Məhkəmə qərarları › İş №1(051)-78/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-78/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-78/2020 05.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 ay 7 günündən şərti olaraq vaxtından əvvəl azadedilmiş, məhkumluğu götürülməmiş və ya ödənilməmiş, ünvan 1 mənzil 54 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxsMingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2019cu il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 2 ay 7 gün müddətinə vaxtından əvvəl şərti azad olunduqdan sonra islah olunmayaraq satış məqsədi olmadan, qanunsuz olaraq 2 (iki) ədəd qırmızı gümüşü rəngli kağız bükümlərin içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkiləri ayrı-ayrılıqda 0,801 qram və 0,523 qram olmaqla ümumi təmiz çəkisi 1,324 qram olan narkotik vasitə heroini və bir ədəd qırmızı-gümüşü kağız bükümün içərisində təmiz çəkisi 0,166 qram olan psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 21:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4/1 saylı binanın qarşısında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –heroin və psixotrop maddə metamfetomin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin MSYdə onun əynində olan boz rəngli şalvarın arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsməhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı Mingəçevir şəhəri, Ə.Vahid küçəsi 4/1 saylı binanın arxa tərəfində yerləşən uşaq bağçasının ətrafında piyada gəzən zaman təsadüfən yerdən bir ədəd sellofana bükülmüş büküm tapmışdır. Maraqlı gəldiyi üçün həmin bükümü açıb içərisinə baxan zaman içərisində 3 ədəd siqaretin qırmızı kağızına bükülmüş olmasını görmüşdür. Daha sonra bir bir həmin bükümlərin içərisinə açıb baxmış və 2 ədəd siqaretin qırmızı kağızına bükülmüş bükümlərin içərisində narkotik vasitə heroinə oxşar kütlələrin, digər siqaretin qırmızı kağızına bükülmüş bükümün içərisindəkinin isə psixotrop kütlənin olmasını bilmişdir. Özü də narkotik vasitə istifadəçisi olduğu üçün içərisində heroin və metamfetamin olan hər üç siqaretin qırmızı kağızına bükülmüş bükümləri əynindəki boz rəngli şalvarın arxa sol cibinə qoyub saxlamışdır. Həmin gün saat 12 radələrində özündə olan unsilin şprisi ilə üzərində saxladığı narkotik vasitə heroinin bir hissəsini istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 21:40 radələrində yaşadığı Mingəçevir şəhəri, Ə.Vahid küçəsi 4/1 saylı binanın qarşısında dayanan zaman ona 3 nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil Müdafiəçi iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə varsa könüllü olaraq çıxarıb etsin. O isə əynindəki tünd qara rəngli gödəkçənin sol cibindən bir ədəd pul kisəsi, bir ədəd alışqan və bir ədəd Arqo markalı siqaret, əynindəki boz rəngli şalvarın qabaq sağ cibindən bir ədəd unsilin şprisi, şalvarın arxa sol cibindən isə 3 ədəd siqaretin qırmızı kağızına bükülmüş bükümləri könüllü surətdə təqdim etmişdir. Təqdim edilən 3 ədəd siqaretin qırmızı kağızına bükülmüş bükümlər açılarkən 2 bükümün içərisində tünd qəhvəyi rəngli, toz şəkilində, spesifik iyli narkotik vasitə heroinə bənzər kütlələr, digər bükümün içərisində isə ağ rəngli, toz şəklində psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş 3 ədəd bükümün ikisinin içərisində olan kütlələrin narkotik vasitə heroin, digər bükümün içərisindəki kütlənin isə psixotrop maddə metamfetamin olduğunu, həmin bükümləri xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı Mingəçevir şəhəri, Ə.Vahid küçəsi 4/1 saylı binanın arxa tərəfində yerləşən uşaq bağçasının ətrafında piyada gəzən zaman təsadüfən yerdən bir ədəd sellofan torbanın içərisində tapdığını, daha sonra narkotik vasitələri tanıdığı üçün özünün istifadəsi üçün içərisində narkotik vasitə heroin və psixotrop maddə olan bükümləri əynində olan boz rəngli şalvarın arxa sol cibinə qoyub saxlamışdır. Üzərindən aşkar olunmuş kütlələr onun və vəkili Müdafiəçi iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroin olan iki ədəd siqaretin qırmızı kağızına bükülmüş bükümlərin ayrı-ayrılıqda ümumi çəkiləri 0,74 qram və 1,04 qram olmuşdur. İçərində psixotrop maddə metamfetamin olan bir ədəd siqaretin qırmızı kağızına bükülmüş bükümün isə ümumi çəkisi 0,49 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin kütlələr onun və digərlərinin iştirakı ilə zərfləşdirilərək möhürlənmiş və zərflərin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona cəza təyin edilərkən səmimi peşimanlığının nəzərə alınmasını xahiş etdi. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Bildirmişdir ki, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatlar əsasında tərəfindən Təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işi açılmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etmək məqsədilə “vətəndaşların sorğusu” əməliyyat-axtarış tədbiri keçirilməsi barədə tərəfindən müvafiq qərar qərar qəbul edilmiş və həmin qərar Mingəçevir şəhər polis şöbəsinin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 21:40 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Mingəçevir ŞPŞ-in CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4/1 saylı binanın qarşısında dayanan zaman görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Əhmədov X1 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil Müdafiəçi dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın qabaq sağ cibindən 1 ədəd unsilin şprisi, şalvarın arxa sol cibindən isə 3 ədəd siqaretin qırmızı kağızına bükülmüş bükümləri çıxarıb stolun üzərinə qoymuşdur. Həmin 3 ədəd siqaretin qırmızı kağızına bükülmüş bükümlər Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən iki bükümün içərisində heroinə oxşar narkotik vasitə olan kütlə, digər bükümün içərisində isə psixotrop maddə olan metamfetamin olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlələrin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkilmişdir. Həmin iki ədəd içərisində heroin olan bükümlərin qırmızı rəngli kağız ilə birlikdə ayrıayrılıqda çəkiləri 0,74 qram və 1,04 qram olmuşdur. İçərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan bükümün isə qırmızı rəngli kağız ilə birlikdə çəkisi 0,49 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 2 (iki) ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş bükümlərdə olan kütlələrin heroin, üçüncü bükümdə olan kütlənin isə psixotrop maddə metamfetamin olduğunu, həmin heroini və metamfetamini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitə heroini və metamfetamini xx.xx.2020-ci il tarixdə saat 11 radələrində yaşadığı Mingəçevir şəhəri, Ə.Vahid küçəsi 4/1 saylı binanın arxa tərəfində yerləşən uşaq bağçasının ətrafında piyada gəzərkən yerdən taparaq üzərində saxladığını bildirmişdir. Şahid3 teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə tərtib edilmiş 24.01 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan boz rəngli şalvarın arxa sol cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 2(iki) ədəd qırmızı gümüşü rəngli kağız bükümlər və içərisində psixotrop maddə metafetominə oxşar kütlə olan bir ədəd qırmızı-gümüşü rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan boz rəngli şalvarın arxa sol cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 2(iki) ədəd qırmızı gümüşü rəngli kağız bükümlər və içərisində psixotrop maddə metafetominə oxşar kütlə olan bir ədəd qırmızı-gümüşü rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 37 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş.....maddələr....” sözləri yazılmış və imzalar olan bir ədəd zərfin içərisindəki: -02 (iki) ədəd qırmızı-gümüşü rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,801 qram və 0,523 qram, ümumi təmiz çəkisi 1,324 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. -digər 01 (bir) ədəd qırmızı-gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,166 qram olan maddə psixotrop maddələrin siyahısına daxil olan – metamfetamindir. - 01 ədəd 1 ml-lik şprisdə cüzi miqdarda olam maddə hissəcikləri narkotik vasitə heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş 02 ədəd qırmızı-gümüşü rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd şprisdəki heroin hissəcikləri cüzi miqdarda olduğuna görə onun 02 ədəd qırmızı-gümüşü rəngli kağız bükümlərdəki heroinlər ilə eynitərkibli olub-olmadığını müəyyən etmək üçün müqayisəli tədqiqatı aparmaq mümkün olmadı. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 436 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün ifadəsi, şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsəməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökümün surətindən görünür ki, Əhmədov X1 şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 ay 7 günündən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəstən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Məhkəməyuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərəalaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 4(051)-12/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 mənzil 54-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci ildən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur və yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut, tədqiqata sərf edildikdən sonra qalan 0,751 qram heroin, 0,473 qram heroin və 0,116 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza xərcləri 71,94 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 126 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxx 2020-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,751 qram heroin, 0,473 qram heroin və 0,116 qram metamfetamin qalığı məhv edilsin. İş üzrə 71,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 126 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar