Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-82/2024 18.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1980-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi «Mercedes Benz E 200» markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin A.Məmmədov küçəsi ilə asfalt yolla şəhərin Ş.İ.Xətai küçəsi istiqamətində hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin1-ci hissəsinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib gəldiyi 30-40 km/saat sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu zaman şəhərin A.Məmmədov küçəsində yerləşən 16 saylı yaşayış binasının bərabərliyindəki asfalt yolda səkidən avtomobil yoluna çıxıb yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs sol diz oynağının travmatik artrozu, qamış sümüyünün bayır epikondilusunun qapalı sınığı, sol incik sümüyünün distal hissəsinin az yerdəyişən sınığının əmələ gəlməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu maddə üzrə özünü təqsirli bilərək ifadəsində bidirdi ki, «Mercedes Benz E 200» markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində idarə etdiyi avtomobillə şəhərin M.Ə.Sabir küçəsi ilə hərəkət etdirib işıqforun qırmızı işığında avtomobili saxlamışdır. Daha sonra işıqforun yaşıl işığı yandığını görüb avtomobili idarə edib A.Məmmədov küçəsinə keçmişdir. Avtomobildə ondan başqa heç kəs olmamışdır. Avtomobili təxminən 30-40 km/saat sürətlə hərəkət etdirmişdir. A.Məmmədov küçəsinə daxil olub bir qədər hərəkətini davam etdirərkən gün işığı gözünə düşdüyü üçün qarşını görməkdə çətinlik çəkmişdir. A.Məmmədov küçəsi ilə bir qədər hərəkət edərkən qəflətən qarşısında piyadanın avtomobil yolunu sağdan sola keçmək istədiyini görmüşdür. Hadisənin qarşısını almaq üçün avtomobili qəflətən sola doğru hərəkət etdirsə də hadisənin qarşısını ala bilməmişdir. İdarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə piyadanı vurmuşdur. Daha sonra avtomobili saxlayıb bayıra çıxıb, piyadanı idarə etdiyi avtomobilə əyləşdirib Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Orada piyadaya ilkin tibbi yardım göstərildikdən sonra Polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıdaraq hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, ayıq olmuşdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışdır. Ona görə barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Mingəçevir şəhərinin A.Məmmədov küçəsi ilə piyada hərəkət edib həmin küçədə yerləşən 16 saylı yaşayış binasının yaxınlığında olan svetoforun altına yerləşən piyada keiçidinə çatıb yolun sol və sağ tərəfinə baxıb avtomobil olmadığını, A.Məmmədov küçəsinə daxil olan avtomobillər üçün svetoforun qırmızı işığının yandığını görüb səkidən avtomobil yoluna çıxıb yolu keçmək istəmişdir. Hərəkət edərək avtomobil yolunu keçib yolun mərkəzindəki düz xəttə çatarkən qəflətən ondan sol tərəfdə hərəkət olan avtomobil qabaq hissəsi ilə onu vurmuşdur. O, xəsarət alaraq yola düşmüşdür. Daha sonra həmin avtomobilin sürücüsü avtomobildən bayıra çıxıb onu idarə etdiyi avtomobilə əyləşdirib Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Lakin, bədənində sınıqlar olduğu üçün o, müalicəsini davam etdirmək üçün Gəncə şəhərində yerləşən xəstəxanalara müraciət etmişdir. Gəncə şəhərində yerləşən xəstəxanalarda müalicəsini davam etdirdikdən sonra Mingəçevir şəhərinə geri qayıtmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2008-ci ildən DİO-da xidmət edir. 2017-ci ildən isə Mingəçevir şəhər X3 X4 Yol Patrul Xidmətinin inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində xidmətdə olarkən Polis Şöbəsinin növbətçi hissəsindən şəhərin A.Məmmədov küçəsində piyadanın vurulması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişlər. Orada məlum olmuş ki, sürücü Təqsirləndirilən şəxs «Mercedes Benz E 200» markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin A.Məmmədov küçəsi ilə şəhərin Ş.İ.Xətai küçəsi istiqamətində hərəkət etdirərkən həmin zaman avtomobil yoluna çıxıb yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hadisə nəticəsində xəsarət almış piyadanı özünə məxsus avtomobillə Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparmışdır. Sonradan hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmiş və Təqsirləndirilən şəxs müayinə edilməsi üçün Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserə aparmışlar. Orada Təqsirləndirilən şəxs müayinə olunmuş və hadisə zamanı ayıq olduğu yəni sərxoş olmadığı müəyyən edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 16№-li yaşayış binasının bərabərliyindəki asfalt yolda sürücü Təqsirləndirilən şəxs idarə etdiyi « Mercedes Benz E 200» markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobil yoluna çıxaraq yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli, 1125 №-li tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. xx.xx.2014-cü il tarixə verilmiş AC seriyalı 409462 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs AC №409462 seriyalı BC dərəcəli sürücülük vəsiqəsi vardır və xx.xx.2024-cü il tarixədək etibarlıdır. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-16 /2-9502/2024№-li məktubdan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1980-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2014cü il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) AC 409482 nömrəli “BC” katerqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixli qərarla edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 760 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sol diz oynağının artrozu, qamış sümüyünün qamış sümüyünün bayır epikondilusunun qapalı sınığı, sol incik sümüyünün distal hissəsinin az yerdəyişən sınığı, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-8/3600№-li rəyindən göründüyü kimi istintaq tərəfindən verilən məlumatlara əsasən, «Mercedes Benz E 200» markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 15 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokol və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları, Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməli, eyni zamanda cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. CM–nin 72–ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan « Mercedes Benz E 200 » markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan « Mercedes Benz E 200 » markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-82/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-82/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver