Məhkəmə qərarları › İş №1(051)-8/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-8/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-8/2021 16.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Yəhyayeva Bənövşə Əbülfət qızının, X7, X1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 iştirakı ilə xx.xx.1971-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1-də yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 178.2.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 əlilliyi ilə əlaqədar təqaüdə çıxaracağını yalan vəd verib aldadaraq sonuncudan yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evində 2600 manat pulu alıb ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 2600 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin may ayında özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 onun əmisi Şahid6 səhhəti ilə əlaqədar təqaüdə çıxaracağını yalan vəd verib aldadaraq Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “Nərgiz” klinikasında sonuncudan hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 200 manat, ikinci dəfə 150 manat, üçüncü dəfə 150 manat və sonuncu dəfə 450 manat məbləğdə pulunu ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 950 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin iyun ayının əvvəllərində özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Ağdam rayonu Bənövşələr qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs11 İnqilab oğlunu xəstəliyinə görə pensiyaya çıxaracağını vəd edərək Ağdam rayonu, İmamqulubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs11 1000 manat pulunu ələ keçirərək ona 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin iyul ayının ortalarında özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Ağdam rayonu Alıbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs13 xəstəliyinə görə təqaüdə çıxaracağını vəd edərək Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs13 850 manat pulunu ələ keçirərək ona 850 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin iyul ayının ortalarında özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Ağdam rayonu Alıbəyli kəndində yaşayan X4 xəstəliyinə görə təqaüdə çıxaracağını vəd edərək Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Məlahət Baxşəliyevanın 1500 manat pulunu ələ keçirib ona 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin iyul ayının ortalarında özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Ağdam rayonu Alıbəyli kəndində yaşayan X8 xəstəliyinə görə təqaüdə çıxaracağını vəd edərək Ağdam rayonu, İmamqulubəyli kəndi ərazisində Asbə Bayramovanın 990 manat pulunu ələ keçirməklə ona 990 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin iyul ayının ortalarında özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Ağdam rayonu Alıbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs10 xəstəliyinə görə təqaüdə çıxaracağını vəd edərək Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs10 1000 manat pulunu ələ keçirib ona 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin avqust ayının əvvəllərində özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Ağdam rayonu Alıbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs12 xəstəliyinə görə təqaüdə çıxaracağını vəd edərək Ağdam rayonu Alıbəyli kəndi ərazisində Zərərçəkmiş şəxs12 1300 manat pulunu keçirib ona 1300 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2019-cu il tarixdə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 onun qızını Mingəçevir şəhəri ərazisində yerləşən məktəblərdən birində laborant kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq sonuncudan hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “Nərgiz” klinikasında əvvəlcə 200 manat, daha sonra isə Zərərçəkmiş şəxs1 ona Tərtər rayonundan «Million» terminalı vasitəsi ilə göndərdiyi və Mingəçevir şəhərində qəbul etdiyi 500 manat məbləğdə pulunu alıb ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 700 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2019-cu il tarixdə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 onun qızı Güneli şəhər ərazisində yerləşən orta məktəblərdən birində müəllimə kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “Nərgiz” klinikasında ondan 2000 (iki min) manat məbləğdə pulunu alıb ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 2000 (iki min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2019-cu il tarixdə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 onun oğlu Elgizi xəstəliyi ilə əlaqədar təqaüdə çıxaracağını yalandan vəd verib aldadaraq Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “Nərgiz” klinikasında ondan 1000 (min) manat məbləğdə pulunu alıb ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 1000 (min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2019-cu il tarixdə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 onun özü və keçmiş həyat yoldaşını əlilliyi ilə əlaqədar təqaüdə çıxaracağını, həmçinin Zərərçəkmiş şəxs2 oğlunu Mingəçevir şəhəri Mühafizə şöbəsində işə düzəldəcəyini yalandan vəd verib aldadaraq Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “Nərgiz” klinikasında ondan ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğdə pulu alıb ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 4500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2020-ci il tarixdə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Yəhyayeva Bənövşə Əbülfət qızına ona ünvanlı sosial yardım almasına kömək edəcəyini yalandan vəd verib aldadaraq Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısında ondan 1300 (min üç yüz) manat məbləğdə pulu alıb ələ keçirərək zərəçəkmiş şəxs Yəhyayeva Bənövşə Əbülfət qızına ümumilikdə 1300 (min üç yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs6 2018-ci ilin mart ayında Mingəçevir-Bərdə marşrutu üzrə taksi işləyən Rəşid adlı şəxsin vasitəsilə tanımışdır. Nadir Rəşidin qohumudur. O, Mingəçevir şəhəri ərazisində yerləşən “Nərgiz” klinikasında işləyən vaxtlarda Rəşidə məxsus taksi avtomobili ilə tez-tez Bərdə rayonundan Mingəçevir şəhərinə gəlirmişdir. Onun həmin vaxtlar borcları olmuşdur. O həmin borcları ödəmək üçün tanıdığı şəxslərə əlilliklə bağlı təqaüd düzəldə bildiyini, həmçinin işə adam düzəldə biləcəyini yalandan deyib pul əldə etmək fikrinə düşmüşdür. O, buna görə bir neçə dəfə Rəşidə əlilliklə bağlı təqaüd düzəldə bildiyini, əgər təqaüd almaq istəyən qohumu və ya tanışı varsa, ona deməyini bildirmişdir. 2018-ci ilin mart ayında Rəşid ona məxsus mobil telefon nömrəsinə zəng edərək Nadir adlı qohumunun olduğunu, Nadirin 1-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu, əlilliklə bağlı təqaüdə çıxmaq istədiyini bildirmişdir. O, Rəşidə Nadiri təqaüdə çıxartmaq üçün 2600 manat pul lazım olduğunu demişdir. Onun fikri Nadirdən pulu almaq, sonra isə Nadirdən aldığı pulu hissəhissə qaytarmaq olmuşdur. 2018-ci ilin mart ayının 15-də Zərərçəkmiş şəxs6, Nadirin həyat yoldaşı və Rəşid yaşadığı Bərdə şəhərində yerləşən evə gəlmişlər. Evdə Nadir ona 2600 manat pul vermişdir. O, Nadirə 2 aya, ən geci isə 6 aya təqaüd ala biləcəyini demişdir. Nadir onunla razılaşmış və çıxıb getmişlər. Sonradan onun maddi vəziyyəti yaxşı olmadığı üçün Zərərçəkmiş şəxs6 aldığı pulu geri qaytara bilməmişdir. Bundan başqa o, təxminən 5 il əvvəl X17 Zərərçəkmiş şəxs13 anası Almaz Baxşalıyevanı əməliyyat etmişdir. Bundan sonra həmin şəxslərlə onun münasibəti yaranmışdır. Təxminən 2019-cu ilin iyul ayında Zaminin bacısı onun işlədiyi Mingəçevir şəhərində yerləşən “Nərgiz” adlanan klinikada əməliyyat olunmuşdur. Almaz palatada müalicə olunarkən o, tez-tez Almazı ziyarət etmişdir. Bir dəfə o, palataya daxil olanda Almazın qohumlarının da Zaminin bacısını ziyarətə gəldiklərini görmüşdür. Həmin vaxt ona pul ehtiyac olduğundan o, həmin şəxsləri aldadaraq pul almaq məqsədi ilə həmin şəxslərə yalandan onun bir tanışı olduğunu, tanışının vasitəsi ilə 1500 manat pul müqabilində xəstəlik üçün təqaüd pulu düzəldə biləcəyini demişdir. Həmin vaxt orada olan Zərərçəkmiş şəxs13 və qohumları Məlahət Baxşəliyeva, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs10, Asbə Bayramova, Zərərçəkmiş şəxs11 ona inanmış və bu barədə ətraflı məlumat almaq üçün suallar vermişlər. O da həmin şəxsləri aldadaraq yalan cavablar verib inandırmışdır. Bundan sonra o, 2019-cu ilin iyul ayının müxtəlif günlərində həmin şəxslərin hər biri ilə Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində “Doğum Evi”nin yaxınlığında görüşmüşdür. Belə ki, Zərərçəkmiş şəxs11 İnqilab oğlunu xəstəliyinə görə təqaüdə çıxaracağını vəd edərək 2019-cu ilin iyul ayının əvvəllərində Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs11 1000 manat pulunu, Zərərçəkmiş şəxs13 xəstəliyinə görə təqaüdə çıxaracağımı vəd edərək 2019-cu ilin iyul ayının ortalarında Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs13 850 manat pulunu, 2019-cu ilin iyul ayının ortalarında Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Məlahət Baxşəliyevanın 1500 manat pulunu, 2019-cu ilin iyul ayının ortalarında Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs8 990 manat pulunu, 2019-cu ilin iyul ayının ortalarında Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs10 1000 manat pulunu və 2019-cu ilin avqust ayının əvvəllərində Ağdam rayonu Alıbəyli kəndi ərazisində Zərərçəkmiş şəxs12 1300 manat pulunu aldadıb almışdır. Pulları dəqiq hansı gündə aldığını xatırlamır. Pulları aldıqdan sonra həmin şəxslərin hər birini xəstəliyə görə təqaüdə çıxaracağını vəd edərək aldatmışdır. Sonradan Zərərçəkmiş şəxs11 israrla ondan pulunu istədiyi üçün Məhəbbətin şikayət etməməsi üçün Məhəbbətin 150 manat və Zərərçəkmiş şəxs9 200 manat pulunu qaytarmışdır. Hazırda onun həmin şəxslərə ümumilikdə 6100 manat borcu vardır. O, Zərərçəkmiş şəxs1 2017-ci ildən tanıyır. O, Arzu ilə Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında tanış olmuşdur. Arzu onun yanına xəstəliyi ilə bağlı gəlirmiş. 2019-cu ilin oktyabr ayında Arzu yenidən onun yanına xəstəliyi ilə bağlı gəlmişdir. O, orada Arzuya çoxlu tanışlarının olduğunu, müəyyən pul müqabilində istənilən adamı işə düzəldə biləcəyini demişdir. Arzu isə ona qızı Aysunu işə düzəltmək istədiyini, köməklik etməyini bildirmişdir. O, Arzuya qızını Mingəçevir şəhəri, 10 saylı orta məktəbdə laborant kimi işə düzəldə biləcəyini, bunun üçün 700 manat pul verməli olduğunu demişdir. O, Mingəçevir şəhəri ərazisində yerləşən məktəblərdən yalnız 10 saylı orta məktəbi tanıdığı üçün Arzuya qızını 10 saylı orta məktəbə işə düzəldəcəyini demişdir. Arzu onunla razılaşmışdır. Arzu xx.xx.2019-cu il tarixdə işlədiyi “Nərgiz” klinikasına gələrək ona 200 manat pul vermişdir. Arzu ona bir neçə günə Tərtər rayonuna gedəcəyini, Tərtər rayonundan qalan 500 manat pulu ona göndərəcəyini bildirmişdir. O, Arzu ilə razılaşmışdır. O eyni klinikada işləyən Ayaz adlı şəxsə məxsus maaş kartının nömrəsini Arzuya vermişdir. Onun maaş kartı “Ekspressbank” tərəfindən verilən kart olmuşdur. Arzu ona Tərtər rayonunda “Ekspressbank”-ın filialının olmadığını, Arzuya “Kapitalbank”-dan verilmiş kart nömrəsi verməyini demişdir. O buna görə Arzuya Ayaza məxsus maaş kartının nömrəsini vermişdir. Arzu bir neçə gündən sonra ona zəng edərək Ayaza məxsus maaş kartına 500 manat pulu göndərdiyini demişdir. O, bundan sonra Ayaza maaş kartına köçürülmüş pulu ona verməyini istəmişdir. Ayaz ona həmin 500 manat pulu vermişdir. X30 500 manat pulu hansı məqsədlə aldığını bilməmişdir. O, Arzuya 3-4 ay müddətinə qızını işə düzəldəcəyini bildirmişdir. O, Arzudan aldığı pulu borclarını ödəməyə sərf etmişdir. O, Arzuya, həmçinin əlilliklə bağlı təqaüd düzəldə bildiyini, istənilən adamı müəyyən yerlərdə işə düzəldə biləcəyini yalandan demişdir. Bir neçə gündən sonra Arzu yenidən ona zəng edərək Xatirə adlı qohumunun olduğunu, Xatirənin qızını işə düzəltmək istədiyini, Xatirəyə köməklik etməyini bildirmişdir. O, Arzu ilə razılaşmış və Arzuya qohumunu onun yanına göndərməsini demişdir. xx.xx.2019-cu il tarixdə Arzunun qohumu Xatirə və qızı Günel onun “Nərgiz” klinikasında yerləşən otağına gəlmişlər. Xatirə ona qızı Güneli göstərərək Güneli işə düzəltməkdə köməklik etməyini demişdir. O, Xatirəyə qızını şəhər ərazisində yerləşən orta məktəblərdən birində müəllimə kimi işə düzəldə biləcəyini, bunun üçün 2000 manat pul lazım olduğunu demişdir. Xatirə onunla razılaşmışdır. Növbəti gün yəni, xx.xx.2019-cu il tarixdə saat 12 radələrində Xatirə qızı Günel ilə birlikdə yenidən onun “Nərgiz” klinikasında yerləşən otağına gəlmiş və otaqda ona 2000 manat pul vermişdir. O, Xatirəyə 3-4 ay ərzində qızını işə düzəldəcəyini demişdir. Xatirə onunla razılaşmış və çıxıb getmişdir. O, Xatirədən aldığı 2000 manat pulu da borclarına sərf etmişdir. Zərərçəkmiş şəxs1 2019-cu ilin noyabr ayının əvvəllərində yenidən ona zəng edərək Gülmira adlı dayısı qızı olduğunu, Gülmiranın oğlu üçün əlilliklə bağlı pensiya düzəltmək istədiyini demişdir. O, Arzuya həmin qohumunu da iş otağına göndərməyini demişdir. Növbəti gün Gülmira bir nəfər tanımadığı qadınla birlikdə onun yanına gəlmişdir. Gülmira həmin qadının bacısı olduğunu demişdir. Gülmira ona oğlunun xəstə olduğunu, oğlu üçün əlillik təqaüdü düzəltmək istədiyini demişdir. O, Gülmiraya bunun üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. Gülmira onunla razılaşmışdır. Növbəti gün yəni, xx.xx.2019-cu il tarixdə Gülmira bacısı ilə onun iş otağına gəlmiş, otaqda Gülmira ona bacısının yanında 1000 manat pul vermişdir. O, Gülmiraya bir neçə aya oğlunun əlillik təqaüdü alacağını yalandan vəd vermişdir. O, Gülmiradan aldığı 1000 manat pulu da borclarına sərf etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 2019-cu ilin dekabr ayında ona zəng edərək Aytən adlı yaxın rəfiqəsinin olduğunu, Aytənin özü və həyat yoldaşı üçün əlillik pensiyası düzəltdirmək istədiyini, həmçinin Aytənin oğlunu işə düzəltdirmək istədiyini bildirmişdir. O, Arzuya rəfiqəsinə də kömək edəcəyini demişdir. Bir neçə gündən sonra Aytən onun iş otağına gəlmişdir. Aytən ona özü və həyat yoldaşı üçün əlillik pensiyası düzəltdirmək istədiyini, həmçinin oğlunun hazırda hərbi xidmətdə olduğunu, hərbi xidmətdən qayıtdıqdan sonra oğlunu işə düzəltmək istədiyini demişdir. O, Aytənə özü və həyat yoldaşı üçün təqaüd düzəltdirmək üçün ümumilikdə 3000 manat, həmçinin oğlunu hərbi xidmətdən qayıtdıqdan sonra Mingəçevir şəhər Mühafizə şöbəsində işə düzəltmək üçün 1500 manat pul lazım olduğunu, pulu verdikdən 3 ay sonra 2-ci qrup əlil kimi pensiya ala biləcəklərini, oğlunun isə hərbi xidmətdən qayıtdıqdan dərhal sonra işə düzələcəyini yalandan vəd vermişdir. Aytən onunla razılaşmışdır. xx.xx.2019-cu il tarixdə Aytən yenidən onun iş otağına gəlmiş və ona ümumilikdə 4500 manat pul vermişdir. O, Aytəndən aldığı pulu da borclarına sərf etmişdir. Zərərçəkmiş şəxs3 Mingəçevir şəhər polis şöbəsinə ünvanladığı ərizə ilə tanış olmuşdur. Afser və əmisi Xanlar “Nərgiz” klinikasının qarşısında taksi fəaliyyəti ilə məşğul olurmuşlar. Belə ki, Afser və əmisi növbəli şəkildə özlərinə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşlar. O tez-tez Afser və əmisinin taksi avtomobili ilə yol getmişdir. 2019-cu ilin may ayında Xanlar ona xəstə olduğunu, xəstəliyinin onu narahat etdiyini demişdir. O bundan sonra Xanlardan aldatma yolu ilə pul almaq üçün Xanlara əlilliklə bağlı pensiya düzəltdirə biləcəyini demişdir. Xanlar onunla razılaşmış və ondan pensiya düzəltdirmək üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. O, Xanlara 1000 manat qarşılığında pensiya düzəltdirə biləcəyini demişdir. Lakin Xanlar hazırda 1000 manat pulunun olmadığını, pulu ona hissə-hissə verəcəyini demişdir. O, Xanlarla razılaşmışdır. Bundan sonra Xanlar ona hissə-hissə 200 manat, 150 manat, 150 manat və 250 manat olmaqla ümumilikdə 750 manat pul vermişdir. O həmin pulları da borclarına sərf etmişdir. Bənövşə Yəhyayevanın Mingəçevir şəhər polis şöbəsinə ünvanladığı şikayət ərizəsi ilə tanış olmuşdur. Həmin ərizə ilə bağlı bildirmişdir ki, 2020-ci ilin yanvar ayının əvvəllərində əvvəldən tanıdığı Afser adlı şəxs ona zəng edərək Bənövşə adlı tanışının olduğunu, Bənövşənin özünə sosial müavinət düzəltdirmək istədiyini, Bənövşəyə kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. O, Afserə özünə məxsus mobil telefon nömrəsini Bənövşə adlı şəxsə verməsini, Bənövşəyə kömək edəcəyini demişdir. Bundan sonra Bənövşə ona məxsus mobil telefon nömrəsinə zəng etmişdir. O, Bənövşəyə sosial müavinət düzəldə biləcəyini, bir neçə gündən sonra ona zəng edərək Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısında görüşmələrini demişdir. O, Bənövşə ilə xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısında görüşmüşlər. Bənövşə ona maddi imkanı zəif olduğu üçün sosial müavinət almaq istədiyini, kömək etməyini demişdir. O isə Bənövşəyə sosial müavinət almaqda kömək edəcəyini, lakin bunun üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. Bənövşə onunla razılaşmışdır. Növbəti gün yəni, xx.xx.2020-ci il tarixdə o, Bənövşə ilə yenidən Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısında görüşmüşlər. Həmin vaxt Bənövşənin yanında qardaşı da olmuşdur. Orada Bənövşə ona qardaşının yanında 1000 manat pul vermişdir. O isə Bənövşəyə fevral ayının axırında sosial müavinət kartını alacağını bildirmişdir. O, Bənövşədən aldığı pulu borclarına sərf etmişdir. Hazırda əməlindən peşmandır. İş məhkəmədə baxılan vaxt Zərərçəkmiş şəxs11 olan 1000 manat puldan cəmi 350 manat, Zərərçəkmiş şəxs6a 2600 manat puldan siə 600 manat qaytarmışdır. Uşaqlarını körpə olduğundan və heç yanda işləmədiyindən digər zərərçəkmiş şəxslərin pulunu qaytara bilməmişdir. Ona baxmayaraq, istifadəsində olan fərdi yaşayış evini satıb zərərçəkmiş şəxslərin pulunu ödəyəcəkdir. Hazırda oğlanları hərbi xidmətdədir. Ona görə evin satılması ləngimişdir. Himayəsində isə 12-13 yaşında iki nəfər azyaşlı uşağı vardır. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Təqsirləndirilən şəxs Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında işləmişdir. O, öz xəstəlikləri ilə bağlı bir neçə dəfə Sevinc həkimin yanına getmişdir. Həmin vaxtdan onun Sevinc ilə münasibəti yaranmışdır. Sonuncu dəfə 2019-cu ilin oktyabr ayında o yenidən Sevinc həkimin yanına getmişdir. Həmin vaxt Sevinc ona çoxlu əlaqələrinin olduğunu, istənilən adamı pul müqabilində əlilliklə bağlı pensiya çıxarda biləcəyini və ya istənilən yerdə işə düzəldə biləcəyini bildirmişdir. O bundan sonra Sevincə qızını Mingəçevir şəhəri ərazisində yerləşən orta məktəblərdən birində işə düzəltməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona qızını 10 saylı orta məktəbdə laborant kimi işə düzəldə biləcəyini, bunun qarşılığında ondan 700 manat pul alcağını bildirmişdir. O, Sevinclə razılaşmışdır. O ilkin olaraq Sevincə xx.xx.2019-cu il tarixdə “Nərgiz” klinikasında 200 manat pul vermişdir. O qalan pulu Tərtər rayonuna gedib Sevincə göndərəcəyini bildirmişdir. Bundan sonra Sevinc ona Ayaz adlı şəxsə məxsus kart nömrəsini vermiş və ona 500 manat pulu həmin karta göndərməsini demişdir. O, Sevinclə razılaşmış və Tərtər rayonunda yerləşən “Milliön” ödəniş terminalı vasitəsilə Ayaz adlı şəxsə məxsus karta 500 manat pul göndərmişdir. Beləliklə o, Təqsirləndirilən şəxs qızını işə düzəltməsi üçün ümumilikdə 700 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona həmçinin qohumlarından kiminsə əlilliklə bağlı pensiya düzəltdirmək istəyirsə, kömək edə biləcəyini demişdir. O bundan sonra qohumu olan Gülmiraya Sevinc adlı qadınla münasibəti olduğunu, Sevincin pul qarşılığında istənilən adam üçün əlilliklə bağlı pensiya düzəldə biləcəyini demişdir. Gülmira ona oğlu üçün pensiya düzəltdirmək istədiyini bildirmişdir. O bundan Təqsirləndirilən şəxs zəng edərək Gülmira adlı qohumunun olduğunu, Gülmiranın oğlu üçün pensiya düzəltdirmək istədiyini demişdir. Sevinc ona Gülmiranın yanına gəlməyini demişdir. O, sonradan bilmişdir ki, Gülmira “Nərgiz” klinikasında Təqsirləndirilən şəxs 1000 (min) manat pul verib. 2019-cu ilin dekabr ayında o, rəfiqəsi Aytənə də Sevinc adlı həkimin pul müqabilində əlilliklə bağlı pensiya düzəldə biləcəyini bildirmişdir. Aytən özünə və keçmiş həyat yoldaşına pensiya düzəltdirmək istədiyini demiş və ondan Sevinc adlı qadınla bu barədə danışmağını xahiş etmişdir. O bundan sonra Təqsirləndirilən şəxs ilə danışmışdır. Lakin o sonradan onların arasında olan söhbətlərdə iştirak etməmişdir. Sonradan o, bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 özü və keçmiş həyat yoldaşına pensiya düzəldəcəyini, həmçinin Aytənin oğlunu mühafizə polisinə işə düzəldəcəyini yalandan vəd verərək ümumilikdə 4500 manat pul almışdır. Lakin Təqsirləndirilən şəxs nə ona, nə qohumu Gülmiraya, nə də ki, rəfiqəsi Aytənə verdiyi vədlərə əməl etməmiş və indiyə qədər onlardan aldığı pulları geri qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayında rəfiqəsi Arzu vasitəsilə tanımışdır. 2019-cu ilin dekabr ayında rəfiqəsi Arzu ona Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında işləyən Sevinc adlı qadının olduğunu, Sevincin qızını işə düzəltməkdə köməklik edəcəyini, Sevincin əlilliklə bağlı pensiya düzəltməkdə köməklik edə biləcəyini demişdir. O, Arzudan Sevinc adlı qadınla danışmasını, Sevincin ona və keçmiş həyat yoldaşı Rəhim Hüseynova əlilliklə bağlı pensiya düzəltməsini deməsini xahiş etmişdir. Bundan sonra Arzu Sevinc adlı qadınla danışmış və onun Sevincin iş otağına gedib Sevinclə danışmağını demişdir. O, “Nərgiz” klinikasına, Təqsirləndirilən şəxs iş otağına getmişdir. O, Sevincə özü və keçmiş həyat yoldaşı üçün əlillik pensiyası düzəltdirmək istədiyini, həmçinin hərbi xidmətdə olan oğlunu işə düzəltməkdə ona köməklik etməsini demişdir. Təqsirləndirilən şəxs onu və keçmiş həyat yoldaşı Rəhimi əlilliklə bağlı pensiyaya çıxarda biləcəyini, bunun üçün 1500 manat pul verməli olduğunu demişdir. Həmçinin Təqsirləndirilən şəxs ona oğlu Məhəmməd Hüseynov hərbi xidmətdən qayıtdıqdan dərhal sonra oğlunu mühafizə polisində işə düzəldə biləcəyini, bunun üçün isə Sevincə əlavə olaraq 3000 manat verməli olduğunu demişdir. O, Sevinclə razılaşmışdır. O, xx.xx.2019-cu il tarixdə “Nərgiz” klinikasına gedərək Təqsirləndirilən şəxs iş otağında Sevincə onu və keçmiş həyat yoldaşını əlilliklə bağlı pensiyaya çıxartması üçün 1500 manat və oğlu Məhəmmədi işə düzəltməsi üçün 3000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs kağız parçasına öz xətti ilə “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu il tarixdə 4500 AZN (manat) pul sənəd düzəltmək üçün aldım” sözlərini yazmış və həmin kağızı imzalayıb ona vermişdir. Həmin kağız və Təqsirləndirilən şəxs ondan aldığı pulu qaytaracağına dair ona verdiyi digər kağız hazırda ondadır və həmin kağızları istintaqa təqdim edə bilər. Təqsirləndirilən şəxs 2 ay müddətində onun və həyat yoldaşının 2-ci qrup əlil kimi pensiya alacaqlarını, həmçinin oğlu hərbi xidmətdən qayıtdıqdan sonra oğlunu mühafizə polisinə işə düzəldəcəyini demişdir. Lakin o, sonradan Təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab verməməsindən, həmçinin rəfiqəsi Arzunun qızını işə düzəltməməsindən Sevincin onları aldatdığını bilmiş və DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayında bibisi qızı Arzu vasitəsilə tanımışdır. 2019-cu ilin noyabr ayında Arzu ona Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında işləyən Sevinc adlı qadının olduğunu, Sevincin Arzunun qızını işə düzəltməkdə köməklik edəcəyini, Sevincin əlilliklə bağlı pensiya düzəltməkdə köməklik edə biləcəyini demişdir. Onun oğlu Elgiz xəstə olduğu üçün Elgizi əlilliklə bağlı pensiyaya çıxartmaq qərarına gəlmişdir. O, Arzudan Sevinc adlı qadınla danışmasını, Sevincin oğlu Elgizi əlilliklə bağlı pensiya çıxartmaqda köməklik etməsini deməsini xahiş etmişdir. Bundan sonra Arzu Sevinc adlı qadınla danışmış və onun Sevincə zəng etməyini demişdir. O bundan sonra Sevincə zəng etmiş və Sevincə oğlunu əlilliklə bağlı pensiyaya çıxartmaqda köməklik etməsini demişdir. Təqsirləndirilən şəxs oğlunu əlilliklə bağlı pensiyaya çıxarda biləcəyini, bunun üçün Sevincə 1000 manat pul verməli olduğunu demişdir. O razılaşmışdır. Lakin onun pulu olmadığı üçün Sevincə onu gözləməsini demişdir. Sevinc onunla razılaşmışdır. Lakin sonradan Sevinc ona dəfələrlə zəng edərək pulu tez tapmağını, sonra gec olacağını demişdir. O buna görə məcbur qalıb 2019-cu ilin noyabr ayının 07-də “Kapitalbank”-ın Mingəçevir şəhər filialından 1300 manat məbləğdə kredit götürmüşdür. O, 2019-cu ilin noyabr ayının 8-də qardaşının həyat yoldaşı Mahrux ilə birlikdə “Nərgiz” klinikasına getmişlər. Orada o, Təqsirləndirilən şəxs iş otağında Sevincə oğlunu əlilliklə bağlı pensiyaya çıxartması üçün 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs 3 ay müddətində oğlunun əlil kimi pensiya alacağın demişdir. Lakin o sonradan Təqsirləndirilən şəxs bir çox şəxslərdən pul aldığını və həmin pulları qaytarmadığını eşitmişdir. X5 işə düzəltməməsindən Sevinci onları aldatdığını bilmiş və bu barədə polis şöbəsinə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayının sonlarında tanımışdır. 2019-cu ilin oktyabr ayında baldızı qızının qayınanası Esmira ona qohumu Arzunun Sevinc adlı həkim tanışı olduğunu, Sevinc həkimin Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında həkim işlədiyini və həmin klinikaya işə adam düzəltdiyini demişdir. O, xx.xx.2019-cu il tarixdə qızı Şahid2 ilə birlikdə “Nərgiz” klinikasına getmişdir. Onlar orada iş otağında Sevinc həkimlə görüşmüşlər. O, Sevincin işlədiyi klinikaya işə adam düzəldə bildiyini eşitdiyini, qızı Güneli klinikada işə düzəltməsini istəmişdir. Sevinc həkim hazırda işlədiyi klinikada iş yeri olmadığını, lakin qızı Güneli şəhər ərazisində yerləşən orta məktəblərdən birində müəllimə kimi işə düzəldə biləcəyini demişdir. Sevinc həkim həmçinin ona qızını işə düzəltmək üçün əvvəlcədən Sevincə 2000 manat pul verməli olduğunu, kiminlə sə danışmalı olduğunu bildirmişdir. O, Sevinclə razılaşmışdır. O tez bir zamanda Təqsirləndirilən şəxs dediyi 2000 manat məbləğdə pulu toplayıb xx.xx.2019-cu il tarixdə yenidən qızı Günel ilə birlikdə Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasına getmiş və orada Təqsirləndirilən şəxs iş otağında Sevincə 2000 manat pul vermişdir. Pulu verən zaman qızı Günel də onun yanında olmuşdur. Təqsirləndirilən şəxs ona bir həftəyə qızının işinin düzəlcəyini demişdir. Onlar bundan sonra klinikanı tərk edib evə getmişlər. Həmin vaxtdan bir həftə keçməsinə baxmayaraq o, qızının işinin düzəlmədiyini görüb Təqsirləndirilən şəxs zəng etmişdir. Sevinc ona bir ay müddətində qızının işə başlayacağını, narahat olmamağını bildirmişdir. O bir ay daha gözləmişdir. Lakin o, qızının işinin düzəlmədiyini görüb Təqsirləndirilən şəxs zəng etmiş və Sevincdən onun pulunu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs ondan əlavə bir ay da Sevinci gözləməyini, bir aydan sonra qızını işə düzəldəcəyini, əks təqdirdə isə pulunu geri qaytaracağını demişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş və o, Sevincin barəsində Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2019-cu ilin fevral ayında tanımışdır. Belə ki, həmin vaxtlar əmisi Xanlar xəstə olduğu üçün o əmisini Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında müalicə etdirirmiş. Təqsirləndirilən şəxs orada əmisini müayinə etmişdir. Həmin vaxtdan da o, Təqsirləndirilən şəxs tanımışdır. 2019-cu ilin mart ayının əvvəllərində onlar yenidən “Nərgiz” klinikasına getmiş və əmisini müayinə etdirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt onlara əmisinin xəstəliyi ilə bağlı pensiya ala biləcəyini, pensiya almaqda onlara köməklik edə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs bunun üçün nə qədər pul lazım olacağını soruşduqda Sevinc ona birinci bu iş üçün 1500 manat pul verməli olduqlarını demişdir. Onlar Sevinclə razılaşmışlar. Lakin o, Təqsirləndirilən şəxs pulu hissə-hissə verəcəyini bildirmişdir. Sevinc də razılaşmışdır. Bundan sonra onlar klinikanı tərk etmişlər. O, əmisinə pensiya alması üçün Təqsirləndirilən şəxs pulu özünün verəcəyini demişdir. Bundan sonra o ilkin olaraq işləyib topladığı 300 manat pulu “Nərgiz” klinikasına gedərək orada Təqsirləndirilən şəxs iş otağında Sevincə vermişdir. O ikinci dəfə Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayının axırında yenə “Nərgiz” klinikasındakı iş otağında 400 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona əmisinin sənədlərinin hazır olduğunu, yaxın vaxtlarda pensiya ala biləcəyini bildirmişdir. 2019-cu ilin may ayının ortalarında o, 250 manat pul toplayıb Təqsirləndirilən şəxs verməsi üçün əmisinə vermişdir. Əmisi də həmin 250 manat pulu “Nərgiz” klinikasına gedərək orada Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə əmisinə verdikləri pulun kifayət edəcəyini, əmisinin yaxın vaxtlarda pensiya alacağını bildirmişdir. Beləliklə o, Təqsirləndirilən şəxs əmisinə pensiya düzəltməsi üçün ümumilikdə 950 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs bundan sonra müxtəlif bəhanələr gətirərək işin ləngidiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs əmisinə pensiya düzəltmədiyini və pulunu geri qaytarmadığını görüb Mingəçevir şəhər polis şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2018-ci ilin mart ayında öz qohumu olan Rəşid adlı şəxsin vasitəsilə tanımışdır. O, 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuşdur və müharibə zamanı qulağından xəsarət almışdır. Onun qulağındakı zədə artdığı üçün təxminən 10 il əvvəl eşitmə qabiliyyətini itirmişdir. 2018-ci ilin mart ayında yaşadığı evdə olarkən təsadüfən qohumu Rəşidə bu barədə demişdir. Rəşid isə ona Sevinc adlı həkim tanıdığını, Sevinc adlı həkimin Mingəçevir şəhərində yerləşən klinikada işlədiyini, Sevincin təqaüd düzəldə biləcəyini demişdir. O, Rəşidə Sevinc adlı həkimlə danışmağını demişdir. Onlar həyat yoldaşı Gülnarə və Rəşidlə birlikdə 2018-ci ilin mart ayının əvvəllərində Sevinc adlı qadına məxsus evə getmişlər. Orada Sevinc onun sənədlərinə baxmış və ona 2600 manat pul qarşılığında təqaüd düzəldə biləcəyini demişdir. O da razılaşmışdır. O bundan sonra pul tapmaq üçün özünə məxsus inəyi 1900 manata satmışdır. O, qalan 700 manat pulu isə xalası oğlu Emindən borc almışdır. Emin Bakı şəhərində yaşayır. O, Eminə zəng edərək özünə təqaüd düzəltdirmək istədiyini, bunun üçün ona 700 manat pul lazım olduğunu bildirmişdir. Emin bundan sonra lombarddan pul götürüb Bakı-Bərdə marşrutu üzrə işləyən avtobusla ona 700 manat pul göndərmişdir. O həmin 700 manat pulu götürmüşdür. O, 2018-ci ilin mart ayının 15-da yenidən Rəşid və həyat yoldaşı Gülnarə ilə birlikdə Sevincə məxsus evə getmiş və orada onların yanında Sevincə 2600 manat pulu vermişdir. Sevinc ona 2 aya, uzağı 6 aya ona təqaüd düzəldəcəyini bildirmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməyinə baxmayaraq Sevinc ona təqaüd düzəltməmiş və ondan aldığı pulu geri qaytarmamışdır. Bir dəfəsində o, Sevincə ondan aldığı pulu qaytarmasını dedikdə Sevinc ondan aldığı 2600 manat pulun 600 manatını Rəşidə verdiyini, Sevincə yalnız 2000 manat pul çatdığını, ona 2000 manat pulu qaytaracağını demişdir. Lakin o, Rəşidlə söhbət edən zaman X26 600 manat pul vermədiyini bildirmişdir.İşə məhkəmədə baxılan zaman Sevin Şərifova pulun 600 manatını qaytarmışdır. Hazırda onun təqsirləndirilən şəxsdə 2000 manat pulu qalmışdır. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Yəhyayeva Bənövşə Əbülfət qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayında keçmiş iş yoldaşı Afser adlı şəxsin vasitəsilə tanımışdır. O, Afserlə birlikdə Mingəçevir Sənaye parkında birlikdə işləmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində o, Afserlə şəhər ərazisində rastlaşmışlar. Söhbət əsnasında o, Afserə sosial müavinət almaq istədiyini, lakin sosial müavinət düzəltməkdə ona köməklik edəcək şəxs tapmadığını demişdir. Afser ona Sevinc adlı həkim olduğunu, Sevincin Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında işlədiyini və Sevincin əmisinə pensiya düzəltdirəcəyini demişdir. O bundan sonra Afserdən Sevinc adlı həkimin mobil telefon nömrəsini almışdır. O, yanvar ayının 6da Sevincə məxsus mobil telefon nömrəsinə zəng etmiş və Sevincə sosial müavinət almaq istədiyini, ona köməklik etməsini demişdir. Sevinc ona kömək edəcəyini bildirmiş və onlar həmin gün Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısında görüşmüşlər. Sevinc ona sosial müavinət almaqda köməklik edəcəyini, bu iş üçün 1300 manat pul lazım olduğunu demişdir. Onun həmin məbləğdə pulu olmadığı üçün 2020-ci ilin yanvar ayının 13-də qardaşı Mehmandan 1300 manat borc pul almışdır. Qardaşı ondan pulu nə üçün istədiyini soruşduqda qardaşına Sevinc adlı həkimin ona sosial müavinət düzəldəcəyini, bunun üçün Sevincə pul verəcəyini demişdir. Qardaşı ona bundan sonra 1300 manat borc pul vermişdir. O daha sonra Sevincə zəng etmişdir. O, qardaşı ilə birlikdə Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısına getmiş və orada Sevinclə görüşmüşlər. O orada qardaşı Mehmanın yanında Sevincə 1300 manat pul vermişdir. Sevinc ona fevral ayının axırlarında 2 aylıq sosial müavinət alacağını demişdir. O, Sevinclə razılaşmışdır. Fevral ayının sonlarında o hər kəsin sosial müavinət aldığını, lakin “Kapitalbank”-ın Mingəçevir şəhər filialında onun adına sosial müavinət kartının olmadığını görüb Sevincə zəbg vurmuşdur. Sevinc ona yaxın zamanlarda sosial müavinət alacağını demişdir. O bundan sonra tez-tez Sevincə zəng etməyə başlamışdır. Lakin Sevinc ona müxtəlif bəhanələr gətirərək yaxın zamanlarda sosial müavinət alacağını demişdir. 2020-ci ilin mart ayının 18də o, Sevincə zəng edərək sosial müavinət kartının gəlmədiyini, ona sosial müavinət düzəltməsini, ya da onun pulunu geri qaytarmasını demişdir. Sevinc ona pulu növbəti gün qaytaracağını bildirmişdir. Bir qədər keçdikdən sonra Sevincə məxsus mobil telefon nömrəsindən zəng gəlmişdir. O, telefona cavab verəndə danışanın bir nəfər tanımadığı oğlan olduğunu bilmişdir. Həmin oğlan ona onun sosial müavinətini düzəldəcəyini, narahat olmamağını demişdir. O həmin oğlandan adını soruşduqda isə adını deməmişdir. O bundan sonra inanmadığını demişdir. Daha sonra o, Mingəçevir şəhər polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 İnqilab oğlu ifadəsində göstərdi ki, 2019-cu ilin iyul ayında qohumu Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” adlanan klinikada əməliyyat olunmuşdur. O da digər qohumları iləbirlikdə Lamiyəni ziyarət etməyə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin klinikada həkim işləmişdir. Həmin vaxt orada olanda Sevinc palataya girmişdir. Söhbət zamanı Sevinc həkim demişdir ki, xəstəliyi olan şəxsləri təqaüdə çıxara bilər. O,da vərəm xəstəsi olduğu üçün təqaüd pulu almaq istəmişdir. Sevinc həkimə yaxınlaşıb ona xəstə olduğunu, buna görə də təqaüd almaq istədiyini söyləmişdir. Sevinc demişdir ki, həmin iş 1500 manata həll edilir, ilkin olaraq 1000 manat pul verəcək, təxminən 3-4 ay sonra təqaüd kartını alıb ona verəcək, həmin vaxt o,əlavə olaraq 500 manat pul verməlidir. O da razılaşmışdır. Təxminən 10 gün sonra Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində yerləşən “Doğum Evi”nin yanında qardaşı Zamiqlə birlikdə Sevinc həkimlə görüşmüşlər. Təqaüdə çıxarılması üçün Sevinc həkimə 1000 manat pul vermişdir. 2019-cu ilin oktyabr ayında o, Sevinc həkimdən təqaüd işinin düzəlib-düzəlməməsini soruşmuş, sonuncu demişdir ki, tezliklə işini həll edəcək təqaüd kartını ona verəcəkdir. Lakin 2020-ci ilin yanvar ayında Sevinc həkim onu təqaüd çıxara bilmədiyini deyərək ona verdiyi 1000 manat pulun 200 manatını qatraıb vermiş, demişdir ki, qalanını da verəcəkdir. 2020-ci ilin fevral ayında isə Sevinc poçt vasitəsi ilə ona 100 manat pul göndərmişdir. Lakin sonralar Sevinc verdiyi vədinə əməl etməmişdir. Dəfələrıə onunla əlaqə saxlasa da Sevinc həkim müxtəlif bəhanələrlə onu aldadaraq pulunu verməmişdir. Öyrənmişdir ki, Sevinc onun qohumlarından da həmin məqsədlə pullar almış, lakin onun kimi onları da aldadaraq işlərini həll etməmiş və pullarını qaytarıb vermir. Hamılıqla dəfələrlə Sevinclə əlaqə saxlasalar da hər dəfə Sevinc həkim yalan vədlər verərək onları aldatmışdır. Ona görə də məcbur qalıb Sevinc həkimin barəsində Ağdam rayon polis şöbəsinə şikayət ərizəsi vermişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 5 il əvvəl tanımışdır. Belə ki, Sevinc həkim həmin vaxt anası X21 Diaqnostik Mərkəzində həkim işləyən zaman əməliyyat etmişdir. 2019-cu ilin iyul ayının əvvəlləri bacısı Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” adlanan klinikada əməliyyat olunmuşdur. Həmin vaxt Sevinc həkim həmin klinikada həkim işləmişdir. Sevinc onları tanıdığı üçün palataya gəlmişdir. Həmin vaxt o və qohumları Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 Lamiyəni ziyarət etmək üçün həmin klinikaya getmişlər. Sevinc həkim onlarla bir qədər söhbət etdikdən sonra xəstəliyə görə onları təqaüdəçıxara biləcəyini söyləmiş, demişdir ki, həmin iş 1500 manata həll edilir. İlkin olaraq 1500 manat pulun bir hissəsini verəcəklər, iş düzələndən və kartlarını alandan sonra pulun qalanını verəcəklər. Onunla razılaşmışlar. 2019-cu ilin iyul ayında bibisi Zərərçəkmiş şəxs9 1500 manat pulu atası İzzətə vermişdir ki, təqaüdə çıxarması üçün həmin pulu Sevinc həkimə versin. Atası İzzət də Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Sevinc həkimlə görüşmüş və həmin pulu Sevinc həkimə vermişdir. Həmin vaxt atası onu da təqaüdə çıxarması üçün Sevinc həkimə 850 manat pul vermişdir. Sonra öyrənmişdir ki. adlarını qeyd etdiyi qohumları da həmin məqsədlə Sevinc həkimə pul vermişlər.Hamılıqla dəfələrlə Sevinclə əlaqə saxlasalar da hər dəfə Sevinc həkim yalan vədlər verərərk onları aldatmışdır. Ona görə də məcbur qalıb Sevinc həkimin barəsində Ağdam rayon polis şöbəsinə şikayət ərizəsi vermişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 8-9 ay əvvəl tanımışdır. 2019-cu ilin iyul ayında qaynı qızı Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” adlanan klinikada əməliyyat olunmuşdur. Həmin vaxt Sevinc həmin klinikada həkim işləmişdir. Birlikdə söhbət zamanı Sevinc demişdir ki, onu xəstəliyinə görə təqaüdə çıxara bilər. Həmin məqsədlə 2019-cu ilin iyul ayında qaynı İzzətə 1500 manat pul vermişdir ki, aparıb Sevinc həkimə versin. İzzət Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Sevinc həkimlə görüşmüş və ona 1500 manat pulu vermişdir. Sevinc pulu aldıqdan sonra ona demişdir ki, təxminən 3 aya onun işini həll edəcəkdir. Lakin Sevinchəkim vədinə əməl etməmiş, dəfələrlə onunla əlaqə saxlasa da sonuncu müxtəlif bəhanələrlə onu aldadaraq pulunu qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 8-9 ay əvvəl tanımışdır. 2019-cu ilin iyul ayında qardaşı qızı Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” adlanan klinikada əməliyyat olunmuşdur. Həmin vaxt Sevinc həmin klinikada həkim işləmişdir. Birlikdə söhbət zamanı Sevinc demişdir ki, onu xəstəliyinə görə təqaüdə çıxara bilər. Həmin məqsədlə 2019-cu ilin təxminən iyul-avqust aylarında qardaşı Firəddinlə birlikdə Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində “Doğum Evi”nin yanında Sevinc həkimlə görüşmüş, ona 990 manat pul vermişdir. Sevinc demişdir ki, işini həll edib təqaüd kartını ona verdikdən sonra pulun qalanını verməlidir. Lakin Sevinchəkim vədinə əməl etməmiş, dəfələrlə onunla əlaqə saxlasa da, sonuncu müxtəlif bəhanələrlə onu aldadaraq pulunu qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 8-9 ay əvvəl tanımışdır. 2019-cu ilin iyul ayında qardaşı qızı Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” adlanan klinikada əməliyyat olunmuşdur. Həmin vaxt Sevinc həmin klinikada həkim işləmişdir. Birlikdə söhbət zamanı Sevinc demişdir ki, onu xəstəliyinə görə təqaüdə çıxara bilər. Həmin məqsədlə 2019-cu ilin təxminən iyul-avqust aylarında bacısı Asibə ilə birlikdə Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində “Doğum Evi”nin yanında Sevinc həkimlə görüşmüş, bacısı ona 990 manat, özü isə1000 manat pul vermişdir. Sevinc demişdir ki, işini həll edib təqaüd kartını ona verdikdən sonra pulun qalanını verməlidirlər. Lakin Sevinc həkim vədinə əməl etməmiş, dəfələrlə onunla əlaqə saxlasa da sonuncu müxtəlif bəhanələrlə onu aldadaraq pulunu qaytarmamışdır. Ona görə də Sevinc həkimin barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 8-9 ay əvvəl tanımışdır. 2019-cu ilin iyul ayında gəlini Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” adlanan klinikada əməliyyat olunmuşdur. Həmin vaxt Sevinc həmin klinikada həkim işləmişdir. Sevinc əvvəllər də təxminən 5 il əvvəl Lamiyənin anasını əməliyyat etmişdir. Onları tanıdığından palataya gəlmişdirdi. Birlikdə söhbət zamanı Sevinc demişdir ki, onu və digər qohumlarını xəstəliyinə görə təqaüdə çıxara bilər. 2019-cu ilin iyul ayında yaşadığı Alıbəyli kəndində Sevinc həkimlə görüşmüş və ona xəstəliyinə görə təqaüdə çıxarması üşün 1300 manat pul vermişdir. Sonra öyrənmişdir ki, Sevinc onun digər qohumlarını da təqaüdə çıxaracağını vəd edib pullarını almışdır. Lakin Sevinc həkim vədinə əməl etməmiş, dəfələrlə onunla əlaqə saxlasa da, sonuncu müxtəlif bəhanələrlə onu aldadaraq pulunu qaytarmamışdır. Ona görə də Sevinc həkimin barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Yəhyayeva Bənövşə Əbülfət qızı onun bacısıdır. xx.xx.2020-ci il tarixdə bacısı Bənövşə yaşadığı evə gələrək ondan 1300 manat borc pul istəmişdir. O, bacısından pulu nə üçün istədiyini soruşduqda, bacısı ona özünə sosial müavinət almaq istədiyini, Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında işləyən Sevinc adlı həkimin Bacısına köməklik edəcəyini, lakin bu iş üçün 1300 manat pul istədiyini bildirmişdir. O, bundan sonra bacısı ilə razılaşmış və bacısına 1300 manat borc pul vermişdir. Bacısı Sevinc adlı qadına zəng eləmiş və bundan sonra onlar avtomobillə “5+” supermarketin qarşısına getmişlər. Onlar orada Sevinc adlı qadınla görüşmüşlər. Orada bacısı Sevinc adlı qadına onun yanında 1300 manat pul vermişdir. Sevinc adlı qadın balaca boylu, sarışın sifətli qadın olmuşdur. Sevinc bacısından özünün və övladlarının şəxsiyyət vəsiqələrinin surətlərini istəmiş, bacısı isə növbəti gün şəxsiyyət vəsiqələrinin surətlərini verəcəyini bildirmişdir. Sevinc adlı qadın bacısına sosial müavinət kartını fevral ayının sonunda alacağını, 2020-ci ilin yanvar ayının və fevral ayının sosial müavinətini birlikdə alacağını demişdir. Onlar bundan sonra Sevinc adlı qadından aralaşıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, Sevinc adlı qadın bacısına vəd verməsinə baxmayaraq, sosial müavinət düzəltməmiş və bacısından aldığı pulu geri qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs5 onun anasıdır. Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayında tanımışdır. Belə ki, 2019-cu ilin oktyabr ayında anası evdə ona Sevinc adlı həkim olduğunu, Sevinc həkimin Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında həkim işlədiyini və həmin klinikaya işə adam düzəltdiyini demişdir. O həmin vaxt işsiz olmuş və valideynləri onun üçün iş axtarırmışlar. Anası ona onunla birlikdə Sevinc həkimin yanına getmələrini, əgər alınsa Sevincin vasitəsilə “Nərgiz” klinikasına işə düzəlməyini demişdir. O da razılaşmışdır. Onlar anası ilə birlikdə xx.xx.2019-cu il tarixdə “Nərgiz” klinikasına getmişdir. Onlar orada iş otağında Sevinc həkimlə görüşmüşlər. Anası Sevincə işlədiyi klinikaya işə adam düzəldə bildiyini eşitdiyini, onu klinikada işə düzəltməsini istəmişdir. Sevinc həkim hazırda işlədiyi klinikada iş yeri olmadığını, lakin onu şəhər ərazisində yerləşən orta məktəblərdən birində müəllimə kimi işə düzəldə biləcəyini demişdir. Sevinc həkim həmçinin anasına onu işə düzəltmək üçün əvvəlcədən 2000 manat pul verməli olduqlarını, kiminlə sə danışmalı olduğunu bildirmişdir. xx.xx.2019-cu il tarixdə yenidən anası ilə birlikdə Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasına getmiş və orada Təqsirləndirilən şəxs iş otağında anası onun yanında Sevincə 2000 manat pul vermişdir. Təqsirləndirilən şəxs bir həftəyə onun işinin düzəlcəyini demişdir. Onlar bundan sonra klinikanı tərk edib evə getmişlər. Həmin vaxtdan bir həftə keçməsinə baxmayaraq onun işinin düzəlmədiyini görən anası Təqsirləndirilən şəxs zəng etmiş, Sevinc anasına bir ay müddətində onun işə başlayacağını, narahat olmamalarını bildirmişdir. Lakin həmin gündən bu vaxta qədər Təqsirləndirilən şəxs ona işə düzəlməkdə köməklik göstərməmiş və anasından aldığı pulu geri qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs6 onun həyat yoldaşıdır. Həyat yoldaşı Nadir 1-ci Qarabağ müharibəsi iştirakçısı olub və müharibə zamanı xəsarət alıb. Həyat yoldaşı təxminən 10 il əvvəl eşitmə qabiliyyəti demək olar ki tam şəkildə itirib. Buna görə də həyat yoldaşı özünə təqaüd düzəltdirmək istəyirmiş. Onlar Təqsirləndirilən şəxs 2018-ci ilin mart ayında öz qohumu olan Rəşid adlı şəxsin vasitəsilə tanımışlar. 2018-ci ilin mart ayında yaşadığı evdə olarkən həyat yoldaşı təsadüfən qohumu Rəşidə bu barədə demiş, Rəşid isə Sevinc adlı həkim tanıdığını, Sevinc adlı həkimin Mingəçevir şəhərində yerləşən klinikada işlədiyini, Sevincin təqaüd düzəldə biləcəyini demişdir. Bundan sonra həyat yoldaşı X29 adlı həkimlə danışmağını demişdir. Onlar həyat yoldaşı Nadir və Rəşidlə birlikdə 2018-ci ilin mart ayının əvvəllərində Sevinc adlı qadına məxsus evə getmişlər. X27 sənədlərinə baxmış və 2600 manat pul qarşılığında həyat yoldaşına təqaüd düzəldə biləcəyini demişdir. Onlar razılaşmışlar. Həyat yoldaşı bundan sonra pul tapmaq üçün özünə məxsus inəyi 1900 manata satmışdır. Qalan 700 manat pulu isə həyat yoldaşı xalası oğlu Emindən borc almışdır. Onlar 2018-ci ilin mart ayının 15-də yenidən Rəşid və həyat yoldaşı Nadir ilə birlikdə Sevincə məxsus evə getmiş və orada onun və Rəşidin yanında həyat yoldaşı Nadir Sevincə 2600 manat pulu vermişdir. Sevinc 2 aya, uzağı 6 aya həyat yoldaşına təqaüd düzəldəcəyini bildirmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməyinə baxmayaraq Sevinc həyat yoldaşına təqaüd düzəltməmiş və aldığı pulu geri qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs6 onun qohumudur. O, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. O, Bərdə-Mingəçevir reysi üzrə marşrut avtobusu idarə edir. Həmin vaxtdan da o, Sevinc həkimi tanıyır. Sevinc həkim ona bir neçə dəfə yaxın qohumlarından kimsə təqaüdə çıxmaq istəyərsə, kömək edə biləcəyini demişdir. 2018-ci ilin mart ayının əvvəllərində o, qohumu Nadirə məxsus evdə olarkən Nadir ona əlilliyi ilə bağlı təqaüdə çıxmaq istədiyini bildirmişdir. O, Nadirə Sevinc adlı həkim tanıdığını, Sevincin əlilliklə bağlı şəxsləri təqaüdə çıxarda bildiyini demişdir. Bundan sonra Nadir ona Sevinc həkimlə danışmağını demişdir. Onlar bundan sonra 2018-ci ilin mart ayının əvvələrində Nadir və Nadirin həyat yoldaşı Gülnarə ilə birlikdə Sevincin yaşadığı yaşayış evinə getmişlər. X27 sənədlərinə baxmış və 2600 manat qarşılığında Nadiri təqaüdə çıxara biləcəyini demişdir. Nadir də Sevinclə razılaşmışdır. Bundan sonra 2018-ci ilin mart ayının 15-də yenidən o, Nadir və Nadirin həyat yoldaşı Gülnarə ilə birlikdə Sevincə məxsus evə getmişlər. Orada Nadir onun və həyat yoldaşının yanında Sevincə 2600 manat pul vermişdir. Sevinc həkim 2 aya, uzağı 6 aya Nadirin təqaüdə çıxacağını bildirmişdir. Onlar bundan sonra oradan çıxıb getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 8-9 ay əvvəl tanımışdır. Belə ki, 2019-cu ilin iyul ayında qohumu Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” adlanan klinikada əməliyyat olunmuşdur. O da qohumları ilə birlikdə Lamiyəni ziyarət etməyə getmişdir. Həmin vaxt Sevinc həmin klinikada həkim işləyirmiş. Həmin vaxt o orada olanda Sevinc palataya gəlmişdir. Demişdir ki, xəstəliyi olan şəxsləri təqaüdə çıxara bilər. Qardaşı Məhəbbət xəstə olduğu üçün təqaüd pulu almaq istəmişdir. Sevinc həkimə yaxınlaşıb Sevincə xəstə olduğunu, buna görə də təqaüd almaq istədiyini söyləmişdir. Sevinc həmin işin 1500 manata həll edildiyini demişdir. Sevinc demişdir ki, ilkin olaraq 1000 manat pul verəcək. Təxminən 3-4 ay sonra təqaüd kartını Məhəbbətə verəcək, həmin vaxt Məhəbbət Sevincə 500 manat pul verməlidir. Məhəbbət də razılaşmışdır. Təxminən 10 gün sonra Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində yerləşən “Doğum Evi”nin qarşısında qardaşı Məhəbbətlə birlikdə Sevinc həkimlə görüşmüşlər. Məhəbbət təqaüd düzəltməsi üçün Sevincə 1000 manat pul vermişdir. Həmin vaxt qohumu İzzət də orada olmuşdur. İzzət də Zərərçəkmiş şəxs9 üçün 1500 manat, oğlu Zamin üçün isə 850 manat pul vermişdir. 2019-cu ilin oktyabr ayında Məhəbbət Sevinc həkimdən təqaüd işinin düzəlibdüzəlməməsini soruşmuşdur. Sevinc demişdir ki, tezliklə işini həll edəcək təqaüd kartını Məhəbbətə verəcəkdir. Lakin 2020-ci ilin yanvar ayında Sevinc həkim Məhəbbətə təqaüd pulu düzəldə bilmədiyini deyərək Məhəbbətin Sevincə verdiyi 1000 manat pulun 200 manatını qaytarıb vermiş, pulun qalanını da verəcəyini demişdir. 2020-ci ilin fevral ayında isə Sevinc poçt vasitəsi ilə Məhəbbətə 100 manat pul göndərmişdir. Lakin Sevinc verdiyi vədinə əməl etməmiş, dəfələrıə Sevinclə əlaqə saxlamış, lakin hər dəfə Sevinc qardaşını aldatmışdır. Qalan 650 manat pulunu qaytarmamışdır. Dəfələrlə Sevinclə əlaqə saxlasalar da hər dəfə Sevinc onlara yalan vədlər vermiş, onları aldatmışdır. Ona görə də Məhəbbət məcbur qalıb Sevinc həkimin barəsində Ağdam rayon polis şöbəsinə şikayət ərizəsi vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 yaşayış yerini dəyişdiyinə görə onun məhkəmə islasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid3 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun baldızıdır. 2019-cu ilin noyabr ayının 8-də Gülmira ona zəng edərək birlikdə Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “Nərgiz” klinikasına getməyini xahiş etmişdir. O razılaşmış və bundan sonra Gülmiranın yaşadığı evə getmişdir. Onlar birlikdə “Nərgiz” klinikasına getmişlər. Yolda o, Gülmiradan klinikaya nə üçün getdiklərini soruşmuşdur. Gülmira isə ona “Nərgiz” klinikasında Sevinc adlı həkim işlədiyini, həmin həkimin oğlu Elgizi xəstəliyi ilə bağlı əllilik təqaüdünə çıxarmaqda köməklik edəcəyini, bunun üçün Sevinc adlı həkimə 1000 manat pul verməli olduğunu bildirmişdir. Onlar “Nərgiz” klinikasına gedib orada Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Sevinc həkimin iş otağında Gülmira onun yanında Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Bir qədər keçdikdən sonra onlar Gülmira ilə birlikdə klinikadan çıxıb uzaqlaşmışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 yaşayış yerini dəyişdiyinə görə onun məhkəmə islasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid6 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin fevral ayında tanımışdır. Belə ki, həmin vaxtlar o, xəstə olduğu üçün Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında müalicə alırmış. Həmçinin o şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olur və bir neçə dəfə Təqsirləndirilən şəxs özünə məxsus taksi ilə aparmışdır. 2019-cu ilin mart ayının əvvəllərində qardaşı oğlu Afser ilə birlikdə “Nərgiz” klinikasına getmiş və o müayinə olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt onlara onun xəstəliyi ilə bağlı pensiya ala biləcəyini, pensiya almaqda köməklik edə biləcəyini demişdir. Qardaşı oğlu Afser Təqsirləndirilən şəxs bunun üçün nə qədər pul lazım olacağını soruşduqda Sevinc Afserə birinci bu iş üçün 1500 manat pul verməli olduqlarını demişdir. Onlar Sevinclə razılaşmışlar. Lakin onlar Təqsirləndirilən şəxs pulu hissə-hissə verəcəklərini bildirmişdir. Sevinc də razılaşmışdır. Bundan sonra onlar klinikanı tərk etmişlər. Afser ona pensiya alması üçün Təqsirləndirilən şəxs pulu özünün verəcəyini demişdir. Bundan sonra Afser Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayında 300 manat, daha sonra isə 2019-cu ilin aprel ayında 400 manat pul vermişdir. 2019-cu ilin may ayının ortalarında Afser 250 manat pul toplayıb Təqsirləndirilən şəxs verməsi üçün ona vermişdir. O da həmin 250 manat pulu “Nərgiz” klinikasına gedərək orada Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə ona verdikləri pulun kifayət edəcəyini, yaxın vaxtlarda pensiya alacağını bildirmişdir. Beləliklə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ona pensiya düzəltməsi üçün ümumilikdə 950 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs bundan sonra müxtəlif bəhanələr gətirərək işin ləngidiyini bildirmişdir. Afser Təqsirləndirilən şəxs ona pensiya düzəltmədiyini və pulunu geri qaytarmadığını görüb Mingəçevir şəhər polis şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid7 yaşayış yerini dəyişdiyinə görə onun məhkəmə islasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid7 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki tanıyır. Belə ki, Sevinc onunla birlikdə Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “Nərgiz” klinikasında işləyib. Onun Təqsirləndirilən şəxs ilə normal münasibəti olub. xx.xx.2019-cu il tarixdə Sevinc iş yerində ona yaxınlaşaraq bir nəfər tanışının ona pul göndərməli olduğunu, lakin həmin şəxsin “Kapitalbank”-a məxsus karta pul göndərə bildiyini demiş və ondan özünə məxsus maaş kartının nömrəsini Sevincə verməsini istəmişdir. O, Sevinclə razılaşmış və özünə məxsus maaş kartının nömrəsini Sevincə vermişdir. Lakin Sevincin tanışının kim olduğunu və Sevincə hansı məqsədlə pul göndərməsini bilməmişdir. Növbəti gün Sevinc yenidən iş yerində ona yaxınlaşaraq tanışının ona məxsus karta 500 manat pul göndərdiyini, həmin pulu çıxarıb Sevincə verməsini demişdir. O bundan sonra Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısındakı “Kapitalbank”-a məxsus bankomatdan ona məxsus karta köçürülmüş 500 manat pulu çıxararaq iş yerində Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa o, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs verməsi üçün ona məxsus karta 500 manat pul göndərən şəxsin kim olduğunu bilmədiyini, Sevincin həmin şəxsdən pulu dələduzluq niyyəti ilə almasından məlumatı olmadığını, Sevincin tanışının ona məxsus karta göndərdiyi 505 manat pulun 5 manatının bank xərcləri üçün tutulduğunu bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X10 yaşayış yerini dəyişdiyinə görə onun məhkəmə islasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə şahid X3 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs13 onun oğludur. Təqsirləndirilən şəxs hadisədən təxminən 5 il əvvəl tanımışdır. Belə ki, Sevinc həkim həmin vaxt həyat yoldaşı X21 Diaqnostik Mərkəzində əməliyyat etmişdir. 2019-cu ilin iyul ayının əvvəlləri qızı Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” adlanan klinikada əməliyyat olunmuşdur. Həmin vaxt Sevinc həkim həmin klinikada həkim işləyirmiş. Sevinc onları tanıdığı üçün palataya gəlmişdir. Həmin vaxt o, qohumları Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 Lamiyəni ziyarət etmək üçün oraya gəlmişlər. Sevinc onlarla bir qədər söhbət etdikdən sonra xəstəliyə görə onlara təqaüd pulu düzəldə biləcəyini söyləmişdir. Söhbət zamanı Sevinc demişdir ki, həmin iş 1500 manata həll edilir. Demişdir ki, ilkin olaraq 1500 manat pulun bir hissəsini verəcəklər, iş düzələndən və kartı alandan sonra pulun qalanını verəcəklər. Onlar da Sevinclə razılaşmışlar. Bu söhbətdən sonra 2019-cu ilin iyul ayında bacısı Zərərçəkmiş şəxs9 1500 manat pulu ona vermişdir ki, təqaüd düzəltməsi üçün həmin pulu Sevinc həkimə versin. O da qohumu Zamiklə və Məhəbbətlə birlikdə Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Sevinc həkimlə görüşüb həmin pulu Sevinc həkimə vermişdir. Bundan başqa oğlu Zaminə də təqaüd düzəltməsi üçün Sevinc həkimə 850 manat pul vermişdir. Həmin vaxt Məhəbbət də Sevinc həkimə 1000 manat vermişdir. Lakin Sevinc verdiyi vədinə əməl etməmiş, dəfələrlə Sevinclə əlaqə saxlamış, lakin hər dəfə Sevinc onları aldatmışdır. Onlar hamılıqla dəfələrlə Sevinclə əlaqə saxlasalar da hər dəfə Sevinc onlara yalan vədlər vermiş, onları aldatmışdır. Ona görə də o və qohumları məcbur qalıb Sevinc həkimin barəsində Ağdam rayon polis şöbəsinə şikayət ərizəsi vermişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs Yəhyayeva Bənövşə Əbülfət qızı arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Bənövşə Yəhyayeva Təqsirləndirilən şəxs sosial müavinət düzəldəcəyini vəd verərək ondan 1300 manat pul aldığını, Təqsirləndirilən şəxs ondan cəmi 1000 manat pul alması barədə yalan dediyini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2019-cu il tarixdə “Milliön” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs iş yoldaşı Şahid7 məxsus son dörd rəqəmi 3723 olan karta 505 manat pul göndərmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 4500 manat pul alarkən sonuncuya öz xətti ilə yazılmış qəbz vermiş, həmin qəbzdə “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu il tarixdə 4500 AZN (manat) pul sənəd düzəltmək üçün aldım” sözlərini yazmış, həmin qəbzi imzalamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs2 təqdim etdiyi sənədə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 verdiyi xx.xx.2020-ci il tarixli digər qəbzdə öz xətti ilə “Mən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 4500 AZN qaytaracam, saat 2-yə kimi” sözlərini yazmış və həmin qəbzi imzalamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 xx.xx.2019-cu il tarixdə “Kapital bank”-ın Mingəçevir şəhər filialından 24 ay müddətinə, illik 24,2 faizlə 1300 manat məbləğində kredit götürmüş, “Kapital bank”-a aylıq 68 manat 86 qəpik ödəniş etmiş və halhazırda da ödəniş etməyə davam edir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 arasında gedən söhbət zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən müxtəlif məbləğlərdə dələduzluq yolu ilə pul aldığını etiraf etmiş və zərərçəkmiş şəxslərə aldığı pulları geri qaytaracağına söz vermişdir. Cinayət işinin materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020–ci il tarixli 1(017)–94/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020–ci il tarixli 1(017)–94/2020 nömrəli hökmü xx.xx.2020-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və məhkum Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixədək 02 (iki) il müddətə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 3 ay 24 gün hissəsini çəkmiş, onun hazırda 1 il 8 ay 7 gün müddətə çəkilməmiş cəzası qalmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qıznın etibardan sui–istifadə edib aldatma yolu ilə zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirməklə dələduzluq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə xx.xx.2018-ci il tarixdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 2600 manat pulunu ələ keçirərək ona 2600 manat, bundan başqa o, təkrarən 2019cu ilin may ayında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 950 manat pulunu ələ keçirərək ona 950 manat, bundan başqa o, təkrarən 2019-cu ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs11 1000 manat pulunu ələ keçirərək ona 1000 manat, bundan başqa o, təkrarən 2019-cu ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs13 850 manat pulunu ələ keçirərək ona 850 manat, bundan başqa o, təkrarən 2019-cu ilin iyul ayının ortalarında X1 1500 manat pulunu ələ keçirib ona 1500 manat, bundan başqa o, təkrarən 2019-cu ilin iyul ayının ortalarında Asbə Bayramovanın 990 manat pulunu ələ keçirməklə ona 990 manat, bundan başqa o, təkrarən 2019-cu ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs10 1000 manat pulunu ələ keçirib ona 1000 manat, bundan başqa o, təkrarən 2019-cu ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs12 1300 manat pulunu ələ keçirib ona 1300 manat, bundan başqa o, təkrarən xx.xx.2019-cu il tarixdə cəmi 700 manat məbləğdə pulunu alıb ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 700 manat, bundan başqa o, təkrarən xx.xx.2019-cu il tarixdə 2000 manat pulunu ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 2000 manat, bundan başqa o, təkrarən xx.xx.2019-cu il tarixdə 1000 manat pulunu ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 1000 manat, bundan başqa o, təkrarən xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 4500 manat pulunu ələ keçirərək ona 4500 manat, bundan başqa o, təkrarən xx.xx.2020-ci il tarixdə zərəçəkmiş şəxs Yəhyayeva Bənövşə Əbülfət qızının 1300 manat pulunu ələ keçirərək ona 1300 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.2.2-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etiraf etməsi ilə yanaşı, tədqiq edilmiş digər təkzibedilməz sübutlara əsasən onun niyyəti, zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmək yolu ilə özünün borclarını ödəmək məqsədi ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirib onları aldatmaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirmək niyyəti onun zərərçəkmiş şəxsləri qabaqcadan fərdi qaydada müxtəlif üsullarla aldatması ilə eyni vaxtda yaranmışdır. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən işə düzəltmək və pensiya təyin etdirmək adı pul vəsaitləri almış, lakin həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarını təmin etməklə dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri əlverişsiz vəziyyətə salmaqla, onların etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə əmlaklarını ələ keçirərək zərərçəkmiş şəxslərə 5.000 manatdan artıq olmayan məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq niyyətini gerçəkləşdirmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Şərifova X18 Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 1(017)–94/2020 nömrəli hökmü ilə AR CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanı icra edən Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021–ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin cəzasını 3 ay 24 gün hissəsini çəkmişdir. Lakin Təqsirləndirilən şəxs məhkum olunmamışdan və həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda eyni xarakterli qəsdən cinayət törətsə də, o, həmin cinayətlərə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən, cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, həmçinin birinci hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 il 8 ay 7 gün çəkilməmiş hissəsi, həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla, birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, həmin Məcəllənin 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui–istifadə etmə və ya aldatma yolu ilə təkrarən talamaqda ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, eləcə də həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakteriza olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2020–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Bərdə şəhər İcra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 4 uşaq anası olmaqla, ali təhsilli həkimdir, yaşadığı ərazidə daimi intizamlı və əmək sevər kimi tanınmış, şəhərdə keçirilən bütün tədbirlərdə fəal iştirak etmişdir. Onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il tarixdə doğulmuş Rəhimli Nərgiz və xx.xx.2009-cu il tarixdə doğulmuş Rəhimli Nərmin adlı iki nəfər azyaşlı uşaqları vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edərkən öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən talamaqda ifadə olunan, həmçinin bir başa mülkiyyət münasibətlərinə qəsd edən, hüquqa zidd cəzalanmalı əməldir. Mülkiyyət-vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətir. Mülkiyyət hüququ isə mülkiyyətçinin əldə etdiyi maddi sərvətlərə malik olmaq, istifadə etmək və ona dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusu olmaqla yanaşı, əsas insan hüquqlarının tərkib hissəsidir. Ona görə də təqsirləndirilən şəxsin aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakları ələ keçirməsi, yalnız mülkiyət münasibətlərinə qəsd etməklə bitmir, habelə həmin cinayət əməli cəmiyyətin və dövlətin maddi-iqtisadi fəaliyyətinin sarsılmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olur. Eləcə də, təqsirləndirilən şəxs cinayətin zərərli nəticələrinin aradan qaldırılması istiqamətində real davranış nümayiş etdirməmiş, yəni cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəyən zərəri ödəməmiş, nə də onlarla razılıq əldə etməmişdir. Bu hal isə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artırır və həmin cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi, cəzanın məqsədlərini təmin etmir. Ona görə də məhkəmə həmin cinayətin əsas bilavasitə obyektinin cəmiyyətin iqtisadi özülünü təşkil edən, əsas insan hüquqlarının tərkib hissəsi olan, mülkiyyət münasibətləri olduğunu nəzərə alır və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edərkən, həmçinin nəzərə alır ki, Ağcabədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020–ci il tarixli 1(017)–94/2020 nömrəli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırda çəkilməmiş 1 il 8 ay 7 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutlmaqla, 10 ay 3 gün çəkilməmiş cəza, həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, yəni təqsirləndirilən şəxsin himayəsində iki nəfər 14 yaşına çatmamış uşağının olmasını və ona beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması, uşaqların üstün mənafeyinə, yəni hər bir uşağın ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək hüququnun təmin edilməsi baxımından qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsində göstərilmişdir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 14 yaşına çatmamış 2 nəfər azyaşlı uşağı olduğundan ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası yaşca ən kiçik olan xx.xx.2009-cu il tarixdə doğulmuş X28 qızının 14 yaşına çatanadək, yəni xx.xx.2023-cü il tarixə kimi cəzanın çəkilməsinin təxirə salınması məqsədə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi, uşağın ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək hüququna ciddi məhrumiyyətlər yarada bilər. Bu hallar isə uşaqların üstün mənafeyinə və maraqlarına zidd olmaqla yanaşı, məhkumun islah və yenidən tərbiyə olunması ilə bağlı cəzanın məqsədinə nail olunmasını istina edir. Bunun əksinə olaraq, təyin edilən cəzanın uşaqlar on dörd yaşına çatanadək təxirə salınması, cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə tam uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 2600 manat, Zərərçəkmiş şəxs3 cəmi 950 manat, Zərərçəkmiş şəxs11 1000 manat, Zərərçəkmiş şəxs13 İzzət oğluna 850 manat, Baxşəliyeva Məlahət Həmzə qızına 1500 manat, X11 990 manat, Zərərçəkmiş şəxs10 Qəzənfər oğluna 1000 manat, Zərərçəkmiş şəxs12 Şahmar oğluna 1300 manat, Zərərçəkmiş şəxs1 700 manat, Zərərçəkmiş şəxs5 2000 manat, Zərərçəkmiş şəxs4 1000 manat, Zərərçəkmiş şəxs2 4500 manat, Yəhyayeva Bənövşə Əbülfət qızına 1300 manat məbləğində maddi ziyan vurulması, habelə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11 350 manat, Zərərçəkmiş şəxs6 600 manat məbləğində pulun ödənilməsi müəyyən edilsə də, zərərçəkmiş şəxslər tərəfindən cinayət mühakimə icraaatı zamanı mülki iddia verilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüquqlarının olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 174 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 8 (səkkiz) ay 7 (yeddi) gün hissəsi, birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutlmaqla 10 (on) ay 3 (üç) gün müddət hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1ci maddəsi tətbiq olunaraq hazırki hökmlə ona təyin edilmiş cəzanın çəkilməsi xx.xx.2009cu il təvəllüdlü X23 adlı uşağı 14 yaşına çatanadək, yəni xx.xx.2023-cü il tarixə kimi təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində olan hökmün icrasına nəzarətin həyata keçirilməsi onun yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Yəhyayeva Bənövşə Əbülfət qızına, X14, X6, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarına malik olmaları izah edilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 174 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar