Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-81/2023 11.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, evli, orta təhsilli, işləməyən, Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ev 47 mənzil 17-də qeydiyyatda olamaqla yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs «X11» markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilinin mühərriki üçün zəruri ehtiyat hissələri alaraq mühərriki təmir edəcəyini yalandan vəd verib, Zərərçəkmiş şəxs aldadaraq, 2020-ci ilin oktyabr ayının əvvəllərindən 2020-ci ilin noyabr ayının əvvələrinə qədər olan müddət ərzində mühərrik ustası olaraq fəaliyyət göstərdiyi, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 65 B ünvanında yerləşən avtomobil təmiri sexində təmir edəcəyi Zərərçəkmiş şəxs idarə etdiyi «X11» markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil üçün nəzərdə tutulmuş ehtiyat hissələrindən «içliklər»i almaq adı ilə 1200 (min iki yüz) manat, paylayıcı valı almaq adı ilə 600 (altı yüz) manat, yağ sovuran (nasosu) almaq adı ilə 700 (yeddi yüz) manat, sürətlər qutusunun yağı və filterlərini dəyişmək adı ilə 620 (altı yüz iyirmi) manat, vanos almaq adı ilə 420 (dörd yüz iyirmi) manat, mühərrikin kəmər komplektini almaq adı ilə 420 (dörd yüz iyirmi) manat, mühərrikin kipgəc və qapaq dəstlərini almaq adı ilə 600 (altı yüz) manat, mühərrikin kəmərlərinin yastıqları və stəkanlarını almaq adı ilə 600 (altı yüz) manat, gördüyü iş müqabilində əmək haqqı adı ilə 450 (dörd yüz əlli) manat məbləğdə olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 5610 (beş min altı yüz on) manat məbləğdə pulunu vahid niyyətlə alıb, ələ keçirərək Zərərçəkmiş şəxs 5610 (beş min altı yüz on) manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 9 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hazırda Ədliyyə Nazirliyinin Penitenisar Xidmətinin 17 saylı cəzaçəkmə müəsissəsində cəza çəkir. Zərərçəkmiş şəxs 2020-ci ilin oktyabr ayında tanımışdır. Belə ki, həmin ərəfədə Mingəçevir şəhərində avtomobillərin mühərrikinin təmiri ilə məşğul olmuşdur. İşlədiyi sex Mingəçevir şəhəri H,Əliyev prsopektində yerləşir. Orada avtomobillərin mühərrikini təmir etməklə məşğul olmuşdur. 2020-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs yanına idarə etdiyi «Land Rover» markalı qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmiş, avtomobildə səs olduğunu dedikdə mühərrikxananı açıb səsin aşağı hissədən gəlməsini, o cümlədən «karter»i açıb içərisində kağız olmasını müəyyən edib özünə də göstərmişdir. Zərərçəkmiş şəxs ona nə etmək lazım olması barədə sual verəndə ona «içlik»lərin dəyişilməli olmasını demişdir. Zərərçəkmiş şəxs yanında avtomobil satanla danışaraq həmin şəxsi nasaz avtomobil satdığına görə danlamışdır. Sonra onunla avtomobilin mühərrikini təmir etdirmək barədə razılığa gəlmişdir. İlkin olaraq həmin işin xidmət haqqı olaraq cəmi 20 manat pul vermişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs avtomobilin ehtiyat hissələrini aldırmaq üçün Bakı şəhərində yaşayan qardaşı oğluna zəng etmişdir. O, ehtiyat hissələrinin tapmadığını deyəndə ona ehtiyat hissələri ilə maraqlanmağı təklif etmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmayaraq bütün ehtiyat hissələrini qardaşı oğlunun özü alacağını demişdir. Onun avtomobili ümumilikdə sexdə 1 həftəyə yaxın qalmışdır. Həmin ərəfədə avtombilin «paylayıcı valı»nı, «içlik»lərini, kipgəcləri, basma nasosunu, vanosu və kəmərləri dəyişmişdir. Təmir müddətində onun avtomaşını sexində qalmışdır. Həmin ərəfədə şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən Zərərçəkmiş şəxs «Kontakt Home»dən 1 ədəd 650 manat dəyərində «Redmi Note-9» mobil telefonu ilkin ödəniş 150 manat ödəyib götürmüş, aylıq isə mobil telefon üçün 28 manat ödəmək barədə razılığı gəlmişlər. Həmin mobil telefonu sonra Afaq kimi tanıdığı Xalidə adlı qadına hədiyyə etmişdir. Mobil telefonu Xalidəyə verən zaman isə kreditə götürməsini demişdir. Xalidə mobil telefonun kreditini ödəyən zaman Zərərçəkmiş şəxs telefonu onun adından çıxarıb öz adına sənədləşdirmişdir. Rafiqdən aldığı pullardan Xalidəyə xərcləməmişdir. Həmin pulları ehtiyat hissələrinə vermişdir. Xaliydə xərclədiyi pullar özünün qazandıqları pullar olmuşdur. Həmin ərfədə Zərərçəkmiş şəxs mütəmadi şəkildə mühərrikdən anlayışı olmadığını və onun aldatmasını dedikdə ona avtomobilini təmir etdiyini demişdir. Sonradan atası xəstə olduğundan onun avtomobilini sexdə qoyub gedərək bir daha qayıda bilməmişdir. Daha sonra isə Bakı şəhərindən qayıdaraq onunla görüşən zaman artıq avtomobil təmir etdirməsini deyib sonra isə pulu qaytarmağımı tələb edəndə onun kartının hesabına 600 manat pul göndərmiş, yerdə qalan 2900 manat pulu isə qaytara bilməmişdir. Daha sonra isə onun şikayət etməsini öyrənmişdir. Zərərçəkmiş şəxs avtomobilinə baxanda ondan ilkin olaraq 50 manat deyil, 20 manat xidmət haqqı almış, İlkin adlı şəxsi tanımır, Zərərçəkmiş şəxs həmin şəxsdən avtomobilə dair ehtiyat hissələri almasını da təklif etməmişdir. Zərərçəkmiş şəxs zəhmət haqqı olaraq 400 manat pulu ona verməmiş, avtomobilin təmirindən sonra pul verəcəyini demişdir. Zərərçəkmiş şəxs avtomobilinin mührərikinin, sürət qutusunu yağ və filterlərini dəyişmiş, mühərrikin yastığının dəyişməyi Zərərçəkmiş şəxs təklif etməmiş, həmin ehtiyat hissəsi üçün pul almamışdır. Başqa nəqliyyat vasitələrinə aid ehtiyat hissələrini onun avtomobilinə qurraşdırmamışdır. Zərərçəkmiş şəxs 5610 manat deyil, cəmi 3500 manat pul almış, 600 manatını qaytarmış, yerdə 2900 manat pul qalmışdır. Zərərçəkmiş şəxs 3500 manatdan artıq pul almamışdır. Ondan aldığı 3500 manat pulun müqabilində sürət qutusunun yağını, filterini, mühərrikin valının «içlik»lərini, vanosu, yağ nasosunu, alt və üst kəmər komplektlərini, paylayıcı vallarını, mühərrikin qarşı hərəkətəgətirici kəmərini dəyişmişdir. Bütün pullar ehtiyat hisssələrinə xərclənmişidir. Zərərçəkmiş şəxs aldığı 3500 manat məbləğində pulun müqabilində 1 ədəd vanosu 750 manata, 1 ədəd paylayıcı valı 450 manata, sürət qutusunun yağına, filterinə və yağ nasosunu birlikdə 850 manata satın almışdır. Yerdə qalan ehtiyat hisəsələrini isə işlənmiş halda almış aldığı bütün ehtiyat hissələrini onun avtomobilinə qurraşdırmışdır. Zərərçəkmiş şəxs aldatmamış, avtomobilini təmir etmək fikri olmuşdur. Zərərçəkmiş şəxs məxsus avtomobili təmir etməyi öhdəsinə götürdüyü halda həmin ərəfədə atası xəstə olduğu üçün sexi bağlayıb atasının müalicəsi ilə məşğul olmaq üçün Bakı şəhərinə getmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs avtomobilinin təmirini davam etdirə bilməmişdir. Sonra isə Zərərçəkmiş şəxs özü imkan verməmişdir. Avtomobilini sexin sahibindən açarları alaraq aparıb getmişdir. Ona avtomobilini təmir etməyi təklif etdikdə isə artıq özünün avtomobili təmir etdirdiyini bildirib pulunu qaytarmığını tələb etmişdir. Atasının xəstə olması və ailə problemləri olması barədə Zərərçəkmiş şəxs məlumatlandırsa da, sonuncu heç nəyi boynuna almır. Hətta Zərərçəkmiş şəxs avtomobili yaşadığı evin həyətində təmir etməyi təklif edəndə də, ona atasının xəstə və evdə problemlərim olmasını, sonra gələcəyini demişdir. Zərərçəkmiş şəxs telefon zənglərinə həmişə cavab vermiş, mobil telefon nömrəmi dəyişsə də, bu barədə onu məlumatlandırmışdır. Zərərçəkmiş şəxs vermiş olduğu 3500 manat məbləğində puldan 600 manat pulu yarımçıq işləri gördürməsi üçün göndərmişdir. Çünki, həmin pul ona zəhmət haqqı olaraq çatası olmuşdur. Özü orada olmadığımdan işi başqasına görülməsi üçün pulu ona göndərmişdir. Yerdə qalan 2900 manat məbləğində pulu isə onu şərləyib tutdurmaması, qardaşından və özündən əl çəkməsi üçün göndərməyi öhdəsinə götürmüşdür. Çünki, Zərərçəkmiş şəxs mütəmadi olaraq onun və qardaşı Samirin barəsində sosial şəbəkələrdə xoşagəlməz yazılar yazmışdır. Bunun qarşısını almaq üçün 2900 manat pulu ona qaytarmağı öhdəsinə götürmüşdür. Rafiqi Səfərovu aldatmamış, ondan 5610 manat məbləğində deyil, 3500 manat pul almış, Zərərçəkmiş şəxs aldığı 3500 manat puldan 600 manat pulu qaytarandan sonra 2022-ci ilin martında Şəmkir rayon məhkəməsi tərəfindən həbs olunduğu üçün yerdə qalan 2900 manat məbləğində pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının sonlarında özünə avtomobil almaq üçün “Turbo.az” saytında «X11» markalı avtomobillərə dair elanlara baxıb həmin marka avtomobillərdən birini bəyənmiş, avtomobili almaq üçün elanın altında olan nömrə ilə avtomobilin sahibi ilə danışmışdır. Həmin şəxs avtomobili 25 000 manata satdığını bildirmişdir. xx.xx.2020-ci il tarixdə həmin avtomobili almaq üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərində qardaşı oğlu Əfqan ilə elanda gördüyü avtomobili almaq üçün həmin şəxslə əlaqə saxlamış və həmin şəxslə görüşmüşdür. Həmin şəxs «X11» markalı avtomobili baxmağı üçün gətirmişdir. O və qardaşı oğlu avtomobilə baxıb bəyənmişlər. Həmin şəxsdən avtomobilin hər hansı bir problemi olub-olmadığını soruşan zaman Pərviz adlı şəxs avtomobilin hər hansı bir problemi olmadığını bildirmişdir. Avtomobilin sahibi Pərvizə 23 000 manat pulu olduğunu bildirdikdə Pərviz adlı şəxs avtomobili 23 000 manata satmağa razı olmuşdur. Pərvizə 23 000 manat pulu vermiş və avtomobili Pərvizdən mülki etibarnamə ilə öz adına almışdır. Həmin gün Mingəçevir şəhərinə gələn zaman yolda avtomobillə 120 km saat sürətlə hərəkət edən zaman ani olaraq avtomobilin qəza işıqları yanmağa və sürəti azalmağa başlamışdır. Avtomobilin qaz pedalına bassa da, avtomobil sürətlənməmişdir. Avtomobili kənara verib saxladıqdan sonra avtomobili aldığı Pərviz adlı şəxsə zəng vurub avtomobilin belə bir problemi olduğunu bildirmişdir. Həmin şəxs isə narahat olmamağı və avtomobili söndürüb yenidən mühərriki işə salmağını bildirmişdir. Mən həmin şəxsin dediyi kimi elədikdən sonra avtomobil normal qaydada işləməyə başlamışdır. Lakin, Mingəçevir şəhərinə gəlib çatana kimi avtomobil eyni qaydada 3-4 dəfə qəza işıqları yanıb sürətdən azalmışdır. Hər dəfəsində avtomobili yolun kənarına verib saxlayıb söndürmüş, yenidən mühərriki işə saldıqdan sonra avtomobil normal işləməyə başlamışdır. Mingəçevir şəhərinə gələn zaman avtomobil yenidən qəza işıqları yanıb sürətdən azalmağa başlayan zaman diqqəti yayındığı üçün avtomobili sağ tərəfdən yolun kənarında olan dəmirlərə sürtmüş, nəticədə avtomobilin sağ güzgüsü sınmışdır. Sağ yan tərəfi cızılmışdır. Mingəçevir şəhərinə gəldikdən sonra oktyabr ayının təxminən 2-3-ü avtomobilin sağ tərəfdən cızılmış hissəsini rənglətdirmək üçün Mingəçevir şəhəri H.Əliyev prospekti, «Sənaye Parkı» yaxınlığında yerləşən avtomobil təmir sexlərinə aparmışdır. Həmin təmir sexlərindən birində Şahid2 avtomobilin dəmir və rəngsaz işlərini gördürmüşdür. Həmin vaxt Camaləddinə avtomobilini idarə edən zaman anidən qəza işıqlarının yandığını və avtomobilin sürətdən azaldığını bildirmişdir. Camaləddin onun təmir sexinin yanında Aydın adlı avtomobil mühərrikinə baxan ustanın olduğunu bildirmişdir. Camaləddin Aydını çağırmış və Aydın onların yanına gəlmişdir. Aydına avtomobilin problemini dedikdən sonra Aydın avtomobilin mühərrikində problem olduğunu, mühərriki təmir edə biləcəyini demişdir. Bundan sonra əlini avtomobilin mühərrikinin üzərinə qoymuş, daha sonra avtomobilin alt hissəsinə düşərək avtomobilin «karter»ini açıb kağız qoyulduğunu bildirmişdir. Daha sonra sexdə olan dəmir parçalarından birini qayçı ilə kəsib avtomobilin karter hissəsinə qoymuş, bundan sonra avtomobilin normal işləyəcəyini bildirmişdir. Həmin gün Aydına 20 manat pul vermişdir. Lakin, Aydın 20 manat pulun az olduğunu və əlavə 10 manat verməyini istəmişdir. Həmin gün Aydına 30 manat pul vermişdir. Lakin, səhəri gün avtomobili Mingəçevir şəhər ərazisində idarə edərkən eyni problemlərin yenidən olduğunu görüb Aydın adlı ustaya zəng vurmuşdur. Aydın avtomobili onun yanına gətirməyimi tapşırmışdır. Səhəri gün təxminən 5 oktyabr 2020-ci il tarixdə səhər saatlarında avtomobili Aydının işlədiyi təmir sexinə aparmışdır. Aydın avtomobilin mühərrikinin təmir edilməli olduğunu bildirib bunun üçün ona vaxt verməyini istəmişdir. Aydın həmçinin mühərriki yenidən təmir olunması üçün ehtiyat hissələrin kimin tərəfindən alınacağını soruşmuşdur. Aydına mühərriki təmir etmək üçün ehtiyyat hissələrini Bakıda yaşayan qardaşı oğlunun vasitəsi ilə aldıra biləcəyini bildirmişdir. Lakin, Aydın onun İlkin adlı sinif yoldaşının olduğunu və İlkinin regionlara avtomobil ehtiyat hissələri satdığını bildirmişdir. Aydın avtomobilin ehtiyat hissələrini sinif yoldaşından ucuz qiymətə ala biləcəyini bildirdikdə onunla razılaşmışdır. Aydın həmin gün avtomobilin mühərrikini sökmüş, ilk olaraq avtomobilin “içlik”lərinin xarab olduğunu və 3 komplekt “içlik” almaq lazım olduğunu demişdir. Aydın yanında bir neçə şəxsə zəng vurmuş, “içlik”lərin qiyməti ilə maraqlanmışdır. Daha sonra 3 komplekt «içlik» amaq üçün 1200 manat pul istəmişdir. Həmin gün Aydına onun işlədiyi avtomobil təmir sexində avtomobilə 3 komplekt mühərrik «içlik»lərini alması üçün onun təmir sexinin yanında işləyən Aska kimi tandığı Sənan adlı ustanın yanında 1200 manat pul vermişdir. 2 gün sonra təxminən 8 oktyabr 2020-ci il tarixdə Aydının sexində olan zaman Aydına avtomobilin mühərrikini düzəldən zaman mühərrikin paylayıcı valının xarab olduğunu və paylayıcı val almaq lazım olduğunu bildirmişdir. Həmin gün bu məqəsədlə Aydına onun işlədiyi təmir sexinin yanında usta işləyən Sənan adlı şəxsin yanında 300 manat pul vermişdir. Qeyd edilən gün axşam saatlarında evdə olan zaman Aydın zəng vurub paylayıcı valın 300 manat deyil, 600 manat olduğunu və bunun üçün əlavə 300 manat vermək lazım olduğunu bildirmişdir. O, Faxan kimi tanıdığı Fərhad adlı taksi sürücüsü ilə Aydının işlədiyi sexə gəlmiş, həmin gün taksi sürücüsü Fərhadın yanında özünə məxsus avtomobilə paylayıcı valın alınması üçün əlavə olaraq 300 manat pul vermişdir. Aydın isə sexin daxilində avtomobili təmir etmişdir. Gündəlik Aydının sexinə avtomobilə baxmağa getmişdir. Hər dəfə sexə gedən zaman Aydın çox vaxt mənim sexə daxil olmamağı üçün guya telefona kimləsə dalaşırmış kimi edib tez-tez sexdən çıxmışdır. Təxminən 2 gün sonra Aydın avtomobilin yağ nasosunun xarab olduğunu və yağ nasosunu dəyişmək lazım olduğunu bildirmişdir. Mühərriki tam təmir etdirmək istəməsi səbəbindən Aydın dediklərini alıb vermək üçün Aydına pul vermişdir. Sexə gedən zaman üzərində 2000 manat məbləğində pul götürmüşdür. Aydın ona pul verən zaman cibindən çıxardığı pulları görmüşdür. Həmin gün Aydına avtomobilinin yağ nasosunu almaq üçün 700 manat pulu onun təmir sexinin yanında işləyən Sənan adlı şəxsin yanında vermişdir. Hər gün səhər saatlarından axşam saatlarına kimi Aydının yanına təmir sexində olmuş, həmçinin Aydına günorta yeməyi almış və günorta yeməyini bir yerdə yemişlər. Təxminən 3-4 gün sonra yəni 2020-ci ilin oktyabr ayının ortalarında Aydın avtomobilin sürətlər qutusunun yağının vaxtının keçdiyini və karterin filterini dəyişmək lazım olduğunu bildirmişdir. Qeyd olunan gün Aydının işlədiyi avtomobil sexində Aydına 620 manat pulu taksi sürcüsü Fərhad adlı şəxsin və Aydının təmir sexinin yanında işləyən Sənan adlı ustanın yanında vermişdir. Bu zaman Fərhad Aydına sürətlər qutusunun mühərrikə aidiyyatı olmadığını bildirdikdə Aydınla Fərhadın arasında sözlə mübahisə yaranmışdır. Taksi sürücsü Fərhadla evə gedən zaman Fərhad Aydının normal usta olmadığını deyib avtomobili başqa bir ustaya göstərməyini məsləhət bilmişdir. O isə tezliklə avtomobili təmir etdirmək istədiyi üçün Aydına heç bir söz deməmişdir. Təxminən 3 gün sonra sexdə olan zaman Aydın avtomobilin mühərrikinin vanosunun xarab olduğunu və vanos almaq üçün 420 manat pul vermək lazım olduğunu bildirmişdir. Həmin gün Aydına işlədiyi sexdə 420 manat pulu avtomobilə vanos alması üçün onun işlədiyi sexin yanında işləyən Sənana adlı ustanın yanında vermişdir. Aydın gündəlik olaraq mühərriki söküb əlavə problemlərin çıxdığını bildirmişdir. 2020-ci ilin oktyabr ayının sonlarında Aydın avtomobilin mühərrikinin iç kəmərlərinin qırıldığını və bunun üçün 420 manat pul vermək lazım olduğunu bildirmişdir. Həmin gün Aydına onun işlədiyi avtomobil sexində mühərrikə kəmər alması üçün 420 manat pulu taksi sürcüsü Fərhadın yanında vermişdir. Aydın artıq avtomobilin mühərrikinin təmirini yekunlaşdırdığını bildirmişdir. 2020-ci ilin noyabr ayının əvvələrində Aydın mühərrikin kəmərinin yastıqlarının yandığını bildirdikdə həmin gün Aydına mühərrikin yastıqlarını almaq üçün onun işlədiyi sexdə 600 manat pul vermişdir. 2 gün sonra isə Aydın mühərrikin kipgəcləri və qapaq dəstləri üçün 600 manat pul lazım olduğunu bildirdikdə təmirin yekunlaşmasını düşünüb Aydına mühərrikinin qapaq dəsti və kipgəclərinin alınması üçün 600 manat pul vermişdir. Həmçinin Aydın bir ay müddətində əmək haqqı kimi ondan hissə hissə olmaqla 420 manat pul almışdır. O cümlədən Aydın 2020-ci ilin oktyabr ayının ortalarında özünə məxsus mobil telefonun xarab olduğunu və ona kredit yolu ilə mobil telefon almaq üçün kömək etməyini xahiş etmişdir. 2020-ci ilin oktyabr ayının ortalarında o və Aydın Mingəçevir şəhərində yerləşən «Kontakt Home» mağazasından ona ilkin 150 manat ödənişlə təxminən 650 manat dəyərində «Redmi Note 9» mobil telefon almışlar. Aydın mobil telefonu onun adına alsa da, aylıq 28 manat məbləğində krediti özü ödəcəyini bildirmişdir. Sonradan Aydının onu aldatdığını başa düşüb xx.xx.2020-ci il tarixdə onun istifadəsində olan mobil nömrəyə zəng vurub ya avtomobilimi təmir edib özümə verməyimi ya da pulunu geri qaytramağını tələb etmişdir. Aydın kimsə tərəfindən öyrədildiyimi bildirib səhəri gün saat 9-da sexin qarşısında olmağını məsələhət görmüşdür. xx.xx.2020-ci il tarixdə təmir sexinin qarşısına gəlsə də, sexin bağlı olduğunu görmüşdür. Dərhal Aydına zəng edib orada olduğumu bildirmişdir. Aydın isə bir az gözləməyini və sexə gəldiyini bildirmişdir. Lakin, bir müddət keçdikdən sonra Aydına yenidən zəng edən zaman istifadəsində olan mobil nömrələrə zəng çatmamışdır. Daha sonra orada olan digər ustalar Aydının qaçdığını bildirmişlər. Bundan sonra Azərbaycan Respublikası DİN-nin «102 xidməti»nə zəng vurub bu barədə məlumat vermişdir. Həmçinin Sənan adlı usta Aydının aldığı mobil telefonu Afaq kimi tanınan Xalidə adlı qadına verdiyini və ondan aldığı pulları Qarabağ kafesində işləyən Xalidəyə xərclədiyini və bunu Xalidənin özünün dediyini bildirmişdir. Aydın ona verdiyi pulların müqabilində yalnız içlik, bir ədəd paylayıcı val və yağ nasosunu göstərmişdir. Digər aldığı ehtiyat hissələrini göstərməmişdir. Daha sonra həmin ehtiyat hissələrinin ona məxsus avtomobilə deyil, Lada markalı avtomobilə məxsus ehtiyyat hissələri olduğunu öyrənmişdir. O cümlədən Aydın avtomobilin öz ehtiyyat hissələri olan turbonun qapaqlarını və yanacaq nasosunu oğurlayıb aparmışdır. Bundan sonra sonra avtomobili müstəntiqin razılığı və tövsiyyəsi ilə Aydının işlədiyi sexdən evə gətirmiş və digər mühhərik ustası Kamranı evə gətirən zaman o, Aydının fırıldaq işlətməsini demişdir. Belə ki, onun karterdə hər hansı bir avadanlığın dəyişməsini yəni, laynerləri dəyişməsinin qeyri mümkün və ağıla batan olmadığını nəzərimə çatdırmışdır. Sonradan isə avtomobilinin mühərrik hissəsini təmir etməyi öz üzərinə götürmüşdür. Amma mühərriki sökmədən bu işin alınmayacağını, avtomobilin yararsız hala salındığını deyərək avtomobili emalatxana şəraitində təmir edilə biləcəyini dedikdə avtomobilimi təxliyyyə avtomaşınında Mingəçevir şəhəri Samux küçəsində yerləşən «Avtoservis»ə aparmışdır. Orada da Kamran mühərriki söküb yerə qoyanda üst qapaqları açmışdır. Avtomaşını Mingəçevir şəhəri Samux küçəsində yerləşən «Avtoservis»də Kamranın emalatxanasında təmir etdirib 2021-ci ilin fevral ayında satmışdır. Aydın isə bu müddət ərzində onunla mobil telefon və «VATSAP» ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə yaradaraq tezliklə vurmuş olduğu ziyanı ödəyəcəyini bildirsə də, bu günədək bir nəticə olmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi «X11» markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini təmir etməsi üçün 5610 manat məbləğində pul vermişdir. Belə ki, 30 manat birinci dəfə müəhhərrikə baxmağa, 1200 manat məbləğində pulu «içliklərə», 600 manat pulu paylayıcı vallara, 700 manat pul yağ nasosuna, 620 sürət qutusunun yağını və filterilərini dəyişməyə, 420 manat pulu vanosa, 420 manat pulu kəmər komplektinə, 600 manat pulu kipgəc və qapaq dəstinə, 420 manat əmək haqqı, 600 manat mühərrikin kəmərinin yastıqlarını dəyişməsi üçün işlədiyi sexdə ələbəəl özünə vermişdir. Göstərilən məbləğdən 1200 manatını Sənanın, 1020 manatı isə Fərhadın yanında Aydına vermişdir. Yerdə qalan məbləği ona ikilikdə vermişdir. Təqsirləndirilən şəxsla əlaqə yaratmaq üçün ona zəng edəndə onun barəsində artıq polisə şikayət etməyini bilirmişdir. Bu səbəbdən onun bildiyi nömrəsinə zəng çatmasa da, ona ismarıc yazmışdır. Bundan sonra belə başqa nömrələrlə əlaqə yaradaraq ona vaxt verməyini və şikayəti geri götürməyini xahiş etmiş, tez-tez nömrələri dəyişdirmişdir. 2022-ci ilin mart ayına qədər də onunla telefon əlaqəsi saxlayıb pulunu verməsini tələb etmişdir. Sonradan əlaqə kəsildikdə onun həbs olunmasını bilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərinə ailə problemləri ilə bağlı getməsindən xəbəri olmamışdır. Ona bu barədə nə isə deməmişdir. 2 ay müddətinə avtomobili təmir etməsi üçün saxlasa da, Aydın aldadıb Bakı şəhərindən gəlmədiyindən polisə şikayət etmiş, polis əməkdaşları xx.xx.2020-ci il tarixdə sexdə avtomobilə baxış keçirəndən sonra onların razılığı ilə məcburi şəkildə əlacsız qalıb avtomaşınımı sexdən aparıb Samux küçəsində «Zərif» şadlıq sarayının yanındakı emalatxanada Kamran adlı şəxsə təmir etdirmişdir. Sonra isə avtombili satmışdır. Təqsirləndirilən şəxs 3500 deyil, hissə-hissə olaraq əlbəəl 5610 (beş min altı yüz on) manat pulu avtomobili təmir etmək və ehtiyat hissələri alması üçün vermişdir. Aydın onun ümumilikdə 6590 (altı min beş yüz doxsan) manat manat pulunu ələ keçirmişdir. 2021-ci ilin fevral ayında 600 manatı qaytarsa da, yerdə qalanı isə verməmişdir. «LAND ROVER DİSCOVORY» markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ilin fevral ayında yenidən təmir etdirib, avtomobili alan zaman borc götürdüyü pulları qaytarmaq üçün dəyərindən aşağı olaraq 17000 manata Elnur adlı şəxsə o, da həmin avtomobili aparıb başqa şəxsə satmışdır. Təqsirləndirilən şəxs və qardaşının barəsində «FACEBOOK» sosial şəbəkəsində alçaldıcı nə isə yazmamaş, sadəcə Aydının qardaşının imicindən istifadə edərək arxayın hərəkət etməsini və onun kimi sadə insanı aldatmasını özümə sığışdıra bilməyib məsələni ictimailəşdirmişdir. O da bundan sonra aldığı puldan 600 manatını qaytarsa da, yerdə qalan məbləği qaytarmamışdır. Onu və qardaşını hədələməmiş, sadəcə olaraq başına gələnləri sosial şəbəkdə başqalarının da aldanmaması üçün ictimailəşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən «Sənaye parkı» yaxınlığında icarə əsasında avtomobil təmir sexi işlədir. Qəza vəziyyətində olan avtomobillərin metal və rəngsaz işlərini görür. Zərərçəkmiş şəxs təxminən 10 ildir ki, tanıyır. Rafiqlə qohumu vasitəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs avtomobillərində olan təmir işləri ilə bağlı dəfələrlə yanına gəlmiş və onun avtomobilini təmir etmişdir. 2020-ci ilin oktyabr ayının əvvələrində adını sonradan bildiyi Aydın adlı şəxs yaxınlaşıb Bakı şəhərindən gəldiyini, mühərrik ustası olduğunu və icarə əsasında mühərrik təmiri sexi axtardığını bildirmişdir. Həmin ərəfədə qeyri ixtiyari olaraq Aydına icarə götürdüyü sexinin yanında Sahib adlı şəxsə məxsus avtomobil təmiri sexinin icarə əsasında verildiyini, həmin sexi icarəyə götürə bələcəyini demişdir. Həmin vaxt Sahibi yığıb sexi icarəyə verib-vermədiyini soruşanda Sahib sexini 70 manata icarəyə verdiyini, lakin, həmin şəxsi tanımadığını, onun məsələhət görəcəyi halda sexi icarəyə verə biləcəyini demişdir. Ona yerin boş qalmağındansa, icarəyə verməsini məsələhət görmüşdür. Sonra Sahib özü yanlarına gəlmiş onunla söhbət etdikdə ilk ayı 50 manatdan razılaşaraq sexi Aydına icarəyə vermişdir. Aydın həmin vaxtdan orada işləməyə başlamışdır. Bu minvalla Aydın sexinin yanında olan Sahibə məxsus avtomobil təmir sexini icarəyə görürmüş, səhəri gün işə başlamışdır. Gündəlik olaraq Aydının yanına mütəmadi olaraq müştərilər gəlmişdir. Onlara xidmət göstərərək qazanc əldə etmişdir. Lakin, onunla işlədiyi müdətdə yaxın münasibət saxlamamışdır. 2020-ci ilin oktyabr ayının əvvələrində sexdə olan zaman Rafiq özünə məxsus yeni aldığı qara rəngli «X11» markalı avtomobillə yanına gəlmişdir. Rafiq avtomobili yeni aldığını, Bakı şəhərində gələn zaman yolda yuxu tutduğunu, avtomobilin sağ tərəfini yolun kənarında olan dəmirlərə çırpdığını və onun avtomobilini təmir etməyini istədiyini demişdir. Rafiqin avtomobilinin sağ tərəfini 3 gün müddətində təmir edmişdir. Rafiq avtomobilinin mühərrikinin yaxşı işləmədiyini və yaxşı mühərrik təmirçisi axtardığını bildirmişdir. Rafiqə sexin yanında yeni işləyən Aydının mühərrik ustası olduğunu bildirmişdir. Aydın ilə Rafiqi tanış edib Aydına Rafiqi dayısı kimi təqdim etmiş və Rafiqin avtomobilini yaxşı təmir etməsini xahiş etmişdir. Həmin gün Aydın Rafiqin avtomobilinin kiçik detalını təmir etmiş və Rafiqdən xidməti üçün 30 manat pul almışdır. Daha sonra Rafiqin avtomobilini Aydının sexinə təmir üçün qoymasını öyrənmişdir. Belə ki, 2 gün sonra Rafiqin avtomobilini Aydının sexində sökülmüş vəziyyətdə görmüşdür. Rafiq avtomobilin mühərrikini Aydına təmir etdirəcəyini bildirmişdir. Rafiqi uzun müddət tanıdığından Aydından Rafiqin avtomobilini yaxşı təmir etməsini xahiş etmişdir. Bundan sonra təxminən 20 gün müddətində Rafiqin avtomobili Aydına məxsus təmir sexində olmuş, Aydın gündəlik olaraq təmir sexində bir neçə saat avtomobili təmir etməklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs isə hər gün səhər saatlarından axşam saatlarına qədər təmir sexinin qarşısında gözləmişdir. Təxminən 20 gün sonra Rafiq səhər saatlarında sexin qarşısına gəlmiş və Aydına zəng vurub tapa bilmədiyini demişdir. Rafiq orada Aydına mühərriki təmir etməsi üçün 5 000 manata yaxın pul verdiyini demişdir. X12 birinci dəfə 30 manat pul vermişdir. Yerdə qalan hər hansı məbləğdə pulun Rafiq tərəfindən Aydına verilməsini görməmişdir. Bütün olanları sonradan Rafiqin dilindən olanları eşitmişdir. Rafiq həmçinin Aydın üçün kreditə 400 manatlıq mobil telefon da almasını ona demişdir. Onu Aydına pul verməsində şahid tutmaq istəsə də, buna etiraz edərək onun Aydına yalnız 30 manat pul verməsinin şahid olmasını özünə deyərək başqa şeylərin şahidi olmadığımı nəzərinə çatdırmışdır. Olanlar barədə bildikləri göstərdiklərindən ibarətdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qiyabi olaraq tanıyır. Aydını da sonradan tanımışdır. Onlarla aralarında qohumluq əlaqəsi və ya ədavət yoxdur. Mingəçevir şəhəri H.Əliyev prospekti 65 B ünvanında yerləşən "xxxx" MMC-nin arxasında və "xxxx" ASC-nin yaxınlığında yerləşən bacısı oğlu X3 məxsus avtomobil təmiri sexləri vardır. Həmin ünvanda iki nəfər ustanın işləməsi üçün nəzərdə tutulmuş ayrı-ayrı sexlər vardır. 2020-ci ilin payız və qış aylarında bacısı oğlu Bakı şəhərində olduğu üçün həmin obyektlərə nəzarət etməyi ona tapşırmışdır. Həmin sexin biri Cəmaləddin adlı ustada icarədə, digər sex isə boş olmuşdur. Cəmaləddin 2020-ci ili oktyabr ayının əvvəllərində zəng edərək boş qalan sexi icarəyə götürmək istəyən şəxs olmasını dedikdə ona kimsəni tanımadığını, məsləhət bildiyi halda icarəyə verə biləcəyini bildirmişdir. Daha sonra isə özü sexə gedərək onunla söhbət etmişdir. Söhbət əsasında həmin şəxsin adının Aydın olmasını öyrənmişdir. Aydın müəhərrik ustası olmasını demişdir. Sexi hansı qiymətə icarəyə verdiyini soruşanda aylıq 70 manat müqabilində sexi icarəyə verməyini demişdir. O, isə aylıq 50 manat pulun müqabilində sexi icarəyə verməyini xahiş etmişdir. Bunun səbəbini 15-20 gün işləyib vəziyyətə baxacağını ilə izah etdikdə razılaşıb ona sexi 50 manata icarəyə vermişdir. Sonra isə ona sexin balaca olduğundan davamlı, işləyib-işləməyəcəyini soruşub işlərimin ardınca getmişdir. Sonra isə açarları Aydın Cəmaləddindən götürmüşdür. Lakin, Aydın ona bu barədə əlavə məlumat verməmişdir. Sonradan xx.xx.2020-ci il tarixdə Aydın Mingəçevir şəhərində bir neçə nəfərin pullarını aldadıb ələ keçirərək qaçmışdır. Onların arasında Zərərçəkmiş şəxs da olmuşdur. X9 avtomobilinin müəhərrikini təmir edəcəyi adı ilə aldadıb ondan pul almışdır. Lakin, Aydının Rafiqdən hansı məbləğdə pul almasını bilmir, onların arasında baş tutmuş sövdələşmənin şahidi olmamışdır. Aydınla icarə müqaviləsi bağlanmamasının səbəbi isə onun 15-20 gün möhlət istəməsi, işlərini yaxşı gedəcəyi halda icarə müqaviləsi bağlayacağını deməsi olmuşdur. Baş verənlər barədə bildikləri yuxarıda dediklərindən ibarətdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əsl adı Xalidə olsa da, hamı onu «Afaq» kimi tanıyır. X4 uzun müddətdir ki, tanıyır. O, "xxxx"ASC-nin yaxınlığında ayaqqabı satmaqla məşğuldur. Onun barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs isə 3 ildir ki, tanıyır. Belə ki, o, mühhərik ustası olmuş, o, isə həmin ərəfədə Mingəçevir şəhəri Samux küçəsində yerləşən «Qarabağ» kafesində ofisiant işləmişdir. Aydın kafeyə gələndə onu tanımışdır. Onunla aralarında yaxın münasibətlər olmamışdır. Lakin, 3-4 dəfə işlədiyi yerdə oturub yemək yemişdir. Ona geyim əşyaları almışdır. Xərclədiyi pulu haradan almasını soruşanda mühərrik ustası olmasını demişdir. 2020-ci ilin dekabr ayında qızı Aytənin ad günü olmasını, ona mobil telefon alacağını deyəndə Bakı şəhərinə ailəsinin yanına gedəcəyini gələndə qızı Aytən üçün mobil telefon alacağını bildirmişdir. Belə də olmuşdur. 2020-ci ilin dekabr ayında o, qızının ad günü münasibəti ilə 1 ədəd «Redmi Note-9» markalı mobil telefon gətirib hədiyyə etmişdir. Həmin mobil telefonu Bakıdakı mağazadan kreditə götürməsini, pulunu özünün ödəyəcəyini demişdir. Hədiyyəni qəbul edərək həmin mobil telefonu qızı Aytənə vermişdir. Mobil telefonu hansı qiymətə götürməsi və aylıq nə qədər kredit ödəyəcəyi ilə maraqlanmamışdır. Son vaxtlara kimi qızı Aytən həmin mobil telefondan istifadə etimşdir. Sonradan onun Zərərçəkmiş şəxs aldatmasını eşitmişdır. Aydın ona Rafiqdən aldığı puldan bir manat da, olsa pul verməmişdir. Yalnız arada bir ona paltar və yemək almışdır. Ümumilikdə, ona 2000 manat yaxın pul xərcləmişdir. Özü də oturub yemək yemişdir. X13 arasında baş verənlərdən məlumatı yoxdur. Mobil telefon isə tərəfindən 2022-ci ilin iyun ayında Rafiqə qaytarılmışdır. Çünki, Rafiq məni bazarda görüb həmin telefonunu ona məxsus olmasını demişdir. Həmin mobil telefonun hansı yolla ələ keçirilməsindən məlumatlı deyil, həmin mobil telefonu Aydının satın alıb ona hədiyyə etdiyini zənn etmişdir. Onunla Rafiqin arasında baş verənlərdən əvvəlcədən məlumatlı olmamışdır. İndi də çox şeyi bilmir. Olanları polis şöbəsində eşitmişdir. Aydının törətdiyi əməllərin heç birində qəti iştirakı yoxdur. Məhkəmə iclası zamanı ifadəsi elan olumuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ildən etibarən Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən «Sənaye parkı»nın yaxınlığında özünə məxsus avtomobil təmir sexini işlədir. Bir müddət əvvəl hərbi xidmətə yollanmış, sonradan qayıdıb işini davam etdirir. Çilingərdir. Bununla bərabər həmçinin avtomobilin mühərrik və surət qutusunun yağını dəyişir. 2020-ci ilin oktyabr ayının əvvələrində adını sonradan bildiyi Aydın adlı şəxs ona məxsus avtomobil təmir sexinin yanında icarəyə verilən Sahib adlı şəxsə məxsus sexi icarə əsasında götürüb işlətməyə başlamışdır. Aydının avtomobil təmir sexi onun təmir sexi ilə yanbayan olduğu üçün Aydınla normal münasibətləri yaranmışdır. 2020-ci ilin oktyabr ayının əvvələrində adının sonradan Rafiq olduğunu bildiyi şəxs özünə məxsus «X11» markalı avtomobilinin mühərrikinin təmir etdirmək üçün Aydının yanına gəlmişdir. Aydın həmin gün Rafiqə məxsus «X11» markalı avtomobilin xırda təmir işlərini gördükdən sonra Rafiq çıxıb getmişdir. Lakin, ertəsi gün səhər saatlarında işlədiyi təmir sexinə gələn zaman Rafiqin avtomoblinin Aydının sexində sökülmüş vəziyyətdə olduğunu görmüşdür. Rafiqdən avtomobilinin ehtiyyat hissələrini haradan alacağını soruşan zaman Rafiq Aydının Bakı şəhərində tanıdığı ehtiyat hissələri satan dostu olduğunu və həmin şəxsin vasitəsi ilə həmin ehtiyyat hissələrini ucuz alacağını bildirmişdir. Aydın yanında avtomobilin vanos, sürətlər qutusunun yağının alınmalı olduğunu və həmin ehtiyat hissələrinin qiyməti barədə nə isə deməsini xatırlamır. Çünki, aradan çox vaxt keçmidir. Daha sonra Rafiqin həmin ehtiyat hissələrinə görə Aydına pul verməsini görməmişdir. Təxminən 15-20 gün Rafiq hər gün Aydının yanına gəlmişdir. Aydının Rafiqə məxsus sökmüş olduğu «X11» markalı avtomobilinin təmiri ilə çox az məşğul olduğunu görüb Aydından hansı səbəbdən avtomobili təmir etmədiyini soruşduqda Aydın avtomobil üçün ehtiyat hissələri sifariş verdiyini və ehtiyyat hissələrini gözlədiyini bildirmişdir. Həmçinin Aydının avtomobil təmir sexinə girən zaman Aydının avtomobilinə məxsus yağ və benzin nasosu aldığını görmüşdür. 2020-ci ilin oktyabr ayının sonlarında Aydın yanında Rafiqə məxsus avtomobilə “içlik” almaq üçün Rafiqdən sexin içərisində 1200 manat pul almışdır. Təxminən 1 həftə sonra sexdə olan zaman Rafiq səhər saatlarında Aydının sexinə gəlmişdir. Lakin, Aydın həmin gün sexə gəlməmişdir. Rafiq Aydının onu aldadıb qaçdığını və Azərbaycan Respublikası DİN-nin «102 xidməti»nə müraciət etdiyini bildirmişdir. Həmçinin eşitdiyinə görə Aydının münasibətdə olduğu Mingəçevir şəhəri “Qarabağ” çay evində işləyən Afaq kimi tanına Xalidə adlı şəxs, o və dostu Teymur həmin çayxanada olan zaman Aydının Rafiqdən aldığı 3000 manat pulu onunla xərclədiyini bildirmişdir. Xalidə Aydına özünə ehtiyac olan əşyaları və geyimləri Aydına aldırdığını, həmçinin Rafiqin Aydına kreditə mobil telefon almasını demişdir. Zərərçəkmiş şəxs yanında Aydına “içlik”almaq üçün 1200 manat pul vermişdir. Sexlər yan-yana olsa da, Aydına Rafiqin avtomobilini təmir etməkdə qətiyyən kömək etməmişdir. Çünki, mühərrik ustası deyil, çilingərdir. Aydının törətdiyi əməllərdən əvvəlcədən məlumatı olmamışdır. Aydının Rafiqin hansı məbləğdə pulunu alıb ələ keçirməsi barədə bu gün də məlumatı yoxdur. Baş verənlərlə bağlı bildikləri yuxarıda göstərdiklərindən ibarətdir. Məhkəmə iclası zamanı ifadəsi elan olumuş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əsl adı Fərhad olsa da, qohum-əqrəba və tanışlar onu «Faxan» deyə çağırırlar. Zərərçəkmiş şəxs Mingəçevir ŞPŞ-nə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Rafiq Həsənov onunla qonşuluqda yaşayır. Onunla aralarında qohumluq əlaqəsi və ya ədavət yoxdur. Normal qonuşluq münasibətləri vardır. Onun barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə aralarında hər hansı münasibət olmamışdır. Onu Rafiqin vasitəsi ilə tanımışdır. 2020-ci ilin oktyabr ayının əvvələrində Rafiq Həsənov özünə yeni «X11» markalı avtomobil almışdır. Rafiqin həmin avtomobili 2-3 gün idarə etdikdən sonra avtomobili sürmədiyini görüb avtomobilin harada olduğunu soruşduqda avtomobilin mühərrikində problem olduğunu və avtombilin hazırda təmirdə olduğunu bildirmişdir. 2020ci ilin oktyabr ayının əvvələrində yaşadığı evin qarşısında dayanan zaman Rafiq onunla birgə ona məxsus avtomobillə avtomobil təmir sexinə getməyi xahiş etmiş, o da razılaşmışdır. Rafiq avtomobilə yanacaq tökdükdən sonra ikisi də özünə məxus avtomobillə Rafiqin özünə məxsus avtomobili təmir sexinə verdiyi Mingəçevir şəhəri H.Əliyev prospekti «Sənaye parkı» yaxınlığında yerləşən avtomobil təmir sexinə getmişlər. Avtomobili saxlayıb düşəndən Rafiqin idarə etdiyi avtomobilin sökülmüş vəziyyətdə həmin ərazinin yaxınlığındakı təmir sexinin içərisində olmasının şahidi olmuşdur. Rafiqin avtomobilinin mühərrikini Təqsirləndirilən şəxs təmir etmişdir. Aydın yanında Rafiqlə söhbət edən zaman avtomobilin mühərrikinin yağ nasosunun yenisinin alınmalı olduğunu bildirmişdir. Rafiqdən bunun üçün 600 manat pul istəmişdir. Rafiq yanımda həmin təmir sexində Aydına 600 manat pul sayıb vermişdir. Daha sonra yaşadığı ünvana geri qayıdarkən yol gedən zaman Rafiqdən ustanı haradan tanıdığını soruşanda Rafiq ona həmin ustanı adını bilmədiyi başqa bir ustanı məsləhət gördüyünü və yaxşı usta olduğunu bildirmişdir. Təxminən 10 gün sonra Rafiq mənə yenidən avtomobilini təmir etdirdiyi təmir sexinə aparmağını xahiş etmişdir. Onun xahişinə əməl etmişdir. Bir yerdə həmin avtomobil təmiri sexinə getmişlər. Bu zaman Aydın Rafiqə avtomobilin “paylayıcı valı”nın xarab olduğunu və yenisinin alınmalı olduğunu bildirmişdir. Bu məqsədlə Rafiqə “paylayıcı valı”almaq üçün pul vermək lazım olduğunu demişdir. Lakin, həmin vaxt sexdən kənarlaşaraq Rafiqin Aydına “paylayıcı valı” almaq üçün hansı məbləğdə pul verdiyini görməmişdir. Sexdən çıxıb orada Aska kimi tandığı Sənan adlı avtomobil ustasına yaxınlaşıb Rafiqin avtomobilini təmir edən Aydın adlı ustanın necə usta olduğunu soruşduqda X6 şəhərinə yeni gəldiyini və yeni təmir sexi açdığını bildirmişdir. Daha sonra Rafiq sexdən çıxmış və geri qayıtmışlar. Təxminən 7-8 gün sonra Rafiq və o yenidən həmin avtomobil təmiri sexinə gəlmişlər. Bu zaman avtomobili təmir edən Aydın adlı şəxs Rafiqə avtomobilin təmirinin yekunlaşdığını və avtomobilin mührərriki və sürətlər qutusu üçün yağ almaq lazım olduğunu və bu məqsədlə Rafiqin ona 420 manat pul verməsini istədikdə Rafiq yanında Aydın adlı ustaya mühərrik və sürətlə qutusu üçün yağ almaq üçün 420 manat pul vermişdir. Lakin, mühərrikin sürətlər qutusuna aidiyyətı olmadığını bildiyi üçün Aydınla sözlə mübahisə etmişdir. Daha sonra isə Aydının Rafiqi aldatdığını hiss etdiyi üçün Rafiqi kənara çəkib bu barədə Rafiqə dedikdə Rafiq avtomobilin təmirinin yekunlaşdığını və bu səbəbdən Aydına heç bir söz demək istəmədiyini bildirmişdir. Daha sonra yaşadığı Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsinə geri qayıtmışlar.Təxminən 10 gün sonra Rafiq Aydın adlı ustanın onu aldadıb qaçıb getdiyini və bu barədə Azərbaycan Respublikası DİN–nin «102 xidməti»nə müraciət etdiyini bildirmişdir. Rafiq Aydına yanında avtomobilin yağ nasosu dəyişmək üçün 600 manat və avtomobilin mühərrikinin və sürətlər qutusunun yağını dəyişmək üçün 420 manat pul vermişdir. Bir də Sənan adlı ustanın yanında da Aydına pul verməsini də Rafiq ona demişdir. Cinayət işi materiallarına əlavə olunmuş Mingəçevir şəhər polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Rəşad Cəfərov tərəfindən tərtib olunmuş xx.xx.2020ci il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi «X11» markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikxanasının sökülmüş vəziyyətdə olması və onun avtomobilinə aidiyyəti olmayan ehtiyat hissələrinin isə sexdə avtomobilinin yanında olması müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin məhəkəmənin eyni tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum edilməklə məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şənkir Rayon Məhkməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsinə əsasən təqsirləndirilərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, təqsirləndirilən ona vurulmuş ziyandan 600 manat ödəmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs «X11» markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilinin mühərriki üçün zəruri ehtiyat hissələri alaraq mühərriki təmir edəcəyini yalandan vəd verib, Zərərçəkmiş şəxs aldadaraq, 2020-ci ilin oktyabr ayının əvvəllərindən 2020-ci ilin noyabr ayının əvvələrinə qədər olan müddət ərzində mühərrik ustası olaraq fəaliyyət göstərdiyi, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 65 B ünvanında yerləşən avtomobil təmiri sexində təmir edəcəyi Zərərçəkmiş şəxs idarə etdiyi «X11» markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil üçün nəzərdə tutulmuş ehtiyat hissələrindən «içliklər»i almaq adı ilə 1200 (min iki yüz) manat, paylayıcı valı almaq adı ilə 600 (altı yüz) manat, yağ sovuran (nasosu) almaq adı ilə 700 (yeddi yüz) manat, sürətlər qutusunun yağı və filterlərini dəyişmək adı ilə 620 (altı yüz iyirmi) manat, vanos almaq adı ilə 420 (dörd yüz iyirmi) manat, mühərrikin kəmər komplektini almaq adı ilə 420 (dörd yüz iyirmi) manat, mühərrikin kipgəc və qapaq dəstlərini almaq adı ilə 600 (altı yüz) manat, mühərrikin kəmərlərinin yastıqları və stəkanlarını almaq adı ilə 600 (altı yüz) manat, gördüyü iş müqabilində əmək haqqı adı ilə 450 (dörd yüz əlli) manat məbləğdə olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 5610 (beş min altı yüz on) manat məbləğdə pulunu vahid niyyətlə alıb, ələ keçirərək Zərərçəkmiş şəxs 5610 (beş min altı yüz on) manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddələrin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsini məhkəmə özünü müdafiə üsulu kimi qiymətlədirir və təqsirləndirilən şəxsin gətirdiyi hallar məhkəmədə tətqiq olunmuş sübutlarla təkzib olunur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyandan 600 manat ödəməsini CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini belə ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğu maddi ziyandan tam olaraq ödəməməsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 2020-ci ilin oktyabr ayının əvvəllərindən 2020-ci ilin noyabr ayının əvvələri tarixində, yəni Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin ediməlidir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilib həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli 15 mart 2022-ci il tarixdən hesablanmalıdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hal-hazırkı hökm ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaqla üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əvvəlki hökm üzrə çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla cəzasının əvvəli 15 mart 2022-ci il tarixdən hesablansın. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilib həbsdə olması nəzərə alınsın. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-81/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-81/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver