Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-75/2025 03.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2003-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Samux küçəsində yerləşən bağ evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, tamah niyyəti ilə və elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 17:57-də Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində yaşadığı binanın həyətində tanışı Zərərçəkmiş şəxs məxsus «X6 12» markalı mobil telefonu sosial şəbəkəyə daxil olmaq adı ilə alıb, sonradan Zərərçəkmiş şəxs məlumatı və icazəsi olmadan həmin mobil telefonda olan, sonuncuya məxsus «Bir Bank» mobil tətbiqinə daxil olub, Zərərçəkmiş şəxs məxsus «5239 1517 8069 0346» nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabından 1.300 manat məbləğdə pul vəsaitini cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Şahid4 məxsus, "xxxx" ASC tərəfindən verilmiş «523915*****2071» nömrəli plastik kart hesabına köçürüb, qeyd olunan məbləği həmin tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Əcəmi metrostansiyasında yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan Şahid4 vasitəsi ilə nağdlaşdıraraq, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə, Zərərçəkmiş şəxs məxsus 1.300 manat məbləğdə pulu gizli yolla talayıb, oğurluq etmişdir. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixtorop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda 1 (bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,08 qram olan xeyli miqdarda narkotik vasitə - qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq, daşımış, xx.xx.2024-cü il tarixdə saat 19:19 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, V.Hüseynov küçəsi 15 saylı binanın yaxınlığında saxlanılıb, Mingəçevir şəhəri, M.F.Axundov küçəsi, 15 saylı binanın qarşısına aparılaraq saat 19:22-dən 19:27-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə - qurudulmuş marixuana onun əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının 177.2.3-1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs bir neçə il bundan əvvəl Murad Mingəçevir şəhərində yaşayan vaxtlardan tanımışdır. 2024-cü ilin mart ayında o, Bakı şəhərində olan zaman Murad ona “İnstagram” sosial şəbəkəsində yazaraq onunla görüşmək istədiyini demiş və o, bir neçə dəfə Muradla Bakı şəhəri ərazisində Novruz Bayramı ərəfələrində görüşmüşlər. Muradla görüşən zaman onun istifadəsində olan mobil telefon yaxşı işləmədiyindən Muradın mobil telefonunu götürüb istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə görüşən zaman Murad istifadəsində olan kart hesabında 1.300 manat pul olduğunu demişdir. Belə ki, Muradın kart hesabında demək olar ki, daimi olaraq həmin məbləğlərdə pullar olmuşdur. xx.xx.2024-cü il tarixdə o, tanışı Roma ləqəbli Ramil, Murad və onun tanışı Akşin Vəliyev Bakı şəhəri Nəsimi rayonunda Yeganə Şadlıq sarayının yaxınlığında görüşüb birlikdə oyun zalına getmişlər. Oyun zalında olan zaman Muradın istifadəsində olan “X6 12” markalı mobil telefonu “İnstagram” sosial şəbəkəsinə daxil olmaq adı ilə götürmüşdür. Həmin ərəfələrdə işləmədiyindən və pulu olmadığından Muradın istifadəsində olan Birbank mobil tətbiqinə daxil olaraq oradan pul oğurlamaq qərarına gəlmişdir. Tətbiqə daxil olan zaman tətbiq şifrəni daxil etməsini tələb etmiş, lakin o, orada “Şifrəni unutmuşam” şəklində olan düyməni basmış və Muradın telefon nörməsini qeyd edib tətbiqin şifrəsini dəyişərək tətbiqə daxil olmuşdur. Artıq tətbiqə daxil olduğunu görüb Muradın şübhələnməməsi üçün onun tanışı Akşinlə bayıra çıxıb gələcəyini, Murada Ramillə oturmasını demişdir. Oyun zalından çıxan zaman Akşinə də heç nə deməmiş və yaxınlarda olan dostunu görəcəyini demişdir. Belə ki, hesabda olan pulu köçürmək üçün üzərində kart olmadığından yaxınlıqda çalışan tanışı Şahid4 yanma getmişdir. Akşin ondan bir qədər aralıda olmuşdur. Səbuhiyə kart hesabını verməsini, kartı evdə olduğundan pulu nağdlaşdıra bilmədiyini demişdir. Sonra Səbuhi ona istifadəsində olan kart hesabını verdiyindən həmin karta 1.300 manat pulu yükləmişdir. Səbuhidən kartını götürüb pulu nağdlaşdıraraq gətirib kartı verəcəyini demişdir. Həmin vaxt Səbuhi pulu nağdlaşdıraraq ona verəcəyini bildirmişdir. Daha sonra pulu yaxınlıqda yerləşən “Memar Əcəmi” metrostasiyasının girişində olan bankomatda Səbuhi pulu nağdlaşdırmaq üçün daxil etmiş və bu zaman kartda 1.000 manat pul olmasını görmüşlər. Səbuhi kartda olan pulun 300 manatının kreditə çıxdığını, həmin pulu qısa müddət ərzində ona qaytaracağını demişdir. O da Səbuhi ilə razılaşmışdır. Sonra həmin yerdən uzaqlaşaraq getmək üçün Muradın telefonu ilə “Bolt” tətbiqi vasitəsilə taksi sifarişi vermişdir. Akşinə isə işi çıxdığını gedəcəyini deyib Muradın telefonunu qaytarması üçün Akşinə vermişdir. Törətdiyi əməl barədə nə Səbuhiyə, nə də Akşinə heç bir məlumat verməmişdir. Daha sonra isə törətdiyi əmələ görə polis əməkdaşları tərəfindən saxlanılmış və araşdırmanın gedişatmda Səbuhi kartından çıxarılmış 300 manatı geri qaytarmış və o da xərclədiyi 1.000 manatı da düzəltməklə ümumilikdə Muradın kart hesabından oğurladığı 1.300 manat pulu geri qaytarmışdır. Bundan başqa o, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 13-14 radələrində Mingəçevir şəhəri, Samux küçəsində yerləşən Zərif Şadlıq sarayının yaxınlığında piyada hərəkət edən zaman yerdən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusu tapmışdır. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı sonradan istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 19:19 radələrində Mingəçevir şəhəri, V.Hüseynov küçəsi 15 saylı binanın arxasında olan zaman polis əməkdaşları yaxınlaşıb polis vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məğul olması barədə Mingəçevir şəhər polis şöbəsində məlumat olduğunu bildirmişlər. Sonra həmin ərazidən bir qədər kənarda Mingəçevir şəhəri, M.F.Axundov küçəsi 15 saylı binanın yaxınlığında üzərinə yoxlama keçirilmişdir. O, əynindəki boz rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin vaxt onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Daha sonra təqdim etdiyi bir ədəd kibrit qutusuna baxış keçirilmişdir. Həmin qutunun içərisində olan kütlənin rəngindən və spesfık iyindən narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra onun üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 8.96 qram olmuşdur. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kibrit qutusu qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə saat 13-14 radələrində Mingəçevir şəhəri, Samux küçəsində yerləşən Zərif Şadlıq sarayının yaxınlığında piyada hərəkət edən zaman 1 ədəd kibrit qutusunun içərisində tapdığım və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən Mingəçevir ŞPŞ-nin təhiqatçısı dəvət olunmuş və onun hüquqlarını müdafiə etmək üçün vəkil X4 dəvət olunmuş və vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, ilkin ifadələrində Murad Hüseynova məxsus olmaqla oğurluq yolu ilə ələ keçirdiyi 1.300 manat pulu Akşin Vəliyevə məxsus karta köçürərək nağdlaşdırdığım, lakin iş materialları və sonrakı ifadəsində pul vəsaitinin Şahid4 məxsus karta köçürülməklə nağdlaşdırılması ilə bağlı olaraq Muradın kart hesabından pulu oğurlayan zaman münasibətlari yaxşı olduğundan Muradın onun barəsində şikayətlə müraciət edəcəyini düşünmədiyini, həmçinin Akşin də həmin vaxt orada olduğundan digər tanışı Səbuhinin adını çəkmək və ifadə verməsi üçün polis şöbəsinə çağırılmasını istəmədiyindən Səbuhinin adını qeyd etmədiyini bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus kart hesabından pul vəsaitini oğurlaması barədə Roma ləqəbli Ramilə, Akşin Vəliyevə və Şahid4 hər hansı məlumat vermədiyini, həmin şəxslərin törədilmiş oğurluq əməlində hər hansı iştiraklarının olmadığını bildirmişdir. O, mobil tətbiq vasitəsilə taksi sifariş etdikdən sonra taksinin xidmət haqqının ödənişini Zərərçəkmiş şəxs kartından Şahid4 məxsus kart hesabına göndərib nağdlaşdırma etdiyi pulla ödədiyini, Zərərçəkmiş şəxs kart hesabından taksinin pulunu ödəmədiyini bildirmişdir.Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyan tamamilə ödəndiyini, heç bir şikayət və tələbinin olmadığını, səhhəti ilə bağlı olaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş, müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis kiçik leytenantı rütbəsində xidmət edir. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3 və polis leytanantı Şahid1 ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, V.Hüseynov küçəsi 15 saylı binanın arxasında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib, üzərinin yoxlanılması zərurətinin yaranmasını bildirmişlər. Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Həmin vaxt ətrafda insanların sıx toplaşmasını və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq həmin yerdən təxminən 100 metr aralıda, yəni Mingəçevir şəhəri, M.F.Axundov küçəsi 15 saylı binanın qarşısına gəlinmiş və həmin yerdə vidoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin bir ədəd kibrit qutusu Təqsirləndirilən şəxs yanında açılarkən kibrit qutusunun içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar həmin bir ədəd kibrit qutusu elektron tərəzidə çəkilmişdir. Narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 8,96 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuananı 27 avqust 2024-cü il tarixdə saat 13-14 radələrində Mingəçevir şəhəri, Samux küçəsində yerləşən “Zərif’ şadlıq sarayının yamnlığmda taparaq əldə etdiyini, həmin bükümüşəxsi istifadəsi üçün əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığını, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində isə polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Mingəçevir Vəkil Bürosunun növbədə olan vəkili X4 dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və barəsində qanuni tədbir görülməsi üçün üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunaraq götürülməsinə dair tərtib olunmuş video çəkiliş maddi sübutlarla birlikdəşəhər polis şöbəsinin təhiqatçısma təhvil verilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin, CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3 və polis leytenantı Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə, saat 20:00dan şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir (i.v.116). xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.124). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilməsi və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir (i.v.133). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.146-147). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.159). xx.xx.2024-cü il tarixli “axtarış elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması qərara alınmışdır (i.v.160-161). xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, ********* nömrəli cinayət işi ilə üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində axtarış elan edilmiş Təqsirləndirilən şəxs saat 21:00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşlarında təhvil alınaraq Nəsimi RPİ-yə gətirilmiş və RPİ-nin MSY-nə yerləşdirilmişdir (i.v.167). Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış və o, Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v.171- 172). xx.xx.2024-cü il tarixli “cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi eyni şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsindən ötrü Mingəçevir Şəhər Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır (i.v.187-188). xx.xx.2024-cü il tarixli “əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-1 və 234.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır (i.v.194- 195). xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilən zaman onun əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisindən qutu ilə birlikdə ümumi çəkisi 8,96 qram narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür (i.v.10-11). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:00-dan tutulmuş hesab edilmişdir. (i.v.24). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/742 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 6,08 qram olan maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (i.v.38-39). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.67-68). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.69-70). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 6,06 qram olan narkotik vasitə - qurudulmuş marixuana maddi sübut qismində tanınmış və saxlanılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinin saxlancına təhvil verilmişdir (i.v.75-76). xx.xx.2024-cü il tarixli “cinayət işinin digər cinayət işinə birləşdirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №li cinayət işi və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilməsi və ********* № altında istintaqının davam etdirilməsi qərara alınmışdır (i.v.77). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3- 1-ci maddəsi ilə Nəsimi RPİ tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət məsuliyyətinə cəlb edilmişdir (i.v.198). xx.xx.2024-cü il tarixli 1472 nömrəli arayışa əsasən Şıxıyev X1 Psixo-Nevroloji Dispanserdə xx.xx.2019-cu il tarixdən “yüngül dərəcədə ifadə olunmuş nevrasteniya, özünükəsmələrlə” qeydiyyatda durmur və müraciət etməmişdir. (i.v.215). xx.xx.2024-cü il tarixli, 2285 saylı Mingəçevir Şəhər rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş arayışa əsasən Şıxıyev X1 Şəhər rayonlararası Narkoloji Dispanserin narkoloji qeydiyyatında yoxdur (i.v.216). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır (i.v.234-235). xx.xx.2024-cü il tarixli “ittiham elan edilməsi üçün axtarış elan edilməsi və tutulması haqqında” qərardan görünür ki, X2 barəsində axtarış elan edilməsi qərara alınmışdır (i.v.236-237). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1840 №-li rəyindən görünür ki, narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.243). xx.xx.2024-cü il tarixli 712 saylı 5 №li MİS tərəfindən verilmiş arayışa əsasən Şıxıyev X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 13/31, mənzil 28 ünvanında yaşamır (i.v.244). xx.xx.2024-cü il tarixli 5 №li MİS tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs M.Ə.Rəsulzadə küçəsi, 13/31, mənzil 28 ünvanında yaşadığı müddət ərzində yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (i.v.245). xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq xx.xx.2024-cü il tarixdə Mingəçevir ŞPŞ-yə gətirilmişdir (i.v.247). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, № 949 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli nevrasteniya XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyindən əziyyət çəkir. Psixiatrik müayinənin nəticələri ilə (ekspertiza zamanı ünsiyyətə həvəslə daxil olması, verilən suallara ətraflı və ardıcıl cavablar verməklə anamnestik məlumatları və olmuş hadisələri xronoloji qaydada çatdırması, onda emosional davamsızlıq müşahidə edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, qavrama, yaddaş, təfəkkür və intellekt pozuntuları aşkar edilməməsi, psixoproduktiv simptomatika aşkar edilməməsi, törətmiş olduğu əmələ tənqidi münasibət bəsləməklə əməlindən peşman olduğunu bildirməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayətləri törədən vaxt, yəni xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə öz əməlinin faktiki xarakterini dərk etmək iqtidarında, yəni anlaqlı olmuşdur (i.v.265-267). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şahid ifadələri, baxış və götürmə protokolu, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz qalıq çəkisi 6,06 qram çəkidə olan qurudulmuş marixuana, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/742 №-li, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1840 №-li, məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 949 №li rəyləri sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.268-279). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələri ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.1-ci maddəsinə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 17.3-cü maddəsinə görə şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.1-ci maddəsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 177.2.3-1-ci maddəsinə görə elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli, 39 saylı qərarırının 3-cü maddəsinə əsasən məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş psixi xəstələrə tətbiq oluna bilməz. Göstərilənə əsasən təqsirləndirilən şəxsə məcburi müalicə tətbiq edilməməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12, 59.1.13), təqsirini etiraf edərək səmimi peşmanlıq çəkməsini (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətlərin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunu hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 6.06 qram narkotik vasitə olan qurudulmuş marixuana, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər tutulmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, təmiz qalıq çəkisi 6.06 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-75/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-75/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver