Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-82/2022 08.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Şahid1 və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 2004-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, yetkinlik yaşına çatmayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 fevral 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən “Dalğa” marketin şüşə materialdan olan giriş qapısını Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən 2 saylı Poliklinikanın həyətindən tapdığı daş parçası ilə sındırmaqla marketə qanunsuz olaraq daxil olub, oradan 1 qutu 3 manat 10 qəpik dəyərində “LD-Club Platin”, 1 qutusunun qiyməti 3 manat 50 qəpik olmaqla 5 qutusunun qiyməti 17 manat 50 qəpik olan “Winston XS”, 1 qutusunun qiyməti 3 manat 50 qəpik olan 8 qutusunun qiyməti 28 manat olan “Winston- X-Stil”, 1 qutu qiyməti 3 manat 70 qəpik olan “Kent-8”, 1 qutusunun qiyməti 3 manat 70 qəpik olan 3 qutusunun qiyməti 11 manat 10 qəpik olan “Kent Nano 1” nazik, 1 qutusunun qiyməti 3 manat 70 qəpik olan 7 qutusunun qiyməti 25 manat 90 qəpik olan “Kent Nano 4” nazik, 1 qutusunun qiyməti 3 manat 70 qəpik olan 3 qutusunun qiyməti 11 manat 10 qəpik olan “Kent-4” qalın, 1 qutusunun qiyməti 3 manat 70 qəpik olan 4 qutusunun qiyməti 14 manat 80 qəpik olan “X10” nazik, 1 qutusunun qiyməti 3 manat 70 qəpik olan 5 qutusunun qiyməti 18 manat 50 qəpik olan “Kent FeeP’ nazik, 1 qutusunun qiyməti 2 manat 60 qəpik olan 5 qutusunun qiyməti 13 manat olan “PALL MALL Nano Silver” nazik, 1 qutu qiyməti 2 manat 60 qəpik olan “X12”, 1 qutusunun qiyməti 4 manat olan 7 qutusunun qiyməti 28 manat olan “Sobranie qara” nazik, 1 qutusunun qiyməti 2 manat 60 qəpik olan 4 qutusunun qiyməti 10 manat 40 qəpik olan “Winchester compact qara”, 1 qutusunun qiyməti 2 manat 60 qəpik olan 4 qutusunun qiyməti 10 manat 40 qəpik olan “Winchester compact blue”, 1 qutusunun qiyməti 2 manat 40 qəpik olan 9 qutusunun qiyməti 21 manat 60 qəpik olan “Winschester Silver”, 1 qutusunun qiyməti 3 manat 50 qəpik olan 20 qutusunun qiyməti 70 manat olan “Winston nazik boz”, 1 qutusunun qiyməti 3 manat 50 qəpik olan 9 qutusunun qiyməti 31 manat 50 qəpik olan “Winston XStyle” markalı olmaqla, ümumilikdə 321 manat 20 qəpik dəyərində siqaretləri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 321 manat 20 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Mingəçevir şəhərində yaşadığı ünvanın yaxınlığında “Ağçiçəyim” mağazasının yaxınlığında ikimərtəbəli çay evində ofsiant kimi çalışır. Buna görə də gündəlik olaraq 5 manat pul alır. Anası Mingəçevir ŞMX-nm kardiologiya şöbəsində xadimə işləyir və aylıq 350 manat əmək haqqı alır. Atası əvvəllər tikinti işlərində fəhlə işləmiş, hazırda əlilliyə görə pensiya alır. Təxminən 6-7 aydır ki, atası səhhətində olan narahatçılıqla bağlı olaraq işləmir və eyni zamanda pensiyası da dayandırılmışdır. Bundan sonra yalnız anasının qazancı ilə dolanmışlar. Son aylardan etibarən isə gündəlik ethiyaclarmı ödəməkdə çətinlik çəkdiklərindən onda oğurluq etməklə bağlı fikirlər yaranmışdır. İş tapmaq üçün bir neçə yerə getsə də, özünə daha çox qazancı olan iş tapa bilməmişdir. 21.02.2022-ci il tarixdə saat 23-24 radələrindən evdən çıxmış və tullantını zibil yeşiyinə atdıqdan sonra C.Əliyev küçəsində yerləşən, Zərərçəkmiş şəxs işlətdiyi mağazaya siqaret almaq üçün getmiş, lakin mağaza bağlı olmuşdur. Ona görə də o, başqa mağazadan 1 qutu “Rothmans” markalı siqaret alaraq evə getmişdir. Evə gədən zaman o, Zərərçəkmiş şəxs məxsus marketin qapısının şüşə materialdan olduğunu və həmin şüşəni sındıraraq marketə daxil olmağı fikirləşmişdir. Evə getmiş və təxminən 1 saat-1 saat yarımdan sonra evdən həyətə düşmüşdür. Evdən çıxan zaman özünə məxsus 1 ədəd qara rəngli, kənarlarında ağ rəngli zolaqları olan bel çantasını, həmçinin təxminən 2 gün əvvəl işlədiyi “Ağçiçəyim” mağzasının yaxınlığında olan aptekdən aldığı bir cüt ağ rəngli əlcəyi, o cümlədən sifətini gizlətmək üçün qara rəngli şərfini də özü ilə götürərək marketə doğru getmişdir. Gedərkən yolda şüşəni qırmaq üçün 2 saylı Poliklinikanın həyətindən 1 ədəd uzunsov boz rəngli daş götürmüşdür. Marketə gedən zaman əvvəlcə gedib oğurluq etməmək barədə fikirləşsə də, sonradan oğurluq etməyi qərara almış və üzünü şərflə bağlamış və əlcəyi də əlinə geyinmişdir. O, əvvəllər də bir neçə dəfə oğurluq etdiyi həmin mağazada olmuş və orada kameraların olduğunu bilmişdir, lakin ehtiyac üzündən oradan oğurluq etməyi qərarlaşdırmış və ona görə də görünməmək üçün üzünü bağlamışdır. Marketin qapısına yaxınlaşıb sağ əlində olan daşla vuraraq marketin qapısını qırmış və keçə bilmək üçün yer hazırladıqdan sonra içəri daxil olmuşdur. Həmin vaxt saat təxminən gecə 01-02 radələri olmuşdur. Onun marketə girməkdə fikri pul götürmək olduğundan əvvəlcə marketin kassasını açmaq istəmiş, lakin kassa açılmamışdır. O da kassaya zədə yetirməmək üçün kassanı qırmamış və kassanın yanında olan siqaret rəflərindən siqaret götürmək qərarına gəlmişdir. Belə düşünmüşdür ki, siqareti satıb pul əldə etsin. Siqaret qutularını rəflərdən götürüb tələsik çantasına yığdıqdan sonra gəldiyi yerdən də marketi tərk edərək getmişdir. Həmin siqaret qutuları təxminən 50-60 ədəd olmuşdur. Evə tərəf gedən zaman yolda çantanın içərisindən 1 ədəd “Kent 8” markalı siqaret götürüb çəkmək üçün cibinə qoymuşdur, çünki özü üçün aldığı siqareti həyəcanlandığından tez-tez çəkmişdir. Həmçinin yol boyu olan kameraların da yerini bildiyindən onlara düşməmək üçün özünə cızdığı yol ilə irəliləmişdir. Yaşadığı evin yaxınlığında olan ətrafı hasar olan içərisi boş sahəyə həmin çantanı ataraq gizlətmişdir. Oradan da birbaşa evə getmişdir. Evə çatanda sol qolunun bilək nahiyəsinin çəpəki formada kəsildiyini və qanın laxtalandığını görmüşdür. Qanı yuyub quruladıqdan sonra yatmışdır. Səhər atası qolunun qanadığını bilib onu Mingəçevir ŞMX-nm Acil Şöbəsinə aparmış və orada onun biləyinə 5 tikiş vurmuşlar. O, atasına və orada olan şəxslərə əlini qatar yolunda yumruqla şüşə sındıran zaman kəsildiyini demişdir. Təxminən saat 12 radələrində xəstəxanadan evə qayıtmış və evə getdikdən sonra təxminən saat 13 radələrində siqareti gizlətdiyi yerdən götürmüşdür. Sonra həmin siqaretləri satmaq istəmişdir. Lakin axşam radələrinə qədər gəzmişdir ki, hava qaralsın və ondan sonra həmin siqaretləri satsın. Hava qaralanda siqareti satmaq üçün işlədiyi yerin yaxınlığında olan mağazaya getmişdir, orada 1 ədəd “Kent” markalı siqareti 3 manat 50 qəpiyə, “Vinston” markal siqareti isə 3 manata satmaq istədiyini demişdir. Lakin mağazada olan şəxs həmin siqaretləri almayacağını bildirmişdir. Siqaretləri sata bilmədikdən sonra siqaretləri sata bilməyəcəyini başa düşərək siqaretləri Qarabağ kanalına atmaq qərarına gəlmiş və oraya gedərək çanta ilə birlikdə siqaretləri kanala atmışdır. Çantanı atan zaman içərisindən özünün istifadəsi üçün 1 qutu “Vinston XS” nazik , 1 qutu “Kent 4” nazik markalı siqaret götürmüşdür. Oradan isə işə qayıtmış və sonra isə evə getmişdir. Kent 4 siqaretini çəkib qurtarmış, digər sirqaretin bir hissəsini çəkmiş, qalan hissəsi isə üzərində olmuşdur. 24.02.2022-ci il tarixdə isə evdə olarkən polis əməkdaşları gələrək özlərini təqdim edib, onu polis şöbəsinə dəvət etmişlər. Orada isə o, etdiyi oğurluq əməlini etiraf etmişdir. Əməlindən pemandır. Zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunl razılıq əldə etmişdir. Ona görə də ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hər gün səhər 07:00-da ona məxsus marketiı açır, 22:00-da isə bağlayır. 21.02.2022-ci il tarixdə də hər zamankı kimi saat 22 radələrində marketi bağlayıb evə getmişdir. 22.02.2022-ci il tarixdə təxminən saat 07 radələrində marketi açmaq üçün gələn zaman marketin şüşə materialdan olan giriş qapısının sındırıldığını görmüşdür. O, içəri daxil olan zaman marketin içərisində şüşə qırıqları və qan izləri olmuşdur. O, dərhal marketdə quraşdırdığı kameraya baxmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, 1 nəfər maskalı, əlində ağ əlcək olan şəxs əlində olan dəmir parçası ilə marketin qapısının şüşəsini qırmaqla marketə daxil olur. Həmin naməlum şəxs əvvəlcə kassanı açmaq istəsə də, kassa bağlı olduğundan həmin yeri aça bilməmişdir. Həmin vaxt kassada təxminən 70- 80 manat pul olmuşdur. Həmin şəxs şüşəni qırmaq üçün istifadə etdiyi dəmir parçasını cibinə qoyduqdam sonra marketdə olan siqaret qutularını yığdığı rəfdən siqaret qutuları belində olan çantanı çıxararaq ora yığmağa başlayır. Daha sonra isə digər əşyaları əl vurmadan gəldiyi yerdən marketi tərk edərək gedir. Sonra o, baş vermiş oğurluq hadisəsi barədə Mingəçevir ŞPŞ-nə məlumat vermiş, daha sonra marketdən oğurlanmış siqaretlərin siyahısını müəyyən edən zaman məlum olmuşdur ki, həmin şəxs marketdən bir ədəd 3 manat 10 qəpik dəyərində “LD-Club Platin”, bir ədədinin qiyməti 3 manat 50 qəpik olan 5 ədədinin qiyməti 17 manat 50 qəpik olan “Winston XS”, bir ədədinin qiyməti 3 manat 50 qəpik olan 8 ədədinin qiyməti 28 manat olan “Winston- X-Stil”, 1 ədəd qiyməti 3 manat 70 qəpik olan “Kent-8”, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan 3 ədədinin qiyməti 11 manat 10 qəpik olan “Kent Nano 1” nazik, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan 7 ədədinin qiyməti 25 manat 90 qəpik olan “Kent Nano 4” nazik, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan 3 ədədinin qiyməti 11 manat 10 qəpik olan “Kent-4” qalın, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan 4 ədədinin qiyməti 14 manat 80 qəpik olan “X10” nazik, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan 5 ədədinin qiyməti 18 manat 50 qəpik olan “Kent Feel” nazik, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan 5 ədədinin qiyməti 13 manat olan “PALL MALL Nano Silver” nazik, bir ədəd qiyməti 2 manat 60 qəpik olan “X12”, bir ədədinin qiyməti 4 manat olan 7 ədədinin qiyməti 28 manat olan “Sobranie qara” nazik, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan 4 ədədinin qiyməti 10 manat 40 qəpik olan “Winchester compact qara”, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan 4 ədədinin qiyməti 10 manat 40 qəpik olan “Winchester compact blue”, bir ədədinin qiyməti 2 manat 40 qəpik olan 9 ədədinin qiyməti 21 manat 60 qəpik olan “Winschester Silver”, bir ədədinin qiyməti 3 manat 50 qəpik olan 20 ədədinin qiyməti 70 manat olan “Winston nazik boz”, bir ədədinin qiyməti 3 manat 50 qəpik olan 9 ədədinin qiyməti 31 manat 50 qəpik olan “Winston XStyle” markalı siqaretlər olmaqla ümumilikdə dəyəri 321 manat 20 qəpik olan siqaret məmulatları oğurlamışdır. Eyni zamanda həmin şəxs marketə daxil olan zaman marketin şüşə materialdan olan giriş qapısını qırması nəticəsində ona 70 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. O, özü əvvəllər həm tikintidə fəhlə kimi işləyir, həm də əlilliyi ilə bağlı olaraq dövlət tərəfindən ayrılmş müavinət alırmış, lakin son zamanlar ona ayrılmış müavinətin verilməsi dayandırılmış, eyni zamanda özü də səhhəti ilə bağlı olaraq işləyə bilməmişdir. Ona görə də yoldaşının aldığı maaşın hesabına dolanırmışlar. Qasım isə çayxanalarda gündəlik olaraq ofsiant kimi çalışaraq özünün gündəlik xərclərini ödəmişdir. 24.02.2022-ci il tarixdə Qasımla birlikdə yaşadıqları evdə olan zaman polis əməkdaşları gəlib özlərini təqdim edərək oğlu Qasımın yaxınlıqda yerləşən Zərərçəkmiş şəxs məxsus marketdən oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər. Həmin vaxta qədər onun baş vermiş oğurluq hadisəsi ilə bağlı heç bir məlumatı olmamışdır. Sonra isə o da oğlu ilə bərabər Mingəçvir ŞPŞ-yə gətirilmiş və orada sorğu zamanı Qasım həqiqətən də həmin marketdən siqaret məmulatları oğurladığını, daha sonra oğurluq yolu ilə əldə etdiyi siqareti sata bilmədiyinə görə “Qarabağ” kanalma atmasını etiraf etmişdir.Həmçinin Qasımın oğurluq zamanı sol bilək nahiyəsini kəsməsi ilə əlaqədar olaraq göstərmişdir ki, Qasımın biləyini kəsməsi haqqında yalnız 22.02.2022-ci il tarixdə səhər saatlarında məlumatı olmuş və həmin vaxt onu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına apararaq bilək nahiyəsinə tikiş qoydurmuşdur. Lakin həmin vaxt Qasım həmin kəsik yarasını dəmir yolunda yumruqla şüşə sındıran zaman əmələ gəldiyini bildirmişdir. Eyni zamnada Qasımın oğurluq yolu ilə əldə etdiyi siqaret məmulatlarını evə gətirib- gətirməməsindən məlumatı olmamış, həmin siqaretləri görməmişdir. Yalnız polis əməkdaşları evə gəlib baş vermiş hadisə haqqında məlumat verdikdən sonra bu barədə məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Savalan” market qardaşı X2 məxsusdur. Lakin bəzi hallarda qardaşı işi olan zaman onu müvəqqəti olaraq əvəzləyir. 22.02.2022-ci il tarixdə saat təxminən 20 radələrində yenə həmin marketdə qardaşı Savalanı əvəzləyən zaman əvvəlcədən şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs gəlmişdir. Qasımı təxminən 4-5 aydır ki, tanımışdır. Belə ki. Qasım onun yaşdığı ərazidə müxtəlif çayxanalarda ofsinat kimi işləmiş və bu şəkildə Qasımı tanımışdır. O cümlədən Qasımın atası Ədili də qiyabi olaraq tanımış və bilirdi ki, Ədil “Əlillərin binası”da qaldığından əlildir. O, marketdə olan zaman Qasıma yaxınlaşaraq üzərində 2 qutu siqaret olduğunu və həmin siqaretləri aşağı qiymətə satmaq istədiyini bildirmişdir. O, Qasımdan siqaretləri haradan almasını, nəyə görə aldığı yerə satmamasını soruşmuşdur. Qasım isə siqaretləri aldığı mağazanın uzaqda olduğunu və ona görə də oraya sata bilmədiyini demişdir. Həmin vaxt o, Qasımın narkotik vasitə aludəçiləri tərəfindən nisyə alınaraq, pula çevirmək məqsədilə verilmiş siqareti satmaq istədiyini zənn etmişdir. Çünki o, bu cür hadisələr haqqında eşitmişdir. Həmin vaxt Qasımın satmaq istədiyi siqaretlərin oğurluq olmasını zənn etməsə də, Qasımın təklif etdiyi siqaretləri almamışdır. Çünki Qasım 2 qutu siqaret satmaq istədiyini dediyindən siqaretin az midarda olmasından, onların oğurluq olması ağlına gəlməmişdir. O, Qasıma siqaretləri almayacağını dedikdən sonra, Qasım marketi tərk edərək getmişdir. Təxminən bir neçə gündən sonra polis əməkdaşları tərəfindən ona məlumat verilmişdir ki. Qasımın ona təklif etdiyi siqaretlər yaxınlıqda mağaza işlədən Zərərçəkmiş şəxs məxsus marketdən oğurlanmış siqaretlərdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-də İTB-nin sahə rəisi vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs 22.02.2022-ci il tarixdə ərizə ilə müraciət edərək Mingəçevir şəhəri, C.Əliyev küçəsində 2 saylı Poliklinikanın qarşısında yerləşən “Dalğa” marketə naməlum şəxsin marketin şüşə materialdan olan qapısını sındırmaqla daxil olaraq oradan siqaret məmulatları oğurladığını bildirmişdir. Həmin müraciət əsasında hadisə yerinə baxış keçirilən zaman qeyd olunan oğurluq əməlini törətmiş şəxsin mağazaya daxil olması ilə əlqədar görüntülər marketin təhlükəsizlik kamerasında əks olunmuşdur və həmin görütülərə baxış keçirilmişdir. Həmçinin Zərərçəkmiş şəxs məxsus market ona təhkim olunmuş inzibati əraziyə daxil olduğundan oğurluq edən şəxsin müəyyən edilməsi üçün tədbirlər keçirərək əldə etdiyi məlumat əsasında həmin oğurluğu edən şəxsin şəhər sakini Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. 24.02.2022-ci il tarixdə Mingəçevir ŞPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid4la birlikdə Təqsirləndirilən şəxs Mingəçevir şəhər polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis Şöbəsində sorğu zamanı Təqsirləndirilən şəxs 22.02.2022-ci il tarixdə gecə saatlarında C.Əliyev küçəsində yerləşən mağazaya daxil olaraq oğurluq etməsini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid4 ifadəsində Şahid3 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 22.02.2022-ci il tarixli baxış keçirilməsi və götürmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi, ona məxsus mağazadan oğurlanmış siqaret məmulatlarının barkodlarmın əks olunduğu siyahının 1-ci bəndində “LD-CLUB-PLATİN” markalı siqaretin barkodunun **********504, “Winston-X- STİL” markalı, siqaretin barkodunun **********433, Winston-XS markalı siqaretin barkodunun **********851 olması müəyyən edilərək iş üzrə əhəmiyyət kəsb etdiyi üçün Zərərçəkmiş şəxs götürülmüşdür. Cinayət işinin materiallarında olan 24 fevral 2022-ci il tarixli baxış keçirilməsi və götürmə protokolundan görünür ki, Quliyev X5 ŞPŞ-nin İTB-nin əməkdaşları tərəfindən saxlanılaraq Mingəçevir ŞPŞ-nə gətirilən zaman üzərində olan Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən “Dalğa” marketdən oğurladığı, 1 qutu bir hissəsini istifadə etdikdən sonra içərisində qalıq 16 ədəd siqaret olan, **********851 barkodlu “Winston XS” markalı siqaret Mingəçevir ŞPŞ-nin inzibati binasında atası Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 fevral 2022-ci il tarixli 128 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müaynəsi zamanı onun bədənində aşkar olunan xəsarət: sol said nahiyəsində yara kəsici əşyanın ola bilsin sınmış şüşənin kəsici hissəsinin təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən 22.02.2022-ci il tarixinə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətdə müvəqqəti pozduğundan sağlamlığla YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 01.04.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 22 fevral 2022-ci il tarixə keçən gecə Mingəçevir şəhəri C.Əliyev keçəsində baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq tədqiqata təqdim edilmiş materiallar əsasında aparılmış müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatı nəticəsində müəyyən olundu ki, hadisə yerindən götürlmüş 02 ədəd qan nümunəsi Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 aprel 2022-ci il tarixli 9/1583 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən siqaretlərin 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 321,20 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan 26 aprel 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 186-cı, 29,177.2.3-cü, 32.5, 177.2.3, 194.1, 307.1 və 128-ci maddələri ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 qutu bir hissəsini istifadə edildikdən sonra içərisində qalıq 16 ədəd siqaret olan, **********851 barkodlu “Winston XS” markalı siqaret maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin saxlanc otağına verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 fevral 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən “Dalğa” marketin şüşə materialdan olan giriş qapısını parçası ilə sındırmaqla qanunsuz daxil olaraq, oradan ümumilikdə 321 manat 20 qəpik dəyərində siqaretləri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 321 manat 20 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 fevral 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən “Dalğa” marketin şüşə materialdan olan giriş qapısını Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən 2 saylı Poliklinikanın həyətindən tapdığı daş parçası ilə sındırmaqla marketə qanunsuz olaraq daxil olub oradan ümumilikdə 321 manat 20 qəpik dəyərində siqaretləri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 321 manat 20 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan dövrdə ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə onunla barışıq əldə etməsini, habelə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 2004-cü il tarixdə doğulmuş Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 15 mart 2022–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs Ələkbər oğlu tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhəri, 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən 25 aprel 2022–ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, «Yetkinlik yaşına çatmayanların Ədalət Mühakiməsinin icrası üçün Birləşmiş Millətlər Təşkilatının X6»nın (Pekin Qaydalarının) İİİ hissəsinin 17-ci maddəsinin «c» bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin, digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilər. Azərbaycan Respublikası CPM-nin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusi ilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 iyun 2008-ci il tarixli Qərarının 15-ci bəndinə görə yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-in 85-ci maddəsinə uyğun olaraq CM-nin xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs 24 fevral 2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 03 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 06 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş, Mingəçevir şəhəri 2 nömrəli Mənzil İstisimar sahəsi tərəfindən 25 aprel 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Quliyev X5 şəhəri, C.Əliyev küçəsi ev 21, mənzil 4 ünvanında yaşayır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Həmin Məcəllənin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 qutu bir hissəsini istifadə edildikdən sonra içərisində qalıq 16 ədəd siqaret olan, **********851 barkodlu “Winston XS” markalı siqaret hökm qanuni qüvvəyə mindikdən sonra dəyəri olmadığına görə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 80.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə qeyd edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxs dəymiş ziyan ödənildiyindən, mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə hesab edir ki, vəkil X8 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 24 fevral 2022-ci ildən 26 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00– dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 qutu bir hissəsini istifadə edildikdən sonra içərisində qalıq 16 ədəd siqaret olan, **********851 barkodlu “Winston XS” markalı siqaret hökm qanuni qüvvəyə mindikdən sonra dəyəri olmadığına görə məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat (əlli manat) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ**********41 53005270 saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-82/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-82/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver