Məhkəmə qərarları › İş №1(051)-73/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-73/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-73/2022 04.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi– Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2 Elxan qızının iştirakı ilə xx xxxxx 1995–ci ildə Qazaxıstan Respublikasının Ural şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və Mingəçevir şəhəri, Samux küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05.12.2021-ci il tarixdə saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi ilə idarə etməli olduğu halda, buna əməl etməyərək sürücülük vəsiqəsi olmadan, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «Vaz 2106» markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri Nizami prospekti ilə N.Nərimanov prospektinin kəsişməsində yerləşən “Qələbə Meydanı” dairəsində Nizami prospekti istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən baş vermiş yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək «Vaz 2106» markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yuxarı surət həddi 60 km/saat nəzərdə tutulduğu halda 62 km/saat surətlə hərəkətini davam etdirərək, onun hərəkət istiqaməti üzrə yolu soldan sağa keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin sol ön hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs1 sol diz oynağının əzilməsi və sol baldırın yarası ilə nəticələnən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına hər iki xəsarət birlikdə və ayrı-ayrılıqda yüngül və zərərçəkmiş Zərərçəkmiş şəxs2 bədəninin sağ oturaq və qasıq sümüklərinin qapalı yerdəyişən sınıqları ayrı-ayrılıqda və birlikdə az ağır və sağ diz oynağının əzilməsi ilə nəticələnən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Mingəçevir şəhərində yerləşən Samux küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. O, Mingəçevir şəhəri, “Firəngiz” şadlıq sarayının qarşısında yerləşən avtomobil təmir sexində usta kimi fəliyyət göstərir. O, 2021-ci ilin noyabr ayının ortaları əvvəlcədən tanıdığı Şahid1 məxsus Vaz 2106 markalı 10HR396 dövlət qeydiyyat nişanlı avtomobili almaq qərarına gəlmişdir. O, Fətullah Əliyevə məxsus olan Vaz 2106 markalı 10FİR396 dövlət qeydiyyat nişanlı avtomobilin əlavə xərcləri olduğu üçün o, avtomobili tam hazır vəziyyətə gətirdikdən sonra avtomobili alacağını və avtomobilin təmirinə xərclənəcək pulu ümumi razılaşdırılmış qiymətdən çıxacağı barədə razılaşmışdır. Həmin müddət ərzində o, Fətullah Əliyev ilə razılaşdığını və ona məxsus olan Vaz 2106 markalı 10HR396 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Lakin o, Fətullah Əliyev ilə avtomobilin alqı- satqısını rəsmiləşdirməmişdir. O, 05.12.2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Mingəçevir şəhəri, Samux küçəsinə gedən zaman Nizami prospekti ilə N.Nərimanov prospektinin kəsişməsində 62 km/saat sürətlə hərəkət etmişdir. Bu zaman Nizami prospekti ilə N.Nərimanov prospektinin kəsişməsində “Qələbə dairəsi” adlanan parkın qarşısında olan dairədən avtomobil yolu ilə yolu soldan sağa keçmək istəyən iki nəfər qadın görmüşdür. Bu zaman, o dərhal əyləci basmış və avtomobilin sol ön tərəfi ilə həmin iki qadın piyadanı vurmuşdur. Zərbənin təsirindən piyadalar yerə yıxılmışdır. O, avtomobili saxlayıb dərhal avtomobildən düşmüş və həmin vaxt çox həyacanlı olmuşdur. Ətrafdakı insanlardan piyadaları Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılmasını xahiş etmişdir. Həmin vaxt ətrafa insanlar toplaşdığını görmüş və adını sonradan bildiyi piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparmışlar. Sonradan zərərçəkmiş şəxslərin müalicəsinə və müayinəsinə maddi köməklik göstərmiş və dəymiş ziyanı ödəmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə razılıq əldə edib barışmışdır. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, həqiqətən də, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, 05.12.2021-ci il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən “5+ Super Market” in yaxınlğındakı terminaldan pul çəkdikdən sonra tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə Qələbə Meydanın qarşısında yerləşən dairənin sağ yan hissəsi ilə avtomobil yolunun digər hissəsində yerləşən “Soliton” adlı məişət avadanlıqları mağazasının istiqamətinə hərəkət edən zaman, həmin vaxt sağ tərəfdən Vaz 2106 markalı avtomobilin gəldiyini və avtomobil yüksək surətlə hərəkət etdiyini görmüş və buna görə də, tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə avtomobilin yolu keçməsi üçün yol vermək məqsədi ilə gözləmişdir. Həmin vaxt avtomobil onun üzərinə doğru gəlmiş, ilk olaraq Vaz2106 markalı avtomobil qabaq hissəsi ilə onun sağ yan hissəsinə yüksək sürətlə dəymiş və aşaraq yerə düşmüşdür. Daha sonra ətrafdakı şəxslər onlara kömək etmiş və Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışlar. Bununla belə təqsirləndirilən şəxs tərəfindən ona maddi və mənəvi köməklik edilmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilən halların nəzərə alınaraq, qərar qəbul edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram vuraraq, ibtidai istintaq zamanı veridiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Ona görə də məhkəmə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, həqiqətən də, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi ev 15, mənzil 21-də ailə üzvləri ilə birlikdə yaşayır. 05.12.2021-ci il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən “5+ Super Market” in yaxınlığındakı terminaldan pul çəkdikdən sonra tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə Qələbə Meydanın qarşısında yerləşən dairənin sağ yan hissəsi ilə avtomobil yolunun digər hissəsində yerləşən “Soliton” adlı məişət avadanlıqları mağazasının istiqamətinə hərəkət etmişlər. Həmin vaxt sağ tərəfdən Vaz 2106 markalı avtomobilin gəldiyini və avtomobilin yüksək surətlə hərəkət etdiyini görmüş və buna görə də tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə avtomobilin yolu keçməsi üçün yol vermək məqsədi ilə gözləmişdir. Həmin vaxt avtomobil onun üzərinə doğru gəlmiş, ilk olaraq Vaz2106 markalı avtomobil qabaq hissəsi ilə onun sağ yan hissəsinə yüksək sürətlə dəymiş və aşaraq yerə düşmüşdür. Daha sonra ətrafdakı şəxslər onlara kömək etmiş və Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Vaz2106 markalı, ** HR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. Təxminən 15 ilə yaxın ona məxsus olan Vaz 2106 markalı, ** HR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmişdir. 2020-ci ilin axırlarından bəri sürücülük hüququndan məhrum edildiyi üçün ona məxsus olan Vaz 2106 markalı, ** HR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etməmişdir. Təxminən 1 il bundan əvvəl ona məxsus olan Vaz 2106 markalı, ** HR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sürücülük hüququ olmadığı üçün satmaq qərarına gəlmişdir. Həmin zaman Mingəçevir şəhəri, “Firəngiz” şadlıq sarayında yerləşən avtomobil təmiri sexində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs adlı ustaya ona məxsus olan avtomobili satmaq qərarına gəlmişdir. Lakin Vaz 2106 markalı avtomobilin dəmir hissəsinin çürükləri olduğunu bildirmişdir. Avtomobilin tam təmir olunduqdan sonra qiyməti barədə Təqsirləndirilən şəxs ilə razılaşmışlar. Lakin Vaz 2106 markalı avtomobili Təqsirləndirilən şəxs idarə etməsi üçün hər hansı sənədləşdirmə aparmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ilə şifahi qaydada razılığa gəlmişlər. Ona məxsus olan Vaz 2106 markalı ** HR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Təqsirləndirilən şəxs qeyri-rəsmi qaydada satdığı üçün avtomobili idarə etməsinə heç bir etirazı olmamışdır. 06.12.2021-ci il tarixdə səhər saat 9 radələrində Təqsirləndirilən şəxs atası Əziz Paşayev ona məxsus olan mobil nömrəyə zəng edərək oğlu Təqsirləndirilən şəxs işlədiyi sexə gəlməsini xahiş etmişdir. Sexə gələn zaman X4 05.12.2021-ci il tarixdə axşam saatlarında ona məxsus olan avtomobil ilə yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 05.12.2021-ci il tarixdə saat 23 radələrində Mingəçevir ŞPŞ-nin DYPB-nin inspektoru, polis baş serjantı Şahid3 ilə xidmətdə olan zaman Mingəçevir ŞPŞ-nin Növbətçi Hissəsindən onlara iki nəfər piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi barədə məlumat verilmişdir. Dərhal Mingəçevir ŞPŞ-nin DYPB-nin inspektoru polis serjantı Şahid3 ilə birlikdə hadisənin baş verdiyi yerə getmişlər. Oraya çatan zaman hadisə yerində hadisəni törətmiş avtomobilin sürücüsünün və avtomobilin olduğunu, piyadaların isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparıldığını görmüşlər. Hadisə yerində hadisəni törətmiş avtomobilə məxsus tormoz izləri və şüşə qırıntıları olmuşdur. Dərhal hadisə yerinin mühafizəsi təmin edilmiş, “VAZ 2106” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs sənədlərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs avtomobilləri idarə etməyə hüquq verən sürücülük vəsiqəsinin olmadığı müəyyən edilmişdir. Bundan sonra sürücü Təqsirləndirilən şəxs spirtli içki qəbul edib-etməməsini müəyyən etmək məqsədilə Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Rayonlarası Narkoloji Dispanserinə aparmışlar və müayinə zamanı Təqsirləndirilən şəxs spirtli içki qəbul etmədiyi müəyyən edilmişdir. Daha sonra “VAZ 2106” markalı, 10-HR- 396 dövlət qeydiyyat nişanlı avtomobili aparıb cərimə meydançasına yerləşdirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindiriliş Şahid3 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 06.12.2021-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 06.12.2021-ci il tarixdə saat 01 radələrində Nizami prospekti ilə Nərimanov prospekti istiqamətində yerləşən “Qələbə” adlı parkın qarşısında yerləşən dairənin sağ hissəsi ilə asfalt yolda sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz 2106» markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtomobil yoluna çıxaraq yolu sağdan sola keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir. Cinayət işinin materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 538 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yol–nəqliyyat hadisəsi törədən zaman ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 01.02.2022-ci il tarixli, 56 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sağ qoturaq və qasıq sümüklərinin qapalı yerdəyişməsi, sağ diz oynağının əzilməsi isə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 01.02.2022-ci il tarixli, 66 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sol diz oynağının əzilməsi və sol baldırın yarası sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi yol-nəqliyyat hadislərinin məhkəmə ekspertizasının 13.02.2022-ci il tarixli 8/904 nömrəli rəyindən görünür ki, Vaz 2106 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə yerində VAZ2106 markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobildən qalmış 19 metr uzunluğunda tormoz izinə uyğun hərəkət sürəti 62 km/saatdır. Qeyd edilir ki, nəqliyyat vasitəsi tormozlarının əvvəlində tormoz izi qoymadan tormozlanmış vəziyyətdə hərəkətdə olması nəzərə alınmaqla VAZ2106 markalı avtomobilin hadisədən əvvəl 70-80 km/saat sürətlə hərəkətdə olması istisna edilmir. Sürücü Təqsirləndirilən şəxs VAZ2106 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin mərkəzi informasiya sisteminin 14.03.2022-ci il tarixli 158-3321-1122 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük vəsiqəsinin olmadığı məlum olmuşdur. Cinayət işi materiallarında olan maddi sübut kimi tanınma və saxlanca verilmə barədə 19.03.2022-ci il tarixli qərardan görünür ki, VAZ2106 markalı **-HR-*** dövlət nömrə nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanması üçün Şahid1 geri qaytarılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına yüngül və az ağır zərər vurulmasına səbəb olan yol–nəqliyyat hadisəsi törətməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 05.12.2021-ci il tarixdə saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi ilə idarə etməli olduğu halda, buna əməl etməyərək sürücülük vəsiqəsi olmadan, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «Vaz 2106» markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri Nizami prospekti ilə N.Nərimanov prospektinin kəsişməsində yerləşən “Qələbə Meydanı” dairəsində Nizami prospekti istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən baş vermiş yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək «Vaz 2106» markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yuxarı surət həddi 60 km/saat nəzərdə tutulduğu halda 62 km/saat surətlə hərəkətini davam etdirərək, onun hərəkət istiqaməti üzrə yolu soldan sağa keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin sol ön hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs1 sol diz oynağının əzilməsi və sol baldırın yarası ilə nəticələnən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına hər iki xəsarət birlikdə və ayrı-ayrılıqda yüngül və zərərçəkmiş Zərərçəkmiş şəxs2 bədəninin sağ oturaq və qasıq sümüklərinin qapalı yerdəyişən sınıqları ayrı-ayrılıqda və birlikdə az ağır və sağ diz oynağının əzilməsi ilə nəticələnən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263-1.1–ci maddəsi ilə tövsif edilməli və onun barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15.11.2013–cü il tarixli qərarının tələblərini və izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq həmin maddənin tələbinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququnu verən sürücülük vəsiqəsi ilə idarə etməli olduğu halda, buna əməl etməyərək nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən baş vermiş yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməmişdir. Həmin pozuntu nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül, Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin Qanununun 36–cı maddəsinin 1–ci hissəsinin 3–cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlarım məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq ilk dəfə hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini və zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödəməklə onlarla barışıq əldə etməsini, 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 17.03.2022–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona maddi və mənəvi kömnəklik etmişdir və ondan heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 15.03.2022-ci il tarixli 28/a saylı xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Mingəçevir şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1–ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə ibidai istintaq zamanı maddi sübut kimi tanınmış VAZ 2106 markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilin qanuni sahibi Şahid1 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ibidai istintaq zamanı maddi sübut kimi tanınmış VAZ 2106 markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilin qanuni sahibi Şahid1 qaytarılması nəzərə alınsın. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar