Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-83/2020 23.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçi- Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 67.1, 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 2500 manat cərimə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasına dair müddəa xaric edilərək təyin edilmiş cəza 3 il 3 ay azadlıqdan məhrumetmə cəzasına endirilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 2500 manat cəriməsi ilə tam birləşməklə üzərində qəti olaraq 2500 manat cərimə cəzası və 3 il 3 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2019-cu ildə cəzasının sonu iləazadedilmiş, məhkumluğu götürülməmiş və ya ödənilməmiş, cərimə cəzası ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxsqanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd kibrit qutusunda təmiz çəkisi 3.29qram təşkil edən və bir ədəd sellafon torbada təmiz çəkisi 285 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananıistintaqa məlum olmayan mənbədən əldə edərəküzərində saxlayaraqdaşımış və xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində MingəçevirşəhəriNəsimi, 17 saylı tam orta məktəbin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi-axtarış və götürmə keçirilərkən göstərilən 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaonun əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən, 1 ədəd sellafon torbada narkotik vasitə olan qurudulmuş marixuana isə onun əynindəki qara rəngli qış gödəkçəsinin içərisində sağ qoltuq altından aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsməhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 2019-cu ilin sentyabr–oktyabr aylarında Mingəçevir şəhəri 17 saylı tam orta məktəbin yaxınlığında karyer tərəfdən giriş hissədən keçərkən yolun kənarında qamışlıq ərazidə yabanı halda marixuana kolunun yetişdiyini görmüşdür. O, marixuanadan istifadə etdiyi üçün həmil kolu tanımış və həmin kolun üzərində olan yarpaqları yığıb istifadə etmək məqsədi ilə qurutmağa başlamışdır. O, yığdığı yarpaqları həmin qamışlıq ərazidə gizlədib qurutmuş və özü istifadə etmək istəyən zaman oraya gedib özü üçün bir kibrit qutusu götürüb istifadə edirmiş. xx.xx.2020-ci il tarixdə o, həmin əraziyə gedib orada olan yabanı halda bitən kollardan yığıb qurutduğu yarpaqları bir ədəd kibrit qutusuna qoymuş və həmçinin onun ora tez tez getdiyini kiminsə görməsindən şübhələnib yığıb qurutduğu marixuananı sellafon torbaya qoyub özü ilə yaşadığı evə aparıb özü üçün az-az istifadə etməyi düşünmüşdür. O, bir ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutusunu əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibinə içərisinə qurudulmuş marixuana yığdığı bir ədəd sellafon torbanı isə əynində olan qara rəngli qış gödəkçəsinin qoltuq hissəsinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində o, geri qayırdakən Mingəçevir şəhəri Nəsimi küçəsi 17 saylı tam orta məktəbin yanından keçərkən narkotik vasitə olan qurudulmuş marixunanlar üzərində imiş. Bu zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər.O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Həmin gün saat 17 radələrində polis şöbəsinin MSY-də hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi iştirakı ilə üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuşdur. O da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Üzərinə video çəkiliş aparılmaqla vəkil Müdafiəçi iştirakı ilə baxış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusu və əynində olan qram rəngli qış gödəkçəsinin qoltuq altı hissəsindən bir ədəd sellafon torba aşkar olunmuşdur. Həmin kibrit qutusu və sellafoin torba açıldıqda orada olan kütlənin rəngindən və spesfik iyindən narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və 1 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 6.3 qram, 1 ədəd sellafon torbada qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi isə 302 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona cəza təyin edilərkən səmimi peşimanlığının nəzərə alınmasını xahiş etdi. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16:20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və onun tərəfindən Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Nəsimi küçəsi 17 saylı tam orta məktəbin yaxınlığından keçən zaman Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər.Bundan sonra Qasımov X1 ŞPŞ-nə gətirilmişdir.Polis şöbəsinə vəkil Müsaqif Hüseynov dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin.Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya olmadığını bildirilmişdir. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində bir ədəd kibrit qutusunda və qara rəngli qış gödəkçəsinin sağ yan qoltuq altında bir ədəd rəngli sellafon torba aşkar olunmuşdur. Aşkar olunmuş həmin bir ədəd kibrit qutusu və bir ədəd rəngli sellafon torba Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində narkotik vasitə olan qurudulmuş mariuxanaya oxşar kütlə müəyyən edilmişdir.Həmin narkotik vasitəyə oxşar həmin bir ədəd kibrit qutusundakı və bir ədəd rəngli sellafon torbadakı kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir.Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş və bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananın ümumi çəkisi 6.3 qram, bir ədəd rəngli sellafon torbada isə 302 qram qurudulmuş marixuana olmuşdur.Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd kibrit qutusunda və bir ədəd rəngli sellafon torbada olan qurudulmuş marixuananı 2019-cu ilin sentyabr-oktyabr aylarında Mingəçevir şəhəri 17 saylı tam orta məktəb yaxınlığında karyer tərəfdə aşkar etdiyini yabanı halda bitən koldan yığıb qurutuduğunu və arabir özü üçün istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid Cəfərov X2 Rəhman Rza oğlunun ifadəsinə uyğun ifadə verərək göstərilən halları bir daha təstiq etmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/193 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş...” sözləri və imzalar yazılmış sellofan torbanın içərisindəki digər 01(bir) ədəd sellofan torbada təmiz çəkisi-285 qram və 01(bir) ədəd kibrit qutusunda təmiz çəkisi -3.29 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 439 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə-psixatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 281 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırkı cinayət əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırkı ekspertiza zamanı PSİXOPATABƏNZƏR DAVRANİŞLA ÇÜŞAİƏT OLUNAN YÜNGÜL ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirmişdir və keçirir.Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər ( Mingəçevir şəhər Psixinevroloji Dispanserdən verilmiş xx.xx.2020-cİ il tarixli 605 saylı arayış, Mingəçevir şəhəri Narkoloji Dispanserindən xx.xx.2020-cİ il tarixdə verilmiş 603 saylı arayış) anamnestik məlumatlar və hazırkı ekspertiza ( ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə olunması, hövsələsiz və acıqlı olması,tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavabreaksiyası verməsi,əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi, y7addaşında nisbi zəiflik müşahidə edilməsi, yeni məlumatları pis qavraması,təfəkküründə konkretliyə meyillilik aşkar edilməsi, mülahizə və qramatik səhvlərlə olması, adi hesablama əməliyyatlarını düzgün aparsada daha mürəkkəb hesablama əməliyyatlarında (vurma,bölmə əməliyyatları) səhvlər etməsi,atalar sözlərinin mənasını tam düzgün izah edə bilməməsi,abstrakt və məntiqitəfəkkürü nisbətən zəifləməsi intellektin xronoloji yaşından yüngül geri qalması,İQ=68% və s.) imkan verir.Təqsirləndirilən şəxs PSİXOPATABƏNZƏR DAVRANİŞLA MÜŞAİƏT OLUNAN YÜNGÜL ƏQLİ GERİLİK(YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT-10(Psixi və davranış pozuntularının beynəxalq təsnifatı 10-cu baxış)F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən, yəni xx.xx.2020-ci il tarixdə öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİDİR.Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarındadır. Odur ki, həmin rəylər sübüt növü kimi tanınmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün ifadəsi, şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi.Təqsirləndirilən şəxsəməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmünün surətindən, Salyan Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının surətindən, 5 saylı Cəzaçəkmə müəssisəsindən və Mingəçevir şəhər icra və probasiya şöbəsindən verilmiş məktublardan görünür ki, Qasımov X1 şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 67.1, 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 2500 manat cərimə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasına dair müddəa xaric edilərək təyin edilmiş cəza 3 il 3 ay azadlıqdan məhrumetmə cəzasına endirilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 2500 manat cəriməsi ilə tam birləşməklə üzərində qəti olaraq 2500 manat cərimə cazası və 3 il 3 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azadedilmiş, məhkumluğu götürülməmiş və ya ödənilməmiş, cərimə cəzası icra olunmamış qalmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Məhkəməyuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərəalaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmuyu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hal-hazırki hökümlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü və Salyan Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 2500 manat cərimə cəzası tam birləşdirməklə üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası və 2500 manat cərimə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməlidir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 4(051)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2020-cı il ildən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74- 1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Məhkəmə təqsirləndirilən şəxsin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onun normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxsin tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalıdır. Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut, tədqiqata sərf edildikdən sonra qalan 3,24 qram və 284,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza xərci 34,55 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Vəkil Hüseynov Müsaqif oğluna ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 132 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hal-hazırki hökmlə təyin edilmiş 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü və Salyan Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 2500 manat cərimə cəzası tam birləşdirməklə üzərində qəti olaraq 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 2500 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxx 2020-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 3,24 qram və 284,95 qram qurudulmuş marixuana qalığı məhv edilsin. İş üzrə 34,55 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil Hüseynov Müsaqif oğluna ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 132 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. . Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-83/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-83/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver