Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-78/2021 23.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 , Təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi2 oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs1 xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Mingəçevir şəhəri H.Əliyev küçəsi 74/1 №li evin 19 №li mənzilində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının CM-in 228.1, 234.1 və 234.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 xx.xx.1997-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri H.Əliyev prospekti 78 №li evin 8 №li mənzilində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında, baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 24 dekabr 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 ədəd siqaretin gümüşü kağız bükümünün içərisindəki 2 ədəd siqaretin gümüşü kağız bükümlərində olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini üzərində gizlədib saxlayaraq özü ilə daşıyıb yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 74/1 №-li evin yaxınlığına gətirib, 24 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 74/1 №-li evin yaxınlığında həmin psixotrop maddəmetamfetamindən bir ədəd siqaretin gümüşü kağız bükümündə təmiz çəkisi 0,291 qram olan hissəsini Təqsirləndirilən şəxs2 5 manata qanunsuz olaraq satıb Təqsirləndirilən şəxs2 əldə etdiyi 1 ədəd C 26961615 seriyalı 5 manatlıq əskinası əynindəki qara rəngli pencəyin sol iç cibində, bir ədəd siqaretin gümüşü kağız bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,197 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini isə satış məqsədi olmadan əynindəki pencəyin sağ yan cibində gizlədib qanunsuz olaraq saxlayaraq daşımış, 24 dekabr 2020ci il tarixdə saat 20:40-da Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospekti 74/l№-li evin yaxınlığında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə olan narkotik vasitə heroin və 1 ədəd C 26961615 seriyalı 5 manatlıq əskinas ondan aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 2020-ci ilin yay aylarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 5,45mm kalibrli olmaqla həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda “RPK-74” əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronu özü ilə daşıyıb yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospketi 74/l№-li evin 17 №-li mənzilinə aparıb mənzilin qonaq otağındakı dolabın rəfində gizlədərək saxlamış və 24 dekabr 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı mənzilə baxış keçirilərkən həmin həmin döyüş sursatı hesab edilən 5,45 mm kalibrli patron Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən mənzilin qonaq otağındakı dolabın rəfindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 oğlu 24.12.2020-ci il tarixdə saat 17:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 74/l№-li yaşayış binasının yaxınlığında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 5 (beş) manata alıb qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümündə təmiz çəkisi 0,291 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə-metafetamini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli paltonun sol iç cibində gizlədib saxlayaraq daşımış və həmin gün Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 21:00 radələrində Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə psixotrop maddəmetafetamin onun əynində olan qara rəngli paltonun sol iç cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 24.12.2020-ci il tarixdə saat 12:00 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən Dostluq parkından keçərkən yerdə bir ədəd siqaretin gümüşü kağız bükümünü görüb həmin bükümü yerdən götürüb açıb baxdıqda içərisində 2 büküm, həmin bükümlərin birinin içərisindəkinin ağ rəngli digərinin içərisindəkinin isə qəhvəyi rəngli kristallik maddələr olduğunu gördü. Özü də narkotik vasitələrdən istifadə etdiyi üçün tapdığı maddələrin narkotik vasitə olduğunu tanıdı. Həmin narkotik vasitələri əynində olan pencəyin sağ yan cibində gizlədərək saxladı. 24.12.2020-ci il tarixdə saat 16 radələrində yaşadığı binanın yaxınlığında olarkən əvvəlcədən tanıdığı Royalla görüşdü. Söhbət zamanı Röyal ondan narkotik vasitə istədi. O da Röyala narkotik vasitə tapa biləcəyini dedi. Royaldan aralaşdıqdan sonra tapdığı siqaretin gümüşü kağız bükümündə olan narkotik vasitənin bir hissəsini ayırıb ayrıca siqaretin gümüşü kağız bükümünə bükdü ki, 5 manat müqabilində Röyala satar. Qalan hissəsinin isə siqaretin gümüşü kağız bükümündə özünə məxsus mobil telefonun qapağının altında gizlətdi. Digər narkotik vasitəni isə əynindəki pencəyin sağ yan cibində gizlədərək saxladı. Saat təxminən 17:00 radələrində Röyal öz istifadəsində olan mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng etdi. O da Röyala yaşadığı Mingəçevir şəhəri H.Əliyev küçəsi 74/1 saylı binanın yaxınlığında görüşməyi təklif etdi. Bir qədər sonra yaşadığı binanın yaxınlığında Royalla görüşdü və o, Royaldan bir ədəd 5 manatlıq əskinası alıb əvəzində 1 ədəd siqaretin gümüşü kağız bükümündə olan narkotik vasitəni verdi. 24.12.2020-ci il tarixdə saat təxminən 20:00 radələrində yaşadığı Mingəçevir şəhəri H.Əliyev küçəsi 74/1 saylı yaşayış binasının yaxınlığında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirirərək onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirdilər. O da etiraz etmədi. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olundu ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O da əynində olan pencəyin cibindən bir ədəd içərisində narkotik vasitə olan siqaretin gümüşü kağız bükümünü, sol yan cibindən bir ədəd mobil telefonu, bir ədəd plastik kartı, bir ədəd açarı, bir ədəd siqaret qutusunu, bir ədəd alışqan, pencəyin sol iç cibindən bir ədəd limon duzu, bir ədəd şpris, bir ədəd şüşə qab, iki ədəd 5 manatlıq əskinası, 3 ədəd 1 manatlıq əskinası, çıxarıb könüllü təqdim etdi və üzərində digər hər hansı əşya olmadığını bildirdi. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirildi, lakin üzərindən hər hansı əşya aşkar olunmadı. Təqdim etdiyi mobil telefonun arxa qapağı açılıb baxılarkən qapağın alt hissəsində gizlədərək saxladığı bir ədəd siqaretin gümüşü kağız bükümündə olan narkotik vasitə də oradan aşkar edildi. Bundan başqa 2020-ci ilin yay aylarında Mingəçevir şəhərinin Samux küçəsindən keçərkən yerdən 1 ədəd avtomat patronu tapdı. Saxlamaq məqsədi ilə patronu yaşadığı mənzilə gətirib mənzildəki qonaq otağındakı dolabın rəfində gizlədərək saxlamışdı. Patronu saxlamaqda məqsədi istifadə etmək olmayıbdır. Həmin patronu suvenir kimi saxlamışdı. Patronu tapmağı və saxlamağı barədə heç kəsin məlumatı olmayıbdır. Əməlindən peşimandır. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 24 dekabr 2020-ci il tarixdə günorta saatlarında o, Elxanla yaşadıqları evin yaxınlığında görüşərkən ondan narkotik vasitə istədi. Elxan da ona narkotik vasitə tapa biləcəyini dedi. Saat 16:00 radələrində o, istifadəsində olan mobil telefon nömrəsindən Elxanın istifadəsində olan mobil telefon nömrəsinə zəng etdi, söhbət zamanı Elxan ona narkotik vasitə verə biləcəyini bunun müqabilində ondan 5 manat pul istədi. O razılaşdı. Bir qədər sonra yaşadığı evin yaxınlığında Elxanla görüşdü, 5 manat pul verib Elxandan bir ədəd siqaretin gümüşü kağız bükümünə bükülmüş vəziyyətdə olan narkotik vasitəni aldı. Həmin narkotik vasitəni əynində olan qara rəngli paltonun sol iç cibində gizlətdi. 24.12.2020-ci il tarixdə saat 20:00 radələrində Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən “5+Market”-in yaxınlığı ilə gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirdilər, o da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olundu. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirildi. O da əynindəki qara rəngli paltonun sol iç cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd siqaretin gümüşü kağız bükümündə olan narkotik vasitəni, bir qutu siqareti, bir ədəd alışqanı, əynindəki şalvarın arxa sağ cibindən isə bir ədəd 5 manatlıq əskinası çıxarıb polis əməkdaşlarına təqdim etdi. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirildi. Onun üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilmədi. Aşkar edilmiş kütlə aptek tərəzisində çəkib götürdü. Əməlindən peşimandır. Şahid1 oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24.12.2020-ci il tarixdə saat 20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2, Şahid3 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən “5+market”-in yaxınlığında görüb yaxınlaşaraq onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. X4 Əhmədliyə narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs2 də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə edildi. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. O, da əynindəki qara rəngli paltonun sol iç cibindən bir ədəd siqaretin gümüşü kağız bükümündə olan narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən onun üzərindən saxlanılması qanunla qadağan edilən başqa digər əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli paltonun cibindən çıxarıb təqdim etdiyi bir ədəd siqaretin gümüşü bükümü digər iştirakçıların yanında açılarkən içərisində ağ rəngdə, kəskin iyli narkotik vasitəyə oxşar kütlə olduğu müəyyən edildi. Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilərək götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 24.12.2020-ci il tarixdə saat təxminən 17:00 radələrində tanışı Elxan adlı şəxsdən, onun yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən binanın yaxınlğında 5 manat pul verib aldığını, narkotik vasitələrdən istifadə etdiyi üçün əynində olan paltonun cibində gizlədərək saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitə satan Təqsirləndirilən şəxs1 yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən binanı yaxınlığında dayandığını görüb ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirirərək onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildi. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi bildirildi, Təqsirləndirilən şəxs1 də üzərinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə edilməsinə də etiraz etmədi. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 təklif olundu ki, üzərində olan əşyaları təqdim etsin. O da əynində olan pencəyin sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə olan siqaretin gümüşü kağız bükümünü, sol yan cibindən bir ədəd mobil telefonu, bir ədəd plastik kartı, bir ədəd açar, 2 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq əskinas və sair. qanunla qadağan edilməyən digər əşyaları çıxarıb könüllü təqdim etdi və üzərində digər əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş lakin, üzərindən hər hansı əşya aşkar olunmadı. Təqsirləndirilən şəxs1 təqdim etdiyi mobil telefonun arxa qapağı açılıb baxılarkən isə qapağın alt hissəsində gizlədərək saxladığı bir ədəd siqaretin gümüşü kağız bükümündə olan narkotik vasitə də oradan aşkar edildi. Aşkar olunmuş bükümlərə baxılan zaman pencəyin cibindən aşkar olunmuş siqaretin gümüşü kağız bükümündə olan maddənin qəhvəyi rəngli, telefonun qapağının alt hissəsindən aşkar olundu siqaretin gümüşü kağız bükümündə olan maddənin ağ rəngli kristallik, kəskin iyə malik olan maddələr, yəni narkotik vasitələr olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitələri 24 dekabr 2020-ci il tarixdə saat 12:00 radələrində Mingəçevir şəhərinin N.Nərimanov küçəsində yerləşən “Dostluq parkı”ndan keçərkən yerdən bir ədəd siqaretin gümüşü kağız bükümündə tapdığını, tapdığı narkotik vasitədən bir ədəd siqaretin gümüşü bükümündə olan bir hissəsini 24.12.2020-ci il tarixdə saat 17:00 radələrində yaşadığı Mingəçevir şəhəri H.Əliyev küçəsi 74/1 saylı binanın yaxınlığında 5 manata tanışı Röyala satdığını, üzərindən aşkar edilmiş 5 manatlıq əskinaslardan bir ədəd, yəni 5 manatlıq əskinası Röyala narkotik vasitə sataraq ondan aldığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilməsi təklif olundu. Təqsirləndirilən şəxs1 də yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədi. Sonra Təqsirləndirilən şəxs1 yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 74/1 №-li evin 19№-li mənzilinə getdilər. Mənzilə baxış keçirilərkən qonaq otağındakı dolabın rəfindən bir ədəd qutuda bir ədəd avtomat patronu aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin patronu 2020-ci ilin yay aylarında Mingəçevir şəhərinin Samux küçəsindən tapdığını, suvenir kimi saxlamaq üçün mənzildə gizlətdiyini bildirdi. Bu barədə protokol tərtib edilərək patron götürüldü. Şahidlər-Mingəçevir şəhər PŞ-nin əməkdaşları Şahid2 və Şahid3 da məhkəmə iclasında Şahid1 oğlunun ifadəsinə uyğun ifadə verdilər. İşin 25-26-cı vərəqlərində olan 24.12.2020-ci il tarixli “Şəxsi axtarış keçirilməsi barədə” protokolda göstərilir ki, Təqsirləndirilən şəxs2 qara rəngli paltosunun iç sol cibindən bir ədəd samsung markalı mobil telefon, bir ədəd siqaretin gümüşü kağızına bükümlmü bükümü, sol iç cibindən bir qutu siqaret, bir ədəd bənövşəyi rəngli alışqan, şalvarının sol yan cibindən bir ədəd sadə mobil telefon, arxa sağ cibindən isə 5 ədəd bir manatlıq əskinas, bir ədəd qırmızı rəngli alıqanı təqdim etdi. Büküm açılarkən bükümdə kristal şəklində ağ rəngli narkotik vasutəyə oxşar kütlə olması müəyyən olundu. sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, onun üzərindən aşkar olunmuş bükümün içərisində olan kütlə narkotik vasitədir, həmin kütləni 24 dekabr 2020-ci il tarixdə saat 16:30 radələrində “Mekkoş” ləqəbli onunla qonşuluqda yaşayan Elxan adlı şəxsin istifadəsində olan ********** mobil nömrəsi ilə əlaqə saxlayaraq ondan özü istifadə etmək məqsədilə 5 manata almış, istifadə etmək məqsədilə paltosunun iç sağ cibində saxlamışdır. Təqsirləndirilən şəxs2 telefonuna baxış zamanı onun ********** nömrəsinə saat 16:18-də zəng ediyi və 18 saniyə danışdığı müəyyən edilmişdir. İşin 54-55-ci vərəqlərində 24.12.2020-ci il tarixli “Şəxsi axtarış keçirilməsi barədə” protokolda göstərilir ki, Təqsirləndirilən şəxs1 pecəyinin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümünü, sol yan cibindən bir ədəd mobil telefon, bir ədəd plastik kart, bir ədəd açar, bir ədəd siqaret qutusu, bir ədəd alışqan, pencəyinin sol iç cibindən bir ədəd limon duzu, bir ədəd şpirist, bir ədəd şüşə flakon, iki ədəd 5 manatlı əskinas, 3 ədəd bir manatlıq əskinası çıxaraq könüllü təqdim etdi. Baxış zamanı telefonun arxası açıldıqda içərisindən bir ədəd siqaretin gümüşü rəngli kaız bükümü də aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs1 bildirdi ki, üzərindən aşkar olunmuş kağız bükümlərdən biri narkotik vasitə olan heroin, digəri isə narkotik vasitə olan şüşə olduğunu dedi və telefonun arxasından aşkar olunan bükümdəki narkotik vasitə olan şüşə adlanan bükümün içərisindən bir büküm düzəldərək 5 manat pul müqabilində tanışı Əhmədli Röyal Fariz oğluna satmışdır. O, üzərindən aşkar olunan bükümləri 24.12.2020-ci il tarixdə Mingəçevir şəhərində “Dostluq” parkı deyilən yerin yaxınlığında tapmışdır. Seriya nömrəsi C26961615 olan 5 manatlıq əskinaz, bir ədəd şpris və bir ədəd qırılmış şüşə flakonun, bir ədəd Nokia markalı mobil telefon, bir ədəd plastik kart, bir ədəd açar, bir ədəd 5 manatlıq əskinas, 3 ədəd bir manatlıq əskinasın və digər əşyaların fotoşəkilləri çəkildi və iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd 5 manatlıq əskinas, 3 ədəd bir manatlıq əskinas, bir ədəd plastik kart, bir ədəd açar, bir qutu siqaret isə Xanəliyev Sabir oğluna qaytarıldı. Həmçinin Təqsirləndirilən şəxs1 üzrəindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar kütlə və narkotik vasitəyə oxşar digər kütlə götürüldü və həmin kütlə qeyd olunan iştirakçıların iştirakı ilə Digital markalı elektrok tərəzidə çəkildi. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan kütlənin kağızla birlikdə çəkisi 0,38 qram, digər bükümdə olan kütlənin kağızla birlikdə çəkisi 0,19 qram olması müəyyən edildi. İşin 68-72-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 24.12.2020-ci il tarixli 17/646 №li rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş üzərində “ Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik...........” sözləri yazılmş zərfin içərisindəki 01 (bir) ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi-0,291 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik............................” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki; - 01 (bir) ədəd gümüşü-ağ rəngli bükümdə təmiz çəkisi-0,197 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - Həmçinin 01 (bir) ədəd gümüşü rəngli bükümdə, təmiz çəkisi-0,102 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir Tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...şpris.., flakon..., limon duzu....” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki; 01 (bir ) ədəd başlığı qırıq şüşə flakonun içərisində cüzi miqdarda olan maddə hissəcikləri -heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı, - 01 (bir) ədəd 2 ml-lik şprisin içərisindəki cüzi miqdarda olan maye halda maddə qalıqlarıheroin məhlulunun qalıqlarıdır. Heroin məhlulunun qalıqları cüzi miqdarda olduğuna görə tərkibindəki heroinin quru çəkisini müəyyən etmək mümkün olmadı. - 01 (bir) ədəd üzərində “Limon Duzu” yazısı olan polietilen paketdə, təmiz çəkisi-15,747 qram olan narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 02(iki) ədəd zərfin içərisindəki gümüşü bükümlərdə olan metamfetamin maddələri tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd şüşə flakondan aşkar edilmiş heroin hissəcikləri və 01 (bir) ədəd 2 ml-lik şprisdən aşkar edilmiş heroin məhlulu cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 01 (bir) ədəd gümüşü-ağ bükümdə olan heroinin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İşin 184-186-cı vərəqlərində olan məhkəmə ballistik ekspertizasının 21.01.2021-ci il tarixli 17/28 №li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron 5,45mm kalibrli olmaqla həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda “RPK-74” əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patrondur, istifadəyə yararlıdır. İşin 187-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasınınn 16 fevral 2021-ci il tarixli 128 №-li rəyində göstərilir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. İşin 155-ci vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş 03.02.2021-ci il tarixli, 199 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 30.01.2021-ci ildən “opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntuları asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. İşin 188-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasınınn 16 fevral 2021-ci il tarixli 129 №-li rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcubri müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin 189-191-ci vərəqlərində olan məhkəmə-psixatrik ekspertizasının 69 saylı 09 fevral 2021ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs1 müşahidə edilən xrakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmk və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarındadır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 24 dekabr 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 ədəd siqaretin gümüşü kağız bükümünün içərisindəki 2 ədəd siqaretin gümüşü kağız bükümlərində olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini üzərində gizlədib saxlayaraq özü ilə daşıyıb yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 74/1 №-li evin yaxınlığına gətirib, 24 dekabr 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı yaxınlığında həmin psixotrop maddəmetamfetamindən bir ədəd siqaretin gümüşü kağız bükümündə təmiz çəkisi 0,291 qram olan hissəsini Təqsirləndirilən şəxs2 5 manata qanunsuz olaraq satıb Təqsirləndirilən şəxs2 əldə etdiyi 1 ədəd C 26961615 seriyalı 5 manatlıq əskinası əynindəki qara rəngli pencəyin sol iç cibində, bir ədəd siqaretin gümüşü kağız bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,197 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini isə satış məqsədi olmadan əynindəki pencəyin sağ yan cibində gizlədib qanunsuz olaraq saxlayaraq daşımış, 24 dekabr 2020ci il tarixdə saat 20:40-da Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospekti 74/l№-li evin yaxınlığında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə olan narkotik vasitə heroin və 1 ədəd C 26961615 seriyalı 5 manatlıq əskinas ondan aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 2020-ci ilin yay aylarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 5,45mm kalibrli olmaqla həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda “RPK-74” əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronu özü ilə daşıyıb yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospketi 74/l№-li evin 17 №-li mənzilinə aparıb mənzilin qonaq otağındakı dolabın rəfində gizlədərək saxlamış və 24 dekabr 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı mənzilə baxış keçirilərkən həmin həmin döyüş sursatı hesab edilən 5,45 mm kalibrli patron Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən mənzilin qonaq otağındakı dolabın rəfindən aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs2 oğlu 24.12.2020-ci il tarixdə saat 17:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 74/l№-li yaşayış binasının yaxınlığında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 5 (beş) manata alıb qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümündə təmiz çəkisi 0,291 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə-metafetamini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli paltonun sol iç cibində gizlədib saxlayaraq daşımış və həmin gün Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 21:00 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə psixotrop maddə-metafetamin onun əynində olan qara rəngli paltonun sol iç cibindən aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətmələri özlərinin etirafları, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 159-161-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 05.08.2020-ci il tarixli, 1(051)-95/2020 saylı hökmündən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 26 aprel 2020-ci il tarixdən 28 aprel 2020-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 2(iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 5 (beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin 22 iyun 2021-ci il tarixli 388/3- 3 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş 29 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2(iki) il 1(bir) ay 27 (iyirmi yeddi) gün hissəsi icra edilməmişdir. İşin 154-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 207-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 209-cu vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 228.1, 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Mingəçevir şəhər məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılma cəzasının çəkilməmiş 2 (iki) il 1(bir) ay 27 (iyirmi yeddi) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 günə hesablamaqla 1 (bir) il 28(iyirmi səkkiz) gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməlidir. Cəzasının əvvəli tutulduğu vaxtdan, 24 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 24 dekabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxarılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 22:00-dən 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 30,60 (otuz manat altmış qəpik) manat Təqsirləndirilən şəxs1, 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınıb dövlət büdcəsinə keçirilməlidir. Hökmün Təqsirləndirilən şəxs2 aid hissədə icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,147 qram heroin, 0,293 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetomin, 1 ədəd içərisində heroin hissəcikləri olan şüşə flakon, 1 ədəd içərisində heroin məhlulunun qalıqları olan 2ml-lik şprislər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd C 26961615” seriyalı 5 manatlıq əskinaz və 1 ədəd patron müsadirə edilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 6(altı) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Mingəçevir şəhər məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 1(bir) ay 27 (iyirmi yeddi) günü CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 günə hesablamaqla 1 (bir) il 28(iyirmi səkkiz) gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, 24 dekabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun . Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki)il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 24 dekabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 5 (beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 oğlunun üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərcləri olan 30,60 (otuz manat altmış qəpik) manat Təqsirləndirilən şəxs1, 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınıb dövlət büdcəsinə keçirilsin. Hökmün Təqsirləndirilən şəxs2 aid hissədə icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,147 qram heroin, 0,293 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetomin, 1 ədəd içərisində heroin hissəcikləri olan şüşə flakon, 1 ədəd içərisində heroin məhlulunun qalıqları olan 2ml-lik şprislər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd C 26961615” seriyalı 5 manatlıq əskinaz və 1 ədəd patron müsadirə edilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-78/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-78/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver