Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-77/2025 25.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, 28 iyun 2005-ci il tarixli "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunun 2-ci siyahısının 115-ci bəndinə əsasən psixotrop madda metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni təmiz çəkisi 0,279 qram olan psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış, 29 sentyabr 2024-cü il tarixdə saat 01 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 76 saylı binanın yaxınlığında sərnişin olaraq əyləşdiyi Şahid1 idarə etdiyi “Hundai Elantra” markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili saxlanılaraq həmin yerdə saat 01:30-dan 02:23-dək olan müddət ərzində Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən üzəri yoxlanılarkən əynindəki qara rəngli donun sağ yan cibində sellofan bükümdə təmiz çəkisi 0,279 qram olan yəni xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 01 radələrində Mingəçevir şəhəri ərazisində yerləşən “Qafqaz” mağazasının qarşısı ilə təkcə piyada hərəkət edən zaman yerdən 1 büküm tapmışdır. Həmin bükümü açarkən içərisində olan olan kütlənin psixotrop maddə metamfetamin olmasını aşkar etmişdir. Bundan təxminən yarım saat sonra qeyri-rəsmi münasibətdə olduğu Müşfiq Abdullayev mobil telefon vasitəsilə zəng vuraraq, ondan harada olduğunu soruşanda Mingəçevir Şəhər Bələdiyyəsinin qarşısında taksidə olduğunu bildirmişdir. Müşfiq Abdullayev isə gözləməsini və birlikdə evə gedəcəklərini bildirmişdir. Bundan sonra X1rşısına gələrək, onu götürüb əvvəllər tanıdığı taksi sürücüsü olan Şahid1 idarə etdiyi Hyundai Elantra markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları evə getmək məqsədilə yola düşən zaman xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 76 saylı binanın arxasında yerləşən avtomobil yolunda onların içərisində olduğu avtomobili DYPB-nin əməkdaşları saxlamışlar. Daha sonra isə CAB-ın polis əməkdaşları gəlmişlər. Daha sonra isə polis əməkdaşları avtomobili və onların üzərini yoxlamışlar. Sonradan ona məlum olub ki, X4 şəhər Gəncə şosesində yerləşən Dəmiryol Vağzalının yanından götürüb avtomobilə qoyduğu sellofan torbada olan marixuananı və həmin kütləyə birləşdirilmiş ağ rəngli sellofan kəsiyində psixotrop maddə metamfetaminə bənzər kütləni avtomobilin qabaq sağ ayaq altlığının üzərindən aşkar edilmişdir. Daha sonra isə onun üzəri yoxlanılan zaman Müşfiq Abdullayevin taksi sürücüsü Şahid1 üzərindən qanunla qadağan olunmuş heç bir əşya və ya kütlə aşkar edilməsə də onun əynindəki donun cibindən 1 ədəd sellofan kəsiyində psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra həmin 01 ədəd sellofan torbada olan marixuana elektron tərəzidə çəkilən zaman həmin kütlənin ümumi çəkisi 860 qram, həmin kütləyə birləşdirilmiş ağ rəngli sellofan kəsiyində olan metamfetamin çəkilərkən ümumi çəkisi 2,90 qram, onun əynindəki donun cibindən aşkar edilərək götürülmüş metamfetamin çəkilərkən həmin kütlənin də ümumi çəkisi 0,35 qram olması müəyyən olunmuşdur. Həmin kütlələr qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Bütün proseslər kameraya çəkilmişdir. Yoxlama keçirilməsinə dair protokol tərtib olunmuş, o və polis əməkdaşları protokola imza etmişlər. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini taparaq əldə etmiş, onu satın almamış, satış məqsədi olmadan öz istifadəsi üçün üzərində saxlayaraq daşımışdır. X9 Elantra markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 məxsus olan avtomobillə Mingəçevir şəhəri, Gəncə şosesindən yerləşən Dəmiryolu vağzalının yaxınlığından narkotik vasitə marixuana və metamfetamin götürəcəyindən məlumatı olmamışdır. Saxlanıldığı andan etibarən cibinə narkotik vasitə qoyulduğunu bildirib etiraz etməsi DVD diskə baxış protokolundan görünsə də həmin vaxt məsuliyyətə cəlb olunmaqdan qorxduğu üçün etiraz etmişdir. Müşfiq Abdullayev ilə qeyri-rəsmi yaşasa da onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından habelə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etməsindən məlumatı olmamış, onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə hər hansı məlumatı olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində polis mayoru xüsusi rütbəsində xidmət edən Şahid5 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. Bildirmişdir ki, 28 sentyabr 2024-cü il tarixdə məxfi əməkdaşdan daxil olmuş əməliyyat məlumatında Mingəçevir şəhər sakini əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluğu olan X3 qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana əldə edərək saxlayaraq daşıması bildirilmişdir. Həmin məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2024-cü il tarixdə saat 01 radələrində polis əməkdaşları və o, X5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri, H.Əliyev prospektində 76 saylı binanın yaxınlığında sərnişin olaraq əyləşdiyi Şahid1 idarə etdiyi “Hundai” markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlatmışlar. Həmin vaxt sürücü Şahid1, sağ qabaq oturacaqda sərnişin olaraq əyləşmiş X6 və arxa oturacaqda sərnişin olaraq əyləşmiş Təqsirləndirilən şəxs onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib üzərində və nəqliyyat vasitəsində yoxlanış aparılacağını bildirmişlər. Şahid1 üzərinə və ona məxsus nəqliyyat vasitəsinə yoxlama keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra ilk olaraq sürücü Şahid1 üzərinə yoxlanış keçirmişlər, Şahid1 üzərindən qanunla qadağan olunmuş hər hansı əşya predmet aşkar edilməmişdir. Bundan sonra Şahid1 və Müşfiq Abdullayevin iştirakları ilə nəqliyyat vasitəsinə yoxlanış keçirilmiş, yoxlama zamanı avtomobilin içərisinə daxil olanda surətlər qutusunun qarşısında bir ədəd “Redmi” markalı mobil telefon aşkar olunmuş və soruşulduqda həmin mobil telefon Müşfiq Abdullayevə məxsus olması müəyyən edilmişdir. Daha sonra nəqliyyat vasitəsinin sağ qabaq oturacağının altında bir ədəd sellofan bağlama aşkar olunmuşdur. Həmin sellofan bağlamaya baxış zamanı içərisində narkotik vasitə qurudulmuş marixuana olması və sellofanın üzərinə əlavə sellofan büküm yapışdırılması aşkar olunmuşdur. Həmin kiçik ölçülü bükümün içərisində olan kütlə psixotrop maddə metamfetamin olması müəyyən edilmiş və elektron tərəzidə çəkiləri çəkilmişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan büküm bükümlə birlikdə ümumi çəkisi 860 qram, içərisində psixotrop maddə metamfetamin olan kiçik ölçülü bükümün çəkisi sellofanla birlikdə ümumi çəkisi 2,90 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr Müşfiq Abdullayev və Şahid1 müşahidəsi altında videoçəkilişlə hər biri ayrıca qablaşdırılaraq götürülmüşdür. Daha sonra digər şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs özünü məsuliyyətdən yayındırmaq məqsədilə üzərində narkotik vasitə olmamasını bildirib guya cibinə polis əməkdaşları tərəfindən qoyulmasını bildirib səs-küy salaraq mane olmaq istəsə də onun da üzərinə yoxlama keçirilmiş və həmin vaxt əynində olan paltarının sağ yan cibindən bir ədəd bükümdə içərisində psixotrop maddə metamfetamin aşkar olunmuş, həmin kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,35 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə boş zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Şahid1, Müşfiq Abdullayev və Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Yoxlama keçirilməsinə dair protokol tərtib olunaraq ucadan oxunmuş və polis əməkdaşları ilə yanaşı Şahid1, Müşfiq Abdullayev və Təqsirləndirilən şəxs tərəfindən protokol imzalanmışdır. Daha sonra prosessual araşdırma aparılması üçün raportla təhqiqat bölməsinə verilmişdir. Bundan sonra TB-nin təhqiqatçısı polis kapitanı Elgün Abbasov tərəfindən videoçəkilişlə şübhəli şəxslər Müşfiq Abdullayev və onun müdafiəçisi Cianşa Ömərov, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Fəzail Hacıyevin iştirakları ilə ondan maddi sübutlar olan iki ədəd zərfi və bir ədəd qablaşdırma baxış və götürmə protokolu təhvil almışdır. X5 və Təqsirləndirilən şəxs əvvəllər tanımış, onlarla arasında əvvəllər hər hansı ədavət və ya düşməçilik olmamışdır. Əməliyyat tədbiri keçirilərkən şübhəli şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilsə də həmin vaxt avtomobildən aşkar olunmuş narkotik vasitənin və üzərinə yapşdırılmış olan psixotrop maddənin Müşfiq Abdullayevə məxsus olmasını öyrəndikləri üçün habelə tədbir keçirilməyə başlandığı andan Təqsirləndirilən şəxsnm səs-küy salaraq mane olmağa çalışdığına görə Müşfiq Abdullayevin üzərinə yoxlama keçirilməsi diqqətdən kənarda qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid7, Şahid8 və Şahid6 da Şahid5 ilə eyni məzmunlu ifadə vermişlər. Şahid2, Şahid3, Şahid9 və Şahid10 məhkəmə iclasında iştirak etmədiyindən ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmiş və digər şahidlər ilə eyni məzmunlu ifadə verdikləri müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilən zaman onun əynindəki qara rəngli paltarın sağ cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür (i.v. 12-14). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 05:00-dan tutulmuş hesab edilmişdir (i.v. 39). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/794 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş psixotrop maddə...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd kağıza bükülmüş sellofan bükümdə təmiz çəkisi 0,279 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (i.v. 59-60). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (i.v. 122-123). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 140-141). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 142-143). xx.xx.2024-cü il tarixli, 2237 saylı Mingəçevir Şəhər rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş arayışa əsasən Əhmədova X7 Şəhər rayonlararası Narkoloji Dispanserin narkoloji qeydiyyatında yoxdur (i.v. 158). xx.xx.2024-cü il tarixli 1421 nömrəli arayışa əsasən Əhmədova X7 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir (i.v. 159). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə BMCMİ İTİ tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1, 243.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 03 il şərti sınaq müddəti tətbiq edilməklə 03 il 06 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.2024-cü il tarixdə cəzası bitmiş və qeydiyyatdan çıxarılmışdır (i.v. 209-210). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, № 1823 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (i.v. 211). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 0,229 qram olan psixotrop maddə - metamfetamin maddi sübut qismində tanınmış və saxlanılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinin saxlancına təhvil verilmişdir (i.v. 213). xx.xx.2025-ci il tarixli xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur (i.v. 215). xx.xx.2025-ci il tarixli 16 saylı arayışa əsasən Əhmədova X7 şəhəri, M.Maqomayev prospekti, ev 6, mənzil 62 ünvanında yaşamır, mənzil satılmışdır (i.v. 216). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 0,229 qram olan psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınaraq saxlanca verilmiş, təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/794 №li və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1823 №li rəyləri, 2 ədəd diskin sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 232-239). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 107,91 (bir yüz yeddi manat doxsan bir qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 0,229 qram olan psixotrop maddə - metamfetamin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər tutulmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,229 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 107,91 (bir yüz yeddi manat doxsan bir qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-77/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-77/2025
25.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver