Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-77/2022 26.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Xüsusi İttiham qaydasında şikayət vermiş X6, X19 Ağalar oğlunun iştirakı ilə Xüsusi ittihamçılar X6 və X8 xüsusi ittiham qaydasında şikayətə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava küçəsi 10 “A” №li evdə yaşayanlar X6 və X15, Mingəçevir şəhəri N.Rəfiybəyli küçəsi 13/1 №li evin 21 №li mənzilində qeydiyyatda olan, Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5035, 2 №li evin 149 №li mənzilində yaşayan Hüseynova Gülbəniz Ziyad qızının Nəsimi rayonu 211 №li tam orta məktəbin 7 c sinifinin şagirlərinin valideynləri tərəfindən “WhatsApp” sosial şəbəkədə yaratmış olduqları “ 7 c sinfin valideynlər” qrupunda onların şərəf və ləyaqətini nəlayiq formada təhqir etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Hüseynova Gülbəniz Ziyad qızı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, şikayət ərizəsindən, eləcə də onun məhkəməyə göndərdiyi sənədlərdən görünür ki, o, eləcə də şikayət verənlər Bakı şəhərində yaşayırlar. Aralarında olan “WhatsApp” yazışmaları da Bakı şəhəri Nəsimi rayonunda yerləşən 211 saylı orta məktəbdə təhsil alan uşaqları ilə bağlıdır. O, Mingəçevir şəhərində qeydiyyatda olsa da uzun müddətdir ki, Bakı şəhərində yaşayır və orada da işləyir. Bakı şəhərində yaşadığı və işlədiyi halda “WhatsApp” yazışmalarını başqa rayonda, şəhərdə aparması inandırıcı deyil. Onun barəsində xüsusi ittiham qaydasında şikayət tam əsassızdır. Lakin Bakı şəhərində yaşadığı, işlədiyi, eləcə də himayəsində azyaşlı uşağı olduğu üçün Mingəçevir şəhərinə gedib öz hüquqlarını müdafiə etmək imkanı yoxdur. Qanunun tələbinə görə də hesab edir ki, işə Mingəçevir şəhərində deyil, Bakı şəhərində baxılmalıdır. Belə ki, o, Bakı şəhərində yaşayır, aralarındakı “WhatsApp”yazışmaları Bakı şəhərində aparılmışdır. Ona görə də barəsində olan xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə Bakı şəhərinin Binəqədi rayon məhkəməsinə göndərilməsini xahiş edir. Xüsusi ittiham qaydasında şikayət vermiş, eləcə də digər şikayət vermiş İsgəndərova Humay Şakir qızının etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 şəhərində qeydiyyatda olduğuna görə, qanunun tələbinə əsasən şikayətə Mingəçevir şəhər məhkəməsində baxılmalı olduğunu bildirərək, işin Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilməməsini xahiş etdi. Xüsusi ittiham qaydasında şikayət verənlər X6 və X10 müdafiəçisi X17 Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndinə əsasən şikayətə Mingəçevir şəhər məhkəməsində baxılmalı olduğuna görə şikayətə baxılmasını xahiş etdi. Barəsində şikayət verilmiş Hüseynova Gülbəniz Ziyad qızının ərizəsinə əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon MKTB-nın 107 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 2/2 №li 22.04.2022-ci il tarixli arayışda göstərilir ki, X3 rayonu Biləcəri qəsəbəsi məhəllə 5035, 2 №li evin 149 №li mənzilində yaşayır. "xxxx" MMC tərəfindən verilmiş 11/2022 №li 21 aprel 2022- il tarixliu arayışda göstərilir ki, X12 03.09.2012-ci ildən Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 1 B ünvanda yerləşən "xxxx" MMC-də (Spero Hospital) mühasib vəzifəsində işləyir. Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aiddiyyəti CPM-nin 74.1- 74.4 və 78.4-cü maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitəsinin(internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrindıə (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarından görünür ki, barəsində şikayət verilmiş X18 qızının yaşayış yeri Bakı şəhəri Binəqədi rayonudur. Ona görə də şikayətə Mingəçevir şəhər məhkəməsində deyil, Binıəqədi rayon məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2 və 302.2.1-ci maddələrində göstərilir ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək və bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Cinayət Prosessual Məcəllərin 302.3-cü maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət Mingəçevir şəhər məhkəməsinə deyil, Bakı şəhəri Binəqədi rayon məhkəməsinə aid olduğuna görə aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4, 302-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Xüsusi ittihamçılar X1 Humay Şükür qızının xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-77/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-77/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver