Məhkəmə qərarları › İş №1(051)-81/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-81/2020

08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-81/2020 08.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Sadıqova (Saadova) Aytən Sadıq qızı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Müdafiəçi iştirakı ilə, xx xxx 1988-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, hal-hazırda ünvan 1 mənzil 49 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2012-cü il tarixdə anadan olmuş Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2018-ci ildən etibarən hər ay 130 (bir yüz otuz) manat məbləğində sabit aliment pulun Sadıqova (Saadova) Aytən Sadıq qızına ödənilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(051)- 779/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin şəhər məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 14 may, 29 iyul, 16 avqust, 16 sentyabr və xx xxxxxxx 2019-cu il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2019-cu il tarixədək şəxsi maraqları naminə cəmi 2730 (iki min yeddi yüz otuz) manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o Sadıqova (Saadova) Aytən Sadıq qızı ilə xx xxxx 2011-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx xxx 2012-cü il tarixdə Zeynəb adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 2016-cı ilin oktyabrında ayrılmışlar, xx xxxx 2018-ci ildə isə rəsmi boşanmışlar. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2018ci il tarixli, 2(051)-779/2018 saylı qətnaməsi ilə xx xxx 2012-cü il tarixdə anadan olmuş Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan xx xxxxxx 2018-ci ildən etibarən hər ay 130 (bir yüz otuz) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Sadıqova (Saadova) Aytən Sadıq qızına ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra X1 və Probasiya Şöbəsindən qeyd edilən alimentin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin o, qətnaməni icra edə bilməmişdir. Məhkəmənin qətnaməsi tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsi xx xxx 2019-cu il tarixli qərarına əsasən onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 10 (on) gün müddətinə həbs etmişdir. Lakin buna baxmayaraq o, alimentdən tam ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Habelə həmin müddət keçdikdən sonra alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar edilmiş, lakin bütün bunlara baxmayaraq o, tələbkara yenə də, aliment pulunu tam ödəyə bilməmişdir. Belə ki, o, indiyədək tələbkara borcundan cəmi 1700 (bir min yeddi yüz) manat məbləğində ödəniş etmiş, qalan borcunu isə imkanı olmadığından ödəyə bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona cəza təyin edilərkən səmimi peşimançılığının və borcunun çox hissəsini ödəməsini nəzərə alınmasını xahiş etdi. Zərər çəkmiş şəxs Sadıqova (Saadova) Aytən Sadıq qızı məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs ilə xx xxxx 2011-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx xxx 2012-cü il tarixdə Zeynəb adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 2016-cı ilin oktyabrında ayrılmışlar, xx xxxx 2018-ci ildə isə rəsmi boşanmışlar. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2018ci il tarixli, 2(051)-779/2018 saylı qətnaməsi ilə xx xxx 2012-cü il tarixdə anadan olmuş Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci ildən etibarən hər ay 130 (bir yüz otuz) manat məbləğində sabit aliment pulu alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra X1 və Probasiya Şöbəsindən qeyd edilən alimentin ona ödənilməsi üçün borcluya rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin borclu qətnaməni icra etməmişdir. Məhkəmənin qətnaməsi borclu tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Lakin buna baxmayaraq borclu yenə də, ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru borclunun ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs indiyədək aliment pulunu ona tam ödəməmişdir. Cinayət işi məhkəmənin icraatında olduğu müddətdə Təqsirləndirilən şəxs ona cəmi 1700 (bir min yeddi yüz) manat ödəmiş, qalan aliment borcu isə ödənilmədən qalmışdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində qanunla müəyyən olunmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o X1 və Probasiya Şöbəsində icra məmuru vəzifəsində çalışır. Təqsirləndirilən şəxsicraatında olan icra işi ilə bağlı borclu şəxs kimi tanımışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(051)-779/2018 saylı qətnaməsi ilə xx xxx 2012-cü il tarixdə anadan olmuş Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci ildən etibarən hər ay 130 (bir yüz otuz) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Sadıqova (Saadova) Aytən Sadıq qızına ödənilməsi qət edilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qərarını icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qərarı icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığından onun inzibati məsuliyyətə cəlb olunması üçün Mingəçevir Şəhər Məhkəməsinə inzibati protokol verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra borclu olduğu alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu indiyədək tələbkara aliment pulunu tam ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs təqdimat verilənədək, yəni xx xxxxxx 2019-cu il tarixədək tələbkar Sadıqova (Saadova) Aytən Sadıq qızına 2730 (iki min yeddi yüz otuz) manat məbləğində aliment borcu yaranmışdır. Lakin borclu indiyədək həmin məbləğdən tələbkara heç bir ödəniş etməmişdir. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında X1 şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilən halları bir daha təstiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Sadıqova (Saadova) Aytən Sadıq qızı onun bacısıdır. O dəfələrlə borclu Təqsirləndirilən şəxs ilə telefonla danışaraq ondan qətnamə ilə müəyyən olunmuş alimentin ödənilməsini tələb etsə də, borclu hər dəfə qanunsuz hərəkətlərini davam etdirmiş və alimenti ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçıraraq Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2018-ci il tarixli, 2(051)-779/2018 saylıqətnaməsiniqərəzli olaraq icra etməmişdir. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinə əlavə edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə Sadıqova (Saadova) Aytən Sadıq qızına borclu olduğu 2730 manat aliment borcundan 1700 manat ödəniş etmişdir. Cinayət işinə əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2012-cü il tarixdə anadan olmuş Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2018-ci ildən etibarən hər ay 130 (bir yüz otuz) manat məbləğində sabit aliment pulun Sadıqova (Saadova) Aytən Sadıq qızına ödənilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(051)-779/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin şəhər məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 14 may, 29 iyul, 16 avqust, 16 sentyabr və xx xxxxxxx 2019-cu il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2019-cu il tarixədək şəxsi maraqları naminə cəmi 2730 (iki min yeddi yüz otuz) manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Yuxarıda sadalanan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməli kimi müəyyən olunmuşdur. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Beləliklə, məhkəmə sadalanan sübutların məcmuyuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü bə 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini, törətdiyi əməli səmimi etiraf etməsi və peşimançılıq hissi keçirməsini cəzanıyüngülləşdirənhallar kimi qiymət verir. Məhkəmə baxışında Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və yaşını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı X1 və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqındaqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspert xərcləri yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı X1 və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməməkqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut, mülki iddia və ekspert xərcləri yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar