Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-77/2020 16.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Xüsusi ittihamçı X5 və onun müdafiəçisi X6, təqsirləndirilən şəxslər X11 və Həsənzadə Elçin Yusif oğlunun iştirakı ilə, xx xxxx 1977-ci ildəŞəki rayonun Dərəcənnət kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şəki rayonun Dərəcənnət kəndində qeydiyyatda olub, ünvan 1 ünvanda yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə, xx xxxxxxx 1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda qeydiyyatda olub, ünvan 3 ünvanda yaşayan Həsənzadə Elçin Yusif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 şikayət ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, “facebook.com” sosial şəbəkə səhifələrində və digər səhifələrdə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, ağır cinayətlərdə ittiham edən, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatlar yayan X7 və Həsənzadə Elçin Yusif oğlunun Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri və həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cinayət cəzasına məhkum edilmələri barədə ittiham hökmüçıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X5 onun tərəfindən verilmiş ittihamı müdafiə edərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci ii tarixdə“Faşizm üzərində qələbə günü“ Mingəçevir şəhəri N.Nərimanov prospekti ilə Nizami prospektinin kəsişməsində yerləşən avtomobil yolundakı dairədə ucaldılmış“Ay-ulduz” abidəsinin yanından keçərkən tanımadığı bir nəfər şəxsin həmin abidənin üzərində əl gəzdirərək nə isə etdiyini, yaxınlaşdıqda şəkil (foto) yapışdırmağa çalışdığını görmüşdür. Sonradan həmin şəxsin X13 olduğunu bilmişdir. Yaxınlaşıb ona izah etmişdir ki, şəhər ərazisindəki küçə və xiyabanlarda ucaldılmış abidələrin, o cümlədən “Ay-ulduz“ abidəsinin üzərindəözbaşına hər hansı dəyişiklik etmək, onların üzərinəşəkil, foto yapışdırmaq, rəsm çəkmək, yazılar yazmaq, elan vurmaq və sair qeyri hüquqi hərəkətdir, özbaşınalıqdır və qanunla cəzalandırılır. Lakin, Ceyhun Rzayev onun dediklərimə məhəl qoymadan ona qarşı kobud rəftara və təhqirə keçərək əsassız hay- küy salmış, onun yaratdığı hay-küyə böyük bir kütlə toplaşmış və o, həmin yerə gələn polis post-patrul əməkdaşları tərəfindən saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə aparılmışdır. Bundan sonra, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarıilə Ceyhun Rzayev Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 10 gün müddətinə inzibati həbs olunmuşdur.Xüsusi ittiham qaydasında şikayət etdiyi X11 və Həsənzadə Elçin Yusif oğlu CM-nin 147.1-ci, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri onunla təsdiq olunur ki, onlar “Facebook.com” sosial şəbəkə səhifələrindəvədigər səhifələrdə yuxarıda qeyd etdiyi hadisə ilə əlaqədar, yəni Ceyhun Rzayevin törətdiyi inzibati xəta ətrafında yalan olduğunu bilə-biləonun şərəf və ləyaqətimi ləkələyən, nüfuzuna xələl gətirən, onu nüfuzdan salan, böhtan xarakterli məlumatlar yaymışlar, o cümlədən korrupsiya kimi ağır cinayətdə ittiham etməkləona böhtaııatmışlar. Eləcə də onlar həmin sosial şəbəkə səhifələrində onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışlar. Belə ki, barəsindəşikayət etdiyi X11 xx xxx 2020-ci il tarixdə“Facebook.com” sosial şəbəkə səhifəsində: -“Mingəçevirdə idarə rəhbəri Şəhriyar Mustafayev M.Ə.Rəsulzadənin fotosuna hörmətsizlik etdi”.“Mingəçevir Kommunal Təsərrüfatıİdarəsi rəhbəri X3 şəklini qoparır. Bir nəfər şəxs Rəsulzadənin şəklini ay-ulduz abidəsinə vurmuşdur. Sanki erməni dığasışəkli vurulub kimi hay-küy, həşir edən Şəhriyar adlı müəssisə rəhbəri onu qoparmağa cəhd edirdi Təsəvvür edin ... bir idarə rəhbəri bu cür xainlik edir. X17 ad- soyadlı müəssisə rəhbəri erməni dəyirmanına su tökür?.Yoxsa ölkə başçısına qarşınifrət hissi oyadır?”.“Rəsulzadənin şəklini kimsə vurub ay-ulduz heykəl kompleksinə, bu da provokasiya yaradıb qopartdırır” “Bu gün Heydər Əliyevin doğum günüdür. Belə bir gündə MingəçevirdəŞəhriyar adlı müdir Rəsulzadənin şəklinəhörmətsizlik etdi”.-1 -ci şəkildəki Azərbaycan Demokratik Cümhuriyyətinin başçısı X10...2-ci şəkildəki isə Cümhuriyyət banisinin fotosuna hörmətsizlik edən, onu düşmən kimi görən Mingəçevirdə Kommunal Təsərrüfat İdarəsinin rəhbəri Şəhriyar Mustafayevdir; Get idarəndə normal iş rejimi yarat. Normal iş qur; -Ölkədə bu cür aşağılayıcı hərəkətlər edənKəslər, şəxsiyyətlərə nifrət hissi aşılayan kəslər. Cəzalandırılmalıdır kimi məlumatlar yaymışdır. İbrahim Salamovun "Tacebook.com” sosial şəbəkə səhifəsini izləyən bəzi şəxslər bu mövzu ilə bağlı onun yaydığı məlumatlara istinadən həmin səhifədə və digər sosial şəbəkə səhifələrində onun ünvanına xoşagəlməz, şərəf və ləyaqətini ləkələyən, nalayiq formada alçaldan, onu nüfuzdan salan şərhlər yazmışlar. Məsələn: Elçin Həsənov- “Ceyhunu şərləyənKomxozun sədri Şəhriyardır” Gülzar Deniz- “Şəhriyarı it də tanımır, heyf oşərəfsiz Rəsulzadə bayrağı altında yaşayıb nəfəs alırsan, “haram olsun sənə Vətənin suyu, çörəyi” X9 Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 3(051)-432/2015 saylı qərarıilə xx xxxxxx 2015-ci ildəşəhərin N.Nərimanov küçəsindəki 38 saylı binanın arxasında ucadan səs-küy salıb nalayiq söyüşlər söydüyünə və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə Azərbaycan RespublikasıİXM-nin 310.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbsedilmişdir. Bundan başqa, o, Qarabağ Hərbi Məhkəməsinin 1998-ci il tarixli hökmüilə xx xxxxxx 1960-cı il tarixli Qanunla təsdiq edilmiş (hazırda qüvvədən düşmüş) CM-nin 243-eii maddəsiilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İbrahim Salamovun barəsində olan hökm və qərarlar, yəni cinayət əməlləri törətməsi və məhkum edilməsi onun şəxsiyyətini səciyyələndirən hallardır. Digər tərəfdən,Elçin Yusif oğlu Həsənzadəninxx xxx 2020-ci il tarixdə“Facebook.com” sosial şəbəkəsəhifəsində: “Dünən Azərbaycan Demokratik X1 Rəsulzadənin şəklini Mingəçevir şəhərindəki “1941-1945” abidəsinə yapışdıran AXCP Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayevdən şikayət edənbu şəxs Mingəçevir Mənzil Kommunal Təsərrüfatıİdarəsi rəhbəri Şəhriyar Mustafayevdir. Tezliklə bu “Qəhrəmanımızın” Mingəçevirdə“törətdiyi korrupsioner əməllərindən”ətraflı jurnalist araşdırma məlumatları sizə paylaşacam”.Onu tanıyanlar bilir ki, fasebook yaranaııadan ordadır, kimseni söyüb təhqir etməmişdir, indi də söyüşə qarşıdır. Amma məsələ ondadır ki, rejimin sözüiləkimseni şərləyib tutduracaqsansasəni də onun ətrafısöyəcəkdi”-Regionlarda qara yollarla xalqdan oğurladığı pullarlaoliqarxa çevrilmiş vəzifəli məmurlar ilə bağlı məlumatlar yayılmaqda davam edir. Beləqara yol məmurlarından biri də Mingəçevir Kommunal Təsərrüfat İdarəsi rəhbəri Şəhriyar Mustafayevdir -Şəhriyar Mustafayevin özbaşınalığıvətəndaşları dövlətdən narazı salır; X14 ətrafınızəbt edərəkorada özünə dəyəri milyonlarla olan obyektlər və istirahət mərkəzi tikməkdədir.Bundan əlavəŞəhriyar Mustafayev təkcə işçiləri ilə deyil qəbula gələn vətəndaşlarla da kobud rəftar edir. -Dövlətin ayırdığıbüdcəni düzgün şəkildə xərcləmir. Deyir büdcədə pul yoxdur. Bəs dövlətin ayırdığı maliyyəhara gedir ay Şəhriyar. Mingəçevir şəhər təsərrüfatına rəhbərlik edən Şəhriyarın səhlənkarlıqlarını, fəaliyyətində korrupsiyaya qurşanmasım artıq hər kəs bilir. Şəhərdə jurnalistlərin çoxuna görüm-baxım etdiyi üçün onun ayıblarını yazmırlar. X4 Torpaq və Xəritəçəkmə Komitəsində işlədiyi zaman şəhərin mərkəzində Dom pionerin arxasındakı yaşayış binasının ərazisini Mingəçevirin ucqar uçxos qəsəbəsinin torpağı kimi sənədləşdiribdəyərindən üçqat baha qiymətəsahibkarlara satıb. Bundan əlavəŞəhriyar o vəzifədə olarkən torpaqların mülkiyyətinə aid saxta şəhadətnamələr düzəldərəkinsanlara sotu 10 min manatdan satıb.10 ildən çoxdur ki, müxtəlif yüksək məmur vəzifəsindəçalışarkən korrupsiya əməlləri iləözünə dəyəri milyonlarla ölçülən kommersiya obyektləri tikib;Polis bu balaca buynuz məmurucinayət məsuliyyətinə cəlb edə bilmirsə polisə vətəndaş olaraq güvənimiz necə olsun;Bu adam artıq neçə gündür məni hədələməkdədavam edir;1993-cü ildə Kəlbəcərdən qaçqın düşəndə əyninəşalvar ala bilməyənŞəhriyar müəllim qaynatasmın sayəsində indi milyonlara sahib olub kimi məlumatlar yaymışdır. Elçin Həsənzadənin “Facebook.com” sosial şəbəkə səhifəsini izləyən bəzi şəxslər bu mövzu ilə bağlı, onun yaydığı məlumata istinadən də onun ünvanına xoşagəlməz, şərəf və ləyaqətimi ləkələyən nalayiq formada alçaldan, onu nüfuzdan salan şərhlər yazmışlar. Məsələn: Samir Şakurov- “Mənliyinə tüpürüm”; -İlqar Qurbanov- “Belə biqeyrətin arvadının, qızının şəkillərini paylaşmaq lazımdır”; İlqar Bağırov- “Suka sifət”; Dünyamalı Mehdiyev- “Adıüstündədi suka, üzündən də sukalıq yağır”, Şəkər Şükür- “Tüpürüm sifətinə, kökünüz kəsilsin”, Əli İslamov- “Vəzifəyə görə mənliyini satanlar” və sair. X18 Hərbi Məhkəməsinin 2002-ci il tarixli hökmüiləCM-nin 334.1-ci maddəsiilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Elçin HəsənzadəBakışəhəri Nizami Rayon Məhkəməsinin 2016-cı il tarixli hökmüiləCMnin 221.3-cü maddəsiilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Elçin Həsənzadənin barəsində olan yuxarıda qeyd edilmiş hökmlər, yəni cinayət əməlləri törətməsi və məhkum edilməsi onun şəxsiyyətini səciyyələndirən hallardır. X11 və Həsənzadə Elçin Yusif oğlu sosial elektron şəbəkə olan “Facebook.com” sosial şəbəkə səhifələrində barəsində yaydıqları məlumatlarla təhqir, böhtan və ağır cinayətdə ittiham etməli böhtancinayət əməlini törətmişlər və onlar bu cinayət əməllərinə görə qanuna müvafiq cəzalandırılmalıdırlar. Buna görə dəX11 və Həsənzadə Elçin Yusif oğlunun barəsində qanunla nəzərdə tutulmuş ağır cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs X11 məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X2 barəsində sosial şəbəkələrdə qeyrietik, nalayiq ifadələr işlətməmişdir. Buna görə də onun barəsində cəza növünün seçilməməsini xahiş edir. Təqsirləndirilən şəxs Həsənzadə Elçin Yusif oğlu məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X2 barəsindəböhtan,təhqirlə bağlı məlumatlar yaymamış, ağır cinayətdə ittiham etməmiş vəsosial şəbəkələrdə onu təhqir etməmişdir. Buna görə də onun barəsində cəza növünün seçilməməsini xahiş edir. Təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 147-ci maddələri iləözünü təqsirli bilməmələri barədə dəlilləri məhkəmə iclasında təsdiqini tapmamış, əksinə aşağıda göstərilən və məhkəmə iclasında araşdırılmış sübutlarla təkzib olunmuşdur. Belə ki, işə əlavə olunmuşşəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx xxxx 1977-ci ildəŞəki rayonu Dərəcənnət kəndində doğulmuşdur. İşə əlavə olunmuşşəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənzadə Elçin Yusif oğlu xx xxxxxxx 1977-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. İşə əlavə olunmuş və məhkəmə iclasında özündə video görüntüləri əks etdirən CD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X11 və Həsənzadə Elçin Yusif oğlu X2 barəsindəşərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymışdır. İşüzrə xx xxxx 2020-ci il tarixli, 1(051)-77/2020 saylı qərarla keçirilmiş məhkəmə linqvistik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 4/550 №li rəyindən görünür ki,
1. Ekspertizaya təqdim edilmiş facebook sosial şəbəkəsində « Elçin Həsəndazə» adlı profildən paylaşılan yazılarda istifadə edilmiş «Harınlamış, iribuynuz və balacabuynuz” ifadələri X2 şərəf və ləyaqətini ləkələyən ifadələrdir.
2. Ekspertizaya təqdim edilmiş facebook sosial şəbəkəsində «Elçin Həsəndazə» adlı profildən paylaşılan yazılarda Şəhriyar Mustafayev barəsində istifadə edilmiş «Cinayətkar, qatil, korrupsioner”, həmçinin onun dövlət əmlakını, mənimsəməsi, talaması, oğurlaması insanlara qarşışər-böhtan atması, şantajdan istifadə etməsi, E.Həsənzadəni ölümlə hədələməsi ifadələri həqiqəti əks etdirmədiyi təqdirdə X2 şərəf və ləyaqətini ləkələyən ifadələrdir.
3. Ekspertizaya təqdim edilmiş bir ədəd fləşkartda E.Həsənzadə tərəfindən qeydə alınan videogörüntüdə söylədiyi korrupsioner, cinayətkar olması, dövlət əmlakını mənimsəməsi, talaması ifadələri həqiqəti əks etdirmədiyi təqdirdə X2 şərəf və ləyaqətini ləkələyən ifadələrdir.
4. Ekspertizaya təqdim edilmiş Elçin Həsəndazə tərəfindən qələmə alınan və cinayət işi materiallarına əlavə edilən «Gündənxəbər.az» saytında «Mingəçevirdə son həbslərdən nəticəçıxarmayan «JEK müdirləri-onlar niyə düzəlmir…!!!?» başlıqlı məqalədə işlədilən «Regionlarda qara yollarla xalqdan oğurladığı pullarlda oliqarxa çevrilmiş vəzifəli məmurlarla bağlı məlumatlar yayılmaqla davam edir.» Belə məmurlardan biri də «Mingəçevir Kommunal Təsərrüfat İdarəsi rəhbəri Şəhriyar Mustafayevdir.» cümləsindəki fikirlər həqiqəti əks etdirmədiyi təqdirdə X2 şərəf və ləyaqətini ləkələyən fikirlərdir.
5. Ekspertizaya təqdim edilmiş facebook sosial şəbəkəsində «X15» adlı profildən paylaşılan yazılarda Şəhriyar Mustafayev barəsində istifadə edilmiş «Dövlət əmlakını mənimsəməsi, insanlara qarşışər-böhtan atması, xain olması» ifadələri həqiqəti əks etdirmədiyi təqdirdə X2 şərəf və ləyaqətini ləkələyən ifadələrdir.
6. Qeyd edilən ifadələrin həqiqəti əks etdirib-etdirməməsi ekspert linqvistin səlahiyyətlərinə aid olmayıb hüquqi araşdırma tələb edən məsələlərdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxlərə elan olunmuş ittihamın təsdiq olunmasıüçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tələbinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansışəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma — min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə araşdırılması nəticəsində təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələrinin tərkibinin olmasıöz təstiqini tapmışdır. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından onlara ittiham edildiyi maddələrinin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətlərin böyük ictimai təhlükə törətməyən və az ağır cinayət olmasını, təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini və yaşını nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli cinayətlərin məcmuyunu yaratdığına və həmin cinayətlər az ağır cinayət olduğuna görə, ona Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi cinayətlərin xarakterini, onun şəxsiyyətini nəzərə alaraq ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza təyin olunmasını əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-ci maddəsinə əsasən məhkuma təyin olunmuş islah işləri cəzası Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən icra edilməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkumun cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 150 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq.
hökm etdi: X11 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 10 (on) faiz tutulmaqla 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 10 (on) faiz tutulmaqla 8 (səkkiz) ay müddətinə və Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 10 (on) faiz tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilərək X7 üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 10 (on) faiz tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası saxlanılsın. X7 cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzasını iş yeri üzrəçəksin. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Həsənzadə Elçin Yusif oğlu Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 10 (on) faiz tutulmaqla 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 10 (on) faiz tutulmaqla 8 (səkkiz) ay müddətinə və Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 10 (on) faiz tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilərək Həsənzadə Elçin Yusif oğlunun üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 10 (on) faiz tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası saxlanılsın. Həsənzadə Elçin Yusif oğlunun cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzasını iş yeri üzrəçəksin. Hökmün icrasına nəzarət Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 150 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər.
HAKİM Hüseyn Mirzəliyev.