Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-82/2020 23.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və təqsirləndirilən şəxsin müdafiəçisi – vəkil x2 iştirakı ilə, xx.xx.1975-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 40 №-li evin 65№-li mənzilində qeydiyyatda olmaqla Mingəçevir şəhəri Günəşli bağ massivi 6-cı küçədə yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının sonlarında tarixi istintaqa məlum olmayan vaxtda gecə saat 02 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Mingəçevir şəhəri Günəşli bağ massivi 3-cü küçədə yerləşən evin həyətinə hasardan aşıb keçərək həyətə qanunsuz olaraq daxil olub həyətdəki 1 ədədinin qiyməti 13 (on üç) manat olan 169 (yüz atmış doqquz) manat dəyərində 13 (on üç) ədəd toyuğu, 1 (bir) ədədinin qiyməti 25 (iyirmi beş) manat olan 25 (iyirmi beş) manat dəyərində 1 (bir) ədəd qazı, 1 (bir ) ədədinin qiyməti 10 (on) manat olan 10 (on) manat dəyərində 1 (bir) ədəd ördəyi özü ilə götürdüyü kisəyə yığıb özgənin, yəni Zərərçəkmiş şəxs2 məxsus cəmi 204 (iki yüz dörd) manat məbləğdə əmlakı Zərərçəkmiş şəxs2 ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən xx.xx.2020-cı il tarixdə saat 19 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 5-ci küçədə yerləşən evin həyətinə hasardan aşıb keçərək həyətə qanunsuz olaraq daxil olub həyətdəki ev quşlarının saxlanılmasıüçün nəzərdə tutulmuş hindən 1 (bir) ədədinin qiyməti 13 (on üç) manat olan 130 (yüz otuz) manat dəyərində 10 (on) ədəd toyuğu, 1 (bir) ədədinin qiyməti 40 (qırx) manat olan 160 (yüz atmış) manat dəyərində 4 (dörd) ədəd hinquşunu, hər biri 20 (iyirmi) kiloqram çəkiyə malik 1 (bir) ədədinin qiyməti 20 (iyirmi) manat olan 3 (üç) ədəd 60 (atmış) manat dəyərində dəmir barmaqlığı özgənin, yəni Zərərçəkmiş şəxs1 məxsus cəmi 350 (üç yüz əlli) manat məbləğdə əmlakı Zərərçəkmiş şəxs1 ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsiilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuşdur. Əvvəllər fərdi əməklə məşğul olmuş, usta kimi evlərdə işləmişdir. Lakin, hazırda heç bir işlə məşğul olmur. 2020-ci ilin yanvar ayının sonlarında yaşadığı Günəşli bağ massivi ərazisində gecə təxminən saat 02 radələrində gəzərək 3-cü küçədə yaşayan Minirə adlı qadının yaşadığı evin yaxınlığından keçərkən həyətdə heç kəsin olmadığını görüb həmin evin həyətinə hasardan aşaraq daxil olmuşdur. Həyətdə ev quşlarının olduğunu görmüşdür. Həyətə daxil olub, quşları həyətdə yerləşən hamama salmışdır. 13 ədəd toyuq, 1 ədəd qazı və 1 ədəd ördəyi üzərində olan kisəyə yığaraq oğurlayıb həyətə daxil olduğu yerdən bayıra çıxmışdır. Ertəsi gün həmin quşları aparıb Mingəçevir şəhəri Orxan bazarında Elmir adlışəxsə qazla ördəyi 18 manata satmışdır. Həmçinin toyuqları da iki-iki aparıb Elmirə satmışdır. Satdıqlarının müqabilində Elmirdən ümumilikdə 26 manat məbləğdə pul almışdır. Sonradan polis əməkdaşları ona yaxınlaşıb Polis Şöbəsinə dəvət etmişlər o da Polis Şöbəsində törətdiyi əməli etiraf etmişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı Günəşli bağ massivi ərazisində saat təxminən axşam 19 radələrində gəzərək 5-ci küçədə yaşayan Zamin adlışəxsin yaşadığı evin yaxınlığından keçərkən işığın yanmadığını evdə və həyətdə heç kəsin olmadığını görmüşdür. Buna görə də həmin evin əks tərəfdə olan hasarına yaxınlaşıb həmin evin həyətinə hasardan aşaraq daxil olmuşdur. Həyətdə olan ev quşlarının saxlanıldığı hinə yaxınlaşıb hinin qapısını açıb içəri keçmiş, hində olan quşlardan 10 ədəd toyuq və 4 ədəd hindquşunu götürüb üzərində olan böyük ölçülü kisəyə yığmışdır. Hindən bayıra çıxıb kisədə olan ev quşlarını həyətə daxil olduğu hasarın kənarına qoyub geri qayıdaraq 3 ədəd dəmir barmaqlığı da götürüb aparıb hasarın yaxınlığına qoymuşdur. Sonra həmin kisəni və dəmir barmaqlıqları hasardan bayıra aşırmış dahga sonra həyətə daxil olduğu hasardan aşıb yola çıxmışdır. Ertəsi gün səhər saatlarında oğurladığım toyuq və hind quşunu eləcə də dəmir barmaqlıqları Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Orxan” bazarına aparıb orada tanımadığışəxslərə satmışdır. Əldə etdiyi pulu isə gündəlik tələbat xərclərinə sərf etmişdir. Sonradan polis əməkdaşları ona yaxınlaşıb Polis Şöbəsinə dəvət etmişlər o da Polis Şöbəsində törətdiyi əməli etiraf etmişdir. Hadisə nəticəsində zərər çəkmişlərədəymiş ziyanı qismən ödəmişdir. Barəsində yüngül cəzanın seçilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri Günəşli bağ massivi 5-ci küçəünvanında yaşayır. Hazırda fərdi əməklə məşğul olur. Qonşularla münasibəti normaldır. Yaşadığı evin həyətyanı sahəsində yerləşən hində ev quşları, yəni, toyuq və hindquşları saxlayır. Yaşadığı müddətdə evdən hər hansı oğurluq hadisəsi baş verməmişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında şəhər ərazisində yaşayan qayınatasıgilə qonaq getmişlər. Gecə saat 23 radələrində evə qayıtdıqda görmüşdür ki, hinin qapısı açıqdır. Hinə daxil olub baxdıqda orada olan 10 ədəd toyuq və 4 ədəd hindquşlarının yerində olmadığını oğurlandığını bilmişdir. Həmçinin yaşadığı evin həyətindən də 3 ədəd 20 kiloqram çəkidə dəmir barmaqlıqlar da oğurlanmışdır. Buna görə də Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində Təqsirləndirilən şəxs dəymiş ziyanıödəməmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingçevir şəhəri Günəşli bağ massivi 3-cü küçəünvanda yaşayır. Hazırda heç bir yerdə işləmir. Qonşularla münasibəti normaldır. Yaşadığı evin həyətyanı sahəsində ev quşları, yəni, toyuq, qaz vəördək saxlayır. Yaşadığı müddətdə evdən hər hansı oğurluq hadisəsi baş verməyibdir. 2020-ci il yanvar ayının sonlarında bir müddət Günəşli bağ massivi 3-cü küçədə yerləşən evdə olmamışdır. Yanvar ayının sonlarında evə qayıtdıqda görmüşdür ki, həyətdə saxladığı 13 ədəd touq 1 ədəd qaz və 1 ədəd ördək oğurlanıbdır. Əvvəlcə fikirləşmiş ki, toyuqlar qonşu həyətə keçiblər. Lakin qonşulardan soraqlaşıb tapa bilmədikdən sonra ev quşlarının oğurlanması ona məlum olmuşdur. Buna görə də Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 150-200 manat məbləğdə maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyandan yalnız 70 manatını ödəmişdir. Dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid1 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri Orxan bazrında meyvə tərəvəz məhsullarının satışı ilə məşğul olur. Təxminən 2020-ci ilin yanvar ayının sonlarında bazarda olarkən şəhər sakini kimi tanıdığıİlham adlı şəxslə Orxan bazarında rastlaşarkən onun əlində əlində toyuq görüb soruşduqda həmin toyuqları satdığını bildirmişdir. O da qiymətini soruşduqda İlham ona iki toyuqu 11 manata satdığını bildirmişdir. Həmin zaman o, İlhama 11 manat məbləğdə pul verib 2 ədəd toyuğu almışdır. Bir neçə gün sonra o, yenə dəİlhamla rastlaşdıqda yenə dəİlhamın əlində toyuq olduğunu görüb satıb satmadığını soruşmuşİlham da ona yenə də iki toyuğu 11 manata satdığını bildirmişdir. O da İlhama 11 manat məbləğdə pul verib həmin toyuqları da ondan almışdır. Bir neçə gün sonra yenə də bazar da İlhamla rastlaşarkən əlindəördək olduğunu görmüşdür. İlham ona ördəyi 9 manata satdığını bildirdikdə o da İlhamla razılaşıb həmin ördəyi 9 manata ondan almışdır. Hər dəfəİlhamdan toyuq alanda İlham ona həmin toyuqların özünə məxsus olduğunu bildirmişdir. Həmçinin İlham ev quşlarını açıq şəkildə bazarda satdığıüçün o da İlhama inanıb həmin ev quşlarını ondan almışdır. İlhamdan aldığı ev quşlarının İlhamın cinayət yolu ilə əldə etməsindən məlumatı olmamışdır. Eləcə dəİlham həmin ev quşlarını cinayət yolu ilə əldə etməsi barədə ona məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin başəməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 polis şöbəsinə ərizə ilə müraciət edərək, 2020-ci ilin yanvar ayının sonlarında ona məxsus Mingəçevir şəhəri Günəşli bağ massivi 3-cü küçədə yerləşən həyətyanı sahəsi olan evin həyətindən 13 ədəd toyuq 1 ədəd qaz və 1 ədəd ördəkdən ibarət ev quşlarının oğurlandığını bildirmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 polis şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 5-cü küçədə yerləşən evinin həyətində yerləşən hindən 11 ədəd toyuq, 4 ədəd hindquşu 2 ədəd dəmir barmaqlıqların oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisələrinin Mingəçevir şəhəri Günəşli bağ massivi 6-cı küçədə yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmçinin keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Minirə Məmədovaya məxsus evin həyətindən oğurladğı ev quşlarını Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Orxan” bazarında meyvə tərəvəz məhsullarının satışı ilə məşğul olan Şahid1 satmışdır. Eləcə keçirilmişTəqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindən oğurladığı ev quşlarını və dəmir barmaqlıqları satdığışəxslərin müəyyən edilməsi üçün əməliyyat axtarış tədbirləri keçirilsə də həmin şəxslərin müəyyən edilməsi mümkün olmamışdır. İbtidai istintaq zamanı ifadəsi alınmış və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin başəməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 polis şöbəsinə ərizə ilə müraciət edərək, 2020-ci ilin yanvar ayının sonlarında ona məxsus Mingəçevir şəhəri Günəşli bağ massivi 3-cü küçədə yerləşən həyətyanı sahəsi olan evin həyətindən 13 ədəd toyuq 1 ədəd qaz və 1 ədəd ördəkdən ibarət ev quşlarının oğurlandığını bildirmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 polis şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 5-cü küçədə yerləşən evinin həyətində yerləşən hindən 11 ədəd toyuq, 4 ədəd hindquşu 2 ədəd dəmir barmaqlıqların oğurlandığını bildirmişdir. Keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisələrinin Mingəçevir şəhəri Günəşli bağ massivi 6-cı küçədə yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmçinin keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Minirə Məmədovaya məxsus evin həyətindən oğurladğı ev quşlarını Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Orxan” bazarında meyvə tərəvəz məhsullarının satışı ilə məşğul olan Şahid1 satmışdır. Eləcə keçirilmişTəqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindən oğurladığı ev quşlarını və dəmir barmaqlıqları satdığışəxslərin müəyyən edilməsi üçün əməliyyat axtarış tədbirləri keçirilsə də həmin şəxslərin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işi materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Mingəçevir şəhəri Günəşli bağ massivi 3-cü küçədə yerləşən evin həyətindən oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış zamanı “Samsung” markalı fotoaparatla fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 5-ci küçədə yerləşən evin həyətindən oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış zamanı “Samsung” markalı fotoaparatla fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuşərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs məhkəmə prosessində ona vurmuş olduğu ziyandan 70 manat məbləğində pul almışdır. Cinayət işi materiallarında olan məhkəmə-əmtə əşünaslıq ekspertizasının 09/08 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 1 (bir) baş toyuq 13 (on üç) manat, 1 (baş) qaz 25 (iyirmi beş) manat, 1 (bir) başördək 10 (on) manat, 5 kq çəkiyə malik 1 (baş) hindquşu 40 (qırx) manat, 1,2m x 1,5m ölçüdə hər biri 20 (iyirmi) kq olan dəmir barmaqlığın 1 (bir) ədədi 20 (iyirmi) manat müəyyən edilir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunmasıüçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilənşəxsTəqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının sonlarında tarixi istintaqa məlum olmayan vaxtda gecə saat 02 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Mingəçevir şəhəri Günəşli bağ massivi 3-cü küçədə yerləşən evin həyətinə hasardan aşıb keçərək həyətə qanunsuz olaraq daxil olub həyətdəki 1 ədədinin qiyməti 13 (on üç) manat olan 169 (yüz atmış doqquz) manat dəyərində 13 (on üç) ədəd toyuğu, 1 (bir) ədədinin qiyməti 25 (iyirmi beş) manat olan 25 (iyirmi beş) manat dəyərində 1 (bir) ədəd qazı, 1 (bir ) ədədinin qiyməti 10 (on) manat olan 10 (on) manat dəyərində 1 (bir) ədəd ördəyi özü ilə götürdüyü kisəyə yığıb özgənin, yəni Zərərçəkmiş şəxs2 məxsus cəmi 204 (iki yüz dörd) manat məbləğdə əmlakı Zərərçəkmiş şəxs2 ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən xx.xx.2020-cı il tarixdə saat 19 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 5-ci küçədə yerləşən evin həyətinə hasardan aşıb keçərək həyətə qanunsuz olaraq daxil olub həyətdəki ev quşlarının saxlanılmasıüçün nəzərdə tutulmuş hindən 1 (bir) ədədinin qiyməti 13 (on üç) manat olan 130 (yüz otuz) manat dəyərində 10 (on) ədəd toyuğu, 1 (bir) ədədinin qiyməti 40 (qırx) manat olan 160 (yüz atmış) manat dəyərində 4 (dörd) ədəd hinquşunu, hər biri 20 (iyirmi) kiloqram çəkiyə malik 1 (bir) ədədinin qiyməti 20 (iyirmi) manat olan 3 (üç) ədəd 60 (atmış) manat dəyərində dəmir barmaqlığı özgənin, yəni Zərərçəkmiş şəxs1 məxsus cəmi 350 (üç yüz əlli) manat məbləğdə əmlakı Zərərçəkmiş şəxs1 ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Əliyev x3 şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə əlaqədar olaraq cəzadan azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 1(051)-81/2016 saylı, xx xxxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyinedilir. Cinayət işinə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlüƏliyev Qalibin və xx.xx.2009-cu il təvəllüdlüƏliyeva Leylanın valideynləri Təqsirləndirilən şəxs və Əliyeva Gülnardır. Məhkəmə təqsirləndirilən şəxsin himyasində iki az yaşlı uşağının olmasını, dəymiş maddi ziyanın bir qismini ödəməsini, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İşüzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən işüzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İşüzrə maddi sübut yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CPM-nin 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən mülki qaydada iddia vermək hüquqları izah olunmalıdır. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin vəgöstərilən hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan x1 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İşüzrə mülki iddia və maddi sübut yoxdur. İşüzrə 50 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CPM-nin 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən mülki qaydada iddia vermək hüquqları izah olunsun. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin vəgöstərilən hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan x1 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №1(051)-82/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-82/2020
23.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver