Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-76/2024 10.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq anası, orta təhsilli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhər Ü.Hacıbəyov küçəsi ev 33, mənzil 7-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin sentyabr ayında Mingəçevir şəhər mərkəzi xəstəxanasında tanış olduğu Zərərçəkmiş şəxs1 ilə söhbət edərkən sonuncunun əvvəllər Mingəçevir şəhərində yerləşən «Regional» Hospitalda tibb bacısı işləyib, sonralar işdən çıxmasını öyrəndikdə, onu tanışlarının vasitəsilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına tibb bacısı kimi işə düzəldəcəyinə dair vəd verib, aldadaraq, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanda yerləşən mənzilində Zərərçəkmiş şəxs1 1000 manat məbləğdə pulu şəxsən alıb, ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətin törədilməsinə aidiyyəti olmayan Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs2 ünvanlı sosial yardımı 400 manat müqabilində, habelə qızı Şahid2 Mingəçevir şəhər mərkəzi xəstəxanasında tibb bacısı olaraq 4000 manat müqabilində işə düzəldəcəyinə dair yalan vədlər verib, aldatmağa nail olduqdan sonra, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən mənzilində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 4400 manat məbləğdə pulunu şəxsən alıb, ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, onun kəsilmiş sosial yardım təminatını bərpa etdirməyi və almadığı aylar üzrə müavinətlərin də verilməsinə köməklik edəcəyini cinayətin törədilməsinə aidiyyəti olmayan Zərərçəkmiş şəxs1 vasitəsi ilə vəd verib, aldadaraq, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs3 Göyçay rayonu ərazisində yerləşən istintaqa bəlli olmayan ödəmə terminalından Zərərçəkmiş şəxs1 adına olan "xxxx" ASC tərəfindən verilmiş **********132436 nömrəli plastik kart hesabına göndərdiyi 1300 manat, habelə xx.xx.2023cü il tarixdə həmin kart hesabına göndərdiyi 1185 manat olmaqla ümumilikdə 2485 manat məbləğdə pulu Zərərçəkmiş şəxs1 şəxsən və istintaqa bəlli olmayan hesablara köçürmə etdirməklə vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, onun oğlu Şahid7 ünvanlı sosial yardım düzəldəcəyinə, habelə «beyin insultundan» əziyyət çəkən əri Şahid1 oğluna 1-ci qrup əlilliyə görə əvvəllər təyin edilərək verilmiş, sonradan isə verilməsi dayandırılmış əlillik pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs4 aldatmağa nail olduqdan sonra, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ünvan 1-də yerləşən mənzilində Zərərçəkmiş şəxs4 1000 manat, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində həmin ünvanda Zərərçəkmiş şəxs4 2500 manat məbləğdə pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs4 3500 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, ona sosial yardım düzəltdirəcəyini sonuncunun qardaşı, cinayətin törədilməsinə aidiyyəti olmayan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 vasitəsi ilə yalandan vəd verib, aldatmış və vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə Göyçay rayonu ərazisində yerləşən istintaqa bəlli olmayan ödəmə terminalından Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs1 adına olan, "xxxx" ASC tərəfindən verilmiş **********132436 nömrəli plastik kart hesabına göndərdiyi 400 manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına Göyçay rayonu ərazisindən göndərdiyi 500 manat və dəqiq günü istintaqa bəlli olmayan tarixdə həmin kart hesabına Göyçay rayonu ərazisindən göndərdiyi 200 manat olmaqla ümumilikdə 1100 manat məbləğdə pulu Zərərçəkmiş şəxs1 vasitəsi ilə alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək, ona ünvanlı sosial yardım düzəldəcəyini cinayətin törədilməsinə aidiyyəti olmayan Zərərçəkmiş şəxs1 vasitəsi ilə vəd verib, aldadaraq, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs1 adına olan, "xxxx" ASC tərəfindən verilmiş **********132436 nömrəli plastik kart hesabına göndərdiyi 700 manat məbləğdə pulu Zərərçəkmiş şəxs1 vasitəsi ilə alıb, ələ keçirərək Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək, ona ünvanlı sosial yardım düzəltdirəcəyini sonuncunun qohumu, cinayətin törədilməsinə aidiyyəti olmayan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 vasitəsi ilə vəd verib, aldatmış və xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs7 Göyçay rayonu ərazisində yerləşən istintaqa bəlli olmayan ödəmə terminalından Zərərçəkmiş şəxs1 adına olan "xxxx" ASC tərəfindən verilmiş **********132436 nömrəli plastik kart hesabına göndərdiyi 800 manat məbləğdə pulu Zərərçəkmiş şəxs1 vasitəsi ilə alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək, ona ünvanlı sosial yardım düzəltdirəcəyini sonuncunun qohumu, cinayətin törədilməsinə aidiyyəti olmayan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 vasitəsi ilə vəd verib, aldadaraq, xx.xx.2023-cü iltarixdə Zərərçəkmiş şəxs8 Göyçay rayonu ərazisində yerləşən istintaqa bəlli olmayan ödəmə terminalından Zərərçəkmiş şəxs1 adına olan "xxxx" ASC tərəfindən verilmiş **********132436 nömrəli plastik kart hesabına göndərdiyi 1200 manat pulu Zərərçəkmiş şəxs1 vasitəsi ilə alıb, ələ keçirərək Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək, ona ünvanlı sosial yardım düzəltdirəcəyini cinayətin törədilməsinə aidiyyəti olmayan Zərərçəkmiş şəxs1 vasitəsi ilə yalandan vəd verib, aldatmış və xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs9 yaşadığı Mingəçevir şəhəri, M.Fərruxov küçəsi nömrəsiz evdə Zərərçəkmiş şəxs1 verdiyi 900 manat məbləğdə pul vəsaitini Zərərçəkmiş şəxs1 şəxsən alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs9 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin aprel ayında tanış olduğu Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək, ona yaxın qohumlarının dövlət orqanlarında yüksək vəzifələrdə mövqe tutduqlarını, onların vasitəsilə müxtəlif dövlət orqanlarına işə qəbul etdirmək kimi imkanının olduğunu bildirib, Zərərçəkmiş şəxs10 etibarından suiistifadə edərək, onun oğlu X6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə, habelə qardaşı X7 ünvanlı sosial yardım düzəldəcəyinə dair vədlər verib, aldadaraq xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 33 saylı binanın yaxınlığında Zərərçəkmiş şəxs10 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5600 manat məbləğdə pulunu alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edərək, ona yaxın qohumlarının dövlət orqanlarında yüksək vəzifələrdə mövqe tutduqlarını, onların vasitəsilə verilməsi dayandırılmış əlillik pensiyasını bərpa etdirmək, əlillik pensiyası düzəltdirmək habelə əlilliyə görə pensiyanın verilməsini rəsmiləşdirmək kimi imkanının olmasını bildirib, Zərərçəkmiş şəxs11 atası Şahid5 3-cü qrup əlilliyə görə əvvəl verilmiş, sonradan isə verilməsi dayandırılmış pensiyasını bərpa etdirəcəyini, kəsilmiş aylar üzrə isə verilməli olan ödənişləri ödətdirəcəyini, habelə ögey anası X8 3-cü qrup əlillik pensiyası düzəltdirəcəyinə vəd verib, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Qaz İstismar sahəsinin» yaxınlığında quraşdırılmış ödəmə terminalından cinayətin törədilməsinə aidiyyəti olmayan X3 adına olan, lakin özünün (Təqsirləndirilən şəxs) istifadəsində olan "xxxx"a məxsus 4169 7413 1611 9864 seriya nömrəli plastik kart hesabına göndərdiyi 5000 manat, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvan 1-nin yaxınlığında Zərərçəkmiş şəxs11 şəxsən 2500 manat, eyni məqsədlə həmin ilin iyun ayının 10-da Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Mingəçevir filialının inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs11 şəxsən 2000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 9500 manat məbləğdə pulu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs11 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək, ona yaxın qohumlarının dövlət orqanlarında yüksək vəzifədə işlədiklərini və onların vasitəsilə müxtəlif işləri həll etmək, habelə ali məktəbə tələbə qəbul etdirmək iqtidarında olduğunu bildirib, Zərərçəkmiş şəxs10 etibarını qazandıqdan sonra onun qızı X5 «Azərbaycan Memarlıq və İnşaat Üniversiteti»nə tələbə kimi qəbul olunmasına köməklik edəcəyini vəd verib, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən marketdə quraşdırılmış ödəmə terminalından Zərərçəkmiş şəxs10 onun istifadəsində olan, lakin cinayətin törədilməsinə aidiyyəti olmayan X3 adına olan,"xxxx" ASC tərəfindən verilmiş 4169 7413 1611 9864 seriya nömrəli plastik kart hesabına göndərdiyi 3450 manat məbləğdə pulunu ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs10 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanıdığı və etibarını qazandığı Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib, onun əri X14 X25 Sahəsində 700-800 manat əməkhaqqısı olan işə düzəldəcəyini vəd verib, aldadaraq, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs6 Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən «Qədiroğlu» supermarketdə quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsilə onun (Təqsirləndirilən şəxs) istifadəsində olan, cinayətin törədilməsinə aidiyyəti olmayan X3 adına olan, "xxxx" ASC tərəfindən verilmiş 4169 7413 1611 9864 №-li plastik kart hesabına göndərdiyi 2500 manat məbləğdə pulu nağdlaşdırıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edərək, ona yaxın qohumlarının dövlət orqanlarında yüksək vəzifədə işlədiklərini və onların vasitəsilə verilməsi dayandırılmış əlillik pensiyasını bərpa etdirmək imkanında olduğunu deyib, özünə inandırmaqla Zərərçəkmiş şəxs12 2-ci qrup əlilliyə görə verilməsi dayandırılmış pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib, onu aldadaraq, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində özünün ünvan 1-də yerləşən yaşadığı mənzilinin yaxınlığında Zərərçəkmiş şəxs12 2600 manat məbləğdə pulunu şəxsən alıb, ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib, 2 ci qrup əlilliyə görə verilməsi dayandırılmış pensiyası üzrə almadığı müddət ərzində ödənişləri ödətdirəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs12 aldadaraq, xx.xx.2023-cü il tarixdə özünün ünvan 1-də yerləşən yaşadığı mənzilin yaxınlığında Zərərçəkmiş şəxs12 növbəti dəfə 2000 manat məbləğdə pulu şəxsən alıb, ələ keçirərək Zərərçəkmiş şəxs12 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, ittihamda qeyd edilmiş bəzi xüsusatlar üzrə almış olduğu məbləğlər az olduğu halda zərərçəkən şəxslərin ifadələrinə əsaslanmaqla yüksək qeyd edilmişdir, ona görə də özünü qismən təqsirli bilmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 aldatmamışdır. Belə ki, onu 2022-ci ilin sentyabr ayında təsadüfi zəmində Mingəçevir şəhər xəstəxanasında olarkən tanımışdır. Həmin söhbət zamanı onlar özləri haqqında danışarkən Elmira əvvəllər Regional Hospitalda işləyib sonra işdən çıxmasını, hazırda mərkəzi xəstəxanaya işə düzəlmək istədiyini bildirdikdə, Elmiraya onu xəstəxanaya işə düzəldə biləcəyini demişdir. Onlar gələcəkdə əlaqə saxlamaq üçün bir-birilərinə aid mobil nömrələri götürmüşlər. Həmin vaxtdan sonra 2022-ci ilin oktyabr ayında aralarında baş tutan söhbət zamanı Elmira onu mərkəzi xəstəxanada tibb bacısı olaraq işə düzəlməsini xahiş etmişdir. O, da Elmiranın xahişi ilə razılaşmış və dəqiq xatırlamadığı tarixdə Elmira onun yaşadığı evə qohumu Günay adlı qadınla gələrək onu işə düzəltməsi üçün 1000 manat pul vermişdir. Həmin ilin dekabr ayınadək işə başlamağına dair aralarında razılaşma olsa da, daha sonralar Elmira, ondan borcu olduğu yerlərə pul göndərməyi xahiş edərək həmin pulu geri almışdır. Lakin işi düzəlsə pulu təkrar qaytarıb verəcəyini Elmira ona bildirmişdir. Həmin vaxtdan sonra da Elmiranın işə düzəlməyi alınmasa da o, başqa işlər gördükdə ona müştəri gətirdiyi üçün Elmiraya bəxşiş formasında kifayət qədər artıq pul qaytarmışdır. Ona görə hesab edir ki, Zərərçəkmiş şəxs1 aldatmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onu 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Belə ki, Elmira Xuramanı onun yaşadığı evə gətirib və Xuramanın qızı Samirənin tibb bacısı olaraq işə düzəltməyini və sosial yardım düzəltməyini birlikdə xahiş etmişlər. Onun yaşadığı evdə baş tutan söhbət zamanı razılaşmış və Samirənin işə düzəltmək məqsədilə 4000 manat, sosial yardım düzəltmək adı ilə 400 manat pul alacağını Elmira və Xuramana bildirmişdir. Onlar da razılaşaraq getmişlər. 2022-ci ilin noyabr ayının 12-də Xuraman qızı Samirə və Elmira onun yaşadığı evə gəlib, evdə olarkən Samirənin işə düzəlməsi üçün 4000 manat və sosial yardım düzəltməyi üçün 400 manat pulu Xuraman sayaraq ona vermişdir. Sonra Xuraman və Samirə ilə birlikdə Elmira da çıxıb getmişdir. Bir neçə saat sonra Elmira onun yaşadığı evə gəlmiş və 4000 manat pulu ondan alaraq lombard kreditini bağlayacağını, pulu daha sonra qaytaracağını bildirmişdir. O, da razılaşmış və Xuramandan aldığı pulu Elmiraya borc olaraq vermişdir. Elmira da bir gün sonra qızıllarını lombarddan çıxardıb gətirib ona pulun əvəzində təhvil vermişdir. Vəd etdiyi işlər alınmadıqdan sonra 500 və 100 manat olmaqla Xuramana pul qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs4 əvvəllər tanımamışdır. 2022-ci ilin noyabr ayında Vasif adlı tanışının vasitəsilə Muraz adlı şəxs və onun anası Zərərçəkmiş şəxs4 ilə tanış olmuşdur. Vasif və Muraz ondan xahiş edərək əlillik və sosial yardım düzəltmək məsələsində köməklik etməyini və bununla bağlı Murazın evinə gələrək söhbət etməyi xahiş etmişlər. O, da razılaşmışdır. 2022-ci ilin noyabr ayının son günlərində Zərərçəkmiş şəxs4 və həyat yoldaşı Muradxan yaşadığı evə gəlmişlər. Söhbət zamanı Zəminə həyat yoldaşı Muradxan xəstəliyi olmasını, lakin əlillik pensiyası almadığını bildirmişdir. Həyat yoldaşının əlilliyinə görə əlavə müavinət almasında ona köməklik etməyini və oğlu Murazın ailə üzvlərinə sosial yardım düzəldilməsini ondan xahiş etmişdir. O, da razılaşmış və qarşılığında pul alacağını bildirmişdir. Onlar da etiraz etməmişlər. 2022-ci ilin noyabr ayının 22-də saat 15 radələrində Zəminə və Şahid1 birlikdə onun yaşadığı evə gəlib 3000 manat pulu Zərərçəkmiş şəxs4 ona təqdim etmişdir. 2000 manat pulu həyat yoldaşının əlillik pensiyasının düzəlməsi üçün, 1000 manat pulu isə oğlu Muraz ailə üzvlərinə ünvanlı sosial yardım düzəldilməsi üçün verdiyini bildirmişdir. O, da razılaşıb 3000 manat pulu sayaraq təhvil almışdır. Daha sonralar Zərərçəkmiş şəxs4 vəd etdiyi işlərlə bağlı hər hansı əməli iş görməmiş və Zəminə pulunu geri istədikdə o, 2023-cü ilin aprel ayında 2500 manat pulu hissə-hissə Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “Fatimə” marketin yaxınlığında min manatını Zəminənin özünə, 1500 manatı isə daha sonra həmin marketin satıcısına vermiş və oğlu Muraz həmin marketin satıcısından təhvil almışdır. Qalan 500 manat pulu isə maddi vəziyyəti ilə əlaqədar olaraq hələ də qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs6 onun qardaşı Vüqarın vasitəsilə tanımışdır. Reyhanə Elmiranın vasitəsilə ondan ünvanlı sosial yardım düzəltməyi xahiş etmişdir və o, da razılaşmışdır. Elmira 2022-ci ilin dekabr ayında ona bəlli olmayan tarixdə Reyhanədən 700 manat pul almışdır. Həmin puldan 300 manatı Elmira ona vermişdir. Daha sonralar isə Reyhanəyə Vüqarın vasitəsilə boş kapital bank kartı göndərmişdir. Həmin kartı göndərməkdə məqsədi onun işi alınmayacağı təqdirdə pulu kartla geri qaytarmaq olmuşdur. Lakin həmin kartın içərisində yəni balansında pul olmamışdır. Daha sonra Reyhanənin pulunu yəni özünə çatan 300 manat pulu Vüqarın vasitəsilə Reyhanəyə qaytarmışdır. Bundan sonra Reyhanə ilə aralarında səmimi münasibət yaranmış və Reyhanə onun düzgün xarakterli insan olmağına inanmış və ondan ərini işə düzəltməyi xahiş etmişdir. O, da Reyhanəyə ərini qaz idarəsində işə düzəldə biləcəyinə dair vəd vermiş və qarşılığında 2500 manat məbləğdə pul alacağını deyib və razılaşmışlar. Reyhanə də xx.xx.2023-cü il tarixdə onun göndərdiyi kart hesabına 2500 manat pul göndərmişdir. O, Reyhanənin həyat yoldaşının işə düzəltməklə bağlı hər hansı aktiv hərəkətlər etməmişdir. Almış olduğu 2500 manat puldan ona müştəri gətirdiyi üçün Vüqara 500 manat pul vermişdir. O, Reyhanəni aldadaraq 2500 manat pulunu almağını Vüqar bilməmiş, həqiqətən də Reyhanənin ərini işə düzəldəcəyinə Vüqar da inanmışdır. Bundan başqa, Göyçay rayon sakinləri Əlimusa, Raqil, Nizami, Zamin, Mingəçevir şəhər sakini Elnur adlı şəxslər də Elmiranın vasitəsilə ondan ünvanlı sosial yardım düzəldilməsini xahiş etmişlər. O, da Elmiranın vasitəsilə onlarla razılaşmışdır. Lakin ünvanlı sosial yardım almaq qarşılığında alacağı pula dair hər hansı məbləğ deməmişdir. Bundan sonra da 2022-ci ilin noyabr ayından 2023-cü ilin aprel ayınadək olan müddət ərzində o, hər şəxs üçün 300 manat olmaqla 1500 manat pulu Elmiranın vasitəsilə almışdır. Lakin daha sonralar onlara sosial yardım düzəltmək mümkün olmadıqda o, almış olduğu ümumilikdə 1500 manat puldan 1200 manat pulu Əlimusanın kart hesabına hissə-hissə olmaqla qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs10 əvvəllər tanışmamışdır. Aysel adlı müəllimə vasitəsilə Zərərçəkmiş şəxs10 tanımışdır. 2023-cü ilin aprelin ayında o, Aysel, Lamiyə və onun oğlu ilə birlikdə görüşmüşlər. Söhbət zamanı Lamiyə ilə oğlu Elmanı FHNdə işə düzəlməsində köməklik etməsini ondan xahiş etmişdir. O, da həmin vaxtlar ailədə maddi vəziyyəti yaxşı olmadığından pula ehtiyacı olduğundan Fövqaladə Hallar Nazirliyində işə düzəltməklə bağlı hər hansı real işlər görməyəcəyini bildiyi halda Lamiyənin oğlunu işə düzəldə biləcəyinə dair vəd vermişdir. Qarşılığında isə 5000 manat pul alacağını bildirmişdir. Həmin pulu almaqda məqsədi öz maddi xərclərini ödəmək və daha sonra iş alınmayanda qaytarıb vermək olmuşdur. Həmçinin dəqiq xatırlamadığı vaxtlarda o, Lamiyənin qardaşına sosial yardım düzəlməyi də vəd etmiş və qarşılığında da 600 manat pul alacağını bildirmişdir. 2023-cü ilin aprel ayının ilk günlərində o, yaşadığı evin yaxınlığında Lamiyə və oğlu ilə görüşüb ondan 5600 manat pulu almışdır. Həmin pulun 5000 manatı Lamiyənin oğlunun FHN-də işə düzəlməsinin pulu 600 manat isə Lamiyənin qardaşının ünvanlı sosial yardım düzəltmək pulu olmuşdur. Həmin vaxtdan sonra Lamiyə onunla danışarkən qızı Nigarın ali məktəbə qəbul imtahanından əvvəllər kəsildiyini və onun ali məktəbə qəbul olunmasında köməklik etməyini ondan israrla xahiş etmişdir. O, isə sonradan köməklik etməyə razılaşmış və Lamiyəyə qızının ali məktəbə qəbul olunmasına köməklik edəcəyini və qarşılığında 3500 manat pul alacağını bildirmişdir. Lamiyə də razılaşmış və 2023-cü ilin may ayının 2-də ona pulu vermək istədiyini bildirmiş və kart göndərməsini ondan xahiş etmişdir. O, da öz adına kart olmadığı üçün onunla eyni binada yaşayan Orxan adlı şəxsdən kartını ona verməsini xahiş etmişdir. Həmin kartın fotoşəklini Lamiyəyə göndərmişdir. Lamiyə həmin karta 3450 manat pul göndərmişdir. Qızı Nigarın ali məktəbə qəbul olunması məqsədilə Lamiyə tərəfindən göndərilən həmin pulu o, kapital bank bankomatında özü nəğdləşdirmişdir. Daha sonralar Lamiyə oğlunun Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsi, qardaşının sosail yardımı və qızının ali məktəbə qəbul olunmasının alınmadığını gördükdə ondan pulunu geri istəmiş və 2023-cü ilin yay aylarında 400 və 400 manat olmaqla Lamiyənin ona göndərdiyi kart hesabına ümumilikdə 800 manat pul qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs11 2022-ci ilin payız aylarında Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Belə ki, Vüqar taksi fəaliyyəti ilə məşğul olur. O, bir neçə dəfə sələmə pul lazım olanda Vüqar ona gətirib sələmə pul vermişdir. Daha sonralar Vüqarın bacısı Reyhanənin sosial yardım məsələsi ilə bağlı Elmiranın verdiyi vəd baş tutmadıqda özü Reyhanə ilə danışaraq pulunu geri qaytarmışdır. Buna görə də Reyhanə ilə aralarında inam yaranmış və daha sonra onun həyat yoldaşını işə düzəltməyi vəd etmişdir. Bundan sonra Reyhanənin də ona inanaraq pul verməsini görən Vüqar da ona sosial yardım düzəltməyini xahiş edərək 2023-cü ilin aprel ayında 250 manat pul vermişdir. Lakin onun sosial yardımını düzəldə bilməyəcəyini gördükdə geri qaytarıb vermişdir. Daha sonralar Vüqar atası Şahid5 və özünün ögey anası Ulduzə Sultanovanın kəsilmiş əlillik pensiyalarının bərpa etdirməkdə ondan köməklik etməyi xahiş etmişdir. O, da Elmidarın əlillik pensiyasını bərpa etdirmək adı ilə 5000 manat pulu və Ulduzənin kəsilmiş əlillik pensiyasını bərpa etdirməklə bağlı vəd verərək 4500 manat pulu 2023-cü ilin aprel-may aylarında dəqiq xatırlamadığı tarixdə bir dəfə 5000 manat pulu gətirib vediyi kart hesabına Mingəçevir şəhər Qaz İdarəsinin yaxınlığında quraşdırılmış terminalla ödəniş etdirməklə qəbzi Vüqara verməklə almışdır. Bundan sonra 2023-cü ilin may ayında 2500 manat, iyun ayında 2000 manat olmaqla ümumilikdə 4500 manat pulu şəxsən Vüqardan əlbəəl almaqla Ulduzənin kəsilmiş əlillik pensiyasının bərpa etdirəcəyini vəd edərək həmin məbləğdə pulu ələ keçirmişdir. Daha sonra Vüqar atası Elmidarın və ögey anası Ulduzənin kəsilmiş əlillik pensiyaslarını bərpa etdirmək məqsədilə ona vermiş olduğu 5000 manat atası üçün verdiyi puldan 1500 manat hissəsini ona müştəri gətirdiyi üçün bəxşiş olaraq almışdır. Həmçinin anası Ulduzənin əlillik pensiyasının bərpası məqsədilə almış olduğu 4500 manat puldan 1000 manatını daha sonra ona müştəri gətirdiyini əsas gətirərək bəxşiş kimi almışdır. Daha sonralar isə o, Vüqara atası, anası və əmisi Ərzuman üçün almış olduğu pullardan ödənişlər etmişdir. Hazırda çekləri təqdim edə bilmədiyi üçün geri ödənişlərin məbləğini dəqiq olaraq qeyd edə bilməmişdir. Bundan başqa Reyhanə və Vüqar ona iş görməklə bağlı pul verdikdən sonra onların iş görməsindən xəbərdar olan qohumları Ərzuman da 2023-cü ilin may ayında Vüqarın vasitəsilə onunla danışaraq Ərzumana əlillik pensiyası düzəltməyi ilə bağlı köməklik etməyini xahiş etmişdir. O, da razılaşmış 2023-cü ilin may ayında 7 və 9-da olmaqla Ərzuman Vüqarla birlikdə onun yaşadığı evin qarşısına gələrək hər ikisinin iştirakı ilə ona may ayının 7-də 2600 manat, eyni qaydada may ayının 9-da isə 2000 manat olmaqla ümumilikdə 4600 manat pul vermişlər. O, həmin pulu Ərzumana əlillik pensiyası bərpa etdirəcəyini vəd edərək aldadıb almış və Vüqarın bundan xəbəri olmuşdur. Lakin Vüqar ona müştəri gətirdiyi üçün həmin 4600 manat puldan 1500 manat pulu ondan özünə bəxşiş olaraq almışdır. Ərzumanın əlillik pensiyası ilə bağlı almış olduğu pulu da Vüqarın kartına göndərməklə qaytarmışdır. Elmira daha əvvəllər özü xəstəxanada işə düzəlməsi üçün ona 1000 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 onu yaxud onun vasitəsilə ondan müxtəlif işlərin görüməsini xahiş edən şəxsləri aldadaraq qarşılıqlısız olaraq pulunu ələ keçirməyindən onları aldatmağından xəbəri olmamışdır. Zərərçəkmiş şəxs4 həm oğlunun sosial yardım düzəlməsi məqsədilə həm də əri Muradxanın əlillik pensiyasının düzəltməyi üçün ona ümumilikdə 3000 manat pulu yaşadığı evdə 2022-ci ilin noyabr ayının 22-də sayaraq təhvil vermişdir. Zərərçəkmiş şəxs4 ola bilsin ki, kreditlə pul götürüb vermişdir, həmin kreditin faizini də hesablayaraq ona verdiyi məbləği 500 manat artıraraq 3500 manat olmasını və ödədiyi məbləği 500 manat azaltmaqla 2000 manat göstərmişdir ki, kreditinin faizlərini də ödətdirmiş olsun. Zəminədən ümumilikdə 3000 manat pul almış və 2500 manat qaytarmışdır. Hazırda ona 500 manat pul borclu qalmışdır. Zərərçəkmiş şəxs6 verdiyi kartı boş vəziyyətdə Vüqara vermiş, sonradan həmin karta 220 manat pul göndərdiyini xatırlamamışdır. Lakin sonradan Reyhanəyə zəng edərək kartı yoxlamasını bildirmişdir. Zərərçəkmiş şəxs1 onun yaşadığı evə gələrək 300 manat pul verib həmçinin Reyhanənin şəxsiyyət vəsiqəsini təqdim edərək himayəsində bir azyaşlı uşağının olmasını bildirib ona sosial yardım düzəltməyi xahiş etmiş o da Elmirayla razılaşıb pulu götürmüşdür. Zərərçəkmiş şəxs3 sosial yardımın düzəlməsi məqsədilə ümumilikdə 300 manat pul almış və həmin pulu da sonradan Əlimusanın kartına göndərməklə qaytarmışdır. Əlimusadan hansı məbləğdə pul alınmasından onun xəbəri yoxdur, məbləği Elmira dəqiq bilir. Zərərçəkmiş şəxs1 onun sosial yardım düzəltmək barədə şəxsləri aldatmağından təxminən 2023-cü ilin aprel ayından sonra Elmira onun vədlərinin yalan olmasını anlamış və həmin vaxtdan əlaqələri kəsilmişdir. Lamiyənin qızı Nigara sosial yardım düzəltməsi məqsədilə ondan 400 manat pul almamışdır.Zərərçəkmiş şəxs11 onun ögey anası və atası Elmidarın əlillik pensiyasının bərpası məqsədilə onları aldadaraq pulunu ələ keçirməyindən, hər hansı əməli iş görmədən onları aldadaraq pullarını ələ keçirməyindən xəbərsiz olmuşdur. Lakin hər dəfə ona iş görmək üçün adam tapdıqda ondan özünə bəxşiş almışdır. Zərərçəkmiş şəxs11 atası və anası üçün verilmiş ümumilikdə 9500 manat pulu özü müəyyən yaxınlarından borc alaraq ona versə də, həmin yalan vədə görə özü zərər çəksə də, Vüqar ona inanıb ki, həqiqətən onun gətirdiyi adamların yəni atası və anasının əlillik pensiyasını o, düzəldəcək. Ona görə də həmin şəxslərin yerinə 5000 və 4500 manat pulu verdikdən sonra iş alınanda həmin şəxslər həmin məbləğdə pulu ona qaytarmalı olmuşlar. Buna görə də Vüqar, ondan bəxşiş olaraq aldığı 1500 və 1000 manat pulu özünə gəlir olaraq almışdır.Zərərçəkmiş şəxs11 ilk olaraq atasına əlillik pensiyası ilə bağlı köməklik etməyi ondan xahiş etmişdir və o da bunun qarşılığında Vüqardan 5000 manat pul istəmişdir. Bu razılığa əsasən də o,Vüqardan 5000 manat pulu 2023-cü ilin aprel ayında almışdır. Bundan sonra Vüqar anası Ulduzənin də əlillik pensiyasının düzəlməsində köməklik etməyini xahiş etdikdə o, Vüqara razılıq vermiş və qarşılığında 2500 və 2000 olmaqla ümumilikdə 4500 manat pul almışdır. Onun qabaqcadan Vüqarın atası və anasına əlillik pensiyasını düzəltməklə bağlı vəd verərək Vüqar və yaxınlarını aldatmaq niyyəti olmamışdır. Hər biri üçün ayrıca müraciət edib ondan köməklik istədikdə o, onları aldatmaq niyyətinə düşüb aldadaraq pul almışdır.Onun şəxsləri müxtəlif işlər görəcəyinə dair yalan vədlər verib aldatmağından kimsənin xəbəri olmamışdır. Lakin pulu ələ keçirməkdə müxtəlif şəxslərin vasitəsindən istifadə etmişdir. Həmin şəxslərdən biri də Kapital Banka məxsus 4169 7413 1611 9864 seyiya nömrəli kart adına olan X4r. O, bəzi hallarda Orxan Ağabalayevin adına olan kart hesabına pul göndərtdirməklə ələ keçirmişdir. X23 həmin pulu kimdən hansı məqsədlə almağından məlumatı olmamışdır. O, qonşuluqda yaşadığı üçün ondan kartını verməsini xahiş edib almış həmin karta göndərilmiş pulu özü nəğdləşdirdikdən sonra kartı qaytarıb Orxana vermişdir. Onun şəxsləri aldatmağından Orxanın məlumatı olmamışdır, ona şəxsləri aldatmaqda hər hansı formada köməkliyi dəyməmişdir. Etdiyi əməldən peşmandır. Himayəsində xx.xx.2013-cü il təvəllüdlü Şəhram, xx.xx.2016-cı il təvəllüdlü Tuncay və xx.xx.2022-ci il təvəllüdlü Melisa adlı uşaqları vardır. Zərərçəkmiş şəxslərə dəymiş ziyandan qismən ödənişlər etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, evlidir, himayəsində iki azyaşlı övladı vardır. Əvvəllər Mingəçevir şəhərində yerləşən “Regional Hospital”da tibb bacısı işləmişdir. 2022-ci ilin iyun ayından etibarən işdən çıxmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2022-ci ilin avqust ayında Azadə ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasında olarkən tanış olmuşdur. Belə ki, həmin ərəfədə o və Azadə şəhər mərkəzi xəstəxanasında uşaqlarının məktəblərinə vermək üçün sağlamlıq arayışı almaq məqsədilə getdikdə təsadüfi zəmində tanış olmuşlar. Söhbət zamanı Azadə özünü Mərkəzi xəstəxananın laboratoriya şöbəsində tibb bacısı işlədiyini bildirmişdir. Onlar həmin vaxtdan bir-birinin mobil nömrələrini götürüb, həmin vaxtdan əlaqə saxlamışlar. Təxminən 2022-ci ilin sentyabr ayında aralarında mobil telefonla baş tutan söhbət zamanı Azadə özünün yüksək vəzifədə işləyən qohumlarının olmasını, əsasən də dayısının vasitəsilə ünvanlı sosial yardım düzəltdirməyi bacarmasını, habelə “AZ Dress”in müdiri Üzeyir adlı şəxslə qonşu olmalarını və onun vasitəsilə Mingəçevir şəhərində müxtəlif şəxsləri müxtəlif işlərə düzəltdiyini bildirmişdir. Həmin söhbət zamanı o, da özünün əvvəllər “Regional Hospital”da tibb bacısı olaraq işləyib, sonra işdən çıxmağını bildirmişdir. Azadə də ona bildirib ki, Üzeyir adlı müdir tanışının vasitəsilə bir neçə nəfəri mərkəzi xəstəxanaya işə düzəltmişdir və onu da həmin tanışının vasitəsilə pul müqabilində xəstəxanada işə düzəldə biləcəyini vəd etmişdir. O, da işin düzəlməsinin qarşılığında nə qədər pul lazım olmasını soruşduqda, Azadə 2000 manat müqabilində onu mərkəzi xəstəxanada işə düzəldə biləcəyini demişdir. O, da Azadənin bu söhbəti barədə evdə ailə üzvləri ilə məsləhətləşmiş və onlar da razılıq vermişlər. Bundan sonra o, Azadəyə işə qəbul olmaq üçün 2000 manat pul verməyə razı olmağını bildirmişdir. 2022-ci ilin sentyabr ayının 20-də qaynanası X15 öz adına "xxxx" ASC-nin Mingəçevir fillialından kredit götürərək ona 2000 manat pul vermişdir. Həmin gün o, qaynı arvadı X16 ilə birlikdə Azadənin yaşadığı evə getmişlər. Onun yaşadığı ev Mingəçevir şəhər “Qaz İdarəsi”nin yaxınlığında 3 mərtəbəli binanın 1-ci blok 3-cü mərtəbədə yerləşmişdir. Azadə özü evin istiqamətini ona izah etmiş və həmin gün saat 15 radələrində Günay Hacıyeva ilə birlikdə Azadənin yaşadığı evə gedib, orada özünə aid sənədlərin surətlərini və 1000 manat pulu Azadəyə vermişdir. Qalan 1000 manat pulu isə işə başlayandan sonra özünə verəcəyini bildirmişdir. Azadə də razılaşmış və 1000 manat pulu götürmüşdür. Azadə həmin söhbət zamanı işi düzələcəyini və 2022-ci ilin oktyabr ayının sonundan etibarən mərkəzi xəstəxanada işə başlayacağını ona bildirmişdir. Lakin həmin vaxtdan sonra noyabr ayınadək onun işə qəbulu baş tutmamışdır. Bu barədə Azadədən soruşanda o, bir qədər də səbrli olmağı və tezliklə işə düzələcəyini bildirmişdir. Çünki həmin vaxt xəstəxananın rəhbərliyi dəyişməsini və yeni müdiriyyətin 3 ay sonra onu işə götürəcəyini Azadə ona işin gecikməsinə səbəb olaraq bildirmişdir. O da Azadəyə inanaraq gözləmişdir. Bundan sonra qaynı arvadı X35 ilə tanış olmuş və aralarında mehriban münasibət yaranmışdır. Birbirilərindən mobil telefon nömrələrini almışlar. Daha sonralar Azadə Günay ilə danışarkən sosial yardım sahəsində işləyən tanışlarının olmasını və sosial yardım düzəltməsini bildirmiş, Günay da özünə sosial yardım düzəltməsini Azadədən xahiş etmişdir. 2022-ci ilin oktyabr ayının 7-də Günay Hacıyeva öz həyat yoldaşı Kamil ilə birlikdə Azadənin yaşadığı evə gedərək özlərinə aid sənədlərin surətlərini və pulu Azadəyə onlara sosial yardım düzəltməsi üçün vermişlər. O, da bu söhbəti eşitmiş və bilmişdir. Azadə ilə öz işi barədə yəni xəstəxanada işə düzəlməyi ilə bağlı söhbət edərkən ondan sosial yardım düzəltməsi barədə qohumları ilə iş görüb-görməməsini soruşanda Azadə özü haqqında sosial yardım da düzəltməyi bacardığını, bir neçə nəfərə də sosial yardım düzəltməyini bildirmişdir. Ona görə də sonralar tanışı Aynurəyə sosial yardım düzəldən şəxs yəni Azadə adlı qadın olması barədə söhbət etmişdir. Bu söhbətdən Aynurə tanışı Sevanə adlı qadını onun yaşadığı evə gətirib tanış etmiş, Sevanəni əvvəllər də tanısa da lakin özü sosial yardım haqqında birsöz deməmişdir, Aynurə gətirdikdən sonra bu barədə onunla danışmışlar, o, Sevanəyə bildirib ki, Azadə adlı qadın onu xəstəxanaya işə düzəldəcək, həmçinin Azadə sosial yardım düzəltməyi də bacarmasını demişdir. Sevanə öz övladına əlillik pensiyası düzəltmək məqsədilə Azadə ilə onu tanış etməyini xahiş etmişdir. 2022-ci ilin noyabr ayında Azadə ilə telefonla danışıb və Sevanə ilə tanış etməyi bildirmişdir. Azadə isə bir müddətdən sonra onunla danışarkən Sevanə ilə danışdıqlarını bildirib ondan xoşu gəlmədiyini bildirmiş və Sevanənin Göyçayda yaşayan qohumlarının sosial yardım düzəltməklə bağlı işlərində onun vasitəçi olmağını bildirmiş o, da razılaşmışdır. Həmin vaxtdan sonra 2022-ci ilin noyabr ayında onun yaşadığı evin qarşısına gələrək söhbət edəndə Zərərçəkmiş şəxs3 ilə tanış olmuşdur. Əlimusa söhbət zamanı özünə sosial yardım düzəltdirmək və almadığı ayların ödənişlərini almaq istədiyini bildirmişdir. O, da Azadə ilə danışıb Əlimusanın istəklərinin mümkün olub-olmamasını soruşanda Azadə mümkün olmasını bildirib qarşılığında 1300 manat bərpa məqsədilə, 585 manat isə sosial yardım düzəltmək məqsədilə alacağını bildirmişdir. Əlimusa da razılaşmış və getmişdir. xx.xx.2022-ci il tarixdə Əlimusa onun bank kartıma 1300 manat pul göndərmişdir. Həmin pulu Azadəyə dedikdə o, öz taksisi kimi təqdim etdiyi “Daevo Nexia” markalı avtomobilin sürücüsü Yaşar adlı şəxsi onun evinə göndərmiş və Yaşar ondan kartı götürüb getmişdir. Kodunu da vermişdir. Yaşar bir gün sonra onun evə gəlib kartı qaytarmış və 100 manat pul verib Azadə göndərdiyini bildirmişdir. Azadə də 1200 manat pul götürdüyünü ona bildirmişdir. Yenidən 2022-ci ilin dekabr ayının 9-da Əlimusa onun yaşadığı evə gələrək 585 manat pulu özünə sosial düzəltməsi üçün Azadəyə vermək üçün ona təhvil vermişdir. Həmin pulu o, Azadənin evinə gedib özünə verdikdə Azadə ona 85 manat pul qaytarmışdır. Bununla da Əlimusa kəsilmiş sosial yardımının hesablanaraq alınması üçün 1300 manat, sosial yardım təyin olunmasına görə 585 manat pul vermiş olmuşdur. Yenidən 2022-ci ilin fevral ayının dəqiq xatırlamadığı tarixdə Əlimusa birinci ailəsindən olan Ümid adlı şəxsin sosial yardımın bərpası məqsədilə 600 manat pulu Azadəyə verməsi üçün Əlimusanın əvəzinə qohumu Sevanə Bank Respublikadan götürdüyü kreditdən 600 manat pulu ona vermişdir. O, da həmin pulu da Azadəyə verdikdə o, 100 manat ona pul qaytarmış və işə düzəlməyinə görə götürdüyü kreditinin ödənişindən ödəməyini bildirmiş və onun işə düzəlməyi geciksə də kredit ödənişində çətinliyə düşməməyi üçün ona pul vermişdir. Bununla da Əlimusa öz sosialının verilməyən aylarının bərpası üçün 1300 manat, sosial yardımın bərpası üçün 585 manat özü verməklə birinci ailəsindən olan Ümid adlı övladına sosial yardım üçün isə qohumu Sevanə verməklə ümumilikdə Əlimusanın 2485 manat pul Azadəyə verilməsi üçün onun vasitəsilə verilmişdir. Əlimusaya 4 ay müddətində hər ay 300 manat olmaqla ümumilikdə 1200 manat pulu sosial yardımın bərpası adı ilə Azadə tərəfindən Əlimusaya göndərilmişdir. Bundan başqa Əlimusanın qohumu İsmayılov X9 vasitəsilə onunla əlaqə yaratmış və özünə sosial yardım düzəltdirmək istədiyini və Azadədən köməklik etməsi üçün danışmağı ondan xahiş etmişdir. O, da Azadə ilə danışdıqdan sonra razılaşmış və Azadənin istədiyi 1200 manat pulu ona kartla göndərmələrini demişdir. xx.xx.2023-cü il tarixdə onun göndərdiyi kart hesabına 1200 manat pul göndərilmiş, Əlimusanın arvadı Nuranə onunla danışanda o, 1200 manat pulun köçməsini bildirmişdir. Həmin pulu Azadəyə dedikdə Azadə bildirib ki, Əlimusanın göndərdiyi puldan 100 manatını özünə qaytar, O, da Əlimusaya 100 manat pulu onun göndərdiyi karta vurmaqla qaytarmışdır. Qalan 1100 manat pulun 100 manat və 100 manat olmaqla Azadənin göstərişi ilə onun borcu olan tanımadığı şəxslərin kart hesabına atmış və qalan 900 manat pulu xx.xx.2023-cü iltarixdə onun yaşadığı evdə özünə vermiş və Azadə 50 manat pul ona vermişdir. Bundan başqa Əlimusanın qohumu Zərərçəkmiş şəxs5 2022-ci ilin dekabr ayında özünə sosial yardım düzəltdirmək üçün Azadə ilə danışmağını Əlimusanın vasitəsilə xahiş etmişlər. O, da Azadə ilə danışmış və Azadə ilə danışarkən Raqilə sosial yardım düzəldə biləcəyini və qarşılığında 1000 manat pul alacağını bildirmişdir. Raqil də bununla razılaşıb. xx.xx.2022ci il tarixdə 500 manat pulu ona məxsus karta göndərmişdir. Həmin 500 manat pulu Azadənin göndərdiyi A**O** yazılmış kart hesabına göndərmişdir. Daha sonra xx.xx.2022ci il tarixdə həmin karta 400 manat pul Raqil tərəfindən göndərilmişdir. Həmin 400 manatdan 100 manatını Azadənin sifarişi ilə atdığı iki kart hesabına 100 və 100 olmaqla iki yüz manatını göndərmiş, 100 manat pulu Azadənin özünə göndərdiyi 100 manat pul isə Azadə ona vermişdir. Daha sonra isə isə təxminən 2-3 gün sonra 200 yüz manat Raqilin qalan pulunu Sevanə ona əlbəəl vermişdir. Həmin pulu da Azadəyə əlbəəl vermişdir. Bundan başqa Əlimusanın qohumu Zərərçəkmiş şəxs7 da özünə sosial yardım düzəltdirməsi üçün Azadə ilə danışmağını ondan xahiş etmiş və o, da Azadə ilə danışıb razılıq almışdır. Buna uyğun olaraq 800 manat pul alacağını Azadə bildirmişdir. xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdə onun bank kartına 400 manat pul göndərilmişdir. Təxminən 10 gün sonra əlavə 400 manat pulu Əlimusa özü gətirib ona əlbəəl vermişdir. Bununla da Zərərçəkmiş şəxs7 sosial yardım alması üçün Azadəyə verməyi üçün ona 800 manat pul vermiş olmuşdur. Həmin pulu o, Azadəyə cəm halında evində aparıb vermiş, qarşılığında Azadə ona 50 manat pul vermişdir. Bundan başqa Əlimusanın tanış etdiyi Zərərçəkmiş şəxs9 da sosial yardım almaq üçün Azadə ilə danışmağı ondan xahiş etmişdir. Azadə də 900 manat pul müqabilində Elnura sosial yardım düzəldəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs9 da 2023-cü ilin mart ayının 28-də 900 manat pulu öz yaşadığı evdə ona vermişdir. Həmin pulu Elnurdan aldıqdan sonra Azadə ilə danışmış və 900 manat pulu Elnurdan almağını bildirmişdir. Daha sonra Yaşar adlı taksi sürücüsü gəlib 800 manat pulu və Elnura aid sənədləri ondan alıb getmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 adlı tanışı ilə 2022-ci ilin oktyabr noyabr ayında aralarında baş tutan söhbət zamanı Xuraman qızı Samirənin təhsilli olmasını və işsiz olmasını bildirmiş, ondan xəstəxana işini həll edən şəxsin kim olmasını və həmin adamla qızı Samirənin də işini danışmaq məqsədilə tanış etməyi xahiş etmişdir. O, da Xuraman və qızı Samirəni Azadənin evinə aparmışdır. Özləri tanış olub danışıb və razılaşmışlar. Bir müddət sonra da Xuraman qızı Samirə və o, Azadənin evinə getmişlər və orada Xuraman 4400 manat pulu Azadəyə sayıb vermiş və qızı Samirənin tibb bacısı olaraq işə düzəldəcəyinə dair Azadənin vədlərini qəbul etmişdir. Həmin məsələdən sonra onun hər hansı məlumatı olmasa da lakin özü işi alınmadıqda Azadənin insanları aldatmasını bildikdən sonra ona məlum olub ki, Xuramanın da verdiyi pulu Azadə aldadıb ələ keçirmişdir. Bundan başqa taksi sürücüsü və keçmiş iş yoldaşı kimi tanıdığı Vüqarın bacısı kimi bildiyi Reyhanə adlı qadını 2022-ci ilin dekabr ayının əvvəllərində tanımışdır. Belə ki, Reyhanə qardaşı Vüqar vasitəsilə onunla əlaqə saxlayaraq tanışı Azadənin sosial yardım düzəltməsi barədə eşitdiyini və özünə də sosial yardım düzəltdirmək istədiyini bildirib Azadədən onun işini həll etməsini xahiş etməyini demişdir. O, da Azadə ilə danışdıqdan sonra Azadə bildirib ki, 700 manat müqabilində Reyhanəyə sosial yardım düzəldə bilər. Reyhanə də həmin məbləğlə razılaşmış və 2022-ci ilin dekabr ayının 25-də onun adına olan bank kartına 700 manat pul göndərmişdir. O, da Azadəyə bu barədə demiş, Azadə həmin puldan 50 manat pulu ona vermiş və qalan 650 manat pulu Yaşar adlı taksi sürücüsü gəlib kartı götürüb pulu çıxardıb və kartı ona geri qaytarmışdır. Daha sonralar Azadə ilə Reyhanə özləri danışıb və hansı formada razılaşmaqlarından hansı işlər görmələrindən xəbəri olmamışdır. Əlimusa ümumi məbləğləri düzgün qeyd etmişdir. Belə ki, sosial yardımın almadığı pulları almaq məqsədilə 1300 manat pulu onun kartına xx.xx.2022-ci il tarixdə göndərmişdir. Lakin 2022-ci ilin dekabr ayının 9-da yaşadığı evdə özünə sosial yardımın düzəlməsi üçün 585 manat pulu ona əlbəəl vermiş, 600 manat pulu isə xx.xx.2023-cü il tarixdə oğlu Ümidin sosial yardımının bərpası məqsədilə Azadəyə verməsi üçün Əlimusanın qohumu Sevanə vermişdir.1300 manatdan 100, 585 manatdan 85 və 600 manatdan 100 manat olmaqla Əlimusanın pulundan Azadə ona ümumilikdə 285 manat pul kreditini ödəməsinə köməklik olaraq vermişdir. Zərərçəkmiş şəxs5 ola bilsin ki, səhv xatırlayır, lakin Sevanə özü də təsdiq edə bilərki, Raqilin qalan 200 manat pulunu özü yəni Sevanə əlbəəl vermişdir. Vüqar ondan dolanışığının çətin olmasını bildirəndə o, Azadəni təzə tanıdığı vaxtlar olmuşdur. Ona inandığı üçün o Azadənin sosial yardım düzəltməsini bildirmişdir. Çünki həmin vaxtlar Azadəyə o, özü də çox inanmış və buna görə də özünün işini də həll edəcəyinə inanmışdır. Çünki Azadə özünün yaxın qohumlarının dövlət orqanlarında yüksək vəzifədə işlədiklərini bildirib onların vasitəsilə istənilən işləri həll etmək iqtidarında olmasını ona bildirmişdir. Həmin vaxtdan sonra isə Vüqarın bacısı Reyhanə sosial yardım düzəlməsi üçün onunla əlaqə saxlamışdır. Lakin o, Vüqarın Azadə ilə hər hansı iş görməsinin iştirakçısı olmamışdır. 2022-ci ilin sentyabr ayında özünə iş düzətməsi üçün Azadəyə pul verdikdən sonra Azadə onu müxtəlif bəhanələrlə yubatmış, daha sonra xəstəxana rəhbərliyi dəyişmiş və rəhbərlik 3 aydan sonra onu işə götürəcəyinə dair söz verməsini Azadə ona bildirmiş, ona görə də inanaraq öz işinin düzəlməsini gözləmiş və həqiqətən də Azadə iş görən adam olmasına inanmışdır. Ona görə də Azadənin sosial yardım düzəltməsində başqa şəxslərin onun vasitəsilə Azadəyə pul verməsini Azadənin onları aldatması olaraq bilməmiş və ona görə maneçilik etməmişdir. Azadə ona özünün sosial yardım işçisi olmasını deməmiş və o, da şəxslərə bu barədə hər hansı söz deməmişdir. Sadəcə Azadə öz qohumlarının vasitəsilə sosial yardım düzəltməyi bacardığını ona demiş və ondan sosial yardım düzəlməsi üçün xahiş edən şəxslərə Azadə qohumu vasitəsilə düzəltməsini demişdir. Həmçinin Azadə sosial yardım düzəltmək adı ilə pul aldığı şəxslərə 2022-ci ilin dekabr ayından etibarən aylıq sosial yardım pulları ödənildiyini eşitmiş və buna görə də Azadənin həqiqətən sosial yardım düzəldən olmasına inanmışdır. Lakin daha sonralar ona məlum olub ki, Azadə sosial yardım düzəltmək adı ilə pul aldığı şəxslərin adına kapital kartı alaraq özü pul göndərmişdir. Həmin şəxslər də sosial düzəlməsini soruşanda daha sonralar sosial yardım aldıqlarını bildirib başqa şəxsləri də Azadə ilə iş görməyə təhrik etmişlər. O və həmin şəxslər də aldanmışlar. Həmin şəxslərdən dekabr ayından etibarən pul alan şəxslərə misal olaraq Əlimusanın özü də pul almışdır. Təqsirləndirilən şəxs sosial yardım düzəltməsi üçün ondan xahiş etməyi barədə yaşadığı Mingəçevir kəndində bir neçə nəfər başqa şəxslər də olmuşdur, lakin həmin şəxslər artıq 2023-cü ilin yaz aylarında ondan xahiş etdikləri üçün o, artıq Azadənin yalan danışdığına və insanları aldatmağına dair inandığı üçün həmin şəxslərə etiraz etmiş və onlar barədə Azadədən hər hansı xahişlər etməmişdir. Azadənin insanları aldatmasını bilməmiş, tanışlarının işlərini Azadənin pul müqabilində həll etməsində maddi marağı olmamışdır. Əlimusa özü də Azadə ilə daha sonralar danışanda Azadə Əlimusanın və onun tanışlarının göndərdiyi pulun ona çatmasını bildirib, işlərinin tezliklə həll olacağı barədə yalan vədlər vermişdir. Onun maddi maraq qarşılığında Azadə tərəfindən işlərinin düzəldilməsində yaxud Azadə tərəfindən onların aldadılmasında başqa maraqları olsaydı Əlimusa ilə Azadə danışanda həmin xüsusatlar yəni göndərilən pulun məbləği ilə Azadənin almış olduğu pulun məbləği arasında fərqlər üzə çıxardı. Əlimusa və tanışları onun sözlərində yalan aşkarlayar və ona irad bildirərdilər. Zərərçəkmiş şəxs6 ondan sosial yardım düzəlməsi barədə xahiş etdikdə o, da Azadə ilə danışmış və Azadəyə Reyhanəyə aid məlumatları verib sosial yardım düzəldib-düzəltməyəciyini soruşanda Azadə 700 manat pul müqabilində Reyhanəyə sosial yardım düzəldə biləcəyini demiş və o, da bundan sonra Reyhanəyə düzələ biləcəyini bildirmişdir. Həmin pulu da kartına göndərildikdən sonra Azadəyə vermişdir. Təqsirləndirilən şəxs özünü məsuliyyətdən kənarda qoymaq məqsədilə hər şəxs üçün 300 manat pul aldığını göstərmişdir. O, hər bir şəxs haqqında yəni onun ailə üzvü və sair barədə məlumatları Azadəyə dedikdən sonra Azadə sosial yardım düzəldəcəyinin müqabilində alacağı pulun məbləğini özü demiş, habelə təyin olunacaq sosial yardımın məbləğini də demişdir. Əgər o, Əlimusa və tanışlarından Azadənin dediyi məbləğdən artıq məbləğdə pul almış olsa Azadə ilə Əlimusa danışanda həmin xüsusat ortaya çıxardı. O. Azadənin şəxsləri aldatmasını bilməmiş həqiqətən hesab etmişdir ki, Azadə gerçək işlər görür. Azadənin şəxslərin aldatmasından məlumatlı olsaydı, bilə-bilə ki Azadə şəxsləri aldadıb pullarını ələ keçirir, onun da şəxsləri aldatmaq pul ələ keçirmək məqsədi olsaydı o, Azadədən xəbərsiz yəni onunla danışmadan şəxsləri aldadar pul ələ keçirərdi. Lakin onun Azadənin iştirakı olmadan kimsəyə sosial yardım düzəltmək və sair adı ilə vədlər verməyi pul almağı barədə heç kimin şikayəti daxil olmamışdır. Bu da göstərir ki, onun vasitəsilə Azadəyə pul verilməsinin səbəbi Azadənin onu aldatması olmuşdur. O, özü də Azadə tərəfindən aldadılmış və onun pulu da Azadə tərəfindən dələduzluq yolu ilə ələ keçirilmişdir. Ona vurulan ziyandan 400 manat məbləğində ödəniş edilmişdir. Təqsirləndirlən şəxsə cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir, təqaüd alır. Maddi vəziyyəti o qədərdə yaxşı deyil. Belə ki, həyat yoldaşı Şahid1 oğlu təxminən 6 il müddətdir ki, beyin insultu (beyin qan dövranının kəskin pozuntusu) xəstəlik keçirmişdir və həmin vaxtdan etibarən faktiki əmək qabiliyyətini itirmişdir. Oğlu Şahid7 də müxtəlif günəmuzd işlərdə işlədiyi üçün ailədə maddi vəziyyəti yaxşı deyildir. 2022-ci ilin noyabr ayında oğlu Murazın tanışı Vasif adlı şəxs oğlu ilə söhbət edərkən tanışı Azadə adlı qadının sosial yardım və əlillik düzəltməsini bildirmişdir. Oğlu da həmin vaxt Vasifdən xahiş edib ki, Azadədən onlara əlillik və sosial yardım düzəltməsində köməklik etməsini xahiş etsin. O da razılaşıb. 2022-ci ilin noyabr ayının son günlərində Vasif Azadəni onların yaşadıqları evə gətirmişdir. Evdə onun da iştirakı ilə baş tutan söhbət zamanı Azadə özü haqqında danışaraq bildirib ki, böyük nəslin nümayəndəsidir, qohumları müxtəlif yüksək dövlət vəzifələrində işləyirlər. Söhbət zamanı Azadədən oğlu Muraz və ailəsi üçün sosial yardım həyat yoldaşı Muradxan üçün isə əlillik pensiyası düzəlməsində köməklik etməsini xahiş etmişlər. Azadə Muraz və ailə üzvlərinə 1000 manat müqabilində sosial yardım düzəldə biləcəyini, həyat yoldaşı Muradxan üçün isə 1-ci qrup əlillik düzəltmək üçün 2500 manat pul lazım olmasını bildirmişdir. Həmin gün onlar razılaşmışlar, lakin evlərində həmin məbləğdə pul olmadığından pulu bir qədər sonra düzəldib verəcəyini bildirmişlər. O, 2022-ci ilin noyabr ayının son günlərində bankdan özünə aid olan mövcud kredit müqaviləsini yeniləmiş və həmin kredit xətti üzrə əlavə 1000 manat pul götürmüşdür. 2022-ci ilin noyabr ayının 22-də saat 15 radələrində o, həyat yoldaşı Şahid1 ilə birlikdə Azadənin yaşadığı evə getmişlər, Azadənin yaşadığı evdə 1000 manat pulu sosial yardım düzəltməsi üçün razılaşdıqları məbləği Azadəyə vermişdir. Bundan sonra o, 2022-ci ilin dekabr ayının ilk günlərində həyat yoldaşı Muradxanın adına götürdüyü kreditdən 2500 manat pulu 21-də saat 16 radələrində Azadənin yaşadığı evə Muradxanla gedərək 2500 manat pulu sayaraq Azadəyə təhvil vermişdir. Bununla da həyat yoldaşı Muradxana 1-ci qrup əlillik düzəltməsi üçün Azadəyə 2500 manat, oğlu Muraza sosial yardım düzəltməsi üçün 1000 manat pulu vermişdir. Həmin vaxtdan bir ilə yaxın müddətdir ki, nə sosial yardım nə əlillik pensiyası düzəlməmiş, nə də Azadə pulu tam geri qaytarmamışdır. Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq edərək 3500 manat alaraq maddi ziyan yetirmişdir. Belə ki, həyat yoldaşı heç bir yerdə işləmir, onun adına olan krediti və öz adına olan krediti ödəyir ona görə də Azadə oğlu Muraza sosial yardım düzəltmək üçün onun 1000 manat pulunu, həyat yoldaşı Muradxana əlillik düzəltmək üçün 2500 manat pulunu ələ keçirməklə ona maddi ziyan yetirmişdir. Həmin 3500 manat puldan 2000 manat hissəsini 2023-cü ilin təxminən aprel ayında iki dəfə 1000 manat olmaqla ümumilikdə 2000 manat pulu Azadə yaşadığı evin yaxınlığında ona əlbəəl qaytarmışdır. Qalan 1500 manat pulu isə hələ də qaytarmamışdır. Ona vurulan ziyandan 2750 manat ödəniş edilmişdir. Yenə də ona vurulan ziyan tam qaytarılmamışdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Qızı Şahid2 heç bir yerdə işləmir lakin kompüter və tibb bacısı ixtisası üzrə təhsili vardır. Onun işlə təmin olunması üçün vasitəçi və işə götürən axtarmışdır. Onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 ilə tanışlığı vardır. Belə ki, Elmiranın övladı ilə onun digər övladı eyni məktəbdə oxuyur və valideyn qrupunda həmsöhbət olaraq tanışlıqları yaranmışdır. 2022-ci ilin oktyabr noyabr ayında Elmira ilə aralarında baş tutan söhbət zamanı Elmiraya qızı Samirənin təhsili olmasını lakin hazırda işsiz olmasını bildirdikdə o, da bildirib ki, tanışı Azadə adlı qadın var və müxtəlif işlərin həll olunmasında köməklik etmək bacarığındadır. O, da Elmiradan Azadə ilə danışıb qızı Samirənin işə düzəlməsində köməklik etməsini xahiş etmişdir. Həmin vaxtdan bir neçə gün sonra Elmira ona zəng edərək Azadə ilə danışdığını, hazırda Mingəçevir şəhər mərkəzi xəstəxanasında tibb bacısı işləyəcək namizəd axtarılmasını bildirmişdir. O, da qızı Samirənin işə düzəlməsi müqabilində Azadəyə verilməli olan pulu soruşmuş, Elmira bildirib ki, Azadə 4000 manat pul müqabilində Samirəni mərkəzi xəstəxanaya tibb bacısı olaraq işə düzəldəcəkdir. Həmçinin Azadədən ona sosial yardım düzəlməsini xahiş etmişdir. Azadə də razılaşmışdır. Elmira ilə baş tutuan həmin söhbət zamanı qızı Samirənin işə düzəlməsi müqabilində 4000 manat pul verməyə və ona sosial yardım düzəltməsi müqabilində 400 manat pul verməyə razı olmuşdur. 2022-ci ilin noyabr ayının 12-də o, 4400 manat pulu götürüb qızı Samirə ilə birlikdə ilk olaraq Elmiranın evinə getmişlər, oradan saat 14 radələrində Mingəçevir şəhər Qaz İdarəsinin yaxınlığında 3 mərtəbəli binada yerləşən Azadənin yaşadığı mənzilə getmişlər. Azadə ilə görüşüb söhbət etmişlər, Azadə özü də üzbəüz vəd edib ki, 4000 manat müqabilində qızı Samirəni tibb bacısı olaraq xəstəxanada işə düzəldəcək, 400 manat müqabilində isə onlara sosial yardım düzəldəcəkdir. Bundan sonra Elmiranın və qızı Samirənin iştirakı ilə 4400 manat pulu Azadəyə vermişdir, o da pulu sayaraq götürmüşdür. Həmin vaxtdan etibarən bir ilə yaxın müddət keçməsinə baxmayaraq nə qızı Samirə işə düzəlməyib, nə də sosial yardım almamışlar. Buna görə də Azadə tərəfindən aldadılmağına əmin olub pulu geri istədikdə Azadə həmin 4400 manat puldan 500 manatını əlbəəl qaytarıb, 100 manat pulu isə kartla göndərərək qaytarmışdır. Sosial yardım üçün almış olduğu pulu tamamilə ödədiyini, qızının işi məqsədilə almış olduğu puldan 200 manat ödədiyini bildirmişdir. Ona dəyən ziyandan cəmi 2600 manat ödəniş edilmişdir. Yenə də ona vurulan ziyan tam qaytarılmamışdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, evlidir, himayəsində 3 azyaşlı övladı vardır. Ailədə maddi vəziyyəti o qədər də yaxşı deyil. Buna görə də uzun müddət ünvanlı sosial yardım almaq üçün yol axtarmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Mingəçevir şəhərində yaşayan qaynatası X11 evinə qonaq gedib-gələrkən 2022-ci ilin noyabr ayında qonşu Elmira adlı qadınla tanış olmuşlar. Həyat yoldaşı X17 və bacısı X1 adlı qadınla söhbət edərkən özləri haqqında danışarkən maddi vəziyyətlə bağlı söhbət düşəndə Elmira adlı qadın bildirib ki, onun tanışı Azadə adlı qadın var, həmin qadın sosial yardım düzəltmək üçün yüksək vəzifədə işləyən qohumları olmasını bildirib və sosial yardım düzəltməklə bağlı lazım gələrsə köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Elmiradan xahiş ediblər ki, Azadə adlı tanışı ilə danışsın əgər mükündürsə onlara da sosial yardım düzəltməkdə köməklik etsin. Həyat yoldaşı Nuranə və baldızı Çinarə də bu söhbət barədə ona danışdıqda o da razılaşmışdır. Bundan sonra o, Elmiranın yaşadığı evin qarşısında onunla görüşüb söhbət etmişdir. Söhbət zamanı Elmira ona da bildirib ki, Azadə adlı tanışı var və həmin Azadə adlı qadın qohumları vasitəsilə sosial yardım düzəldə bildiyini ona bildirmişdir. Azadəyə inandığını və qadın olduğu üçün yalan danışmaq ehtimalının olmamasını bildirmişdir. O, da bundan sonra Elmiraya inanmışdır. Bundan sonra qarşılığında Azadəyə verilməli olan pulu soruşanda Elmira bildirib ki, Azadə ilə danışıb ona məlumat verəcək. Həmin vaxt Elmira bir nəfərə zəng edib onun sosial məsələsi ilə bağlı söhbət etmiş, həmin vaxt o, kənarda olduğu üçün söhbəti tam eşidə bilməmişdir. Sonradan Elmira ona yaxınlaşıb Azadə ilə danışmasını və 1185 manat müqabilində ona sosial yardım düzəldə biləcəyini və 1300 manat pul müqabilində əvvəlki illərdə ala biləcəyi sosial yardım pullarını bərpa etdirəcəyini bildirmişdir. O, da razılaşmış, Elmiranın mobil nömrəsini götürüb getmişdir. Bir neçə gün sonra o, Elmira ilə danışanda Elmira ona öz kart hesabını göndərmiş, o, da həmin kart hesabına 1300 manat pulu əvvəlki aylarda ala biləcəyi pulun bərpası məqsədilə köməklik etməsi üçün xx.xx.2022-ci il tarixdə göndərmişdir. Elmira da pulun ona köçməsini bildirib daha sonra təxminən 1-2 ay ərzində iş həll olacağını və sosial yardım almadığı ayların pulunun hesablanıb alacağını bildirmişdir. Bundan sonra isə ona növbəti aylar üçün sosial yardım verilməsinə nail olmaq üçün 1185 manat pul müqabilində Azadənin köməklik etməsi üçün həmin məbləğdə pulu Elmiranın kart hesabına 2023-cü ilin fevralın 25-də göndərmişdir. Beləliklə Azadə adlı qadının onun əvvəlki aylara nəzərən almalı olduğu sosial yardım pullarını bərpa etdirməsi məqsədilə 1300 manat və növbəti yəni gələcək aylara nəzərən sosial yardım düzəldilməsi məqsədilə 1185 manat olmaqla ümumilikdə 2485 manat pulu Elmiranın kartına göndərmişdir. Bundan sonra işlərin alınmamasını görüb Elmiraya dəfələlərlə zəng etmiş lakin pulu geri ala bilməmişdir. Daha sonra Azadənin mobil nömrəsini tapıb zəng edərkən Azadə ona sosial yardım məsələsi ilə bağlı 2485 manat pulu almasını və işləri düzələcəyini bildirib gözləməyini bildirmişdir. Azadə adlı qadınla danışmazdan əvvəl xx.xx.2023-cü il tarixdə 099 772 92 30 saylı mobil nömrədən ona sms gəlmişdir, həmin sms-də göstərilmişdir ki, “Sizə aylıq 470 Azn UDSY təyin edilmişdir Plastik kartı xx.xx.2023-dən sonra X33 f-dan ala bilərsiz”. Həmin nömrə Təqsirləndirilən şəxs adınadır. 2023-cü il mart ayından sonra Azadə tərəfindən 4 dəfəyə olmaqla 1200 manat pul ona qaytarılmışdır. Onun sosial yardım düzəltdirməyini eşidən qohumları qardaşı Zərərçəkmiş şəxs5, xalası oğlu Zərərçəkmiş şəxs8, yeznəsi Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs9 adlı qayınatasının qonşusu olan şəxslər də Elmiranın vasitəsilə Azadədən köməklik etməsini xahiş etmişlər. Buna uyğun olaraq da o, Elnuru Elmira ilə əlaqələndirmiş, onlardan Zərərçəkmiş şəxs8 Elmiraya verməli olduğu 1200 manat pulu ona vermiş, o da kartla Elmiraya 2023-cü ilin yanvarın 21-də göndərmişdir. Zərərçəkmiş şəxs7 ona sosial yardım düzəldilməsi üçün Elmiranın göndərdiyi bank kartına 800 manat göndərmək üçün pulu ona vermiş və birlikdə terminal vasitəsilə 400 və 400 manat olmaqla həmin kart hesabına pul göndərmişlər. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs1 vasitəsilə sosial yardım üzrə vəd verərək ona bildirmişdir ki, ona və ailə üzvlərinə sosial yardım düşür, buna görə də almadığı aylar üzrə sosial yardım ödənişlərini ödətdirməyi və növbəti aylar üzrə də sosial yardım təyin etdirəcəyini eyni vaxtda vəd vermişdir, qarşılığında isə alacağı pulları hissə -hissə olaraq almışdır. Əlavə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs verməsi üçün göndərdiyi pulların tarixini ifadəsində səhv göstərmişdir. Lakin Azadə ilə ilkin olaraq Elmiranın vasitəsilə aralarında baş tutan razılığa əsasən onun əvvəlki aylar üzrə sosial yardım ödənişlərinin almağında köməklik olunması və növbəti aylar üzrə sosial yardım təyin olunmasına köməklik etməsi məqsədilə Azadəyə pul verməyə razılaşmış və ilkin olaraq razılaşdığı məbləğin 1300 manat hissəsini daha sonra isə 1185 manat hissəsini X21 verməsi üçün göndərmişdir. Təqsirləndirilən şəxs onunla mobil telefonla danışdıqdan sonra ona sosial yardım düzəlməsi barədə yalan sms göndərmiş habelə ayda 300 manat sosial yardım ödənişi keçmək adı ilə hər ay 300 manat pul göndərməklə onu aldatmışdır. Azadə ona sosial yardım düzəlməməsini bildirməmiş, əksinə sosial yardımın düzəldiyini bildirib aylıq ödənişlər kimi özü göndərməklə onu aldatmış bunun nəticəsində də o qohumlarına Azadənin həqiqətən sosial yardım düzəltməyi bacarmasını bildirmiş və nəticədə aldanmışlar. Qohumlarına sosial yardım düzəltdirmək adı ilə Azadə tərəfindən pul alınmasında onun hər hansı şəxsi marağı olmamışdır, belə ki, onu Azadə aldatdığı üçün ona aylıq guya 300 manat sosial yardım köçdüyü üçün Azadəyə inanmış və qohumlarına yaxşılıq etmək yəni sosial yardım almalarında köməklik etmək məqsədilə onları Azadə ilə tanış etmişdir. Ona dəyən ziyandan cəmi 1200 manat ödəniş edilmişdir. Yenə də ona vurulan ziyan tam qaytarılmamışdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, evlidir, himayəsində 3 azyaşlı övladı var. Ailədə maddi vəziyyəti o qədərdə yaxşı deyil. Ünvanlı sosial yardım almaq üçün yol axtarmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış. 2022ci ilin noyabr ayında qardaşı Əlimusa Mingəçevir şəhərində yaşayan qayınatası Gürzalı Yunusovun qonşusu Zərərçəkmiş şəxs1 vasitəsilə Təqsirləndirilən şəxs sosial yardım düzəltməsi üçün pul vermişdir. Həmin məsələ barədə o, qardaşı Əlimusadan xəbər tutduqdan sonra ona da sosial yardım düzəlməsində köməklik olunması üçün Elmira ilə tanış etməsini qardaşı Əlimusadan xahiş etmişdir. O, da Elmiranın mobil nömrəsini vermişdir. 2022-ci ilin dekabr ayında Elmiraya məxsus mobil telefona zəng edib Əlimusanın qardaşı olmağını bildirmiş,söhbət zamanı Elmiradan tanışı Azadə ilə ona da sosial yardım düzəldilməsində köməklik etməsi məqsədilə danışıq aparmasını xahiş etmişdir. Həmin söhbət zamanı özü və ailə üzvlərinə məxsus sənədlərin surətlərini Elmiraya məxsus mobil telefonun vhatsap tətbiqinə göndərmişdir. Bir müddət sonra Elmira ona zəng edərək bildirib ki, Azadə ilə məsələni danışıb Azadə razılıq vermişdir, qarşılığında isə 1100 manat pul əvvəlcədən alacaq, sosial yardım almağa başladıqdan sonra isə 685 və 685 manat pulu daha sonra alacaqdır. Həmin 685 manat məbləğ isə guya ona təyin olunacaq aylıq sosial yardımın məbləğidir. Belə ki, iki aylıq pulu özü alacağına razılaşmışdır. Buna görə də o, xx.xx.2022-ci il tarixdə 500 manat pulu Elmiranın ona göndərdiyi kart hesabına göndərmiş, daha sonra xx.xx.2022-ci il tarixdə həmin karta 400 manat pul göndərmişdir. Daha sonra isə təxminən 2-3 gün sonra o, iki yüz manat pulu da Elmiranın kartına göndərmiş olsa da lakin çeki itirdiyi üçün təqdim edə bilməmişdir. Beləliklə də o, Elmira adlı qadına Azadənin sosial yardım düzəltməsi üçün ümumilikdə 1100 manat pul vermiş olmuşdur. Bundan sonra ona məxsus mobil nömrəyə ***-***-**-** saylı nömrədən xx.xx.2023-cü il tarixdə sms gəlmişdir həmin sms-də göstərilmişdir ki, “Sizə aylıq 685 Azn UDSY təyin edilmişdir Plastik kartı xx.xx.2023-dən sonra X33 f-dan ala bilərsiz”. Həmin nömrənin sahibini müəyyən etdikdə məlum olub ki, nömrə Təqsirləndirilən şəxs adınadır. Bundan sonra nə ona sosial yardım düzəlməmiş nə də Elmiraya göndərdiyi 1100 manat pul qaytarılmamışdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. Zərərçəkmiş şəxs8 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, evlidir, himayəsində 3 azyaşlı övladı vardır. Ailədə maddi vəziyyəti o qədərdə yaxşı deyil. Buna görə də ünvanlı sosial yardım almaq üçün yol axtarırmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2022-ci ilin noyabr ayında xalası oğlu Əlimusa Mingəçevir şəhərində yaşayan qayınatası Gürzalı Yunusovun qonşusu Zərərçəkmiş şəxs1 vasitəsilə Təqsirləndirilən şəxs sosial yardım düzəltməsi üçün pul vermişdir. Həmin məsələ barədə o, xalası oğlu Əlimusadan xəbər tutduqdan sonra ona da sosial yardım düzəlməsində köməklik olunması üçün Elmira ilə tanış etməsini Əlimusadan xahiş etmişdir. O, da Elmira ilə özü danışaraq ona da sosial yardım düzəlməsində Azadə ilə danışmasını bildirmişdir. Elmira da cavabında sosial yardım düzəlməsində Azadə köməklik etməyi öhdəsinə götürməyi bildirdiyini və qarşılığında 1200 manat pul lazım olmasını bildirmişdir. Buna görə də o, 1200 manat pulu xx.xx.2023-cü il tarixdə kredit götürüb və Əlimusaya nəqd vermiş o da xx.xx.2023-cü il tarixdə Göyçay şəhərində terminal vasitəsilə onun yanında 1200 manat pulu Elmiranın təqdim etdiyi bank kartına göndərmişdir. Bundan başqa o, və ailə üzvlərinə məxsus sənədlərin surətlərini də Elmiraya vhatsap vasitəsilə göndərmişdir. Həmin vaxtdan sonra nə pulu geri ala bilmiş nə də sosial yardım düzəlməmişdir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. Zərərçəkmiş şəxs7 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, evlidir, 2 azyaşlı övladı var. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2022-ci ilin noyabr ayında xalası oğlu Əlimusa Mingəçevir şəhərində yaşayan qayınatası Gürzalı Yunusovun qonşusu Zərərçəkmiş şəxs1 vasitəsilə Təqsirləndirilən şəxs sosial yardım düzəltməsi üçün pul vermişdir. Həmin məsələ barədə Əlimusadan xəbər tutduqdan sonra ona da sosial yardım düzəlməsində köməklik olunması üçün Elmira ilə tanış etməsini Əlimusadan xahiş etmişdir. O, da Elmira ilə özü danışaraq ona da sosial yardım düzəlməsində Azadə ilə danışmasını bildirmişdir. Elmira da cavabında sosial yardım düzəlməsində Azadə köməklik etməyi öhdəsinə götürməyi bildirdiyini və qarşılığında 800 manat pul lazım olmasını bildirmişdir. Buna görə də o, 800 manat pulu xx.xx.2023-cü il tarixdə Əlimusaya nəqd vermiş o da xx.xx.2023-cü il tarixdə Göyçay rayonunda yerləşən terminal vasitəsilə onun yanında 400 və 400 manat olmaqla ümumilikdə 800 manat pulu Elmiranın təqdim etdiyi Azərbaycan Beynəlxalq Bankına məxsus plastik bank kartına göndərmişdir. Bundan başqa o, və ailə üzvlərinə məxsus sənədlərin surətlərini də Elmiraya vhatsap vasitəsilə göndərmişdir. Həmin vaxtdan sonra nə pulu geri ala bilmiş nə də sosial yardım düzəlməmişdir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. Zərərçəkmiş şəxs9 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır. Göyçay rayon sakini Zərərçəkmiş şəxs3 onun yaxınıdır. Əlimusa Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs1 ilə danışaraq sonuncunun tanışı Təqsirləndirilən şəxs tərəfindən özünə sosial yardım düzəltməsi üçün pul vermişdir. O, da bu barədə məlumat aldıqda Əlimusadan xahiş edib ki, ona da sosial yardım düzəldilməsində köməklik etməsi üçün Elmira və Azadə ilə danışsın. 2023-cü ilin mart ayının son günlərində Əlimusa onu mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs1 ilə tanış etmişdir. Həmin tarixlərdə o, Elmira ilə danışanda evli olmasını və himayəsində 2 azyaşlı övladı olmasını bildirmişdir. Sosial yardım düzəldilməsində ona köməklik etməsini xahiş etmişdir. Elmira da bildirib ki, tanışı Azadə ilə danışıb ona sosial yardım düzəldilməsində köməklik olunacaqdır. Əks halda iş alınmadığı təqdirdə verilən pulun qaytarılacağını bildirmişdir. Bundan sonra o, daha da inanmışdır. Elmira bir neçə gün sonra ona zəng edərək Azadə ona sosial yardım düzəltməsi müqabillində 900 manat pul alacağını bildirmiş və o, da razılaşmışdır. 2023-cü ilin mart ayının 28-də o, 900 manat pulu öz yaşadığı evdə Zərərçəkmiş şəxs1 vermiş,bundan sonra Elmira ona daha sonralar bildirib ki, həmin pulu Azadəyə vermişdir. Həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq nə sosial yardım düzəlməmiş nə də onun verdiyi 900 manat pul geri qaytarılmamışdır. Zərərçəkmiş şəxs1 onunla söhbət zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs Əlimusa və onun qardaşı Raqilə sosial yardım düzəltmişdir. Əlimusa və Raqilə sms gəlmiş və həmin smsdə onlara sosial yardım təyin edilməsi göstərilmişdir. Buna görə də Əlimusa və Raqilə Azadənin sosial yardım düzəltməsinə hamısı inanmışlar. Azadə Elmira vasitəsilə onlara bildirmişdir ki, sosial yardım 6 ay müddətində düzəlir. Həmin müddətdən gec olmayan müddətə düzəlir. Ona görə də onlar Azadəyə inanaraq pulu verib gözləmişlər. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. Zərərçəkmiş şəxs6 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində o, ögey qardaşı Zərərçəkmiş şəxs11 vasitəsilə onunla əvvəllər Mingəçevir şəhər Regional Hospitalda birlikdə işləmiş Zərərçəkmiş şəxs1 tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs1 ilə üzbəüz görüşməsə də lakin qardaşı Vüqar Elmira ilə danışarkən ona və ailə üzvlərinə sosial yardım düzəldə biləcəyini Elmiradan soruşanda Elmira bildirib ki, onun ailə üzvlərinə sosial yardım düzəltmək mümkündür. Buna görə də o, Elmiranın mobil nömrəsini Vüqardan alıb danışmışdır. Elmira ilə 2022-ci ilin dekabr ayının ilk günlərində aralarında baş tutan söhbət zamanı o özü haqqında məlumat verərək tanışı Azadə adlı qadıın olmasını və o, sosial yardım düzəltməklə məşğul olmasını bildirmişdir. O, da sosial yardım düzəlməsini Elmiradan xahiş etmiş və qarşılığında hansı miqdarda pul verməli olmağını soruşmuşdur. Elmira da bildirib ki, tanışı Azadə ilə danışıb məlumat verəcəkdir. Növbəti dəfə Elmira ilə danışanda o, Azadə ilə ona sosial yardım düzəldilməsi barədə danışdığını bildirmiş və qarşılığında Azadənin 700 manat istədiyini bildirmişdir. O, da inanıb razılaşmışdır. 2022-ci ilin dekabr ayının 25-də o, Zərərçəkmiş şəxs1 öz adına olan bank kartına Mingəçevir şəhər 20 Yanvar küçəsində yerləşən “Qədiroğlu” marketdə quraşdırılmış ödəmə terminalından 700 manat pul göndərmişdir. Daha sonra Elmira ilə danışanda pul ona çatdığını bildirmişdir. Həmin vaxtdan sonra təxminən 4 ay müddətdində Zərərçəkmiş şəxs1 sosial yardımın düzələcəyinin vaxtını müxtəlif tarixlərə uzadaraq vədlər verməklə onu yubatmış, sosial yardım isə düzəlməmişdir. Təxminən 2023-cü ilin aprel ayının ilk günlərində ona Azadə adlı qadın mobil telefonla zəng edib və sosial yardımı düzəldəcəyini bildirib bir qədər də müddət istəmişdir. 2023-cü ilin aprel ayında dəqiq xatırlamadığı tarixdə Azadə ona qardaşı Vüqarla onun adına olan kapital bank kartı göndərmişdir. Bildirib ki, tezlikə almadığı aylar və növbəti ayların pulu da aylıq 220 manatdan olmaqla karta vurulacaqdır. Lakin sonra cəmi 220 manat pul həmin karta köçmüşdür.O, da bundan sonra Azadəyə inanmış,daha sonralar onlar Azadə ilə söhbət zamanı ona həyat yoldaşı X13 ayağında zədə olmasını bu səbəbdən də yüngül iş şəraitində iş axtarmağııı ona bildirmişdir. Azadə də bildirib ki, həyat yoldaşını Mingəçevir Qaz İdarəsinə işə düzəldə biləcəyini və qarşılığında 3000 manat pul lazım olmasını bildirmişdir. O, da razılaşmamış və cəmi 2500 manat pul verə biləcəyini demişdir. Azadə də bir müddət sonra razılaşmış və 2500 manat müqabilində həyat yoldaşını Qaz İdarəsində 700-800 manat əməkhaqqı olan işə düzəldəcəyini bildirmişdir. Həyat yoldaşına məxsus fotoşəkil və şəxsiyyət vəsiqəsini o, Azadəyə vermək məqsədilə görüşüb vermiş, 2 gün keçdikdən sonra Azadə ona bildirib ki, həyat yoldaşının iş məsələsi düzəlmək üzrədir və 2500 manat pul göndərilməlidir. O, da bankdan 2500 manat kredit götürüb Azadənin ona göndərdiyi **********119864 seriyalı kapital bank kartına xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir şəhər 20 Yanvar küçəsində yerləşən “Qədiroğlu” marketdə quraşdırılmış Milliön ödəmə terminalından 2500 manat pulu Təqsirləndirilən şəxs göndərdiyi karta göndərmişdir. Həmin vaxtdan sonra Azadə ona sosial yardım adı ilə Elmiranın almış olduğu puldan 300 manat pulu Azadə qardaşı Vüqar vasitəsilə göndərmişdir. Bununla da sosial yardım düzəltməsi üçün Elmiraya vermiş olduğu 700 manat pulun 220 manat hissəsi kartla ona ödənilmiş, 300 manat hissəsi isə Azadə tərəfindən qardaşı Vüqarın vasitəsilə göndərilməklə ödənilmişdir. Qardaşı Zərərçəkmiş şəxs11 Azadə ilə danışığından sonra yəni o, Elmiranın almış olduğu 700 manat pulu Azadənin öz öhdəsinə götürməyi və ona kart verməsi daha sonra karta 220 manat pul köçürməsiin qardaşı Vüqarın Azadəyə inanmasına şərait yaratmışdır. Ona görə də 2023-cü ilin aprel ayının ilk günlərində qardaşı Vüqar özünə sosial yardım düzəltməsi üçün Təqsirləndirilən şəxs 250 manat pulu yaşadığı binanın qarşısında ələbəl vermişdir. Həmin pul verdiyi tarixdən təxminən 10-15 gün sonra qardaşı Vüqara da adına olmaqla kart vermiş və həmin karta 350 manat pul köçmüşdür. Buna görə də daha sonralar həmin Vüqar Azadəyə inanıb pul vermiş, həmçinin o, da inandığı üçün həyat yoldaşının işə düzəlməsində Azadəyə inanıb pul vermişdir. Qardaşı Vüqar 2023-cü ilin aprelin 21-də öz doğma atası Şahid5 kəsilmiş əlillik pensiyasının bərpası məqsədilə 5000 manat pulu Təqsirləndirilən şəxs terminal vasitəsilə göndərmişdir. Daha sonra Vüqar atası Elmidarın sonradan ailə qurduğu yəni Vüqarın ögey anası Ulduza Sultanovaya əlillik pensiyası düzəltməsi məqsədilə Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında 3000 həmin ilin iyun ayında 1500 olmaqla ümumilikdə 4500 manat pul vermişdir. 2023-cü ilin may ayında hissə-hissə olmaqla dayısı Zərərçəkmiş şəxs12 da həm kəsilmiş əlillik pensiyasını bərpa etdirməsi həm də kəsilmiş ayların ödənişlərini bərpa etdirməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 4600 manat pul vermişdir. Ona dəyən ziyandan cəmi 2500 manat ödəniş edilmişdir. Yenə də ona vurulan ziyan tam qaytarılmamışdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. Zərərçəkmiş şəxs10 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Oğlu Elman heç bir yerdə işləmir. Xeyli müddət oğlunun işə düzəlməsi ilə bağlı müxtəlif yerlərdə işə qəbul prosedurlarını maraqlanmış, 2023-cü ilin fevral ayında işdə iş yoldaşları ilə oturub söhbət edərkən hərə özü haqqında danışan zaman o, da oğlu Elmanın işsiz olmasını və onun işə düzəlməsini istədiyini bildirmişdir. Həmin vaxtdan təxminən 1 ay sonra iş yoldaşı Şahid6 ona zəng edərək bildirib ki, tanışı Azadə adlı qadın var müəyyən işlərin görülməsində bacarıqları vardır. Hətta bir nəfər adını demədiyi şəxsi də mərkəzi xəstəxanada sürücü olaraq işə düzəltmişdir. O, isə Ayseldən həmin insana inanmaq üçün yetərli əsaslar olmadığını dedikdə, Aysel bildirib ki, Azadə onun özünü də məktəbdə müəllimə olaraq işə düzəldəcək, dayısı oğlu da qazidir, həmin şəxsi də Azadə FHN-də işə düzəldəcək və bunun müqabilində hətta qohumları Azadəyə pul verdiyini bildirmişdir. Bundan sonra o, da inanıb ki, həqiqətən Azadə adlı qadının onun oğlunu da işə düzəltmək iqtidarındadır. Bundan sonra o, Ayseldən xahiş edib ki, Azadə ilə onu görüşdürüb tanış etsin. Aysel də razılaşmışdır. 2023-cü ilin aprelin 2-də günorta saatlarında Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “Mingo” əyləncə parkında Aysel, o, oğlu Elman və Azadə birlikdə görüşmüşlər. Söhbət zamanı Aysel onları təqdim edərək Azadəyə bildirib ki, o, və oğlu Elman işə düzəlmək məqsədilə onunla görüşməyə gəlmişlər. Azadə özü haqqında danışarkən özünün Mingəçevir şəhərində sosial xidmətlər sahəsində işlədiyini, inspektor olmasını, əmisinin FHN-də general olmasını, həyat yoldaşı Ağdamda N saylı hərbi hissədə məxfi işçi olmasını bildirmişdir. Ondan Elmanın hansı işə qəbul olunmasını istədiyini soruşanda, o, oğlu Elmanın FHN-nin DYMX-də yanğınsöndürən olaraq işə qəbul olmasını istədiklərini bildirmişdir. Azadə dəgeneral əmsinin köməkliyi ilə oğlunu həmin işə düzəldəcəyini bildirmişdir. Aysel onları tanış etdikdən sonra çıxıb getmişdir. O, Azadədən işə qəbul müqabillində nə qədər pul lazım olmasını soruşanda ilk olaraq 7000 manat pul lazım olmasını və onun qarşılığında 2023-cü ilin iyun ayının 1-də işə başlaya biləcəyini bildirmişdir. O, da 7000 manat çox olmasını bildirib aşağı məbləği soruşanda Azadə bildirib ki, əmisi ilə danışıb ona daha sonra məlumat verəcəkdir. Daha sonra o, Azadədən sosialda işlədiyini sosial yardım düzəltməyi bacarmasını soruşmuş, Azadə də özü sosial yardımda işlədiyini və sosial yardım düzəltməyi bacarmasını demişdir. O, da bu zaman qardaşı Rəmzi Adıgözəlovun himayəsində 3 azyaşlı uşaq olmasını bildirib ona da sosial yardım düzəldə biləcəyini soruşanda, Azadə 800 manata sosial yardım düzəldə biləcəyini demişdir. Daha sonra 600 manata razılaşmışlar. Daha sonra oğlunun və qardaşının şəxsiyyət vəsiqəsini həmçinin onun uşaqlarının və nikahının şəkillərini istəmişdir. Onlar Azadə ilə danışıb getmişlər,həmin gün axşam saatlarında Azadə ona zəng edərək oğlunun 6500 manat pul müqabilində işə düzələ biləcəyini,qardaşının sosial yardım məsələsi də 600 manata düzələcəyini bildirmişdir. O, da razılaşmışdır. 2023-cü ilin aprel ayının 4-də Ekspres Bankdan kredit götürmüşhəmin gün saat 15 radələrində oğlu Elmanla birlikdə pulu Azadəyə vermək üçün onun yaşadığı Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən keçmiş Beynəlxalq Bankın yerləşdiyi binanın yaxınlığına getmişlər. Azadə onlarla görüşübbinanın blokunda Azadəyə sayaraq 5600 manat pul vermişdir. 600 manat qardaşının sosial yardımını düzəltməsi üçün, 5000 manat pulu isə oğlunun işə düzəlməsi məqsədilə vermişdir. Söhbət zamanı da oğlunun işi üçün razılaşdıqları 6500 manat puldan qalan 1500 manat pulu çatmamasını bildirib iş düzələndə maaşla verəcəyini bildirmiş, Azadə də razılaşmış, 1500 manat pulu özü verəcəyini daha sonra ondan alacağını bildirmişdir. Həmin söhbətdən bir neçə gün sonra qızı Nigar Baloğlanova ali məktəbə qəbul imtahanında az bal toplamış, o, da Azadə ilə danışarkən bu barədə söhbət etmişdir. Azadə qızını ali məktəbə düzəldə biləcəyini dedikdə qarşılığında nə qədər pul lazım olmasını soruşmuş, Azadə 10000 manat lazım olmasını bildirmişdir. O, imkanı uyğun olmadığını dedikdə təqribən 5000 manata razılaşmışlar. Bundan sonra 2023-cü ilin may ayının 2-də qızıllarımı girov qoyaraq 2400 manat kredit götürüb və 1100 manat da əvvəlki kreditdən saxladığı pulu cəmləmiş Azadəyə verə biləcəyi 3450 manat olmasını bildirmişdir. Azadə də qalan 1550 manat pulu özü qoyacağını bildirmişdir. Onlar da razılaşmış və həmin gün Azadə ona kart şəkli ataraq həmin karta göndərməyi istəmişdir. Həmin kart 416974*****9864 olan ad soyadı A**O**E yazılmışdır. O, da xx.xx.2023-cü il tarixdə həmin karta Mingəçevir şəhər 20 Yanvar küçəsində yerləşən marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 3450 manat pul göndərmişdir. Azadə də danışanda pulun çatmasını və qızı Nigarın Azərbaycan Memarlıq və İnşaat Üniversitetinə düzəldəcəyini bildirmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs tam inam yarandığı üçün qızı Nigara sosial yardım düzəltməsi üçün Təqsirləndirilən şəxs ilə söhbət edərkən o qızı Nigara sosial yardım düzəldə biləcəyini demiş, o da inanıb qarşılığında istədiyi 200 manat pulu 2023-cü ilin iyun 2-də, digər iki yüz manat pulu Azadənin göndərdiyi eyni kart hesabına göndərməklə ümumilikdə 400 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. Zərərçəkmiş şəxs11 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, evlidir və himayəsində iki azyaşlı övladı var. Taksi fəaliyyəti ilə məşğul olur. Əvvəllər Mingəçevir şəhərində yerləşən “Regional Hospital” da mühafizəçi olaraq işləmiş, həmin vaxtdan Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Elmira da həmin hospitalda tibb bacısı olaraq işləmişdir. Sonralar o, işdən çıxıb taksi fəaliyyəti ilə məşğul olarkən Elmira müştəri qismində onun avtomobili ilə gedib-gəlmişdir. 2022-ci ilin noyabr ayında o, Elmira ilə söhbət edərkən o bildirib ki, tanışları vasitəsilə sosial yardım düzəltməyi bacarır. O, da ailəsinin maddi vəziyyəti yaxşı olmamasını ona da sosial yardım düzəltməkdə köməklik etməsini ondan xahiş etmişdir. Söhbət zamanı onun avtomobili olduğu üçün ona sosial yardım düşmədiyini Zərərçəkmiş şəxs1 bildirmişdir. Bundan sonra o, özünə sosial yardım düzəlməyinin mümkün olmaması qənaətinə gəlmişdir. Lakin bu barədə bacısı Zərərçəkmiş şəxs6 danışmışdır. Zərərçəkmiş şəxs6 onun doğma bacısı deyildir belə ki, uşaq yaşlarında anası vəfat etdiyi onu saxlamaq məqsədilə bibisinə Reyhanənin anasına vermişlər, birlikdə böyümüşlər. O, Reyhanəyə Elmira adlı qadının sosial yardım düzəltməsi barədə danışanda o sosial yardıma ehtiyacı olmasını bildirib və Elmira ilə danışmaq istəmişdir. O, da Elmiraya Reyhanəyə sosial düzəlməsində köməklik etməsini xahiş etmiş və Elmiranın nömrəsini bacı Reyhanəyə vermişdir. 2022-ci ilin dekabr ayında Elmira ilə mobil telefonla danışmış və 2022-ci ilin dekabr ayının 25-də Elmiraya sosial yardım düzəltməsi üçün 700 manat pul kartla göndərmişdir. Həmin vaxtdan sonra bacısı Reyhanənin sosial yardımı düzəlməmiş və Elmira aradan çıxmışdır. Bundan sonra adını Elmiradan eşitdiyi və bir neçə dəfə müştəri kimi avtomobilinə Elmira ilə əyləşmiş Azadə, Reyanəyə zəng edərək sosial yardımı düzəldəcəyini özü öhdəsinə götürmüşdür. 2023 aprel ayında dəqiq xatırlamadığı tarixdə Azadə ona bank kartı verib və Reyhanəyə çatacağını bildirmişdir. O, da kartı Reyhanəyə vermişdir. Sonradan bilib ki, həmin kart Reyhanəyə təyin olunmuş sosial yardımı ala bilməsi üçün verilmiş kartdır. O, da Azadəyə inanmış və ondan özünə də sosial yardım düzəltməkdə köməklik etməsini xahiş etmişdir. Azadə də ona sosial yardım düzəldəcəyini və qarşılığında 250 manat pul lazım olmasını bildirmiş və 250 manat pulu Azadəyə vermişdir. Bundan sonra o, Azadə ilə söhbət edərkən o bildirmişdir ki, o, həmçinin əlillik pensiyası bərpa etdirməyi bacarır. O, da artıq Azadəyə inandığı üçün ondan atası Elmidarın kəsilmiş 2-ci qrup əlillik pensiyasını bərpa etdirməsini və daha sonralar ögey anası Ulduzəyə əlillik pensiyası düzəltdirməyə köməklik etməsini xahiş etmişdir. Azadə də razılaşmışdır. Atası Elmidarın kəsilmiş 2-ci qrup əlilliyini bərpa etdirmək üçün 5000 manat pul, ögey anası Ulduzəyə əlillik pensiyası düzəltməsi üçün 4500 manat pul lazım olmasını Azadə ona bildirmişdir. O, da bu barədə atası Elmidara danışmış və atası da həm özünün əlillik pensiyasının bərpasına görə Azadəyə 5000 manat pul verilməsinə həm də ögey anası Ulduzəyə əlillik pensiyası düzəltməsi üçün Azadəyə 4500 manat pul verilməsinə razılaşmışdır. Lakin pulu əlillik düzələndən sonra kredit götürüb verə biləcəyini bildirmişdir. O, da özü tanışlarından borc alacağını və Azadəyə verəcəyini, əlillik düzələndən sonra kredit götürüb həmin borcu bağlayacağını atasına demiş və razılaşmışlar. Bundan sonra o, Azadəylə danışaraq atası və ögey anasının əlillik işini görməsini və qarşılığında lazım olan pulu özü verəcəyini bildirmişdir. Azadə də razılaşmışdır. Təxminən bir gün sonra o, da qayınatasından 5000 manat pul borc almış Azadə ilə danışıb və pulu vermək istədiyini bildirmişdir. Azadə də görüşüb pulu alacağını bildirmişdir. Həmin gün yəni xx.xx.2023-cü il tarixdə saat 21 radələrində atası Elmidar və Azadə ünvan 4 ünvanda yerləşən Qaz İdarəsinin yaxınlığında görüşmüş, atası Elmidarın əlillik pensiyasının bərpa üçün Azadəyə istədiyi 5000 manat pulu Azadəyə vermişdir, Azadə də pulu alaraq lazimi adama göndərəcəyini və əlillik pensiyasını bərpası işini həll edəcəyini bildirmişdir. Bundan sonra qaz idarəsinin həyətində quraşdırılmış Emanat terminalından Azadə 5000 manat pulu **********119864 seriyalı kapital bank kartına göndərmiş və terminaldan çıxan çeki o, təhvil almışdır. Bundan sonra Azadəyə daha da inanmış və ögey anası Ulduzəyə də əlillik pensiyası düzəltməsi üçün lazım olan 4500 manat pulu da borc tapmağa başlamışdır. 2023-cü ilin may ayının təxminən 14-də yenə qayınatası Xaləddin Cəfərlidən borc istəmiş və o da öz tanışlarından alaraq ona ilk 2500 manat pul borc vermişdir. O, da Azadə ilə may ayının 18-də saat 17 radələrində Azadənin yaşadığı evə gedib anası Ulduzəyə əlillik düzəltməsi üçün lazım olan 4500 manat pulun 2500 hissəsini gətirdiyini bildirmişdir. Azadənin yaşadığı evin yaxınlığında 2500 manat pulu Azadəyə vermişdir. Daha sonra isə 2023-cü ilin iyun ayının 10-da əmisi İlham Sultanovdan iki min manat borc almış həmin tarixdə Azadəyə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən Kapital Bankın qarşısında görüşüb Azadəyə 2000 manat pulu vermişdir. Azadə həmin pulu da hansısa kart hesabına göndərmişdir. Bununla da ögey anası Ulduzəyə əlillik pensiyası düzəltməsi üçün Azadənin istədiyi 4500 manat pulu vermişdir. Həmin vaxtdan sonra bir neçə ay keçmiş olsa da Azadə əlilliklə bağlı vəd etdiyi işləri görməmiş, habelə pulu qaytarmamışdır. Bundan başqa Reyhanənin həyat yoldaşını işə düzəldəcəyini vəd edib Azadə pul alsa da həmin işlə bağlı vermiş olduğu vədi yerinə yetirmədiyi üçün habelə əmisi Ərzumanın da əlillik işinin bərpası ilə bağlı Azadə pul alaraq ələ keçirib heç bir iş görmədiyini anlayıb və aldadılmalarını başa düşmüşlər və Azadədən pulu geri istəsələr də Azadə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmamışdır. Əmisi Zərərçəkmiş şəxs12, Elmidarın kəsilmiş əlillik pensiyasını bərpa etməsi üçün Azadəyə pul verdikdən sonra Ərzuman da əlilliyini bərpa etdirməklə bağlı Azadəylə danışmağı ondan xahiş etmiş, o, da Azadə ilə danışmış və Azadə onun da əlilliyinin bərpası üçün habelə kəsilmiş ayların da pulunu hesablayaraq cəm halında almasına köməklik etməsi üçün 4600 manat pul lazım olmasını bildirmişdir. Ərzumana 4600 manat pul lazım olmasını bildirmişdir. Buna görə də 2023-cü ilin may ayının 7-də 2600 manat pulu Ərzumanla Azadənin yaşadığı evin qarşısında onun avtomobilində şəxsən vermişlər, qalan 2000 manat hissəsini isə 9 may tarixdə yenə onun avotmobilində Azadənin yaşadığı evin qarşısında əmisi Ərzuman ilə birlikdə şəxsən vermişlər. Əlavə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bəxşiş olaraq pul almamış. Azadə ilə söhbət zamanı ondan əmisi, atası yaxud ögey anası üçün alacağı məbləğdən bir qədər aşağı məbləğ almasını xahiş etmiş,Azadə də razılaşmışdır. Azadəyə verilmiş puldan həmin puldan bəxşiş almamışdır. Çünki atası və anası üçün Azadəyə verdiyi həmin pullar onun özünə məxsusdur. belə ki, özü borc olaraq yaxınlarından taparaq Azadəyə vermiş daha sonra da özü qaytarmaq məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs atası Elmidar və ögey anası Ulduzəyə əlillik pensiyası düzəltmək adı ilə almış olduğu 9500 manat puldan geri ödəniş etməmişdir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. Zərərçəkmiş şəxs12 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər 2 qrup əlilliyi olduğuna görə əlillik pensiyası almışdır. Lakin 2021-ci ildən etibarən ona təyin olunmuş əlillik pensiyası dayandırılmışdır. Buna görə də dəfələrlə əlillik pensiyasının bərpa olunmasına çalışsa da lakin bərpa etdirmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı münasibət olmamışdır. Lakin 2023-cü ilin aprel ayında qardaşı oğlu Vüqar söhbət edərkən, atası yəni onun qardaşı Elmidarın kəsilmiş əlilliyinin bərpasını düzəltdirəcək Azadə adlı qadınla danışıb söhbət edib bunun müqabilində Azadəyə 5000 manat pul verdiklərini bildirmişdir. Bundan sonra o, da Vüqardan Azadə ilə onun da əlillik pensiyasını bərpa etdirməkdə köməklik etməsini barədə danışmasını xahiş etmişdir. Vüqar da razılaşıb bir neçə gün sonraTəqsirləndirilən şəxs ilə bu barədə danışmasını və onun da əlillik pensiyasını bərpa etdirmək mümkün olmasını bildirmişdir. Qarşılığında 2600 manat pul lazımdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə borca aldığı 2600 manat pulu və özünə aid sənədlərini götürüb qardaşı oğlu Vüqarla birlikdə həmin tarixdə saat 19 radələrində Azadənin yaşadığı evin yaxınlığına getmiş və orada Vüqarın avtomobilində əyləşib, Azadə də gəlib avtomobildə əyləşmiş, avtomobildə baş tutan söhbət zamanı Azadə özü ona şəxsən izah verərək və inandıraraq əlillik pensiyasını bərpa etdirəcəyini vəd edərək ona aid sənədləri və 2600 manat pulu sayaraq almışdır. Sonradan 1 gün sonra Azadə Vüqar vasitəsilə ona söz göndərib ki, kəsilmiş aylar üzrə almalı olduğu müavinətləri də hesablatdırıb almaq mümkündür və buna görə də 2000 manat pul lazımdır. Azadə həmçinin bildirib ki, kəsilmiş ayların müavinətlərini hesablatdırıb və təxminən 15-16 min manat pul hesablanıb və həmin məbləği bərpa etdirəcəkdir. O, da bunun qarşılığında 2000 manat pul verməyə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə əlavə 2000 manat pulu götürüb Vüqarla birlikdə Azadənin yaşadığı evin yaxınlığına getmişdir. Yenə də Azadə avtomobildə əyləşib və ona almadığı aylar üçün verilməli olan məbləğin ona ödətdiriləcəyini vəd edərək 2000 manat pulu ondan təhvil almışdır. Həmin vaxtdan sonra onunla yanaşı qardaşı oğlu Vüqar atası və ögey anası üçün vermiş olduğu ümumilikdə 9500 manat pul, habelə bacısı qızı Zərərçəkmiş şəxs6 həyat yoldaşının işə düzəlməsi məqsədilə vermiş olduğu 2500 manat pul, həmçinin Reyhanənin sosial yardım üçün verdiyi 700 manat pul Azadə tərəfindən aldadılaraq ələ keçirilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid7 da oxşar məzmunlu ifadələr verərək Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları birdaha təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 da oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları birdaha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş X18 oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs10 ifadəsində göstərdiyi xüsusatları birdaha təsdiq etmişdir. Şahid6 məhkəməyə ərizə göndərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bundan isə məlum olur ki, Şahid6 oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs10 ifadəsində göstərdiyi xüsusatları birdaha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 da oşxar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs11 ifadəsində göstərdiyi xüsusatları birdaha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid4 məhkəməyə ərizə göndərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Daevo Nexia markalı ** BO *** dövlət qeydiyyat nişşanlı avtomobillə Mingəçevir şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşadığı üçün tanıyır. Zərərçəkmiş şəxs1 da tanıyır. Elmiranı Azadəyə görə tanımışdır. Zərərçəkmiş şəxs1 onun vasitəsilə Azadəyə kart göndərməsi ilə bağlı təxminən yaddaşında qalsa da lakin dəqiq olaraq hansı tarixdə baş verdiyini, kartın hansı bank kartı olmasını xatırlamır. Lakin o, yadında qalmışdır ki, o, Elmiradan kart götürüb Azadəyə təhvil vermiş, bir ya iki gün sonra Azadə ona kartı geri qaytarmış və məbləği yadında qalmayan miqdarda pulu Elmiraya verməsi üçün ona təhvil vermişdir. Belə ki, Azadə ilə Elmira öz aralarında mobil telefonla danışıb əşya sənəd kart göndərdikləri üçün o, pulu təhvil alanda yaxud təhvil verəndə qarışmamış və saymamışdır. Həmin kartdan pulun çıxarılıb-çıxarılmaması yaxud çıxarılmışdırsa kim tərəfindən çıxarılması barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxs9 aid sənədlərin və pulun Zərərçəkmiş şəxs1 tərəfindən onun vasitəsilə Azadəyə göndərilməsi bağlı da təxmini olaraq yaddaşında qalmışdır, Elmira onun vasitəsilə Azadəyə sənədlər göndərməsi və pul göndərməsini xatırlayır, lakin pul bükülü olduğu üçün o, heçvaxt pulu sayıb təhvil almadan və sayıb təhvil vermədən birindən-digərinə aparmışdır. Ona görə də pulun məbləği barədə məlumatı olmamışdır. Azadə ilə Elmira bir-birinə dəfələrlə onun vasitəsilə müxtəlif əşyalar ev əşyaları aparıb gətirmiş heçvaxt onların arasında ziddiyyət olmamışdır. Həmçinin hər hansı əşyanı onunla yola salanda özləri danışdıqları üçün ona göndərilən əşya və pul barədə ətraflı izah verməmişlər. Cinayət işi materiallarına əlavə olunmuş 26 yanvar 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 oğluna sosial yardım düzəltmək üçün 1000 manat, ərinə əlillik pensiyası düzəltmək üçün 2500 manat pul almasını, almış olduğu puldan iki dəfəyə olmaqla ümumilikdə 2000 manat pul geri qaytarmasını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş 25 yanvar 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs11 ilə aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs üzünə qarşı ona atası Elmidarın əlillik pensiyası üçün 5000 manat, anası Ulduzə Sultanovanın əlillik pensiyası üçün 4500 manat həmçinin əmisi İsbəndiyar Sultanovun əlillik pensiyası üçün ümumilikdə 4600 manat pul verdiklərini, həmin puldan bəxşiş olaraq pul almadığını və verdikləri pulu geri qaytarmadığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Həmçinin Təqsirləndirilən şəxs ilə aralarında pul veriləndən sbir neçə ay sonraya aid danışıqların səsyazılarında da pulu geri tələb etdikdə Azadə məbləğləri qaytarması yaxud az alması habelə bəxşiş barədə danışmadığını bildirmiş, Təqsirləndirilən şəxs da həmin səs yazıları özünə aid olmasını, lakin aldığı pulu geri ödədiyini bildirmiş, Zərərçəkmiş şəxs11 həmin ödənişlərin səsyazılardan əvvəl olmasını və aralarında borc məsələsi üzrə olmasını göstərmişdir. Cinayət işi materiallarına əlavə olunmuş 24 yanvar 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında keçrilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı onu işə düzəltmək adı ilə aldadaraq pulunu ələ keçirməsini, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və yaxınlarının sosial yardım məsələsində ona müraciət etdikdə hər biri üçün alacağı məbləği və təyin olunacaq sosial yardımın məbləğini özü dediyini və şəxslərin verdiyi pulu alaraq ona bəxşiş olaraq 50-100 manat pul verdiyini həmin pulu da ona kredit ödənişinə köməklik olaraq verdiyini, şəxsləri aldadaraq pulu ələ keçirməsindən xəbərsiz olmasını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş götürmə və baxış keçirilməsi barədə 23 avqust 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli götürmə və baxış protokolu ilə götürülmüş 1 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs 5600 manat pul sayaraq təhvil verir və Təqsirləndirilən şəxs Elman Baloğlanovu FHN-də işə düzəldəcəyinə dair vədlər verir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs6 arasında sonuncunun ərini işə düzəltməklə bağlı 2500 manat pul verilməsinə dair söhbətlər aparılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli diskə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs11 ilə Təqsirləndirilən şəxs arasında Vüqarın valideynlərinin əlillik pensiyasının düzəldilməsinə dair habelə verilmiş pulun geri qaytarılmamasına dair söhbətlər əks olunan səsyazılar qeydə alınmışdır. xx.xx.2023-cü il tarixdə saat 21.31-də ünvan 4 ünvanda quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə “A”..”O”...”E” ad soyad ata adının baş hərfləri olan şəxsin adına olan 4169 74 ****9864 seriya nömrəli karta 5000 manat pul göndərilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli götürmə və baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqdim edilmiş qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14-43-də 1300 manat məbləğdə pul 676867****8870 saylı hesabdan 516751*****2436 saylı kart hesabına göndərilmişdir. Zərərçəkmiş şəxs3 bildirdi ki, pulu göndərdiyi kart hesabını Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Həmçinin təqdim edilmiş “SMS” məzmunundan çıxarışdan görünür ki, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə daxil olmuş sms-də “VEMTAS” sizə aylıq 470 AZN UDSY təyin edilmişdir Plastik kartı xx.xx.2023-dən sonra X33 f-dan ala bilərsiz” sözləri yazılmışdır. Zərərçəkmiş şəxs3 bildirdi ki, həmin sms ona Azadə ilə mobil telefonla danışdıqdan bir neçə gün sonra onun mobil telefonuna göndərilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli götürmə və baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqdim edilmiş qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17.27-də Göyçay rayon Qızılağac kəndində yerləşən quraşdırılmış ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs1 adına olan bank kartına 400 manat, eyni ünvanda quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 11.35-də 500 manat pul Zərərçəkmiş şəxs1 adına olan sonu 6402 olan bank kartına göndərilmişdir. Həmçinin təqdim edilmiş “SMS” məzmunundan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə daxil olmuş sms-də “VEMTAS” sizə aylıq 685 AZN UDSY təyin edilmişdir Plastik kartı xx.xx.2023-dən sonra X33 f-dan ala bilərsiz” sözləri yazılmışdır. Zərərçəkmiş şəxs5 bildirdi ki, həmin sms ona Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrədən onun mobil telefonuna göndərilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli götürmə və baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqdim edilmiş ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19.28-də ünvan 5 ünvanda yerləşən “Qədiroğlu” supermarketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə “A”....”O”....”E” ad soyad ata adlarının baş hərfləri olan “4169 7413 1611 9864” seriya nömrəli kapital banka məxsus kart hesabına 2500 manat pul göndərilmişdir. -Təqdim edilmiş bir kapital bank kartının surətinə baxış zamanı müəyyən edilmişdir ki, “4169 7413 1611 9864” seriya nömrəli kapital banka məxsus kart son istifadə müddəti 12/24 olan kart üzərində başqa fərdiləşdirici əlamətlər qeyd edilməmişdir. Zərərçəkmiş şəxs6 bildirdi ki, həmin kart Təqsirləndirilən şəxs tərəfindən ona fotoşəkli göndərilmiş və 2500 manat həmin kart hesabına göndərməsini bildirmişdir. -Təqdim edilmiş digər bank kartına baxış zamanı müəyyən edilmişdir ki, üzərində “birbank” “cashback” sözləri yazılmış 4169 7388 2638 5381 seriya nömrəli kartdır, həmin kart Təqsirləndirilən şəxs tərəfindən verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs6 təqdim etdiyi cəmi 3 ədəd disklərə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs10 təqdim etdiyi diskə baxış keçirirlən zaman müəyyən edildi ki, diskdə iki ədəd video fayl vardır. Həmin videofaylda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs10 işə düzəltmək barədə söhbət etmələri və 5600 manat pulun Təqsirləndirilən şəxs tərəfindən sayılaraq təhvil alınması qeydə alınmışdır. Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü və Zərərçəkmiş şəxs10 olmasını təsdiq etdi. Zərərçəkmiş şəxs6 tərəfindən tərəfindən təqdim edilmiş CD diskə baxış zamanı müəyyən edildi ki, həmin diskdə olan səsyazılarında işə düzəltmək və bu barədə pul verilməsi habelə işin alınmasının uzanması və pulun geri istənilməsinə dair söhbətlər aparılmışdır. Təqsirləndirilən şəxs həmin səsyazılarında danışan tərəf özü olmasını və həmin səs yazıları ona aid olmasını bildirdi. Zərərçəkmiş şəxs11 təqdim etdiyi CD diskə baxış zamanı müəyyən edildi ki, həmin diskdə səsyazıları mövcuddur. Səsyazılarında kişi cinsindən olan şəxslə qadın arasında iş düzəltməklə bağlı danışıqlar aparılır, həmin səsyazılarda olan qadın danışarkən işin tezliklə düzələcəyinə dair vədlər verir olmasa ən gec sentyabr ayında aldığı pulları geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs həmin səsyazılarında danışan qadın özü olmasını və səs onun öz səsi olmasını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş AZE MİS portalından çıxarışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Şəhram, xx.xx.2016-cı il təvəllüdlü Tuncay və xx.xx.2022-ci il təvəllüdlü Melisa adlı uşaqları vardır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin sentyabr ayında Mingəçevir şəhər mərkəzi xəstəxanasında tanış olduğu Zərərçəkmiş şəxs1 ilə söhbət edərkən sonuncunun əvvəllər Mingəçevir şəhərində yerləşən «Regional» Hospitalda tibb bacısı işləyib, sonralar işdən çıxmasını öyrəndikdə, onu tanışlarının vasitəsilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına tibb bacısı kimi işə düzəldəcəyinə dair vəd verib, aldadaraq, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanda yerləşən mənzilində Zərərçəkmiş şəxs1 1000 manat məbləğdə pulu şəxsən alıb, ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətin törədilməsinə aidiyyəti olmayan Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs2 ünvanlı sosial yardımı 400 manat müqabilində, habelə qızı Şahid2 Mingəçevir şəhər mərkəzi xəstəxanasında tibb bacısı olaraq 4000 manat müqabilində işə düzəldəcəyinə dair yalan vədlər verib, aldatmağa nail olduqdan sonra, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən mənzilində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 4400 manat məbləğdə pulunu şəxsən alıb, ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, onun kəsilmiş sosial yardım təminatını bərpa etdirməyi və almadığı aylar üzrə müavinətlərin də verilməsinə köməklik edəcəyini cinayətin törədilməsinə aidiyyəti olmayan Zərərçəkmiş şəxs1 vasitəsi ilə vəd verib, aldadaraq, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs3 Göyçay rayonu ərazisində yerləşən istintaqa bəlli olmayan ödəmə terminalından Zərərçəkmiş şəxs1 adına olan "xxxx" ASC tərəfindən verilmiş **********132436 nömrəli plastik kart hesabına göndərdiyi 1300 manat, habelə xx.xx.2023cü il tarixdə həmin kart hesabına göndərdiyi 1185 manat olmaqla ümumilikdə 2485 manat məbləğdə pulu Zərərçəkmiş şəxs1 şəxsən və istintaqa bəlli olmayan hesablara köçürmə etdirməklə vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, onun oğlu Şahid7 ünvanlı sosial yardım düzəldəcəyinə, habelə «beyin insultundan» əziyyət çəkən əri Şahid1 oğluna 1-ci qrup əlilliyə görə əvvəllər təyin edilərək verilmiş, sonradan isə verilməsi dayandırılmış əlillik pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs4 aldatmağa nail olduqdan sonra, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ünvan 1-də yerləşən mənzilində Zərərçəkmiş şəxs4 1000 manat, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində həmin ünvanda Zərərçəkmiş şəxs4 2500 manat məbləğdə pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs4 3500 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, ona sosial yardım düzəltdirəcəyini sonuncunun qardaşı, cinayətin törədilməsinə aidiyyəti olmayan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 vasitəsi ilə yalandan vəd verib, aldatmış və vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə Göyçay rayonu ərazisində yerləşən istintaqa bəlli olmayan ödəmə terminalından Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs1 adına olan, "xxxx" ASC tərəfindən verilmiş **********132436 nömrəli plastik kart hesabına göndərdiyi 400 manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına Göyçay rayonu ərazisindən göndərdiyi 500 manat və dəqiq günü istintaqa bəlli olmayan tarixdə həmin kart hesabına Göyçay rayonu ərazisindən göndərdiyi 200 manat olmaqla ümumilikdə 1100 manat məbləğdə pulu Zərərçəkmiş şəxs1 vasitəsi ilə alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək, ona ünvanlı sosial yardım düzəldəcəyini cinayətin törədilməsinə aidiyyəti olmayan Zərərçəkmiş şəxs1 vasitəsi ilə vəd verib, aldadaraq, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs1 adına olan, "xxxx" ASC tərəfindən verilmiş **********132436 nömrəli plastik kart hesabına göndərdiyi 700 manat məbləğdə pulu Zərərçəkmiş şəxs1 vasitəsi ilə alıb, ələ keçirərək Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək, ona ünvanlı sosial yardım düzəltdirəcəyini sonuncunun qohumu, cinayətin törədilməsinə aidiyyəti olmayan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 vasitəsi ilə vəd verib, aldatmış və xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs7 Göyçay rayonu ərazisində yerləşən istintaqa bəlli olmayan ödəmə terminalından Zərərçəkmiş şəxs1 adına olan "xxxx" ASC tərəfindən verilmiş **********132436 nömrəli plastik kart hesabına göndərdiyi 800 manat məbləğdə pulu Zərərçəkmiş şəxs1 vasitəsi ilə alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək, ona ünvanlı sosial yardım düzəltdirəcəyini sonuncunun qohumu, cinayətin törədilməsinə aidiyyəti olmayan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 vasitəsi ilə vəd verib, aldadaraq, xx.xx.2023-cü iltarixdə Zərərçəkmiş şəxs8 Göyçay rayonu ərazisində yerləşən istintaqa bəlli olmayan ödəmə terminalından Zərərçəkmiş şəxs1 adına olan "xxxx" ASC tərəfindən verilmiş **********132436 nömrəli plastik kart hesabına göndərdiyi 1200 manat pulu Zərərçəkmiş şəxs1 vasitəsi ilə alıb, ələ keçirərək Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək, ona ünvanlı sosial yardım düzəltdirəcəyini cinayətin törədilməsinə aidiyyəti olmayan Zərərçəkmiş şəxs1 vasitəsi ilə yalandan vəd verib, aldatmış və xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs9 yaşadığı Mingəçevir şəhəri, M.Fərruxov küçəsi nömrəsiz evdə Zərərçəkmiş şəxs1 verdiyi 900 manat məbləğdə pul vəsaitini Zərərçəkmiş şəxs1 şəxsən alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs9 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin aprel ayında tanış olduğu Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək, ona yaxın qohumlarının dövlət orqanlarında yüksək vəzifələrdə mövqe tutduqlarını, onların vasitəsilə müxtəlif dövlət orqanlarına işə qəbul etdirmək kimi imkanının olduğunu bildirib, Zərərçəkmiş şəxs10 etibarından suiistifadə edərək, onun oğlu X6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə, habelə qardaşı X7 ünvanlı sosial yardım düzəldəcəyinə dair vədlər verib, aldadaraq xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 33 saylı binanın yaxınlığında Zərərçəkmiş şəxs10 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5600 manat məbləğdə pulunu alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edərək, ona yaxın qohumlarının dövlət orqanlarında yüksək vəzifələrdə mövqe tutduqlarını, onların vasitəsilə verilməsi dayandırılmış əlillik pensiyasını bərpa etdirmək, əlillik pensiyası düzəltdirmək habelə əlilliyə görə pensiyanın verilməsini rəsmiləşdirmək kimi imkanının olmasını bildirib, Zərərçəkmiş şəxs11 atası Şahid5 3-cü qrup əlilliyə görə əvvəl verilmiş, sonradan isə verilməsi dayandırılmış pensiyasını bərpa etdirəcəyini, kəsilmiş aylar üzrə isə verilməli olan ödənişləri ödətdirəcəyini, habelə ögey anası X8 3-cü qrup əlillik pensiyası düzəltdirəcəyinə vəd verib, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Qaz İstismar sahəsinin» yaxınlığında quraşdırılmış ödəmə terminalından cinayətin törədilməsinə aidiyyəti olmayan X3 adına olan, lakin özünün (Təqsirləndirilən şəxs) istifadəsində olan "xxxx"a məxsus 4169 7413 1611 9864 seriya nömrəli plastik kart hesabına göndərdiyi 5000 manat, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvan 1-nin yaxınlığında Zərərçəkmiş şəxs11 şəxsən 2500 manat, eyni məqsədlə həmin ilin iyun ayının 10-da Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Mingəçevir filialının inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs11 şəxsən 2000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 9500 manat məbləğdə pulu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs11 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək, ona yaxın qohumlarının dövlət orqanlarında yüksək vəzifədə işlədiklərini və onların vasitəsilə müxtəlif işləri həll etmək, habelə ali məktəbə tələbə qəbul etdirmək iqtidarında olduğunu bildirib, Zərərçəkmiş şəxs10 etibarını qazandıqdan sonra onun qızı X5 «Azərbaycan Memarlıq və İnşaat Üniversiteti»nə tələbə kimi qəbul olunmasına köməklik edəcəyini vəd verib, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən marketdə quraşdırılmış ödəmə terminalından Zərərçəkmiş şəxs10 onun istifadəsində olan, lakin cinayətin törədilməsinə aidiyyəti olmayan X3 adına olan,"xxxx" ASC tərəfindən verilmiş 4169 7413 1611 9864 seriya nömrəli plastik kart hesabına göndərdiyi 3450 manat məbləğdə pulunu ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs10 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanıdığı və etibarını qazandığı Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib, onun əri X14 X25 Sahəsində 700-800 manat əməkhaqqısı olan işə düzəldəcəyini vəd verib, aldadaraq, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs6 Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən «Qədiroğlu» supermarketdə quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsilə onun (Təqsirləndirilən şəxs) istifadəsində olan, cinayətin törədilməsinə aidiyyəti olmayan X3 adına olan, "xxxx" ASC tərəfindən verilmiş 4169 7413 1611 9864 №-li plastik kart hesabına göndərdiyi 2500 manat məbləğdə pulu nağdlaşdırıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edərək, ona yaxın qohumlarının dövlət orqanlarında yüksək vəzifədə işlədiklərini və onların vasitəsilə verilməsi dayandırılmış əlillik pensiyasını bərpa etdirmək imkanında olduğunu deyib, özünə inandırmaqla Zərərçəkmiş şəxs12 2-ci qrup əlilliyə görə verilməsi dayandırılmış pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib, onu aldadaraq, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində özünün ünvan 1-də yerləşən yaşadığı mənzilinin yaxınlığında Zərərçəkmiş şəxs12 2600 manat məbləğdə pulunu şəxsən alıb, ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib, 2 ci qrup əlilliyə görə verilməsi dayandırılmış pensiyası üzrə almadığı müddət ərzində ödənişləri ödətdirəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs12 aldadaraq, xx.xx.2023-cü il tarixdə özünün ünvan 1-də yerləşən yaşadığı mənzilin yaxınlığında Zərərçəkmiş şəxs12 növbəti dəfə 2000 manat məbləğdə pulu şəxsən alıb, ələ keçirərək Zərərçəkmiş şəxs12 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla belə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edilərək xx.xx.2022-ci il tarixdə 1000 manat məbləğdə pulunun ələ keçirilməsinə dair epizod üzrə cinayətin törədildiyi gündən 2 ildən artıq müddət keçdiyindən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-in 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3–cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2–ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-nin 44.2. və 44.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edilərək xx.xx.2022-ci il tarixdə 1000 manat məbləğdə pulunun ələ keçirilməsinə dair epizod üzrə özünü təqsirli bilməyərək cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermədiyindən cəza təyin edilən zaman həmin epizod nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddələrin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 nəfər azyaşlı uşağının olmasını CMin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərə vurduğu ziyandan qismən ödənişlər etməsini CM-in 59.1.14-cü maddəsinə əsasən, törətdiyi əməldən səmimi peşmalıq hissi keçirməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran halların olmamasını,yüngülləşdirən halları belə ki, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı azaltmasını, himayəsində 3 nəfər azyaşlı uşağının olmasını, həmçinin səmimi peşmançılıq hissi keçirtməsini nəzərə alır və bununla yanaşı bəzi zərərçəkmiş şəxslərə vurduğu maddi ziyandan heç bir ödəniş etməməsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, 24 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində həbsdə saxlanıldığı 1 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurulmuş 1000 manat maddi ziyandan 400 manat, Zərərçəkmiş şəxs2 vurulmuş 4400 manat maddi ziyandan 2600 manat, Zərərçəkmiş şəxs3 vurulmuş 2485 manat maddi ziyandan 1200 manat, Zərərçəkmiş şəxs4 vurulmuş ümumi 3500 manat maddi ziyandan 2750 manat, Zərərçəkmiş şəxs6 vurulmuş ümumi 3200 manat maddi ziyandan 2500 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə zərərçəkmiş şəxslərə onlara vurulan ziyanla bağlı məhkəməyə mülki iddia ilə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda 24 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində həbsdə saxlanıldığı 1 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurulmuş 1000 manat maddi ziyandan 400 manat, Zərərçəkmiş şəxs2 vurulmuş 4400 manat maddi ziyandan 2600 manat, Zərərçəkmiş şəxs3 vurulmuş 2485 manat maddi ziyandan 1200 manat, Zərərçəkmiş şəxs4 vurulmuş ümumi 3500 manat maddi ziyandan 2750 manat, Zərərçəkmiş şəxs6 vurulmuş ümumi 3200 manat maddi ziyandan 2500 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə onlara vurulan ziyanla bağlı məhkəməyə mülki iddia ilə müraciət etmək hüququ izah edilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-76/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-76/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver