Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-80/2023 30.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1979-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 may 2023-cü il tarixdə, saat 17:30-da açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli '‘Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından yuxarı həddi 5 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd göy rəngli sellafon bükümün içərisində təmiz çəkisi 38,97 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 yanvar küçəsi, Mingəçevir şəhər İcra Hakimiyyətinin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən ünvan 8in tarixdə saat 20:05-dən 20:12-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə - qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkçəsinin içəri sol cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, təxminən 4-5 ay bundan öncə Ağdaş rayonunda olarkən xatırlamadığı ünvanda yolun kənarında çətənə kolu olduğunu görmüşdür. O, narkotik vasitə olan qurudulmuş mariuxanadan istifadə etdiyi üçün çətənə kolunu tanımış və həmin çətənə kolunu yığıb özü istifadə etmək məqsədi ilə yaşadığı evə gətirmişdir. Həmin çətənə kolunu yaşadığı evdə eyvanda gizlədərək həmin çətənə kolunu qurutmuş və arabir həmin çətənə kolundan özü üçün istifadə edirmiş. Lakin o, evdə yaşayan valideyninin ondan şübhələndiyi üçün xx.xx.2023-cü il tarixdə həmin qurutmuş olduğu çətənə kolunu göy rəngli sellafon torbaya yığaraq əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibində gizlətmiş, həmin günü yəni xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, Mingəçevir şəhəri, 20 yanvar küçəsi Mingəçevir şəhər İcra Hakimiyyətinin qarşısından keçən zaman qurutmuş olduğu narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibində idi. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb polis vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib onun barəsində Mingəçevir şəhər polis şöbəsində şikayət olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Bundan sonra Mingəçevir ŞPŞ-nin NH-nin əməkdaşları polis şöbəsinin təhiqatçısını dəvət etmişlər və bundan sonra hüquqlarını müdafiə etmək üçün vəkil X3 iştirakı ilə üzərinə baxış və götürmə keçiriləcəyi izah olundu. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirildi. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirildi. Baxış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd göy rəngli sellafon büküm aşkar olundu. Daha sonra həmin bükümə baxış keçirildi. Həmin büküm açıldıqda orada olan kütlənin rəngindən və spesifik iyindən narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olundu. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkildi və qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 45 qram oldu. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirdi ki, həmin narkotik vasitə qurudulmuş marixuananı 4-5 ay bundan öncə Ağdaş rayonunda xatırlamadığı ünvanda çətənə kolu halında tapmış və həmin çətənə kolunu Mingəçevir şəhərinə yaşadığı ünvana gətirib qurutmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmədən ona cəza təyin edərkən törətdiyi əməldən səmimi peşmanlığını nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. xx.xx.2023-ci il tarixdə saat 19 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşı Xəlilov X4 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, 20 yanvar küçəsi, Mingəçevir şəhər, İcra Hakimiyyətinin yaxınlığında piyada keçən zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdik. Bundan sonra Abdullayev X2 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X6 dəvət olundu və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynindəki qara rəngli qış gödəkçəsinin içəri sol cibindən bir ədəd göy rəngli sellafon torba aşkar olundu. Həmin bir ədəd göy rəngli sellafon torba açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olundu. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 45 qram oldu Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd göy rəngli sellafon torbadakı kütlənin qurudulmuş marixuana olduğunu, özü istifadə etmək məqsədi ilə üstündə saxladığım və həmin narkotik vasitəni 4-5 ay bundan öncə Ağdaş rayonunda xatırlmadaığı ünvanda yolun kənarından yabanıl halda bitən zaman yığıb qurutduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin, PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan əynində olan qara rəngli qış gödəkçəsinin içəri sol cibindən bir ədəd göy rəngli sellafon torbada ümumi çəkisi 45 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü ıl tarixli 17/181 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə (0.045kq)...” sözləri, adlar və imzalar yazılmış olan zərfin içərisindəki 01 (bir) ədəd göy rəngli sellafon bükümdə təmiz çəkisi – 38,97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadir. Tədqiqata sərf edilmiş-0,05 qram, qalıq- 38,92 qram. Cinayət işi materiallarında olan maddi sübut kimi tanıma və saxlanca verilmə haqqında 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 38,97 qr olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 38,92 qram olan narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 427 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinin 12 noyabr 2021-ci il tarixli qərarına əsasən “08 noyabr – Zəfər Günü münasibəti“ ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi xx.xx.2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilmiş, Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli '‘Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından yuxarı həddi 5 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd göy rəngli sellafon bükümün içərisində təmiz çəkisi 38.97 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 yanvar küçəsi, Mingəçevir şəhər İcra Hakimiyyətinin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən ünvan 8in tarixdə saat 20:05-dən 20:12-clək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə - qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkçəsinin içəri sol cibindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşmanlıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Belə ki, Amnistiya aktının tətbiq edilməsi barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinin 12 noyabr 2021-ci il tarixli qərarına əsasən “08 noyabr – Zəfər Günü münasibəti“ ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi xx.xx.2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Lakin qərarda onun üzərindən məhkumluğun götürülməsi qərara alınmamışdır. Buna baxmayaraq “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndindən görünür ki, “Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün”. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman üzərindən məhkumluğu götürüldüyündən əməllərində cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini belə ki, narkotik vasitələrin aludəçisi olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir. Belə ki, iş materialında olan “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materialında olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 fevral 2023-cü il tarixdə saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 30 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə 35,97 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 38,92 qram narkotik vasitə qurudulmuş marixuana qalığı məhv edilməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 30 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 38,92 qram narkotik vasitə qurudulmuş marixuana qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 35,97 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-80/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-80/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver