Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-74/2021 26.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlu və müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi ev 14/3, mənzil 4də qeydiyyatda olmaqla ünvan 4 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu dünya ölkələri arasında, o cümlədən Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Koronavirus COVİD-19» infeksiyasına yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasına yoluxma faktının təsdiq edilməsi barədə xx.xx.2020-ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı ünvan 1 ünvanında karantinə alınmasına və Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nın 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməlidir. Buna baxmayaraq xx.xx.2020-ci il tarixdə saat 16 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edərək Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən Mərkəzi poçtun yaxınlığında yerləşən özünün taksi fəaliyyəti ilə məşğul olduğu yerə getməklə özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» infeksiyasının digər taksi sürücülərinin, taksi xidmətindən istifadə edən müştərilərin və digər şəxslərin arasında yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Mingəçevir şəhərində mərkəzi poçtun qarşısında taksi sürücüsü kimi fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixdə öz təşəbbüsü ilə səhhəti yaxşı olmadığından Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gedərək “Covid-19” infeksiyasına yoluxub-yoluxmaması ilə bağlı test vermişdir. xx.xx.2020-ci il tarixdə “TƏBİB” publik hüquqi şəxs tərəfindən onun “Covid-19” infeksiyana yoluxub-yoluxmaması barədə verdiyi testin nəticəsinin pozitiv olması və 14 gün müddətində yaşadığı ünvanı tərk etməməsi, tərk edəcəyi halda qanuni məsuliyyətə cəlb olunacağı ilə bağlı ona məxsus ***-***-**-** mobil nömrəsinə SMS bildiriş göndərilmişdir. Bir müddət sonra ona Mingəçevir şəhər Xəstəxanasından ailə həkimi Şahid4 zəng edərək infeksiyaya yoluxması barədə məlumat vermiş və mütəmadi olaraq zəng edərək səhhəti ilə bağlı məlumatlar əldə etmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 16 radələrində karanatinə alındığı ünvan 2 ünvanını tərk etmək məcburiyyətində qalmışdır. Belə ki, onun iki az yaşlı övladı var və ailədə yalnız o çalışdığından və ev üçün ərzaq lazım olduğundan yaşadığı evi tərk edərək onunla birlikdə Mingəçevir şəhərində Mərkəzi poçtun qarşısında taksi fəaliyyəti ilə məşğul olan yoldaşlarımdan borc pul almaq məqsədilə idarə etdiyim “Mercedes E-class” markalı ** BC *** dövlət qeydiyyat nömrəli avtomobillə həmin yerə getmişdir. Orada tanışı İsmayıla virusa yoluxduğu üçün işləyə bilməyəcəyini, pula ehtiyacı olduğunu və ona borc pul verməsini istəmişdir. Təxminən 1 saata yaxın müddət ərzində həmin ərazidə olmuşdur. Orda olan zaman polis əməkdaşları onunla telefon vasitəsilə əlaqə saxlamışlar, virusa yoluxduğuna baxmayaraq karantinə alındığı ünvanı tərk etdiyini və yaşadığı ünvana qayıtmasını tələb etmişlər. Yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq “Covid-19” infeksiyasına yoluxduğunu və evdə təcrid qaydalarını pozduğunu demişlər. Daha sonra oraya təcili tibbi yardım maşını gəlmiş və onu yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 70, mənzil 37 ünvanına aparmışlar. xx.xx.2020-ci il tarixdə isə “Covid-19” infeksiyasından sağalması və özünütəcrid rejiminin başa çatması haqqında sms bildiriş almışdır. Yaşadığı evi məcburiyyət qarşısında qalıb tərk etmiş, buna görə də ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki Mingəçevir şəhər polis şöbəsində İTB-nin YYÇPİÜQ-nun baş inspektoru vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə “Covid-19” infeksiyasına yoluxmuş xəstələrlə telefon vasitəsilə əlaqə yaradaraq onların testin nəticəsi pozitiv çıxdıqdan 14 gün müddətində özünütəcrid rejimi qaydalarına riayət edib karantinə alındıqları ünvanları tərk etməmələrinə nəzarət edirmiş. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək onun karantin rejimi qaydalarına riayət edib-etməməsini yoxlayan zaman onun avtomobillə hərəkətdə olduğunu bilmişdir. Sonra Mingəçevir ŞPŞ-nin Təhlükəsiz Şəhər kamerası vasitəsilə onun Mingəçevir şəhərində mərkəzi poçtun qarşısında taksi fəaliyyəti ilə məşğul olmasını müəyyən etmişdir. Bundan sonra Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfərləri ilə birlikdə həmin əraziyə yollanmışlar və Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 70 №-li binanın yaxınlığında saxlanılaraq ona “Covdi-19” infeksiyası ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olması ilə bağlı məlumatının olub-olmaması, hansı səbəbdən karantin rejimi qaydalarını pozaraq yaşadığı evi tərk edərək yoluxucu “Covid-19” infeksiyasının yayılması üçün real təhlükə yaratması barədə soruşmuşlar. Təqsirləndirilən şəxs “Covid-19” infeksiası ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olması ilə bağlı sms bildiriş aldığını və 14 gün müddətində karantinə alındığı evi tərk etməməli olduğunu bildiyini bildirmişdir. Lakin azyaşlı uşaqlarının olduğunu ailəsində ondan başqa heç kimin işləmədiyini və buna görə də pul əldə etmək məqsədilə evi tərk etmək məcburiyyətində qaldığını bildirmişdir. Daha sonra əraziyə cəlb olunmuş Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım stansiyasının, gigiyena və epidemiologiya mərkəzinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana aparılmışdır. Məhkəmə iclası zamanı Şahid2 şahid qismində ifadə vermiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 göstərmişdir ki, 1987-ci ildən həkim kimi işləyir, 2018-ci il tarixdən isə xəstəxananın ailə sağlamlıq mərkəzində ailə həkimi vəzifəsində işləyir. O, Mingəçevir şəhəri, A.S.Puşkin, V.Hüseynov, İslamzadə və A.Qurbani küçələrində olan binalara ailə həkimi kimi nəzarət edir. Təqsirləndirilən şəxs da onun nəzarətində olan ərazidə qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdə Mingəçevir ŞMX-nın ailə-sağlamlıq mərkəzinə ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 yaşayan Təqsirləndirilən şəxs yeni növ “Covid-19” infeksiyasına yoluxması barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan onun xidməti ərazisinə daxil olduğundan o, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək ona “Covid-19” infeksiyasına yoluxduğunu, 14 gün müddətinə yaşadığı mənzili tərk etməməsini, əgər ağrıları olarsa ona məlumat verməsini demişdir. Həmçinin ona müalicə təyin edilmiş və həmin müalicə üçün lazım olan dərman peraparatlarını almağa maddi vəziyyəti imkan vermədiyindən onların alınmasında Təqsirləndirilən şəxs köməklik edilmişdir. O, bundan sonra mütəmadi olaraq Təqsirləndirilən şəxsla əlaqə saxlamış və Loğmanın vəziyyəti barədə soruşmuşdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs səhhəti yaxşılaşdığından və özünütəcrid müddəti bitdiyindən onun adı “Covid-19” infeksiyasına yoluxmuş xəstələrin siyahısından çıxarılmışdır. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” infeksiyası ilə əlaqədar olaraq verdiyi testin nəticəsinin pozitiv olması haqqında sms bildiriş almışdır. Lakin azyaşlı uşaqlarının olması ailəsinə ərzaq almaq üçün pulu olmaması və ona görə də pul əldə etmək məqsədilə karantinə alındığı ünvanı tərk edərək xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “COVİD-19” virusu ilə əlaqədar olaraq labarator müayinə (yaxma) olunmuş və xx.xx.2020-ci il tarixdə müayinənin nəticəsi pozitiv olmuş, buna baxmayaraq Təqsirləndirilən şəxs karantin rejimini tələblərini pozaraq xx.xx.2020-ci il tarixdə küçəyə çıxıb xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli sənədlərə baxış protokolundan görünür ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Keyfiyyətə nəzarətin idarə olunması şöbəsinin rəhbəri Səadət Səmədovanın təqdim etdiyi jurnala və iltizama baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin jurnalın 66-cı bəndində Təqsirləndirilən şəxs Nurəddin oğlunun xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında “Covid-19” infeksiyasına yoluxub-yoluxmaması ilə əlaqədar olaraq test üçün yaxma verməsi və anket məlumatları qeyd olunmuş, iltizanmanədə isə “Covid-19”la bağlı test verərkən nəticənin müsbət olacağı halda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıması, yaşayış yerini tərk etməməsi izah olunması barədə müvafiq qeydiyyat aparılmışdır. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli sənədlərə baxış protokolundan görünür ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Şahid4 təqdim etdiyi sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şahid4 Təqsirləndirilən şəxs zəng etməsi ilə bağlı dəftərdə qeydiyyat aparmışdır. Qeydiyyatda Təqsirləndirilən şəxs ad, soyad və atasının adı, qeydiyyatda olduğu və yaşadığı ünvan və mobil telefon nömrəsi qeyd olunmuşdur. Həmçinin qeydiyyat dəftərində Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə zəng edilməsi barədə qeydiyyat aparılmışdır. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli diskə baxış protokoldan görünür ki, zənglərə dair cədvəlin 202-ci bəndində xx.xx.2020-ci il tarixdə saat 11:10-da, 203-cü bəndində xx.xx.2020-ci il tarixdə saat 11:27-də sahə həkimi X1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamamışdır. Cinayət işinə əlavə edilmiş DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu yoxdur. Cinayət işinə əlavə olunmuş 2 saylı MİS-dən verilmiş xasiyətnamədən görünür ki, Səfərov X3 şəhəri Puşkin küçəsi ev 14/3 mənzil 4-də pasport qeydiyyatındadır. Qeydiyyatda olduğu müddət ərzində 2 saylı MİS-ə Təqsirləndirilən şəxs Nurəddin oğlu haqqında yazılı və şifahi heç bir şikayət daxil olmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs oğlu dünya ölkələri arasında, o cümlədən Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Koronavirus COVİD-19» infeksiyasına yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasına yoluxma faktının təsdiq edilməsi barədə xx.xx.2020-ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı ünvan 1 ünvanında karantinə alınmasına və Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nın 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməlidir. Buna baxmayaraq xx.xx.2020-ci il tarixdə saat 16 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edərək Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən Mərkəzi poçtun yaxınlığında yerləşən özünün taksi fəaliyyəti ilə məşğul olduğu yerə getməklə özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» infeksiyasının digər taksi sürücülərinin, taksi xidmətindən istifadə edən müştərilərin və digər şəxslərin arasında yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsini özünü müdafiə üsulu kimi qiymətləndirir, onun gətirdiyi dəlillər məhkəmədə tədqiq olunmuş sübutlarla təkzib olunur. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun yaşadığı yerdə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini belə ki, Təqsirləndirilən şəxs ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs oğlunun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-74/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-74/2021
26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver