Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-74/2020 17.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi x1 iştirakı ilə, xx.xx.2000-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs 22.05.2020-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən “MRT” tikinti materiallarının satışı şirkətinin qarşısında olan “Samir” mağazasının yanında tanışı Zərərçəkmiş şəxs bir ay əvvəl telefonda aralarında olan mübahisə səbəbindən qəsdən yumruqla Zərərçəkmiş şəxs sifətinin burun nahiyəsindən bir dəfə vuraraq, ona burun sümüyünün qapalı yerdəyişən sınığı sağlamlığa yüngül zərər vurmaya aid və sağ diz oynağında olan sıyrıq sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Aşkar cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısının baldızının qaynıdır, lakin bacısın baldızı evlərində söz-söhbət olduğu üçün 3 il bundan qabaq küsərək atasının evinə gəlmişdir. Təxminən bir ay bundan qabaq Zərərçəkmiş şəxs anası gəlinini evinə qaytarması üçün onların evinə gəlmiş, lakin gəlinləri olan Zeynəb evinə qayıtmamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs mobil nömrəsinə zəng edərək, Zeynəbin onların evinə qayıtmamasını, onları narahat etməmələrini demişdir. Bu zaman telefonda aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş, Zərərçəkmiş şəxs da ona söymüşdür. 22.05.2020-ci il tarixdə bacısı gilini evlərinə material lazım olduğu üçün onların evlərinin yanından 8 saylı şəhərarası avtobusa minərək “MRT” şirkətinə getmək istəmişdir. Daha sonra isə avtobusa Zərərçəkmiş şəxs və onun yanında olan Şahid1 minmiş, birlikdə “MRT” şirkətinin qarşısında avtobusdan enmiş və orada aralarında mübahisə yaranmışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış və ona vurulmuş ziyanı ödəmişdir. Ona görə də barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş edir. Aşkar cinayət üzrə şikayət vermişZərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, haqqında şikayət etdiyi Təqsirləndirilən şəxs onun tanışıdır. Belə ki, onun qardaşı Şahid2 həyat yoldaşı Zeynəb Tursun, Təqsirləndirilən şəxs bacısının baldızıdır. x3 3 ildir ki, ailələrində söz-söhbət olduğu üçün onların evindən küsərək, atası evinə getmişdir. Təxminən bir ay bundan öncə x4 gəlinini evlərinə qaytaması üçün onun atası evinə getmiş, lakin Zeynəb Tursun evinə qayıtmamışdır. Həmin gün bacısının evində olan Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng edərək, bacısının baldızı olan Zeynəbin daha onlara geri qayıtmayacağını, ondan əl çəkmələrini, əks halda onların evini yandıracağını və onların döyüləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs isə ona öz işi ilə məşğul olmasını dedikdə, Təqsirləndirilən şəxs ona və onun anasının ünvanına nalayiq ifadələr işlətmişdir. 22.05.2020-ci il tarixdə, saat 15:30 radələrində o, mərkəzi bazarda yerləşən paltar mağazasına olan pul borcunu geri qaytarması üçün qohumu olan Şahid1 ilə birlikdə yaşadıqları evin yanından bazara gəlmələri üçün 8 saylı şəhərarası avtobusa minmiş, avtobusa mindikdə onlar Təqsirləndirilən şəxs da avtobusda olduğunu görmüşlər. Şəhərin AzDres qəsəbəsində Təqsirləndirilən şəxs avtobusdan enmək istədikdə ona enməməsini və birlikdə gedib sakit bir yerdə söhbət etmələrini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtobusdan enməmiş, şəhərin Təbriz küçəsində yerləşən “MRT” tikinti materiallarının satışı şirkətinin yanında onlar birlikdə avtobusdan enərək, həmin şirkətin qarşısında olan “Samir” mağazasının yanında dayanıb söhbət etmişlər. Söhbət zamanı Şahid1 mağazadan içməyə su alaraq, həmin suyu gətirib ona vermiş, özü suyu açaraq ilk Təqsirləndirilən şəxs içməsi üçün ona vermişdir. Təqsirləndirilən şəxs isə sudan bir qədər içdikdən sonra geri qaytarmışdır. Bu zaman Təqsirləndirilən şəxs niyə onun anasına söydüyünü soruşmuş və aralarında mübahisə yaranmışdır. Daha sonra isə əlində olan suyu içmək istədikdə Təqsirləndirilən şəxs əli ilə onun burnundan yumruq vuraraq oradan qaçmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs döyməmişdir. Hal hazırda barışdıqlarına və ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etdi. Şahid1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qohumudur. 22.05.2020-ci il tarixdə Zərərçəkmiş şəxsla birlikdə bazara getmək üçün 8 saylı şəhərarası avtobusa minmiş və həmin vaxt Təqsirləndirilən şəxs da avtobusda olmuşdur. Onlar birlikdə “MRT” şirkətinin qarşısında düşmüş, orada olan zaman Zərərçəkmiş şəxsla, Təqsirləndirilən şəxs aralarında sözlə mübahisə olmuşdur. Bu zaman o, mağazadan su alıb gətirmiş və Zərərçəkmiş şəxs həmin suyu açaraq ilk Təqsirləndirilən şəxs içməsi üçün ona vermişdir. Təqsirləndirilən şəxs isə bir qədər içdikdən sonra suyu Zərərçəkmiş şəxs qaytarmışdır. Zərərçəkmiş şəxs isə suyu içmək istədikdə Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs burnundan vurmuşdur. Şahid2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, həyat yoldaşı Zeynəb Tursun 3 il bundan qabaq evdən küsərək atasının evinə getmişdir. x4 isə təxminən bir ay bundan qabaq onun həyat yoldaşını evinə qaytarması üçün onlara getmişdir Bundan sonra həyat yoldaşının gəlinlərinin qardaşı olan Təqsirləndirilən şəxs onun qardaşı Zərərçəkmiş şəxs zəng etmiş və telefonda onun və anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də 22.05.2020-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxsla, Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs burnundan vurmuşdur. Məhkəmə baxışı zamanı əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək barışdıqlarını bildirmiş, bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23.05.2020-ci il tarixli, 312 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər – burun sümüyünün qapalı yerdəyişən sınığı və sağ diz oynağında sıyrıq küt əşyanın (alət-lərin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən 22.05.2020-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə burun sümüyünün sınığı sağlamlığı qısa müddətdə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya, sağ diz oynağında olan sıyrıq sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayana aid edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, əməli törətmiş şəxslə zərər çəkmiş şəxs barışmış, zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73.2-ci, CPM-nin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilətəqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin və o,cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-74/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-74/2020
17.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver