Məhkəmə qərarları › İş №1(051)-74/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-74/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-74/2022 06.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 1991-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında qeydiyyatda olan və ünvan 2 həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs qızma ödənilməsinə dair Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)- 4236/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051 )-9/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətam törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə məsuliyyət elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 2040,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 05 noyabr 2013-cü il tarixdə faktiki nikah münasibətinə girərək el adəti ilə toy edib ailə qurmuşlar. Nikahlarını rəsmi qaydada qeyd etdirməmişlər. Onların birgə münasibətlərindən xx.xx.2014-cü il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. Ailə qurduqları ilk ildə mehriban olmuşlar, lakin sonradan qaynanası Aybəniz onların ailə işlərinə qarışdığı üçün münasibətləri pozulmuşdur. 2014-cü ilin avqust ayında Zərərçəkmiş şəxs ondan ayrılıb uşağını da götürüb atası evinə qayıtmışdır. Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları müddətdə Mingəçevir şəhər ərazisində balıq alveri ilə məşğul olmuş, X6 Stansiyasının ərazisində olan su anbarından balıq tutaraq, Mingəçevir şəhərində yerləşən restoranlara satmaqla aylıq 500-600 manat qazancı olmuşdur. Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-4236/2017 saylı qətnaməsinə əsasən ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051 )-9/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixli təqdimatda qeyd edilən cəmi 2040,00 manat borcu yaranmışdır. Zərərçəkmiş şəxs onunla ayrıldıqdan sonra qardaşı ilə ailə qurduğuna görə Nərgizə əsəbləşdiyi üçün alimenti ödəməmişdir. Sonuncu qış fəslinədək X6 Stansiyasının ərazisində olan su anbarında balıq tutaraq Mingəçevir şəhərində yerləşən restoranlara satmaqla aylıq 300-400,00 manat qazanc əldə etmişdir. Hazırda fərdi qaydada fəhləliklə məşğul olur, günə 10,00 manat omaqla, ayda 300,00 manat qazancı olur. Mingəçevir Məşğulluq mərkəzində ayda 180,00 manat məvacibi olan iş təklif etsələr də, o, ona 180,00 manat gəliri olan iş sərf etmədiyinə görə həmin işdən imtina etmişdir. Yeni ailə qurduğu arvadı heç yerdə işləmir ailəsinə və uşağına öz qazancı ilə baxır və 180,00 manat məbləğindən daha çox qazanır. Hazırda əməlindən peşmandır. Aliment borcundan zərərçəkmiş şəxsə 800 manat ödəmişdir. Qalan aliment borcunu ayda 150 manat olmaqla tələbkara ödəməyə söz verir və bu barədə tələbkarla razılıq əldə etmişdir. Odur ki, məhkəmədən, izahatında göstərdikləri halları nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 05 noyabr 2013-cü il tarixdə faktiki nikah münasibətlərinə girərək el adəti ilə toy edib ailə qurmuşlar. Nikahlarını rəsmi qaydada qeyd etdirməmişlər. Onların birgə faktiki münasibətlərindən xx.xx.2014-cü il tarixdə Dəniz adlı uşaqları olmuşdur. Ailə qurduqları ilk günlərdən xasiyyətləri bir-birinə uyğun gəlmirdi. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içkilər qəbul edib onu heç bir səbəb olmadan söyüb döyürdü. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2014-cü ilin avqust ayında Təqsirləndirilən şəxs ilə faktiki olaraq ayrılıb uşağını götürüb ata evinə qayıtmışdır. Birgə yaşadıqları müddətdə Bəhruz Mingəçevir şəhər ərazisində balıq alveri ilə məşğul olmaqla, aylıq 700-800 manat qazanc əldə etmişdir. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşağın saxlanması üçün ona heç bir maddi kömək göstərməmişdir. Özü heç yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. Uşağını anasının maddi yardımı ilə saxlayır. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbinə dair iddia qaldırmış və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-4236/2017 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Mingəçevir şəhər icra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051 )-9/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixli təqdimatda qeyd edilən cəmi 2040,00 manat borcu yaranmışdır. Bununla belə, işə məhkəmədə baxılan vaxtda Təqsirləndirilən şəxs yığılmış aliment borcundan 800 manat ödəmiş, qalan borcunu da aralarındakı razılaşmaya əsasən ayda 150 manat olmaqla ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Bu səbəbdən də hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. Tələbi isə qalan aliment borcunun Təqsirləndirilən şəxs tərəfindən ödənilməsindən ibarətdir. Odur ki, məhkəmədən, izahatında göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Mingəçevir şəhər İcra Şöbəsində böyük icra məmuru vəzifəsində işləyir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-4236/2017 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Göstərilən icra sənədi xx.xx.2017-ci il tarixdə Mingəçevir şəhər icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək, tərəflərə göndərilmişdir. Borclu məhkəmə qərarı üzrə tələbi təmin etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırdığı üçün Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051)-9/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs xəbərdarlıqlara baxmayaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi ödənilməli olan aylıq ödənişləri tam və vaxtında ödəməmiş və nəticədə 2040,00 manat aliment borcu yaranmışdır. Borclunun inzibati tənbeh tətbiq olunmasına və məsulliyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etmir. Belə olan halda onun əməlində qərəzlilik müşahidə olunur. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında xidməti vəzifəsinin icrası ilə bağlı iştirak edə bilməmiş, şahid Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin rəisi Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli 2(051)-4236/2017 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2017-ci il tarixdən başlayaraq 06 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 80 (səksən) manat məbləğində alimentin alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər İcra Şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş 26 oktyabr 2017-ci il tarixli 2(051)-4236/2017 saylı icra sənədi 23 noyabr 2017-ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan 23 noyabr 2017-ci il tarixli və 07 dekabr 2017-ci il tarixli tələbin könüllü icrası barədə bildirişlərdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə 26 oktyabr 2017-ci il tarixli 2(051)-4236/2017 saylı icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan 07 yanvar 2018-ci il tarixli və 11 iyun 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan 07 dekabr 2017-ci il tarixli, 20 dekabr 2017-ci il tarixli, 08 yanvar 2018-ci il tarixli, 16 noyabr 2018-ci il tarixli, 18 mart 2019-cu il tarixli və 19 avqust 2019-cu il tarixli izahatlardan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmışdır. Həmin izahatlar Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imzalanmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 20 dekabr 2017ci il tarixli 3(051)–1419/2017 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 27 mart 2019-cu il tarixli 3(051)–185/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 3(051)–9/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2020-ci il tarixli 8(051)-46/2020 saylı qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli 2(051)-4236/2017 saylı icra sənədi üzrə tələbkara olan 1340 manat borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məşğulluq Mərkəzi tərəfindən Mingəçevir şəhər İcra Şöbəsinə ünvanlanmış 29 aprel 2019-cu il tarixli 98 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2019-cu il tarixdə mərkəzə dəvət edilmiş, ona "xxxx" MMC-də aylıq əmək haqqı 180 manat olan fəhlə işi təklif edilmiş, lakin o, səhhəti ilə əlaqədar həmin işdən imtina etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2040 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməyərək məhkəmənin 26 oktyabr 2017-ci il tarixli 2(051)-4236/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2017ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs qızma ödənilməsinə dair Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-4236/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(051 )-9/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətam törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 2040,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129–cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5–ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3–cü maddəsinin tələbinə görə icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012–ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306–cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313–1.1–ci (528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, məhkəmə istintaqı zamanı yığılmış borcundan 800 manat ödəməsini, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 17 dekabr 2021–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və tələbkar Zərərçəkmiş şəxs tərəfindən 06 iyul 2022-ci il tarixdə yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs işə məhkəmədə baxılan zaman yığılmış aliment borcundan 800 manat pul ödəmişdir. Qalan borcun isə hər ay 150 manat olmaqla ödəməsinə razılıq vermişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, aliment borcundan 800 manat ödəmiş və qalan borcu isə hər ay 150 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və həmin cəzanın şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, cinayət işinin materiallarında olan 18 fevral 2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdə tutularaq Mingəçevir ŞPŞ-nin MSY-yə təqdim edilmişdir. Cinayət işi materiallarında olan 20 fevral 2022-ci il tarixli «qətimkan tədbiri seçilməsi» haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Eləcə də, cinayət işinin materiallarında olan 20 fevral 2022-ci il tarixli “MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 03 gün təşkil edir. Mingəçevir şəhər məhkəməsinin 23 may 2022-ci il tarixli, 1(051)-74/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbslə əvəz edilmişdir. Cinayət işinə əlavə edilmiş «axtarışda olan şəxsin tutulması barədə» 30 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdə Mingəçevir şəhər ərazisində tutularaq, Mingəçevir şəhər məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək həbsdə qaldığı 03 gün və 30 may 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixədək həbsdə qaldığı 1 ay 06 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Bununla yanaşı məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah oluna bilər. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin xarakterini dərk edərək ictimai təhlükəli əmələ yol verdiyini bilmiş, zərərçəkmiş şəxsə vurduğu əmələ görə peşman olduğunu bildirmiş, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirmişdir. O, borcundan zərərçəkmiş şəxsə 800 manat məbləğində pul ödəyərək törətdiyi cinayətin zərərli nəticələrini yüngülləşdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi ilk vaxtdan etibarən islah yoluna qədəm qoymuşdur. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41–ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM–nin 70.1–ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2–ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 70– ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək, həmçinin məhkəmə qətnaməsində müəyyən edilmiş məbləğdə aliment borcunu hər ay ödəmək, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirmək vəzifəsi vəzifəsi qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qərəzli olaraq alimenti ödəməyən, habelə digər icra sənədlərini icra etməyən şəxslərə Cinayət Məcəlləsində nəzərdə tutulan cəzaların təyini zamanı məhkəmələr cəzanın məqsədini diqqətdə saxlamalı, Cinayət Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan “şərti məhkumetmə” institutundan istifadə və bu zaman məhkumun üzərinə icra ilə bağlı öhdəlik qoyulması məsələsi müzakirə edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və sınaq müddəti ərzində onun üzərinə məhkəmə qətnaməsində müəyyən edilmiş məbləğdə borcunu hər ay ödəmək, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirmək vəzifəsi qoyulması cəzanın məqsədlərinə uyğundur. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək həbsdə qaldığı 03 gün və 30 may 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixədək həbsdə qaldığı 1 ay 06 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 06 (altı) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək, məhkəmə qətnaməsində müəyyən edilmiş məbləğdə alimenti və yığılmış aliment borcunu hər ay ödəmək, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirmək vəzifəsi qoyulsun. Sınaq müddəti məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar