Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-78/2023 12.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir şəhər Vəkillər Bürosunun vəkili X3 iştirakı ilə xx.xx.1974-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı Sərəncamına əsasən əfv olunaraq azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasını çəkən, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbəsi, Şamaxı yolu ev 2, mənzil 29-da qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava ev 97-A-da yaşayan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 6,23 qram olan narkotik vasitə qurudulmuş marixuananı əynindəki boz rəngli qış gödəkcəsinin sağ iç cibində saxlayaraq daşımış. Mingəçevir Şəhər Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 29 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri, Sahil küçəsində yerləşən “Sərin” restoranının yaxınlığında saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 23:30 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli qış gödəkcəsinin sağ iç cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində təmiz çəkisi 6,23 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan əvvəllər də istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində tanışı Şahid5 ilə birlikdə Bakı şəhərindən Mingəçevir şəhərinə ona məxsus “Toyota Corolla” markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Belə ki, onun Mingəçevir şəhərində yaşayan xalası oğlu X4 gəldiyindən onunla görüşmək istədiyini demiş və ona Mingəçevir şəhərində qonaqlıq vermək istədiyini demişdir. Ona görə də o, xəstə olduğundan təxminən 1 həftə sonra Bəxtiyarla yaşadığı Qobustan qəsəbəsi ərazisində görüşərək Mingəçevirə gəlmişlər. Təxminən saat 23 radələrində Mingəçevir şəhəri Sərin restoranının yaxınlığında avtomobilidən düşmüş və orada olan kafelərə Racinin orada olub-olmamasına baxan zaman kafelərin yaxınlığında yerdə 01 ədəd sellofan büküm olmasını görmüşdür. Həmin bükümü götürüb açanda içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını müəyyən etmişdir. Daha sonra özü istifadə etmək məqsədilə həmin sellofan bükümü əynindəki boz rəngli gödəkcənin sol iç cibinə qoymuş və avtomobilə əyləşərək avtomobillə hərəkətə başlamışdır. “Sərin” restoranının yaxınlığında polis əməkdaşları idarə etdiyi avtomobilə yaxınlaşmışlar. Özlərini təqdim edib onun və Bəxtiyarın narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməmiş və polis şöbəsinə gətirilmişlər. Polis şöbəsinə gəldikdən sonra hər ikisi şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, həmçinin dövlət hesabına müdafiəçi ilə təyin olunma hüququ izah edilmişdir. O da maddi vəziyyəti zəif olduğu üçün dövlət hesabına müdafiəçi ilə təmin olunması üçün ərizə vermişdir. Daha sonra növbədə olan vəkil X8 ona dövlət hesabına müdafiəçi təyin olunmuş və təqdim olunmuşdur. Müdafiəçiyə və cinayət prosesinin digər iştirakçılarına etirazı olmadığını bildirdikdən sonra polis şöbəsinin inzibati binasında NH-nin qarşısında video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli qış gödəkcəsinin sol iç cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümü təqdim etmişdir. Sorğu zamanı həmin bükümün içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni Mingəçevir şəhəri ərazisində dəqiq tanımadığı ərazidə taparaq əldə etdiyini və satış məqsədi olmadığını şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilərək boş zərfdə qablaşdırılmışdır. O da həmin zərfi imzalamışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş və doğruluğunu imzası ilə təsdiqləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkilləri Şahid2, Şahid3, Şahid4 və o, Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs və Şahid5 Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Corolla” markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Kür çayının sahilində yerləşən “Sərin” restoranının yaxınlığında hərəkətdə olan zaman onlara yaxınlaşaraq barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Kərimov X1 ŞPŞ-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid5 üzərilərinə baxış keçirmək üçün polis şöbəsinə vəkillər dəvət olunmuş və əvvəlcə vəkil X5 iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkcənin sağ iç cibindən içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 1 ədəd şəffaf rəngli sellofan bükümü könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin şəffaf rəngli kağıza bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən onun əynindəki boz rəngli qış gödəkcənin sağ iç cibindən şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana oxşar olan kütlə müəyyən edilmişdir. Həmin sellofana bükülmüş içərisində narkotik vasitəyə oxşar kütlə olan həmin büküm elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi isə 6,75 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü. prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri ərazisində “Sərin" restoranının yaxınlığında yerdən 1 ədəd şəffaf rəngli sellofan büküm görüb götürdüyünü və həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman avtomobildə dövriyyəsi qadağan olunan əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs ilə birlikdə onun idarə etdiyi avtomobildə saxalanılaraq polis şöbəsinə gətirilmiş Şahid5 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun sol ayağındakı corabın içərisindən 5 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 4,44 qram, 1,34 qram, 1,16 qram, 1,34 qram 1,36 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, təxminən 3-4 il olar ki, mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs ona zəng edərək yaşadığı mənzildən həyətə düşməsini istəmişdir. O, həyətə düşəndə Səlim qohumu Racu adlı şəxsin onu qonaq çağırdığını onunla birlikdə Mingəçevir şəhərinə getməsini təklif etmişdir. O da razılaşmış və təxminən saat 20 radələrində Bakı şəhərindən Mingəçevir şəhərinə gəlmişlər. Təxminən saat 23 radələrində Mingəçevir şəhərinə çatmışlar. Şəhərdə tanımadığı yerdə avtomobildən su almaq məqsədilə düşmüş və dükandan su alıb su alıb çıxdıqdan sonra dükanın yanında 5 ədəd kağız büküm olduğunu görmüşdür. Həmin bükümləri götürüb açanda içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Daha sonra özü istifadə etmək məqsədilə həmin kağız bükümləri sol ayağındakı corabın içərisinə qoyaraq gizlətmişdir. Həmin bükümləri tapan zaman ətrafda heç kim olmuşdur. Bükümləri tapmağı barədə Səlimə də məlumat vermiş, lakin Səlimin üzərində narkotik vasitə olan qurudulmuş marixuananın olması haqqında məlumatı olmamışdır. Səlimin idarə etdiyi “Toyota Carolla” markalı avtomobillə Səlimin qohumunun olduğu restoran istiqamətində gedən zaman polis əməkdaşları avtomobilə yaxınlaşmışlar. Özlərini təqdim edib onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübahəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməmiş və polis şöbəsinə gətirilmişlər. Polis şöbəsinə gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuş ona hüquq və vəzifələri izah olunmuş, həmçinin dövlət hesabına müdafiəçi ilə təyin olunması hüququ izah edilmişdir. O da maddi vəziyyəti zəif olduğu üçün dövlət hesbına müdafiəçi ilə təmin olunması üçün ərizə vermişdir. Daha sonra növbədə olan vəkil X9 ona dövlət hesabına müdafiəçi təyin olunmuş və təqdim olunmuşdur. Müdafiəçiyə və cinayət prosesinin digər iştirakçılarına etirazı olmadığını bildirdikdən sonra polis şöbəsinin inzibati binasında NH-nin qarşısında videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı onun sol ayağındakı corabın içərisində olan 05 ədəd narkotik vasitə qurudulmuş marixuana olan bükümlər aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı həmin bükümlərin içərisindəki kütlələrin narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin bükümləri taparaq əldə etdiyini və satış məqsədi olmadığını özüm istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilərək boş zərfdə qablaşdırılmış o da həmin zərfi imzalamışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, doğruluğunu imzası ilə təsdiqləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsüsatları təsdiq etmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid3 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. İşdə olan Mənzil Kommunal Təsərrüfat Birliyinin mənzil kommunal İstismar Sahəsi tərəfindən verilən arayışdan görünür ki, Səfərov X6 rayonu Alatava küçəsi 2 nömrəli evin 97 saylı mənzilində qeydiyyatsız yaşayır. İşdə olan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə 56 saylı MKİS-nə heç bir şikayət daxil olmayıb. İş üzrə tərtib edilmiş 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkcəsinin sağ iç cibindən aşkar edilmiş şəffaf sellofan bükümdə içərisində ümumi çəkisi 6,23 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/113 saylı rəyinə əsasən: Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar kütlə....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd kiçik sellofan paketdə təmiz çəkisi - 6,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş - marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 390 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin ümumi xalis çəkisi 6,23 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 6,18 qram olan narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinə əlavə olunmuş 11 fevral 2023-cü il tarixli məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı Sərəncamına əsasən əfv olunaraq azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhər Probasiya İdarəsinin məktubuna əsasən Təqsirləndirilən şəxs nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməsi barədə əlavə cəzasının müddəti xx.xx.2024-cü ildə bitəcəkdir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunduğundan Təqsirləndirilən şəxs ibtidai istintaqda 2 gün şübhəli şəxs qismində həbsdə qaldığı müddət də nəzərə alınmaqla nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməsi barədə əlavə cəzanın çəkilməmiş qalan müddəti 5 ay 9 gün müəyyən edilir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, şahidlərin ifadələri, baxış və götürülmə protokolu, məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli və 17/113 nömrəli məhkəmə narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 390 nömrəli rəyləri sübut növü kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş İ siyahının 12-ci qrafasına əsasən təmiz çəkisi 6,23 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olmasını (CM-nin 59.1-ci), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Səfərov X7 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına və 3 il müddətinə təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş və AR Prezidentinin xx.xx.2021-ci il tarixli, 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-nin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, əvvəllər müxtəlif maddələrə təqsirli bilinməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 29 yanvar 2023–cü il tarixdən 31 yanvar 2023–cü il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), Təqsirləndirilən şəxs yeni hökm ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsi birləşdirilməli, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə olan əlavə cəzanın müddəti isə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunmalı, cəzaçəkmə müddətinin başlanğıcı 12 oktyabr 2023-cü il tarixdən hesablanmalı, (CPM-158.2.1), Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan ekspertizaya sərf olunduqdan sonra qalan təmiz çəkisi 6,18 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 35 manat 97 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm ilə təyin edilmiş 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətinə təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş 5 ay 9 gün hissəsi tam birləşdirilməklə, ona 6 ay müddətə azadlıqdan məhrum etmə və 5 ay 9 gün müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs 29 yanvar 2023–cü il tarixdən 31 yanvar 2023–cü il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı 2 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 5 ay 9 gün müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə olan əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə həmin əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan ekspertizaya sərf olunduqdan sonra qalan təmiz çəkisi 6,18 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 35 manat 97 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-78/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-78/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver