Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-75/2021 28.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs – xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı,evli, orta təhsilli, məhkumluğu olan, Mingəçevir şəhəri H.Əliyev küçəsi ev 37/13-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri Şəfa bağ massivi 8-ci küçədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs mərhum babası X1 məxsus 16 kalibrli olmaqla patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş " E 76507” nömrəli hamar (yivsiz) tək lüləli konsturktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş və qundağı kəsilərək dəstək formasına uyğunlaşdırılmış, saz vəziyyətdə olan,atəşə yararlı bir ədəd odlu silahı qanunsuz olaraq əldə edərək yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivi 8-ci küçədə yerləşən 1 otaqlı fərdi yaşayış evinin içərisində sol tərəfdə yerləşən köhnə divanın altııda gizlətməklə saxlamış, 17.12.2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivi 8-ci küçədə yerləşən 1 otaqlı fərdi yaşayış evinə baxış keçirilən zaman, 16 kalibrli olmaqla patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş “E 76507” nömrəli hamar (yivsiz) tək lüləli konsturktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş qundağı kəsilərək dəstək formasına uyğunlaşdırılmış, saz vəziyyətdə olan odlu silah evin içərisində yerləşən köhnə divanın alıtndan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 17 il əvvəl mərhum babası X3 yaşadığı Qəbələ rayonu Quşlar kəndində vəfat etdikdən sonra o, oraya gedib babasına məxsus 16 kalibrli, lülə hissəsində E 76507 nömrəsi yazılmış, lülə və qundaq hissəsi kəsilmiş yivsiz ov tüfəngini götürmüş və hazırda öz yaşadığı Mingəçevir şəhəri Şəfa bağlar massivi 8-ci küçədə yerləşən evinə gətirmişdi. Bundan sonra həmin silahla ara-sıra yaşadığı evin yaxınlığında olan boz dağa gedib vəhşi heyvanları (canavar, çaqqal və s) atırdı. Ancaq həmin odlu silahdan başqa bir cinayətlərdə istifadə etməmişdir.O, hər dəfə həmin odlu silahla vəhşi heyvanları öldürdükdən sonra yaşadığı evə gətirib evdə olan köhnə divanın altında gizlədirdi. 17.12.2020-ci il tarixdə saat 15:00 radələrində o, yaşadığı evdə təkcə olan zaman həyətin qapısının döyülməsini eşidib oraya getdi.Həmin vaxt qapının polis əməkdaşları tərəfindən döyülməsini gördü. O, qapını polis əməkdaşlarına açan zaman polis əməkdaşları özlərini təqdim etdi, ona yaşadığı ünvanda qanunsuz olaraq odlu silah saxladığı və ünvana baxış keçirmək istədiklərini bildirdilər. O, polis əməkdaşlarına heç bir etiraz etmədi və evə onun iştirakı ilə daxil olub baxış keçirmələrinə icazə verdi. Bundan sonra polis əməkdaşları yaşadığı bir mərtəbəli və bir otaqlı fərdi yaşayış evinə onun iştirakı ilə baxış keçirdilər.Baxış zamanı polis əməkdaşları onun otaqda köhnə divanın altında saxladığı bir ədəd ağ rəngli selofan torbanın içərisində olan bir ədəd kustar üsulla hazırlanmış 16 kalibirli odlu silahı aşkar edib götürdülər.Həmin vaxt polis əməkdaşları ona həmin odlu silahı haradan əldə etdiyini soruşan zaman o, silahın mərhum babasına məxsus olmasını,babasının vəfat etdikdən sonra babasının yaşadığı evdən götürüb gətirdiyini bildirdi. Bundan sonra polis əməkdaşları həmin silaha dair sursatın olub-olmasını soruşdu, o isə həmin silaha aid heç bir sursatın olmadığını bildirdi. Sonra polis əməkdaşları onu yaşadığı evdə qanunsuz olaraq odlu silah saxladığı üçün polis şöbəsinə gətirdilər. Əməlindən peşimandır. Şahid1 ifadəsində bildirdi ki, Mingəçevir ŞPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. 17.12.2020-ci il tarixdə saat 15 radələrində o, Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması ilə əlaqədar Mingəçevir şəhər Məhkəməsinin 17.12.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvana axtarış keçirilməsi üçün onun yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivi 8-ci küçədə yerləşən fərdi yaşayış evinə getdilər. Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivi 8-ci küçədə yerləşən fərdi yaşayış evinə axtarış keçirilməzdən öncə Mingəçevir şəhər Məhkəməsinin 17.12.2020-ci il tarixli axtarış keçirilməsi barədə qərarı Təqsirləndirilən şəxs elan edildi. Bundan sonra o və Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı bir otaqlı fərdi yaşayış evinə axtarış keçirildi. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı bir otaqlı fərdi yaşayış evində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub olmaması və vardırsa özü tərəfindən təqdim edilməsi təklif olundu. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı bir otaqlı fərdi yaşayış evində otaqda olan köhnə divanın altında bir ədəd ov tüfənginin olmasını bildirdi. Həmin köhnə divanın altına baxış keçirilən zaman bir ədəd ağ rəngli sellafonun içərisində bir ədəd kustar üsulla hazırlanmış odlu silah aşkar olunaraq götürüldü. Aşkar olunmuş silaha baxış keçirilən zaman silahın lüləsinin və qundağının kəsilmiş vəziyyətdə olması, lüləsinin sağ tərəfində üzərində E 76507 nömrəsi yazılmış yazıların olması, 16 kalibrli olması aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bir ədəd odlu silahın vəfat etmiş babasından qaldığını və silahı babasından lüləsi və qundağı kəsilmiş halda götürdüyünü bildirdi. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş bir ədəd odlu silah qablaşdırılaraq götürüldü. Bundan sonra qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Qarayev X4 şəhər Polis şöbəsinə gətirildi. Şahidlər Şahid2, Şahid3 və Şahid4 İbrahim oğlu da məhkəmə iclasında Şahid1 Alahverən oğlunun ifadəsinə uyğun ifadə verdi. İşin 15-16-cı vərəqində olan 17 dekabr 2020-ci il tarixli baxış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs otaqda olan köhnə divanın altında bir ədəd özünə məxsus kustar üsulla hazırlanmış üzərində E 76507 nömrəsi yazılmış 16 kalibrli (obrez) odlu silahın olmasını bildirdi. X5 iştirakı ilə, həmin divanın altına baxış keçirən zaman oradan bir ədəd ağ rəngli sellofanın içərisində bir ədəd kustar üsulla hazırlanmış üzərində E 76507 nömrəsi yazılmış 16 kalibrli (obrez) odlu silah aşkar olunaraq götürüldü. Aşkar olunmuş odlu silaha baxış keçirən zaman silahın lüləsinin və qundağı kəsilmiş vəziyyətdə olması, lüləsinin sağ tərəfində E 76507 nömrəsi yazılmış yazıların olması, 16 kalibrli (obrez) olması aşkar edildi. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd kustar üsulla hazırlanmış üzərində E 76507 nömrəsi yazılmış 16 kalibrli (obrez) odlu silahın vəfat emiş babası X1 məxsus olduğunu, həmin silahın 15 ildir ki onda olduğunu, silahın lüləsinin və qundağının babası tərəfindən kəsilərək təyinatının dəyişdirildiyini bildirmişdir. İşin 44-46-cı vərəqlərində olan məhkəmə ballistik ekspertizasının 18.12.2020-ci il tarixli 17/632 saylı rəyində göstərilir ki, tədiqiqata təqdim edilmiş 1(bir) ədəd silah 16 kalibrli olmaqla,patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş “ E 76507” nömrəli hamar (yivsiz) tək-lüləli odlu ov tüfəngidir, lakin, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş, saz vəziyyətdə olan tüfəng kəsiyidir, odlu silah hesab edilir, silahın üzərindəki zavod nişanlarında sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. İşin 113-114-cü vərəqlərində olan məhkəmə-əlavə ballistik ekspertizasının 01.02-2021-ci il tarixli 21/90R saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 01 ədəd E-76507 nömrəli silah, keçmiş SSRİ dövlətində zavod üsulu ilə 1962-ci ildə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJ-K modelli, çaxmaqlı, hamar lüləli ov tüfəngidir,odlu yivsiz silahdır,texniki cəhətdən sazdır və atəş üçün yararhdır.Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kaibrli ov tüfənginin kəsiyidir(obrezidir). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs mərhum babası X1 məxsus 16 kalibrli olmaqla patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş " E 76507” nömrəli hamar (yivsiz) tək lüləli konsturktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş və qundağı kəsilərək dəstək formasına uyğunlaşdırılmış, saz vəziyyətdə olan,atəşə yararlı bir ədəd odlu silahı qanunsuz olaraq əldə edərək yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivi 8-ci küçədə yerləşən 1 otaqlı fərdi yaşayış evinin içərisində sol tərəfdə yerləşən köhnə divanın altııda gizlətməklə saxlamış, 17.12.2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivi 8-ci küçədə yerləşən 1 otaqlı fərdi yaşayış evinə baxış keçirilən zaman, 16 kalibrli olmaqla patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş “E 76507” nömrəli hamar (yivsiz) tək lüləli konsturktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş qundağı kəsilərək dəstək formasına uyğunlaşdırılmış, saz vəziyyətdə olan odlu silah evin içərisində yerləşən köhnə divanın alıtndan aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edilərkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İşin 80-82-ci vərəqlərində olan 20 iyun 2018-ci il tarixli, 1(051)-77/2018 saylı hökmün surətindən və DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 ay (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmlə təyin edilmiş 1 (bir) il 6 ay (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Mingəçevir şəhər Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ilə təyin olunmuş 2000 (iki min) manat məbləğində cərimə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə tamamilə birləşdirilməklə üzərində qəti olaraq 1 (bir) il 6 ay (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edimiş və Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən həmin cəzaların müstəqil icra edilməsi göstərilmişdir. Təqsirləndirilən şəxs 31.08.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin və Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsinin cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs 2000 manat məbləğində cərimə cəzası hazıradək ödənilməmişdir. İşin 74-76-cı vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 19.12.2020-ci il tarixli, 4(051)- 139/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddətinin əvvəli 17 dekabr 2020-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin 20.06.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunmuş cəzaya hökümlərin məcmusu üzrə biləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 17 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 30,60 manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 16 kalibrli olmaqla,patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş “ E 76507” nömrəli hamar (yivsiz) tək-lüləli konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, saz vəziyyətdə olan bir ədəd odlu silah müsadirə edilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 216 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 354, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 ay (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 1 (bir) il 6 ay (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Mingəçevir şəhər Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 2000 (iki min) manat məbləğində cərimə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirilməklə üzərində qəti olaraq 1 (bir) il 6 ay (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 2000 (iki min) manat məbləğində cərimə cəzası təyin edilsin və Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən həmin cəzalar müstəqil icra edilsin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu vaxtdan, 17 dekabr 2020-ci il tarixdən hesablansın. Cəzasını cidd rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 30,60 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 16 kalibrli olmaqla,patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş “ E 76507” nömrəli hamar (yivsiz) tək-lüləli konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, saz vəziyyətdə olan bir ədəd odlu silah müsadirə edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 216 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-75/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-75/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver