Məhkəmə qərarları › İş №1(051)-74/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-74/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-74/2025 20.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə - qurudulmuş marixuananın xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda xeyli miqdarda, təmiz çəkisi 61,66 qram narkotik vasitə - qurudulmuş marixuana əldə edib, həmin narkotik vasitəni yaşadığı ünvan 3 ünvanına daşıyıb, 1,04 qram olan hissəsini bir otaqlı mənzilin eyvanında sol tərəfdə yerləşən dolabda 1 ədəd polietilen paketdə, 3,65 qram hissəsini mənzilin qonaq otağında sağ tərəfdə yerləşən pəncərənin qarşısında olan 1 ədəd kiçik şüşə bankada, 0,55 qram hissəsini mənzilin qonaq otağında sağ tərəfdə olan pəncərənin qarşısında 1 ədəd kağız bükümdə, 0,17 qram olan hissəsini mənzilin qonaq otağında sol tərəfdə yerləşən pəncərənin qarşısında açıq vəziyyətdə, 0,45 qram olan hissəsini mənzilin qonaq otağında sağ tərəfdə yerləşən dolabda saxladığı 1 ədəd kağız bükümdə, 0,14 qram olan hissəsini həmin dolabda 1 ədəd sellofan bükümdə, 35,29 qram olan hissəsini mənzilin mətbəxində sağ tərəfdə yerləşən dolabın üst hissəsində 1 ədəd sellofan torbada, 1 ədəd sellofan torbanın içərisində 5 ədəd polietilen paketlərdə ayrıayrılıqda 3,96 qram, 3,68 qram, 3,89 qram, 4,31 qram və 4,03 qram olan hissələrini də mənzilin mətbəxində sağ tərəfdə yerləşən dolabın üst hissəsində, 0,36 qram və 0,14 qram olan hissələrini mənzilin mətbəxində pəncərənin qarşısındakı 2 ədəd gümüşü kağız bükümlərdə saxlamış, «yaşayış sahəsinə daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında» Mingəçevir şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixdə saat 15:04-dən 15:49-dək olan müddət ərzində onun yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai ktiçəsi 19 saylı binanın, 53 saylı mənzilinə Mingəçevir şəhər polis şöbəsinin X3 əməkdaşları tərəfindən baxış keçirilərkən qeyd olunan narkotik vasitə - qurudulmuş marixuana mənzilin göstərilən yerlərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Tutulmamışdan təxminən bir ay öncə «Qarabağ» bölgəsinə işləmək üçün getmiş və orada işləyən zaman yabanı halda bitən marixuana kolu tapmış, gələcəkdə istifadə etmək üçün həmin kolu sellofan torbaya yığıb, tapdığı marixuananı üzərində Mingəçevir şəhərinə, yaşadığı evə gətirmişdir. Narkotik vasitə istifadə etdiyi üçün həmin sellofan torbanı açıb içərisindəkini hissə-hissə gizli şəkildə evində qurutmağa başlamışdır. Həmin marixuana quruduqca ondan istifadə etmişdir. Narkotik vasitəni hissəhissə saxlamaqda məqsədi yalnız onu ardıcıl olaraq qurudub, istifadə etmək olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 14 radələrində yaşadığı binanın yaxınlığında olan zaman Mingəçevir ŞPŞ-nin əməkdaşları ona yaxınlaşıb, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, bu səbəbdən də üzərinin yoxlanılacağını bildirmişlər. Bundan sonra üzəri yoxlanılmış, lakin həmin vaxt üzərindən qanunla saxlanması qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona yaşadığı evə baxış keçirilməsi barədə Mingəçevir şəhər məhkəməsinin qərarı elan olunmuşdur. Bundan sonra onun yaşadığı ünvana iştirakı ilə və video çəkiliş aparılmaqla polis əməkdaşları tərəfindən baxış keçirilməyə başlanılmışdır. Yaşadığı bir otaqlı mənzilə videoçəkiliş keçirilməklə baxış keçirilən zaman mənzilin qonaq otağından pəncərənin qarşısında bir ədəd kağız bükümdə və bir ədəd açıq vəziyyətdə, bir ədəd kiçik bankada, qonaq otağında yerləşən dolabdan bir ədəd sellafon bükümdə və bir ədəd kağız bükümdə, mənzilin eyvanında bir ədəd polietilen paketdə, mənzilin mətbəxində pəncərinin qarşısında 2 ədəd kağız bükümdə, mətbəxdə sol tərəfdə dolabın üzərində iki ədəd sellofan torbada qurutduğu narkotik vasitə marixuana aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanalar onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. İlk öncə mənzilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaların ona məxsus olmadığını bildirsə də, sonra həmin narkotik vasitələrin ona məxsus olduğunu, habelə həmin narkotik vasitəni 1 ay öncə Mingəçevir şəhəri, Günəşli bağ massivində yerdən tapdığını yalandan bildirmişdir. Bundan sonra o, Mingəçevir ŞPŞ-yə aparılmış və Mingəçevir ŞPŞ-də ona dövlət büdcəsi hesabına təyin edilmiş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Verilən suallara cavab olaraq o, mənzilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı tutulmamışdan 1 ay öncə «Qarabağ» bölgəsində işləyən zaman yabanı halda tapıb, yaşadığı evə gətirdiyini, yabanı halda tapdığı narkotik vasitə marixuananı qurutmaq üçün hissələrə bölərək, saxladığını, hissə-hissə saxlamaqda məqsədinin narkotik vasitə qurudulmuş marixuananı qəbul etdiyi dozadan artıq qəbul etməmək olduğunu bildirmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən göstərdiklərini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. xx.xx.2024-ci il tarixdə saat 14:40 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşları: Şahid2 və Qəhrəmanov X5 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 19 saylı yaşayış binasının yaxınlığında görüb, yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirmiş və üzərinin videoçəkiliş aparılmaqla yoxlanılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinin yoxlanılmasına etiraz etməmiş, bundan sonra onun üzəri yoxlanılmış, lakin həmin vaxt onun üzərindən qanunla saxlanılması qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Mingəçevir şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 19 saylı binanın 53 saylı mənzilinə baxış keçiriləcəyi ona elan edilmiş və onun yaşadığı mənzilə özünün iştirakı ilə vəvideoçəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Adı çəkilən mənzilə baxış keçirilən zaman 1 otaqlı mənzilin eyvanında sol tərəfdə yerləşən dolabda 01 (bir) ədəd polietilen paketdə, mənzilin qonaq otağında sağ tərəfdə yerləşən pəncərənin qarşısında 01 (bir) ədəd kiçik şüşə bankada, mənzilin qonaq otağında sağ tərəfdə pəncərənin qarşısında 1 (bir) ədəd kağız bükümdə, mənzilin qonaq otağında sol tərəfdə yerləşən pəncərənin qarşısında 1 (bir) ədəd açıq vəziyyətdə, mənzilin qonaq otağında sağ tərəfdə yerləşən dolabda saxladığı 1 (bir) ədəd kağız bükümdə və həmin dolabda 1 (bir) ədəd sellofan bükümdə, mənzilin mətbəxində sağ tərəfdə yerləşən dolabın üst hissəsində saxladığı 1 (bir) ədəd sellofan torbada və həmin yerdə bir ədəd sellofan torbanın içərisində 5 (beş) ədəd polietilen paketlərdə və mənzilin mətbəxində pəncərənin qarşısında 2 (iki) ədəd gümüşü kağız bükümlərdə narkotik vasitə - qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Daha sonra proses iştirakçılarının yanında aşkar edilmiş həmin kütlələr elektron tərəzidə çəkilmiş və zərflərin içərisinə qoyularaq qablaşdırılmışdır. Soğru-sual zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onları təxminən 1 ay əvvəl Mingəçevir şəhəri, Günəşli bağ massivində yerdən sellofan torbada tapdığını bildirmişdir. Bundan sonra Zülfiqarov X6 ŞPŞ-yə gətirilmiş və Mingəçevir ŞPŞ-nin təhqiqatçısı tərəfindən müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin, NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəmə istintaqı zamanı Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid3 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 22 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 22 sentyabr 2024-cü il tarixli qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 20 sentyabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin mənzilinə baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 19 saylı binanın 53 saylı mənzilinə Mingəçevir şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən baxış keçirilən mənzilin qonaq otağı, mənzilin mətbəxində və eyvanından ümumilikdə müxtəlif sellofan və kağız bükümlərdə ümumi çəkisi 176,77 qram narkotik vasitə - qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cii il tarixli, 17/776 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində «Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd kağız bükümdə ümumi çəkisi 1,74 qram, sellafon bükümdə olan 0,74 qram və şüşə qabda olan ümumi çəkisi 109,74 qram narkotik vasitəyə oxşar kütlə tərəfimizdən qablaşdırıldı” yazısı adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kiçik şüşə bankada, təmiz çəkisi - 3,65 qram., 01 (bir) ədəd polietilen paketdə təmiz çəkisi 1,04 qram və 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,55 qram, ümumi çəkiləri - 5,24 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində '‘vət.Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş 11 ədəd büküm tərəfimizdən qablaşdırıldı və götürüldü” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellafon torbada təmiz çəkisi 35,29 qram, 05 (beş) ədəd polietilen paketlərdə təmiz çəkiləri - 3,96 qram. 3,68 qram, 3,89 qram, 4,31 qram və 4,03 qram, 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə təmiz çəkiləri - 0,36 qram və 0,14 qram, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,45 qram, 01 (bir) ədəd şəffaf sellafon bükümdə təmiz çəkisi - 0,14 qram və açıq vəziyyətdə təmiz çəkisi - 0,17 qram, ümumilikdə 11 (on bir) ədəd bükümlərdə, ümumi çəkiləri - 56,42 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2000 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui- istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd diskə baxış keçirilən zaman ZülfiqarovAzər Zahid oğlunun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglər, həmçinin mesajlarda iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın haradan əldə etməsi və narkotik vasitələrin alveri ilə məşğul olubolmamasının əməliyyat yolu ilə yoxlanılıb nəticəsi barədə istintaq orqanına rəsmi məlumat verilməsi üçün xx.xx.2024-cü il tarixdə əməliyyat tapşırığı verilmiş, xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş təmiz çəkisi 61,66 qram narkotik vasitə olan qurudulmuş marixuanam haradan əldə etməsi və onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə edilməmişdir. Maddi sübut tanıma və saxlanca verilmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 61,66 qram olan müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 61,38 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixo-nevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, Zülfiqarov X6 şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zülfiqarov X6 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Mingəçevir şəhəri 8 saylı MİS tərəfindən verilmiş 547 №li, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zülfiqarov X6 şəhərində N.Nərimanov küçəsi, ev 34, mənzil 16-da qeydiyyatdadır. Mingəçevir şəhəri 8 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində onun haqqında qonşulardan 8 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1939-cu ildə Ağdaş rayonu Erməni Bazar kəndində anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1974-cü il tarixdə X2 və X1 birgə nikahlarından doğulmuşdur. AVMVİB tərəfindən təsdiq edilmiş Müharibə veteranı medalının surətindən görünür ki, şəhid X8 müharibə veteranı medalı ilə təltif edilmişdir. Şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, X4 şəhid ailəsi üzvüdür. Sübutların qiymətləndirilməsi haqqında 29 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə şahid ifadələri, baxış və götürmə protokolu, məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/776 nömrəli və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2000 saylı rəyləri sübut növü kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və qardaşının 1-ci Qarabağ müharibəsində şəhid olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə az ağır cinayət törətməsini, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 61,38 qram narkotik vasitə qurudulmuş marixuana qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, 34,55 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə Mingəçevir şəhərinin və Yevlax rayonunun hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 61,38 qram narkotik vasitə qurudulmuş marixuana qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34,55 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olduğu andan 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar