Məhkəmə qərarları › İş №1(051)-73/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-73/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-73/2023 10.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, xüsusi ittihamçı-X6 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2, barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X4, müdafiəçisi Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 30 may 1977-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olub, Mingəçevir şəhəri, N.ünvan 2n X4 Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X11 şikayət ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun xüsusi ittihamçı qismində tanınmaqla şərəfini, ləyaqətini ləkələyən böhtan və təhqir xarakterli məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında, kütləvi çıxışında yaymış X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə icrasında xüsusi ittihamçı X11 onun tərəfindən verilmiş ittihamı müdafiə edərək ifadəsində göstərmişdir ki, X10 2023-cü ilin fevral ayında “Youtube” çox milyonluq kanalda onun barəsində böhtan və təhqir xarakterli məlumatları yayaraq “şərəfini, mənliyini, vicdanını satan, həkim adın batıran. Alçaq şərəfsizin yekəsi, həkim adını utandıran... mənliksiz, şərəfsiz, alçaq işlər görərək televizorun arxasınca kamera qoyub onu kamera vasitəsilə izləyirmiş ki,... halbu ki, pozğunun, əyaşın yekəsi özüdü. Polisə pul verərək canını qurtardı... Şərəfsiz, vicdansız insan. Voenkomanta 2000, 3000 manat pul basdı ki, müharibədən canını qurtarsın” kimi ifadələrlə bilə-bilə onların şərəf və ləyaqətlərini ləkələyən və nüfuzdan salan yalan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymış, həmçinin kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında onların şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Çəkilişdən görünür ki, Pərvanə Tahirova həmin çıxışı onun mənzilində, Mingəçevir şəhəri Nizami küçəsi 4 b saylı evin 7 saylı mənzilindən edir. Onun xüsusi ittihamçı qismində tanınmaqla şərəfini, ləyaqətini ləkələyən böhtan və təhqir xarakterli məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında, kütləvi çıxışında yaymış X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs X10 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdi ki, X11 şikayət ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müaciət edərək, onun xüsusi ittihamçı qismində tanınmaqla şərəfini, ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyyatında, kütləvi çıxışda yaymış onun, yəni X4 Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı hədində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün vacib şərtlərdən biri şikayətin qanunla müəyyən olunmuş məzmununa riayət olunmasıdır. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş formada olmalıdır. Bundan başqa xüsusi ittiham qaydasında şikayət vermiş Elxan Hüseynov 2023cü fevral ayında “Youtube” çox milyonluq kanalda onun barəsində böhtan və təhqir xarakterli məlumatların yayıldığını qeyd etsə də, konkret olaraq hansı kanalda məlumatların yayıldığını, eyni zamanda da cinayət qanunu ilə nəzərdə tutulmuş zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğunu qeyd etməmişdir. Bundan başqa bildirir ki, onun heç bir günahı yoxdur. X11 onun evinə video kamera quraşdırmışdır. O dediklərini şok vəziyyətində demişdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona bəraət verilməsini xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, işə əlavə olunmuş video görüntü olan CD diskdən görünür ki, X1 Elxan Telman oğlu barəsində “şərəfini, mənliyini, vicdanını satan, həkim adın batıran. Alçaq şərəfsizin yekəsi, həkim adını utandıran... mənliksiz, şərəfsiz, alçaq işlər görərək televizorun arxasınca kamera qoyub onu kamera vasitəsilə izləyirmiş ki,... halbu ki, pozğunun, əyaşın yekəsi özüdü. Polisə pul verərək canını qurtardı... Şərəfsiz, vicdansız insan. Voenkomanta 2000, 3000 manat pul basdı ki, müharibədən canını qurtarsın” internet informasiya ehtiyatında yaymışdır. İş materiallarında olan 06 iyul 2023-cü il tarixli, 4/992 saylı Məhkəmə linqvistik ekspertizasının rəyindən görünür ki, X4 www.7times.az saytına verdiyi müsahibəsində E.Hüseynov barəsində işlətdiyi “şərəfsiz”, “şərəfini, mənliyini, vicdanını satan”, “həkim adını batıran, həkim adını utandıran, həkim adına layiq görməyən”, “alçaq”, “əyyaş”, “mənliksiz”, “pozğun”, “vicdansız”, “ruhi cəhətdən bu insanda pozuntular var” söz və ifadələri X6 şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilir. X4 www.7times.az saytına verdiyi müsahibəsində verdiyi “Elxan Hüseynovun onu dəfələrlə içkili vəziyyətdə döyməsi, polis və prokurorluq orqanlarında pul verib məsuliyyətdən yayınması məhkəməni satın alması, P.Tahirovanın yaşadığı evin internet xəttini, televiziya kanallarını, qazını kəsdirməsi, rüşvət verərək İİ Qarabağ müharibəsindən yayınması kimi məlumatlar X8 xidməti fəaliyyətilə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaratdığından böhtan olduğu təqdirdə onun şərəf ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X4 müraciəti əsasında toplanmış material üzrə X6 əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlalanmış və həmin cinayət nəticəsində mənəvi ziyan dəymiş X10 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan AZ-İV seriyalı 761734 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 himayəsində xx.xx.2019-cu il təvəllüdlü X12 adlı uşağı vardır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 nümayiş etdirilən internet informasiya ehtiyatında X6 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla və yalan olduğunu bilə-bilə X6 şərəf və ləyaqətini ləkəyən və onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxs X4 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar xüsusi ittihamçı tərəfindən Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 15-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxarkən məhkəmələrin diqqəti zərər çəkmiş şəxsin irəli sürdüyü ittihamı müdafıə etmək hüququnun təmin edilməsinə dair prosessual normaların tələblərinə əməl edilməsinə yönəldilsin. Xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın müdafıəsi zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak edərək onun tərəfindən sübutların təqdim edilməsindən, vəsatətlər qaldırılmasından, müdafıə tərəfinin təqdim etdiyi sübutların tədqiqində, məhkəmə çıxışlarında iştirak etməkdən ibarətdir. Bu zaman xüsusi ittihamçı barəsində şikayət verilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan irəli sürdüyü ittihamı dəyişmək və ya ondan tamamilə imtina etmək hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, X1 Elxan Telman oğlu barəsində nalayiq ifadələr işlədərək və ona qarşı böhtan xarakterli fikirlər irəli sürməklə internet informasiya ehtiyatına paylaşıb yaymaqla, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında X6 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış və yalan olduğunu bilə-bilə X6 şərəf və ləyaqətini ləkəyən və onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymışdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tövsif olunmalıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs X1 Elxan Telman oğlunun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında qəsdən yaymışdır. Həmçinin təqsirləndirilən şəxs X1 Elxan Telman oğlunun yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkəyən və onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymışdır. Ona görə də X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin bütün əlamətləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinə əsasən CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmə, həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən X6 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan nalayiq və böhran xarakterli ifadələrdən ibarət məlumatların kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayılması, həm xüsusi ittihamçının birbaşa təhqir edilməsi, həm də onun şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması, həm də ki onun üzərinə böhtan atması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinə əsasən kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Odur ki, məhkəmə işin məhkəmə istintaqında müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X7 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalı və sonra isə həmin cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən toplanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X10 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri böyük ictimai təhlükə törətməyən cinayətlər olmaqla, şəxsiyyətin ləyaqəti əleyhinə olan, qəsdən törədilən cinayətlərdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4–cü maddəsinə əsaslanaraq təqsirləndirilən şəxsin himayəsində 1 nəfər azyaşlı uşağının olmasını onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. X4 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halın mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxs X7 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Həmçinin təqsirləndirilən şəxs X7 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş ekspertiza xərci olan 150 (bir yüz əlli) manat məbləğində pul təqsirləndirilən şəxs X3 tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təyin olunmuş 1000 (bir min) manat cərimə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təyin olunmuş 1000 (bir min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə toplansın və onun üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat cərimə cəzası saxlansın. İş ekspertiza xərci olan 150 (bir yüz əlli) manat məbləğində pul təqsirləndirilən şəxs X3 tutulub dövlət büdcəsinə ödənilsin. Hökmün icrasına nəzarət Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar