Məhkəmə qərarları › İş №1(051)-72/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-72/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-72/2024 06.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs və müdafiəçisi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1964-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, həmçinin Yevlax Rayon Məhkəməsinin 1(039)-121/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən saxta sənəddən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışları şəxsiyyəti istintaqa məlum olmayan “Vəli” adlı şəxsin və qeyrilərinin iştirakı ilə “Vəli” adlı şəxs və qeyrilərinin müəyyən etdiyi cinayətkar plana uyğun olaraq “Vəli” adlı şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialından kredit götürməsi üçün onun daxili işlər orqanlarından təqaüdə çıxması ilə bağlı saxta pensiya vəsiqəsi və bununla bağlı bank kartından saxta çıxarış hazırlamaq, Təqsirləndirilən şəxs isə həmin saxta sənədləri banka təqdim edərək bankdan istehlak krediti əldə edib gələcəkdə öz aralarında bölməklə bağlı razılığa gəlmişlər, vəzifə bölgüsünə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan “Vəli” adlı şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum üsulla Təqsirləndirilən şəxs 17 iyul 2018-ci il tarixdən yaşa görə 714,09 manat pensiya təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən 023765 nömrəli hüquq verən rəsmi sənəd hesab edilən vəsiqəni və sonuncunun qeyd edilən təqaüdü alması ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş Təqsirləndirilən şəxs adına 4146974******4937 nömrəli kartın xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 04 iyul 2023-cü il tarixli “ödəniş kartı üzrə çıxarışı” mətnini axınlı çap qurğusunda çap edərək üzərindəki imzaları birbaşa qələmlə icra etməklə üzərinə ştampın əksini başqa sənəddən rəqəmsal qurğu vasitəsilə köçürərək axınlı çap üsulu ilə çap edib istifadə etmək məqsədilə qanunsuz hazırlamaqla 06 iyul 2023-cü il tarixdə Mingəçevir şəhəri ərazisində həmin saxta hüquq verən rəsmi sənəd hesab edilən ödəniş kartı üzrə çıxarışı Təqsirləndirilən şəxs vermiş, bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs ASC-nin ünvan 2 ünvanında yerləşən “Mingəçevir” filialına daxil olaraq orada mütəxəssis işləyən Şahid1 özünü keçmiş polis əməkdaşı kimi təqdim edib aylıq 700 manatdan artıq pensiya aldığını yalandan bildirməklə saxta olduğunu biləbilə hüquq verən rəsmi sənəd hesab edilən saxta ödəniş kartı üzrə çıxarışı Şahid1 təqdim etmiş, eləcə də cinayətin törədilməsində iştirak edən “Vəli” adlı şəxs və qeyriləri hüquq verən pensiya vəsiqəsinin fotoşəklini Şahid1 istifadə etdiyi mobil telefona “vatsap” proqramı vasitəsilə göndərməklə istifadə etmiş və həmin saxta sənədlər əsasında bankdan 8 000 manat pul vəsaitini istehlak krediti adı ilə götürüb aldatma və etibardan sui-istifadə etmə yolu ilə bilə-bilə hüquq verən rəsmi sənəd hesab edilən saxta vəsiqə və digər rəsmi sənəddən istifadə etməklə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə xeyli miqdarda 8 000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2–ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisidir, narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. 2023-cü ilin iyul ayının əvvəllərində narkotik vasitə almaq üçün pulu olmamışdır. Buna görə də hansı yolla olur-olsun pul əldə etmək istəmişdir. Yevlax rayonu ərazisində çayçıda oturan zaman Mingəçevir şəhəri ərazisində bir neçə şəxsin saxta sənədlərlə bankdan kredit təşkil edə bildiyini eşitmişdir. Həmin ərəfələrdə tanışı, taksi fəaliyyəti ilə məşğul olan Şahid4 ilə söhbət edən zaman ona bu barədə məlumat verib tanıyıb-tanımadığını soruşmuşdur. O taksi fəaliyyəti ilə məşğul olduğu üçün tez-tez qonşu rayonlara gedib gəlir, buna görə də məlumatlı olur. O da həmin şəxslərdən Orxan adlı bir nəfəri tanıdığını onunla danışa biləcəyini bildirmişdir. Ondan xahiş etmişdir ki, onu həmin şəxslə görüşdürsün. Ona taksi pulunu da artıqlaması ilə verəcəyini bildirmişdir. O da razılaşaraq Orxanla görüş təyin etmiş və Mingəçevir şəhəri ərazisində Orxan və yanında olan digər iki nəfərlə görüşmüşdür. Həmin şəxslərdən biri ona izah edərək bildirmişdir ki, onun adına saxta sənəd hazırlayacaqlar ki, guya o polis əməkdaşı olmuş və təqaüdə çıxmışdır. O həmin sənədləri təqdim edib kredit götürəcəkdir. Götürdüyü pulun da yarısını onlara verəcəkdir. Həmçinin ona bildirmişlər ki, krediti bir-iki ay ödəməlidir ki, bank şübhələnməsin. Ondan sonra banka təqdim etdikləri saxta sənədlər arxivə gedəcək və adı sadəcə qara siyahıya əlavə olunacaq. Bir daha heç bir bank ona kredit verməyəcəkdir. Onun həmin krediti ödəmək niyyəti və imkanı olmamışdır. Bundan sonra həmin şəxslərdən biri ondan şəxsiyyət vəsiqəsini istəmiş, ona vəsiqəni vermiş və şəklini çəkib geri qaytarmışdır. 06 iyul 2023-cü il tarixdə Səbuhi ilə birlikdə Mingəçevir şəhərinə getmiş və orada həmin şəxslərlə görüşmüşdür. Onlardan biri ona "xxxx"-dan çıxarış təqdim edərək demişdir ki, bu onun guya bank kartından çıxarışdır. Çıxarışa görə guya o ayda 844 manat təqaüd almışdır. Onlardan biri demişdir ki, polisdən pensiyaya çıxdığını bankda deyər. Həmçinin adına saxta təqaüd vəsiqəsi də düzəltdiklərini, bankda soruşsalar vəsiqənin evdə qaldığını, lazım olsa şəklini göndərə biləcəyini deməsini istəmişlər. Onlar demişlər ki, Bank Respublikada 4 nömrəli hissədə Aygün xanıma yaxınlaşsın. Aygün xanıma Eyvaz adlı şəxsin tanışı olmasını bildirsin. Beləcə 06 iyul 2023- cü il tarixdə həmin bankın Mingəçevir şəhər filialına daxil olub 4 nömrəli hissədə Aygün xanıma yaxınlaşmış və adına olan saxta hesabdan çıxarışı həmin şəxsə təqdim edərək kredit əldə etmək istədiyini demişdir. Daha sonra ona Eyvazın tanışı olduğunu demişdir. Ona 8000 manat kredit verə biləcəklərini bildirmişlər. Ondan pensiya vəsiqəsini istədikdə evdə qaldığını, şəklini evdən kiməsə göndərtdirə biləcəyini bildirmişdir. Bundan sonra Aygünün nömrəsinə həmin şəxslər vəsiqənin şəklini göndərmişlər. Sənədlər hazır olduqdan sonra bankdan 7920 manat pul götürmüşdür. Bankdan çıxdıqdan sonra həmin 3 nəfər şəxs ondan 4.000 manat pul almışdır. Ona da 3 920 manat pul qalmışdır. O da həmin pulu narkotik vasitələrə və digər gündəlik xərclərinə sərf etmişdir. Ona verilən sənədlərin saxta olduğunu və bunun qanunsuz olduğunu bilmişdir. Pula ehtiyacı olduğu üçün bu işə əl atmışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi kimi mahiyyəti üzrə bildirmək istəyir ki, 2023-cü ilin iyul ayının ortalarında ASC-nin Mingəçevir filialından Baş ofisə bildirilmişdir ki, bir neçə fiziki şəxs saxta hesabdan çıxarış və təqaüd kitabçası təqdim edərək bankdan istehlak kreditləri götürmüşlər. Həmin şəxslərdən biri də Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə filiala saxta sənəd təqdim edərək 7 920 manat kredit götürmüşdür. Krediti götürdüyü vaxtdan heç bir ödəniş etməmişdir. Onun niyyəti krediti götürüb hissəhissə ödəniş etmək olmamışdır. O, bankın pulunu saxta sənəddən istifadə etməklə ələ keçirmişdir. Cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs ASC-yə 7920 manat maddi ziyan dəymişdir. Odur ki, məhkəmədən qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, icarəyə götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2023-cü ilin yay aylarında Mingəçevir şəhəri ərazisidə “Vəli” adlı şəxslə tanış olmuşdur. O da özünü qazi kimi təqdim etmişdir. O da qazi olduğundan onunla münasibəti yaranmışdır. O hazırda xatırlamadığı xarici nömrənin “vatsap” tətbiqini işlətmişdir. Onun digər anket məlumatlarını bilmir. Onunla münasibəti yarandığı üçün həmin ərəfələrdə ona zəng edərək dayısı üçün kredit götürmək istədiyini bildirmişdir. Tanışı olub-olmadığını soruşmuşdur. Şahid2ı uzun müddətdir tanıyır. O Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir filialında işləmişdir. Buna görə də ona zəng edib bir nəfər tanışına kredit lazım olduğunu bildirmişdir. O da işdə olmadığını bankın Aygün adlı işçisinə yaxınlaşmasını sənədlərinə baxıb deyəcəyini bildirmişdir. O da bu barədə Vəliyə məlumat vermişdir. Bundan sonra Vəli ona zəng edib pul götürdüyünü bildirmişdir. Bundan sonra o dayısının iş yoldaşı da eyni qaydada kredit götürmək istədiyini bildirmişdir. O yenə də Eyvaza bildirmişdir. O da Aygünə yaxınlaşmasını bildirmişdir. Yenə də həmin şəxs bankdan kredit götürmüşdür. Lakin onların bankdan nə qədər kredit götürmələrini bilməmişdir. Həmin şəxslərin bankdan saxta sənədlərlə kredit götürmələrindən məlumatı olmamışdır. Həmin işdən ona heç bir pul verməmişlər. Şahid3 Əkrəm oğlu da Mingəçevir şəhərində yaşayır. Onunla normal münasibəti vardır. Lakin onunla kredit götürməklə bağlı arasında heç bir danışıq olmamışdır. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, “Khazar” markalı 66-**-240 qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs onun həmyerlisidir, onunla normal münasibəti olmuşdur. Məmməd əvvəllər məhkum edilmişdir. Narkotik vasitə aludəçisidir. Söhbət zamanı Məmməd ona bildirmişdir ki, Mingəçevir şəhərində “uşaqlar” var bankdan kredit təşkil edirlər. Ona həmin adamlardan birini tanıdığını bildirmişdir. Həmin şəxsin adı Orxan olmuşdur. O, Orxanı təxminən iki il olar ki tanıyır. Onun saxta yollarla bankdan kredit təşkil etdiyini bilmişdir. Məmməd onu Orxanla görüşdürməyi taksi pulunu da artıqlaması ilə ödəyəcəyini bildirmişdir. O da razlaşmış və Orxan adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamış və onunla Mingəçevir şəhəri ərazisində görüşmüşlər. Həmin zaman o, özü Məmmədlə danışmışdır. Bundan sonra Məmməd onunla razılaşmışdır. Məmməd Orxanın ona krediti qanunsuz yolla, yəni saxta sənəddən istifadə etməklə təşkil edəcəyini bilmişdir. Lakin pula ehtiyacı olduğu üçün razılaşmışdır. Həm də Məmmədin bankdan götürdüyü krediti ödəmək niyyəti olmamışdır. 06 iyul 2023-cü il tarixdə Məmmədlə birlikdə yenidən Mingəçevir şəhərinə getmişlər. Orada Orxan adlı şəxs və yanında olan bir neçə şəxslə görüşmüşlər. Orxan özü Məmmədlə danışmış, ona sənədlər verərək ona nə etmək lazım olduğunu başa salmışdır. Lakin onun həmin sənədlərdən xəbəri və aralarında olan danışıqlardan məlumatı olmamışdır. Bir müddət gözlədikdən sonra Məmməd Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir filialından çıxmış və onun maşınında Orxana bankdan götürdüyü 8 000 manat puldan səhv etmirsə yarısını, yəni 4 000 manat vermişdir. Orxan pulu götürən zaman Məmmədə heç olmasa 2 ayını ödəməsini, 2 aydan sonra həmin kağızın ordan silinib gedəcəyini bildirmişdir. Bundan sonra o Məmmədlə Yevlax şəhərinə qayıtmışdır. Həmin işlə bağlı Məmmədi 3 dəfə Mingəçevir şəhərinə aparıb gətirdiyi üçün xidmət haqqı olaraq ona da 200 manat pul vermişdir. Lakin həmin pul taksi xidməti göstərdiyi üçün ona verilmişdir. Onlar arasında olan söhbətlərdə heç bir iştirakı, rolu və marağı olmamışdır. Hətta Orxan ona da kredit təşkil etmək istədiyini bildirsə də, onun qanunsuz olduğunu bildiyi üçün razılaşmamışdır. Orxan adlı şəxsin digər anket məlumatlarını bilmir. O hündür boylu, orta bədən quruluşlu qıvrım saçlı, orta yaşlı oğlandır. Qara rəngli “Mercedes C200” markalı universal tipli avtomobil idarə etmişdir. Danışıq zamanı Orxan uzun illərdir belə işlərlə məşğul olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2011-ci ilin aprel ayından bank sektorunda işləyir, 2017-ci ilin dekabr ayından etibarən isə Bank Respublika ASC-nin Mingəçevir filialında, hazırki vəzifədə, yəni mirkokredirlər üzrə baş mütəxəssis vəzifəsində isə 2022-ci ilin ortalarından bəri fəaliyyət göstərir. O, Bank Respublika ASC-nin Mingəçevir filialında uzun müddət işlədiyinə görə həmin şəhərdə onu bir çox bankın işçisi kimi tanıyırlar. Buna görə də onlardan bəziləri kredit götürmək istədikdə onunla əlaqə yaradaraq kredit şərtləri ilə maraqlanırlar. İşlədiyi bankdan kredit götürmək üçün lazım olan şərtləri bildirmişdir. Lakin onları xəbərdar etmişdir ki, hər bir halda sənədləri banka təqdim etdikdən sonra həmin sənədlər yoxlanılaraq kredit verilməsi barədə qərar qəbul edilir. Qeyd etdiyi onu tanıyan şəxslərdən biri də Mingəçevir şəhər sakini Əsgər adlı şəxsdir. Həmin şəxsin sadəcə adını bilir və o, özünü İİ Qarabağ döyüşlərində iştirak etmiş qazi kimi təqdim etmişdir. 2023-cü ilin iyul ayında o illik məzuniyyəti ilə bağlı istirahətdə olmuşdur, yəni işləməmişdir. Həmin dövrdə Əsgər adlı şəxs ona zəng edərək hazırda xatırlamadığı bir nəfər şəxsin polisdən təqaüdə çıxdığını və kredit götürmək istədiyini bildirmişdir. Ona sənədləri ilə birlikdə banka yaxınlaşıb kredit müraciəti etməsini demişdir. Əsgərə bildirmişdir ki, həmin şəxs bankın kredit mütəxəssisi Aygün xanıma yaxınlaşıb sənədlərini təqdim etsin. Əgər sənədləri düz olsa, ona kredit ayrılacaq. O, bu barədə Aygünə heç nə deməmiş, fikirləşmişdir ki, sənədləri kredit götürməyə uyğundursa, onsuz da ona kredit ayrılacaqdır. Məzuniyyətdən qayıtdıqdan sonra iş yerindən ona bildirmişlər ki, bir neçə nəfər şəxs onun adından banka yaxınlaşaraq kredit götürmək üçün saxta sənədlə müraciət etmişdir, hətta onlardan 4 nəfəri saxta sənəd təqdim etməklə kredit də götürmüşdür. O banka bildirmişdir ki, həmin şəxsləri tanımır, sadəcə bir nəfər şəxslə bağlı tanışı Əsgər adlı şəxs ona zəng etmişdir, ona sənədlərlə birlikdə banka yaxınlaşmasını tövsiyyə etmişdir. Hazırda həmin şəxsin adını da xatırlamır. Təqsirləndirilən şəxs tanımır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2009-cu ildən müxtəlif banklarda çalışmışdır. xx.xx.2021-ci il tarixdən Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir filialınında kredit mütəxəssisi vəzifəsində çalışır. Əsas vəzifəsi istehlak kreditlərinin verilməsindən ibarətdir. 06 iyul 2023-cü il tarixdə iş yoldaşı Şahid2 ona bir nəfər tanışının kredit götürmək istədiyini bildirmişdir. Onun yanına göndərməsini istəmişdir. Bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs adlı şəxs ona yaxınlaşmışdır. O, Eyvazın tanışı olduğunu bildirmişdir. O özü ilə "xxxx" ASC-dən çıxarış da gətirmişdir. Onun sənədlərinə baxaraq 15.5 faizlə 8 000 manat kredit verə biləcəyini bildirmişdir. O özünü keçmiş polis əməkdaşı kimi təqdim etmişdir. Güc strukturlarında çalışan şəxsin adları portalda görünmədiyi üçün onun təqdim etdiyi hesabdan çıxarışı digər sənədlərlə birlikdə Baş Ofisə göndərmişdir. Baş Ofis ondan həmin şəxsin təqaüd kitabçasının surətini göndərməsini istəmişdir. O Təqsirləndirilən şəxs kitabçanı tələb etdikdə o kitabçanın evdə qaldığını, vatsapla şəklini göndərə biləcəyini, əslini isə sonra təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onun nömrəsinə təqaüd kitabçasının şəklini göndərmişlər. O da həmin şəkli çap edərək sənədlərə əlavə etmişdir. Bundan sonra həmin şəxsə 8000 manat kredit verilməsinə razılıq verilmişdir. Həmin şəxs də kassadan 80 manat komissiya çıxıldıqdan sonra qalan 7 920 manat krediti götürərək getmişdir. Lakin söz verdiyi kimi kitabçanın əslini təqdim etməmişdir. İyul ayının ortalarında filialın müdiri Səbuhi İsmayılov bir qrup şəxsin banklara saxta sənədlər təqdim edərək istehlak kreditləri götürdüklərini bildirmişdir. Onlara da kredit verdikləri işləri yoxlamalarını tapşırmışdır. O da sənədlərə baxan zaman Təqsirləndirilən şəxs kredit sənədlərini təqdim edərək bu şəxsin sənədlərini də qeyd edildiyi kimi saxta ola biləcəyini bildirmişdir. Belə ki, həmin şəxsin kredit sənədlərinə baxan zaman "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarış sənədləri və polis orqanından təqaüdə çıxması barədə təqaüd kitabçasının surəti olmuşdur. Onlar dərhal "xxxx" ASC-yə sorğu verərək həmin şəxsin onların müştəriləri olub-olmamasını dəqiqləşdirmişlər. Cavab olaraq Təqsirləndirilən şəxs onların müştərisi olmadığını bildirmişlər. Onlar həmin hesabdan çıxarışların saxta olduğunu dəqiqləşdirməkləri üçün bu barədə Baş ofisə məlumat vermişlər. Həmin zaman Baş Ofisdə də barəsində xidməti yoxlama aparılaraq kreditlərin verilməsində diqqətsizlik etdiyi üçün ona töhmət verilmişdir. Təqsirləndirilən şəxs götürdüyü kreditdən heç bir ödəniş etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Əkrəm oğlu ifadəsində göstərdi ki, özünə məxsus “Mercedes C 200” markalı **-SH-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən bir ildir ki, Şahid5 (***-***-**-**) tanıyır. O, özünü “qazi” kimi təqdim etmişdir. Onunla söhbət zamanı saxta sənədlər düzəldərək bankdan kredit təşkil etdiyini bildirmişdir. Ona təklif etmişdir ki, tanıdığı adam olarsa, düzəltdiyi kreditdən ona da 150-200 manat pul verə bilər. O bu işləri tək görmür onun yanında digər anket məlumatlarını bilmədiyi “Əli” adlı şəxs də olmuşdur. O, sənədləri necə düzəltdiyini bildirməmişdir. Sonradan Mingəçevir şəhərində hər kəsin onu sənəd “düzüb-qoşan” şəxs kimi tanıdığını öyrənmişdir. O da 3-5 manat pul qazanmaq niyyəti ilə tanışlarına bu barədə məlumat vermişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Şahid4 adlı Yevlaxdan olan tanışı zəng edərək bir nəfər tanışına kredit təşkil etmək lazım olduğunu bildirmişdir. O həmin şəxsi Mingəçevirə gətirməsini bildirmişdir. Özü də Əsgərə məlumat vermiş və görüş təyin etmişlər. Mingəçevirdə Səbuhinin gətirdiyi Təqsirləndirilən şəxs, o, Əsgər və onun yanında “Əli” adlı şəxslə görüşmüşlər. Əsgər özü Məmmədlə danışmış, o götürdüyü kreditin yarısını özünə götürəcəyini izah etmişdir. Məmməd də razılaşmışdır. Bundan bir neçə gün sonra 06 iyul 2023-cü il tarixdə onlar yenidən Mingəçevirə gəlmişlər. Əsgər Məmmədə bir neçə sənəd vermiş və nə etmək lazım olduğunu başa salmışdır. Bundan sonra Məmməd banka girərək bir müddət sonra geri qayıtmışdır. Səbuhinin maşınında o “Əli” adlı şəxsə 4000 manat pul vermişdir. Bundan sonra Məmməd getmişdir. “Əli” adlı şəxs də ona 200 manat pul vermişdir. Bundan başqa Məmmədlə heç bir əlaqəsi olmamışdır. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspert rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan hesab haqqında məlumat, Komitənin qərarı, Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir filialı ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 06 iyul 2023-cü il tarixli əsas kredit limiti razılaşması və kassa məxaric orderindən görünür ki, bank Təqsirləndirilən şəxs illik 15.5 faiz dərəcəsi ilə 36 ay müddətinə 80 manat komissiya tutulmaqla 8000 manat məbləğində kredit vermişdir. Cinayət işinin materiallarında olan "xxxx" ASC tərəfindən Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, təqdim edilən məlumatlar, kart üzrə çıxarış saxtadır və "xxxx" ASC-nin Mingəçevir şəhər filialı tərəfindən təqdim edilməyib. Cinayət işinin materiallarında olan sənədlərin texniki ekspertizasının 17 avqust 2023-cü il tarixli 5/1162 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X2 adına yazılmış Ödəniş kartı üzrə çıxarışın mətni axınlı çap qurğusunda (printerdə) çap edilmişdir. Ödəniş kartı üzrə çıxarışda olan imzalar bir başa qələmlə icra olunmuşdurlar. Həmin sənəddə olan ştamp əksinin təsviri başqa sənəddən rəqəmsal qurğu (skaner, fotoaparat, çoxaldıcı qurğu) vasitəsilə köçürülərək axınlı çap üsulu ilə çap olunmuşdur. Ödəniş kartı üzrə çıxarışda hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir. Cinayət işinin materiallarında olan iş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilməsi haqqında 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ASC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs kassadan pul vəsaitinin götürməsini əks etdirən videogörüntü olan 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, həmin CD diskdə 25 dəqiqəlik bir ədəd videofayl vardır. Videogörüntünün 20:30-cu dəqiqəsindən etibarən Təqsirləndirilən şəxs əlində sənədlərlə kassaya yaxınlaşması, sənədləri kassirə təqdim etməsi, kassirin ona pul vəsaitini təqdim etməsi, Təqsirləndirilən şəxs pulu götürərək filialı tərk etməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda pensiyaçı kimi qeydiyyatda deyildir və ona bugünədək hər hansı növ əmək pensiyası ödənilməyib. Cinayət işinin materiallarında olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işinə hissəvi xitam verilməsi haqqında 29 dekabr 2023cü il tarixli qərardan görünür ki, cinayət işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə istintaq edilən hissəsinə hissəvi xitam verilmiş və cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialına təqdim etdiyi saxta hesabdan çıxarış və daxili işlər orqanlarından təqaüdə çıxması ilə bağlı saxta pensiya vəsiqəsinin fotoşəkli öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına tikilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs kassadan pul vəsaitinin götürməsini əks etdirən videogörüntü olan 01 ədəd CD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilməsi nəzərə alınmış, Şahid1 və Şahid2 cinayətin törədilməsində hər hansı iştirakları müəyyən edilmədiyindən onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci və 178-ci maddələri ilə cinayət təqibinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, şəxsiyyəti istintaqla müəyyən edilməyən “Vəli” adlı şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün hazırki cinayət işindən material ayrılması və DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində “Vəli” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi, Şahid4, Şahid3 Əkrəm oğlu və Şahid5 əməllərinə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində “Vəli” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işində hüquqi qiymət verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 1(039)-121/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2023–cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən saxta sənəddən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışları şəxsiyyəti istintaqa məlum olmayan “Vəli” adlı şəxs və qeyrilərinin iştirakı ilə “Vəli” adlı şəxsin və qeyrilərinin müəyyən etdiyi cinayətkar plana uyğun olaraq bilə-bilə hüquq verən rəsmi sənəd hesab edilən onun Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialından kredit götürməsi üçün daxili işlər orqanlarından təqaüdə çıxması ilə bağlı saxta pensiya vəsiqəsi və bununla bağlı bank kartından saxta çıxarışdan istifadə etməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-dən 8 000 manat pul vəsaitini istehlak krediti adı ilə götürüb ələ keçirərək banka xeyli miqdarda, yəni 8 000 manat maddi ziyan vuraraq dələduzluq etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Bununla yanaşı, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən saxta sənəddən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışları şəxsiyyəti istintaqa məlum olmayan “Vəli” adlı şəxs və qeyrilərinin iştirakı ilə “Vəli” adlı şəxsin və qeyrilərinin müəyyən etdiyi cinayətkar plana uyğun olaraq bilə-bilə hüquq verən rəsmi sənəd hesab edilən onun Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialından kredit götürməsi üçün daxili işlər orqanlarından təqaüdə çıxması ilə bağlı saxta pensiya vəsiqəsi və bununla bağlı bank kartından saxta çıxarışdan istifadə etməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-dən 8 000 manat pul vəsaitini istehlak krediti adı ilə götürüb ələ keçirərək banka xeyli miqdarda, yəni 8 000 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Göründüyü kimi “Vəli” adlı şəxs və qeyriləri Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialının əməkdaşlarını aldatmaqda ifadə olunan hərəkəti üçün saxta sənəd hazırlamaqla, ondan istifadə etməsinə şərait yaratmışlar. “Vəli” adlı şəxsin və qeyrilərinin hərəkətləri təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva etdiyindən, birgə icraçılıq kimi tövsif edilə bilməz. Məhkəmə və ibtidai istintaq zamanı təsdiq edilmişdir ki, “Vəli” adlı şəxs və qeyriləri bankın vəsaitinin dələduzluq yolu ilə talanmasında bilavasitə iştirak etməmiş, yalnız cinayətin icraçısı olan təqsirləndirilən şəxsə məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsində kömək etmişlər. Həmin şəxslər dələduzluq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etməmişlər. Belə ki, dələduzluq cinayətinin obyektiv cəhətdən aldatma və etibardan sui-istifadə etmə yolu ilə törədilir. Aldatma - həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılmasında (aktiv aldatma), həm də həqiqət haqqında susmada (passiv aldatma) ifadə olunur. Həqiqətin təhrif edilməsi, təqsirkarın müəyyən faktların mövcud olması və ya olmaması barədə yalan məlumat verməklə zərərçəkmiş şəxsi aldadaraq ondan əmlakı könüllü şəkildə ələ keçirməyə nail olmasını, həqiqət barədə susma isə (passiv aldatma) təqsirkarın xəbər verilməsi zəruru olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olmasını ehtiva edir. Göründüyü kimi bütün hallarda təqsirkar həm aktiv aldatmada, həm də passiv aldatmada birbaşa iştirak etməli və zərərçəkmiş şəxsi aldadaraq əmlakını könüllü şəkildə ələ keçirməyə nail olmalıdır.Araşdırılan cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayətin obyektiv cəhətinə daxil olan hərəkətləri, yəni zərərçəkmiş hüquqi şəxsi saxta sənədləri təqdim etməklə təkbaşına aldatmaq yolu ilə pul vəsaitini ələ keçirmişdir. Bununla cinayətin obyektiv cəhəti Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş, digər iştirakçılar isə başqa funksiyaları, yəni saxta sənədi hazırlamağı və ondan istifadə etməsinə şərait yaratmağı yerinə yetirmişlər. Bu da o nəticəyə gəlməyə əsas verir ki, “Vəli” adlı şəxsin və qeyrilərinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri deyil, məhz icraçının, yəni Təqsirləndirilən şəxs hərəkətləri formalaşdırır. Belə olan halda onun əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. “Vəli” adlı şəxsin və qeyrilərinin əməlləri CM-in 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq töfsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli Qərarında hesab etmişdir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham onun bir hərəkətlə CM-in iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi ilə bağlı olduğundan, verilmiş ittiham cinayətlərin ideal məcmusunu yaratmışdır və verilmiş ittihamdan CM-in 178.2.1-ci maddəsi xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.2-ci maddəsinə əsasən bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. Məhkəmə, həmçinin nəzərə alır ki, istintaq orqanı tərəfindən şəxsiyyəti istintaqla müəyyən edilməyən “Vəli” adlı şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün hazırki cinayət işindən material ayrılması və DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində “Vəli” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş, Şahid4, Şahid3 Əkrəm oğlu və Şahid5 əməllərinə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində “Vəli” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işində hüquqi qiymət verilməsi qərara alınmışdır. Həmin qərarda “Vəli” adlı şəxs və qeyrilərinin əməlinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işində hüquqi qiymət verilməsi göstərilmişdir. Göründüyü kimi “Vəli” adlı şəxsin və qeyrilərinin əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Həmin Qərarın 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinəəsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs saxta sənəddən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışları şəxsiyyəti istintaqa məlum olmayan “Vəli” adlı şəxs və qeyrilərinin iştirakı ilə “Vəli” adlı şəxs və qeyrilərinin müəyyən etdiyi cinayətkar plana uyğun olaraq “Vəli” adlı şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialından kredit götürməsi üçün onun daxili işlər orqanlarından təqaüdə çıxması ilə bağlı saxta pensiya vəsiqəsi və bununla bağlı bank kartından saxta çıxarış hazırlamaq, Təqsirləndirilən şəxs isə həmin saxta sənədləri banka təqdim edərək bankdan istehlak krediti əldə edib gələcəkdə öz aralarında bölməklə bağlı razılığa gəlmişlər, vəzifə bölgüsünə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan “Vəli” adlı şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum üsulla Təqsirləndirilən şəxs 17 iyul 2018-ci il tarixdən yaşa görə 714,09 manat pensiya təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən 023765 nömrəli hüquq verən rəsmi sənəd hesab edilən vəsiqəni və sonuncunun qeyd edilən təqaüdü alması ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş Təqsirləndirilən şəxs adına 4146974******4937 nömrəli kartın xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 04 iyul 2023-cü il tarixli “ödəniş kartı üzrə çıxarışı” mətnini axınlı çap qurğusunda çap edərək üzərindəki imzaları birbaşa qələmlə icra etməklə üzərinə ştampın əksini başqa sənəddən rəqəmsəl qurğu vasitəsilə köçürərək axınlı çap üsulu ilə çap edib istifadə etmək məqsədilə qanunsuz hazırlamaqla 06 iyul 2023-cü il tarixdə Mingəçevir şəhəri ərazisində həmin saxta hüquq verən rəsmi sənəd hesab edilən ödəniş kartı üzrə çıxarışı Təqsirləndirilən şəxs vermiş, bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs ASC-nin ünvan 2 ünvanında yerləşən “Mingəçevir” filialına daxil olaraq orada mütəxəssis işləyən Şahid1 özünü keçmiş polis əməkdaşı kimi təqdim edib aylıq 700 manatdan artıq pensiya aldığını yalandan bildirməklə saxta olduğunu bilə-bilə hüquq verən rəsmi sənəd hesab edilən saxta ödəniş kartı üzrə çıxarışı Şahid1 təqdim etmiş, eləcə də cinayətin digər iştirakçıları tərəfindən hüquq verən pensiya vəsiqəsinin fotoşəklini Şahid1 istifadə etdiyi mobil telefona “vatsap” proqramı vasitəsilə göndərməklə istifadə etmiş və həmin saxta sənədlər əsasında bankdan 8 000 manat pul vəsaitini istehlak krediti adı ilə götürüb aldatma və etibardan sui-istifadə etmə yolu ilə bilə-bilə hüquq verən rəsmi sənəd hesab edilən saxta vəsiqə və digər rəsmi sənəddən istifadə etməklə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə xeyli miqdarda 8 000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 178.2.4 və 320.2-ci maddələri ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etiraf etməsi ilə yanaşı, tədqiq edilmiş digər təkzibedilməz sübutlara əsasən onun niyyəti, zərərçəkmiş hüquqi şəxsin etibarından sui-istifadə etmək yolu ilə özünün şəxsi ehtiyaclarını ödəmək məqsədi ilə zərərçəkmiş hüquqi şəxsin əmlakını ələ keçirib onu aldatmaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxsin zərərçəkmiş hüquqi şəxsin əmlakını ələ keçirmək niyyəti onun zərərçəkmiş hüquqi şəxsi qabaqcadan fərdi qaydada müxtəlif üsullarla aldatması ilə eyni vaxtda yaranmışdır. Belə ki, təqsirləndirilən şəxs qaytarmaq niyyəti olmadan zərərçəkmiş hüquqi şəxsi aldadaraq kredit götürmüş və həmin krediti cinayətin digər iştirakçıları ilə bölüşdürməklə dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da, təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsi əlverişsiz vəziyyətə salmaqla, onu aldatmaq yolu ilə pul vəsaitini ələ keçirərək zərərçəkmiş hüquqi şəxsə maddi ziyan vurmaqla dələduzluq niyyətini gerçəkləşdirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 320.2-ci maddələrində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, həmin Məcəllənin 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” cinayət olmaqla, idarəetmə qaydası əleyhinə olan və bilə–bilə saxta sənədlərdən istifadə etmədə ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən, xx.xx.2023-cü il tarixdə qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi CM-nin 178.2.4-cü maddəsinə münasibətdə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin saksiyası çərçivəsində residivə görə, həmin Məcəllənin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş cəzaların qismən toplanmasını və CM-in 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada hazırkı hökmlə təyin edilmiş cəzanı birinci hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla və birinci hökmə üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-121/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin təqsirləndirilən şəxs hazırkı cinayət əməlini həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni 06 iyul 2023-cü il tarixdə qəsdən cinayət törətsə də, o, həmin cinayətə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti Yevlax Rayon Məhkəməsinin 1(039)-121/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən, cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən birinci hökmlə üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 13 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-121/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə zərərçəkmiş hüquqi şəxsə maddi ziyan vurulması, habelə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlinə görə zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyandan pul ödənilməsə də, bununla bağlı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC tərəfindən cinayət mühakimə icraaatı zamanı mülki iddia verilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialına təqdim etdiyi saxta hesabdan çıxarış və daxili işlər orqanlarından təqaüdə çıxması ilə bağlı saxta pensiya vəsiqəsinin fotoşəkli, Təqsirləndirilən şəxs kassadan pul vəsaitinin götürməsini əks etdirən videogörüntü olan 01 ədəd CD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 80 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay, CM-in 320.2–ci maddəsi ilə 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Yevlax Rayon Məhkəməsinin 1(039)-121/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla onun üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla 13 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququna malik olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialına təqdim etdiyi saxta hesabdan çıxarış və daxili işlər orqanlarından təqaüdə çıxması ilə bağlı saxta pensiya vəsiqəsinin fotoşəkli, Təqsirləndirilən şəxs kassadan pul vəsaitinin götürməsini əks etdirən videogörüntü olan 01 ədəd CD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün iş materiallarında saxlansın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar