, X12 və Şahid1 Əliyar oğlunun adlarına verilmiş “Sənaye Alpinizmi” adlı sertifikatların üzərlərindəki möhür əksi hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdirlər. - tədqiqata təqdim edilmiş X4, X12 və Şahid1 Əliyar oğlunun adlarına verilmiş “Sənaye Alpinizmi” adlı sertifikatların üzərlərində olan “Training Consulting Service xxxx” məzmunlu möhür əksi, eksperimental nümunə qismində təqdim edilmiş “ACCREDİTED LEARNİNG SERVİCES xxxx” məzmunlu eksperimental əks nümunəsi ilə eynilik təşkil etmirlər.- tədqiqata təqdim edilmiş X4, X12 və Şahid1 Əliyar oğlunun adlarına verilmiş “Sənaye Alpinizmi” adlı sertifikatların üzərlərindəki imza hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edilmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəyini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Cinayət işi materiallarında olan maddi sübut kimi tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X14 oğlundan aşkar edilərək götürülmüş 1 ədəd setifikat maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan DİN BƏSİİ-nin xx.xx.2021-ci tarixli tələbnaməsindən görünür ki, X12 məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş 14 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X14 oğlu ünvan 3 ünvanında yaşadığı müddət ərzində qonşular və dostlar arasında hörmət qazanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 056977 nömrəli vəsiqənin surətindən görünür ki, X12 ümumi səbəbdən 3-cü qrup əlildir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə sadalanan sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalanan sübutlara qiymət verərək müəyyən etmişdir ki, X14 oğlu yüksəklikdə rəngsaz kimi işləməyə hüquq verən sertifikatı təlim keçərək əldə edə biləcəyini bildiyi halda, belə təlim kemədən xx.xx.2019-cu il tarixdə istintaqa məlum olmayan şəxsdən 250 manata aldığı yüksəklikdə işləməyə hüquq verən, üzərindəki möhür və imza əksləri qrafik proqram təminatından istifadə edilməklə birbaşa axınlı printer vasitəsilə çap edilərək saxtalaşdırılmış üstündə «xxxx İNTERNATİONALLY ACCREDİTED TRAİNİNG PROVİDER, This is to certify that HUSEYNOV NATİQ of SFV Group has attended and successfully completed Sənaye Alpinizmi (Dərəcə 1) Rope Access (Level 1) training based on international standards provided by xxxx LLC Commencement date:xx.xx.2019 Duration of Training:5 days Examiners/İnstructors Name: RAhmadov X9: İE-xxxx131 Test Date:xx.xx.2019 Certificate No:C19/xxxx5517 Expiry date:xx.xx.2022 Authorised by: A. Malikov» sözləri yazılmış və rəsmi sənəd hesab olunan sertifikatın saxta olduğunu bilə-bilə «xxxx» MMC-də rəngsaz kimi işə qəbul olunmaq məqsədilə «xxxx» MMC-nin direktoru Şahid2 təqdim edib “xxxx” MMC-də işə qəbul olunmağa nail olaraq bilə-bilə saxta sənəddən istifadə etmişdir. Təqsirləndirilən şəxs X7 özünü təqsirli bilməyərək sertifikatı alarkən və ondan istifadə edərkən saxta olduğunu bilməməsinə dair verdiyi ifadə özünümüdafiə xarakteri daşıyır, şahid ifadələri, maddi sübut, ekspertiza rəyi və işdə olan digər sübutlarla təkzib edilir. Belə ki, təqsirləndirilən şəxs Natiq Hüseynovun özünün ifadəsindən, həmçinin, şahidlərin ifadələrindən görünür ki, o, ilkin olaraq 2019-cu ilin sentyabr ayında iki günlük təlim keçirildikdən sonra “xxxx” MMC tərəfindən möhürlə təsdiq edilmiş sertifikat əldə etmiş və həmin sertifikata görə “xxxx” MMC tərəfindən əmək haqqından 240 manat pul tutularaq “xxxx” MMC-nin balansına köçürülmüşdür. Lakin o, 2019-cu ilin oktyabr ayının ortalarında Cəmil adlı şəxsə 250 manat pulu nağd şəkildə verdikdən sonra heç bir təlim keçilmədən saxta sertifikat əldə etmişdir ki, bu da Natiq Hüseynovun qeyd olunan sertifikatı əldə edib ondan istifadə edən zaman onun saxta olmasını bildiyini göstərir. Məhkəmə təqsirləndirilən şəxsin yaşayış yerində müsbət xarakterizə olunmasını və 3cü qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, əməli törətmiş şəxsin cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən icra edilməlidir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 1 ədəd sertifikat məhv edilməlidir. İş üzrə 61 manat, 52 qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : X14 oğlu Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. X14 oğlu cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 1 ədəd sertifikat məhv edilsin. İş üzrə 61 (altmış bir) manat, 52 (əlli iki) qəpik məbləğdə ekspertiza xərci X5 tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 (altmış) manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar