Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-76/2023 21.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – KONSENSUS Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir şəhər Məhkəməsinin 1(051)-04/2017 saylı, 07 fevral 2017-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 1(007)- 56/2018 saylı hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67-ci maddəsinə əsasən qəti olaraq 03 il 06 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Mingəçevir şəhəri, H.Əliyev küçəsi ev 2/1, mənzil 60-da qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ev 2, mənzil 3-də yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqmda” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 317-2.1, 67 maddələrinə əsasən 03 il 06 ay 17 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qızılı rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,370 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 2 saylı binanın qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 11:30-dan 11:40-dək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə - heroin əynində olan göy rəngli cins şalvarın sağ yan balaca cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o evdə oturmuşdur. Əvvəllər onun anası ilə birgə çalışmış Fariz adlı polis əməkdaşı onu evindən həyətdə gəzmək məqsədilə çölə çağırmışdır. X8 gətirmişlər. Orada döymüşlər və üzərinə narkotik qoyaraq onu şərləmişlər. O oğru olduğunu etiraf edir. Lakin narkoman deyildir. Bu barədə prokurorluğa və məhkəməyə şikayət verməmişdir. Şikayət verməməsinin səbəbi anasının razı olmamasıdır. Ona görə də ona bəraət verilməsini məhkəmədən xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşı Xankişiyev X2 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 2 saylı binanın qarşısında olan zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Bundan sonra İbrahimli X3 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X6 dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan balaca cibindən bir ədəd siqaretin qızılı rəngli kağıza bükülmüş büküm aşkar olundu. Həmin bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş büküm açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə heroinə oxşar kütlə olması aşkar olundu. Həmin narkotik vasitəyə oxşar həmin bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş bükümdəki kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Heroinə oxşar kütlənin ümumi çəkisi 0.55 qram oldu Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş bükümdə olan kütlənin heroin olduğunu, heroini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti , Kür kompüter zavodunun yaxınlığında yerdən taparaq əynindəki göy rəngli cins şalvarın sağ yan balaca cibində gizlətdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-in əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi ilk dəfədir ki, görür. Təqsirləndirilən şəxsin söylədiklərinin hamısı yalandır. O bu işlə bağlı heç bir əməliyyataxtarış tədbirlərində iştirak etməmişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan əynində olan göy rəngli cins şalvarının sağ yan balaca cibindən bir ədəd qızılı rəngli kağızına bükülmüş bükümün içərisində ümumi çəkisi 0,55 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/193 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi – 0,370 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Tədqiqata sərf edilmiş-0,05 qram, qalıq-0,320 qram. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 438 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan 27 fevral 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında və saxlanca verilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,370 qr olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,320 qram olan narkotik vasitə heroin qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Yataqxana Komendantı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. xx.xx.2009-cu il tarixdən Mingəçevir şəhər, H.Əliyev prospekti 82/1 otaq 60 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olduğu müddətdə onun barəsində Yataqxana komendantlığına rəsmi və ya qeyri-rəsmi şikayət daxil olmamışdır. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqmda” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından yuxarı həddi 0.15 qram müəyyən edildiyi halda, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 317-2.1, 67 maddələrinə əsasən 03 il 06 ay 17 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qızılı rəngli kağız bükümün içərisində təmiz çəkisi 0.370 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 2 saylı binanın qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat ll:30-dan ll:40-dək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə - heroin əynində olan göy rəngli cins şalvarın sağ yan balaca cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-04/2017 saylı, 07 fevral 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Mingəçevir şəhər məhkəməsinin 27 dekabr 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası yeni hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 1(007)-56/2018 saylı hökmün surətidən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-04/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 03 (üç) il 05 (beş) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza – 03 (üç) il 06 (altı) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işi materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, İbrahimli X3 şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan mərum etmə cəzası təyin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 1(051)- 04/2017 saylı, 07 fevral 2017-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 1(007)-56/2018 saylı hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67-ci maddəsinə əsasən qəti olaraq 03 il 06 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə araşdırması nəticəsində müəyyən edimişdir ki, hazırki iş üzrə cinayətlərin residivi təhlükəli deyildir. Belə ki, təqsirləndirilən şəxsin ikinci dəfə təqsirləndirildiyi cinayət maddəsi olan CM-nin 317-2.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətdir. CMnin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə residiv təhlükəli sayılmır və sadə residivi yaradır. Məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, 20 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdən 20 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı tutulduğu gündən yəni, 21 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,320 qram narkotik vasitə heroin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 69,10 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdən 20 fevral 2023-cü tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 21 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,320 qram narkotik vasitə heroin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69,10 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-76/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-76/2023
21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver