Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-77/2023 13.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Mingəçevir Şəhər Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəlihimayəsində iki nəfər azyaşlı uşağı olan, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu ev 5A, mənzil 39-da qeydiyyatda olmaqla yaşayan xx.xx.2023cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların küllü miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 12-ci bəndinə əsasən şəxsi istehlal miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxs istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 3,71 qram, 0,84 qram, 0,97 qram, 0,71 qram 0,84 qram olmaqla 5 ədəd kağız bükümdə olan, ümumilikdə təmiz çəkisi 7,07 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı sol ayağındakı corabın içərisində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 29 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Mingəçevir şəhər, Sahil küçəsində yerləşən “Sərin” restoranının yaxınlığında saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, 30 yanvar 2023-cü il tarixdə saat 00:30 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı sol ayağındakı corabın içərisindən 5 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,71 qram, 0,84 qram, 0,97 qram, 0,71 qram 0,84 qram olmaqla ümumilikdə təmiz çəkisi 7,07 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3-4 il olar ki, mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. xx.xx.2023-cü il tarixdə tanışı Şahid5 İbarət oğlu ona zəng edərək yaşadığı mənzildən həyətə düşməsini istəmişdir. O, həyətə düşəndə dostu Səlim qohumu Racu adlı şəxsin onu qonaq çağırdığını onunla birlikdə Mingəçevir şəhərinə getməsini təklif etmişdir. O da razılaşmış və təxminən saat 20 radələrində Bakı şəhərindən Mingəçevir şəhərinə gəlmişlər. Təxminən saat 23 radələrində Mingəçevir şəhərinə çatmışlar. Şəhərdə tanımadığı yerdə avtomobildən su almaq məqsədilə düşmüş və dükandan su alıb çıxdıqdan sonra dükanın yanında 5 ədəd kağız büküm olduğunu görmüşdür. Həmin bükümləri götürüb açanda içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Daha sonra özü istifadə etmək məqsədilə həmin kağız bükümləri sol ayağındakı corabın içərisinə qoyaraq gizlətmişdir. Həmin bükümləri tapan zaman ətrafda heç kim olmamışdır. Bükümləri tapmağı barədə Səlimə də məlumat vermiş, lakin Səlimin üzərində narkotik vasitə olan qurudulmuş marixuananın olması haqqında məlumatı olmamışdır. Səlimin idarə etdiyi “Toyota Carolla” markalı avtomobillə Səlimin qohumunun olduğu restoran istiqamətində gedən zaman polis əməkdaşları avtomobilə yaxınlaşmışlar. Özlərini təqdim edib onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübahəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməmiş və polis şöbəsinə gətirilmişlər. Polis şöbəsinə gəldikdən sonra o, şübhəli şəxs, qismində tutulmuş ona hüquq və vəzifələri izah olunmuş, həmçinin dövlət hesabına müdafiəçi ilə təyin olunması hüququ izah edilmişdir. O da maddi vəziyyəti zəif olduğu üçün dövlət hesbına müdafiəçi ilə təmin olunması üçün ərizə vermişdir. Daha sonra vəkil X7 ona dövlət hesabına müdafiəçi təyin olunmuş və təqdim olunmuşdur. Müdafiəçiyə və cinayət prosesinin digər iştirakçılarına etirazı olmadığını bildirdikdən sonra polis şöbəsinin inzibati binasında NH-nin qarşısında video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı onun sol ayağındakı corabın içərisində olan 05 ədəd narkotik vasitə qurudulmuş marixuana olan bükümlər aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı həmin bükümlərin içərisindəki kütlələrin narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin bükümləri taparaq əldə etdiyini və satış məqsədi olmadığım özüm istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilərək boş zərfdə qablaşdırılmış o da həmin zərfi imzalamışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, doğruluğunu imzası ilə təsdiqləmişdir. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmə dən ona cəza təyin edilərkən səmimi peşmanlığını, ailələi olmaqla himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nm əməliyyat müvəkilləri Şahid2, Şahid3, Şahid4 və o Bakı şəhər sakinləri Şahid5 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri zamanı Şahid5 və Təqsirləndirilən şəxs Şahid5 idarə etdiyi “Toyota Corolla” markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Kür çayının sahilində yerləşən “Sərin” restoranının yaxınlığında hərəkətdə olan zaman onlara yaxınlaşaraq barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Şahid5 və Kərimov X2 ŞPŞnə gətirilmişdir. Bundan sonra Şahid5 və Təqsirləndirilən şəxs üzərilərinə baxış keçirmək üçün polis şöbəsinə vəkillər dəvət olunmuş və Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə üzərinə vəkil X4 iştirak ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs sol ayağındakı corabının içərisindən içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 5 ədəd ağ rəngli kağız bükümü könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin ağ rəngli kağıza bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən onun sol ayağındakı corabının içərisindən ağ rəngli kağıza bükülmüş bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana oxşar olan kütlə müəyyən edilmişdir. Həmin kağızlara bükülmüş içərisində narkotik vasitəyə oxşar kütlə olan həmin bükümlər elektron tərəzidə çəkildi. Narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin hər birinin ayrı-ayrılıqda çəkiləri 4,44 qram, 1,34 qram, 1,16 qram, 1,34 qram 1,36 qram olmaqla ümumi çəkisi 9,64 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş beş ədəd ağ rəngli kağıza bükülmüş bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri ərazisində mağazadan su almaq üçün avtomobildən düşən zaman mağazanın yaxınlığında bükümləri görüb götürdüyünü və həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin baxış zamanı onunla birlikdə saxlanılaraq Mingəçevir ŞPŞ-nə gətirilmiş Şahid5 üzərinə keçirilən şəxsi axtarış zamanı Şahid5 üzərindən 6,75 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Şahid5 idarəsində olan “Toyota Corolla” markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi, lakin avtomobildən qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nm əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İbtidai istintaq zamanı ifadə vermiş və ifadələri məhkəm iclasında elan edilmiş şahidlər Mingəçevir ŞPŞ-nin CAB-nm əməliyyat müvəkkiləri Şahid4 və Şahid2 fadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan əvvəllər də istifadə etmişdir. xx.xx.2023- cü il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhərindən Mingəçevir şəhərinə ona məxsus “Toyota Corolla” markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Belə ki, onun Mingəçevir şəhərində yaşayan xalası oğlu X3 gəldiyindən onunla görüşmək istədiyini demiş və ona Mingəçevir şəhərində qonaqlıq vermək istədiyini demişdir. Ona görə də o, xəstə olduğundan təxminən 1 həftə sonra Bəxtiyarla yaşadığı Qobustan qəsəbəsi ərazisində görüşərək Mingəçevirə gəlmişlər. Təxminən saat 23 radələrində Mingəçevir şəhəri Sərin restoranının yaxınlığında avtomobilidən düşmüş və orada olan kafelərə Racinin orada olubolmamasına baxan zaman kafelərin yaxınlığında yerdə 01 ədəd sellofan büküm olmasını görmüşdür. Həmin bükümü götürüb açanda içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını müəyyən etmişdir. Daha sonra özü istifadə etmək məqsədilə həmin sellofan bükümü əynindəki boz rəngli gödəkcənin sol iç cibinə qoymuş və avtomobilə əyləşərək avtomobillə hərəkətə başlamışdır. “Sərin” restoranının yaxınlığında polis əməkdaşları idarə etdiyi avtomobilə yaxınlaşmışlar. Özlərini təqdim edib onun və Bəxtiyarın narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməmiş və polis şöbəsinə gətirilmişlər. Polis şöbəsinə gəldikdən sonra hər ikisi şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, həmçinin dövlət hesabına müdafiəçi ilə təyin olunma hüququ izah edilmişdir. O da maddi vəziyyəti zəif olduğu üçün dövlət hesabına müdafiəçi ilə təmin olunması üçün ərizə vermişdir. Daha sonra növbədə olan vəkil X5 ona dövlət hesabına müdafiəçi təyin olunmuş və təqdim olunmuşdur. Müdafiəçiyə və cinayət prosesinin digər iştirakçılarına etirazı olmadığını bildirdikdən sonra polis şöbəsinin inzibati binasında NH- nin qarşısında video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli qış gödəkcəsinin sol iç cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümü təqdim etmişdir. Sorğu zamanı həmin bükümün içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni Mingəçevir şəhəri ərazisində dəqiq tanımadığı ərazidə taparaq əldə etdiyini və satış məqsədi olmadığını şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilərək boş zərfdə qablaşdırılmışdır. O da həmin zərfi imzalamışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş və doğruluğunu imzası ilə təsdiqləmişdir. İş materialarında olan iş üzrə tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sol ayağındakı corabın içərisindən 05 ədəd kağız bükümdə ayrıayrılıqda çəkiləri çəkiləri 4,44 qram, 1,34 qram, 1,16 qram, 1,34 qram 1,36 qram olmaqla ümumi çəkisi 9,64 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materialarında olan iş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023cü il tarixli 17/114 saylı rəyinə əsasən: Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar kütlə....” sözləri yazılmış zərfin içərisindəki, 05 (beş) ədəd ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 3,71 qr., 0,84 qr., 0,97 qr., 0,71 qr., 0,84 qr., ümumi təmiz çəkisi - 7,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş - marixuanalardır. Tədqiqata təqdim edilmiş, 05 (beş) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Tədqiqata sərf edlmiş- 0,250 qram, qalıq- 6,82 qram. İş materialarında olan iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 391 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materialarında olan «maddi sübut kimi tanıma haqqında» xx.xx.2023-cüil tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 7,07 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 6,82 qram olan narkotik vasitə-qurudulmuş marixuananın maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materialarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunamamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli yaşayışq yeri haqqında Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda qeydiyyatdadır. İş materialolarınla olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir. İş materiallarından olan Doğum haqqında Şahadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Mirəli və xx.xx.2010-cu təvəllüdlü Zəhra adlı uşaqları var. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini, şahid ifadələrini və digər sənədləri işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların küllü miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 12-ci bəndinə əsasən şəxsi istehlal miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxs istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 3,71 qram, 0,84 qram, 0,97 qram, 0,71 qram 0,84 qram olmaqla 5 ədəd kağız bükümdə olan, ümumilikdə təmiz çəkisi 7,07 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı sol ayağındakı corabın içərisində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 29 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Mingəçevir şəhər, Sahil küçəsində yerləşən “Sərin” restoranının yaxınlığında saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, 30 yanvar 2023-cü il tarixdə saat 00:30 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı sol ayağındakı corabın içərisindən 5 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,71 qram, 0,84 qram, 0,97 qram, 0,71 qram 0,84 qram olmaqla ümumilikdə təmiz çəkisi 7,07 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində az yaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan müvəqqəti saxlama yerindən azad etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyi həmin tarixdə o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Hökmün icrası Bakı şəhəri üzrə Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 35 manat 97 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,82 qram qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 4 gün müddət, ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyrmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Bakı şəhəri üzrə Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Bakı şəhəri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 6,82 qram qurudulmuş marixuana qalığı məhv edilsin. İş üzrə 35 manat 97 qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başaçatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-77/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-77/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver