Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-73/2025 09.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü il tarixdə Zərdab rayonu, Qaravəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunun 2-ci siyahısının 118-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram müəyyən edildiyi halda, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Elxan adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib öncədən 5 ədəd sellafon bükümlərdə ümumi çəkisi 5 qram psixotrop maddə olan metamfetamini 200 manat müqabilində almaq barədə razılaşdıqdan sonra həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən “Azər Optika’nın arxasında yerləşən yaşayış binasının qarşısında Elxan adlı şəxs ilə görüşüb 5 ədəd sellafon bükümlərdə hər birinin çəkisi 0,243 qram, 0,282 qram, 0,299 qram, 0,246 qram və 0,250 qram olmaqla ümumilikdə xeyli miqdarda 1,320 qram psixotrop maddə metamfetamini 200 manat müqabilində, 175 manat ödəməklə, 25 manat isə borclu qalmaqla qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, “Əşya bazarı” yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 20:05-dən 20:17-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə psixotrop maddə - metamfetamin əynində olan qara rəngli qısaqol gödəkçənin içəri sağ cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 may 2024-cü il tarixdə saat 19:30 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində əşya bazarının yaxınlığındakı binalardan birinin baş tərəfində olarkən polis əməkdaşları onu saxlayıb özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə gətirmişlər. O şəhər polis şöbəsinin inzibati binasına daxil olan zaman üzərinə şəxsi axtarış keçirilməsi üçün oraya vəkil çağırılmışdır. Bundan sonra ona vəkil Kamil Yunusovun hüquqlarını müdafiə edəcəyi bildirilmiş və təqdim edilmişdir. Video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, o isə etiraz etməmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli qısaqol gödəkçənin içəri sağ cibindən beş ədəd şəffaf rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş beş ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxış keçirən zaman narkotik vasitəyə oxşar kütlənin olması müəyyən olunmuşdur. Sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitələri təxminən 2-3 saat əvvəl əşya bazarının yanında binalardan birinin qarşısında yerdən tapdığını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə onun və vəkil X2 iştirakı ilə elektron tərəzidə çəkilmiş, hər birinin ayrı-ayrılıqda ümumi çəkiləri 0,34 (sıfır tam yüzdə otuz dörd), 0,26 (sıfır tam yüzdə iyirmi altı), 0,27 (sıfır tam yüzdə iyirmi yeddi), 0,31 (sıfır tam yüzdə otuz bir) və 0,29 (sıfır tam yüzdə iyirmi doqquz) qram, beş ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitəyə oxşar kütlələrin birlikdə ümumi çəkisi isə 1,46 (bir tam yüzdə qırx altı) qram olmuşdur. Şəxsi axtarış və götürmə barədə polis əməkdaşları protokol tərtib etmiş, polis əməkdaşları, o və müdafiəçi Kamil Yunusov həmin protokolu imzalamışlar. Sonra isə həmin büküm boş zərfə qoyularaq qablaşdırılmış, daha sonra DİN-in 76 nömrəli möhürlə möhürlənmiş və onlar həmin zərfin üzərini imzalamışlar. Lakin o, ilkin olaraq izahatı alınan zaman etiraf etdiyi kimi bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir ŞPŞ-də üzərindən 5 ədəd sellofon bükümlərdə aşkar edilmiş psixotrop maddələr olan metamfetamini həmin günü, yəni xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Vatsapp ani sosial mesajlaşma proqramı vasitəsi ilə Mingəçevir şəhərində narkotik və psixotrop maddələrin satışı ilə məşğul olan Elxan adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng vurub psixotrop maddə olan metamfetamin istəmiş, Elxan isə ona həmin psixotrop maddənin qramını 40 manatdan satdığını bildirmiş, o isə Elxandan 5 qram psixotrop maddə metamfetamin istəyən zaman Elxan ona psixotrop madda metamfetamini 200 manat müqabilində satacağını bildirmiş və ona pul göndərməyi üçün ona 4098 5844 6402 4247 bank plastik kart hesabına pul göndərməyini bildirmişdir. O özü Zərdab rayonunda kür çayı sahilində krivetka tutub satdığı və Ucar rayonunda yaşayan Rəşid adlı şəxs ondan nisyə 80 manat dəyərində krivetka almışdır. O, Elxanla danışdıqdan sonra Rəşidə zəng vurub təcili olaraq 80 manat borcunu verməsini istəmiş və Rəşidə Elxanın ona atmış olduğu bank kart hesabının nömrəsini göndərmişdir. Rəşid ona olan 80 manat borcunu göndərdiyi bank hesabına göndərmiş, bundan sonra o, Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən Qədiroğlu marketdən həmin hesaba 10 manat pul yükləmişdir. Həmçinin istifadəsində olan Misli proqramından da 10 manat Elxanın göndərmiş olduğu bank hesabına yükləmişdir. Bundan başqa o, Mingəçevir şəhəri, Sağ sahil tərəfdə yaşayan Yamən adlı şəxsə zəng vurub ondan nisyə almış olduğu 7 manatlıq krivetkanın pulunu, həmçinin əlavə 8 manat da yəni ümumilikdə 15 manat pul verməsini, Yamənə 8 manatlıq kıivetka verəcəyini bildirmiş və Elxanın göndərdiyi bank kart hesabını Yamənə göndərmiş, Yamən isə həmin hesaba 15 manat pul yükləmişdir. Bundan sonra o, həmin günü yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində Elxanla, Elxanın yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən Azər optikanın arxasında yaşayış binasının qarşısında görüşmüş, o, Elxana onun dediyi hesaba 115 manat pul göndərdiyini bildirmiş və 60 manat da əlbəəl vermişdir. Elxan ondan qalan 25 manatı nə vaxt verəcəyini soruşduqda o, qısa müddətdə 25 manatı verə biləcəyini demişdir. Elxan ondan 60 manatı aldıqdan sonra ona 5 ədəd sellafon bükümdə psixotrop maddə metamfetamin vermişdir. O, bükümləri əynindəki qısaqol gödəkçənin içəri sağ cibinə qoyub oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təkzib edərək ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və göstərdi ki, onu polis əməkdaşları əşya bazarının yaxınlığında olan binanın qarşısında saxladılar, üzərində narkotik vasitə aşkar etdilər və Polis Şöbəsinə gətirdilər. Həmin narkotik vasitəni tapmışdı, özü istifadə üçün saxlamışdı. Sonra isə Elxanı polis şöbəsinə gətirdilər. Elxanla aralarında pul haqq hesabı var idi, Elxan tamamilə başqa ifadə verdiyi üçün o da başqa ifadə verdi. Narkotik vasitəni siqaret qutusunun içərisindən aşkar etmişlər. Maşın gözləyirdi, evinin təmiri üçün Elxangilə usta aparmalıydı, ustanın adı Mosu idi. Polis əməkdaşları onları yaxalamazdan əvvəl Elxanla binanın blokunda mübahisə edirdilər, ustanın pulunu əvvəldən vermişdi, o xərcləmişdi, ustaya az pul vermişdi, usta gəlib işləmirdi. 175 manatını qaytarmışdı, qalıq pulu verməmişdi deyə mübahisə yarandı. Elxanı da tutub gətirmişlər, müstəntiq dedi ki, guya narkotik vasitəni o, Elxana satmışdır və evdə işləyən ustaya da narkotik vasitəni gətirən odur, ona görə ifadəni dəyişdi, narkotik vasitəni o, Elxandan aldığını bildirdi. MSY-də Elxan birinci ifadə verdi ki, guya o, ustaya narkotik vasitə gətirdiyi üçün mübahisə etmişlər. İlkin ifadəsində demişdir ki, yerdən tapmışdır, sonra isə Elxanın ifadəsinə görə, ifadəsini dəyişdi. Məhkəmədə fikirləşdi, düzünü desin. Məhkəmə hazırlıq iclasında da hələ Elxana qarşı hirsi soyumamışdır deyə, Elxandan aldığını bildirmişdir. Kimsə ona göstəriş verməyib, bu cür ifadə versin. Elxandan aldığını əsəbi olduğu üçün bildirmişdir və bundan peşmandır. Elxanla danışığı olub, narkotiklə bağlı yazışmaları olmayıb, telefonu müstəntiqdədir, heç bir zəngi və mesajı silməmişdir. 5 büküm «vest» qutusunun içərisində yerdən tapmışdır, büküm olaraq istifadə etmişdir. Krevetka işinə baxır, yazışmaları ancaq onunla bağlı olar. Polis əməkdaşları orada ona heç nə demədilər, fikirləşdi ki, qonşular səs-küylərinə görə şikayət ediblər. Polis şöbəsində üzərinə baxış keçiriləndə narkotik vasitə aşkar olundu. Vəkil Kamil müəllimin iştirakı ilə baxış keçirildi, soruşdular, tapdığını bildirdi. ŞPŞ-də ona heç bir təzyiq və zorakılıq göstərməmişlər. Ondan sonra Elxanı gətirdilər, axşam tərəfi olardı. Elxanın gətirilmə vaxtı yadından çıxıb. Onu polis əməkdaşları tutanda Elxan binanın blokundan yuxarı çıxdı. Üzləşmə zamanı Elxan bildirdi ki, guya o, Elxanın ustasına narkotik vasitə gətirdiyi üçün onu döyüb qovmuşdur. Əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, ittihamın qanuni həll edilməsi üçün Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsi ilə işə məhkəmədə baxılan zaman məhkəmə istintaqında verdiyi ifadəsi ararasında cinayətin predmeti olan psixotrop maddə metamfetamini əldə edilməsi mənbəyi ilə bağlı ziddiyyətin olmasını nəzərə alaraq, onun məhkəməyədək icraat zamanı ifadəsini, məhkəmə istintaqında istinad etdiyi dəlilləri, həmçinin ona məxsus Samsung markalı mobil telefonda olan Vatsapp ani mesajlaşma və danışıq proqramına baxış protokolunu digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan psixotrop maddə metamfetaminin əldə edilməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin əldə edilməsi mənbəyi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin hissədə inandırıcı saymır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşı Vəliyev X5 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, Əşya bazarı yaxınlığında olan zaman görüb, ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Əliyev X1 ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X6 dəvət olunmuş və sonuncunun iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olduğunu bildirib, onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir. Həmçinin şəxsi axtarışı keçirilən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynindəki qara rəngli qısaqol gödəkçənin içəri sağ cibindən 5 ədəd sellafon büküm aşkar edilmişdir. Həmin 5 ədəd sellafon bükümlər açıldıqda içərisindən psixotrop maddə olan metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 5 (beş) ədəd sellafon bükümlərdəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddələri 2-3 saat əvvəl əşya bazarının yaxınlığında yerdən tapdığını bildirmişdir. Həmin bükümlər hər biri ayrı ayrılıqda elektron tərəzidə çəkilmiş və onların ümumi çəkisi 1,46 qram olmuşdur. Aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixtrop maddələr olan metamfetamini xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Mingəçevir şəhər sakini Şahid4 200 manat müqabilində aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 da ifadələrində Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanıyır, heç bir düşmənçiliyi və ədavəti yoxdur. Evində təmir işləri görülməli idi, yəni evin döşəməsi vurulmalı idi. Pulunu alıb, gəlib işini görmüşdür. Lakin müstəntiq polis əməkdaşı ilə birlikdə ona bildirdilər ki, guya o, Bəxtiyara 200 manata narkotik satmışdır. Bəxtiyar ondan borc pul istəyib verməmişdir, biraz narazılıqları olub. Polis əməkdaşları onu saxlayan zaman Bakı şəhərindən yeni gəlmişdi. Bakıdan gəldikdən sonra o, Bəxtiyarla görüşməmişdir. Tutulmazdan 7-8 gün əvvəl evin döşəməsini vurmaq üçün Bəxtiyar onlara gəlmişdi. Bəxtiyarla işini görmədiyi üçün telefonda mübahisə etmişlər. Bəxtiyarla nə vatsapda, nə də SMS mesajları yazmamışlar. Bəxtiyarla ümumilikdə narkotik alveri etməmişdir. Onun kartına pul köçürülməyib. Onda 4098 5844 6402 4247 nömrəli «Kapital Bank»ın kartı olub. Onda mobil tətbiq olmadığı üçün karta pul köçürməsi gələndə bilmir. Onu PŞ-yə gündüz vaxtı aparıblar. Bəxtiyarla bağlı heç nə deməmişlər. Nə səbəbə görə PŞ-nə gətirmişlər demədilər. Soruşdular ki, Bəxtiyarla nə əlaqəsi var, o da evinin döşəməsinin təmiri ilə bağlı görüşdüklərini dedi. Ona MSY-də dedilər ki, Bəxtiyara narkotik satmışdırmı, dedi ki, elə bir şey olmayıb. Bir neçə ay əvvəl evində təmir işləri gedən zaman Bəxtiyar onlara gəldi, dedi ki, döşəməni baha qiymətə vururlar, Bəxtiyar aşağı qiymətə həll edə biləcəyini dedi, o da razılaşdı, döşəməni sökdülər, Bəxtiyar dedi ki, onun əlində 2-3 günlük işdir, lakin çox uzatdı və pulunu geri qaytarmadı deyə, mübahisələri düşüb. Üzləşmə zamanı PŞ-də elə abu hava yaratdılar ki, nə dediyini xatırlamır. ***-***-**-** mobil nömrəsi uzun müddətdir ki, işləmir. 8-9 ay bundan əvvəl söhbət olub, Bəxtiyara mesajda nə yazdığı yadında deyil. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli qısaqol gödəkçənin içəri sağ cibindən beş ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitəyə oxşar kütlənin olması müəyyən olunmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkçənin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sağ yan cibindən bir ədəd “rothmans” markalı siqaret qutusu və bir ədəd kibrit qutusu, içəri sol cibində bir ədəd bir manatlıq əskinas, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd 20 qəpik, 1 ədəd 10 qəpik, arxa sağ cibindən isə bir ədəd bir manatlıq əskinas aşkar olunmuşdur və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadə etdiyini, üzərində aşkar olunmuş narkotik vasitəni təxminən 2-3 saat əvvəl əşya bazarının yanında binalardan birinin qarşısında yerdən tapdığını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş beş ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitəyə oxşar kütlələr “Digital Scole” markalı elektron tərəzidə çəkilərkən hər birinin ayrı-ayrılıqda ümumi çəkiləri 0,34 (sıfır tam yüzdə otuz dörd), 0,26 (sıfır tam yüzdə iyirmi altı), 0,27 (sıfır tam yüzdə iyirmi yeddi), 0,31 (sıfır tam yüzdə otuz bir) və 0,29 (sıfır tam yüzdə iyirmi doqquz) qram, beş ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitəyə oxşar kütlələrin birlikdə ümumi çəkisi isə 1,46 (bir tam yüzdə qırx altı) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən götürülmüş beş ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitəyə oxşar kütlələrin görüntüləri “Samsung” markalı video-kamera ilə videoya çəkilmiş və zərfə qoyularaq AR. DİN-in 76 nömrəli möhürü ilə möhürlənmiş və üzəri Təqsirləndirilən şəxs özü, habelə prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs məxsus Samsung markalı mobil telefona baxış protokolundan görünür ki, həmin mobil telefonda olan Vatsapp ani mesajlaşma və danışıq proqramına daxil olan zaman Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 17:40-da “Qaqa melim” kimi qeyd etdiyi Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 33 saniyə danışıq olduğu, həmçinin aralarında olan yazışmadan ***-***-**-** saylı mobil nömrədən 4098 58-44 6402 4247 bank kart nömrəsini, Leo , cek at, noldu mesajlarının Təqsirləndirilən şəxs göndərilməsi, Təqsirləndirilən şəxs isə ona "5 dənə olacaq ha bil” sözləri yazılması qeyd edilmişdir. Cinayət işinin materiallarında olan 19 iyul 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli qısaqol gödəkçənin içəri sağ cibindən beş ədəd şəffaf sellafon bükümlər aşkar edilmişdir. Həmin 5 ədəd sellafon bükümlərə baxış keçirilən zaman spesifik iyindən və rəngindən psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar olundu və həmin bükümlər hər biri tərəzidə çəkilmiş və həmin 5 ədəd sellafon bükümlərin ümumi çəkisi 1,46 qram olmuşdur. Həmin 5 ədəd sellafon bükümlərdə olan kütlələr tərəzidə çəkildikdən sonra proses iştirakçıları tərəfindən imzalanaraq qablaşdırıldı. Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/476 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 05(beş) ədəd şəffaf sellafon bükümlərdə, ayrı ayrılıqda təmiz çəkiləri-0,243 qram, 0,282 qram, 0,299 qram, 0,246 qram və 0,250 qram, ümumi çəkiləri - 1,320 qram olan maddələr kustar üsulla hazırlanmış psixtrop maddə - metamfetamindir. Təqdim olunmuş 05(beş) ədəd şəffaf sellafon bükümlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/478 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində ” Vət. Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi- 0.181 qram olan maddə kustar üsulla hazrılanmış psixotrop maddəmetamfetamindir. Təqdim olunmuş 01 (bir) ədəd kağız bükümdə olan metamfetamin ilə 05 (beş) ədəd sellofan bükümlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1368 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəsətliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 1,320 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,820 qram olan psixotrop maddə- metamfetamin və 1 ədəd Samsung markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, video çəkilişləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, “Əşya bazarı” yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 20:05-dən 20:17-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı 5 ədəd sellafon bükümlərdə hər birinin çəkisi 0,243 qram, 0,282 qram, 0,299 qram, 0,246 qram və 0,250 qram olmaqla ümumilikdə xeyli miqdarda 1,320 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlayıb daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Elxan adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib öncədən 5 ədəd sellafon bükümlərdə ümumi çəkisi 5 qram psixotrop maddə olan metamfetamini 200 manat müqabilində almaq barədə razılaşdıqdan sonra həmin günü, yəni xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən “Azər Optika’nın arxasında yerləşən yaşayış binasının qarşısında Elxan adlı şəxs ilə görüşüb 5 ədəd sellafon bükümlərdə hər birinin çəkisi 0,243 qram, 0,282 qram, 0,299 qram, 0,246 qram və 0,250 qram olmaqla ümumilikdə xeyli miqdarda 1,320 qram psixotrop maddə metamfetamini 200 manat müqabilində, 175 manat ödəməklə, 25 manat isə borclu qalmaqla qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, “Əşya bazarı” yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 20:05-dən 20:17-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə psixotrop maddə metamfetamin əynində olan qara rəngli qısaqol gödəkçənin içəri sağ cibindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il tarixdə doğulmuş yetkinlik yaşına çatmamış Nərmin adlı uşağı vardır. Cinayət işinin materiallarında olan 9 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində 9 saylı Mənzil İstismar Sahəsinə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, xx.xx.2024-cü il tarixdə saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata da alınmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,820 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs məxsus 1 ədəd Samsung markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekspertiza tədqiqatının dəyəri olan 69 manat 10 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 300 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,820 qram olan psixotrop maddə- metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs məxsus 1 ədəd Samsung markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69 manat 10 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 300 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-73/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-73/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver