Məhkəmə qərarları › İş №1(051)-81/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-81/2025

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-81/2025 24.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi: Mingəçevir Şəhər vəkil Bürosunun vəkili: Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi: Mingəçevir Şəhər vəkil Bürosunun vəkili: Müdafiəçi4, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 nümayəndələri “Konsensus” vəkil bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə xx.xx.1981-ci ildə Göyçay şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 53-də qeydiyyatda olmaqla, Göyçay şəhəri M.Ə.Sabir küçəsi dalan 2, ev 17-də yaşamış, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 sonuncunun oğlu X16 barəsində Göyçay rayon X28 Bölməsində Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Əhsən Kazımovun təqsirləndirildiyi maddə üzrə Əhsən Kazımovun hüquqlarının müdafiə olunması, ona elan olunmuş ittihama dəyişiklik edilməsi, cinayət işi üzrə əməlin daha yüngül maddəyə tövsif edilməsi, daha sonra Əhsən Kazımovun barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsinə köməklik edəcəyini vəd verib, aldadaraq, cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 2023-cii ilin noyabr ayının 13də Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən özünə məxsus ofisində Zərərçəkmiş şəxs1 aldığı 5.000 manat, daha sonra 24 noyabr 2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “ASAN” Xidmət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs1 aldığı 4.000 manat, sonuncu dəfə yenə də həmin ilin dekabr ayında eyni ofisdə Təqsirləndirilən şəxs1 aldığı 9.000 manat məbləğdə pulu ələ keçirərək, Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 18.000 (on səkkiz min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, sonuncunun vasitəsi ilə Zərərçəkmiş şəxs2 qızma onu Mingəçevir şəhər X11 Tibbi Sığorta Xidmətinin qeydiyyat şöbəsinə «operator» kimi işə düzəldəcəyini vəd verib, cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 tanışı, cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid2 vasitəsilə xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Mingəçevir filialının yaxınlığında 4.000 manat, xx.xx.2023-cü il tarixdə yenə də Şahid2 vasitəsilə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Mingəçevir filialının yaxınlığında 3.500 manat, ümumilikdə Zərərçəkmiş şəxs2nm 7.500 (yeddi min beş yüz) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək və bununla da ona xeyli miqdarda ziyan vurmaqda dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs3 sonuncunun oğlu X24 şəhər X12 X25 «sürücü» kimi işə düzəldəcəyinə dair cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə vəd verib, aldadaraq, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Mingəçevir filialının yaxınlığında Təqsirləndirilən şəxs1 tanışı, cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid2 vasitəsilə 5.000 manat, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisində Təqsirləndirilən şəxs1 şəxsən aldığı 5.000 manat məbləğdə, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 10.000 (on min) manat məbləğdə pulunu alıb, ələ keçirərək və bununla da ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs4 oğlu X9 Mingəçevir şəhər X6 X25 «sürücü» kimi işə düzəldəcəyini Təqsirləndirilən şəxs1 vasitəsi ilə vəd verib aldadaraq, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən Təqsirləndirilən şəxs1 ofisində sonuncuya verdiyi 9000 manat məbləğdə pulunu alıb, ələ keçirərək, ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkəməyə verilmişlər. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.14 və 5.1-ci bəndlərinə əsasən cinayət təqibinə xitam verilmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 7 ilə yaxındır ki tanıyır. Onlar əvvəllər tikinti materiallarının satışı ilə məşğul olmuşlar. Təqsirləndirilən şəxs1 şərikidir, İlkin adlı şəxsin qayınatasıdır. O da Təqsirləndirilən şəxs1 İlkinə görə tanımışdır. Təqsirləndirilən şəxs1 ilə tanışlığı dövründə münasibəti yaxşı olmuşdur. Təxminən 2023-cü ilin sentyabr ayında səyyar ticarət fəaliyyəti ilə, yəni şəhər və rayonlara nəqliyyat vasitəsi ilə emusiyaların satışını həyata keçirmişdir. Həmin dövrdə ticarət fəaliyyətini daha da böyütmək üçün müəyyən məbləğdə pul vəsaitinə ehtiyacı olmuşdur. O, da buna görə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 müraciət etmək və ondan borc pul istəmək qərarına gəlmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 telefon zəngi edərək, ondan borc pul istəmişdir. O, 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs1 28.000 manat məbləğdə borc almışdır. Bundan başqa, həyat yoldaşı Şahid3 adına olan «Kapital Banka» aid plastik kartından 2 ilə yaxındır istifadə edir. Belə ki, Təqsirləndirilən şəxs1 aldığı həmin 28.000 manat pulun bir hissəsini karta göndərmiş, qalan hissəsini isə əlbəəl vermişdir. Sonradan Təqsirləndirilən şəxs1 28000 manat pulu qaytarmış, lakin bununla bağlı heç bir sübutu yoxdur. Zərərçəkmiş şəxs1 tanımır, onunla heç bir ünsiyyəti olmamışdır. 2024-cü ilin mart ayının gününü xatırlamadığı tarixində Təqsirləndirilən şəxs1 ona telefon zəngi edərək, borcunun olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs1 kimə və nə qədər borcunun olduğunu soruşmuşdur. Tahir isə borcunun Şahin adlı şəxsə olduğunu bildirmişdir. O öz növbəsində Şahin adlı şəxsin nömrəsini Tahirdən alaraq ona zəng etmişdir. Zəng etməkdə məqsədi Şahin adlı şəxsin Göyçay şəhərində yaşadığı üçün, yəni həmkəndlisi olduğu üçün, Təqsirləndirilən şəxs1 Şahinə borcunun qaytarılması üçün müəyyən vaxt almaq olmuşdur. 2024-cü ilin mart ayında o, Şahid1 zəng edib onunla Göyçay şəhəri, Çayarxı kəndində yerləşən çay evində görüşmüşdür. Həmin zaman Şahid1 öz oğlu ilə birlikdə gəlmişdir. O, ilk növbədə ondan Təqsirləndirilən şəxs1 ona olan borcunun neçə yarandığını soruşmuşdur. Şahid1 isə İdris adlı qohumunun sonuncunun oğluna məhkəmədə köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs1 18.000 manat pul verdiyini, lakin Təqsirləndirilən şəxs1 tərəfindən heç bir köməklik göstərilməməsini bildirib, pulunu tələb etmişdir. Təqsirləndirilən şəxs1 borclu olduğu üçün həm də Təqsirləndirilən şəxs1 ilə Şahid1 aralarında problem yaranmaması üçün İdrisə bir müddət gözləməyi xahiş etmişdir. Zərərçəkmiş şəxs4 ilə arasında telefon danışığı olmuş və həmin danışıq vaxtı Tahirin aldığı 9000 manat pulu özünün qaytaracağını bildirmiş, buna səbəb isə Tahirin bununla bağlı ondan xahiş etməsi olmuşdur. Lakin Zərərçəkmiş şəxs4 övladının işə düzəlməsi ilə bağlı Təqsirləndirilən şəxs1la heç bir danışıq aparmamış, eyni zamanda Zərərçəkmiş şəxs4 oğlunu işə düzəlməsi müqabilində 9000 min manat pul almağı Təqsirləndirilən şəxs1 deməmişdir. O, sadəcə olaraq Zərərçəkmiş şəxs4lə aralarında olan telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 borcu olduğu üçün Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 almış olduğu 9000 min manat pulu özünün qaytaracağını söyləmişdir. Zərərçəkmiş şəxs2 ilə 2024-cü ilin dəqiq ayını xatırlamadığı tarixdə telefonla danışığı olmuş və ona iş məsələsinin düzələcəyini bildirmiş, eyni zamanda sonuncunun Tahirə verdiyi pulun 5200 manatının özündə olduğunu bildirmiş, sonradan Zərərçəkmiş şəxs2 ilə Mingəçevir şəhərində görüşüb, Təqsirləndirilən şəxs1 ondan aldığı pulun 5200 manatının özü tərəfindən qaytarılacağını bildirmişdir. Zərərçəkmiş şəxs3 tanımır. Onunla, yəni Zərərçəkmiş şəxs3la arasında heç bir ünsiyyəti olmamışdır. Zərərçəkmiş şəxs3 övladı X24 şəhəri X12 X26 «sürücü» kimi işə düzəlməsi ilə bağlı Təqsirləndirilən şəxs1la arasında danışıq olmamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə hər hansı ədavət və düşmənçilikləri olmamışdır. 2000-ci ildən 2018-ci ilə qədər məhkəmə proseslərində nümayəndə qismində çıxış etmişdir. Zərərçəkmiş şəxs1 2023-cü ilin noyabr ayında tanışı Şahin adlı şəxslə onun fəaliyyət göstərdiyi Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisə gələrək, oğlu Əhsən Kazımovun xx.xx.2023-cü il tarixdə Göyçay rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək, həbs olunduğunu, gələcəkdə oğlunun hüquqlarının müdafiə olunmasını xahiş etmişdir. O da Zərərçəkmiş şəxs1 narahat olmamağmı, oğlu Əhsənin hüquqlarını müdafiə etmək üçün Yevlax şəhərində Vəkillər Kollegiyasının üvzü olan Fərhad adlı şəxsə müraciət etməsini tövsiyə etmişdir. Bundan sonra Fərhad adlı həmin vəkillə müqavilə bağlanması üçün Zərərçəkmiş şəxs1 ona etibarnamə vermiş, o da etibarnamə əsasında Yevlax şəhərinə gedib, başlanmış cinayət işi üzrə Əhsən Kazımovun hüquqlarının müdafiə olunması üçün Fərhad adlı vəkillə müqavilə bağlamışdır. Həmin müqavilənin bağlanması üçün Zərərçəkmiş şəxs1 aldığı 700 manat pulu Fərhad adlı həmin vəkilə vermişdir. Həmçinin Zərərçəkmiş şəxs1 oğlu Əhsən Kazımovun 2023-cü ilin noyabr ayının 11-də Göyçay rayon polis şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək, həbs olunmasını, gələcəkdə məhkəmə prosesi zamanı daha yüngül cəza almasına köməklik etməsi üçün tanışı Təqsirləndirilən şəxs2 məlumat vermiş, Təqsirləndirilən şəxs2 da bunun öhdəsindən gələcəyini vəd verərək, Zərərçəkmiş şəxs1la onun razılaşmağını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 bu haqda məlumat verərək, ondan gələcəkdə oğlunun məhkəməsi zamanı daha yüngül cəza alınmasına köməklik edəcəyini deyib, ilkin olaraq ondan 8.500 manat məbləğdə pul istəmişdir. Müqavilə bağladıqdan təxminən 4 gün sonra yenidən Zərərçəkmiş şəxs1 tanışı Şahinlə birlikdə onun «nümayəndə» kimi fəaliyyət göstərdiyi Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisə gələrək, ona 8.500 manat məbləğdə pul vəsaiti vermişlər. O da pulu aldıqdan sonra Təqsirləndirilən şəxs2la əlaqə saxlayaraq, Zərərçəkmiş şəxs1 8.500 manat məbləğdə pul aldığını və həmin pulu ona vermək üçün Mingəçevir şəhərinə gəlməli olduğunu demişdir. Ertəsi gün Təqsirləndirilən şəxs2 Mingəçevir şəhəri, 20 yanvar küçəsində onun «nümayandə» kimi fəaliyyət göstərdiyi ofisə gəlmiş, Zərərçəkmiş şəxs1 aldığı 8.500 manat pulu orada bütövlükdə Təqsirləndirilən şəxs2 vermişdir. Daha sonra məhkəmə prosesi zamanı oğlunun cəzasının daha yüngül cəza ilə əvəz olunmasını Zərərçəkmiş şəxs1 deyib, 9.000 manat məbləğdə pul verməli olduğunu demişdir. Zərərçəkmiş şəxs1 razılaşaraq, təxminən 4 gündən sonra tanışı Şahinlə birlikdə yenidən onun fəaliyyət göstərdiyi ofisə gələrək ona 5.000 manat manat məbləğdə pul vermişlər. Təxminən 5 gün sonra Zərərçəkmiş şəxs1 yerdə qalan 4.000 manat məbləğdə pul vəsaitini Mingəçevir şəhərində yerləşən «ASAN» Xidmət Mərkəzinin qarşısında tanışı Şahinlə birlikdə ona vermiş, o da Zərərçəkmiş şəxs1 aldığı 9000 manat məbləğdə pulu Təqsirləndirilən şəxs2la görüşərək ona vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2m tanışı X4 görə tanımışdır. Göyçay şəhərindən olan tanışı Təqsirləndirilən şəxs2 ilə arasında olan danışıq zamanı sonuncu ona bacısı Pərvanənin Ucar rayon Mərkəzi Xəstəxanasında baş həkimin «köməkçisi» kimi işlədiyini, onun orada işləməsinin səbəbkarının TƏBİB-də yüksək vəzifədə çalışan «Binyamin» adlı şəxsin olduğunu, həmin şəxslə olan yaxın münasibətlərinə görə onun vasitəsilə işlənilən rayon xəstəxanalarına işçi qəbulunu həyata keçirə biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 işə düzəltmək məsələsinə gəlincə isə o, Şahid2lə arasında olan söhbət əsnasında ona Seymur adlı tanışının olduğunu və onun vasitəsi ilə Zərərçəkmiş şəxs2m işə düzəldə biləcəyini bildirmişdir. 2023-cü ilin dekabr ayında Novruz onun Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisinə gəlmiş və Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinin, diplomunun surətini ona təqdim etmişdir. O da həmin şəkilləri Seymurun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin «WhatsApp» mobil tətbiqinə göndərmişdir. Seymur sənədlərə baxıb, Aynuru Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına qeydiyyat şöbəsinə işə düzəldə biləcəyini deyib, buna görə Aynurdan 7.500 manat məbləğdə pul almalı olduğunu demişdir. Bundan sonra Novruza bu haqda məlumat vermiş, təxminən bir neçə gündən sonra Novruz ona zəng edərək 5.000 manat pulun onda olduğunu bildirmişdir. Novruz pulu alandan sonra həmin ərəfələrdə Seymur Mingəçevir şəhərinə gəlmiş və Seymurun avtomobilində 5.000 manat pulu Novruz sayıb Seymura vermişdir. Sonra Novruz ona zəng edərək qalan 2.500 manatı da aldığını demişdir. Həmin pulun 200 manatını «xidmət haqqı» kimi Novruza vermişdir. Qalan 2.300 manat pulu Seymurun ona göndərdiyi sonuncunun arvadı Gülnarənin hazırda xatırlamadığı kart hesabına göndərmişdir. Həmin puldan ona heç bir məbləğdə pul vəsaiti çatmamışdır. Bundan bir neçə gün sonra Novruz ona, Aynurun dayısı Namətin oğlu Elşənin Təcili X25 «sürücüsü» kimi işə düzəltməyə Seymurun köməklik edib-etməyəcəyini soruşmuş və Elşənin sənədlərini təqdim etmişdir. O, Elşənin sənədlərini Seymura göndərmiş, Seymur da işi həll edə biləcəyini, buna görə də 10.000 manat pul lazım olduğunu demiş, o da həmin məsələni olduğu kimi Novruza demişdir. Novruz ilkin olaraq ona Namətin verdiyi 5.000 manat pulu gətirib vermiş, həmin puldan 200 manat Novruza vermiş və Seymura da pulu gətirib verən şəxsə hörmət edəcəyini demişdir. Novruzun verdiyi puldan qalan 4.800 manatı Seymur Mingəçevir şəhərində gəlib ondan götürmüşdür. Üzərindən təxminən 10 gün keçdikdən sonra Namət Novruzla birlikdə onun işlədiyi ofisə gəlmişdir. Ofisdə Namət 5.000 manat pulu sayıb Novruza vermiş, Novruz da həmin pulu ona vermişdir. O da həmin vaxt Seymura zəng etmiş və Seymur işi 3 ay ərzində həll edəcəyini demişdir. Namətin verdiyi puldan 4.800 manat pulu Seymurun həyat yoldaşı Gülnarənin adına olan kart hesabına göndərmişdir. Aldığı pullardan ona heç bir məbləğdə pul vəsaiti verilməmişdir. Seymurdan zəng edib işin hansı səbəbdən həll olunmadığını soruşduqda o, gah prezident seçkilərinin olduğunu, gah «Novruz bayramı»nm olduğunu deyərək, işi yubatmışdır. 2022-ci ilin aprel ayından 2024-cü ilin may ayının sonuna qədər olan müddət ərzində Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində «hüquqşünas» kimi fəaliyyət göstərmişdir. 2024-cü ilin yanvar ayının gününü xatırlamadığı tarixində o, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində iş otağında Zərərçəkmiş şəxs4 ilə söhbət əsnasında ona TƏBİB-də tanışının olmasını, həmin tanışı vasitəsilə Mingəçevir şəhəri, habelə başqa ətraf şəhər və rayonların X7 X20 «sürücüsü» kimi işə düzəldə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs4 həmin vaxt bu sözlərdən sonra oğlu Mübariz Sarıyevin işsiz olduğunu və onu işə düzəldə bilib- bilməyəcəyini soruşmuşdur. O da tanışı ilə danışacağını və ona bu haqda məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, tanışı, yəni Seymurla danışarkən işə düzəlmək istəyən bir nəfər şəxsin olduğunu bildirmişdir. Seymur da ona həmin vaxt Yevlax rayon Mərkəzi Xəstəxanasında TTYS-da vakant «sürücü» yerinin olduğunu bildirmişdir. Bundan sonra yenidən Zərərçəkmiş şəxs4lə görüşən zaman ona oğlunu tanışı vasitəsilə 2 ay müddətində Yevlax rayon Mərkəzi Xəstəxanasında TTYS-na «sürücü» kimi işə düzəldə biləcəyinə dair söz vermişdir. Zərərçəkmiş şəxs4 isə oğlunu Yevlax rayon Mərkəzi Xəstəxanasında TTYS-na deyil, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında TTYS-na düzəltməyini xahiş etmişdir. O isə tanışı ilə dəqiqləşdirdikdən sonra bir söz deyəcəyini bildirmişdir. Təxminən bir neçə gündən sonra Zərərçəkmiş şəxs4lə görüşən zaman onun oğlunu Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasında TTYS-na avtomobil sürücüsü kimi işə düzəldə biləcəyini və bunun müqabilində ondan 9000 manat məbləğdə pul istəmişdir. Bundan bir neçə gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 onunla telefon əlaqəsi yaratmışdır. O, Məmməd Sarıyerə həmin vaxt işdə, yəni Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1, bir neçə dəqiqədən sonra isə Mingəçevir şəhəri «Diş Poliklinikasının» yaxınlığında yerləşən işlədiyi hüquq məsləhətxanasına gələcəyini bildirərək onun da həmin yerə gəlməsini xahiş etmişdir. 30 dəqiqədən sonra o, həmin yerə getmiş, həmin vaxt Zərərçəkmiş şəxs4 onu ofisinin qarşısında gözləmişdir. Oraya çatdıqdan sonra onlar birlikdə ofisə keçmişlər. Ofisə keçdikdən sonra Zərərçəkmiş şəxs4 9.000 manat məbləğdə pulu ona vermişdir. O, Zərərçəkmiş şəxs4 pulu götürdükdən sonra ona 2024-cü ilin mart və ya aprel ayına kimi oğlunun işə düzəlməsi ilə bağlı əmrin veriləcəyini bildirmişdir. Elə həmin gün o, Göyçay şəhərinə gedib, Təqsirləndirilən şəxs2la görüşmüş və Zərərçəkmiş şəxs4 aldığı 9000 manat pulun 8000 manatını Seymura vermişdir. Yerdə qalan 1000 manatını isə özünə götürmüşdür. Həmin vaxt o, Seymura öz narahatçılığını bildirmiş, belə ki, insanlardan bu qədər pul adığını deyərək daha sonra hər hansı problemin çıxmaması üçün onu xəbərdar etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 da onun yanında bacısı Pərvanəni yığaraq müxtəlif insanlardan pul aldıqlarını bildirərək, həmin şəxslərin işinin vaxtında həll olunmasını tapşırmışdır. Seymur bacısı ilə danışdıqdan sonra o, Seymurdan bacısının nə dediyini soruşmuş, həmin vaxt Seymur bacısı Pərvanənin insanların işə qəbulla bağlı əmrinin vaxtında verilməsi ilə bağlı Binyaminlə əlaqə saxlayacağım dediyini bildirmişdir. İş alınmadıqda isə Məmməd Seymurla dəfələrlə əlaqə saxlamış, ondan pulu tələb etmiş, lakin Seymur ona verilmiş 8000 manatı qaytarmamışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 uzun zamandır ki, tanıyır. Belə ki, Seymur onun qızının əri ilə birlikdə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Seymurun hazırda harada işləməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 ilə birlikdə əvvəllər kimlərəsə hüquqi yardım göstərilməsində heç bir kömək etməmişdir. O, Təqsirləndirilən şəxs2la əlaqə saxlayan zaman Seymur ona Ali Məhkəmədə tanışlarının olduğunu bildirdiyi üçün o, Zərərçəkmiş şəxs1 köməklik edəcəyi barədə razılaşaraq 18000 manat məbləğə pul vəsaitini Zərərçəkmiş şəxs1 almışdır. X35 aldığı 18000 manat məbləğdə pul vəsaitini Təqsirləndirilən şəxs2 verməyini təsdiq edən heç bir sübutu yoxdur. O, Zərərçəkmiş şəxs1 almış olduğu 18000 manat pulu Təqsirləndirilən şəxs2 Mingəçevir şəhərində «nümayəndə» kimi fəaliyyət göstərdiyi 20 Yanvar küçəsində yerləşən ofisdə vermişdir. Zərərçəkmiş şəxs1 aldığı 18000 manat pulu Təqsirləndirilən şəxs2 verdikdən sonra həmin puldan 300- 400 manat hissəsi ona çatmışdır. Zərərçəkmiş şəxs1 aldığı 18.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 verməyi ilə bağlı Zərərçəkmiş şəxs1 tanışı Şahin adlı şəxsin məlumatı olmuşdur. O, Zərərçəkmiş şəxs1 aldığı pulun qarşılığında Zərərçəkmiş şəxs1 övladı Əhsən Kazımova məhkəməsi zamanı heç bir köməklik göstərməmişdir. Hümbətdən borc pul almamış, həmin sənədi ona Novruz yazdırmışdır. O, Aynur Cabbarovdan alınmış ümumilikdə 7.500 manat pulun və Zərərçəkmiş şəxs3 alınmış ümumilikdə 10.000 manat pulun Təqsirləndirilən şəxs2 verilməsini təsdiq edən qəbzlərin, yəni onun istifadəsində olan mobil telefonda Seymurun həyat yoldaşı Gülnarənin adma pul məbləğlərinin göndərilməsi ilə bağlı olan qəbzlər olduğunu və həmin qəbzləri istintaqı gedişatında təqdim edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 alınmış ümumilikdə 10.000 manat pulun 400 manatını Novruza xidmət haqqı kimi vermiş, qalan 9.600 manat pulu isə Seymura vermişdir. Seymurun telefon danışıqları zamanı qeyd olunanları təkzib etməsinin səbəbi ona aydın deyildir. Həmçinin o, Namətin yanında Seymurla danışıq aparmışdır. Zərərçəkmiş şəxs4 ona oğlunu Mingəçevir şəhərinə Təcili X25 «sürücü» kimi işə düzəltməyə köməklik etməyi üçün onun Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisində 2024-cü ilin yanvar ayının sonlarında 9.000 manat pul vermişdir. O, Seymurla Göyçay şəhərində hazırda xatırlamadığı yerdə görüşmüş və həmin vaxt onların yanında heç kim olmamışdır. Seymur ona TƏBİB-də çalışan Binyamin və bacısı Pərvanə adlı şəxslərin vasitəsilə işləri həll etdiyini demişdir. O da Seymura inanaraq, pulu ona vermişdir. Binyamin və Pərvanəni şəxsən tanımasa da, Seymurun deməsinə görə Pərvanə onun bacısı, Binyamin isə Pərvanənin sinif yoldaşı olmuşdur. Sonradan iş alınmayandan ayrı-ayrı şəxslərdən aldığı və Seymura verdiyi pulları sonuncudan tələb etdikdə, Seymur TƏBİB-də çalışan Binyamin adlı şəxsin həmin pulları bacısı Pərvanəyə göndərəcəyini və Pərvanənin həyat yoldaşı Cəfərin həmin pulları gətirib, Mingəçevir şəhərində zərərçəkmiş şəxslərə verəcəyini demiş, lakin Pərvanənin həyat yoldaşı Cəfər təxminən 40.000 manata yaxın pulu gətirib verməmişdir. Əvvəlki məhkəmə iclasında zərərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Əhsən Kazımov 2023-cü ilin noyabr ayında törətdiyi cinayətə görə Göyçay RPŞ-də CM- nin 126.2.4-cü maddəsi ilə ittiham olunaraq, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Oğlu Əhsənə hüquqi yardım və məsuliyyətdən azad olunmasında köməklik edəcək şəxs soraqlayarkən həmin ilin noyabr ayında qohumu Şahin ona əslən Göyçay rayonundan olan Mingəçevir şəhərində vəkillik fəaliyyəti ilə məşğul olan Tahir adlı şəxsin olması barədə məlumat vermiş, onunla görüşüb Əhsənin işi barədə məsləhətləşməyi təklif etmişdir. Bu barədə oğlu Ağadadaş ilə danışmış və Təqsirləndirilən şəxs1 mobil nömrəsini vermişdir. Ağadadaş da Mingəçevir şəhərinə gələrək Təqsirləndirilən şəxs1la görüşüb, oğlu Əhsənin işi barədə Təqsirləndirilən şəxs1 danışmışdır. Tahir də oğlunun işinə köməklik edəcəyini bildirib, müqavilə bağlamaq üçün 500 manat pul istəmişdir. Ağdadaş da 500 manat pulu Təqsirləndirilən şəxs1 2023- cü ilin noyabr ayının təxminən 9-da Mingəçevir şəhərində verərək müqavilə bağlamışdır. Həmin müqavilə bağlanarkən özü cinayət prosesində Əhsənin müdafiəçisi qismində işə çıxacağını bildirmişdir. 13 noyabr 2023-cü il tarixdə qohumu Şahin ilə birlikdə Mingəçevir şəhərinə gələrək Tahir ilə görüşmüşdür. Oğlu Əhsənin törətdiyi cinayət barədə ona danışıb məsləhətləşərkən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Əhsənin törətdiyi əməlin daha yüngül, yəni CM-nin 126.1-ci maddəsinə tövsif etdirə bilər həmçinin gələcəkdə məhkəmədə bəraətverici əsaslarla cinayət işinə xitam verdirə bilər. O, prosesin necə olacağını Tahirdən soruşduqda Tahir yüksək vəzifədə işləyən tanışlarının olduğunu, onların vasitəsi ilə ilkin olaraq oğlunun əməlini daha yüngül maddəyə tövsif etdirəcəyini, gələcəkdə iş məhkəmədə olarkən isə cinayət işini xitam verdirtdirəcəyini vəd vermiş və bunun qarşılığında əməlin tövsifı üçün 8500, iin icraatına xitam verilməsi üçün isə 9000 manat məbləğdə pul istəmişi, o da razılaşmışdır. Həmin gün üstündə 5000 manat olduğu üçün həmin məbləği orada verəcəyni, qalan 12500 manat pulu isə isə hissə-hissə verə biləcəyini bildirdikdə Tahir razılaşmışdır. Həmin gün 5000 manat pulu Təqsirləndirilən şəxs1 qohumu Şahinin yanında vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onlarla iş barəsində söhbət edərək, vəd verərkən həmin pulu alıb onları yola salanadək heç kimlə hər hansı danışıq, yaxud sövdələşmə aparmamasını tapşırmışdır. 24 noyabr 2023-cü il tarixdə o, qohumu Şahin ilə birlikdə Mingəçevir şəhərinə gəlmiş, Təqsirləndirilən şəxs1 ilə «Asan» xidmət mərkəzində görüşmüş və 4000 manat pulu Tahirə oğlunun cinayət işinin tövsifı və xitamı məqsədilə vermişdir. Həmin söhbət zamanı ondan işin gedişatmın nə yerdə olmasını soruşanda onlara narahat olmamaqlarmı deyib, hər şeyin qaydasında olduğunu bildirmişdir. Daha sonra «Asan» xidmət mərkəzində notariat kontorasma getmişlər və o öz adından Təqsirləndirilən şəxs1 etibarnamə verərək ona oğlu Əhsənin hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamaq hüquqlarını etibar etmişdir. Təqsirləndirilən şəxs1 vəkillə müqavilə bağlandıqdan sonra iş görən tanışının onlara nə köməklik edəcəyini soruşduqda, Tahir ona lazım olan şəxslərin pulunu verib, razılığını aldıqdan sonra vəkilin formal olaraq prosesə qoşulacağını bildirmişdir. Tahirin dediklərinə inanmış, çünkü hüquqi savadı yoxdur. Daha sonra Yevlax şəhər ərazisində vəkillik fəaliyyəti ilə məşğul olan Şahid6 adlı vəkil ilə oğlu Əhsənin hüquqlarının müdafiəsinə dair müqavilə bağlanmış və Şahid6 Əhsənin barəsində isitntaq aparılan cinayət işinə qoşulmuşdur. Təxminən dekabr ayının 12-də Təqsirləndirilən şəxs1 ona zəng edərək təbrik məzmunlu ifadələr işlədərək oğlunun ittiham olunduğu maddənin tövsif olunduğunu bildirib, ona gözaydınlığı vermiş və təcili məhkəmədə xitam işinin də danışıb həll etmək məqsədilə vəd olunan 9000 manat pulu da verməli olduğunu bildirmişdir. O da qohumu Şahin ilə birlikdə Mingəçevir şəhərinə gəlmiş, Təqsirləndirilən şəxs1 ofisində 9000 manat pulu Tahirə vermişdir. Təqsirləndirilən şəxs1 da Əhsənin işini danışıb, həll edib, iş məhkəməyə getdikdə cinayət işinə xitam veriləcəyini və Əhsənin buraxılacağını bildirmişdir. Daha sonra oğlu Əhsənin barəsində cinayət işi üzrə istintaq tamamlanmış və 126.2.4-cü maddəsi ilə iş baxılması üçün Şəki Ağır Cinayətlər məhkəməsinə göndərilmiş, orada oğlu həmin maddə ilə təqsirli bilinərək, 6 il müddətinə azadlıqdan məhrum etməsi cəzasına məhkum edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 tərəfindən aldanıldıqlarını anlayıb, Təqsirləndirilən şəxs1 baş verənləri soruşanda onlara yenə də narahat olmamaqlarmı bildirmişdir. O da vəkil Şahid6 ilə əlaqə saxlayıb görüşüb söhbət etmiş, Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tövsif və xitam etdirməsi məqsədilə 17.500 manat pul vermişdir. Şahid6 isə Təqsirləndirilən şəxs1 müqavilə üçün ona 700 manat məbləğdə pul verdiyini bildirmişdir. Bundan sonra aldanıldığına tam əmin olub, Tahirdən pulu qaytarmasını tələb etdikdə Təqsirləndirilən şəxs1 da qaytaracağını bildirsə də qaytarmamışdır. Təxminən 2024-cü ilin mart ayında ona özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxs zəng edərək, Təqsirləndirilən şəxs1 oğlu ilə dost olduqlarını Tahirin əvvəllər ona (Təqsirləndirilən şəxs2) böyük yaxşılığının keçdiyini bildirib, Tahirin ona qaytarmalı olduğu pula görə Seymurun 15000 manat onlara pul verəcəyini və Tahirin əvvəllər ona (Seymura) etdiyi yaxşılığı ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan sonra Seymuru gözləsələr də verdikləri pulu qaytarılmamışdır. Məhkəmə iclası zamanı onun nümayəndəsi Müdafiəçi5 mülki iddia ilə bağlı qeyd etmişdir ki, mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və X27 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən ona vurmuş olduqlarrı 18000 manat məbləğində ziyanın və mülki iddia ilə bağlı ödənilmiş 144 manat dövlət rüsumunun əvəzi vəkilə hüquqi xidmət üçün ödənilən 150 manatı təqsirləndirilən şəxslər mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mülki iddiaçıya verilməsini xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ona dəymiş 18000 manat ziyandan 9000 mantını, ödənilmiş dövlət rüsumunun 110 manat hissəsi və vəkil xidmət üçün ödənilmiş məbləğin 72 manat hissəsini ödəmişdir. Təqsirləndirilən şəxs1 barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir eyni zamanda dəymiş ziyanın qalan hissəsini tələb edir. Təqsirləndirilən şəxs2 ağır cəza verilməsini xahiş edir. Məhkəmə əvvəlki məhkəmə iclasında zərərəçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 36 saylı binada yerləşən İnkişaf üçün Maliyyə bank olmayan kredit təşkilatında çalışır və aylıq 400 manat maaş alır. Təşkilatın rəhbərliyi ona yeni iş yeri tapmağını iş yerlərinin ixtisar olunacağını demişdir. Ona görə də, qohumlarından və tanışlarımdan münasib iş yeri olarsa ona demələrini istəmişdir. Şahid2 2023-cü ilin dekabr ayının sonlarında tanımışdır. Belə ki, Novruzun bacısının əri Tofiq Ağdaş rayonu, Aşağı Nemətabad kəndində dayısıZərərçəkmiş şəxs3la eyni kənddə yaşayır. 2023-cü ilin dekabr ayının sonunda dayısı Namət zəng edərək, həmkəndliləri Tofiqin vəfat etdiyini və onun yas mərasimində Tofıqin qohumu olan Novruz adlı şəxsin də iştirak etdiyini, həmin şəxsin onun işlə təmin olunmağına köməklik edə biləcəyini dedi. Dayısı ondan səhiyyə sahəsində işləmək istəyib-istəmədiyini soruşdu. Oda İcbari tibbi sığorta şöbəsində işləyə biləcəyini dedi. Həmin gün Novruz ona zəng edərək, həmin iş yerində işləmək istəyib-istəmədiyini soruşduqda razı olduğunu dedi. Novruz ona iş üçün 7.500 manat pul verəcəyini, onun özünə isə işə köməklik etdiyi üçün vasitəçi kimi 200 manat pul verməyini istədi. Oda razılaşdı. Novruz ona 2024-cü ilin yanvar ayının 7-10-u aralığında işlə təmin olunacağını və aylıq 750 manat pul alacağını dedi. xx.xx.2023-cü il tarixdə «Ekspress» bankın Mingəçevir şəhər filialından 4.000 manat məbləğdə kredit götürdü və həmin gün qeyd olunan məbləği Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Uni Bankın» Mingəçevir şəhər filialının qarşısında Novruza verdi. Novruza qalan pulu işə düzəldikdən sonra verəcəyini söylədi. Həmin vaxt yanında Novruz Təqsirləndirilən şəxs1 zəng edərək pulun qalan hissəsini sonra verəcəyi barədə ona bildirsə də, həmin vaxt Novruz işi Tahirin vasitəsilə həll edəcəyini, Tahirin vəkil kimi çalışdığını və tanışının vasitəsilə işi həll edəcəyini demişdir. Tahir Novruza pulun tam şəkildə verilməli olduğunu dedi. Oda qalan 3.700 manat pulu borc kimi tapdı və xx.xx.2023-cü il tarixdə həmin pulu Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən «Unibankın» qarşısında Novruza verdi. Bundan təxminən bir neçə gün sonra dayısı Namət bizə gəldi və ona 5.000 manat pul verib, oğlunu Mingəçevir şəhərində TTYS-da «sürücü» kimi işə düzəldəcəyini, həmin pulu Novruza verməyini istədi. Oda həmin pulu «Uni Bankın» qarşısında Novruza verdi. Lakin dayısı ilə Novruz arasında hansı danışığın olmasını dəqiq bilmirdi. Novruz yanvar ayında onun işə çıxmalı olduğunu deməsinə baxmayaraq gah prezident seçkilərinin olduğunu, gah da keçən ilin hesabatlarının aparılması kimi bəhanələr gətirməklə işi yubatdı. 2024-cü ilin mart ayında Novruz iş yerimin qarşısına gələrək işdən 1 ay ərzində çıxmağını, xəstəxanadan sağlamlıq haqqında arayış və digər sənədləri almağını, işi həll edən Seymur adlı şəxsin TƏBİB-də məsul şəxs olduğunu, Seymurun onunla görüşərək həmin sənədləri ondan alacağını dedi. Həmin sənədləri topladıqdan sonra Novruz ondan sənədləri verdiyi nömrəyə göndərməyini istədi, o, da həmin nömrəyə sənədləri göndərdi. Sonradan qeyd olunan telefon nörməsinin Tahirə məxsus olduğunu bilmməmişdir. Qeyd olunan sənədləri də toplayıb, Mingəçevir şəhəri, M.Maqomayev prospektində sənədləri qabaqcadan görmədiyi və tanımadığı özünü Seymur kimi təqdim edən şəxsə verdi, Seymur ona həmçinin fevral ayı üçün köhnə tarixə işə qəbulla bağlı olan ərizə yazdırdı. 2024-cü ilin may ayında Seymur onunla əlaqə saxlayaraq kadr şöbəsinin əməkdaşına vermək üçün 100 manat pul istədi, xatırladığım qədəri ilə Seymurun həyat yoldaşı Şahid3 adına olan «Kapital Bank» kartına 100 manat göndərmişdir. Keçən müddətdə isə işlə təmin olunmamış və ona vurulmuş maddi ziyan ödənilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Novruzu tanıyanda jurnalist olduğunu, həmçinin sosiala iş düzəltdiyini bildirmişdi. O, pulu verdikdən sonra X36 gəlməyini orada Tahir adlı şəxslə görüşəcəyini bildirdi və o, Tahiri orada gördü. Tahir pulu aldığını qəbul edirdi. Bir nəfər var oğlu yaxşı yerlərdə işləyir onun vasitəsilə işin düzələcəyini bildirmişdi. Ona Novruz dedi ki “TƏBİB”-in adamı ilə görüşəcək, həmin adam Seymur adlı şəxs idi. Seymur dedi ki, 5000 manatı o, işlə əlaqədar “TƏBİB”-ə vermişdir. Seymur Tahirin ona borcu olduğuna görə 5000 manatı ona verdiyini demədi. Ümumilikdə 7600 manat məbləğində pul vermişdir. O, cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iddia qaldırmışdır. İddiasında cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun etibarından sui istifadə edərək ona qarşı dəəduzluq əməli törədərək ona maddi ziyan vurmuşlar. Onu işə düzəltmək adı ilə 7500 manat və əlavə olaraq 200 manat pulunu almışlar. Cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 7000 manat məbləğində pulun və ödənilmiş 97 manat dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq öna ödənilməsini xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ona dəymiş 7500 manat ziyandan 3750 mantını ödəmişdir. Qalan ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs2 tərəfindən heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs1 barədsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 isə ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Şahid2 həmkəndlisidir. 2023-cü ilin dekabr ayında yas mərasimində Novruzla görüşmüşdür, həmin vaxt söhbət əsnasında Novruz ona Mingəçevir, Ağdaş və Yevlax şəhər X3 Tibbi Yardım stansiyalarına sürücü axtarıldığını, bu işi görə biləcək tanışının olduğunu, həmin şəxsin də TƏBİB-də yüksək vəzifədə çalışdığını dedi. Həmçinin oğlu Elşən Əhmədovu həmin işə düzəltməyə köməklik edə biləcəyini bildirdi. Novruzdan işi düzəltmək üçün nə qədər pul lazım olduğunu soruşduqda Novruz ona ilkin olaraq 8.000 manat məbləğdə pul vəsaitinin lazım olduğunu bildirdi. Sonradan isə ona zəng edərək maaşların artırıldığını, oğlunun işə düzələcəyi halda aylıq 950 manat maaş alacağını, bu səbəbdən də həmin işə düzəlmək üçün 10.000 manat pul verməli olduğumu bildirdi. Novruzun dediyi ilə razılaşaraq işi alınacağı təqdirdə oğlunu Mingəçevir şəhərində, alınmasa isə rayonların birində işə düzəltmək istədiyini bildirdi. Həmin pulu Novruza vermək üçün xx.xx.2023-cü il tarixdə Bank Respublikanın Mingəçevir filialından 4.000 manat məbləğdə kredit götürmüş, habelə qudası Ayaz Abbasovdan 1.000 manat borc almışdır. Düzəltdiyi 5.000 manat pulu həmin gün axşam saatlarında bacısı qızı Aynura verərək həmin pulu Norvuza çatdırmasını xahiş etdi. Aynur Novruzu tanıdığından və Ağdaş rayonuna qayıtmalı olduğundan həmin pulu Novruza verməsi üçün Aynura vermişdir. xx.xx.2023-cü il tarixdə Aynur həmin pulu Mingəçevir şəhərində Novruza vermişdir. Bundan sonra yerdə qalan 5.000 manat pulu düzəltmək üçün özünə məxsus olan “VAZ 2107” markalı avtomobili və 1 baş inəyini satdı. xx.xx.2024-cü il tarixdə 5.000 manat pulu götürüb Mingəçevir şəhərinə gəldi. Mingəçevir şəhərində Mərkəzi Poçtun yaxınlığında Novruzla görüşdü. Novruzla görüşən zaman birlikdə Təqsirləndirilən şəxs1 çalışdığı ofisə getdilər. Orada 5.000 manat manat pulu Novruzun yanında Tahirə verdi. Tahirlə və Novruzla həmin vaxt aralarında danışıq oldu və həmin vaxt Tahir əvvəlki 5.000 manat pulun da ona verildiyini, ümumilikdə 10.000 manat pulun hamısının onda olduğunu, işi TƏBİB-də çalışan tanışının vasitəsilə həll edəcəyini dedi. Həmçinin Tahir işin 2024-cü ilin mart ayında həll olunacağını bildirmişdi. Lakin buna baxmayaraq iş həll olunmadı. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, O, ümumiyyətlə, Seymuru tanımamışdır. Əəvvəldən heç kimdən Novruzun onları aldatdığını eşitməmişdir. Novruza 200 manat şirinlik vermişdir. Söz-söhbət yarandıqda oğlu 200 manatı Novruzdan almışdır. 2 dəfə 5000 manat məbləğində pul verilmişdir. Hər 5000 manata görə 200 manat Novruza vermişdir. 10000 manatdan 8500 manatını Seymura göndərmişdir. 10000 manatdan 1000 manatını özünə götürmüşdür. Pulları borcunun ödənilməsi məqsədi ilə Tahir ona göndərmişdir. O, cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia qaldıraraq onun oğlunu işə düzəltmək adı ilə 10000 manat pulunu almışlar. Cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 10000 manat məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq öna ödənilməsini xahiş edir. Həmçinin Təqsirləndirilən şəxs1 ona dəymiş 10000 manat ziyanın yarsını ödəmişdir. Qalan ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs1 barədsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 tərəfindən heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs2 ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin yerləşdiyi binanın 2-ci mərtəbəsində Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsində şair- publisist kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs1 da Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində hüquqşünas kimi fəaliyyət göstərirdi. 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs1la söhbət əsnasında Tahir Mingəçevir şəhəri, ətraf şəhər və rayonların Mərkəzi Xəstəxanasında TTYS-na «sürücü» kimi adam düzəldə biləcəyini söylədi. Oda həmin vaxt Təqsirləndirilən şəxs1 bu sözündən sonra oğlu Mübariz Sarıyevin işsiz olduğunu və onu işə düzəldə bilib-bilməyəcəyini soruşdu. Təqsirləndirilən şəxs1 ona övladını 2 ay ərzində Yevlax rayon Mərkəzi Xəstəxanasında TTYS-na «sürücü» kimi işə düzəldə biləcəyinə söz verdi. Təqsirləndirilən şəxs1 oğlunu Yevlax rayon Mərkəzi Xəstəxanasında TTYS-na deyil, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında TTYS-na düzəltməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 da çalışıb, köməklik edəcəyini bildirdi. Təqsirləndirilən şəxs1 oğlunu Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasında TTYS-na «sürücü» kimi işə düzəltmək müqabilində 10.000 manat məbləğində pul istədi. Lakin o, qeyd olunan məbləğin çox olduğunu, 9.000 manat pul verə biləcəyini bildirdi, Təqsirləndirilən şəxs1 da razılaşdı. Bundan sonra Təqsirləndirilən şəxs1la etdiyi söhbəti oğlu Mübariz Sarıyevə dedi. Sonra oğlu işə düzəlmək üçün xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində «Ekspress» bankdan 9.000 manat məbləğdə kredit götürüb, ona verdi. Oda elə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə oğlundan pulu götürərək Təqsirləndirilən şəxs1la telefon əlaqəsi yaratdı, Təqsirləndirilən şəxs1 həmin vaxt işdə olduğunu, bir neçə dəqiqədən sonra isə Mingəçevir şəhəri Diş Poliklinikasının yaxınlığında yerləşən hüquq məsləhətxanasına gedəcəyini bildirərək oraya gəlməyini istədi. Təqsirləndirilən şəxs1la danışığını bitirdikdən sonra Tahirin dediyi ünvana gedərək, orada onu gözləməyə başladı, təxminən yarımsaat sonra Təqsirləndirilən şəxs1 gəldi və birlikdə ofisə keçdilər. Ofisə keçdikdən sonra 9.000 manat pulu cibindən çıxardıb Təqsirləndirilən şəxs1 verdi. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs1 2024-cü ilin mart və ya aprel ayına kimi oğlunun işə düzəlməsilə bağlı əmrin veriləcəyini bildirdi. Təqsirləndirilən şəxs1 dediyi vaxta qədər gözlədi. Daha sonra Təqsirləndirilən şəxs1la dəfələrlə əlaqə saxlasa da Təqsirləndirilən şəxs1 hər dəfəsində oğlunun işə düzəlmə əmrinin yubandığını və növbəti ay olacağını bildirirdi. Həmin vaxt Təqsirləndirilən şəxs1 əgər oğlunun iş məsələsi alınmırsa pulunu qaytarmasını istədi. Təqsirləndirilən şəxs1 isə pulu Seymur adlı şəxsə verdiyini bildirdi. Təqsirləndirilən şəxs1 pulunu qaytarmasını, Seymur adlı şəxsi tanımadığını söylədi. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 ona Seymur adlı şəxsin telefon nömrəsini verdi. Seymur adlı şəxsə zəng etdi və Seymurla telefon danışığı zamanı Seymur Təqsirləndirilən şəxs1 borclu olduğunu və onun Təqsirləndirilən şəxs1 verdiyi 9000 manat pulu özünün qaytaracağını, bir müddət səbirli olmağını bildirdi. Sonradan dəfələrlə Seymurla telefon əlaqəsi yaratsa da, hər dəfəsində onu aldadaraq pulu tezlikdə qaytaracağını bildirirdi. Bundan sonra Təqsirləndirilən şəxs1 barəsində polis şöbəsinə şikayət etdi. Tahir Seymurun kim olduğunu və hansı vəzifədə çalışdığını deməmişdi. Seymurla ancaq telefon vasitəsi ilə danışmışdır. Seymuru o, məhkəmədə gördü. Seymurla danışanda pulun onda olduğunu qəbul edirdi. Seymur dedi ki, 8000 manat ona çatmışdır. İşə düzəltməklə bağlı Seymurla danışığı olmamışdır. O, cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia qaldıraraq cavabdeh Təqsirləndirilən şəxs1 10000 manat məbləğində pulun alınaraq öna ödənilməsini xahiş edir. Həmçinin Təqsirləndirilən şəxs1 ona dəymiş 9000 manat ziyandan 4500 manatını ödəmişdir. Qalan ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs1 barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 tərəfindən heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs2 ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 təxminən 6 ilə yaxındır ki, tanıyır. 2023-cü ilin dekabr ayının gününü xatırlamadığı tarixində Ağdaş rayonunda yas mərasimində iştirak edən zaman onunla bir masada həmkəndlisi Zərərçəkmiş şəxs3 da əyləşmişdir. Yas mərasimindən təxminən 2-3 ay əvvəl Zərərçəkmiş şəxs3la Mingəçevir şəhərində görüşən zaman Zərərçəkmiş şəxs3 ondan oğlunu işə düzəltməyə köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3 Mingəçevir şəhərində yerləşən Yaşıllaşdırma İdarəsində işlə təmin olunmasına köməklik edə biləcəyini, lakin hazırda boş yerin olmadığını, yalnız 2024-cü ilin yanvar ayından boş yerlərin olacağını bildirmişdir. Həmçinin yas mərasimində Zərərçəkmiş şəxs3 TƏBİB-də Təqsirləndirilən şəxs1 adlı tanışının olduğunu bildirmiş, Mingəçevir şəhər xəstəxanasında boş iş yerlərinin olduğunu, kim istəyirsə həmin vəzifələrə işlə təmin olunmasına köməklik edə biləcəyini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3 hazırda imkanının olmadığını, ancaq qardaşı qızı Aynur adlı qadının şəhər xəstəxanasında işlə təmin olunmağına kömək etməsini ondan xahiş etmişdir. Ertəsi gün Zərərçəkmiş şəxs2 ona telefon zəngi edərək, onun nömrəsini dayısı Namətdən aldığını və onunla görüşmək istədiyini bildirmişdir. Növbəti gün Zərərçəkmiş şəxs2 ilə onun iş yerinin qarşısında görüşüb, ona Mingəçevir şəhər xəstəxanasına düzəlmək istədiyini, işin detalları ilə bağlı suallar vermişdir. O da Zərərçəkmiş şəxs2 həmin vaxt Təqsirləndirilən şəxs1 dediyi kimi. Tibbi Sığortaya işə düzəlməyin qiymətinin 7.500 olduğunu bildirmişdir. Aynur Cabbarovuda ona ertəsi gün 4.000 manat verəcəyini, yerdə qalan 3.500 manatı isə sonra vermək istədiyini bildirmişdir. Ertəsi gün Zərərçəkmiş şəxs2 ilə sonuncunun iş yerinin qarşısında görüşmüşdür. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 zəng edərək, Zərərçəkmiş şəxs2nm onunla danışmasını bildirmişdir. O, telefonu Zərərçəkmiş şəxs2 vermişdir. Tahir və Aynur bir neçə dəqiqə danışdıqdan sonra Təqsirləndirilən şəxs1 ona telefonda 4.000 manat pulu Zərərçəkmiş şəxs2 götürüb ona (Təqsirləndirilən şəxs1) gətirib verməli olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs2 4.000 manat pulu götürüb Mingəçevir şəhərində .yerləşən Diş Poliklinikasının yanında Tahirin işlədiyi ofisin qarşısına getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ofisin qarşısında dayanmışdır. Oraya çatdıqda Təqsirləndirilən şəxs1 ona ofisin qarşısında olan avtomobilə əyləşməsini işarə etmişdir. O və Təqsirləndirilən şəxs1 avtomobildə arxada əyləşmişlər. Avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs1 ona sükan arxasında əyləşən şəxsi işarə edərək, həmin şəxsin işi düzəldən şəxs olduğunu bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 aldığı 4.000 manat pulu Təqsirləndirilən şəxs1 vermiş, yerdə qalan 3.500 manat pulu isə ertəsi gün verəcəyini bildirərək, avtomobildən düşmüşdür. Həmin günün səhəri yenidən Zərərçəkmiş şəxs2 ilə onun iş yerinin qarşısında görüşmüşdür. Zərərçəkmiş şəxs2 pulu ona verən zaman dayısı Zərərçəkmiş şəxs3 da onların yanında olmuşdur. O, 3.500 manat pulu Aynurdan alıb Zərərçəkmiş şəxs3 avtomobilinə əyləşərək Təqsirləndirilən şəxs1 işlədiyi MKTBİ-nə getmişdir. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs1 zəng edərək, çölə çıxmasını demişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 çölə çıxmışdır. O Zərərçəkmiş şəxs2 aldığı 3.500 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 da pulu ondan aldıqdan sonra telefonla kiməsə zəng edib, qalan pulun gətirilməsini bilmişdir. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs3 ona zəng edərək oğlunun Mingəçevir şəhər xəstəxanasının TTYS-na işə düzəlməyi üçün Təqsirləndirilən şəxs1la razılaşdığı 10.000 manat pulun 5.000 manatını düzəltdiyini, həmin 5.000 manat pulu səhər qardaşı qızı Aynurdan götürməyi və Təqsirləndirilən şəxs1 verməyi istəmişdir. Zərərçəkmiş şəxs2 ilə həmin günün səhəri görüşüb 5.000 manat pulu ondan alıb Təqsirləndirilən şəxs1 ofisinə aparıb orada sonuncuya vermişdir. Təxminən 10 gün sonra Namət ona telefon zəngi edərək yerdə qalan 5.000 manatı düzəltməsini və Təqsirləndirilən şəxs1la görüşüb sonuncu ilə tanış olmaq istəməsini bildirmişdir. O və Namət həmin günün səhəri Tahirin işlədiyi ofisin qarşısında görüşüb Tahirin yanma getmişlər. Tahirin yanında bir neçə dəqiqə söhbət etdikdən sonra Zərərçəkmiş şəxs3 5.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra o və Namət ofisdən çıxıb getmişlər. Verilən suallara cavab olaraq o, bildirmişdir ki, Zərərçəkmiş şəxs2 Mingəçevir şəhər X11 Tibbi Sığorta Xidmətinin qeydiyyat şöbəsinə «operator» kimi işə düzəltməsi üçün ondan aldığı 7.500 manat pulu Təqsirləndirilən şəxs1 verərkən Təqsirləndirilən şəxs1 həmin şəxsləri aldadacağını bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ona bu haqda məlumat verməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 pul almamışdan öncə Təqsirləndirilən şəxs1 ona TƏBİB-də tanışı olmasını, Mingəçevir şəhər xəstəxanasında boş iş yerlərinin olduğunu və kim istəyirsə həmin vəzifələrə işlə təmin olunmasına köməklik edə biləcəyini demişdir. O da həmkəndlim Zərərçəkmiş şəxs3 bu haqda məlumat vermişdir. Zərərçəkmiş şəxs3 ilk öncə qardaşı qızı Zərərçəkmiş şəxs2 daha sonra oğlu Elşən Əhmədova işlə təmin olunması üçün köməklik etməsini ondan istəmişdir. O da həmin şəxslərdən pulu alaraq Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 ona işi düzəldən şəxsin kimliyi və həmin şəxsin Təqsirləndirilən şəxs2 olması barədə heç bir məlumat verməmişdir. Sadəcə həmin şəxsin işi düzəldən şəxs olduğunu bildirmişdir. Lakin həmin vaxtdan təxminən 1 ay sonra Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 oğlu X17 işlərinin hansı müddətdə həll olunacağı ilə bağlı söhbət edərkən, Təqsirləndirilən şəxs1 ona Aynur Cababrovadan aldığı 4000 manat pulu Təqsirləndirilən şəxs1 işlədiyi ofisin qarşısında avtomobildə Tahirə verərkən, avtomobildə sükanın arxasında əyləşən şəxsin, yəni işi düzəldən şəxsin Seymur olduğunu bildirmişdir. O, Aynur Cababrovadan aldığı 4000 manat pulu Təqsirləndirilən şəxs1 işlədiyi ofisin qarşısında avtomobildə Tahirə verərkən, avtomobildə sükanın arxasında əyləşən şəxsin yəni işi düzəldən şəxsin, o və Təqsirləndirilən şəxs1la söhbət edərkən sadəcə başını sağa çevirərək söhbət etdiyi üçün həmin şəxsin üzünü tam görmədiyinə görə onun simasını xatırlamır. Zərərçəkmiş şəxs2 aldığı ilk öncə 4000 daha sonra 3500 manat ümumilikdə 7500 manat pulu Təqsirləndirilən şəxs1 verdikdən sonra Təqsirləndirilən şəxs1 həmin 3500 manat puldan 200 manatını ona “müştəri” tapdığı üçün vermişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 10000 manat pulu alıb Təqsirləndirilən şəxs1 verdikdən sonra Təqsirləndirilən şəxs1 həmin puldan 150 manatını eyni ilə “müştəri” tapdığı üçün ona vermişdir. Onun yuxarıda adları çəkilən şəxslərdən pulları alıb Təqsirləndirilən şəxs1 verməyində məqsədi həmin şəxslərin həmkəndliləri olduqları üçün onların işlə təmin olunmasında hər hansı yardımının olması olmuşdur. Sadəcə Təqsirləndirilən şəxs1 hüquqşünas olduğu üçün insanları aldatmayacağmı, eyni zamanda sözünə inandığı üçün həmin şəxslərdən pul alıb Təqsirləndirilən şəxs1 vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 14 ilə yaxındır ki, Göyçay şəhər Mərkəzi Xəstəxanasında «tibb bacısı» vəzifəsində çalışır. Təqsirləndirilən şəxs2 onun qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs2 uzun illər sahibkarlıq fəaliyyəti məşğul olmuşdur. Təxminən 2016-cı ildən etibarən işlədiyi sahə üzrə uğursuzluqlar əldə etdiyi üçün müflisləşmişdir. Bundan sonra o və onun ailə üzvləri yəni bacısı, atası, anası Seymura dəstək olmağa başlamışlar. Qardaşı Seymur müflisləşdikdən sonra ondan həbs olunmamışdan əvvələ qədər ayrı-ayrı vaxtlarda borc pul istəmişdir. O da həmin vaxtlarda müəyyən məbləğlərdə Seymura borc pul vermişdir. Bundan başqa, Seymur ondan aldığı borc pulları qaytarmaq üçün ondan kart nömrəsi istəmişdir. O da həmin vaxt Seymura istifadəsində olan «Kapital Banka» məxsus **********664764 bank kartını göndərmişdir Bununla yanaşı yuxarıda qeyd olunan kart hesabı 2022-ci ildən etibarən hazıradək olan müddət ərizndə onun istifadəsindədir. Bundan başqa, ehtiyacı olarkən yaxın qohumlarından borc pul istəyən zaman həmin kart hesabına göndərmişlər. Təqsirləndirilən şəxs1 tanımır, onunla heç bir ünsiyyəti olmamış, sadəcə adını eşitmişdir. Belə ki, qardaşı Seymur tutulduqdan sonra həmin şəxsin şəxsiyyəti haqqında məlumatı olmuşdur. Verilən suallara cavab olaraq ona aid kart hesabının qardaşı Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 nə səbəbə göndərilməsini bilmir. Təqsirləndirilən şəxs2 ondan borc pul istədikdən sonra həmin pulu geri qaytarmaq üçün ondan kart nömrəsi istəmiş, o da həmin kartı ona göndərmişdir. Qardaşı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 bir qrup vətəndaşı aldatması barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 4 ilə yaxındır ki, Göyçay şəhəri, Çaxırlı kənd tam orta məktəbində müəllimə işləyir. Təqsirləndirilən şəxs2 onun həyat yoldaşıdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs2 uzun illər sahibkarlıq fəaliyyəti məşğul olmuşdur. Təxminən 2016-cı ildən etibarən işlədiyi sahə üzrə uğursuzluqlar əldə etdiyi üçün müflisləşmişdir. Bundan sonra baldızları, qayınatası, qayınanası onlara dəstək olmağa başlamışlar. Həyat yoldaşı Seymur həbs olunduqdan sonra da hazıradək olan müddət ərzində Seymurun bacıları onların ailəsinə yardım göstərməyə davam etmişlər. Təqsirləndirilən şəxs1 tanımır, onunla heç bir ünsiyyəti olmamışdır. Həmin şəxsin sadəcə adını eşitmişdir. Belə ki, həyat yolddaşı Seymur tutulduqdan sonra həmin şəxsin, yəni Təqsirləndirilən şəxs1 şəxsiyyəti haqqında məlumatı olmuşdur. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 hər hansı bir şəxslərə qarşı dələduzluq edib-etməmələri barədə məlumatı yoxdur. Yalnız həyat yoldaşı həbs olunduqdan sonra bu haqda məlumatı olmuşdur. **********784137 nömrəli Kapital Banka aid plastik kart hesabı təxminən 2023-cü ildən ona məxsusdur. Lakin həmin kart hesabından həyat yoldaşı Seymur istifadə etmiş və həmin plastik kart daim həyat yoldaşında olmuşdur. Mobil telefonunda olan «Birbank» mobil tətbiq vasitəsilə ona məxsus kart hesabına 2023-cü ilin dekabr ayının 12-si 400 manat, 18-i 500 manat, 18-i 1070 manat, 27-si 2700 manat, 29-u 2100 manat və 2024-cü ilin yanvar ayının 26-sı 3300 manat məbləğlərdə köçürülən pullar ilə bağlı məlumatı olsa da, plastik kart həyat yoldaşı Seymurun istifadəsində olmuş, Seymura köçürülən pul vəsaitləri ilə bağlı sual verildikdə Seymur ona həmin pul vəsaitinin tikinti materillarının sifarişi ilə bağlı müştərilər tərtəfındən göndərildiyini bildirmişdir. Lakin həmin pulların kim tərəfindən və hansı məqsədlə göndərilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həmyerlisi kimi uzun zamandır tanıyır, onunla arasında ədavət və düşmənçilik olmamışdır. X2 Kazıımov 2023-cü ilin noyabr ayında törətdiyi cinayətə görə Göyçay RPŞ-də CM-nin 126.2.4-cü maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs1 oğlu Əhsənə hüquqi yardım və məsuliyyətdən azad olunmasında köməklik edəcək şəxs soraqlayarkən həmin ilin noyabr ayında ona əslən Göyçay rayonundan olan Mingəçevir şəhərinə vəkillik fəaliyyəti ilə məşğul olan Tahir adlı şəxsin olmasını, onunla görüşüb Əhsənin işi barədə məsləhətləşməyi bildirmişdir. 13 noyabr 2023-cü il tarixdə qohumu Zərərçəkmiş şəxs1 ilə birlikdə Mingəçevir şəhərinə gələrək Tahir ilə görüşmüşlər. X10 törətdiyi cinayət barədə ona danışıb məsləhətləşərəkən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Əhsənin törətdiyi cinayətin daha yüngül yəni CM-nin 126.1-ci maddəsinə tövsif etdirə bilər həmçinin gələcəkdə məhkəmədə bəraətverici əsaslarla cinayət işinə xitam verdirə bilər. Zərərçəkmiş şəxs1 prosesin necə olacağını ondan soruşanda Tahir bildirmişdir ki, yüksək vəzifədə işləyən tanışı var, onun vasitəsilə ilkin olaraq maddəni yüngül maddəyə tövsif etdirəcəkdir, gələcəkdə iş məhkəmədə olarkən cinayət işini xitam etdirəcəkdir. Bunun qarşılığında 8500 manat pul tövsif üçün 9000 manat isə xitam üçün verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşmışdır. Lakin həmin gün Zərərçəkmiş şəxs1 özü ilə 5000 manat gətirdiyi üçün oğlunun ittiham olunduğu maddəni yüngül maddəyə tövsif etdirməsi gələcəkdə də məhkmədə xitam məqsədilə 5000 manatı həmin gün qalan 12500 manatı isə hissə-hissə verə biləcəyini bildirmişdir. Tahir də razılaşmışdır. Həmin gün Zərərçəkmiş şəxs1 5000 manat pulu Təqsirləndirilən şəxs1 onun yanında sayaraq təhvil vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onlarla iş barəsində həm söhbət edərək vəd verərəkən həmin pulu alıb onları yola salanadək heçkimlə hər hansı danışıq yaxud sövdələşmə aparmamışdır. Yenidən 24 noyabr 2023-cü il tarixdə o, qohumu İdris ilə birlikdə Mingəçevir şəhərinə gəlmiş, Tahir Qurbnanov ilə Asan xidmət mərkəzində görüşmüş və 4000 manat pulu İdris Tahirə oğlunun cinayət işinin tövsifı və xitamı məqsədilə vermişdir. Həmin söhbət zamanı ondan işin gedişatmm nə yerdə olmasını soruşanda onlara narahat olmamaqlarmı bildirib hər şeyin qaydasında olmasını bildirmişdir. Daha sonra Asan xidmət mərkəzində notariat kantoruna gedərək, İdris öz adından Tahir Qurbanava etibarnamə verərək ona ( Zərərçəkmiş şəxs1) oğlu Əhsənin hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamaq hüquqlarını etibar etmişdir. İdris Təqsirləndirilən şəxs1 soruşanda ki, vəkillə müqavilə bağlanacaqsa sənin iş görən tanışın bizə nə köməklik edəcək, o da bildirmişdir ki, özü lazım olan şəxslərin pulunu verib razılığını aldıqdan sonra vəkil formal olaraq prosesə qoşulacaqdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 inanmış və razılaşmışdır. Daha sonra Yevlax şəhər ərazisində vəkillik fəaliyyəti ilə məşğul olan Şahid6 adlı vəkil ilə oğlu Əhsənin hüquqlarının müdafiəsinə dair müqavilə bağlanmış və Şahid6 Əhsənin barəsində isitntaq aparılan cinayət işinə qoşulmuşdur. Təxminən dekabr ayının 12-də Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 zəng edərək təbrik məzmunlu ifadələr işlədərək oğlunun ittiham olunduğu maddənin tövsif olunduğunu bildirib onlara gözaydınlığı vermiş və təcili məhkəmədə xitam işinə də danışıb həll etmək məqsədilə vəd olunan 9000 manat pulu da verməyini bildirmişdir. Onlar yenidən İdrislə birlikdə Mingəçevir şəhərinə gəlmiş, Təqsirləndirilən şəxs1 ofisində İdris 9000 manat pulu sayaraq vermişdir. Təqsirləndirilən şəxs1 da bildirmişdir ki, Əhsənin işini danışıb həll edib iş məhkəməyə getdikdə cinayət işinə xitam veriləcək və Əhsən buraxılacağını bildirmişdir. Yenə söhbət zamanı Tahir bildirmişdir ki, iş danışılıb hazırdı onlara narahat olmamaqlarmı bildirsə də lakin kimlə hansı vəzifədə işləyən şəxslərlə işi danışıb həll etməsi barədə heç bir məlumat verməmişdir. Daha sonralar Əhsənin barəsində cinayət işi üzrə istintaq tamamlanmış və 126.2.4-cü maddəsi ilə iş baxılması üçün Şəki ağır Cinayətlər məhkməsinə göndərilmiş və orada da həmin maddə ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 tərəfindən aldanmaqlarını başa düşüb ondan ( Təqsirləndirilən şəxs1) baş verənləri soruşanda onlara yenə də narahat olmamaqlarmı bildirmişdir. Bundan sonra vəkil Şahid6 ilə əlaqə saxlayıb görüşüb söhbət etmişlər, Şahid6 bildirmişlər ki, Təqsirləndirilən şəxs1 tövsif və xitam etdirməsi məqsədilə 17500 manat pul vermişlər. Şahid6 da bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Şahid6 müqavilə üçün 700 manat pul vermişdir. Bundan sonra aldanmaqlarına tam əmin olub Tahirdən pulu qaytarmasını tələb edəndə Təqsirləndirilən şəxs1 da qaytaracağını bildirsə də qaytarmamışdır. Təxminən 2024-cü ilin mart ayın 25- də ona özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxs zəng edərək onunla görüşmək istəməsini bildirmişdir. Həmin gün o, Seymur adlı şəxslə Göyçay şəhərində görüşmüşdür. Seymur ona Təqsirləndirilən şəxs1 oğlu ilə dost olduqlarını Tahirin əvvəllər Təqsirləndirilən şəxs2 böyük yaxşılığı keçdiyini bildirib onun (Təqsirləndirilən şəxs1) Zərərçəkmiş şəxs1 qaytarmalı olduğu pula görə özü ( Təqsirləndirilən şəxs2) 15000 manat onlara pul verəcəyini və Tahirin əvvəllər Seymura etdiyi yaxşılığı ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan sonra Seymuru da gözləsələr də lakin pulu qaytarmamışlar, buna gördə də polis şöbəsinə şikayət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Şahid2 uzun müddətdir ki, həmkəndlisi kimi tanımışdır. Onunla normal münasibəti olmuş, heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 Sadiq oğlunu isə təxminən 2024-cü ilin yanvar ayından tanımışdır. Onunla əvvəllər heç bir münasibəti olmamışdır. Belə ki, təxminən 2024-cü ilin yanvar ayında qardaşı qızı Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayaraq həmkəndlisi Novruza, Aynuru Mingəçevir şəhər X8 Tibbi Sığorta xidmətinə işə düzəlmək üçün ümumilikdə 7.500 manat pul verdiyini, həmçinin Novruza da köməklik üçün 200 manat pul verdiyini bildirmişdir. O da həmkəndlisi olan Novruzla əlaqə saxlayaraq işin nə yerdə qalmasını, əgər iş həll olunmursa gətirib pulları qaytarmağını demişdir. Həmin vaxt Novruz Aynurdan şirinlik kimi aldığı 200 manatdan başqa aldığı pulların hamısını Mingəçevir şəhəri ərazisində hüquqşünas fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs1 verdiyini demişdir. O da Tahirin Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisinə getmişdir. Tahirlə arasında olan danışıq zamanı Tahir Aynurun verdiyi 7.500 manat pulu Novruzun gətirib verdiyini, həmin puldan 200 manat pulu Novruza verdiyini, qalan 7.300 manat pulun 2.300 manatını özünə götürdüyünü, 5.000 manat pulu isə tanışı Təqsirləndirilən şəxs2 verdiyini demişdir. Lakin pulun Seymura verilməsi ilə bağlı olaraq ona heç bir sənəd təqdim etməmişdir.Həmçinin Tahir ona Seymurun TƏBİB-də çalışdığını demiş, lakin hansı vəzifəni icra etdiyini deməmişdir. O, sonradan Seymurla danışan zaman Seymur TƏBİB-də işləmədiyini demişdir. O, Seymurla əlaqə saxlayaraq Aynurdan aldığı pulu qaytarmasını tələb edəndə Seymur pulun 5.000 manatının həqiqətən onda olduğunu, lakin Aynurun işinin həll olunmadığı təqdirdə ümumilikdə 7.500 manat pulu özünün qaytaracağını demişdir. Həmin ərəfələrdə qardaşı Zərərçəkmiş şəxs3 da Novruza oğlu Elşənin Mingəçevir şəhəri X12 Tibbi Yardım avtomobilinə sürücü kimi işə düzəlmək üçün 5.000 manat pul verməsini bilmişdir. Lakin sonradan Namət oğlunun işinin həll olunması üçün xx.xx.2024-cü il tarixdə 5.000 manat pulu Mingəçevir şəhəri, 20 Yanvar küçəsində Tahirin ofisində ona verməklə oğlunun işə düzəlməsi üçün ümumilikdə 10.000 manat pul verməsini öyrənmişdir. Lakin qeyd olunan məbləğlərdə pul vəsaitinin verilməsinə baxmayaraq həmin şəxslər verdikləri vədlərinə əməl etməmiş, qardaşı qızı Aynur və qardaşı Namətdən aldığı pulları geri qaytarmamışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında əlavə şahid kimi dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əmisi oğludur. Əmi oğlu bir gün ona zəng etdi ki, Suraxanı rayonu Polis İdarəsinə getsinlər. Oğlu xaricdə idi və özü də xəstə olduğundan tək gedə bilmirdi. Bir yerdə getdilər. Seymur, bir nəfər mülki geyimdə polis kapitanı Emil adlı şəxs və onlar idi. Bir kabinetdə əyləşdilər. Emil adlı əməkdaş vərəq götürdü ki, adları deyin yazaq. Borcu hesablamağa başladılar və 71.000 manat hesablandı. Seymur hesablanmış məbləğlə razılaşamayaraq bildirdi ki, onun 28.000 manat borcu var. Əlavə olaraq isə 8.000 manat da dəymiş ziyana görə ödəyə bilər. Tahir razılaşmadı. Siyahıdakı adamlatdan Aynur, İdris və Məhəmmədin adı yadında qalıb. Tahir saydı ki, bəs bunların pulu nə olacaq. Seymur dedi ki, o, bir nəfərlə özü telefonda danışıb razılaşmışdır. Seymur əməkdaşa 20 günə pulu ödəyəcəyini bildirdi. Polis kapitanı Emil adlı şəxs belə bir borcun təxminən 9 aydır olduğunu və keçən müddət ərzində borcu ödəmədiyini bildirdikdə, Seymur evini satıb pulu ödəyə biləcəyini və hazırda sənədlərlə bağlı problem olduğunu bildirdi. Sonda əməkdaş dedi ki, Tahir müəllim 40000 manata razılaşaq. Seymur razılaşaraq 20 günə ödəniş edəcəyini bildirdi. 20 gün müddət keçib heç bir ödəniş etməyib, həbs olunana qədər Seymuru axtarıblar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid6 elan edilmiş ifadəsində göstərmişdir ki, 1997-ci ildən etibarən vəkil kimi fəaliyyət göstərir. 2018-ci ildən etibarən isə Yevlax şəhər Vəkillər Bürosunun direktoru vəzifəsində çalışır. Təxminən 15 ilə yaxındır ki, Təqsirləndirilən şəxs1 tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Yevlax şəhərində işlədiyi Vəkil Bürosuna gələrək, Zərərçəkmiş şəxs1 Əhsən oğlunun oğlu Əhsən Kazımovun həbsdə olmasını, eyni zamanda həmin şəxsin öz yaxın qohumu olduğunu bildirib, bu haqda rəsmi etibarnaməsi olduğunu deyərək, onunla həmin şəxsin, yəni Zərərçəkmiş şəxs1 Əhsən oğlunun övladı Əhsən Kazımovun hüquqlarını müdafiə etməyi üçün müqavilə bağlamaq istədiyini demişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs1 sənədlərinə baxaraq etibarnamə üzrə səlahiyyətinin olduğunu görəndən sonra, hüquqi yardımın ödənişli olduğunu bildirərək, 500 manat müqavilə xərci ödəməsini, bundan sonra isə hüquqi yardımın mümkünlüyünü Tahirə bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində pul olmadığı üçün bir gün sonra, yəni xx.xx.2024-cü il tarixdə 501 manat hüquqi yardımla bağlı Yevlax şəhər Vəkil Bürosunun hesabına hüquqi yardımın qonorarını ödəmişdir. Bu səbəbdən də razılaşması nizama salınmış və o xx.xx.2024-cü il tarixdə 001926 saylı orderlə onun qeyd etdiyi X22 Şəki Ağır Cinayətlər Məhkəməsində keyfiyyətli hüquqi yardım göstərmişdir və Əhsən Kazımovun ailə üzvləri bundan razı qalmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 pul alması ilə bağlı heç bir məlumatı olmamışdır. Belə ki, o, Əhsən Kazımova öz vəzifəsini icra edib bitirdikdən sonra sonuncunun atası ilə görüşəndə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 vermiş olduğu məbləği soruşsa da Zərərçəkmiş şəxs1 ona heç bir məlumat verməmişdir. Bu səbəbdən də tam məlumatsız olmuşdur. Onun Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ümumilikdə 18.000 (on səkkiz min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid6 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışır. “Şübhəli şəxsin tutulması haqqında” 26 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:00 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddələri ilə nəzərdə tutulan cinayət törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Əlisab oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. 12 noyabr 2024-cü il tarixdə Azəbaycan Respblikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş mobil telefon məlumatlarını özündə əks etdirən CD diskə baxış zamanı, diskdə olan anten yerdəyişmələri adlı 4 ədəd faylın sonuncusunu açdıqda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin aktiv olduğu məkan və saatlar, mobil nömrə istiqamətində giriş və çıxış zəngləri, müddətlər, İMEİ kodlar, abunəçilərin adları, abunəçilərin FİN kodları qeyd edilmişdir. Həmin qeydlərə əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərizində iş üzrə Təqsirləndirilən şəxs2 ilə müntəzəm əlaqə saxlamışdır. Bundan başqa CD diskin 589-cu bəndində xx.xx.2023-cü il tarixdə saat 10:47:17-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə əlaqə saxlaması və həmin vaxt Təqsirləndirilən şəxs2 Ağdaş rayonu, Qumlaq kəndi ərazisində quraşdırılmış antenn əhatə dairəsində aktiv olması, CD diskin 571-ci bəndində xx.xx.2023-cü il tarixdə saat 12:22:36-dan xx.xx.2023- cü il tarixdə saat 12:25:39dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlaması və həmin vaxt Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanı ərazisində quraşdırılmış antenin əhatə dairəsində aktiv olması, CD diskin 537-ci bəndində xx.xx.2023-cü il tarixdə saat 15:44:26-dan xx.xx.2023-cü il tarixdə saat 15:44:29-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlaması və həmin vaxt Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanı ərazisində quraşdırılmış antenin əhatə dairəsində aktiv olması müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixdə Azəbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş mobil telefon məlumatlarım özündə əks etdirən CD diskə baxış zamanı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərizində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin aktiv olduğu məkan və saatlar, mobil nömrə istiqamətində giriş və çıxış zəngləri, müddətlər, İMEİ kodlar, abunəçilərin adları, abunəçilərin FİN kodları qeyd edilmişdir. Həmin qeydlərə əsasən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixədək olan müddət ərzində iş üzrə Təqsirləndirilən şəxs1 ilə müntəzəm əlaqə saxlaması müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, Müdafiəçi1 təqdim etdiyi qəbzlərin birincisində xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Oba” marketdə quraşdırılmış ödəmə terminalından Ə***** G***** K**** adlı şəxsin adma olan 523915****4137 saylı kart hesabına 400 (dörd yüz) manat məbləğində pul köçürülməsinin edilməsi qeyd olunmuşdur. İkinci qəbzdə isə xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospekti 31 ünvanında yerləşən “Bazarstore” supermarketdə quraşdırılmış ödəmə terminalından ***** G***** K**** adlı şəxsin adma olan 523915****4137 saylı kart hesabına 1070 (min yetmiş) manat məbləğində pul köçürülməsinin edilməsi qeyd olunmuşdur. Üçüncü qəbzdə isə xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Oba” marketdə quraşdırılmış ödəmə terminalından Ə***** G***** K**** adlı şəxsin adna olan 523915****4137 saylı kart hesabına 500 (beş yüz) manat məbləğində pul köçürülməsinin edilməsi qeyd olunmuşdur. Dördüncü qəbzdə isə xx.xx.2023-cü il tarixdə 20 yanvar küçəsi 3-7/49 ünvanında yerləşən “Oba” marketdə quraşdırılmış ödəmə terminalından Ə***** G***** K**** adlı şəxsin adına olan 523915****4137 saylı kart hesabına 2700 (iki min yeddi yüz) manat məbləğində pul köçürülməsinin edilməsi qeyd olunmuşdur. Beçinci qəbzdə isə xx.xx.2023-cü il tarixli 20 yanvar küçəsi 3-7/49 ünvanında yerləşən “Oba” marketdə quraşdırılmış ödəmə terminalından Ə***** G***** K**** adlı şəxsin adına olan 523915****4137 saylı kart hesabına 2100 (iki min yüz) manat məbləğində pul köçürülməsinin edilməsi qeyd olunmuşdur. Altıncı qəbzdə isə xx.xx.2024-cü il tarixdə 20 yanvar küçəsi 3-7/49 ünvanında yerləşən “Oba” marketdə quraşdırılmış ödəmə terminalından Ə***** G***** K**** adlı şəxsin adma olan 523915****4137 saylı kart hesabına 3300 (üç min üç yüz) manat məbləğində pul köçürülməsinin edilməsi qeyd olunmuşdur. Əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixl qərardan görünür ki, Cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü madələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə əməl cinayət məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Eyvazov X5 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixo-nevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Eyvazov X5 şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur. AZEMİS elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X14 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. İşdə olan Zərərçəkmiş şəxs2 ərizəsində Təqsirləndirilən şəxs1 ona dəymiş 7500 manat ziyandan 3750 mantını ödədiyini, qalan ziyanın ödənilməsini tələb etdiyini, Təqsirləndirilən şəxs2 tərəfindən heç bir ödəniş edilmədiyini, Təqsirləndirilən şəxs1 barərsində qanuna müvafiq qərar qəbul edilməsini və Təqsirləndirilən şəxs2 ağır cəza verilməsini xahiş etmişdir. İşdə olan Zərərçəkmiş şəxs3 ərizəsində Təqsirləndirilən şəxs1 ona dəymiş 10000 manat ziyanın yarsını ödədiyini, qalan ziyanın ödənilməsini tələb etdiyini, Təqsirləndirilən şəxs1 barəsində qanuna müvafiq qərar qəbul edilməsini, Təqsirləndirilən şəxs2 tərəfindən heç bir ödəniş edilmədiyini və Təqsirləndirilən şəxs2 ağır cəza verilməsini xahiş etmişdir. İşdə olan Zərərçəkmiş şəxs4 ərizəsində Təqsirləndirilən şəxs1 ona dəymiş 9000 manat ziyandan 4500 manatını ödədiyini, qalan ziyanın ödənilməsini tələb etdiyini, Təqsirləndirilən şəxs1 barəsində qanuna müvafiq qərar qəbul edilməsini, Təqsirləndirilən şəxs2 tərəfindən heç bir ödəniş edilmədiyini və Təqsirləndirilən şəxs2 ağır cəza verilməsini xahiş etmişdir. İşdə olan Zərərçəkmiş şəxs1 ərizəsində Təqsirləndirilən şəxs1 ona dəymiş 18000 manat ziyandan 9000 mantını ödədiyini, Təqsirləndirilən şəxs1 barəsində qanuna müvafiq qərar qəbul edilməsini, eyni zamanda dəymiş ziyanın qalan hissəsini tələb etdiyini və Təqsirləndirilən şəxs2 ağır cəza verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxslərin ifadələri, təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmışdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 sonuncunun oğlu X16 barəsində Göyçay rayon X28 Bölməsində Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Əhsən Kazımovun təqsirləndirildiyi maddə üzrə Əhsən Kazımovun hüquqlarının müdafiə olunması, ona elan olunmuş ittihama dəyişiklik edilməsi, cinayət işi üzrə əməlin daha yüngül maddəyə tövsif edilməsi, daha sonra Əhsən Kazımovun barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsinə köməklik edəcəyini vəd verib, aldadaraq, cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 2023-cii ilin noyabr ayının 13-də Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən özünə məxsus ofisində Zərərçəkmiş şəxs1 aldığı 5.000 manat, daha sonra 24 noyabr 2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “ASAN” Xidmət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs1 aldığı 4.000 manat, sonuncu dəfə yenə də həmin ilin dekabr ayında eyni ofisdə Təqsirləndirilən şəxs1 aldığı 9.000 manat məbləğdə pulu ələ keçirərək, Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 18.000 (on səkkiz min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, sonuncunun vasitəsi ilə Zərərçəkmiş şəxs2 qızma onu Mingəçevir şəhər X11 Tibbi Sığorta Xidmətinin qeydiyyat şöbəsinə «operator» kimi işə düzəldəcəyini vəd verib, cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 tanışı, cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid2 vasitəsilə xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Mingəçevir filialının yaxınlığında 4.000 manat, xx.xx.2023-cü il tarixdə yenə də Şahid2 vasitəsilə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Mingəçevir filialının yaxınlığında 3.500 manat, ümumilikdə Zərərçəkmiş şəxs2nm 7.500 (yeddi min beş yüz) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək və bununla da ona xeyli miqdarda ziyan vurmaqda dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs3 sonuncunun oğlu X24 şəhər X12 X25 «sürücü» kimi işə düzəldəcəyinə dair cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə vəd verib, aldadaraq, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Mingəçevir filialının yaxınlığında Təqsirləndirilən şəxs1 tanışı, cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid2 vasitəsilə 5.000 manat, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisində Təqsirləndirilən şəxs1 şəxsən aldığı 5.000 manat məbləğdə, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 10.000 (on min) manat məbləğdə pulunu alıb, ələ keçirərək və bununla da ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs4 oğlu X9 Mingəçevir şəhər X6 X25 «sürücü» kimi işə düzəldəcəyini Təqsirləndirilən şəxs1 vasitəsi ilə vəd verib aldadaraq, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən Təqsirləndirilən şəxs1 ofisində sonuncuya verdiyi 9000 manat məbləğdə pulunu alıb, ələ keçirərək, ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirini tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 09 yanvar 2023-cü il tarixli Plenumunun Qərarına əsasən Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən cinayətlər iştirakçılıqla törədildiyi halda hər bir iştirakçı vurulmuş ziyanı və dövlət büdcəsinə ödənişi Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq müəyyən edilən pay üzrə tamamilə ödəməlidir. Bu o deməkdir ki, iştirakçılıqla törədilən Cinayət Məcəlləsinin 73- 1.2 və 73-1.3-cü maddələrində göstərilən cinayətlər üzrə vurulmuş ziyanın və dövlət büdcəsinə ziyanın müvafiq olaraq iyirmi beş və ya əlli faizi məbləğlərində ödənişin tamamilə ödənilməsi dedikdə, məhz hər bir iştirakçı üçün müvafiq qaydada müəyyən edilmiş payı təşkil edən məbləğin zərərçəkmiş şəxsə və dövlət büdcəsinə tamamilə ödənilməsi ehtiva olunur. Yəni paylar müəyyən edildikdən sonra cinayətin hər bir iştirakçısının üzərinə zərərçəkmiş şəxsə və dövlət büdcəsinə ödənişlərin məhz onun payına müvafiq olan hissənin edilməsi vəzifəsi düşür. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 73– 73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda zərərçəkmiş şəxslə barışmış, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq müəyyən olunmuş pay üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, o cümlədən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət nəticəsində vurulmuş ziyana müvafiq müəyyən olunmuş payın iyirmi beş faizi, həmin Məcəllənin 73-1.3-cü maddəsində nəzərdə tutulmuş halda isə vurulmuş ziyana müvafiq payın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə dəymiş ümumilikdə 44500 ( qırx dörd min beş yüz) manat məbləğində maddi ziyana dair təqsirləndirilmiş şəxslərin hər birinin payları 22250 manat müəyyən edilməli və Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş 22250 manat nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə məhkumluğunun olmamasını, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına təsiri (CM-58.3), təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı “həbs” qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 26 oktyabr 2024-cü il tarixdən hesablanmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərin etibarından suiistifadə edərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu səbəbdən məhkəmə, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X23 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddialar Təqsirləndirilən şəxs2 münasibətdə qismən təmin edilməli, Zərərçəkmiş şəxs2 dəymiş 7500 manat ziyandan 3750 manatı, ödənilmiş dövlət rüsumunun 47,50 manat hissəsi və vəkil xidmət üçün ödənilmiş məbləğin 75 manat hissəsi, Zərərçəkmiş şəxs3 dəymiş 10000 manat ziyanın yarısı olan 5000 manat, ödənilmiş dövlət rüsumunun 60 manat hissəsi və vəkil xidmət üçün ödənilmiş məbləğin 75 manat hissəsi, X15 dəymiş 9000 manat ziyanın 4500 manatı, ödənilmiş dövlət rüsumunun 55 manat hissəsi və vəkil xidmət üçün ödənilmiş məbləğin 75 manat hissəsi və Zərərçəkmiş şəxs1 dəymiş 18000 manat ziyanın 9000 manatı, ödənilmiş dövlət rüsumunun 72 manat hissəsi və vəkil xidmət üçün ödənilmiş məbləğin 75 manat hissəsi Təqsirləndirilən şəxs2 alınaraq zərəçəkmiş şəxlərə verilməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Zərərçəkmiş şəxs2 dəymiş 7500 manat ziyandan 3750 manatı, ödənilmiş dövlət rüsumunun 47,50 manat hissəsi və vəkil xidmət üçün ödənilmiş məbləğin 75 manat hissəsi Təqsirləndirilən şəxs2 tutuaraq iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Zərərçəkmiş şəxs3 dəymiş 10000 manat ziyanın yarısı olan 5000 manat, ödənilmiş dövlət rüsumunun 60 manat hissəsi və vəkil xidmət üçün ödənilmiş məbləğin 75 manat hissəsi Təqsirləndirilən şəxs2 tutuaraq iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Zərərçəkmiş şəxs4 dəymiş 9000 manat ziyanın 4500 manatı, ödənilmiş dövlət rüsumunun 55 manat hissəsi və vəkil xidmət üçün ödənilmiş məbləğin 75 manat hissəsi Təqsirləndirilən şəxs2 tutuaraq iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilsin. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Zərərçəkmiş şəxs1 dəymiş 18000 manat ziyanın 9000 manatı, ödənilmiş dövlət rüsumunun 72 manat hissəsi və vəkil xidmət üçün ödənilmiş məbləğin 75 manat hissəsi Təqsirləndirilən şəxs2 tutuaraq iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilsin. Mülki iddialar qalan hissələrdə rədd edilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının və Mingəçevir şəhər Polis Şöbəsinin rəhbərliklərinə tapşırılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar