Məhkəmə qərarları › İş №1(051)-79/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-79/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-79/2024 04.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1974-cü ildə Ermənistan Respublikası Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 181.2.5 və 228.4-cü maddələri ilə CM-nin 66.3 və 93.1.4-cü maddələri tətbiq edilməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Şəki rayon Məhkəməsinin qərarı ilə cəzasının 03 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci ildə cəzasını çəkib qurtarmış, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 7(103)-34/2024 saylı qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, 02 ay 16 gün cəzası çəkilməmiş qalmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi 7 saylı cəzaçəkmə müəssisəsi inzibati binada qeydiyyatda olan, Sumqayıt şəhəri 42-ci məhəllə, bina 11, mənzil 81-də yaşamış, hazırda barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə – qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 (beş) qram, külli miqdarının aşağı həddi isə 500 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 307.64 ( üç yüz yeddi tam yüzdə altmış dörd) qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 8.67 (səkkiz tam yüzdə altmış yeddi) qramını əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibindəki 1 ədəd sellofan bükümdə, qalan 298.97 (iki yüz doxsan səkkiz tam yüzdə doxsan yeddi) qramını isə sağ əlindəki 1 ədəd sellofan torbada saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 13:50 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Səadət” şadlıq sarayının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək, orada həmin tarixdə saat 14:30-dən 14:47-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 8.67 (səkkiz tam yüzdə altmış yeddi) qramı əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibindəki 1 ədəd sellofan bükümdə, qalan 298.97 (iki yüz doxsan səkkiz tam yüzdə doxsan yeddi) qramını isə sağ əlindəki 1 ədəd sellofan torbanın icərisindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM– in 234.1–ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o hal-hazırda heç bir yerdə işləmir, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 2023-cü ilin dekabrın 11-də azadlığa buraxılmışdır. Bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Tutulmazdan təxminən 6-7 gün əvvəl gəzmək üçün Mingəçevir şəhərinə gəlmişdir. Həmin müddət ərzində Mingəçevir şəhərində yerləşən moteldə qalmışdır. Əvvəllər Mingəçevir kəndi adlanan ərazidə yerləşən “Qartal” kafesində kababçı işlədiyi üçün oraya gedib, yemək yeyirmiş. Təxminən 4-5 gün öncə “Qartal” kafesindən çıxan zaman kafenin yaxınlığında yerdə göy sellofan büküm görmüşdür. Həmin sellofan bükümü götürüb açdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını anlamışdır. Əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün sellofan bükümü açan zaman onun narkotik vasitə olan qurudulmuş marixuana olmasını asanlıqla anlamış və həmin sellofan bükümün içərisindən şəxsi istifadəsi üçün bir qədər götürüb, yerdə qalan hissəsini yaxınlıqdakı daşın altında gizlətmişdir. Həmçinin sellofan bükümdə olan narkotik vasitəsi özü ilə birgə Sumqayıt şəhərinə aparmaq fikri var imiş. xx.xx.2024-cü il tarixdə içərisində narkotik vasitəqurudulmuş marixuana olan sellofan bükümü gizlətdiyi yerdən götürüb eyni ilə üzərindən istifadəsi üçün bir qədər götürərək Sumqayıt şəhərinə aparmaq məqsədi ilə üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 13:50 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Səadət” şadlıq sarayının yaxınlıqında iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün ona dövlət büdəcəsi hesabına X6 müdafiəçi təyin edilmiş və ona təqdim edilmişdir. Videoçəkiliş zamanı ona hal şahidlərinin iştirakının məcburi olmamasını izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O yenə də etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə varsa könüllü təqdim etsin. O, isə sağ əlində iç-içə keçirilmiş vəziyyətdə olan sellofan torbanı, əynindəki qara rəngli qış gödəkcəsinin iç cibindən bir ədəd sellofan bükümü könülllü olaraq təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd iç-içə keçirilmiş vəziyyətdə olan sellofan torba açılarkən içərisindəki kütlənin spesifik iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması məlum olmuşdur. Həmçinin sellofan büküm açılarkən içərisindəki kütlənin spesifik iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması məlum olmuşdur. Sorğu zamanı o üzərindən aşkar olunmuş 1 ədəd iç-içə keçirilmiş vəziyyətdə olan sellofan torbanın və 1 ədəd sellofan bükümün içərisində olan həmin kütlənin narkotik vasitə olan marixuana olmasını, həmin kütləni təxminən 4-5 gün əvvəl Mingəçevir kəndi adlanan ərazidə yerləşən “Qartal” kafesinin yaxınlığında yerdən tapdığını bildirmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd iç-içə keçirilmiş vəziyyətdə olan sellofan torba və 1 ədəd sellofan büküm müdafiəçi Müsaqif Hüseyinovun iştirakı ilə götürülmüşdür. Həmçinin narkotik vasitəyə oxşar kütlələr onun və qeyd olunan iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd iç-içə keçirilmiş vəziyyətdə olan sellofan torba ilə birlikdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisinin 300 (üç yüz) qram, həmçinin 1 ədəd sellofan büküm ilə birlikdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisinin 9.21 (doqquz tam yüzdə iyirmi bir) qram olması müəyyən edilmişdir. Bütün proseslər kameraya çəkilmişdir. Baxış barədə proptokol tərtib olunmuş, o, vəkil Müsaqif Hüseyinovvə polis əməkdaşları protokola imza etmişlər. Hazırda əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 17 yanvar 2024-cü il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün şöbədə “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:50 radələrində Mingəçevir şəhəri, Səadət şadlıq sarayının yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmiş, polis şöbəsinə vəkil X9 dəvət olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib öz razılığı ilə onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra saat 14:30-da vəkilin və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs sağ əlində iç-içə keçirilmiş vəziyyətdə olan sellofan torbanı, əynindəki qara rəngli qış gödəkcəsinin iç cibindən bir ədəd sellofan bükümü könülllü olaraq təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd iç-içə keçirilmiş vəziyyətdə olan sellofan torba açılarkən içərisindəki kütlənin spesifik iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması məlum olmuşdur. Həmçinin sellofan büküm açılarkən içərisindəki kütlənin spesifik iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması məlum olmuşdur. Onun üzərindən aşkar edilmiş 1 ədəd iç-içə keçirilmiş vəziyyətdə olan sellofan torba və 1 ədəd sellofan büküm müdafiəçi Müsaqif Hüseyinovun iştirakı ilə götürülmüşdür. Həmçinin narkotik vasitəyə oxşar kütlələr onun və qeyd olunan iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd iç-içə keçirilmiş vəziyyətdə olan sellofan torba ilə birlikdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisinin 300 (üç yüz) qram, həmçinin 1 ədəd sellofan büküm ilə birlikdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisinin 9.21 (doqquz tam yüzdə iyirmi bir) qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 ədəd iç-içə keçirilmiş vəziyyətdə olan sellofan torba və 1 ədəd sellofan bükümün içərisində olan kütlələrin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuana”nı 4-5 gün əvvəl Mingəçevir kəndi adlanan ərazidə yerləşən “Qartal” kafesinin yaxınlığında yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üstündə saxladığını bildirmişdir. Məhkəmə iclası zamanı Əliyev X5 Arif Abbas oğlunun ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində bir daha təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərində video çəkiliş tətbiqi ilə şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 17 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs sağ əlində iç-içə keçirilmiş vəziyyətdə olan sellofan torbanın icərisində 300 ( üç yüz) qram, qalanı isə əynindəki qara rəngli qış gödəkcəsinin iç cibindən bir ədəd sellofan bükümdə 9.21 (doqquz tam yezdə iyirmi bir) qram çəkidə, narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17\65 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş: Üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi -8.67 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasutə qurudulmuş marixuanadır. Üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi -298.67 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasutə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 01 ədəd sellofan bükümdə və 01 ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın təmiz çəkisi – 8,67 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 8,62 qr. Marixuananın təmiz çəkisi – 298,97 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 298,92 qr. Aparılmış tədqiqatın dəyəri 35,97 manatdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 438 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanımaq haqqında 14 mart 2024cü il tarixli qərardan görünür ki, istintaq zamanı 17 yanvar 2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi xalis təmiz çəkisi 307.64 (üç yüz yeddi tam yüzdə altmış dörd) qram olmaqla küstar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalan qalıq 307.54 (üç yüz yeddi tam yüzdə əlli dörd) qram olan narkotik vasitə - qurudulmuş marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-104/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli birlinib ona 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X2 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli CM-nin 228.4 və 234.1-ci maddələri ilə CM-nin 66.1 və 66.3-cü maddələri tətbiq edilməklə 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5 və 228.4-cü maddələri ilə CM-nin 66.3 və 93.1.4-cü maddələri tətbiq edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 03 ay 24 gün vaxtından əvvəl şərti azad edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işi materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 7(103)-34/2024 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, məhkum Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 16 gün hissəsini real olaraq çəkməsi üçün cəzaçəkmə müəssisəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 16 gün hissəsi xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 4(051)-2/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən “qurudulmuş marixuana” əldə edib üzərində saxlayıb daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə – qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 (beş) qram, külli miqdarının aşağı həddi isə 500 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 307.64 ( üç yüz yeddi tam yüzdə altmış dörd) qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 8.67 (səkkiz tam yüzdə altmış yeddi) qramını əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibindəki 1 ədəd sellofan bükümdə, qalan 298.97 (iki yüz doxsan səkkiz tam yüzdə doxsan yeddi) qramını isə sağ əlindəki 1 ədəd sellofan torbada saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 13:50 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Səadət” şadlıq sarayının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək, orada həmin tarixdə saat 14:30-dən 14:47-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 8.67 (səkkiz tam yüzdə altmış yeddi) qramı əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibindəki 1 ədəd sellofan bükümdə, qalan 298.97 (iki yüz doxsan səkkiz tam yüzdə doxsan yeddi) qramını isə sağ əlindəki 1 ədəd sellofan torbanın icərisindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 181.2.5 və 228.4-cü maddələri ilə CM-nin 66.3 və 93.1.4-cü maddələri tətbiq edilməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Şəki rayon Məhkəməsinin qərarı ilə 03 ay 24 gün müddətindən əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci ildə cəzasını çəkib qurtarmışdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. Lakin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyindən istintaq təcridxanasında olmuş və 02 ay 16 gün azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün cəzaçəkmə müəssisəsinə göndərilməmişdir. Azərbaycan Respublikası CM-in 83.3-cü maddəsinə əsasən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmləri üzrə Təqsirləndirilən şəxs məhkumluqları ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, məhkumluqları ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hökm qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza hökmlərin məcmusu qaydasında təyin edilməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-in 65.2ci maddəsinə əsasən cinayətin təhlükəli residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-in 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamalıdır. Məhkəmə, cəzanı yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halların mövcudluğunu, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirilən halları, yəni əvvəllərdə eyni xarakterli cinayəti törətməsini və cəza çəkdiyi müddətdə eyni xarakterli cinayət törətməsini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 16 (on altı) gün hissəsi hazırki hökmlə təyin edilmiş cəzası ilə qismən toplamaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun barəsində xx.xx.2024-cü il tarixdə 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasnın 7(103)- 34/2024 saylı qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına çəkilməmiş qalan 02 ay 16 gün hissəsini real olaraq çəkməsi üçün cəzaçəkmə müəssisəsinə göndərilməsi qərara alınmışdır. Lakin barəsində həbs qətimkan tədbiri seçilərək ibtidai istintaq, sonradan isə məhkəmə prosesi aparıldığı üçün bu müddət ərzində cəzasını cəzaçəkmə müəssisəsində çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-in 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs məcburi mülaicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 307.54 qram narkotik vasitə qurudulmuş marixuana qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 35,97 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 16 (on altı) gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək onun üzərinə qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 17 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 307.54 qram narkotik vasitə qurudulmuş marixuana qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 35,97 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar