Məhkəmə qərarları › İş №1(051)-72/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-72/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-72/2023 06.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi-Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi1 və zərəçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Mingəçevir şəhəri, M.ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4a yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM–in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin iyun ayından həmin ilin avqust ayınadək olan müddət ərzində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aralarında əvvəlcədən aparılmış razılaşmaya əsasən, o, hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir su anbarında yerləşən balıqçılıq təsərrüfatının yerləşdiyi 1-ci dənizkənarı çimərliyin sahilində pusquda dayanmış, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs3 isə birlikdə çalışdıqları "xxxx" MMC-nin balıq saxlanılması üçün nəzərdə tutulmuş qəfəslərinin mühafizəsi üçün ayrılmış mühafizə kateri vasitəsilə su hövzəsinin Zərərçəkmiş şəxs MMC-yə məxsus «balıqçılıq təsərrüfatının» yerləşdiyi sahəyə keçib, Zərərçəkmiş şəxs MMC-nin həmin təsərrüfatda quraşdırdığı qəfəslərdə nərə cinsli dişi balıqları saxladığı və yetişdirdiyi 17 saylı və istintaqa dəqiq məlum olmayan digər qəfəslərə, quşlardan qorunması üçün onların (qəfəslərin) üst hissəsinə çəkilmiş balıqçı torlarını açıb və çay daşlarını torun üzərinə atıb, toru qəfəslərin dibinə çökdürməklə və bununla da balıqların suyun üzərinə çıxmasını təmin etməklə, qəfəslərə qanunsuz daxil olaraq, 1 kiloqramının dəyəri 76 manat olmaqla 40 kiloqramının dəyəri 3.040 (üç min qırx) manat olan nərə, 1 kiloqramın dəyəri 65 manat olmaqla 110 kiloqramının dəyəri 7.150 (yeddi min yüz əlli) manat olan cökə və 1 kiloqramının dəyəri 38 manat olmaqla 600 kiloqramının dəyəri 22.800 (iyirmi iki min səkkiz yüz) manat olmaqla bölgə növündən olan balıqları çıxarıb, təsərrüfata daxil olduqları katerə yüklədikdən sonra 1-ci dənizkənarı çimərliyini sahilə daşıyaraq gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 32.990 (otuz iki min doqquz yüz doxsan) manat dəyərində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin iyun ayından həmin ilin avqust ayınadək olan müddət ərzində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aralarında əvvəlcədən aparılmış razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 hüquqi şəxs “Azerbaijan Fish Farm” MMC-nin Mingəçevir su anbarında yerləşən balıqçılıq təsərrüfatının yerləşdiyi 1-ci dənizkənarı çimərliyin sahilində pusquda dayanmış, o və Təqsirləndirilən şəxs3 isə birlikdə çalışdıqları "xxxx" MMC-nin balıq saxlanılması üçün nəzərdə tutulmuş qəfəslərinin mühafizəsi üçün ayrılmış mühafizə kateri vasitəsilə su hövzəsinin Zərərçəkmiş şəxs MMC-yə məxsus «balıqçılıq təsərrüfatının» yerləşdiyi sahəyə keçib, Zərərçəkmiş şəxs MMC-nin həmin təsərrüfatda quraşdırdığı qəfəslərdə nərə cinsli dişi balıqları saxladığı və yetişdirdiyi 17 saylı və istintaqa dəqiq məlum olmayan digər qəfəslərə, quşlardan qorunması üçün onların (qəfəslərin) üst hissəsinə çəkilmiş balıqçı torlarını açıb və çay daşlarını torun üzərinə atıb, toru qəfəslərin dibinə çökdürməklə və bununla da balıqların suyun üzərinə çıxmasını təmin etməklə, qəfəslərə qanunsuz daxil olaraq, 1 kiloqramının dəyəri 76 manat olmaqla 40 kiloqramının dəyəri 3.040 (üç min qırx) manat olan nərə, 1 kiloqramın dəyəri 65 manat olmaqla 110 kiloqramının dəyəri 7.150 (yeddi min yüz əlli) manat olan cökə və 1 kiloqramının dəyəri 38 manat olmaqla 600 kiloqramının dəyəri 22.800 (iyirmi iki min səkkiz yüz) manat olmaqla bölgə növündən olan balıqları çıxarıb, təsərrüfata daxil olduqları katerə yüklədikdən sonra 1-ci dənizkənarı çimərliyinin sahilinə daşıyaraq gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 32.990 (otuz iki min doqquz yüz doxsan) manat dəyərində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin iyun ayından həmin ilin avqust ayınadək olan müddət ərzində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aralarında əvvəlcədən aparılmış razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 hüquqi şəxs “Azerbaijan Fish Farm” MMC-nin Mingəçevir su anbarında yerləşən balıqçılıq təsərrüfatının yerləşdiyi 1-ci dənizkənarı çimərliyin sahilində pusquda dayanmış, o və Təqsirləndirilən şəxs2 isə birlikdə çalışdıqları "xxxx" MMC-nin balıq saxlanılması üçün nəzərdə tutulmuş qəfəslərinin mühafizəsi üçün ayrılmış mühafizə kateri vasitəsilə su hövzəsinin Zərərçəkmiş şəxs MMC-yə məxsus «balıqçılıq təsərrüfatının» yerləşdiyi sahəyə keçib, Zərərçəkmiş şəxs MMC-nin həmin təsərrüfatda quraşdırdığı qəfəslərdə nərə cinsli dişi balıqları saxladığı və yetişdirdiyi 17 saylı və istintaqa dəqiq məlum olmayan digər qəfəslərə, quşlardan qorunması üçün onların (qəfəslərin) üst hissəsinə çəkilmiş balıqçı torlarını açıb və çay daşlarını torun üzərinə atıb, toru qəfəslərin dibinə çökdürməklə və bununla da balıqların suyun üzərinə çıxmasını təmin etməklə, qəfəslərə qanunsuz daxil olaraq, 1 kiloqramının dəyəri 76 manat olmaqla 40 kiloqramının dəyəri 3.040 (üç min qırx) manat olan nərə, 1 kiloqramın dəyəri 65 manat olmaqla 110 kiloqramının dəyəri 7.150 (yeddi min yüz əlli) manat olan cökə və 1 kiloqramının dəyəri 38 manat olmaqla 600 kiloqramının dəyəri 22.800 (iyirmi iki min səkkiz yüz) manat olmaqla bölgə növündən olan balıqları çıxarıb, təsərrüfata daxil olduqları katerə yüklədikdən sonra 1-ci dənizkənarı çimərliyinin sahilinə daşıyaraq gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 32.990 (otuz iki min doqquz yüz doxsan) manat dəyərində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 44 günlük Vətən Müharibəsinin iştirakçısı və veteranıdır. Döyüşlərdə iştirakına görə «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilmişdir. 2021-ci ilin fevral ayında "xxxx" MMC-nin Yevlax rayonu, Varvara kəndində olan balıq zovodunda işə başlamışdır. 2021-ci ilin avqust ayından etibarən isə şirkətin Mingəçevir su anbarında yerləşən balıqçılıq təsərrüfatında mühafizəçi kimi işləmişdir. İşlədiyi müddətdə barəsində heç bir intizam tənbehi tətbiq edilməmiş, nümunəvi işçilərdən biri olmuşdur. Mühafizəçi kimi vəzifəsi, xidməti ərazi həm su hövzəsindən, həm də quru ərazidən ibarət olduğuna görə su anbarında quraşdırıbmış balıq qəfəslərinə və eyni zamanda quru ərazidə olan avadanlıqlara nəzarət etməkdir. Saat 17:00-da işə gedir və səhər 08:00-da işdən çıxır. Bir gün istirahətdən sonra növbəti gün saat 17:00-da yenidən işdə olurlar. Şirkətdə mühafizəçilərlə bərabər balıqların yenilənməsində çalışan işçilər də vardır ki, onlar səhər 08:00-dan 17:00-dək işdə olmuşdurlar. Axşam saat 17:00-dan sonra isə mühafizəçilər iş fəaliyyətinə cəlb olunurlar. Şirkətdə mühafizə 2 növbədə təşkil edilmişdir. Bir növbədə o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə xidmətdə olmuşdur. Digər növbədə isə Orxan, Ramin və Rəşad olmuşdurlar. Növbədə olan zaman aralarındakı bölgüyə görə bir nəfər quru ərazidə mühafizəni həyata keçirmiş, qalan iki nəfər isə su hövzəsində mühafizə üçün ayrılmış katerlə mühafizəni həyata keçirmişlər. Kimin quruda, kimin su hövzəsində xidmət aparmasını özləri qərarlaşdırmışdırlar. Belə ki, növbə ərzində rəhbərlik tərəfindən onlara 20 litr benzin verilirmiş ki, həmin benzinlə də ərazi böyük olduğundan maksimum 4 dəfə ərazini dolanaraq nəzarət etmək olurmuş. Kateri isə D-47 qəfəsinin yaxınlığında saxlayırmışlar ki, həmin yerin yaxınlığından keçən balıqçılar ərazinin nəzarətsiz olduğunu görərək ora daxil olmasınlar. Ərazinin böyüklüyünü nəzərə alaraq onların dayandığı yerdən bütün ərazinin nəzarət altında saxlanılması mümkün olmamışdır. O və növbə yoldaşları işlədikləri müddətdə heç bir oğurluq hadisəsi aşkarlamamışdırlar. Lakin bildiyi qədəri ilə digər növbə ərazidə yad insanlar aşkar etdiklərindən onlara mükafat verilmişdir. Çalışdığı şirkət onlara aylıq verməli olduğu maaşı vaxtlı-vaxtında verməyərək yubatmışdır. Buna görə də onun borcu artdığından maddi vəziyyəti getdikcə pisləşmişdir. Ona görə də 2022-ci ilin iyun ayında növbədə olan zaman o, Nahid və Elaminə maddi vəziyətlərinin pis olması ilə bağlı söhbət edən zaman işlədikləri şirkətlə qonşu olan Zərərçəkmiş şəxs MMC-nin ərazisində balıq qəfəslərində olan balıqları qəfəslərdən oğurlayaraq satmaq qərarına gəlmişdirlər. Bunun üçün quru sahədən daş parçaları toplayaraq onları qəfəslərin üzərində yırtıcı quşlardan balıqları qoruyan torlara bağlayaraq qəfəslərə atmaqla balıqları ovlamaq barədə razılaşmışdırlar. Daş parçalarını topladıqdan sonra su hövzəsinin mühafizəsi üçün ayrılmış katerlə sağ tərəfdə olan onlara aid sahədən keçərək Zərərçəkmiş şəxs MMC-nin su hövzəsində şirkətə məxsus sol tərəfdə yerləşən balıqçılıq təsərrüfatının olduğu qəfəslərin istiqamətinə yaxınlaşmışlar. Həmin vaxt o, kənardan kiminsə gələcəyi halda xəbər vermək üçün "xxxx" MMC-yə məxsus quru sahədə dayanmış, Nahid və Elamin isə balıqları ovlamaq üçün katerlə Zərərçəkmiş şəxs MMC-nin balıq qəfəslərinin yerləşdiyi əraziyə getmişlər. Nahid və Elamin əvvəlcə qəfəslərin üst hissəsinə bağlanmış balıq torlarını açmış, sonra isə özləri ilə gətirdikləri daş parçalarını ip vasitəsilə torun ətrafına bağlamışd, daha sonra balıq torunu qəfəsə daxil etmişdirlər. Təxminən 20-30 dəqiqədən sonra toru yığmış və tora düşmüş balıqları gəldikləri katerə boşaltmışdırlar. Daha sonra tora bağladıqları daşları açaraq torları əvvəlki şəkildə qəfəsin üst hissəsinə bağlamışdırlar. Balıqları katerə yüklədikdən sonra Elamin və Nahid kateri "xxxx" MMC-yə məxsus quru sahəyə aparmışdırlar. Belə ki, danışıqlarına görə o, həmin balıqları 1-ci dənizkənarı çimərlikdə dayanmış Şahid5 təhvil verməli olmuşdur. Belə ki, Səbuhinin özü həmin balıq şirkətində əvvəllər çalışmış və onun balıq alveri ilə məşğul olduğunu bilmişdir. O, Səbuhinin istifadəsindəki mobil telefon nömrəsinə “Whatsap” proqramı vasitəsilə zəng edərək özündə nərə balıqlarının olduğunu və onların kiloqramını 12 manata satdığını demişdir. Lakin həmin balıqların oğurluq olduğunu Səbuhiyə deməmişdir. Belə ki, Səbuhiyə işlədiyi şirkətin onlara maaş vermədiyini və şirkətin rəhbərliyinin razılığı ilə balıqları çıxarıb sataraq, əmək haqqı əvəzinə satışdan əldə olunan pulu özlərinə götürmək barədə razılıq verdiyini demişdir. Təxminən 1 saat sonra Səbuhi ona zəng edərək qabaqcadan razılaşdıqları kimi su anbarının 1-ci dənizkənarı çimərliyində körpünün yaxınlığında onu gözlədiyini demişdir. Nahid və Elaminə zavodun ərazisində olmalarını demiş və özü katerlə 1-ci dənizkənarı çimərliyə keçmiş və orada balıqları Səbuhiyə vermişdir. Hər dəfə Səbuhi tərəzi vasitəsilə balıqları çəkmiş və balığın pulunu ertəsi gün verəcəyini demişdir. Balığın çəkisi xatırladığı qədəri ilə 100-105 kiloqram olmuş və onun içalatını da təmiz çəkidən çıxdıqdan sonra yerdə 85 kiloqram balığın pulunu verməsi barədə razılaşmışdır. Səbuhi səhəri gün Mingəçevir şəhəri ərazisində ona ümumilikdə 1020 manat pul vermişdir. O da hər birinə 340 manat olmaqla pulu Nahid və Elaminə də vermişdir. Bu oğurluqdan təxminən 10-15 gün sonra yenidən üçü əvvəlki ardıcıllıqla eyni qəfəsdən nərə balıqlarını oğurladıqdan sonra Səbuhiyə zəng edərək balıqları buxtanın ərazisindən gəlib götürə biləcəyini demişdir. Səbuhi gəldikdən sonra yenə də eyni yerdə 1ci dənizkənarı çimərlikdə balıqları Səbuhiyə təhvil vermişdir. Xatırladığı qədəri ilə həmin vaxt Səbuhiyə 120 kiloqram balıq satmışdır. Onun da təxminən 20-30 kiloqramını balıqların iç orqanlarının çəkisi kimi çıxmış və balığın təmiz çəkisinin 120 kiloqramın pulunu səhəri gün Səbuhi ilə şəhər ərazisində görüşərək ondan almışdır. Səbuhi həmin vaxt ona təxminən 1290 manat pul vermişdir. Həmin pulu da üç nəfər arasında hər birinə 430 manat olmaqla bölmüşdürlər. Növbəti dəfələrdə də eyni qayda üzrə balıq qəfəslərindən oğurluq etmişdirlər. Ümumilikdə, iyun ayından sonuncu dəfə avqust ayının əvvələrinə qədər olan müddətdə 5 dəfə balıq qəfəslərindən nərə balıqlarını oğurlayaraq Səbuhiyə satmışdırlar ki, həmin balıqları da 3 fərqli qəfəslərdən oğurlamışlar. 2022-ci ilin iyul ayında iki dəfə oğurluq etmişdirlər, lakin onların dəqiq vaxtını xatırlamır. Hər dəfə oğurladıqları balıqları Səbuhiyə zəng edərək gəlib almasını demişdir. Səbuhi də yenə eyni qaydada tərəzidə balıqları çəkib pulunu hesablayaraq ona vermişdir. İyul ayında 2 dəfə hər birində 125 kiloqram təmiz balıq əti çəkisində balıq satmışdırlar və Səbuhi buna görə ona 2 dəfə 1500 manat pul vermişdir. İç orqanları ilə birlikdə balıqların təxmini çəkisi iki dəfəsdində də təxminən 150 kiloqram olmuşdur. Həmin pulları da iki dəfə 500 manat olmaqla üçünün arasında bölmüşdürlər. Sonuncu dəfə də 2022-ci ilin avqust ayının təxminən 7-8-də qəfəslərdən balıq oğurlayaraq Səbuhiyə satmışdır. Satış zamanı Səbuhi 150 kiloqram təmiz balıq ətinə görə ona 1.800 manat pul vermiş, o da həmin pulu 600 manat olmaqla aralarında bölmüşdür. İç orqanları ilə birlikdə isə balığın çəkisi təxminən 200 kiloqram olmuşdur. Hər dəfə də Səbuhiyə balıqların "xxxx" MMC-yə məxsus olduğunu və MMC-nin rəhbərliyinin razılığı ilə verilməyən əmək haqqı əvəzinə çıxarıb satdığını demişdir. Ona görə də Səbuhi onlardan bir neçə dəfə balıq alsa da, həmin balıqların oğurluq olduğunu bilməmiş, həmçinin Səbuhi onlarla birlikdə "xxxx" MMC-nin ərazisindən balıq oğurlanmasında iştirak etməmişdir. Həmin vaxtdan bir müddət sonra isə avqust ayının ortalarında işlədiyi şirkətə məxsus zavodda keçirilən iclasla əlaqədar həmin iclasa dəvət olunmuşdurlar. Həmin vaxt şirkət rəhbərliyi ilə bərabər şəhər polis şöbəsinin əməkdaşları da orada olmuşdur. Oğurluq haqqında məlumat verilərək polis şöbəsinə gətirilmişdirlər. Zərərçəkmiş şəxs MMC-yə məxsus oğurluq yolu ilə əldə etdikləri nərə cinsindən olan balıqları hansı şəkildə FHN-nin nəzarət buraxılış məntəqəsindən keçirmələri və həmin balıqların oğurlanması ilə bağlı olaraq FHN-nin əməkdaşlarının, o cümlədən həmin hərbi hissənin rəisi və ya rəis müavini vəzifəsində çalışan qardaşı Baxşalı Məmmədlinin hər hansı bir məlumatı olmamışdır. Hazırda Zərərçəkmiş şəxs MMCyə dəymiş ziyan tam ödənilmişdir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2019-cu ildən etibarən "xxxx" MMC-nin balıq təsərrüfatlarında mühafizəçi kimi işləyir. İşlədiyi müddətdə barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Mühafizəçi kimi vəzifəsi xidməti ərazi həm su hövzəsindən, həm də quru ərazidən ibarət olduğuna görə su anbarında quraşdırılmış balıq qəfəslərinə və eyni zamanda quru ərazidə olan avadanlıqlara nəzarət etməkdir. Hər gün saat 17:00-da işə gedir və səhər 08:00-da işdən çıxır. Bir gün istirahətdən sonra növbəti gün saat 17:00da yenidən işdə olurmuş. Şirkətdə mühafizəçilərlə bərabər balıqların yenilənməsində çalışan işçilər də vardır ki, onlar səhər 08:00-dan 17:00-dək işdə olurlar. Axşam saat 17:00-dan sonra isə mühafizəçilər iş fəaliyyətinə cəlb olunurlar. Şirkətdə mühafizə 2 növbədə təşkil edilimişdir. Bir növbədə o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə xidmətdə olmuşdurlar. Digər növbədə isə Orxan, Ramin və Rəşad növbədə olmuşdurlar. Mühafizənin rəisi isə Nurməmməddir. Növbədə olan zaman aralarındakı bölgüyə görə bir nəfər quru ərazidə mühafizəni həyata keçirmiş, qalan iki nəfər isə su hövzəsində mühafizə üçün ayrılmış katerlə mühafızəni həyata keçirmişdir. Kimin quruda, kimin su hövzəsində xidmət aparmasını özləri qərarlaşdırmışdırlar. Belə ki, növbə ərzində rəhbərlik tərəfindən onlara 20 litr benzin verilirmiş ki, həmin benzinlə də ərazi böyük olduğundan maksimum 4 dəfə ərazini dolanaraq nəzarət etmək olurmuş. Əvvəllər isə 2 katerlə nəzarət edirmişlər. Kateri isə D-47 qəfəsinin yaxınlığında saxlayırmışlar ki, həmin yerin yaxınlığından keçən balıqçılar ərazinin nəzarətsiz olduğunu görərək ora daxil olmasınlar. Ərazinin böyüklüyünü və havanın qaranlıq olmasını nəzərə alaraq dayandıqları yerdən bütün ərazinin nəzarət altında saxlanılması mümkün deyildir. O və növbə yoldaşları işlədikləri müddətdə heç bir oğurluq hadisəsi aşkarlamamışdırlar. Lakin bildiyi qədər ilə digər növbə ərazidə yad insanlar aşkar etdiklərindən onlara mükafat verilmişdir. Çalışdıqları şirkət onlara aylıq verməli olduğu maaşı vaxtlı-vaxtında verməyək yubatmışdır. Ona görə də 2022-ci ilin iyun ayında növbədə olan zaman o, Nahid və Xaliq maddi vəziyətlərinin pis olması ilə bağlı söhbət edən zaman üçü işlədikləri şirkətlə qonşu olan Zərərçəkmiş şəxs MMC-nin ərazisində balıq qəfəslərində olan balıqları qəfəslərdən oğurluq edərək onları satmaq qərarına gəlmişdirlər. Orada razılaşmalarına görə Xaliq ərazinin mühafizəsi üçün kənarda dayanmışdır. O və Elamin mühafizə üçün ayrılmış katerlə xidməti ərazidən keçərək Zərərçəkmiş şəxs MMC-yə məxsus sonuncu sıralarda yerləşən qəfəslərinə yaxınlaşmışdırlar. Qəfəslərə baxmışdırlar və daha iri balıqlar olan qəfəsi seçmişdirlər. Sonra həmin qəfəsin üst hissəsində olan balıqları yırtıcı quşlardan qoruyan toru qəfəsdən açaraq qəfəsin içərisinə buraxmışdırlar. Təxminən 10-15 dəqiqə gözləyərək torları dartaraq torda olan balıqları katerə yığmışdırlar. Kateri suyun kənarına sürmüşdürlər. Həmin vaxt Xaliq də oraya gəlmiş və oğurladıqları balıqları Səbuhiyə satması üçün Xaliq kateri sürərək balıq qəfəslərindən kənarda yerləşən çimərliyin ərazisinə getmişdir. Belə ki, onlar balıqları tanışları balıq satışı ilə məşğul olan Şahid5 satmaq barədə aralarında razılaşmışdırlar. Həmin vaxt balıqların dəqiq çəkisini bilməmişdir. Lakin balıqların təxminən çəkisi 150-200 kiloqram olmuşdur. Həmin günün ertəsi həmin balığın satışından ona 340 manat pul çatmışdır. Həmçinin onlar balığın kiloqramını 12 manatdan Səbuhiyə satmaq barədə razılaşmışdırlar. Bundan bir müddət sonra yenidən uyğun vaxt olduqda balıq oğurlamaq qərarına gəlmişdirlər. Yenə eyni qayda ilə Xaliq quru sahədə dayanmış, o, Elaminlə balıqları oğurlayaraq gətirib Sabuhiyə təhvil verməsi üçün Xaliqə vermişdirlər. Bundan sonra bir dəfə də bu şəkildə balıq oğurlamışdırlar. Xaliq balıqları Səbuhiyə satan zaman həmin balıqların onlara şirkət tərəfindən verilməyən maaşlarının əvəzinə verdildiyini demiş və buna görə də Səbuhi həmin balıqları almaqda heç bir tərəddüd etməmişdir. Lakin oğurluğu törətdikləri tarixləri dəqiq xatırlamır. Bu şəkildə 5 dəfə balıq oğurlamışdırlar və hər dəfə Xaliq balığı satdıqdan sonra Səbuhi də səhəri gün çəkiyə uyğun olaraq onların pulunu vermişdir. Sonuncu dəfə də 2022-ci ilin avqust ayının əvvəllərində oğurluq hadisəsi törədərək əldə etdikləri balıqları Səbuhiyə satmışdırlar. Ümumilikdə, onlar birlikdə Zərərçəkmiş şəxs MMC-yə məxsus 3 fərqli balıq qəfəslərindən 5 dəfə oğurluq etmişdirlər. Həmin oğurluq zamanı Səbuhiyə satdıqları balıqlardan hər biri 340, 430, 500, 500, 600 manat olmaqla, ümumilikdə, 2370 manat pul əldə etmişdirlər. Həmin vaxtdan bir müddət sonra isə avqust ayının ortalarında zavodda iclas olması ilə əlaqədar çağırılmışdırlar. Həmin vaxt şirkət rəhbərliyi ilə bərabər şəhər polis şöbəsinin əməkdaşları da orada olmuşdur. Oğurluq haqqında onlara məlumat verilərək polis şöbəsinə gətirilmişdirlər. Zərərçəkmiş şəxs MMC-yə məxsus oğurluq yolu ilə əldə etdikləri nərə cinsindən olan balıqları hansı şəkildə FHN-nin nəzarət buraxılış məntəqəsindən keçirmələri və həmin balıqların oğurlanması ilə bağlı olaraq FHN-nin əməkdaşlarının, o cümlədən, həmin hərbi hissənin rəisi və ya rəis müavini vəzifəsində çalışan Təqsirləndirilən şəxs1 qardaşı, Baxşalı Məmmədlinin və Şahid5 oğurluq barədə heç bir məlumatı olmamışdır. Hazırda da Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyan tam ödənilmişdir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2019-cu ildən etibarən "xxxx" MMC-nin Yevlax rayonu, Varvara kəndində və Mingəçevir şəhəri ərazisində yerləşən balıq təsərrüfatlarında mühafizəçi kimi çalışmışdır. İşlədiyi müddətdə barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Mühafizəçi kimi vəzifəsi xidməti ərazi həm su hövzəsindən, həm də quru ərazidən ibarət olduğuna görə su anbarında quraşdırılmış balıq qəfəslərinə və eyni zamanda quru ərazidə olan avadanlıqlara nəzarət etməkdir. O, hər gün saat 17:00-da işə gedir və səhər 08:00-da işdən çıxırmış. Bir gün istirahətdən sonra növbəti gün saat 17:00da yenidən işdə olurmuş. Şirkətdə onlarla bərabər balıqların yenilənməsində çalışan işçilər də olmuşdur ki, onlar səhər 08:00-dan 17:00-dək işdə olmuşdurlar. Axşam saat 17:00-dan sonra isə mühafizəçilər iş fəaliyyətinə cəlb olunurmuşlar. Şirkətdə mühafizə 2 növbədə təşkil edilmişdir. Bir növbədə o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə xidmətdə olmuşdurlar. Digər növbədə isə Orxan, Ramin və Rəşad növbədə olmuşdurlar. Mühafizənin rəisi isə Nurməmməddir. Növbədə olan zaman aralarındakı bölgüyə görə bir nəfər quru ərazidə mühafizəni həyata keçirmiş, qalan iki nəfər isə su hövzəsində mühafizə üçün ayrılmış katerlə mühafizəni həyata keçirmişdir. Kimin quruda, kimin su hövzəsində xidmət aparmasını özləri qərarlaşdırmışdırlar. Belə ki, növbə ərzində rəhbərlik tərəfindən onlara 20 litr benzin verilirmiş ki, həmin benzinlə də ərazi böyük olduğundan maksimum 4 dəfə ərazini dolanaraq nəzarət etmək olurmuş. Əvvəllər isə 2 katerlə nəzarət edirmişlər. Kateri isə D-47 qəfəsinin yaxınlığında saxlayırmışlar ki, həmin yerin yaxınlığından keçən balıqçılar ərazinin nəzarətsiz olduğunu görərək ora daxil olmasınlar. Ərazinin böyüklüyünü və havanın qaranlıq olmasını nəzərə alaraq, dayandıqları yerdən bütün ərazinin nəzarət altında saxlanılması mümkün olmamışdır. O və növbə yoldaşları işlədikləri müddətdə heç bir oğurluq hadisəsi aşkarlamamışdırlar. Lakin bildiyi qədəri ilə digər növbə ərazidə yad insanlar aşkar etdiklərindən onlara mükafat verilmişdir. Çalışdığı şirkət onlara aylıq verməli olduqları maaşı vaxtlı-vaxtında verməyək yubatmışdır. Buna görə də o, banklara olan kredit borclarını ödəyə bilməmişdir. Ona görə də 2022-ci ilin iyun ayında növbədə olan zaman o, Nahid və Xaliq maddi vəziyətlərinin pis olması ilə bağlı söhbət edən zaman üçü işlədikləri şirkətlə qonşu olan Zərərçəkmiş şəxs MMC-nin ərazisində balıq qəfəslərində olan balıqları qəfəslərdən oğurlayaraq satmaq qərarına gəlmişdirlər. Orada razılaşmalarına görə Xaliq ərazinin mühafizəsi üçün kənarda dayanmışdır. O və Nahid mühafizə üçün ayrılmış katerlə xidməti ərazidən keçərək Zərərçəkmiş şəxs MMC-yə məxsus sonuncu sıralarda yerləşən qəfəslərinə yaxınlaşmışdırlar. Qəfəslərə baxmış və daha iri balıqlar olan qəfəsi seçmişdirlər. Sonra həmin qəfəsin üst hissəsində olan yırtıcı quşlardan balıqları qoruyan toru qəfəsdən açaraq qəfəsin içərisinə buraxmışdırlar. Təxminən 10-15 dəqiqə gözləyərək torları dartaraq torda olan balıqları katerə yığmışdırlar. Kateri suyun kənarına sürmüşdürlər. Həmin vaxt Xaliq də suyun kənarına onların yanına gəlmişdir. Xaliq oğurluq yolu ilə əldə etdikləri balıqları danışdıqları kimi tanışları Şahid5 satmaq üçün balıqları ovladıqları katerlə zavodun ərazisindən kənara 1-ci dənizkənarı çimərliyə getmişdir. Balıqların çəkisini dəqiq bilməsə də, təxminən çəkisi 150-200 kiloqram olarmış. Həmin günü səhəri həmin balığın satışından ona 340 manat pul vermişdirlər. Lakin pulu Nahid yoxsa Xalidin verməsini xatırlamamışdır. Onlar qabaqcadan balığın kiloqramını 12 manatdan satmaq barədə razılaşmışdırlar. Belə ki, Xaliq Səbuhiyə zavodun uzun müddətdir ki, maaşlarını vermədiyini, ona görə də maaş əvəzində balıq verdiklərini demişdir. Səbuhi onların həmin vaxta kimi heç bir oğurluq əməli törətmədiklərini bildiyindən balıqları almağa razılaşmışdır. Bundan bir müddət sonra yenidən eyni qayda ilə oğurluq etmişdirlər. Belə ki, yenə Xaliq su hövzəsinin kənarında dayanaraq kiminsə gələcəyi halda onlara məlumat verməli olmuşdur. O da balıqları ovladıqdan sonra katerlə suyun kənarına gəlmişdirlər və Xaliq balıqları aparıb bir zavoddan kənarda dənizkənarı çimərliyin ərazisində Səbuhiyə təhvil vermişdir. Səbuhi də balığın pulunu səhəri gün vermişdir. Sonuncu dəfə də 2022-ci ilin avqust ayının əvvəllərində Nahidlə qəfəsdən balıqları tutub katerə yığmışdırlar. Yenə də Xaliq aparıb balıqları Səbuhiyə vermişdir. Ümumilikdə o, Nahid və Xaliq birlikdə Zərərçəkmiş şəxs MMC-yə məxsus 3 fərqli balıq qəfəslərindən 5 dəfə oğurluq etmişdirlər. Həmin oğurluq zamanı Səbuhiyə satdıqları balıqlardan hər biri 340, 430, 500, 500, 600 manat olmaqla, ümumilikdə, 2370 manat pul əldə etmişdirlər. Həmin vaxtdan bir müddət sonra isə avqust ayının ortalarında zavodda iclas olması ilə əlaqədar çağırılmışdırlar. Həmin vaxt şirkət rəhbərliyi ilə bərabər şəhər polis şöbəsinin əməkdaşları da orada olmuşdur. Oğurluq haqqında onlara məlumat verilərək polis şöbəsinə gətirilmişdirlər. Zərərçəkmiş şəxs MMC-yə məxsus oğurluq yolu ilə əldə etdikləri nərə cinsindən olan balıqları hansı şəkildə FHN-nin nəzarət buraxılış məntəqəsindən keçirmələri və həmin balıqların oğurlanması ilə bağlı olaraq FHN-nin əməkdaşlarının, o cümlədən, həmin hərbi hissənin rəisi və ya rəis müavini vəzifəsində çalışan Təqsirləndirilən şəxs1 qardaşı, Baxşalı Məmmədlinin və Şahid5 hər hansı bir məlumatı olmamışdır. Hazırda da Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyan tam ödənilmişdir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs MMC “LU-MUN” Holdingin törəmə cəmiyyəti kimi 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Zərərçəkmiş şəxs MMC-nin fəaliyyəti balıq istehsalı, idxalı və ixracından ibarətdir. Belə ki, şirkətin Qəbələ, Zaqatala, Neftçala və Mingəçevir şəhərlərində balıqçılıq təsərrüfatları vardır. Şirkətin Mingəçevir şəhərində yerləşən balıqçılıq təsərrüfatına Şahid4 tərəfindən rəhbərlik edilmişdir. Mingəçevir şəhərində yerləşən balıqçılıq təsərrüfatında təbii şəkildə nərə və nərə cinsli (cökə, bölgə) balıqların yetişdirilməsi və emalını həyata keçirmişlər. Şirkətdə olan balıqların sayına nəzarət və balıq qəfəslərində olan sıxlıqların aradan qaldırılması üçün qəfəslərdə hər 3-4 aydan bir çeşidləmələr aparılmışdır. 10 avqust 2022ci il tarixdə çeşidləmə işlərinə başlanılmışdır. xx.xx.2022-ci il tarixdə MMC-yə məxsus bölgə balıqlarının saxlanıldığı B-17 qəfəsinə xx.xx.2022-ci il tarixdə baxış keçirilən zaman qəfəsdə kənar təsirlər aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixdə bölgə balıqlarının saxlanıldığı B-17 qəfəsinə baxış keçirilən zaman qəfəsdə siyahı üzrə qeydiyyatı aparılmış 362 ədəd balıqdan 175 ədədinin yerində olmadığı müəyyən edilmişdir. Həmçinin baxış zamanı həmin qəfəsdə olan 2 ədəd balığın da üzərində balıqçı toruna aid olan zədələrin əmələ gəldiyi və yarımcan vəziyyətdə olmaları aşkar olunmuşdur. Qəfəsə baxış zamanı oradan 1 ədəd balıqçı toruna bağlanmaq üçün nəzərdə tutulmuş 1 ədəd daş parçası və tora aid hissəciklər aşkar olunmuşdur. Həmçinin sonradan digər qəfəslərdən balıqların oğurlanıb-oğurlanmamasmı dəqiqləşdirmək üçün qəfəslərdə sayım işlərinə başlanılmış, bunun nəticəsində müəyyən edilmişdir ki, 7 və 8-ci qəfəslərdə müvafiq olaraq 91 və 97 ədəd olmaqla, ümumilikdə 188 ədəd balıq oğurlanmışdır. Həmin qəfəslərdə olan balıqların orta çəkiləri isə müvafiq olaraq 7 kiloqram 500 qram və 6 kiloqram 500 qramdır. Həmçinin baxış zamanı 2-ci qəfəsdə də 58 ədəd balığın oğurlanmasını aşkar etmişdirlər. Son dəfə olan dəqiq hesablamaya görə şirkətə məxsus balıq qəfəslərindən B-10 saylı qəfəsdən 1 ədəd, B-17 saylı qəfəsdən 175 ədəd, C-5 saylı qəfəsdən 2 ədəd, C-6 saylı qəfəsdən 4 ədəd, C-7 saylı qəfəsdən 1 ədəd, C-8 saylı qəfəsdən 29 ədəd, C-10 saylı qəfəsdən 66 ədəd, C-13 saylı qəfəsdən 4 ədəd, C-14 saylı qəfəsdən 2 ədəd, C-15 saylı qəfəsdən 8 ədəd, C-16 saylı qəfəsdən 11 ədəd, D-3 qəfəsindən 1 ədəd, D-5 qəfəsindən 2 ədəd olmaqla, ümumilikdə 306 ədəd, 1109 kiloqram 900 qram çəkidə iran nərəsi növündə, B-2 saylı qəfəsdən 58 ədəd, B-3 saylı qəfəsdən 18 ədəd, B-4 saylı qəfəsdən 2 ədəd, B-7 saylı qəfəsdən 97 ədəd və B-8 saylı qəfəsdən 91 ədəd olmaqla, ümumilikdə 266 ədəd 1846 kiloqram çəkidə bölgə növündə, C-9 saylı qəfəsdən 129 ədəd 567 kiloqram 600 qram çəkidə rus nərəsi növündə, B-12 saylı qəfəsdən 15 ədəd, B-13 saylı qəfəsdən 9 ədəd və B-16 saylı qəfəsdən 42 ədəd olmaqla, ümumilikdə 66 ədəd 103 kiloqram çəkidə cökə növündə balıq oğurlanmışdır. Beləliklə, aparılmış yoxlama tədbirləri zamanı şirkətə məxsus 435 ədəd, 1637.3 kiloqram çəkidə olmaqla orta bazar qiyməti 1 kiloqrama görə 76 manatdan hesablanmaqla ümumilikdə 124431.936 manat dəyərində nərə növündə, 266 ədəd, 1846.2 kiloqram çəkidə olmaqla orta bazar qiyməti 1 kiloqrama görə 38 manatdan hesablanmaqla ümumilikdə 70154.612 manat dəyərində bölgə növündə, 66 ədəd, 103.2 kiloqram çəkidə olmaqla orta bazar qiyməti 1 kiloqrama görə 65 manatdan hesablanmaqla ümumilikdə 6708 manat dəyərində cökə növündə balıqların oğurlandığı, həmçinin qanunsuz əməllər nəticəsində balıq qəfəslərində saxlanılan 17 ədəd 63.6 kiloqram çəkidə olmaqla orta bazar qiyməti 1 kiloqrama görə 76 manatdan hesablanmaqla ümumilikdə 4833.6 manat dəyərində nərə növündə, 21 ədəd 29.45 kiloqram çəkidə olmaqla orta bazar qiyməti 1 kiloqrama görə 65 manatdan hesablanmaqla ümumilikdə 1914.25 manat dəyərində cökə növündə balıqların məhv edildiyi və ya aldığı zədələr nəticəsində yararsız hala düşdüyü müəyyən edilmişdir. Beləliklə, baş vermiş qanunsuz əməllər nəticəsində şirkətə real və əldən çıxmış fayda ilə birlikdə təxminən 208042.3 (iki yüz səkkiz min qırx iki manat otuz qəpik) manat dəyərində maddi ziyan dəymişdir. Hazırda Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərdən təmsil etdiyi hüquqi şəxsin heç bir şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, halhazırda dövlət orqanlarında işləmir, yalnız yaşadığı Yevlax rayonu, Xanabad kəndi ərazisində balıq alveri ilə məşğul olur. O, 2020-ci ilə kimi "xxxx" MMC-də mühafizəçi kimi işləmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 "xxxx" MMC-də işlədiyi vaxtdan tanımışdır. Təqsirləndirilən şəxs1 isə təxminən 2022-ci ilin may ayından tanımışdır. Onlarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Nahid, Xaliq və Elamin də onun balıq alveri ilə məşğul olduğunu bilmişdirlər, çünki o, dəfələrlə Mingəçevir su anbarının sahilində yerləşən "xxxx" MMC-dən qaimə ilə nərə və bölgə balıqları alaraq onların satışını həyata keçirmişdir. 2022-ci ilin iyun ayında Xaliq, Elamin və Nahid ona yaxınlaşaraq əvvəlcə işlədikləri "xxxx" MMC-yə məxsus balıq qəfəslərinin torlarının cırıldığını, balıqların su anbarına töküldüyünü, balıqları özlərinin balıqçı toru vasitəsilə tutduqlarını və həmin balıqları ona satmaq istədiklərini demişdirlər. Həmçinin həmin vaxt şirkət tərəfindən 3 aydır ki, maaşlarının verilmədiyini, maaş əvəzinə onlara balıq verildiyini, həmin balıqları da ona satmaq istədiklərini demişdirlər. Ona görə də Xalid, Elamin və Nahid ona yaxınlaşıb şirkətin onlara balıq verdiyini demələrinə inanmış, ona satdıqları balığın oğurluq yolu ilə əldə edilə biləcəyini düşünməmişdir. Beləliklə, 2022-ci ilin iyun ayının əvvəllərindən 2022ci ilin avqust ayının əvvəllərinə kimi olan müddət ərzində Xaliq, Nahid və Elamin ona, ümumilikdə, 5 dəfə balıq satmışdırlar. Həmin balıqları ona birbaşa olaraq Xaliqin özü Mingəçvir su anbarında 1-ci dənizkənarı çimərlikdə vermişdir. O da balıqların çəkisinə uyğun pullarını vermişdir. Belə ki, o, Xaliqdən həmin balıqların kiloqramını 12 manata almışdır. Özü isə balıqların kiloqramını müştəridən asılı olaraq 15-17 manat arası satmışdır. Həmin balıqları 12 manata almasının səbəbi isə balıqların təmizlənməmiş vəziyyətdə olması, özünün isə balıqları təmizlənmiş şəkildə satması olmuşdur ki, həmin halda da balıqların çəkisi aşağı düşür. O, aldığı balıqları satış qiymətinə uyğun olaraq almışdır. Balıqları ucuz qiymətə almadığından balıqların oğurluq yolu ilə başqa şirkətə məxsus balıq qəfəslərindən əldə edildiyini bilməmişdir. Xaliq, Nahid və Elamin də ona bu haqda heç nə deməmişdirlər. Təqdim etdiyi yazılarda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 30-40 kiloqram çəkidə nərə, 110 kiloqram cökə və 600 kiloqram çəkidə bölgə növündən olmaqla, ümumilikdə, 750 kiloqram çəkidə balıqları alması, həmin balıqlara görə onlara ümumilikdə 9.000 manat pul verməsi qeyd olunmuşdur. Həmçinin o, əldə etdiyi balıqları Yevlax rayonu, Xanabad kəndi ərazisində, Qəbələdə, Qaxda, Ağdaşda, Gəncədə, Şəmkirdə, Tovuzda satmış və satışlardan 2.000- 2.500 manat gəlir əldə etmişdir. O, balıqların ovlanmasında iştirak etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nın baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin direktoru X1 ŞPŞ-yə ərizə ünvanlayaraq rəhbərlik etdiyi Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir su anbarının sahilində yerləşən balıqçılıq təsərrüfatında şirkətə məxsus suüstü qəfəslərdə çeşidləmə aparılarkən B-17 saylı qəfəsdə 20.000 (iyirmi min) manat dəyərində orta çəkisi 3 kiloqram 600 qram olan 175 ədəd dişi nərə balıqlarının oğurlanması barədə bildirmişdir. Daxil olmuş müraciət əsasında Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlinin Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir su anbarında yerləşən balıqçılıq təsərrüfatı ilə qonşuluqda yerləşən "xxxx" MMC-nin mühafizəçiləri Mingəçevir şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Həmin şəxslər qeyd olunan oğurluq əməlini törətmələrini etiraf etmişdirlər. Həmin tədbirlərin davamı kimi keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin oğurluq yolu ilə Zərərçəkmiş şəxs MMC-nin ərazisindən əldə etdikləri nərə cinsindən olan balıqları tanışları Yevlax rayonu, Xanabad kənd sakini Şahid5 satmaları müəyyən olunmuşdur. Həmin şəxsin şəxsiyyəti müəyyən edilərək zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinə təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək onu göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirakı mümkün olmamış, Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid3 da şahidlər Şahid1 və Şahid2 ilə eyniməzmunlu ifadə verərək, onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid4 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 13 yanvar 2019-cu il tarixdən Mingəçevir su anbarında birinci buxtada yerləşən Zərərçəkmiş şəxs MMC-də sahə rəisi, sonradan isə təsərrüfat direktoru vəzifəsində çalışmışdır. MMC-nin ərazisi balıq qəfəslərinin saxlanıldığı 20-25 hektar su hövzəsi və təxminən 1 hektar quru sahəsindən ibarətdir. Şirkətdə olan balıqların sayına nəzarət və balıq qəfəslərində olan sıxlıqların aradan qaldırılması üçün qəfəslərdə hər 3-4 aydan bir çeşidləmələr aparırmışlar. Sonuncu dəfə 10 avqust 2022-ci il tarixdə çeşidləmə işlərinə başlamışdırlar və qəfəslərdə növbə ilə balıqları iriliyinə və xırdalığına görə çeşidləmişdirlər. Həmçinin qəfəslərdə olan yemlərin sayı MMC-nin balıqşünası tərəfindən xx.xx.2022-ci il tarixdə artırılmış və onlar həmin norma üzrə balıqların yemlərini vermişdirlər. xx.xx.2022-ci il tarixdə MMC-nin dalğıcı yemlərin balıqlar tərəfindən mənimsənilmə dərəcəsini müəyyən etmək üçün özləri tərəfindən seçilmiş, seçmə qəfəslərə baxış keçirilmişdir. Belə ki, şirkət əsasən 3 növ nərə, bölgə və cökə balıqlarının istehsalını həyata keçirmiş və hər üç növdən olan balıqların qəfəsinə baxış keçirilmişdir. O cümlədən bölgə balıqlarının saxlanıldığı B-17 qəfəsinə də xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və qəfəsdə kənar təsirlər aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixdə bölgə balıqlarının saxlanıldığı B-17 qəfəsinə baxış keçirilən zaman qəfəsdə siyahı üzrə qeydiyyatı aparılmış, 362 ədəd balıqdan 175 ədədinin yerində olmadığı müəyyən edilmişdir. Həmçinin baxış zamanı həmin qəfəsdə olan 2 ədəd balığın da üzərində balıqçı toruna aid olan zədələrin əmələ gəlməsi və yarımcan vəziyyətdə olması aşkar olunmuşdur. Qəfəsə baxış zamanı oradan 1 ədəd balıqçı toruna bağlanmaq üçün nəzərdə tutulmuş daş parçası və tora aid hissəciklər aşkar olunmuşdur. Həmçinin qəfəslərin üzərinə balıqların yırtıcı quşlar tərəfindən ovlanmasının qarşısını almaq üçün torların çəkilmiş və düyünlənmişdir. Həmin düyünlərə “dənizçi ilgəhi” deyilir və həmin düyünləri qeyri-peşəkar balıqçıların atma bacarığı olmadığını və əgər kimsə başqa şəxs oğurluğa girmişsə, həmin düyünləri səliqəli formada açaraq çıxanda da səliqəli formada bağlamaq kimi düşüncəsinin olmadığını anlamışdırlar. Buradan da başa düşmüşdürlər ki, həmin balıq oğurluğunu edən şəxs peşəkar balıqçıdır və bu işlə məşğul olan şəxsdir. Həmçinin onun çalışdığı şirkətlə qonşuluqda "xxxx" MMC-nin balıq qəfəsləri yerləşir və onların mühafizəçiləri həm quru ərazidə, həm də su hövzəsində fəaliyyət göstərir. Onların mühafizəçiləri isə yalnız quru sahədə fəaliyyət göstərir. Buradan isə oğurluq hadisəsinin böyük ehtimalla qonşu şirkətin mühafizəçiləri tərəfindən törədilməsi nəticəsinə gəlmişdirlər. Həmçinin sonradan digər qəfəslərdən balıqların oğurlanıb-oğurlanmamasını dəqiqləşdirmək üçün qəfəslərdə sayım işlərinə başlamışdırlar. Bunun nəticəsində təəsərrüfatda olan 7 və 8-ci qəfəslərdə müvafiq olaraq 91 və 97 ədəd olmaqla ümumlikdə 188 ədəd balığın oğurlanmasını müəyyən etmişdirlər. Həmin qəfəslərdə olan balıqların orta çəkiləri isə müvafiq olaraq 7 kiloqram 500 qram və 6 kiloqram 500 qram olmuşdur. Həmçinin baxış zamanı 2-ci qəfəsdə də 58 ədəd balığın oğurlanmasını aşkar etmişdirlər. Son dəfə olan dəqiq hesablamaya görə şirkətə məxsus balıq qəfəslərindən B-10 saylı qəfəsdən 1 ədəd, B-17 saylı qəfəsdən 175 ədəd, C-5 saylı qəfəsdən 2 ədəd, C-6 saylı qəfəsdən 4 ədəd, C-7 saylı qəfəsdən 1 ədəd, C-8 saylı qəfəsdən 29 ədəd, C-10 saylı qəfəsdən 66 ədəd, C-13 saylı qəfəsdən 4 ədəd, C-14 saylı qəfəsdən 2 ədəd, C-15 saylı qəfəsdən 8 ədəd, C-16 saylı qəfəsdən 11 ədəd, D-3 qəfəsindən 1 ədəd, D-5 qəfəsindən 2 ədəd olmaqla ümumilikdə 306 ədəd, 1109 kiloqram 900 qram çəkidə iran nərəsi növündə, B-2 saylı qəfəsdən 58 ədəd, B-3 saylı qəfəsdən 18 ədəd, B-4 saylı qəfəsdən 2 ədəd, B-7 saylı qəfəsdən 97 ədəd və B-8 saylı qəfəsdən 91 ədəd olmaqla ümumilikdə 266 ədəd 1846 kiloqram çəkidə bölgə növündə, C-9 saylı qəfəsdən 129 ədəd 567 kiloqram 600 qram çəkidə rus nərəsi növündə, B-12 saylı qəfəsdən 15 ədəd, B-13 saylı qəfəsdən 9 ədəd və B-16 saylı qəfəsdən 42 ədəd olmaqla, ümumilikdə 66 ədəd 103 kiloqram çəkidə cökə növündə balıq oğurlanmış və şirkətə ümumilikdə 170.000 (yüz yetmiş min) manat maddi ziyan dəymişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş CD diskdən görünür ki, hadisə yeri Mingəçevir su anbarının birinci buxtasında yerləşən «AzərFish Farm MMC»-yə məxsus balıq qəfəslərinin saxlanıldığı sahədir. Cinayət işinin materiallarında olan 19 avqust 2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin təsərrüfat direktoru vəzifəsində çalışan Şahid4 təqdim etdiyi Zərərçəkmiş şəxs MMC-nin suüstü qəfəslərinə baxış zamanı qəfəsdən aşkar edilmiş 1 ədəd daş parçası və balıqçı toruna aid olan hissəciklərə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyi üçün onlar Şahid4 götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/9113 saylı rəyindən görünür ki, nərə balığının 1 kq-nın orta bazar qiyməti 76 manat, bölgə balığının 1 kq-nın orta bazar qiyməti 38 manat, cökə balığının 1 kq-nın orta bazar qiyməti 65 manat, nərə balığının isə 1 kq-nın orta bazar qiyməti 76 manat təşkil edir. Qeyd edilən balıqların 2022-ci ilin iyun-avqust aylarına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 208046.25 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan 05 mart 2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Şahid5 təqdim etdiyi tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğu, Təqsirləndirilən şəxs3 30-40 kiloqram çəkidə nərə, 110 kiloqram çəkidə cökə və 600 kiloqram çəkidə bölgə növündən olmaqla, ümumilikdə çəkisi 740-750 kiloqram olan balıqları alması ilə bağlı qeydiyyat aparmışdır. Həmin qeydiyyat iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin təsərrüfat direktoru Şahid4 təqdim etdiyi Zərərçəkmiş şəxs MMC-nin suüstü qəfəslərinə baxış zamanı qəfəsdən aşkar edilmiş 1 ədəd daş parçası və balıqçı toruna aid olan hissəciklər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğu, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı, Təqsirləndirilən şəxs2 oğu və Təqsirləndirilən şəxs3 barələrində isə həm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186, həm də CM-nin 296-cı maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli məktubdan və arayışdan görünür ki, Mingəçevir su anbarında və onun sahil zolağında ümumi olaraq 1700 kvadrat metr ərazi akvakultura məqsədləri üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Cinayət işinin materiallarında olan 09 sentyabr 2022-ci il tarixli dəymiş zərərin müəyyən edilməsi barədə aktdan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir su anbarının sahilində yerləşən təsərrüfatda baş vermiş oğurluq hadisəsi ilə əlaqədar oğurlanmış balıqlar üzrə dəymiş ziyanın ümumi məbləği 201294.45 manat, əmlaka ziyan vurulması nəticəsində məhv olan balıqlar üzrə ümumi məbləğ 6747.85 manat, dəymiş ziyanın ümumi məbləği 208042.30 (iki yüz səkkiz min qırx iki manat otuz qəpik) manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan, Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi X9 tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə verilmiş əməlin tövsif edilməsi barədə qərarlardan görünür ki, oğurlanmış balıqlar üzrə dəymiş ziyanın ümumi məbləği balıqların sayına və çəkisinə 208042.30 (iki yüz səkkiz min qırx iki manat otuz qəpik) manat olması, yalnız zərərçəkmiş hüququ şəxsin nümayəndəsinin və əməkdaşlarının ifadələri əsasında müəyyən edildiyindən, lakin həmin hallar istintaq zamanı öz təsdiqini tapmamışdır. Ona görə də istintaq tərəfindən dəymiş ziyanın ümumi məbləği 32.990 manat müəyyən edildiyindən, CM-in 177.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.3.2-ci maddəsindən, həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin iyun ayından həmin ilin avqust ayınadək olan müddət ərzində qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aralarında əvvəlcədən aparılmış razılaşmaya əsasən, hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir su anbarında yerləşən balıqçılıq təsərrüfatında quraşdırılmış qəfəslərə qanunsuz daxil olmaqla, zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmələri və onların əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin iyun ayından həmin ilin avqust ayınadək olan müddət ərzində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir su anbarında yerləşən təsərrüfatında quraşdırdığı qəfəslərdə nərə cinsli dişi balıqları saxladığı və yetişdirdiyi 17 saylı və istintaqa dəqiq məlum olmayan digər qəfəslərə qanunsuz daxil olaraq, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 32.990 (otuz iki min doqquz yüz doxsan) manat dəyərində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin iyun ayından həmin ilin avqust ayınadək olan müddət ərzində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir su anbarında yerləşən təsərrüfatında quraşdırdığı qəfəslərdə nərə cinsli dişi balıqları saxladığı və yetişdirdiyi 17 saylı və istintaqa dəqiq məlum olmayan digər qəfəslərə qanunsuz daxil olaraq, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 32.990 (otuz iki min doqquz yüz doxsan) manat dəyərində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin iyun ayından həmin ilin avqust ayınadək olan müddət ərzində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin Mingəçevir su anbarında yerləşən təsərrüfatında quraşdırdığı qəfəslərdə nərə cinsli dişi balıqları saxladığı və yetişdirdiyi 17 saylı və istintaqa dəqiq məlum olmayan digər qəfəslərə qanunsuz daxil olaraq, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 32.990 (otuz iki min doqquz yüz doxsan) manat dəyərində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli olaraq talanması ilə əlaqədar qəsdən törədilən cinayətlərdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, ilk dəfə az ağır cinayət törətməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, Vətən müharibəsində iştirak etməsini,yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin direktoru Məmməd Nəzərəliyevin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir şəhər X10 Bölməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin direktoru Məmməd Nəzərəliyevin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyan tam ödənilmişdir. İş üzrə hər hansı iddia və tələbləri yoxdur. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvələr məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına Təqsirləndirilən şəxs1 hərbi biletinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə başlamış Vətən müharibəsində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022– ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan yəni, xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 (üç) ay müddətə uzadılmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin son müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 07 sentyabr 2022-ci il tarixdən 17 mart 2023-cü il tarixədək həbsdə, 17 mart 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək ev dustaqlığında saxlandığı müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 7(yeddi) ay müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, ilk dəfə az ağır cinayət törətməsini, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2016-cı il tarixdə doğulmuş Vahid, xx.xx.2015-ci il tarixdə doğulmuş Şahin adlı iki nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 12 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 12 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022– ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan yəni, xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 (üç) ay müddətə uzadılmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin son müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 07 sentyabr 2022-ci il tarixdən 17 mart 2023-cü il tarixədək həbsdə, 17 mart 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək ev dustaqlığında saxlandığı müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 7(yeddi) ay müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, ilk dəfə az ağır cinayət törətməsini, eləcə də Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2011-ci il tarixdə doğulmuş Aişənur, xx.xx.2015-ci tarixdə doğulmuş Elcan adlı iki nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan yəni, xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 (üç) ay müddətə uzadılmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin son müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 07 sentyabr 2022-ci il tarixdən 17 mart 2023-cü il tarixədək həbsdə, 17 mart 2023cü il tarixdən 07 aprel 2023-cü il tarixədək ev dustaqlığında saxlanılmışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs3 07 sentyabr 2022-ci il tarixdən 17 mart 2023-cü il tarixədək həbsdə, 17 mart 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək ev dustaqlığında saxlandığı müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 7(yeddi) ay müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmə hazırkı cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, Zərərçəkmiş şəxs MMC-nin təsərrüfat direktoru Şahid4 təqdim etdiyi Zərərçəkmiş şəxs MMC-nin suüstü qəfəslərinə baxış zamanı qəfəsdən aşkar edilmiş 1 ədəd daş parçası və balıqçı toruna aid olan hissəciklər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 204 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 07 sentyabr 2022-ci il tarixdən 17 mart 2023-cü il tarixədək həbsdə, 17 mart 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək ev dustaqlığında saxlandığı 7 (yeddi) ay müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 2 (iki) ay müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 07 sentyabr 2022-ci il tarixdən 17 mart 2023-cü il tarixədək həbsdə, 17 mart 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək ev dustaqlığında saxlandığı 7(yeddi) ay müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 2 (iki) ay müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 07 sentyabr 2022-ci il tarixdən 17 mart 2023-cü il tarixədək həbsdə, 17 mart 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək ev dustaqlığında saxlandığı 7(yeddi) ay müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 2 (iki) ay müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, bir ədəd daş parçası və balıqçı toruna aid olan hissəciklər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 204 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar