Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-78/2022 02.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Hüseynova Müsaqif Səfər oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri H.Əliyev prospekti 72 №li evin 44 №li mənzilində qeydiyyatda olan, Mingəçevir şəhəri H.Əliyev prospekti 70/1 №li evin 17 №li mənzilində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi narkotik vasitə - qurudulmuş marixuana, qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi narkotik vasitə - tiryəki, habelə qanunsuz olaraq əldə etdiyi 02 (iki) ədəd 7,62 mm kalibrli olmaqla həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-74” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronları və 01 (bir) ədəd 5,45 mm kalibrli olmaqla həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda “RPK-74” əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronları özü ilə daşıyıb, yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 70/1 №-li evin 17 №-li mənzilinə gətirmiş, əldə etdiyi ümumilikdə 109,71 qram çəkidə - narkotik vasitə qurudulmuş marixuananı hissələrə bölərək 12 (on iki) ədəd şəffaf polietilen və 66 (altmış altı) ədəd gümüşü rəngli kağızlarda, 13,253 qram çəkidə narkotik vasitə - tiryəki isə 01 (bir) ədəd şəffaf polietilen bükümə qablaşdırıb mənzilin qonaq otağındakı masanın altında 01 (bir) ədəd sellofan paketin içərisində satış məqsədi ilə qanunsuz olaraq saxlamış, lakin 109,71 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuananı çoxsaylı bükümlərdə satış məqsədi ilə saxlamasına baxmayaraq, həmin narkotik vasitə – qurudulmuş marixuananın içərisindən 5 ədəd gümüşü rəngli kağızlara bükülmüş 5,19 qram çəkidə olan hissəsini yetkinlik yaşına çatmayan bacısı oğlu Şahid5 xahişinə əsasən 29.01.2022-ci il tarixdə yaşadığı mənzildə şəxsi maraq güdmədən və qazanc əldə etmək niyyəti olmadan təmənnasız olaraq sonuncuya vermiş, 30 yanvar 2022-ci il tarixdə saat 03:55 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 70/1 №-li evin 17 №-li mənzilinə keçirilən baxış zamanı 12 (on iki) ədəd şəffaf polietilen bükümlərdə və yerdə qalan 61 (altmış bir) ədəd gümüşü rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 104,52 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 13,253 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək, 1 (bir) ədəd elektron tərəzi və 02 (iki) ədəd 7,62 mm kalibrli və 01 (bir) ədəd 5,45 mm kalibrli döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı patronlar qonaq otağındakı masanın altından aşkar edilərək götürülmüş, habelə onun bacısı oğlu Şahid5 təmənnasız olaraq verdiyi 5 ədəd bükümdə olmaqla 5,19 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuana 30.01.2022-ci il tarixdə sonuncunun üzərinə Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasında şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, yaşadığı H.Əliyev prospekti 70/1 №-li evin 17 №-li mənzilinin yataq otağında qanunsuz olaraq əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda, yəni 6 (altı) ədəd, hündürlükləri 4 sm-dən 9 sm-dək olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştillərini 3 (üç) ədəd dibçəkdə əkib, onlara aqrotexniki qaydada qulluq edərək kultivasiya etmiş, 30 yanvar 2022-ci il tarixdə saat 03:55 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 70/1 №-li evin 17 №-li mənzilinə keçirilən baxış zamanı qanunsuz olaraq kultivasiya etdiyi həmin 6 (altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləri onun yaşadığı mənzilin yataq otağından aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2021-ci ilin yay aylarında yaşadığı şəhərdəki «Kür Kompyuter» zavodun ərazisində 5 (beş) ədəd narkotik tərkibli çətənə bitkiləri əkib becərdi. Bitkilər yetişəndən sonra həmin narkotik xassəli bitkilərdən satış məqsədilə topladı. Qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrı bükümlərə qablaşdırıb münasib zaman düşdükdə bir bükümünü tanıdığı şəxslərə 10 manata satmaq üçün kirayədə yaşadığı, Şahid6 məxsus mənzildə saxladı. Lakin satmaq üçün şərait yaranmadığından narkotik vasitələrdən özü istifadə etmişdir. Bəzən bacısı oğlu Şahid5 da gəlib onunla birlikdə yaşamışdır. 29.01.2022-ci il tarixdə axşam Şahid5 onun yanında gecələdi. 30.01.2022-ci il tarixdə kirayədə yaşadığı evdə, ev sahibi Şahid6 və bacısı oğlu Şahid5la birlikdə olarkən ünvana bir neçə nəfər mülki geyimli şəxslər gələrək özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərdilər. Polis əməkdaşları barələrində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə və digər qanunsuz əşya saxlamaqda və satmaqda şübhəli olduqlarını bildirib mənzilə baxış keçirilməsi zərurətinin olduğunu dedilər. Həmin şəxslərə etiraz etmədi. Razılıq ərizəsi əsasında yaşadığı evə videoçəklişlə baxış keçirildi. Baxış zamanı qonaq otağında olan stolun altında saxladığı 1 (bir) ədəd torbada olan 61 (altmış bir) ədəd kağız və 12 (on iki) ədəd sellofan bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuananı, 1 (bir) ədəd sellofan bükümdə olan narkotik vasitə tiryəki, 1 (bir) ədəd elektron tərəzini, öz məvacibi olan 1000 (min) manat pulu, 3 (üç) ədəd avtomat patronunu, şəxsiyyət vəsiqəsini, 4 (dörd) ədəd bank kartını və 2 (iki) ədəd mobil telefonunu aşkar edib götürdülər. Həmin bükümlər və 3 (üç) ədəd patronlar onun iştirakı ilə qablaşdırılıb götürüldü. Bundan sonra yataq otağında 3 (üç) ədəd dibçəkdə əkib becərdiyi, 6 (altı) ədəd narkotik tərkibli çətənə bitkilərini də göstərib təqdim etdi, göstərdiyi çətənə bitkiləri kökündən çıxarılıb 1 (bir) ədəd ağ rəngli kağız zərfə qablaşdırıldı. Baxış başa çatandan sonra polis əməkdaşları onları Mingəçevir şəhəri polis şöbəsinə apardılar. Bundan sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişlər. O da etiraz etmədi. O, şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən 1 (bir) ədəd alışqan aşkar olundu. Yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı 2021-ci ilin yay aylarında Mingəçevir şəhərində yerləşən «Kür kompyuter» zavodunun ərazisində 5 (beş) ədəd narkotik tərkibli çətənə bitkiləri əkib becərmək, həmin narkotik xassəli bitkilərdən satış məqsədilə yığıb kirayədə yaşadığı evdə saxlamaqla əldə etmişdir. Narkotik vasitə tiryəki isə tanımıdağı şəxsdən almışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, gələcəkdə satmaq fikri olduğuna görə narkotik vasitə qurudulmuş marixuananı tərəzidə çəkərək hissələrə ayırıb bükümlərə yığıb saxlamışdır. Bacısı oğlu Şahid5 onun üçün narkotik vasitə satmamış, ümumiyyətlə, əldə etdiyi narkotiki heç kimə satmamış, özü fərdi işlərlə məşğul olub pul qazanmış, bacısı oğlu Şahid5 də pul və siqareti təmannasız olaraq vermiş, ona narkotik vasitə satdırmamış, Şahid5 onun üstündən aşkar edilən narkotik vasitə qurudulmuş marixunanı satması üçün deyil, təmannasız olaraq öz istifadəsi üçün vermiş, buna görə ondan pul almamış,özü üçün hər hansı işi görməsini də xahiş etməmiş, heç bir maraq güdməmişdir. Şahid5 və ya qeyri şəxsə isə narkotik vasitə satmamışdır. Aşkar olunan 3 (üç) ədəd patronları 2020-ci il tarixdə müharibə vaxtı xatırlamadığı yerdən tapmış, sonradan isə onları tullamağı unutmuşdur. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 yanvar 2022-ci il tarixdə BNMİ-nin QBRŞ-nə Mingəçevir şəhər sakinləri Təqsirləndirilən şəxs və onun bacısı oğlu Şahid5 Mikayı oğlunun, Mingəçevir şəhəri H.Əliyev prospekti 70/1 №li evin, 17 №li mənzilində yaşayan Şahid6 məxsus mənzildə qanunsuz olaraq narkotik vasitələr saxlaması və satması, eləcə də Təqsirləndirilən şəxs həmin mənzildə narkotik xassəli çətənə bitkiləri əkib becərməsi barədə məlumat daxil oldu. Daxil olmuş məlumat əsasında o, Şöbənin əməkdaşları Rafiq Əhmədov, Şahid3 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və dəvət olunmuş alim aqronom-mütəxəssis ilə birlikdə həmin mənzilin qarşısına gedildi. Saat 03:55 radələrində Təqsirləndirilən şəxs, Şahid5 və Şahid6 həmin mənzildə saxlanılaraq, onlara barələrində olan əməliyyat-axtarış tədbirləri qərarı ilə tanış edildilər. Onlar həmin fərdi yaşayış evinə baxış keçirilməsinə etirazlarının olmadığını bildirdilər. Təqsirləndirilən şəxs, Şahid6 bu barədə ərizə verdilər. Bundan sonra Şahid6 məxsus həmin mənzilə baxış keçirilməyə başlanıldı. Baxış keçirilməsinə mənzilin giriş qapısının qarşısından başlanılmışdır. Baxış keçirilməzdən öncə sorğu zamanı mənzildə yaşayanlar yaşadıqları mənzildə pul, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar saxlanmadığını bildirdilər. Təqsirləndirilən şəxs mənzildə narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya vardırsa, təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildə narkotik vasitə qurudulmuş marixuana və tiryək saxladığını, narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyini etiraf edərək həmin əşyaları təqdim etməsi üçün onları baxış keçirməyə dəvət etdi. Bundan sonra Təqsirləndirilən şəxs evin zal otağına daxil olub, otaqdakı stolun altında saxladığı 1 ədəd torbada olan 61 ədəd falqa kağızından ibarət bükümlərdə və 12 ədəd sellofan bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, 14 ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər kütləni təqdim edərək içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana və tiryək olduğunu bildirdi. Həmin bükümlər tərəzidə çəkilərək, bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs həmin stolun altında bir ədəd elektron tərəzini, iki ədəd 7,62 mm kalibrli və bir ədəd 5,45 mm kalibrli Kalaşnikov avtomatının patronlarına bənzər patronları, sellofan paketdə olan pulu təqdim etmişdir. Həmin pul sayılarkən 1000 (min) manat olduğu müəyyən edilmişdir. Həmin patronlara baxış keçirilərək bir ədəd ağ rəngli kağız zərfə qablaşdırıldı. Bundan sonra Təqsirləndirilən şəxs digər qanunsuz əşyaları təqdim etmək üçün onları yataq otağına dəvət etdi. Təqsirləndirilən şəxs otağın sonunda, pəncərənin qarşısında, döşəmədə olan 3 (üç) ədəd dibçəkləri göstərib həmin dibçəklərdə narkotik tərkibli çətənə bitkiləri əkib beçərdiyini bildirdi. Baxış zamanı həmin dibçəklərdə 6 (altı) ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər bitki şitilləri aşkar olunmuşdur. Aqronom-mütəxəssis həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu bildirdi. Bundan sonra həmin şitillər kökündən çıxarılmaqla bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq götürüldü. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə tiryəki tanımadığı şəxsdən özünün istifadəsi üçün alaraq saxladığını, narkotik vasitə qurudulmuş marixuananı isə 2021-ci ilin yay aylarında yaşadığı şəhərdə zavodun ərazisində əkib becərdiyi 5 (beş) ədəd narkotik tərkibli çətənə bitkilərindən yığıb əldə edərək həmin narkotik vasitə qurudulmuş marixuananın 1 (bir) bükümünü 10 manata satdığını bildirdi. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 30 yanvar 2022-ci il tarixli qərara əsasən Mingəçevir ŞPŞ-nin inzibati binasında xidməti iş otağında hüquqlarının müldafiəsi üçün Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X2 dəvət edərək saat 08:00 radələrində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd alışqanı çıxarıb otaqdakı masanın üzərinə qoyub təqdim edərək üzərində narkotik vasitə və ya digər qanunsuz əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmadı. Məhkəmə iclasında şahid kimi dindirilmiş polis nəfərləri Şahid2 və Şahid3 da Şahid1 oğlunun ifadəsinə uyğun ifadə verdilər. Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhəri Heydər Əliyev prospekti, ev 70/1, mənzil 17 ünvanında yerləşən mənzil ona məxsusdur. Həmin mənzil 3 otaqdan ibarətdir. Mənzilin bir otağın birində özü yaşayır. Maddi durumunda yaranmış çətinliklə əlaqədar olaraq yerdə qalan iki otağını isə həmişə kirayə vermişdir. Kirayənişin Təqsirləndirilən şəxs isə tutulmazdan 5 ay öncə mənzili ayı 130 manatdan icarəyə götürdü. O, Təqsirləndirilən şəxs və onun bütün ailə üzvlərini təxminən bir ildir ki, tanıyır. Belə ki, onlar da onunla eyni binada qonşuluqda yaşayırlar. Bəzən Təqsirləndirilən şəxs xahişi ilə evin otaqların təmizləyir, həmçinin ona kömək məqsədi ilə yemək də bişirir. Lakin onun nə işlə məşğul olması ilə maraqlanmamışdır. Sadəcə olaraq mənzildə kirayə yaşayıb onun pulunu vermişdir. 30 yanvar 2022-ci il tarixdə təxminən saat 03:55 radələrində yaşadığı evin qapısı döyüldü, qapını döyən şəxslər özlərini polis əməkdaşları kimi təqdim etdilər. Həmin vaxt qapıya yaxınlaşıb açdıqda polis əməkdaşları yaşadığı evdə narkotik vasitələr saxlamaqda və qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirirək, qərarla tanış edib yaşadığı evə baxış keçirəcəklərini bildirdilər. Təqsirləndirilən şəxs və o, polis əməkdaşlarının yaşadığı mənzilə baxış keçirməsinə etirazının olmamasını bildirdilər. Daha sonra bu barədə ərizə ilə verdilər. Təqsirləndirilən şəxs əvvəllcədən məlumatı olmadan yaşadığı evdə saxladığı və qanunsuz olaraq əkib-becərdiyi narkotik vasitələri polis əməkdaşlarına təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələr 61 ədəd falqa kağız bükümdə, 12 ədəd sellofan bükümdə, qurudulmuş marixuana, 1 ədəd sellofan bükümdə narkotik vasitə tiryək, 3 ədəd «Kalaşnikov» avtomatına məxsus döyüş sursatı sayılan patronlar və yataq otağında becərdiyi 6 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərindən ibarət şitillər olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 1000 (min) manat pulu, elektron tərəzi, 4 ədəd plastik kartı və mobil telefonları da təqdim etdi. Təqdim edilmiş narkotik vasitələr və sursatlar polis əməkdaşları tərəfindən qablaşdırılıb götürüldü. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 24-26-cı vərəqlərində olan 30 yanvar 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə” barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs yaşadığ mənzildə baxış keçirilərkən qonaq otağındakı stolun altında saxladığı bir ədəd torbada olan 61 (altmış bir) ədəd falqa kağızından və 12 (on iki) ədəd sellofan bükümlərdən ibarət bükümlərdə yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd sellofan bükümdə isə narkotik vasitə tiryəkə bənzər kütlə aşkar olunması, həmin marixuanaya bənzər kütlələrin olduğu torba elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 148,64 qram olduğunun, 1 ədəd içərisində narkotik vasitə tiryəkə bənzər kütlə olan bükümün isə qablaşdırma ilə birlikdə çəkisinin 13,93 qram olduğu, həmin stolun altında bir ədəd elektron tərəzini, 2 ədəd 7,62 mm kalibrli və 1 ədəd 5,45 mm kalibrli Kalaşnikov avtomatının patronlarına bənzər patronların, sellofan paketdə olan pulun məbləğinin 1000 (min) manat olduğu, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd elektron tərəzi, 1000 (min) manat pul, stolun üzərində olan 4 ədəd kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi “Samsung” və «KGTEL» markalı mobil telefonların, yataq otağının sonunda, pəncərənin qarşısında, döşəmədə olan 03 (üç) ədəd dibçəklərdə 6 (altı) ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər bitki şitillərinin aşkar edilməsi müəyyən olunmuşdur. İşin 113-115-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 30 yanvar 2022-ci il tarixli, 17/108 saylı rəyində göstərilir ki, üzərində “X3 yaşadığı evin zal otağından, stolun altından aşkar olunmuş ....” sözlər və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki: -12 (on iki) ədəd şəffaf polietilen bükümlərdə və 61 (altmış bir) ədəd gümüşü rəngli kağız bükümlərdə, ümumi təmiz çəkiləri -104,52 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. - 01 ədəd kibrit şəffaf polietilen bükümdə, təmiz çəkisi – 13.253 qram olan maddə xaş-xaş bikisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. Tədqiqata təqdim olunmuş, üzərində «Şahid5 üzərindən aşkar olunmuş beş ədəd……» sözləri və imzalar yazılmış -01 (bir) ədəd zərfin içərsindəki 05 (beş) ədəd gümüşü rəngli kağız bükümlərdə, ümumi təmiz çəkiləri–5,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 12 (on iki) ədəd şəffaf polietilen bükümlərdə, 61 (altmış bir) ədəd gümüşü rəngli kağız bükümlərdə, 05 (beş) ədəd gümüşü rəngli kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərinə “X3 yaşadığı evin yataq otağından aşkar olunmuş ....6 (altı) ədəd bitki…” sözlər və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki uzunluqları 4 sm-dən 9 smdək, ümumi təmiz çəkiləri 0.26 qram olan 06 (altı) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir. İşin 107-110-cu vərəqlərində olan məhkəmə- ballistik ekspertizasının 30 yanvar 2022-ci il tarixli, 17/109 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 02 (iki) ədəd patron 7.62 mm kalibirli olmaqla, «AKM», «AKMS», «AK-47» avtomatlarda, «SKS» markalı karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən patronlardır, istifadəyə (atəşə) yararlıdırlar. - tədqiqata təqdim edilmiş 01 (bir) ədəd 5.45 mm kalibrli olub, həmin kaliğbrə malik «AK- 74», «AKS-74», «AKS-74U» avtomatda, «RPK-74» əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən patrondur, istifadəyə (atəşə) yararlıdır. İşin 255-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 334 saylı 15 mart 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionoidlərdən və tiryəkdən epizodik istifadə halları olmuşdur. Nakromaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana, qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi narkotik vasitə - tiryəki, habelə qanunsuz olaraq əldə etdiyi 02 (iki) ədəd 7,62 mm kalibrli olmaqla həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-74” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronları və 01 (bir) ədəd 5,45 mm kalibrli olmaqla həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda “RPK-74” əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronları özü ilə daşıyıb, yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 70/1 №-li evin 17 №-li mənzilinə gətirmiş, əldə etdiyi ümumilikdə 109,71 qram çəkidə - narkotik vasitə qurudulmuş marixuananı hissələrə bölərək 12 (on iki) ədəd şəffaf polietilen və 66 (altmış altı) ədəd gümüşü rəngli kağızlarda, 13,253 qram çəkidə narkotik vasitə - tiryəki isə 01 (bir) ədəd şəffaf polietilen bükümə qablaşdırıb mənzilin qonaq otağındakı masanın altında 01 (bir) ədəd sellofan paketin içərisində satış məqsədi ilə qanunsuz olaraq saxlamış, lakin 109,71 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuananı çoxsaylı bükümlərdə satış məqsədi ilə saxlamasına baxmayaraq, həmin narkotik vasitə – qurudulmuş marixuananın içərisindən 5 ədəd gümüşü rəngli kağızlara bükülmüş 5,19 qram çəkidə olan hissəsini yetkinlik yaşına çatmayan bacısı oğlu Şahid5 xahişinə əsasən 29.01.2022-ci il tarixdə yaşadığı mənzildə şəxsi maraq güdmədən və qazanc əldə etmək niyyəti olmadan təmənnasız olaraq sonuncuya vermiş, 30 yanvar 2022-ci il tarixdə saat 03:55 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 70/1 №-li evin 17 №-li mənzilinə keçirilən baxış zamanı 12 (on iki) ədəd şəffaf polietilen bükümlərdə və yerdə qalan 61 (altmış bir) ədəd gümüşü rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 104,52 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 13,253 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək, 1 (bir) ədəd elektron tərəzi və 02 (iki) ədəd 7,62 mm kalibrli və 01 (bir) ədəd 5,45 mm kalibrli döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı patronlar qonaq otağındakı masanın altından aşkar edilərək götürülmüş, habelə onun bacısı oğlu Şahid5 təmənnasız olaraq verdiyi 5 ədəd bükümdə olmaqla 5,19 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuana 30.01.2022-ci il tarixdə sonuncunun üzərinə Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasında şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, yaşadığı H.Əliyev prospekti 70/1 №-li evin 17 №-li mənzilinin yataq otağında qanunsuz olaraq əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda, yəni 6 (altı) ədəd, hündürlükləri 4 sm-dən 9 sm-dək olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştillərini 3 (üç) ədəd dibçəkdə əkib, onlara aqrotexniki qaydada qulluq edərək kultivasiya etmiş, 30 yanvar 2022-ci il tarixdə saat 03:55 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 70/1 №-li evin 17 №-li mənzilinə keçirilən baxış zamanı qanunsuz olaraq kultivasiya etdiyi həmin 6 (altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləri onun yaşadığı mənzilin yataq otağından aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.2 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlin törətməsi özünün qismən etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs oğluna Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 189-cu vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yerində müsbət xarakterizə olunur. İşin 199-cu vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşiman olması, yaşayış yerdən müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr üzrə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. İşin 43-44-cü vərəqlərində olan şübhəli şəxsi tutma haqqında 30.01.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 157-159-cu vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 4(051)-8/2022 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli 30 yanvar 2022–ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs R.Rəhimovun cəzasının əvvəli tutulduğu vaxtdan, 30 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs E.Cəfərovun cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 108,15 qram qurudulmuş marixuana, 13,153 qram tiryək, 6 (altı) ədəd, narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri və 1 ədəd üzərinə «MADE İN CHİNA CE» yazılmış tərəzi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd 7,62 mm kalibrli olmaqla həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-74” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronları və 01 (bir) ədəd 5,45 mm kalibrli olmaqla həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda “RPK-74” əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronlar dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 134,25 (bir yüz otuz dörd manat iyirmi beş qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinsin. Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1(bir) il müddətinə, CM-nin 234.2-ci maddəsi ilə 3(üç) il 6 (altı) ay müddətinə, CM-nin 237.1-ci maddəsi ilə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, 30.01.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 108,15 qram qurudulmuş marixuana, 13,153 qram tiryək, 6 (altı) ədəd, narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri və 1 ədəd üzərinə «MADE İN CHİNA CE» yazılmış tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd 7,62 mm kalibrli olmaqla həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-74” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronları və 01 (bir) ədəd 5,45 mm kalibrli olmaqla həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda “RPK-74” əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronlar dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə ekspertiza xərci olan 134,25 (bir yüz otuz dörd manat iyirmi beş qəpik) manat Təqsirləndirilən şəxs oğlundan alınıb, dövlət büdcəsinə keçirilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-78/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-78/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver