Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-81/2022 24.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri, R.Rza küçəsi 23 saylı evin, 11 saylı mənzilində qeydiyyatda olmaqla, Yevlax rayonu Aşağı Salamabad kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan X6 Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: X11 istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda küstar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixunanı satış məqsədi olmadan üzərində gəzdirərək sağ ayağında olan corabın içərisində saxlayaraq daşımış və 24 mart 2022-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “X10”-nm yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 N-li ünvanda yerləşən, Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 14 radələrində üzərinə şəxsi axtarış keçirilərkən, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın yuxarı həddi üçün 5 qram müəyyən edildiyi halda, 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 8,08 qram olan narkotik vasitə qurudulmuş marixuana onun sağ ayağında olan corabın içərisindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixunanı satış məqsədi olmadan üzərində gəzdirərək əyində olan qara rəngli gödəkcənin sol iç hissəsində saxlayaraq daşımış və 28 mart 2022-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Günəşli bağ massivi 10-cu küçənin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 N-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17 radələrində üzərinə şəxsi axtarış keçirilərkən, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın yuxarı həddi üçün 5 qram müəyyən edildiyi halda, 1 (bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki sarı rəngli sellofan torbada təmiz çəkisi 443,18 qram olan narkotik vasitə qurudulmuş marixuana onun əyində olan qara rəngli gödəkcənin sol iç hissəsindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əməllərə görə təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs X11 elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, hazırda da narkotik vasitələrdən istifadə edir. Əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmişdir. 22.03.2022-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhəri Nizami küçəsində yerləşən “Qələbə” parkındakı çayxanada əyləşib çay içərkən, əyləşdiyi masanın altında 1 ədəd “West” markalı siqaret qutusu olduğunı görüb yerdən götürmüş, açıb baxdıqda həmin “West” markalı siqaret qutusunun içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Çünki özü də narkotik vasitələrdən istifadə edir. Həmin “West” markalı siqaret qutusunu əynindəki gödəkcənin sol yan cibinə qoyaraq gizlətmişdir. Sonra həmin “West” markalı siqaret qutusunda olan narkotik vasitə qurudulmuş marixuanadan bir qədər istifadə etmiş, bir qədərini isə sarı rəngli sellofan bükümün içərisinə qoyub sonra istifadə etmək üçün sağ ayağındakı corabın içərisində gizlədib saxlamışdır. 24.03.2022-ci il tarixdə, saat 13 radələrində, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən, "X10”-nın yaxınlığında olarkən tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. O da əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd “West” markalı siqaret qutusunu, sellofan bükümdə olan limon duzunu, 1 ədəd şüşə ampulanı, 1 ədəd dırnaqtutanı, əynində olan qara şalvarın sağ yan cibindən şəxsiyyət vəsiqəsini, 1 ədəd alışqanı, əynindəki şalvarın sol yan cibindən 1 ədəd “Magna” markalı siqaret qutusunu sağ ayağında olan qara rəngli corabından içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd sarı rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən, onun üzərindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Aşkar olunmuş 1 ədəd sarı rəngli sellofan büküm açılıb baxıldıqda bükümdə olan kütlənin göy rəngli, kəskin iyə malik, ota bənzər kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və 1 (bir) ədəd sarı rəngli sellofan bükümü ilə birlikdə narkotik vasitə qurudulmuş marixuananın çəkisi 8,86 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni 22.03.2022-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhəri Nizami küçəsində yerləşən “Qələbə” parkındakı çayxanada əyləşib çay içərkən, ətrafında əyləşdiyi masanın altında 1 ədəd “West” markalı siqaret qutusunda tapmışdır. Tərəzidə çəkildikdən sonra həmin bükümlər onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Bundan başqa 28.03.2022-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhəri Günəşli bağ massivinin yaxınlığında yerləşən “Qum Karxanaları”-nin ətrafında satmaq üçün metal axtararkən yerdə 1 (bir) ədəd göy rəngli sellofan torba oldğunu görüb yerdən götürüb açıb baxdıqda həmin göy rəngli sellofan torbanın içərisindəki sarı rəngli sellofan torbanın içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. Çünki özü də narkotik vasitələrdən istifadə etdiyinə görə həmin sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanadan bir qədərini istifadə edib, qalan hissəsini isə göy rəngli sellofan torbanın içərisindəki sarı rəngli sellofan torba ilə birlikdə sonra istifadə etmək üçün əynindəki qara rəngli gödəkcənin sol iç hissəsində gizlədib saxlamışdır. Daha sonra bir qədər həmin ərazidə gəzdikdən sonra Mingəçevir şəhəri, Günəşli bağ massivi ilə piyada hərəkət edərək yaşadığı Yevlax rayonu, Aşağı Salamabad kəndinə getmək istəmişdir. 28.03.2022-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivi 10-cu küçənin yaxınlığından piyada keçərkən tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağ barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmiş, o da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki qara rəngli gödəkcənin sol iç hissəsindən 1 ədəd göy rəngli torbanın içərisindəki sarı rəngli sellofan torbada saxladığı narkotik vasitə qurudulmuş marixuananı, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 3 qutu siqaretləri, 1 ədəd cib dəsmalını, 1 ədəd kibrit qutusunu, əynindəki şalvarın sağ yan cibindən 1 ədəd 5 manatlıq, 4 ədəd 1 manatlıq əskinasları, və 30 qəpik məbləğdə pulu çıxarıb təqdim etmişdir. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfində onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi göy rəngli sellofan torbanın içərisindəki sarı rəngli sellofan torba açılıb baxıldıqda torbada olan kütlənin göy rəngli kəskin iyə malik, otabənzər kütlə yəni narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və sellofan torba ilə birlikdə narkotik vasitə qurudulmuş marixuananın çəkisi 450 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin sellofan torba qablaşdırılıb möhürlənərək götürülmüşdür. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Hazırda Əməlindən peşmandır. Ona görə də məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, 24.03.2022-ci il tarixdə saat 13 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid2 və o, Mingəçevir şəhər sakini X6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı X8 şəhərinin H.Əliyev prospektində yerləşən “X10”nın yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, Zaur Babayevə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Zaur Babayev polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Zaur Babayevin narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Zaur Babayev də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl X7 təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd “West” markalı siqaret qutusunu, sellofan bükümdə olan limon duzunu. 1 ədəd şüşə ampulanı, 1 ədəd dırnaqtutanı, əynində olan qara şalvarın sağ yan cibindən şəxsiyyət vəsiqəsini, 1 ədəd alışqanı, əynindəki şalvarın sol yan cibindən 1 ədəd “Magna” markalı siqaret qutusunu, sağ ayağında olan qara rəngli corabın içərisindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd sarı rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Zaur Babayevin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Zaur Babayevin sağ ayağında olan qara rəngli corabın içərisindən aşkar olunmuş bir ədəd sarı rəngli sellofan büküm açılıb baxıldıqda bükümdə olan kütlənin göy rəngli, kəskin iyə malik, ota bənzər kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 ədəd sarı rəngli sellofan bükümdə olan narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilmiş, sarı rəngli sellofan bükümü ilə birlikdə ümumi çəkisi 8,86 qram olmuşdur. Sorğu zamanı Zaur Babayev həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 24.03.2022-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhərinin Nizami küçəsində yerləşən “Qələbə” parkındakı çayxanada əyləşib çay içərkən, ətrafında əyləşdiyi masanın altından 1 ədəd “West” markalı siqaret qutusunda tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün üzərində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Zaur Babayevin üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikas: DİN-nin 76 N°-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digəı iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və CAB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadələrində Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, şahid Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid4 da ifadəsində Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 24 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, X6 üzərinə şəxsi axtarış keçirilərkən onun sağ ayağında olan qara rəngli corabın içərisində gizlədərək saxladığı 1 (bir) ədəd sarı rəngli sellofan bükümün içərisindən ümumi təmiz çəkisi 8.08 qram olan narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 28 mart 2022-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, X6 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkcənin sol iç hissəsində gizlədərək saxladığı 1 (bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki 1 ədəd sarı rəngli sellofan torbanın içərisindən ümumi təmiz çəkisi 443,18 qram olan narkotik vasitə- qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 24 mart 2022-ci il tarixli, 17/267 №li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “ Vat.X6 üzərindən aşkar edilmiş kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sarı rəngli sellofan bükümdə, təmiz çəkisi-8,08 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 8,08 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 8,03 qram. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 29 mart 2022-ci il tarixli 17/278 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində üzərinə yapışıdırılmış ağ kağızda “ Vət.X6 üzərindən aşkar olunub götürülmüş...” sözləri adlar və imzalar yazılmış 01 (bir) ədəd sarı rəngli sellofan torbada, təmiz çəkisi-443,18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qıırudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 443,18 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 443,13 qramdır. Cinayət işinin materiallarında olan 19 aprel 2022-ci-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, bir ədəd sarı rəngli selofan bükümündə və bir ədəd göy rəngli sellofan torbada olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,05 qram (hər obyektdən 0,05 qram) narkotik vasitə kütlələrindən sonra yerdə qalan ümumi çəkisi 8,03 qram və 443,13 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasiə qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanserinin ambulator məcburi narkoloji-tibbi ekspertizasının 13 aprel 2022-ci il tarixli, 487 saylı rəyindən görünür ki, X11 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 02 aprel 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, X1 şəhər Məhkəməsinin 06 avqust 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, şərti maliyyə vahidinin 3500 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 25 may 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 avqust 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir şəhər Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək, 2 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 noyabr 2021ci il tarixdə barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilərək, Qərarın 36-cı bəndinə əsasən ona təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra cəzadan azad olunması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki penitensiar müəsissəsinin rəisi tərəfində 17.11.2021-ci il tarixdə verilmiş, Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq məhkum X9 amnistiya tətbiq edilsin, amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilsin. Cinayət işinin materiallarnda olan Şəki Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli 7(075)-299/2021 nömrəli qərarından görünür ki, məhkum X7 təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X11 24 mart 2022-ci il tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 8,08 qram və 28 mart 2022-ci il tarixdə təkrarən 443,18 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib saxlamaqla ictimai təhlükəli əməli törətmişdir. Onun əməllərində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxs X6 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, X11 qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sarı rəngli selofan bükümdə, təmiz çəkisi 8,08 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq, sağ ayağında olan corabının içərisində daşımış, 24 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir Şəhər Polis X2 Qrupunun əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Sənaye Parkı»nın yaxınlığında saxlanılıb Polis Şöbəsinə aparılaraq, orada üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun sağ ayağında olan corabın içərisindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd göy rəngli sellofan torbada sarı rəngli selofan bükümün içərisindəki təmiz çəkisi 443,18 olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 28 mart 2022-ci il tarixdə, saat 17 radələrində Mingəçevir Şəhər Polis X2 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Günəşli bağ massivi 10-cu küçəsinin yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödənçənin sol iç hissəsindən göy rəngli sellofan torbanın içərisindəki sarı rəngli sellofan bükümün içərisində təmiz çəkisi 443,18 olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”da qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 500 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X7 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X11 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan vətəndaşın şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X6 himayəyəsində 25.07.2010-ci il tarixdə doğulmuş Ramal və 03.07.2013-cü il tarixdə doğulmuş Röya adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Yevlax rayon İHB Aşağı Salamabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X11 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs X11 tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini müxtəlif vaxtlarda vahid niyyət və ümumi məqsədlə əhatə olunmayan halda törədilməsini nəzərə alaraq qənaətə gəlir ki, ittihamın qanuni, əsaslı və ədalətli həll edilməsi üçün cinayətin törədilməsində təqsiləndirilən şəxsin əməlində cinayətin təkrar törədilməsi halının olub-olmamasının müəyyən edilməsi, cəzanı ağırlaşdıran halların dairəsinin müəyyən olunması baxımından zəruridir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə təqsirləndirilən şəxs X11 24 mart 2022ci il və 28 mart 2022-ci il tarixlərdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı qanunsuz əldə etmiş, daşımış və saxlamışdır. Bununla da o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə törətmişdir. Təqsirləndirilən şəxs birinci dəfə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı qanunsuz əldə edib 24 mart 2022-ci il tarixədək üzərində gəzdirərək, sağ ayağında olan corabın içərisində saxlamaqla törətmiş, ikinci dəfə isə 28 mart 2022-ci il tarixdək şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı qanusuz əldə edib üzərində gəzdirərək, əynində olan qara rəngli gödəkçənin sol iç hissəsində saxlamaqla törətmişdir. Bununla da təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə qəsdən törətmiş və hər iki cinayət əməli ayrı-ayrı tarixlərdə başa çatmışdır. Göründüyü kimi X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini iki dəfə qəsdən törətmiş və heç birinə görə məhkum olunmamış, həmçinin heç bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.01.2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxs X6 əməlində cinayətin residivinin olub-olmaması ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək, 2 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 17 noyabr 2021-ci il tarixdə barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilərək, Qərarın 36-cı bəndinə əsasən ona təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra cəzadan azad olunmuşdur. Bununla da görünür ki, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir. Belə olan halda təqsirləndirilən şəxsin üzərindən məhkumluq götürülmüşdür. Ona görə də onun əməlində cinayətin residivi yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 7-ci bəndində imperativ qaydada göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 cəzanı çəkib qurtardığı gündən iki il keçməmiş, yenidən qəsdən cinayət törətsə də, barəsində tətbiq edilmiş Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 7-ci bəndinə əsasən üzərindən məhkumluq götürüldüyünə görə onun əməlində cinayətin residivi müəyyən edilmir və həmin hal cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq təqsirləndirilən şəxs X7 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs X7 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, X11 24 mart 2022– ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, X11 barəsində 26 mart 2022–ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həmin tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəmi 3 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs X7 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, X11 28 mart 2022– ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər məhkəməsinin 30.03.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə X11 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan yəni, 28.03.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 3 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, cəmi 3 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə uyğun hesab edərək, belə nəticəyə gəlir ki, X6 narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından X14 oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxs X4 aşkar edilərək götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 8,03 qram və 443,13 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17 və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 ekpertiza tədqiqatlarının dəyəri olan 70 manat 52 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, X11 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X6 24 mart 2022-ci il tarixdən 26 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1(bir) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X7 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 mart 2022-ci il tarixdən hesablansın. X11 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X7 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxs X4 aşkar edilərək götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 8,03 qram və 443,13 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. X4 ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat 52 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, X7 isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-81/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-81/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver