Məhkəmə qərarları › İş №1(051)-82/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-82/2025

18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-82/2025 18.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Mingəçevir Bələdiyyəsinin nümayəndələri Zərərçəkmiş şəxs1, Nümayəndə2 zərərçəkmiş hüquqi şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3, Təqsirləndirilən şəxs müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, məhkumluğu olmayan, Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, 2 nömrəli evin 30 nömrəli mənzilində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 188.1, 188.2 və 222-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-68-ci maddələrinə əsasən torpaq sahəsi üzərində hüquqlar dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının, bələdiyyənin qərarları və tərəfər arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyindən, həmin hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan və həmin reyestrdən çıxarışla rəsmiləşdirildikdən sonra yarandığı halda qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirməyərək, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ əldə etmədən Mingəçevir şəhəri, 1 -ci İxtiyar Qasımov döngəsi, 70B (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən **********85 nömrəli çıxarışla mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin ətrafında, həmin torpaq sahəsinin hüdudlarından kənarda Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan 0,097 ha, «Kür» çayının mühafizə zonasına aid dövlət mülkiyyətində olan 0,053 ha, olmaqla ümumilikdə 0,15 ha torpaq sahəsini xx.xx.2024-cü il tarixdən başlayaraq hazırkı dövrədək özbaşına tutub, müxtəlif dekorativ ağac və bitkilər əkərək becərmiş, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin tələblərini pozaraq, yəni tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməyərək tikinti obyektinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş plan bölmələrini təqdim etmədən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmayan Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində xx.xx.2024-cü il tarixdən başlayaraq həmin ilin avqust ayınadək olan müddət ərzində mişar daşından və metal materialından istifadə edərək hasar çəkib, bələdiyyə mülkiyyətində olan həmin torpaq sahəsinin 88,5 m2 hissəsində metal konstruksiyalı «manqalxana» və 2 ədəd 4.5 m2 hissədə pilləkən, habelə dövlət mülkiyyətində olan torpaq sahəsində 12,6 m2 və 14 m2 hissədə bərəyə keçid üçün gediş- gəliş yolu, 4,5 m2 hissədə isə pilləkən inşa edərək, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmış, həmçinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi" Qaydalarının 22ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması qadağan edildiyi halda, həmin tələbə əməl etməyərək müvafiq icazə almadan «Kür» çayının mühafizə zonasında tikinti və quraşdırma işləri hesab olunan mişar daşından istifadə etməklə hasar inşa etmiş, eyni zamanda çayın yatağında suyun üzərində 9x8 metr ölçüdə 2 ədəd metal konstruksiyalı bərə (söhbətgah) quraşdırmış, nəticədə müvafiq icazə almadan «Kür» çayının mühafizə zonasında tikinti və quraşdırma işləri aparmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 188.2 və 222-2.1-ci maddələri ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, Mingəçevir şəhəri, 1-ci İxtiyar Qasımov döngəsi, 70B (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi özünə məxsusdur. Həmin torpaq sahəsini ona məxsus olması barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 şəxs tərəfindən ona xx.xx.2024cü il tarixli **********85 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarış verilmişdir. Həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli tikili torpaq sahəsini aldığı zaman həmin torpaq sahəsinin ərazisində olmuşdur. Yəni həmin tikili onun tərəfindən deyil, əmlakı aldığı şəxs tərəfindən tikilmişdir. Bundan başqa o, torpaq sahəsini aldıqdan sonra torpaq sahəsində abadlıq işləri apararaq orada güllər əkib, ərazini abadlaşdırmışdır. O, həmin torpaq sahəsini xx.xx.2024-cü il tarixdə almışdır. Qeyd etdiyi abadlıq işlərini də torpaq sahəsini aldıqdan sonra həyata keçirmişdir. Onun tərəfindən abadlıq işləri aparılan zaman nə Mingəçevir şəhər Bələdiyyəsi, nə də Mingəçevir şəhər İcra Hakimiyyəti, eləcə də digər aidiyyatı qurumlar tərəfindən ona qanunsuz hərəkətlər etməyi və abadlıq işlərini dayandırmağı barədə kimsə məlumat verməmiş və bu barədə xəbərdar etməmişlər. 2024-cü ilin aprel ayında o, torpaq sahəsinə su xətti çəkdirmək üçün ASAN xidmət mərkəzinə müraciət etmişdir. Asan Xidmət Mərkəzindən ona bildirilmişdir ki, su xəttinin çəkilməsi üçün torpaq sahəsində yerləşən tikilinin layihəsi olmalıdır. O da aidiyyəti quruma müraciət edib tikilinin layihəsini hazırlatdırdıqdan sonra layihəni təsdiq elətdirmək üçün Mingəçevir şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsinə müraciət etmiş, lakin həmin vaxt ona müxtəlif bəhanələr gətirərək layinənin təsdiq etməkdən imtina etmişlər. Bundan sonra şəhər İcra hakimiyyətinin təkidi ilə müxtəlif qurumlar tərəfindən ona qarşı qərəzli və qanunsuz təsirlər edilməyə başlanılmışdır. Daha sonra isə onun barəsində hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Onun tərəfindən zəbt edildiyi bildirilən torpaq sahəsi suyun kənarı olduğu üçün ona məxsus torpaq sahəsinin kənarını suyun yumaması üçün beton tökərək çayın yatağını bərkitdiyini, öz ərazisinə münasibətdə təhlükəsizlik tədbirləri gördüyünü, suyun mühafizə zonasını zəbt edilməsi və quraşdırma işləri aparıldığı üçün barəsində inzibati protokol tərtib edildiyini, lakin təqsiri sübuta yetirilmədiyi üçün məhkəmə tərəfindən həmin protokol ləğv edilərək geri qaytarıldığını, yenidən həmin faktla bağlı hər hansı qərar qəbul edilmədiyini bildirmişdir. Həmçinin o, ifdadəsində Mingəçevir şəhəri, 1-ci İxtiyar Qasımov döngəsi, 70B (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən özünə məxsus 0.12 ha torpaq sahəsinin ön hissəsi Kür çayının sahilinə açıldığından həmin sahə suyun mühafizə zolağına daxil olduğu üçün həmin əraziyə müvafiq sənədlərin verilməsi qeyrimümkün olduğundan, onun tərəfindən zəbt edildiyi göstərilən hissə də həmin Kür çayının sahilinə açılır və o da həmin hissənin qarşısını hər hansı vasitə ilə hasara almadığını və ya zəbt etmədiyini, Kür çayının sahilində özünə məxsus kiçik ölçülü gəmi olduğunu, həmin gəmiyə keçmək üçün taxta keçid quraşdırdığını, ərazinin ön hissəsi çökək olduğu üçün həmin hissəyə enmək üçün pilləkən quraşdırdığını, həmçinin "xxxx" ASC-nin istifadəsində olan sahədə manqalxananın da ona aid iki mərtəbəli tikilinin divarından 2 metr məsafədə olduğunu və həmin hissədə ondan başqa heç kəsin hər hansı tikili apara bilməyəcəyini, eləcə də həmin sahənin digər şəxslərə ayrıla bilməyəcəyini və digər şəxslər üçün hər hansı əhəmiyyət kəsb etmədiyi, həmçinin torpaq sahəsinin istifadəçisi olan "xxxx" ASC etiraz etmədiyinə görə orda manqalxana tikdiyini, həmçinin həmin manqalxana tikili deyil yüngül konstruksiyalı quraşdırma olduğunu və istənilən vaxt həmin quraşdırma rahatlıqla sökülə bildiyini, eləcə də həmin ərazi qonşu ilə ona məxsus torpaq sahəsinin aralığında yerləşdiyindən qonşu həyətyanı sahənin görünməməsi və qonşuya narahatlıq yaradılmaması üçün quraşdırdığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, ona qarşı irəli sürülmüş ittihamda göstərilən əraziləri tamamilə boşaltmış, zərərçəkmiş şəxslərə təhvil vermişdir. Hazırda o, həmin sahələrdən istifadə etmir. Quraşdırdığı yüngül konstruksiyaları işləri aradan qaldırmışdır. Bununla belə onun himayəsində xx.xx.2011-ci il təvəllüdlü Əli adlı yetkinlik yaşına çatmayan uşağı vardır. Ona görə də məhkəmədən barəsində amnistiya tətbiq edilməklə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Mingəçevir Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Mingəçevir Bələdiyyəsində şöbə müdiri vəzifəsində xidmət edir. 2024-cü ilin aprel ayı ərzində Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə şəhər ərazisində şəhərsalma və tikinti fəaliyyəti sahəsində baş verən qanun pozuntularının aşkar edilməsi və qarşısının alınması istiqamətində monitorinq keçirərkən Mingəçevir şəhəri 1-ci İxtiyar Qasımov döngəsi, 70B (Yeni qaydalarla: Mingəçevir şəhəri. Fətəli xan Xoyski küçəsi. 145B) ünvanda yerləşən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək quraşdırma işləri aparıldığı müəyyən edilmişdir. Belə ki, qeyd olunan ünvanda yerləşən Təqsirləndirilən şəxs mülkiyyətində olan 0.12 ha torpaq sahəsindən kənar bələdiyyə mülkiyyətində olan 0,8 ha dövlət mülkiyyətində olan və Kür çayının sahilində yerləşən və Kür çayının yatağı doldurulmaqla dövlət mülkiyyətində olan, eləcə də dövlət mülkiyyətində olan və "xxxx" ASC-nin istifadəsində olan torpaq sahələri Təqsirləndirilən şəxs tərəfindən tutulmuşdur. Həmin torpaq sahəsini Təqsirləndirilən şəxs ictimai iaşə obyekti kimi işlətmişdir. Təqsirləndirilən şəxs tərəfindən tutulmuş bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti quraşdırma işləri aparılmış eləcə də Kür çayının su hövzəsində metal konstruksiyalı bərələr də tikilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs əməllərinin qanunsuz olması barədə məlumat verilsə də o, ilk vaxtlar ona edilmiş xəbərdarlıqlara məhəl qoymadan işlərini davam etdirmişdir. İşə məhkəmədə baxılan vaxt təqsirləndirilən şəxs tərəfindən Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində özbaşına aparılmış tikinti və quraşdırmalar sökülmüş və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmışdır. Təmsil etdiyi hüquqi şəxsin hazırki vəziyyətdə təqsirləndirilən şəxsə qarşı tikinti-quraşdırma işləri və torpaq sahəsinin boşaldılması ilə əlaqədar heç bir tələbləri yoxdur. Odur ki, məhkəmədən qərar qəbul edərkən ifadəsində göstərdiyi halları nəzərə alaraq qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Mingəçevir Bələdiyyəsinin, Nümayəndə2 da məhkəmə istintaqı zamanı digər nümayəndə Zərərçəkmiş şəxs1 ilə eyniməzmunlu ifadə verdi və onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir filialının şöbə müdirinin müavini vəzifəsində xidmət edir. 2024-cü ilin aprel ayı ərzində Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşları şəhər ərazisində şəhərsalma və tikinti fəaliyyəti sahəsində baş verən qanun pozuntularının aşkar edilməsi və qarşısının alınması istiqamətində monitorinq keçirilərkən Mingəçevir şəhəri 1-ci İxtiyar Qasımov döngəsi, 70B (Yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək quraşdırma işləri aparıldığı müəyyən edilmişdir. Belə ki, qeyd olunan ünvanda yerləşən Təqsirləndirilən şəxs mülkiyyətində olan 0.12 ha torpaq sahəsindən kənar bələdiyyə mülkiyyətində olan 0.8 ha dövlət mülkiyyətində olan və Kür çayının sahilində yerləşən və Kür çayının yatağı doldurulmaqla dövlət mülkiyyətində olan, təxminən 0.6 ha, eləcə də dövlət mülkiyyətində olan və "Mingəçevir Qum-Çınqıl” ASC-nin istifadəsində olan torpaq sahələri Təqsirləndirilən şəxs tərəfindən tutulmuşdur. Həmin torpaq sahəsini Təqsirləndirilən şəxs ictimai iaşə obyekti kimi işlətmişdir. Təqsirləndirilən şəxs tərəfindən tutulmuş bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti quraşdırma işləri aparılmış eləcə də Kür çayının su hövzəsində metal konstruksiyalı bərələr də tikilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs əməllərinin qanunsuz olması barədə məlumat versələr də o, ilk vaxtlar ona edilmiş xəbərdarlıqlara məhəl qoymadan işlərini davam etdirmişdir. İşə məhkəmədə baxılan vaxt təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsində özbaşına aparılmış tikinti və quraşdırmalar onun tərəfindən sökülərək bərpa edildiyindən, hazırki vəziyyətdə təqsirləndirilən şəxsə qarşı tikintiquraşdırma işləri ilə əlaqəli heç bir tələbləri yoxdur. Odur ki, məhkəmədən qərar qəbul edərkən ifadəsində göstərdiyi halları nəzərə alaraq qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş məsləhətçisi vəzifəsində xidmət edir. 2024-cü ilin aprel ayı ərzində Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə şəhər ərazisində şəhərsalma və tikinti fəaliyyəti sahəsində baş verən qanun pozuntularının aşkar edilməsi və qarşısının alınması istiqamətində monitorinq keçirilərkən Mingəçevir şəhəri, 1-ci İxtiyar Qasımov döngəsi, 70B (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək quraşdırma işləri aparıldığı müəyyən edilmişdir. Belə ki, qeyd olunan ünvanda yerləşən Təqsirləndirilən şəxs mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən kənar bələdiyyə mülkiyyətində olan, dövlət mülkiyyətində olan və Kür çayının sahilində yerləşən və Kür çayının mühafizə zolağında çayın yatağı doldurulmaqla dövlət mülkiyyətində olan, eləcə də dövlət mülkiyyətində olan və ‘‘Mingəçevir Qum-Çınqıl” ASC-nin istifadəsində olan torpaq sahələri Təqsirləndirilən şəxs tərəfindən tutulmuşdur. Həmin torpaq sahəsini Təqsirləndirilən şəxs ictimai iaşə obyekti kimi işlətmişdir. Təqsirləndirilən şəxs tərəfindən tutulmuş bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti quraşdırma işləri aparılmış eləcə də Kür çayının su hövzəsində metal konstruksiyalı bərələr də tikilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs əməllərinin qanusuz olması barədə məlumat verilsə də o, ilk vaxtlar ona edilmiş xəbərdarlıqlara məhəl qoymadan işlərini davam etdirmişdir. Həmçinin o, ifadəsində İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Kür çayının mühafizə zolağında qanunsuz tikintilərin qarşısının alınması üçün əraziyə mütəmadi olaraq baxış keçirildiyini, həmin ərazidə Kür çayının mühafizə zolağı yəni, yatağı Təqsirləndirilən şəxs tərəfindən doldurularaq tutulduğunu, həmin ərazinin yaxınlığındakı torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən alındıqdan sonra Kür çayının yatağına müdaxilə edildiyi üçün hüquq mühafizə orqanlarına müraciət edildiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 da ifadələrində Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid4 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini X3 xx.xx.2021-ci il tarixli, 4Ə-2211 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ona satmış və həmin torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daha sonra həmin torpaq sahəsi tərəfindən xx.xx.2023cü il tarixli, 4Ə-562 nömrəli alqı-satqı müqaviləsi əsasında Təqsirləndirilən şəxs satılmış və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan başqa qeyd olunan ünvanda X1 mülkiyyətində olan 0.03 ha torpaq sahəsini satın alaraq həmin torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmış və daha sonra onun tərəfindən qeyd olunan 0.03 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli, 4Ə-563 nömrəli alqı-satqı müqaviləsi ilə Təqsirləndirilən şəxs satılmışdır. Qeyd olunan torpaq sahəsi Təqsirləndirilən şəxs satılanadək həmin torpaq sahəsinin koordinat və döngə nöqtələrindən kənarda tərəfindən hər hansısa tikintiquraşdırma işləri aparılmamış, hal-hazırda həmin torpaq sahəsinin koordinat və döngə nöqtələrindən kənarda, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikintiquraşdırma işləri Təqsirləndirilən şəxs tərəfindən həmin torpaq sahələrinə mülkiyyət hüququ yarandıqdan sonra aparılmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilərkən Təqsirləndirilən şəxs tərəfindən Mingəçevir şəhəri, 1-ci İxtiyar Qasımov döngəsi, 70B (Yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən mülkiyyətində olan torpaq sahəsinin koordinatlarından kənarda bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahəsini tutması, həmin torpaq sahəsində özbaşına tikinti quraşdırma işləri aparması, Kür çayının mühafizə zolağında çayın yatağının torpaqla doldurulması və suyun üzərində metal konstruksiyalı bərələr tikilməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-3399/2024 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs naturada istifadədə olan torpaq sahəsi 0.27 ha təşkil edir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhəri, Mingəçevir Bələdiyyəsinin "X4 X5"ndəki xəritəsinə əsasən Təqsirləndirilən şəxs naturada istifadəsində olan 0.27 ha torpaq sahəsinin 012 ha hissəsi **********85 reyestr nömrəli çıxarışla Təqsirləndirilən şəxs mülkiyyətinə verilmiş torpaq sahəsidir. Qalan 0.15 ha torpaq sahəsinin 0.053 ha hissəsi dövlət mülkiyyətinə aid torpaq sahəsi 0.097 ha hissəsi Mingəçevir şəhəri, Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsidir. Həmin ərazidə aparılan əlavə hasarlama işləri çıxarışın hüdudlarından kənarda aparılmışdır. “Kür" çayının mühafizə zolağının 0,053 ha hissəsi naturada Təqsirləndirilən şəxs tərəfindən istifadə edilir. Sözügedən torpaq sahəsi üzərində tikinti quraşdırma işləri aparılmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/7332 №li rəyindən görünür ki, Qərarın təsviri hissəsində qeyd olunanlara, eləcə də materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli baxış protokolunda və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 3 sentyabr 2024-ci il tarixli, 3-21-3-35/2-3481/2024 №-İi mütəxəssis rəyində qeyd olunanlara əsasən, Mingəçevir şəhəri, 1-ci İxtiyar Qasımov döngəsi, 70B (yeni qaydalarla Mingəçevir şəhəri, Fətəli xan Xoyski küçesi 145b) ünvanında yerləşən, Mingeçevir şəhər sakini Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsində, həmin torpaq sahəsinin koordinat və döngə nöqtələrindən kənarda dövlət mülkiyyəti və Mingəçevir bələdiyyə mülkiyyətinə aid olan hissəsində tikinti-quraşdırma (hasar, tikili, pilləkən, yol inşa edilməsi) işlərinin aparıldığı müəyyən edilmişdir. Belə ki, Mingəçevir şəhəri, 1 -ci İxtiyar Qasımov döngəsi, 70B (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsində hasarlama işlərinin aparılması, bir mərtəbəli sanitar qovşağı tikilisi və iki mərtəbəli İctimai-iaşə obyektinin inşa edilməsi müəyyən edilmişdir. Həmin torpaq sahəsinin koordinat və döngə nöqtələrindən kənarda dövlət mülkiyyəti olan 0.053 ha torpaq sahəsində suyun üzərində yerləşdirilmiş bərəyə keçid məqsədi üçün gediş-gəliş yolunun inşası, pilləkənin inşası və Kür çayının sahilində daş hasar hörülməsi müəyyən edilmişdir. Həmin torpaq sahəsinin koordinat və döngə nöqtələrindən kənarda bələdiyyə mülkiyyətində olan 0.097 ha sahədə daş hasar və metal materialdan (dam örtüyü) hasar çəkildiyi, manqalxana inşa edildiyi, torpaq sahəsi həmçinin 2 ədəd pilləkən inşa edildiyi müəyyən edilmişdir. Qərarın ikinci sualı üzrə: "GoogleEarthPro" internet xəritə proqramında mövcud olan peyk görüntülərinə əsasən, Mingəçevir şəhəri, 1 -ci İxtiyar Qasımov döngəsi, 70B (yeni qaydalarla Mingəçevir şəhəri, Fətəli xan Xoyski küçesi 145b) ünvanında yerləşən, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsində, həmin torpaq sahəsinin koordinat və döngə nöqtələrindən kənarda dövlət mülkiyyəti və Mingəçevir bələdiyyə mülkiyyətinə aid olan hissəsində xx.xx.2021 -ci il tarixinədək hər hansi tikintiquraşdırma işi aparılmadığı müəyyən edilir. xx.xx.2021-xx.xx.2023-cü il tarixli görüntülərdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsində hasarlama işinin aparılması və yarımtikilinin inşası, lakin 0.12 ha torpaq sahəsindən kənarda hər hansı tikinti quraşdırma işlərinin aparılmadığı müəyyən edilir. (xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək olan dövr üçün görüntü mövcud deyil). xx.xx.2024-cü il tarixli peyk görüntüsündən isə görünür ki, Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsində əvvəllər mövcud olmuş hasarın ölçüsü və forması dəyişdirilmiş, torpaq sahəsində iki ədəd tikili inşa edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli peyk görüntüsünə əsasən, Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin koordinat və döngə nöqtələrindən kənarda dövlət mülkiyyəti olan 0.053 ha torpaq sahəsində suyun üzərində yerləşdirilmiş bərəyə keçid məqsədi üçün gediş-gəliş yolunun inşası, pilləkənin inşası və Kür çayının sahilində daş hasar hörülməsi, bələdiyyə mülkiyyətində olan 0.097 ha sahədə daş hasar və metal materialdan (dam örtüyü) hasar çəkildiyi, torpaq sahəsi həmçinin 2 ədəd pilləkən inşa edildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin koordinat və döngə nöqtələrindən kənarda bələdiyyə mülkiyyətində olan 0.097 ha sahədə inşa edilmiş manqalxana tikilisinin xx.xx.2024-cü il tarixli görüntüdə müşahidə olunmamasını nəzərə alaraq həmin manqalxana tikilisinin xx.xx.2024-cü il tarixdən sonra inşa edildiyi müəyyən edilir. Qeyd olunur ki, "GoogleEarthPro" internet xəritə proqramında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrün, eləcə də xx.xx.2024-cü il tarixdən hazırki tarixədək olan dövr üçün görüntü mövcud deyildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-3481 /2024№-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs naturada istifadəsində olan torpaq sahəsi 0.27 ha təşkil edir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhəri, Mingəçevir Bələdiyyəsinin “X4 X5”ndəki xəritəsinə əsasən Təqsirləndirilən şəxs naturada istifadəsində olan 0,27 ha torpaq sahəsinin 012 ha hissəsi **********85 reyestr nömrəli çıxarışla Təqsirləndirilən şəxs mülkiyyətinə verilmiş torpaq sahəsidir. Qalan 0,15 ha torpaq sahəsinin 0.053 ha hissəsi dövlət mülkiyyətinə aid olmaqla, torpaq sahəsi, üzərində 12,6 kv. m və 14 kv.m hissədə bərəyə keçid məqdəsi üçün gedişgəliş yolu, 4.5 kv.m hissədə pilləkən tikinti-quraşdırma işləri aparılmışdır. Torpaq sahəsinin 0,097 ha hissəsi Mingəçevir şəhəri, Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, torpaq sahəsi üzərində 88.5 kv. m hissədə manqalxana, həmçinin 2 ədəd 4.5 kv.m hissədə pilləkən tikinti quraşdırma işləri aparılmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Bələdiyyəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 1332№-li məktubdan görünür ki, ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs şəhərin İ.Qasımov döngəsi, 70B ünvanında yerləşən torpaq sahəsini özbaşına zəbt etməsi ilə bağlı bildirilmişdir ki, o, zəbt etdiyi torpaq sahələrinin özəlləşdirilməsi üçün Mingəçevir Bələdiyyəsinə müraciət edib. Lakin ona cavab verilib ki, həmin ərazi Kür çayına torpaq tökülməklə genişləndirilib və eyni zamanda Kür çayının mühafizə zolağında yerləşir. Bu səbəbdən sözügedən torpaq sahələrinin mülkiyyətə verilməsi mümkün deyil. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 188.1-ci maddəsindən həmin Məcəllənin 188.2 və 222-2.1-ci maddələrindən həmin Məcəllənin 188.1, 188.2 və 222-2.1-ci maddələrinə tövsif edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 188.1, 188.2 və 222-2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhəri, Mingəçevir Bələdiyyəsinin DWJ- (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) xəritə materiallarına və TEKUİS (“X4 X5”) əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi (üzərində manqalxana inşa edilmiş torpaq sahəsi) torpaq sahəsinin mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir. Sözügedən torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - ümumi istifadədə olan torpaqlar. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Qeyd. Sözügedən torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə “X9” ASC-nin adına texniki pasport tərtib edilmişdir. Texniki pasport tərtib edilən zaman sözü gedən ərazi həmin texniki pasportda öz əksini tapmışdır. Lakin Texniki pasportda ştrixlənərək Kür çayının mühafizə zolağında yerləşdiyi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərəflərin iştirakı ilə Mingəçevir şəhəri, 1-ci İxtiyar Qasımov döngəsi, 70B (Yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən torpaq sahəsində keçirilmiş yerli baxış zamanı müəyyən etdi ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində özbaşına aparılmış tikinti və quraşdırma işləri onun tərəfindən sökülmüş və torpaq sahəsi boşaldılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri və şahid ifadələri, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmiş və Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-68-ci maddələrinə əsasən torpaq sahəsi üzərində hüquqlar dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının, bələdiyyənin qərarları və tərəfər arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyindən, həmin hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan və həmin reyestrdən çıxarışla rəsmiləşdirildikdən sonra yarandığı halda qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirməyərək, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ əldə etmədən Mingəçevir şəhəri, 1 -ci İxtiyar Qasımov döngəsi, 70B (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən **********85 nömrəli çıxarışla mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin ətrafında, həmin torpaq sahəsinin hüdudlarından kənarda Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan 0,097 ha, «Kür» çayının mühafizə zonasına aid dövlət mülkiyyətində olan 0,053 ha, olmaqla ümumilikdə 0,15 ha torpaq sahəsini xx.xx.2024-cü il tarixdən başlayaraq hazırkı dövrədək özbaşına tutub, müxtəlif dekorativ ağac və bitkilər əkərək becərmiş, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin tələblərini pozaraq, yəni tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməyərək tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş plan bölmələrini təqdim etmədən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmayan Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində xx.xx.2024-cü il tarixdən başlayaraq həmin ilin avqust ayınadək olan müddət ərzində mişar daşından və metal materialından istifadə edərək hasar çəkib, bələdiyyə mülkiyyətində olan həmin torpaq sahəsinin 88,5 m2 hissəsində metal konstruksiyalı «manqalxana» və 2 ədəd 4.5 m2 hissədə pilləkən, habelə dövlət mülkiyyətində olan torpaq sahəsində 12,6 m2 və 14 m2 hissədə bərəyə keçid üçün gediş- gəliş yolu, 4,5 m2 hissədə isə pilləkən inşa edərək, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmış, həmçinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi" Qaydalarının 22-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimaiiaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması qadağan edildiyi halda, həmin tələbə əməl etməyərək müvafiq icazə almadan «Kür» çayının mühafizə zonasında tikinti və quraşdırma işləri hesab olunan mişar daşından istifadə etməklə hasar inşa etmiş, eyni zamanda çayın yatağında suyun üzərində 9x8 metr ölçüdə 2 ədəd metal konstruksiyalı bərə (söhbətgah) quraşdırmış, nəticədə müvafiq icazə almadan «Kür» çayının mühafizə zonasında tikinti və quraşdırma işləri aparmışdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 188.1, 188.2 və 222-2.1-ci maddələri ilə tövsif olunmalıdır. Məhkəmə istintaqında, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq ediləcək şəxslərin dairəsinə aiddir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 19.5-ci bəndinə əsasən Amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə, həmçinin qeyd edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət təqibinə xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 188.2 və 222-2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra amnistiya aktı qəbul edilməsini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə ərizə təqdim etməklə razılıq verməsini, Amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin ona münasibətdə müəyyən edilməməsini, habelə əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 188.2 və 222-2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, sözügedən amnistiya aktına əsasən onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ərizə təqdim edərək, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktına əsasən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il tarixdə doğulmuş Əli adlı yetkinlik yaşına çatmayan uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş 3 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxs Mingəçevir Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 tərəfindən yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində özbaşına apardığı tikinti və quraşdırmalar onun tərəfindən sökülərək bərpa olunmuşdur. Hazırki vəziyyətdə təqsirləndirilən şəxsə qarşı tikinti-quraşdırma işləri ilə əlaqəli heç bir tələbləri yoxdur. Məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut, mülki iddia yoxdur. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun barəsində başlanmış cinayət təqibinə xitam verildiyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 188.2 və 222-2.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 188.2 və 222-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar