Məhkəmə qərarları › İş №1(051)-77/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-77/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-77/2024 15.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1979-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 ay vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Mingəçevir şəhəri, «Kür» mehmanxanasında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 7.62 mm kalibrli olmaqla, «TT» (Tula-Tokarev) konstruksiyalı, «DB 1548» nömrəli, keçmiş SSRİ dövlətində «Tula» silah zavodunda 1943-cü ildə zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah hesab olunan 1 (bir) ədəd tapançanı, həmin tapançanın içərisində olan və onun komplekt hissəsi hesab edilən, zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7.62x25 kalibrli patronlar yerləşdirmək, habelə həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı 1 (bir) ədəd sandıqçanı (darağı) və həmin sandıqçanın içərisində olan, 7.62x25 mm kalibrli, «TT» konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatı hesab edilən 2 ədəd və atəşə yararsız döyüş sursatı hesab edilən 6 ədəd patronları xx.xx.2023-cü il tarixdə əynindəki göy rəngli cins şalvarının kəmərinin arxa hissəsində saxlayaraq, üzərində gəzdirmiş, daxil olmuş əməliyyat məlumatı əsasında aparılmış əməliyyat-axtarış tədbirləri zamanı o, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Mingəçevir şəhəri, R.Rza küçəsində yerləşən «Mingəçevir» kafesində olan zaman Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Mingəçevir şəhər polis şöbəsinə aparılıb, növbətçi hissənin qarşısında saat 13:40-dan 14:05-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zaman 7.62 mm kalibrli olmaqla, «TT» (Tula-Tokarev) konstruksiyalı, «DB 1548» nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1943-cü ildə zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah hesab olunan 1 (bir) ədəd tapança, həmin tapançanın içərisində olan və onun komplekt hissəsi hesab edilən, bir ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7.62x25 kalibrli patronlar yerləşdirmək, habelə həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı sandıqça (daraq) və həmin sandıqçanın içərisində olan, 7.62x25 mm kalibrli, «TT» konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş və atəşə yararlı döyüş sursatı hesab edilən 2 ədəd və atəşə yararsız döyüş sursatı hesab edilən 6 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, əvvəllər məhkum olunmuş və 6 aydır ki, vaxtından əvvəl azad olunmuşdur. Xəstəliyi ilə əlaqədar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 10 gün müalicə almışdır. Müalicə kursu bitdikdən sonra o, qohumunun evinə getmişdir. 2-3 gün sonra Şahid1la rastlaşmış və birlikdə yol gedərkən polis əməkdaşları onları tutmuşlar və Polis Şöbəsinə gətirmişlər. PŞ-də ona məlum olmuşdur ki, Azər oğurluq edib. Polis əməkdaşı ona demişdir ki, «odlu silahı boynuna götürməlisən, yoxsa səni ağır maddə ilə göndərəcəyik». O da səhhəti ilə əlaqədar məcbur qalıb razılaşmışdır. 2 gün PŞ-də saxlandıqdan sonra onu «Mingəçevir» kafesinə göndərmişlər və bildirmişlər ki, «sənə zəng vuranda ayaqyoluna keçərsən, səni üzərində silah gəzdirdiyin üçün tutaq». O da dediklərinə əməl etmiş və onu tutub yenidən PŞ-yə aparmışlar. Həmin vaxt onun istifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuş, zəng vuran da polis əməkdaşı Fariz Ruşanov olmuşdur. Onu səhər saat 11 radələrində tutub PŞ-yə gətirmişlər. Onu əvvəl oğurluq üstündə gətirmişlər, 2 gün sonra buraxmışlar ki, tutulmanı silahla tərtib etsinlər. Ağciyərin xərçəngi, şəkər xəstəsi və zobun müalicəsini almışdır. PŞ-də ona təzyiq göstərildiyi üçün məcburiyyət qarşısında qalıb üzərində silahın saxlanmasını etiraf etməli olmuşdur. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O və Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 və Şahid3, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahların dövriyyəsi, saxlaması və gəzdirməsi ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Mingəçevir şəhər, R.Rza küçəsində yerləşən «Mingəçevir» kafesində olan zaman onu görüb, yaxınlaşaraq barəsində qanunsuz olaraq odlu silahların dövriyyəsi, saxlaması və gəzdirməsi barədə polis şöbəsində məlumat olduğu bildirilib, onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə aparılmış və orada onun üzərində dövlət hesabına təyin edilmiş vəkil X1 iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın kəmərinin bel hissəsindən bir ədəd «TT» markalı tapança aşkar edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş bir ədəd «TT» markalı tapançanı 15 il əvvəl Yevlax rayonunda «Kür» çayının sahilindən tapdığını bildirmişdir. Sonra onun üzərindən aşkar edilmiş bir ədəd «TT» markalı silah onun və proses iştirakçılarının iştirakı ilə qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Murad müəllimin şoferi Fariz onları 2023-cü ilin dekabr ayının 2-də şəhərdə tutmuş, 2 sutka saxladıqdan sonra buraxmışdır. Fariz demişdir ki, “onsuz da sizi tutacağıq, boynunuza alın”. Dekabr ayının 6-da Fariz onlara zəng vurub hədə-qorxu gəlmişdir ki, silahı boynuna almasalar, külli miqdarda narkotik vasitə ilə yükləyəcəkdir. Sonra demişdir ki, “gəlin silahla sizi yükləyək az müddətlə, yəni bir il müddətə çıxarsız və bildirmişlər ki, “sizi yükləyəcəyik”. Onlar çəkilişləri sübut edə bilmir, çünki polis əməkdaşları özlərinə lazım olan çəkilişi aparıblar. Onlar ancaq telefon zənglərini sübut edə bilər ki, zəng əsasında onları PŞ-yə gətizdiriblər, silah veriblər və sonra gətirib onları kafeyə düşürdüblər, o, keçib içəridə oturmuşdur, Yusifi isə ayaqyoluna gedən zaman dəhlizdə tutub aparmışlar. Dekabr ayının 6-da Yusifi tutmuşlar, 9-da isə onu tutmuşlar. Onun izahatında yazıblar ki, guya Yusif kafedə ona tapança göstərib, o qorxmuşdur, ancaq 3 gün sonra onu avtomatla tutublar. Tapançadan qorxandırsa, 2 il avtomatı necə saxlamış və sonra da üzərində gəzdirmişdir? Hədə-qorxu və təzyiq nəticəsində o, ibtidai istintaq zamanı yazılmış ifadəyə imza atmışdır. Fariz onun telefonuna zəng vurub çağırıb, bir az aralıda maşında Yusifin kəmərinin altına tapançanı qoymuşlar və 10 dəqiqədən sonra kafenin dəhlizindən Yusifi tutub aparmışlar. Yusifin telefonu yox idi, onun vasitəsi ilə əlaqə saxlayırdılar. Zəng vurdular ki, “gəlin silahı verək”, Fariz silahı verdi, kafenin yaxınlığında maşında silahı verdi. Yusifi apardıqdan sonra kafedə qalmışdır. İbtidai istintaq zamanı izahatında və ifadəsində yazıblar ki, guya kafedə Yusif tapançanı ona göstərəndə o qorxmuş, onluq deyil demişdir, halbuki həmin silahı onun yanında polis əməkdaşı Fariz Yusifin kəmərinin altına qoymuşdur. Əgər o, silahdan qorxursa, 3 gün sonra özü avtomatla niyə tutulur? Fariz ona zəng vururdu, təxminən 50 dəfə, əməliyyatçı Yusifə deyib ki, “silahı etiraf et”, razılaşmayıb. Sonra isə ona şöbənin 3-cü mərtəbəsində təklif etmişlər ki, “silahı etiraf et, yoxsa narkotik vasitəni yükləyəcəyik”. Yusif tutulduqdan sonra dekabr ayının 9-da məhkəmənin qarşısında polis əməkdaşları onunla silahı qəbul etmək üçün danışıqlar aparması kamera çəkilişinə düşübdür. Şahidi var, lakin qohumudur, onun da başının ağrımasını istəmir. Həmin gün ərzində Farizin maşınında olmuşdur, öz evindən maşınında sürüb, sonra isə anasından aeroport çantası istəyib, silah çantaya yerləşdirilib. Sonda məhkəmənin arxasında onu çanta ilə düşürdüb Ağdaşa göndərmişlər və arxasınca gəlib guya onu silahla tutub PŞ-yə gətirmişlər. Həmin vaxt o, ***-***-**-** nömrəli mobil telefondan istifadə edirdi. Telefon Yusifin idi, ancaq nömrə onun olub. Fariz onun nömrəsini bilirdi deyə bu nömrəni yığırdı. Farizin nömrəsi ***-***-**-** yoxsa tərsinədir, dəqiq yadında deyil. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin məhkəməballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/827 nömrəli rəyinin tədqiqat prosesinin təsviri hissəsində 1 (bir) ədəd tapança 7.62 mm kalibrli olmaqla, “TT” (Tula Tokarev) konstruksiyalı, “DB 1548” nömrəli 1943-cü ildə zavod üsulu ilə istehsal edilmiş tapançanın hissə və mexanizmləri yerində olmaqla üzərində zədələr olmaması, düzgün yığılması və hissə mexanizmlərin qarşılıqlı əlaqəyə girməsi qeyd edildiyini, həmçinin təsviri hissədə tapançanın saz vəziyyətdə olması nəzəri baxış zamanı müəyyən edildiyini və rəyin nəticə hissəsində 1 (bir) ədəd tapança 7.62 mm kalibrli olmaqla, “TT” (Tula Tokarev) konstruksiyalı, “DB 1548” nömrəli 1943-cü ildə zavod üsulu ilə istehsal edilmiş tapançanın istifadəyə yararlı olması barədə qeydin texniki səhv olmasını və orada qeyd edilən istifadəyə yararlı, saz vəziyyətdə sözü ilə əvəz edilməli olduğunu bildirmişdir. Bundan başqa verilən suallara cavab olaraq MEM-nin Şəki regional bölməsində texniki şəarit olmadığı üçün ekspertiza keçirilən zaman atəşə yararlılığı müəyyən etmək mümkün olmadığını, silahın, patronların atəşə yararlı anlayışı qeyd edildikdə həmin silahdan və patrondan tirdə atəş açılan zaman silahın və patronun atəşə yararlı olub-olmadığı müəyyən edildiyini, lakin istifadəyə yararlı anlayışının isə ekspert tərəfindən silah, patron və digər döyüş sursatlarına nəzəri baxımdan baxış keçirdib qiymət verilməsini bildirmişdir. Başqa məhkəmə ballistik ekspertizası ilə məhkəmə əlavə ballistik eskpertizalarının rəylərində ziddiyyətlə bağlı istifadəyə yararlı və atəşə yararlı anlayışları eyni məna kəsb etmir, MEM-nin Şəki regional bölməsində texniki şərait (tir) olmadığı üçün təqdim edilmiş 8 ədəd patrona nəzəri, yəni işıqlandırıcı lupa vasitəsi ilə baxış keçirilən zaman həmin patronların hermetikliyinin pozulmaması, pistonun tam, gülləsi gilizə kip oturmuş olması və istifadəyə yararlı olması müəyyən edilmiş, lakin tir olmadığı üçün atəşə yararlı olubolmaması barədə rəy verilməsi mümkün olmamışdır. Məhkəmə, ittihamın qanuni həll edilməsi üçün Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, həmçinin məhkəmə iclası zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətin olmasını nəzərə alaraq, onun ifadələrini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində polis əməkdaşının ona «odlu silahı boynuna götürməlisən, yoxsa səni ağır maddə ilə göndərəcəyik» deməsi, onun da səhhəti ilə əlaqədar məcbur qalıb razılaşması, PŞ-də ona təzyiq göstərildiyi üçün məcburiyyət qarşısında qalıb üzərində silahın saxlanmasını etiraf etməli olması ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs polis əməkdaşının ona «odlu silahı boynuna götürməlisən, yoxsa səni ağır maddə ilə göndərəcəyik» dediyini, onun da səhhəti ilə əlaqədar məcbur qalıb razılaşdığını, PŞ-də ona təzyiq göstərildiyi üçün məcburiyyət qarşısında qalıb üzərində silahın saxlanmasını etiraf etməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki göy rəngli cins şalvarının arxa hissəsində kəmərinin altından 1 (bir) ədəd «TT» markalı tapança 1 ədəd daraq və 8 ədəd patronu ilə birlikdə aşkar edilməsi videoçəkiliş zamanı öz əksini tapmışdır. Təqsirləndirilən şəxs video çəkiliş zamanı heç bir xüsusat üzrə etiraz bildirməmişdir. Bütün bu xüsusatlar isə video diskdə öz əksini tapmışdır. Ondan başqa təqsirləndirilən şəxs məhkəmə istintaqında, həmçinin göstərmişdir ki, ***-***-**-** nömrəli mobil telefonuna Fariz Ruşanov zəng vuraraq, «sənə zəng vuranda ayaqyoluna keçərsən, səni üzərində silah gəzdirdiyin üçün tutaq» demişdir. Həmin xüsusatın müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin həmin vaxt istifadəsinə ollmuş ***-***-**-** GSM nömrəsinə hadisə baş verən tarixlərdə daxil olan və çıxan zənglərə, mesajlara, mesajlarda göndərilən mətnlərə dair məlumatların, həmçinin mobil telefonun olduğu əhatə dairəsinin (dislokasiya yeri), nömrə sahiblərinin adının, soyadının, ünvanı göstərilməklə həmin məlumatlar "xxxx" MMC-dən götürülməsinə dair qərar qəbul edilmişdir. "xxxx" MMC-dən götürülmüş məlumatlarda təqsirləndirilən şəxsə həmin tarixlərdə gələn zənglərdə mobil nömrə sahiblərinin adları və soyadları sırasında Fariz Ruşanovun adı öz əksini tapmamışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin məcburiyyətdən hazırki ittihamla razılaşması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin məhkəmə istintaqında təkzib olunan hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə, həmçinin ittihamın qanuni həll edilməsi üçün şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı və məhkəmə iclası zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətin olmasını nəzərə alaraq, onun ifadələrini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, şahidin məhkəmə istintaqında verdiyi ifadəsində dekabr ayının 6-da Farizin onlara zəng vurması, hədə-qorxu gəlməsi, silahı boynuna almasalar, külli miqdarda narkotik vasitə ilə yükləyəcəyini bildirməsi, hədəqorxu və təzyiq nəticəsində ibtidai istintaq zamanı yazılmış ifadəyə imza atması ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, "xxxx" MMC-dən götürülmüş məlumatlarda təqsirləndirilən şəxsə həmin tarixlərdə gələn zənglərdə mobil nömrə sahiblərinin adları və soyadları sırasında Fariz Ruşanovun adı öz əksini tapmamışdır. Həmçinin Şahid1 özü də təqsirləndirilən şəxsdir, eyni cəzaçəkmə müəssisəsində cəza çəkirlər. İctimai qınaqdan çəkindiyi üçün məhkəmə iclası zamanı məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə zidd ifadə vermişdir. Ona görə də məhkəmə Şahid1 məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2023–cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynindəki göy rəngli cins şalvarının arxa hissəsində kəmərinin altından 1 (bir) ədəd «TT» markalı tapança 1 ədəd daraq və 8 ədəd patronu ilə birlikdə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/827 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd tapança 7.62 mm kalibrli olmaqla, “TT” (Tula-Tokarev) konstruksiyalı, “DB 1548” nömrəli 1943-cü ildə zavod üsulu ilə istehsal edilmiş tapançadır, yivli-odlu döyüş silahıdır, istifadəyə yararlıdır. - Tədqiqata təqdim edilmiş 8 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli, “TT” konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapançapulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə yararlıdır. - Təqdim edilmiş bir ədəd predmet 08 ədəd 7.62 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış «TT» konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır (daraqdır), istifadəyə yararlıdır. - MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “silah təqdim edilən vəziyyətdə atəşə-istifadəyə yararlıdırmı?” suallarını cavablandırmaq mümkün olmadı. İşdə olan məhkəmə əlavə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/1199 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd DB-1548 nömrəli silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1943-cü ildə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7.62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. - Tədqiqata təqdim edilmiş 08 ədəd patron zavod üsulu ilə keçmiş SSR dövlətində istehsal olunmuş 7.62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronudur, döyüş sursatıdılar. Lakin yuxarıda göstərilən səbəbdən tədqiqata təqdim edilmiş 08 ədəd 7.62x25 mm kalibrli patronlardan, 06 ədədi hal-hazırda atəş üçün yararsızdırlar. Digər 02 ədəd 7.62x25 mm kalibrli patron isə təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. - Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7.62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. - Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, təqdim edilmiş 01 ədəd 7.62 mm kalibrli, DB-1548 nömrəli “TT” Tokarev konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “Güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd 7.62 mm kalibrli olmaqla, “TT” (Tula-Tokarev) konstruksiyalı, “DB 1548” nömrəli keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1943-cü ildə zavod üsulu ilə istehsal edilmiş texniki cəhətdən saz, atəş üçün və yivli-odlu istifadəyə yaralı bir ədəd tapança, həmin tapançanın içərisində bir ədəd 7.62x25 kalibrli patron tutumuna malik olan zavod üsulu ilə hazırlanmış «TT» konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı sandıqça (daraqça) və 6 ədəd 7.62x25 mm kalibrli, «TT» konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş patronlar və 2 ədəd giliz maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Texniki təminat Baş silah-sursat anbarına təhvil verilməsi məqsədilə saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 120 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə xbt-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərinə cavab verə bilmək, onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə xbt-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, qeyd olunan cinayəti törədən vaxt, yəni xx.xx.2023-cü il tarixdə anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd 7.62 mm kalibrli olmaqla, “TT” (Tula-Tokarev) konstruksiyalı, “DB 1548” nömrəli keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1943-cü ildə zavod üsulu ilə istehsal edilmiş texniki cəhətdən saz, atəş üçün və yivli-odlu istifadəyə yaralı bir ədəd tapança, həmin tapançanın içərisində bir ədəd 7.62x25 kalibrli patron tutumuna malik olan zavod üsulu ilə hazırlanmış «TT» konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı sandıqça (daraqça) və 6 ədəd 7.62x25 mm kalibrli, «TT» konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş patronlar və 2 ədəd giliz maddi sübut kimi tanınması və saxlanca verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 229-cu maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 34.2, 228.1 və 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(091)-116/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, cəzasının başlanğıcı xx.xx.2017-ci il tarixdən hesablanmaqla, 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 ay vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda 7.62 mm kalibrli olmaqla, «TT» (Tula- Tokarev) konstruksiyalı, «DB 1548» nömrəli, keçmiş SSRİ dövlətində «Tula» silah zavodunda 1943-cü ildə zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah hesab olunan 1 (bir) ədəd tapançanı, həmin tapançanın içərisində olan və onun komplekt hissəsi hesab edilən, zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7.62x25 kalibrli patronlar yerləşdirmək, habelə həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı 1 (bir) ədəd sandıqçanı (darağı) və həmin sandıqçanın içərisində olan, 7.62x25 mm kalibrli, «TT» konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatı hesab edilən 2 ədəd patronları əldə edərək saxlayıb üzərində gəzdirməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını xx.xx.2023-cü il tarixdə əynindəki göy rəngli cins şalvarının kəmərinin arxa hissəsində saxlayaraq, üzərində gəzdirmiş, həmin tarixdə Mingəçevir şəhər polis şöbəsinin növbətçi hissənin qarşısında saat 13:40-dan 14:05-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zaman 7.62 mm kalibrli olmaqla, «TT» (Tula-Tokarev) konstruksiyalı, «DB 1548» nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1943-cü ildə zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah hesab olunan 1 (bir) ədəd tapança, həmin tapançanın içərisində olan və onun komplekt hissəsi hesab edilən, bir ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7.62x25 kalibrli patronlar yerləşdirmək, habelə həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı sandıqça (daraq) və həmin sandıqçanın içərisində olan, 7.62x25 mm kalibrli, «TT» konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapançapulemyotlarda və yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş və atəşə yararlı döyüş sursatı hesab edilən 2 ədəd və atəşə yararsız döyüş sursatı hesab edilən 6 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək, belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etməsi, başqasına verməsi, satması, saxlaması, daşıması və ya gəzdirməsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, xəstə olmasını, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan 5 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 5 saylı MİS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisə tərəfindən Mingəçevir ŞPŞ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, 1979-cu il təvəllüdlü həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı istintaq təcridxanasından “Şəkərli diabet İİ tip insulindən aslı, ağır forma” diaqnozu ilə Müalicə müəssisəsinə köçürülmüşdür. O, klinik, laborator, instrumental müayinələrdən keçirilmişdir. Döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi zamanı ağciyərdə onkoloji prosesə xas əlamət izlənilmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 93.1.4-cü maddələri təqsirli bilinərək, 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, xx.xx.2023-cü il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 ay vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən, xx.xx.2023-cü il tarixdə qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023– cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni xx.xx.2023–cü il tarixdən hesablanmışdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 dekabr 2023–cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırkı cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, 01 ədəd 7.62 mm kalibrli olmaqla, “TT” (Tula-Tokarev) konstruksiyalı, “DB 1548” nömrəli keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1943-cü ildə zavod üsulu ilə istehsal edilmiş texniki cəhətdən saz, atəş üçün və yivli-odlu istifadəyə yaralı bir ədəd tapança, həmin tapançanın içərisində bir ədəd 7.62x25 kalibrli patron tutumuna malik olan zavod üsulu ilə hazırlanmış «TT» konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı sandıqça (daraqça) və 6 ədəd 7.62x25 mm kalibrli, «TT» konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş atəşə yararsız patronlar və 2 ədəd giliz Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Təchizat İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən məhkəmə-ballistik ekspertiza tədqiqatının dəyəri olan 30 manat 60 qəpik məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Mingəçevir ŞPŞ-yə məsul saxlanca verilmiş, 01 ədəd 7.62 mm kalibrli olmaqla, “TT” (Tula-Tokarev) konstruksiyalı, “DB 1548” nömrəli keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1943-cü ildə zavod üsulu ilə istehsal edilmiş texniki cəhətdən saz, atəş üçün və yivli-odlu istifadəyə yaralı bir ədəd tapança, həmin tapançanın içərisində bir ədəd 7.62x25 kalibrli patron tutumuna malik olan zavod üsulu ilə hazırlanmış «TT» konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı sandıqça (daraqça) və 6 ədəd 7.62x25 mm kalibrli, «TT» konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş atəşə yararsız patronlar və 2 ədəd giliz Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 60 (altmış) qəpik məbləğində məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar