Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-77/2021 16.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – X2 və təqsirləndirilən şəxs X5 və müdafiəçisi – X4 iştirakı ilə, xx.xx.1995-cı ildə Gədəbəy rayonu Kərimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Gədəbəy rayonu Kərimli kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1996-cı ildə Ağdam rayonu Şotlanlı kəndində kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu Şotlanlı kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşayan barəsində xx.xx.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib xx.xx.2020-ci il tarixdə saat 23 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən evin həyətinin giriş qapısına yaxınlaşıb aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Faxrəddin Şirinov küçədə pusquda dayanaraq gözləmiş, o, isə yerdən götürdüyü dəmir linglə qapının üzərində olan dəmir qıfılı sındırıb qapını açaraq həmin yerdən həyətə qanunsuz olaraq daxil olub həyətdəki evin zirzəmisindən 1 (bir) ədədinin qiyməti 8 (səkkiz) manat olan 432 (dörd yüz otuz iki) manat dəyərində 54 (əlli dörd) ədəd kombi isitmə sisteminin radiyatorlarını, evin otağından 1 (bir) ədəd 450 (dörd yüz əlli) manat dəyərində “Nobella” markalı kombi isitmə sisteminin aparatını, 1 (bir) ədəd 60 (atmış) manat dəyərində laqondanı, 1 (bir) ədəd 30 (otuz) manat dəyərində elektrikli çaydanı özgənin, yəni Zərərçəkmiş şəxs məxsus 972 (doqquz yüz yetmiş iki) manat məbləğdə əmlakını Zərərçəkmiş şəxs ziyan vurmaqla gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, xx.xx.2020-ci il tarixdə saat 23 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən evin həyətinin giriş qapısına yaxınlaşıb aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən o, küçədə pusquda dayanaraq gözləmiş, Elmir Mirzəyev isə yerdən götürdüyü dəmir linglə qapının üzərində olan dəmir qıfılı sındırıb qapını açaraq həmin yerdən həyətə qanunsuz olaraq daxil olub həyətdəki evin zirzəmisindən 1 (bir) ədədinin qiyməti 8 (səkkiz) manat olan 432 (dörd yüz otuz iki) manat dəyərində 54 (əlli dörd) ədəd kombi isitmə sisteminin radiyatorlarını, evin otağından 1 (bir) ədəd 450 (dörd yüz əlli) manat dəyərində “Nobella” markalı kombi isitmə sisteminin aparatını, 1 (bir) ədəd 60 (atmış) manat dəyərində laqondanı, 1 (bir) ədəd 30 (otuz) manat dəyərində elektrikli çaydanı özgənin, yəni Zərərçəkmiş şəxs məxsus 972 (doqquz yüz yetmiş iki) manat məbləğdə əmlakını Zərərçəkmiş şəxs ziyan vurmaqla gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Belə ki, qonşuluqda yaşayırlar. X8 isə qısa müddətdir ki, tanıyır. Bəhruz Faxrəddinin dostudur. Tez-tez Faxrəddinin yaşadığı evə gəlib orada gecələyir. Zərərçəkmiş şəxs ailəsinə məxsus həyətyanı sahəsi olan ev yaşadıqları Şəfa bağ massivində yerləşir. Daima küçə ilə hərəkət edərkən həmin evdə təmir işlərinin getdiyini, yəni evin tikintisinin yeni başa çatdığını və evdə heç kəs yaşamadığını görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Faxrəddinlə birlikdə Şəfa bağ massivində yerləşən ara küçə ilə hərəkət edərək Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığından keçmişlər. Həmin zaman həmin evdə yeni təmir işləri getdiyini bildikləri üçün həyətdə metal olub olmamasını yoxlamaq üçün yəni, həyətdən metal oğurlamaq məqsədi ilə həyətin giriş qapısına yaxınlaşmışlar. O, yerdən dəmir ling tapıb həmin dəmir linglə həyətin dəmir giriş qapısnın üzərində olan qıfılı sındırmişdir. O, həmin yerdən evin həyətinə daxil olmuşdur. Faxrəddin isə qapının qarşısında pusquda dayanaraq gözləmişdir. Həyətə daxil olduqdan sonra evin qarşı hissəsinə hərəkət edərkən evin zirzəmisinin dəmir qapısının açıq olduğunu görüb zirzəmiyə daxil olaraq nəzər yetirərkən orada kombi isdicilik sisteminin “radiyator”-larının olduğunu görmüşdür. Həmin radiyatorları zirzəmidən çıxarıb bayıra yığmışdır. Daha sonra evin yan pəncərəsini də dəmir linglə açıb həmin pəncərədən evə daxil olmuşdur. Ev təmir olunma ərəfəsində olmuşdur. Belə ki, divarlar təzəliklə sıvanmışdır. Otaqda olan kombi isidicilik sisteminin aparatını daha sonra evdə olan laqonda və elektrikli çaydanı da götürüb bayıra çıxarmışdır. Daha sonra Faxrəddinlə birlikdə həmin oğurladıqları əşyaları aparıb yaxınlıqda yerləşən kolluq sahəyə apararaq orada gizlətmişlər. Laqonda işləmədiyi üçün həmin laqondanı kənara atmışlar. Daha sonra yaşadıqları evə getmişlər. Bir neçə gün sonra Faxrəddingilin yaşadığı evdə olarkən Bəhrəm da ora gəlmişdir. Söhbət zamanı Bəhrəmə özünə məxsus istifadə edilmiş kombi aparatı və radiyatorlarını satdığını bildirmişlər. Bəhrəm də həmin kombi aparatı və radiyatorları atası ilə məsləhətləşdikdən sonra ala biləcəyini demişdir. Bir neçə gün sonra Bəhrəm ona həmin kombi aparatı və radiyatorları ala biləcəyini lakin, ilkin olaraq 50 manat məbləğdə pul verəcəyini bildirmişdir. Həmçinin Bəhrəm həmin əşyaları aparıb bibisinin yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivində yerləşən evin həyətinə yığacağını da demişdir. Çünki, Mingəçevir şəhəri ərazisində tətbiq edilmiş karantin vəziyyəti ilə əlaqədar digər rayon sakinlərinin şəhər ərazisinə giriş çıxışı qadağan olunmuşdur. Karantin vəziyyəti bitdikdən sonra isə kombi aparatı və radiyatorları yaşadığı Yevlax rayonu Marzılı kəndində yerləşən evə aparmalıymış. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Bəhrəmlə görüşən zaman Bəhrəm ona kombi aparatı və radiyatorları götürmək istədiyini bildirmişdir. Aralarında olan razılılğa əsasən həmin kombi aparatı və radiyatorları aparıb Bəhrəmin Mingəçevir şəhəri Günəşli bağ massivində yerləşən bibisigilin evinə yığmalıymışlar. Tanışı Coşqun qonşularının Qazel markalı avtomobilindən istifadə edərək yük daşımaqla məşğul olduğu üçün o, zəng edib Coşqunla yaşadıqları evin yaxınlığında Mingəçevir şəhəri Günəşli bağ massivinə yük aparmaq barədə razılaşmışlar. Həmin gün axşam saatlarında o, Coşqunla görüşüb Coşunun idarə etdiyi avtomobillə kombi aparatı və radiyatorları yığdıqları yerə gedərək orada həmin əşyaları avtomobilin yük yerinə yığdıqdan sonra Şəfa bağ massivindəki ara küçə ilə hərəkət etmişlər. Bir qədər getdikdən sonra yolun kənarında dayanıb onları gözləyən Bəhrəm də avtomobilə əyləşmişdir. Birlikdə Bəhramın bibisinin yaşadığı Günəşli bağ massivi 10-cü küçədə yerləşən evin qarşısına getmişlər. Orada Bəhramla köməkli kombi aparatını evin həyətinə yığmışlar. Daha sonra yaşadıqları evə getmişlər. Sonradan polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər, o, da polis şöbəsində törətdiyi əməli etiraf etmişdir. Həmçinin o, ifadəsində qeyd olunan cinayət hadisəsini tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiklərini, oğurladıqları kombi aparatını və radiyatorlarını Bəhrəm adlı tanışına 200 manata satmaq barədə razılaşıb Bəhrəmdən 50 manat aldığını, laqondanı və elektrikli çaydanı isə kənara atdıqlarını, Bəhrəma satdığı kombi aparatı və radiyatorlarının özünə məxsus olmasını dediyini, həmin əşyaları cinayət yolu ilə əldə etməsi barədə nə Bəhrəmə, nə Coşquna nədə ki, Bəhrəmin qohumlarına məlumat vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu bildirərək, səmimi peşmançılığını və dəymiş ziyanı ödəməsini nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, heç bir yerdə işləmir. Özünü dolandırmaq üçün tullantı metalları yığıb satır. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Belə ki, biz qonşuluqda yaşamışıq. X10 da qısa müddətdir ki, tanıyıram. Belə ki, qonşuluqda yaşayırlar. Zərərçəkmiş şəxs ailəsinə məxsus həyətyanı sahəsi olan ev yaşadıqları Şəfa bağ massivində yerləşir. Daima küçə ilə hərəkət edərkən həmin evdə təmir işlərinin getdiyini, yəni evin tikintisinin yeni başa çatdığını və evdə heç kəs yaşamadığını görürmüşlər. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Elmirlə birlikdə Şəfa bağ massivində yerləşən ara küçə ilə hərəkət edərək Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığından keçirmişlər. Bu zaman həmin evdə yeni təmir işləri getdiyini bildikləri üçün həyətdə metal olub olmamamsını yoxlamaq üçün yəni həytdən metal oğurlamaq məqsədi ilə həyətin giriş qapısına yaxınlaşmışlar. Elmir yerdən dəmir ling tapıb həmin dəmir linglə həyətin dəmir giriş qapısnın üzərində olan qıfılı sındırıb həmin yerdən evin həyətinə daxil olmuşdur. O, isə qapının qarşısında pusquda dayanaraq gözləmişdir. Bir qədər sonra Elmir həyətdən bayıra çıxaraq ona evdə kombi isidicilik sisteminin radiyatorları və aparatı olduğunu bildirib həmin əşyaları oğurlamağı təklif etmişdir. O da Elmirlə razılaşmışdır. Daha sonra Elmir həyətə geri qayıdıb kombi isdicilik sisteminin “radiyator”-larını, aparatını, laqonda və elektrikli çaydanı da götürüb bayıra çıxarmışdır. Elmir oğrulayıb bayıra çıxardığı əşyaları hasarın kənarına yığmışdır. Daha sonra Elmir də bayır çıxmışdır. Birlikdə həmin oğurladıq əşyaları aparıb yaxınlıqda yerləşən kolluq sahədə gizlətmişlər. Laqonda işləmədiyi üçün həmin laqondanı kənara atmışlar. Daha sonra yaşadıqları evə qayıtmışlar. Bir neçə gün sonra yaşadıqları evin yaxınlığında Bəhramla görüşmüşlər. Görüş zamanı söhbət edərkən Elmir Bəhrama özünə məxsus kombi aparatı və radiyatorlarını satmaq istədiyini bildirmişlər. Bəhram da onunla həmin əşyaları almaq barədə razılaşmışdır. Bundan sonra o, Elmir və Bəhrəmin söhbətinə müdaxilə etməmişdir. Sonradan Elmir ona oğurladları əşyaları Bəhrama satdığını, lakin satdığı əşyaların müqabilində də pulu hələ ki, almadığını ona bildirmişdir. Elmir pulu aldıqdan sonra isə ona da pul verəcəyini desə də o, həmin pulu Elmirdən almayacağını demişdir. Lakin, Elmir ona həmin əşyaları kimin vasitəsi ilə gizlətdikləri yerdən götürüb hara aparması barədə məlumat verməmişdir.. Lakin, sonradan ona məlum olmuş ki, Elmir oğurladıqları əşyaları Bəhramla birlikdə “Qazel” markalı yük avtomobili ilə aparıb Mingəçevir şəhəri Günəşli bağ massivində yerləşən Bəhramın bibisinin yaşadığı evə yığmışdır. Həmçinin o, ifadəsində qeyd olunan cinayət hadisəsini tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyini, Bəhrəmin aldığı kombi aparatı və radiyatorlarının cinayət yolu ilə əldə edilməsindən məlumatı olmadığını, eləcə də Elmirin Bəhrəmlə birlikdə kombi aparatını və radiyatorlarını kiminlə hansı avtomobillə aparmasından məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olduğunu bildirərək, səmimi peşmançılığını və dəymiş ziyanı ödəməsini nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi həyət evi onlara məxsusdur. Həmin fərdi həyət evinin təmir tam olmadığı üçün hazırda həmin ünvanda yaşamırlar. Lakin, buna baxmayaraq əri X13 və oğlu Şahid4 ilə birlikdə tez-tez həmin fərdi həyət evinə gedərək nəzarət edirlər. xx.xx.2020-ci il tarixdə o, əri Rafiq Şirinov və oğlu Şahid4 ilə birlikdə həmin həyət evinə nəzarət üçün gedən zaman evdən heç bir oğurluq hadisəsi baş verməmişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində əri Rafiq Şirinov və oğlu Şahid4la birlikdə Şəfa bağ massivində Mərkəzi küçə ev 44-A ünvanında yerləşən fərdi həyət evinə nəzarət üçün gedən zaman evin giriş qapısının qıfılının sındırılması görmüşlər. Daha sonra içəri daxil olan zaman evin dəhlizində giriş qapısının da açıq olduğunu görüb dəhlizə daxil olmuşlar. Dəhlizə daxil olan zaman ora yığmış olduqları təxminən 2 ay əvvəl hər birini 8 manat almış olduğu 54 ədəd Konbi radiyatorunun yerində olmadığını görmüşlər. Bundan sonra isə evə daxil olan zaman evin arxa pəncərəsinin açıq olduğunu görüb digər otağa keçən zaman təxminən 2 ay əvvəl 450 manata almış olduqları Kobmi aparatının, işlək laqonda və elektirik çaydanının yerində olmadığını görərək oğurlandığını başa düşüb DİN-nin 102 xidmətinə və Mingəçevir ŞPŞ-yə məlumat vermişdir. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımadığını, onlarla hər hansı ədavət və ya düşmənçiliyi olmadığını bildirmişdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi həyət evi onlara məxsusdur.Həmin fərdi həyət evinin təmiri tam olmadığı üçün hazırda həmin ünvanda yaşayış yoxdur. Lakin, o, anası və atası ilə birlikdə tez-tez həmin ünvana gedib evə nəzarət edirlər. xx.xx.2020-ci il tarixdə atası və anası ilə birlikdə həmin həyət evinə nəzarət üçün gedən zaman oradan heç bir oğurluq hadisəsi olmadığını görmüşlər. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində o, atası və anası ilə birlikdə ilə birlikdə Şəfa bağ massivi Mərkəzi küçə ev 44-A ünvanında yerləşən həmin fərdi həyət evinə nəzarət etmək üçün gedən zaman evin giriş qapısının qıfılının sındırılmış vəziyyətdə olmasını görmüşlər. Daha sonra içəri daxil olan zaman evin dəhlizində giriş qapısının açıq olduğunu görüb dəhlizə daxil olmuşlar, dəhlizə daxil olan zaman ora yığdıqları hər birini 8 manat almış olduqları 54 ədəd kombi radiyatorunun yerində olmadığını görmüşlər. Bundan sonra isə evə daxil olan zaman evin arxa pəncərəsinin açıq olduğunu görüb və digər otağa keçən zaman təxminən 450 manata almış olduqları kombi aparatının, elektirik çaydanının və laqonda aparatının yerində olmadığını görərək oğurlandığını başa düşmüşlər. Bundan sonra anası Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə və Mingəçevir ŞPŞ-nə məlumat vermişdir. Həmçinin o, ifadəsində yaşadığı evdən oğurluq edən şəxslər yəni, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımadığını, onlarla hər hansı ədavət və ya düşmənçiliyi olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən istixanada fəhləlik edir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Belə ki, qonşuluqda yaşayırlar. Qonşuluqda yaşayan Bağır adlı şəxsin Qazel markalı avtomobili istifadə edir. İstəyən şəxs həmin avtomobili ondan götürüb istifadə etdikdən sonra pulunu verir. xx.xx.2020-ci il tarixdə Elmir istifadəsində olan mobil telefondan ona zəng edərək Faxrəddingilin yaşadığı evin yaxınlığında onu gözlədiyini, gedib Bağırın yaşadığı evin yaxınlığından Qazel martkalı avtomobili sürüb onun yanına getməyini, beləki, daşınacaq yük olduğunu ona demişdir. O da Bağırgilin yaşadığı evin yaxınlığına gedib həmin avtomobili idarə edib Faxrəddingilin yaşadığı evin yaxınlığına sürmüşdür. Orada Elmir onu tək gözləmişdir. Avtomobili saxladıqdan sonra Elmir ona gözləməyi bildirmişdir. Bundan sonra Elmir yaxınlıqda yerləşən kolluq sahəyə gedib oradan kombi istilik sisteminin radiyatorları və aparatını gətirib avtomobilin yük yerinə yığmışdırı. Həmin zaman Elmir həmin əşyaları cinayət yolu ilə əldə edib etməməsi barədə ona məlumat verməmişdir. Elmir əşyaları avtomobilin yük yerinə yığdıqdan sonra avtomobili idarə etməyini bildirmişdir. O da avtomobili bir qədər sürdükdən sonra yolun kənarında Bəhrəmin onları gözlədiyini görmüşdür. O da avtomobili saxladıqdan sonra Bəhrəm avtomobilə əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra Bəhrəm ona avtomobili Günəşli bağ massivinə sürməyi bildirmişdir. Belə ki, Bəhrəm ona həmin yük yerində olan əşyaları bibisinin yaşadığı evə yığacağını demişdir. O da avtomobili Günəşli bağ massivi 10-cü küçəyə sürüb həmin küçədə yaşayan Bəhrəmin bibisinin yaşadığı evin qarşısında saxlamışdır. Orada Elmir və Bəhrəm avtomobildən bayıra düşüb kombi istilik sisteminin radiyatoru və apartını həmin evin həyətinə yığmışlar. Daha sonra birlikdə yaşadıqları Şəfa bağ massivinə qayıtmışlar. Yolda Bəhrəm ona 6 manat məbləğdə pul vermişdir. Daha sonra o, avtomobili sürüb Bağırın evinin yaxınlığına aparıb orada saxlamışdır.Həmçinin o, ifadəsində idarə etdiyi avtomobilə yüklənmiş əşyaların cinayət yolu ilə əldə edilməsindən məlumatı olmadığını, beləki, Elmirin həmin əşyaların özünə məxsus olduğunu ona dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmayıbdır. Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən istixanada fəhləlik edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qısa müddətdir ki, tanıyıram. 2020-ci ilin noyabr ayının sonlarında X15 bağ massivində görüşən zaman Elmir ona kombi istilik sisteminin radiyatorları və aparatı olduğunu, həmin istilik sisteminin özünə məxsus olduğunu və 200 manata satdığını bildirmişdir. O da Elmirə atası ilə məsləhətləşib bir söz deyəcəyini bildirmişdir. Bundan sonra atası ilə məsləhətləşmiş atası da özlərinə məxsus 1 baş inəyi satdıqdan sonra ala biləcəklərini ona demişdir. O da bu barədə Elmirə bildirmiş və Elmirlə razılaşmışlar ki, o, ilkin olaraq Elmirə 50 manat məbləğdə pul verəcəkdir. Həmçinin Elmir telefonunda olan kombi isidicilik sisteminin şəkillərini də ona göstərmişdir. O da baxıqdan sonra kombi isidicilik sistemini bəyənmişdir. Həmçinin Elmir ona həmin aparatın işlək vəziyyətdə olduğunu bildirmişdir. O Elmirlə kombi isidicilik sistemini almaq barədə razılaşaraq ilkin olaraq Elmirə 50 manat pul vermişdir. Elmir ondan həmin kombi aparatını nə ilə aparacağımı soruşduqda o da Elmirə avtomobillə aparacağını bildirmişdir. Razılaşmışlar ki, o, qalan pulu da sonra Elmirə verəcəkdir. xx.xx.2020-ci il tarixdə o, Elmirə kombi isidicilik sistemini götürəcəyini bildirmişdir. O, Elmiri Şəfa bağ massivində yerləşən küçədə gözləmiş, bir qədər sonra yaxınlığında avtomobil saxlamış, avtomobildən Elmir onu səsləyərək avtomobilə əyləşməsini, kombi sisteminin avtomobilin yük yerində olduğunu bildirmişdir. Həmin zaman o, kombini yaşadığı kəndə aparmaq istədiyini bildirmiş lakin, sürücü ona gec olduğunu komendant saatı ilə əlaqədar Mingəçevir şəhərinin girişində qurlaşdırılmış postdan keçə bilməyəcəyini demişdir. Buna görə də o, kombi sistemini Mingəçevir şəhəri Günəşli bağ massivində yaşayan bibisigilin evinə aparıb orada həmin kombi sisteminin özü aldığını bildirərək bibisigilin yaşadığı evin həyətinə yığmışdır. Sonradan polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, o da hadisə barədə məlumat vermişdir. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 cinayət törətmələri barədə məlumatı olmadığını, nə Elmir nədəki Faxrəddin ona bu barədə məlumat vermədiyini, Elmirin həmin əşyaların özünə məxsus olduğunu bildirdiyini, eləcə də bibisini əri Şahid3 da həmin əşyaların cinayət yolu ilə əldə edilməsindən məlumatı olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 tanımır. Lakin, Şahid2 onun qayını oğludur. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olarkən qapının döyüldüyünü eşidib bayıra çıxmışdır. Görmüş ki, Bəhrəm qapının qarşısında dayanıbdır. Bəhrəm ona qapının qarşısında dayanmış avtomobilin yük yerində tanışından ucuz qiymətə aldığı kombi aparatı və radiyatorları olduğunu həmin kombi aparatı və radiyatorlarını yaşadıqları evin həyətinə yığmaq istədiyini bildirmişdirr. Çünki, Mingəçevir şəhərinin Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətində çıxışında “Alaqapı” deyilən ərazidə karantin vəziyyəti ilə əlaqədar post qurulub özü Yevlax rayon sakini oldğu üçün həmin postdan keçə bilmir. Həmçinin Bəhrəm ona təxminən 2-3 gün sonra gəlib həmin əşyalaraı aparacağını da bildirmişdir. O da etiraz etməmişdir. Bəhrəm də həmin kombi aparatı və radiyatorları yaşadığı evin həyətinə yığmışdır. Bir neçə gün sonra polis əməkdaşları yaşadığı evə gələrək Bəhrəmin cinayət yolu ilə əldə edilmiş kombi aparatı və radiyatorları yaşadığı evin həyətinə yığdığını bildirmişlər. O da Bəhrəmin onun yaşadığı evə gətirib yığdığı kombi aparatı və radiyatorları polis əməkdaşlarına təqdim etmiş, həmin radiyatorlar və kombi aparatı protokol tərtib edilərək götürülmüş, bu barədə tərtib edilmiş protokola o da imza etmişdir. Həmçinin o, ifadəsində Şahid2 onun yaşadığınız evin həyətinə gətirib yığdığı kombi aparatı və radiyatorların cinayət yolu ilə əldə edilməsi barədə hər hansı məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər polis şöbəsinin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslərin Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən ona məxsus fərdi yaşayış evindən kombi isidicilik sisteminin aparatını, radoyatorlarını, 1 ədəd laqonda və 1ədəd elektrik çaydanı oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus evdən Mingəçevir şəhəri Şəfa bağ massivində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kombi isidicilik sisteminin aparatını, radiyatorunu oğurlayaraq tanışları Yevlax rayon Marzılı kənd sakini Şahid2 satmaları və X16 Məsimov birlikdə həmin radoyator və kombi isidicilik sisteminin aparatını Mingəçevir şəhəri Şəfa bağ massivində yaşayan X3 idarə etdiyi Qazel markalı avtomobillə Şahid2 Mingəçevir şəhəri Günəşli bağ massivi 10-cu küçədə yaşayan qohumu Şahid3 yaşadığı evə aparıb yığdıqları müəyyən edilmişdir. Həmçinin həmin radoyatorlar və kombi isidicilik sisteminin aparatı Şahid3 yaşadığı evdən aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Şəfa bağ massivi, Mərkəzi küçə 44A ünvanda yerləşən evə baxış keçirilmiş və həmin evdən oğurluq hadisəsinin baş verdiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan və qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus evdən oğurlanmış 1 ədəd kombi isidicilik sisteminin “Nobella” markalı aparatı və 54 ədəd radiyatorları Şahid3 yaşadığı evin həyətindən aşkar edilərək götürülmüşdür. Həmin kombi isidicilik sisteminin “Nobella” markalı aparatı və 54 ədəd radiyatorlar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-cu il tarixli qərarla təyin edilmiş məhkəməkriminalistik ekspertizasının 20/649R saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 14/2 mənzil 26-da yaşayan Zərərçəkmiş şəxs evindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd əlbarmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərinin 01 ədəd əl barmaq izi Gədəbəy rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-cu il tarixli qərarla təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 09/5611 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, 1 ədəd Kombi aparatı 450 manat, 54 ədəd kombi radiyatorlarının 1 ədədinin qiyməti 8 manat olmaqla 54 ədədi 432 manat, 1 ədəd laqondanın 60 manat, 1ədəd elektrikli çaydanın 60 manat olduğu, ekspertiza təyini haqqında qərarda göstərilən işlək vəziyyətdə olan malların orta istismar müddəti və orta istismaq intensivliyi parametrlərinə uyğun olaraq hazırki orta bazar qiyməti nəzəri qaydada təxminən 972,0 manat müəyyən edilir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, xx.xx.2020-ci il tarixdə saat 23 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən evin həyətinin giriş qapısına yaxınlaşıb aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Faxrəddin Şirinov küçədə pusquda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs1 isə yerdən götürdüyü dəmir linglə qapının üzərində olan dəmir qıfılı sındırıb qapını açaraq həmin yerdən həyətə qanunsuz olaraq daxil olub həyətdəki evin zirzəmisindən 1 (bir) ədədinin qiyməti 8 (səkkiz) manat olan 432 (dörd yüz otuz iki) manat dəyərində 54 (əlli dörd) ədəd kombi isitmə sisteminin radiyatorlarını, evin otağından 1 (bir) ədəd 450 (dörd yüz əlli) manat dəyərində “Nobella” markalı kombi isitmə sisteminin aparatını, 1 (bir) ədəd 60 (atmış) manat dəyərində laqondanı, 1 ədəd 30 (otuz) manat dəyərində elektrikli çaydanı özgənin, yəni Zərərçəkmiş şəxs məxsus 972 (doqquz yüz yetmiş iki) manat məbləğdə əmlakını Zərərçəkmiş şəxs ziyan vurmaqla gizli olaraq talayaraq oğurluq etmişlər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərə cəza təyin edilməsini aradan qaldıran hal müəyyən olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirlinən şəxslər ona dəymiş maddi ziyanı tam ödəmişlər. Ona görə də onlardan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnamələrindən görünür ki, Nəsibov X9 şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 1 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx xxxxxxx 2020-ci il tarixdə cəzası başa çatmışdır. X5 məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı tam olaraq ödəməsi, eləcə də törətdiyi əməldən peşmançılıq hissi keçirməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı tam olaraq ödəməsi, eləcə də törətdiyi əməldən peşmançılıq hissi keçirməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Fxrəddin Şirinlinin həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan 1 ədəd “Nobella” markalı kombi isidicilik sisteminin aparatı və 54 ədəd radiyatorlarının zərərçəkmiş şəxsə qayrarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3– cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 ( üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulub hesablanmaqla cəmi 4 (dörd) gün ona təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3– cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 ( iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulub hesablanmaqla cəmi 4 (dörd) gün ona təyin edilmiş 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il, 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd “Nobella” markalı kombi isidicilik sisteminin aparatı və 54 ədəd radiyatorları nın iş üzrə zərərçəkmiş şəxsə qayrarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekpertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia yoxdur. Vəkil X11 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-77/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-77/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver