Məhkəmə qərarları › İş №1(051)-80/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-80/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-80/2022 16.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi X5, Təqsirləndirilən şəxs3 Heydər oğlunun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs1-xx.xx.2001-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, Q.Nəbi küçəsi ev 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs3 Heydər oğlu- xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, ikinci Günəş döngəsi ev 17-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məşğulluqda işləyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 4/2 mənzil 37-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs3 Heydər oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinin hasarından həyətə keçib, həyətyanı sahədə yerləşən tövlənin damınının taxtalarını çıxararaq qanunsuz olaraq saxlanc yeri hesab olunan həmin tövləyə daxil olub oradan bir başının qiyməti 80 manat olmaqla 5 baş, 400 manat dəyərində 12 kiloqramlıq boz rəngli dişi qoyun və 90 manat dəyərində 12 kiloqramlıq boz rəngli bir baş erkək qoyunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 490 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 24 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs1 məxsus Mingəçevir şəhəri, “Karyer” adlanan ərazidə yerləşən fermanın ərazisindəki iribuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş və saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olub oradan 500 manat dəyərində 9 aylıq, çəkisi 90 kiloqram olan, ağ-qara rəngli bir baş erkək dananı və 550 manat dəyərində 10 aylıq, çəkisi 100 kiloqram olan kül rəngli bir baş erkək dananı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1050 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 Heydər oğlu tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinin hasarından həyətə keçib, həyətyanı sahədə yerləşən tövlənin damınının taxtalarını çıxararaq qanunsuz olaraq saxlanc yeri hesab olunan həmin tövləyə daxil olub oradan bir başının qiyməti 80 manat olmaqla 5 baş 400 manat dəyərində 12 kiloqramlıq boz rəngli dişi qoyun, habelə 90 manat dəyərində 12 kiloqramlıq boz rəngli bir baş erkək qoyunu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 490 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 24 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs1 məxsus Mingəçevir şəhəri, “Karyer” adlanan ərazidə yerləşən fermanın ərazisindəki iribuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş və saxlanc yeri hesab olunan tövləyə qanunsuz olaraq daxil olub oradan 500 manat dəyərində 9 aylıq, çəkisi 90 kiloqram olan, ağ-qara rəngli bir baş erkək dananı və 550 manat dəyərində 10 aylıq, çəkisi 100 kiloqram olan kül rəngli bir baş erkək dananı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1050 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 18-19 radələrində özünə məxsus olan atla karyer yolunda yerləşən sahələrinə gedən zaman Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin yaxınlığından keçdikdə tövlənin qarşısında qoyun və quzuların arpa yeməsini gördü. Daha sonra o, atı otlamaq üçün sahəyə buraxdı və yaşadığı evə qayıtdı. xx.xx.2021-ci il tarixdə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs3 məxsus mobil nömrəyə zəng etdi, onunla işinin olduğunu buna görə də, görüşmək istədiyini bildirdi. O, təxminən 30-40 dəqiqə sonra Təqsirləndirilən şəxs3 ilə Mingəçevir şəhəri, Havarlı küçəsində görüşdü. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 məxsus tövlədən qoyunları oğurlamağı təklif etdi. Təqsirləndirilən şəxs3 isə bu təklifi qəbul etdi. Daha sonra o, Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış sahəsində yerləşən tövlənin üzərinə dırmaşdı. O, tövlənin üzərində yerləşən taxta parçasını çıxararaq tövləyə daxil oldu. Təqsirləndirilən şəxs3 isə tövlənin üzərində dayandı. O, tövlədə olan qoyunları tövlənin içərisində olan saman ipi vasitəsi ilə ayaqlarını bağladı və qoyunları növbə ilə tövlənin üzərində dayanan Təqsirləndirilən şəxs3 verdi. Təqsirləndirilən şəxs3 isə növbə ilə qoyunları fərdi yaşayış sahəsinin kənarına yığdı. Ümumilikdə tövlədən 6 baş qoyun oğurladılar. Daha sonra o, Mingəçevir şəhəri, Sahil küçəsinin yaxınlığında yerləşən “Kazımın yeməkxanası” deyilən yerin qarşısında tanışı Təqsirləndirilən şəxs2 mobil nömrəsinə zəng etdiyini, fermadan quzular aldığını və Gəncə şəhərində yerləşən mal bazarına satmaq üçün aparmaq istədiyini buna görə də, taksi kimi onları Gəncə şəhərinə aparmağını Təqsirləndirilən şəxs2 xahiş etdi. Bir müddət sonra Təqsirləndirilən şəxs2 özünə məxsus qara rəngli “Daewoo” markalı avtomobil ilə onların dediyi yerə gəldi. Onlar xx.xx.2021-ci il tarixdə gecə saat 03 radələrində Gəncə şəhərində yerləşən mal bazarına çatdılar. Təqsirləndirilən şəxs2 qoyunların oğurluq olması barədə heç bir söz demədilər. xx.xx.2021-ci tarixdə Gəncə şəhərində yerləşən mal bazarında iki nəfər şəxsə 6 baş qoyunu ümumilikdə 670 manata satdılar. Həmin puldan 70 manat taksi kimi onları Gəncə şəhərində yerləşən mal bazarına aparıb-gətirdiyi üçün Təqsirləndirilən şəxs2 verdilər, yerdə qalan 600 manat pulu isə Təqsirləndirilən şəxs3lə yarıbayarı böldülər. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində karyer adlanan əraziyə tor qurmaq üçün gedən zaman fermanın ərazisində iki ədəd biri qara digəri, isə boz rəngli dana gördü. O, həmin danaları fermanın ərazisinə qamışlıq vasitəsi ilə keçərək çəpərə bağladı. Sonra o, Mingəçevir şəhəri, köhnə uşaq xəstəxanasının yaxınlığında yerləşən çayxanaya gəldi və orada əvvəlcədən tanıdığı taksi fəliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs2 iki baş dananın olduğunu və həmin danaları satmaq üçün ona məxsus “Daewoo” markalı avtomobil ilə İmişli bazarına getməyi təklif etdi. Təqsirləndirilən şəxs2 də, onunla razılaşdı. Onlar birlikdə “Daewoo” markalı avtomobil ilə Mingəçevir şəhəri, karyer adlanan əraziyə gəldi və Təqsirləndirilən şəxs2 ilə birlikdə fermanın ərazisinə daxil oldu və taxtaya bağlanmış iki baş dananın birini Təqsirləndirilən şəxs2 məxsus avtomobilin yük baqaşına, digərin isə arxa oturacağa yerləşdirdilər. Daha sonra o, Təqsirləndirilən şəxs2 ilə birlikdə İmişli bazarına getməyi planlaşdırdı. Mobil telefon vasitəsi ilə internetdə İmişli rayonunda mal bazarının xx.xx.2022-ci il tarixdə olacağını öyrəndiyi üçün o, Təqsirləndirilən şəxs2 iki baş dananı hər hansı tanışı varsa, bir gecəlik onun həyətində saxlamalı olduqlarını xahiş etdi. Təqsirləndirilən şəxs2 də, tanışı Bərdə rayonu, Samux kəndində yaşayan Şahid1 zəng edərək bir gecəlik onun həyətindəki tövlədə onlara məxsus iki baş dananı saxlamağı xahiş etdi. Şahid1 də, Təqsirləndirilən şəxs2 ilə razıladı. Onlar özləri ilə birlikdə gətirdikləri iki baş dananı Şahid1 həyətindəki tövlədə yerləşdirdilər. Sonra o, Təqsirləndirilən şəxs2lə birlikdə Mingəçevir şəhərinə qayıtdılar. Sabahı gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində o, Təqsirləndirilən şəxs2 mobil nömrəsinə zəng edərək işdə olduğu üçün mal bazarına gedə bilməyəcəyini mümkündürsə, tanışı Şahid1 Bərdə rayonunda onlara məxsus iki baş dananı satmağını xahiş etdi. Təqsirləndirilən şəxs2 isə bu barədə Şahid1 zəng edərək bildirdi. Həmin gün Şahid1 iki baş dananı 600 manata satdı. O da, Təqsirləndirilən şəxs2 ilə birlikdə Bərdə rayonu, Samux kəndində yaşayan Şahid1 satdığı danaların pulunu almağa getdi. Şahid1 5 ədəd 100 manatlıq əskinaz və 5 ədəd 20 manatlıq əskinaz olmaqla ümumilikdə 600 manat pulu ona verdi. O, həmin puldan 20 manatı Şahid1 verdi. Qayıdan zaman 170 manat pulu Təqsirləndirilən şəxs2 verdi. Daha sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Mingəçevir şəhəri, N.Nərimanov küçəsinin yaxınlığında yerləşən çayxananın qarşısında düşdü. Yerdə qalan 410 manat puldan 2021-ci ilin oktyabr aylarında Gəncə şəhərində yerləşən “Galaxy” firmasından aldığı tozsorananın kreditinə 60 manat, borcu olduğu üçün atasının çoban işlədiyi fermanın sahibi Elçinə 240 manat ödədi. Qalan hissəsini isə özü üçün xərclədi. Əməlindən peşimandır. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs3 Heydər oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2021-ci ilin dekabr ayının 11-i axşam saatlarında əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 ona zəng edərək görüşmək istədiyini bildirdi. O, Təqsirləndirilən şəxs1 ilə Mingəçevir şəhəri, Havarı küçəsində görüşmüşdür. Təqsirləndirilən şəxs1 ona Mingəçevir kəndində yerləşən “dambanın üstü” deyilən əraziyə yaxın yerdə yerləşən Ramin adlı şəxsin həyətində qoyun-quzu olduğunu, tövlədən qoyunları oğurlamağı təklif etdi. O, həmin zaman işləmədiyi və gəlir yeri olmadığı üçün İsa Məmədovla razılaşdı. Axşam saat 23 radələrində o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Ramin adlı şəxsin həyətinə çəpəri aşaraq daxil olmuşdur. Təqsirləndirilən şəxs1 tövlənin üzərinə çıxmış, tövlənin üzərində taxtanı çıxardaraq tövləyə daxil olmuş və bir-bir ümümulikdə 6 ədəd quzunu tövlənin üzərinə yığdıqdan sonra kəndir vasitəsi ilə quzuların ayağını bağlamış sonda Təqsirləndirilən şəxs1 daxil olduğu tövlədən çıxmışdır. Onlar birlikdə 6 ədəd quzunu “kazımın yeməkxana”sı adlanan yerin qarşısına gətirmiş və Təqsirləndirilən şəxs1 öz tanışı olan Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsi ilə zəng edərək çağırmış və Təqsirləndirilən şəxs1 ona Təqsirləndirilən şəxs2 taksi sürücüsü olduğunu demişdir. Sonra Təqsirləndirilən şəxs2 avtomobil ilə gəlmişdir. O, Təqsirləndirilən şəxs1 ilə 5 ədəd quzunu avtomobilin yük baqajına, birini isə avtomobilin arxa oturacağına qoymuş və sonra Gəncə şəhərində yerləşən mal bazarına getmişlər. Gəncə şəhərində yerləşən mal bazarına çatdıqdan sonra 6 ədəd quzunu Təqsirləndirilən şəxs1 təxminən 670 manata satmışdır. O, Təqsirləndirilən şəxs1 sürücüyə nə qədər pul verməsi barədə məlumatı yoxdur, ona 300 manat pul vermişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə axşam saat 19 radələrində Təqsirləndirilən şəxs1 onun mobil nömrəsinə zəng edərək axşam saat 01 radələrində Gəncə şəhərinə gedib-gələ biləcəklərimi soruşduqda Təqsirləndirilən şəxs1la razılaşmışdır. O, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək Sahil küçəsində yerləşən “Kazımın yeməkxana”sı deyilən yerə gəlməsini xahiş etmişdir. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs1 ona dediyi yerə gəlmişdir. O, Təqsirləndirilən şəxs1 yanında adını sonradan bildiyi Təqsirləndirilən şəxs3 adlı şəxs olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yanında ayaqları bağlanmış 6 ədəd quzu var idi. Onlar 6 ədəd quzunu avtomobilin yük baqajına qoydular. O, Təqsirləndirilən şəxs1 6 ədəd qoyunu haradan əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs1 həmin quzuların özünə məxsus olduğunu dedi. Sonra onlar Gəncə şəhərində yerləşən mal bazarına getmiş və həmin 6 ədəd quzunu 670 manata satmış və ona 45 manat vermişdilər. Bundan başqa xx.xx.2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 onun taksi kimi fəliyyət göstərdiyi Ş.İ.Xətai küçəsinin kəsişməsində yerləşən çayxananın qarşısına gələrək Zərərçəkmiş şəxs1 məxsus fermada iki baş erkək dananın olduğunu və həmin danaları oğurlayıb ona avtomobil ilə mal bazarına çıxarmağı təklif etmişdir. O da, Təqsirləndirilən şəxs1 ilə razılaşdı. Sonra o, Təqsirləndirilən şəxs1 ilə birlikdə ona məxsus olan qara rəngli “daewoo” markalı avtomobil ilə Mingəçevir şəhəri, Karyer deyilən ərazinin yaxınlığına gəlmiş və daha sonra hər ikisi fermaya daxil olaraq taxtaya bağlanmış iki ədəd dananın birini avtomobilin arxa oturacaq hissəsinə, digərini isə avtomobilin baqajına yerləşdirmişdir. Sonra Bərdə rayonunda yerləşən mal bazarına yola düşmüşlər. Yol gedən zaman Təqsirləndirilən şəxs1 həmin gün Bərdə rayonunda mal bazarının olmayacağını bildirmiş və ondan xahiş etmişdir ki, bir gecəlik danaları saxlamaq üçün yer tapsın. O da, Bərdə rayonu, Qırmızı Samux kəndində yaşayan Şahid1 adlı tanışına zəng edərək, iki baş dananı fərdi yaşayış evində yerləşən tövlədə saxlamağı xahiş etmişdir. Şahid1 onlardan həmin 2 baş dananın oğurluq-olmaması barədə soruşduqda o, narahat olmamağı sadəcə olaraq mal bazarı olmadığı üçün danaları qoyacaq yeri olmadığını, sabah isə həmin danaları aparıb satacaqlarını bildirmişdir. Şahid1 onun xahişimi qəbul etmiş və o, Təqsirləndirilən şəxs1 ilə birlikdə danaları Şahid1 tövləsinə yerləşdirmişlər. Sonra o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Mingəçevir şəhərinə qayıtmışdır. Sabahı gün, yəni xx.xx.2022-ci il tarixdə Şahid1 ona zəng edərək danaları 600 manata almaq istəyən adam olduğunu bildirdikdə o Təqsirləndirilən şəxs1 ilə danışdıqdan sonra razılaşmışdır. xx.xx.2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Bərdə rayonu, Samux kəndinə getmiş və Şahid1 onlara 600 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 isə həmin 600 manat puldan 20 manat pulu Şahid1 vermişdir. O, Təqsirləndirilən şəxs1 ilə yenidən Mingəçevir şəhərinə qayıtmış. Mingəçevir şəhərinə qayıdan zaman Təqsirləndirilən şəxs1 ona 170 manat pul vemişdir. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, O, hər gün saat 09 radələrində özünə məxsus olan 20 baş qoyunu aparıb sahədə otarır, axşam 19 radələrində gətirib tövləyə salırdı. Adəti üzrə o, 11 dekabr 2021-ci il tarixdə qoyunları aparıb sahədə otarırdı. Saat 19 radələrində gətirib tövləyə saldı. Sonra isə onların yemlərini və otlarını verib evə girdi. Səhər saat 08 radələrində atası Tərxan tövlədəki qoyunları sayıb yoxlayan zaman 6 baş qoyunun yerində olmadığını aşkar etdi. O, tövləyə girdi və birinin çəkisi 12-13 kiloqram arası olan biri erkək cinsdən, beşi isə dişi cinsdən olan ağ rəngli qoyunların yerində olmadığını gördü. Bir qədər küçəni və otlaq sahəsini axtardı və qoyunları tapa bilmədi. Sonra polis şöbəsinə gələrək qoyuların oğurlanması barədə ərizə ilə müraciət etdi. Bundan sonra onun evinə polis əməkdaşları gəlib, onun iştirakı ilə hadisə yerinə baxış keçirdilər. O, özü də qoyunlarını axtarmağa başladı, bir neçə mal bazarına baxdı. Qoyunları Gəncənin mal bazarında tapdı.Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs1 məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxs1 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, o, təxminən 20 ildən çoxdur ki, Mingəçevir şəhəri, Karyer ərazisində yerləşən özümə məxsus olan fermada iri buynuzlu mal-qara saxlamaqla məşğuldur. Belə ki, o özünə məxsus olan fermada olan mal-qaranı böyütdükdən sonra mal bazarına çıxararaq satışını həyata keçirirdi. Özünə məxsus olan fermada ümumilikdə 30 baş mal-qara vardı. Mal-qaranın oğurlanmaması, həmçinin səhərlər mal-qaranı otlağa çıxarması üçün gecələri fermanın içərisində yerləşən kiçik evdə qalırdı. O, mütəmadi olaraq mal-qaranı yaxınlıqdakı sahədə otarır, axşamlar isə otlarını verdikdən sonra tövləyə bağlayırdı. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində mal-qaranı otarmaq üçün tövləyə girən zaman ona məxsus olan 2 baş erkək dananın tövlədə olmadığını, lakin digər iribuynuzlu mal-qaranın tövlədə olduğunu aşkar gördü və bu barədə DİN-nin 102 xidmətinə müraciət etdi. Lakin malların axtarılması ilə özü də məşğul olurdu. Danaları Bərdənin mal bazarında tapdı. İttihamda qeyd edilmiş dəymiş ziyan ona ödənilmişdir. Ancaq danaların mal bazarında avtomaşına mindirən zaman birinin ayağı sınmışdı, həmin ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayəti yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Şahid7 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis Şöbəsində CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhəri, Sahil küçəsində yaşayan Zərərçəkmiş şəxs2 DİN-in 102 xidmətinə zəng edərək özünə məxsus fərdi yaşayış sahəsində yerləşən tövlədən 5 ədəd qoyun oğurlanması barədə məlumat verdi. Daha sonra xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 Mingəçevir şəhər Polis Şöbəsinə məlumat verərək özünə məxsus olan qoyunları Bərdə rayonunda yerləşən mal bazarından tapdığını bildirdi. Bundan dərhal sonra o, Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid9, CAB-nın əməliyyat müvəkkili, polis leytenantı X6 və ƏRQ-nın kiçik inspektoru, polis baş serjantı Şahid12 ilə birlikdə Bərdə rayonunda yerləşən mal bazarına yola düşdülər. Bərdə rayonunda yerləşən mal bazarına çatdıqdan sonra Zərərçəkmiş şəxs2 məxsus olan qoyunları tanımadığı şəxslərdən alan şəriklərin Şahid2, Şahid4, Laçın Muxtarov, Şahid3 və Şahid5 olması bizə məlum oldu və həmin şəxslərə qoyunların Zərərçəkmiş şəxs2 məxsus olması bildirildi və qoyunlar həmin şəxslərdən təhvil alındı. Bundan başqa xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 DİN-in 102 xidmətinə zəng edərək eyni zamanda ərizə ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək özünə məxsus 2 baş dananın yaşadığı Mingəçevir şəhəri, Karyer ərazisində yerləşən fermanın tövləsindən oğurlanması barədə məlumat verdi. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 özünə məxsus iki baş dananı Bərdə rayonunda yerləşən mal bazarında axtaran zaman Kamran adlı Bərdə rayon sakinin ona məxsus olan iki baş dananı satışa qoyduğunu aşkar edərək 2 baş dananı Bərdə bazarından tapması barədə DİN-in 102 xidmətinə həmçinin Mingəçevir şəhər Polis Şöbəsinə məlumat verdi. O, Mingəçevir şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid10 ilə birlikdə Bərdə rayonunda yerləşən mal bazarına getdilər. Mal bazarında olan zaman Kamran adlı şəxs özünün alverçi oluğunu və Zərərçəkmiş şəxs1 məxsus olan iki baş dananı həmkəndlisi Şahid1 700 manata aldığını bildirmişdir. Bərdə rayon sakini Şahid1 dindirilmək üçün Mingəçevir şəhər Polis Şöbəsinə gətirildi. Sorğu zamanı Şahid1 iki baş dananı ona satmaq üçün Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs1 adlı şəxs tərəfindən gətirildiyini bildirdi. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda yaşadıqları evin qarşısında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirildi. Məhkəmə iclasında şahid kimi dindirilmiş əməliyyat müvəkkilləri Şahid8, Şahid9, Şahid10 Radim oğlu, Şahid11 və Şahid12 da Şahid7 ifadəsinə uyğun ifadə verdilər. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 kənd sakini kimi uşaqlığından tanıyır və həmin şəxslə münasibəti yaxşıdır. xx.xx.2022-ci il tarixdə axşam saat 01 radələrində Bərdə rayonu, Samux kəndində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs2 zəng edərək adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 ilə birlikdə gəldiyini, özləri ilə gətirdikləri iki ədəd dananın bir gecəlik onun həyətindəki tövlədə saxlamağı, sabahı gün isə İmişli rayonunda yerləşən mal bazarına çıxaracaqlarını bildirdi. O, həmin iki ədəd dananın oğurluq olub-olması barədə soruşdu, Təqsirləndirilən şəxs2 and içərək iki ədəd dananın onlara gördükləri işin müqabilində verildiklərini bir gecəlik ona məxsus fərdi yaşayış həyətindəki tövlədə qalmasını xahiş etdi, o da, razı oldu. Təqsirləndirilən şəxs2 təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə qara rəngli “Daewoo” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ilə gəldilər. Həmin iki ədəd dananın biri qara rəngli, digəri isə boz rəngli idi. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 danaları onun həyətinə qoyub, onunla sağollaşıb getdilər və ona hara getmələri barədə heç bir şey demədilər o da, onlardan bu barədə heç bir söz soruşmadı. Sabahı gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saat 9-10 radələrində Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng etdi, onun tövləsinə yerləşdirdiyi danaları satmağı xahiş etdi. Təqsirləndirilən şəxs2 işlə əlaqədar gələ bilmədiyini onun satmağını, pulu isə gəlib ondan götürəcəyini dedi. xx.xx.2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun tövləsinə yerləşdirdiyi iki baş erkək dananı Bərdə rayonu, Samux kəndində yaşayan Kamran aslı şəxsə 700 manata satdı. Sonra o, Elməddinə zəng edərək danaları 600 manata satdığını bildirdi. Təqsirləndirilən şəxs2 isə pulu həmin gün axşam radələrində gəlib ondan götürəcəyini bildirdi. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 axşam saat 5-6 radələrində onun yaşadığı Bərdə rayonu, Samux kəndinə gəldi o, Təqsirləndirilən şəxs2 yanında Təqsirləndirilən şəxs1 600 manat pul verdi. 100 manatı isə özünə götürdü, lakin həmin 100 manat pulu özünə götürməyi barədə nə Təqsirləndirilən şəxs2 nə də, Təqsirləndirilən şəxs1 heç bir məlumat vermədi. Onlarla sağollaşıb çıxıb getdilər. xx.xx.2021ci il tarixdə iki dananları satdığı Kamran adlı şəxs onun mobil nömrəsinə zəng edib, ona satdığı danaları bazara çıxardıqlarını, danaların öz sahibinin bazara gəlib heyvanlarını tələb etdiyini bildirdi. O, dərhal Bərdə rayonunda yerləşən mal bazarına getdi və malın öz sahibi olduğunu iddia edən Ələkbər adlı şəxsin həmin iki ədəd dananın ona kim satdığını soruşduqda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satdığını dedi. Şahid2 Vəliyyəddin oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, o, həməkəndlisi Şahid4la bərabər şərikli mal-qara alveri edirdi. Onlar mal-qaranı Gəncə şəhərindən alıb Bərdədə olan mal bazarında satırlar. Çünki Gəncədə münasib qiymətə qoyun və keçi aldıqda əlavə gəlir qazanmaq olmurdu. 12 dekabr 2021-ci il tarixdə saat 03 radələrində idarə etdiyi «MECREDES BENZ» markalı ** RL *** dövlət qeydiyat nişanlı avtomaşına əyləşib şəriyi Fərhadla, həmçinin digər həmkəndlisi və tanışları Laçın, Xeyrullla, Mehdi ilə birlikdə Göygöl mal bazarına getdilər. Onlar da, öz maşınları ilə bazara getdilər. O, şəriyi Fərhadla birlikdə bazarda gəzən zaman qara rəngli, markasını və qeydiyyat nişanın xatırlamadığı avtomaşının yanında 3 nəfər 25-27 yaşları şəxslərin qoyun satdığını gördü və onlara yaxınlaşdı. Onlar 1 baş erkək və 5 baş dişi olmaqla 6 baş qoyunları 750 manat satdıqlarını bildirdilər. Onlarla 6 qoyuna 670 manat məbləğində pul verdilər. Şəriklər qoyunları satın alandan sonra onlarla hesablaşıb aralaşdılar. Onlar həmin gün hardasa 30-a yaxın heyvan alaraq bazarı tərk etdilər. Daha sonra 17 dekabr 2021-ci il tarixdə saat 03 radələrində şəriyi Fərhad və digər həmkənliləri ilə birlikdə qoyunları Bərdə mal bazarına satmağa gətirdilər. Həmin oğlanlardan aldığı qoyunlardan 1 baş erkək qoyunu 130 manata satdı daha sonra isə 1 nəfər şəxs onlara yaxınlaşaraq 5 ədəd dişi, qoyunların ona məxsus olmasını və 12 dekabr 2021-ci il tarixdə oğurlanmasını bildirdi. Həmin şəxsin adının Ramin olmasını, özünün isə Mingəçevir şəhərindən olmasını bildirdi. Onlar qanun tabe olub qoyunları satmadılar və bir müddət sonra oraya polis əməkdaşları gələrək qoynuları avtomaşına yükləyib Mingəçevir şəhərinə gətirdilər. Onlar da, könülü olaraq polis ilə əməkdaşları birlikdə Mingəçevir şəhər polis şöbəsinə gəldilər. Şahidlər Şahid3 və X7 da məhkəmə iclasında Şahid2 ifadəsinə uyğun ifadə verdilər. Şahid6 məhkəmə iclasında ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə onunla eyni kənddə yaşayan Şahid1 tanışına məxsus iki baş 9-10 aylıq erkək dananın ona məxsus tövlədə olduğunu və həmin danaları tanışının satdığını bildirdi. Həmin iki baş 9-10 aylıq erkək danaların hər birinin çəkisi təxminən 90-100 kiloqram olduğunu bildirdi. O, həmin danaları Şahid1 700 manata aldı. Daha sonra xx.xx.2022-ci il tarixdə həmin danaları Bərdə rayonunda yerləşən mal bazarına satış üçün çıxarmışdı. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq həmin danaların ona aid olduğunu bildirdi. O, danaları aldığı Şahid1 zəng edərək ona 700 manat qarşılığında satdığı danaların oğurluq olduğunu və həmin danaların Zərərçəkmiş şəxs1 adlı şəxs məxsus olduğunu bildirdi. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəldi, iki baş dananı polis əməkdaşları avtomobiliə yükləyib apardılar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri digər şahid- Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 2-ci cild 201-204-cü vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 mart 2022-ci il tarixli, 9/1033 saylı rəyində göstərilir ki, ekspertiza tədqiqatına foto-şəkilləri təqdim edilmiş5 baş dişi qoyun və 2 baş erkək dana 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1540,00 manat müəyyən edilir.O, cümlədən:

1. 1 başının diri çəkisi 12 kiolqram olan boz rəngli dişi qoyunun 5 başının qiyməti– 400, 00 manat

2. diri çəkisi 12 kioqram olan boz rəngli erkək qoyunun qiyməti – 90,00 manat

3. 9 aylıq, çəkisi 90 kiloqram olan, ağlı-qaralı rəngli dananın qiyməti -500,00 manat

4. 10 aylıq, çəkisi 100 kiloqram olan, kül rəngli dananın qiyməti-550,00 manat Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs3 Heydər oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinin hasarından həyətə keçib, həyətyanı sahədə yerləşən tövlənin damınının taxtalarını çıxararaq qanunsuz olaraq saxlanc yeri hesab olunan həmin tövləyə daxil olub oradan bir başının qiyməti 80 manat olmaqla 5 baş, 400 manat dəyərində 12 kiloqramlıq boz rəngli dişi qoyun və 90 manat dəyərində 12 kiloqramlıq boz rəngli bir baş erkək qoyunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 490 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 24 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs1 məxsus Mingəçevir şəhəri, “Karyer” adlanan ərazidə yerləşən fermanın ərazisindəki iribuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş və saxlanc yeri hesab olunan tövləyə qanunsuz olaraq daxil olub oradan 500 manat dəyərində 9 aylıq, çəkisi 90 kiloqram olan, ağ-qara rəngli bir baş erkək dananı və 550 manat dəyərində 10 aylıq, çəkisi 100 kiloqram olan kül rəngli bir baş erkək dananı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1050 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 Heydər oğlu tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinin hasarından həyətə keçib, həyətyanı sahədə yerləşən tövlənin damınının taxtalarını çıxararaq qanunsuz olaraq saxlanc yeri hesab olunan həmin tövləyə daxil olub oradan bir başının qiyməti 80 manat olmaqla 5 baş 400 manat dəyərində 12 kiloqramlıq boz rəngli dişi qoyun, habelə 90 manat dəyərində 12 kiloqramlıq boz rəngli bir baş erkək qoyunu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 490 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 24 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs1 məxsus Mingəçevir şəhəri, “Karyer” adlanan ərazidə yerləşən fermanın ərazisindəki iribuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş və saxlanc yeri hesab olunan tövləyə qanunsuz olaraq daxil olub oradan 500 manat dəyərində 9 aylıq, çəkisi 90 kiloqram olan, ağ-qara rəngli bir baş erkək dananı və 550 manat dəyərində 10 aylıq, çəkisi 100 kiloqram olan kül rəngli bir baş erkək dananı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1050 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Heydər oğlu və Təqsirləndirilən şəxs2 həmin əməli törətmələri özlərinin etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 2-ci cild 36-40 vərəqlərində olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Heydər oğlu və Təqsirləndirilən şəxs2 əvvəl məhkum olunmamışlar. İşin 2-ci cild 29-cu vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 2-ci cild 123-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Heydər oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 2-ci cild 125-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. İşə əlavə olunmuş, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, X4 himayəsində xx.xx.2013-cü il təvəllüdlü Aqilə, xx.xx.2015-ci təvəllüdlü Nəzrin adlı iki nəfər azyaşlı uşağı var. Cəza təyin edilərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Heydər oğlu və Təqsirləndirilən şəxs2 əməllərini etiraf edib peşiman olmaları, yaşayış yerində müsbət xarakterizə olunmaları, dəymiş ziyanı ödəmələri və zərərçəkmiş şəxslərlə barışıq əldə etmələri, Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşaqları olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Heydər oğlu və Təqsirləndirilən şəxs2 cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, dəymiş zərəri ödəmələrini, cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 1-ci cild 81-cı vərəqində olan şübhəli şəxsi tutma haqqında 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 1-ci cild 175-176-cı vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 16 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. Təqsirləndirilən şəxs1 14 yanvar 2022-ci ildən 16 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2(iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 4 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İşin 1-cild 120-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Heydər oğlu həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 1-cild 172-173-cü vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 16 yanvar 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Heydər oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. Təqsirləndirilən şəxs3 Heydər oğlu 14 yanvar 2022-ci ildən 16 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2(iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 4 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs3 Heydər oğlunun üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İşin 1-ci cild 101-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 1-ci cild 178-179-cu vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 16 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. Təqsirləndirilən şəxs2 14 yanvar 2022-ci ildən 16 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2(iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 4 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 2 baş erkək dana, 5 baş dişi qoyun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci olan cəmi 100 (bir yüz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Heydər oğlu və Təqsirləndirilən şəxs2 alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki tələb yoxdur. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 204 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 204 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X8 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 204 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 14 yanvar 2022-ci ildən 16 yanvar 2022-ci il ilə kimi şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Heydər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Heydər oğlu 14 yanvar 2022-ci ildən 16 yanvar 2022-ci il ilə kimi şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 4 (dörd) gün müddəti ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs3 Heydər oğlunun üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 14 yanvar 2022-ci ildən 16 yanvar 2022-ci il ilə kimi şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 4 (dörd) gün müddəti ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 2 baş erkək dana, 5 baş dişi qoyun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcləri olan cəmi 100 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Heydər oğlu və Təqsirləndirilən şəxs2 alınıb dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 204 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 204 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X8 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 204 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir.

Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar