Məhkəmə qərarları › İş №1(051)-83/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-83/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-83/2022 27.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Konsensuss vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1980-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 01.07.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09.03.2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Mingəçevir Şəhər Məhkəməsinin 28.02.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi isteklak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 240,05 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın 225,31 qram olan hissəsini bir ədəd qara rəngli sellofan torbanın içərisində Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı binanın üçüncü blokunun zirzəmisində daşların arasında gizlədərək saxlamış, əldə etdiyi həmin narkotik vasitə - qurudulmuş marixuananın 14.74 qram hissəsini isə 1 ədəd yaşıl rəngli sellofan bükümdə əynindəki qara rəngli gödəkcənin sağ yan cibində saxlayaraq özü ilə daşımış, 26.02.2022-ci il tarixdə saat 19:00 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin CAB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı Mingəçevir şəhəri, M.Füzuli küçəsi 84/17 saylı binanın yaxınlığında saxlanılıb həmin tarixdə saat 19:40 radələrində ünvan 3 ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən 1 ədəd yaşıl rəngli sellofan torbanın içərisində təmiz çəkisi 14,74 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən, həmçinin Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 8 saylı binanın üçüncü blokunun zirzəmisinə baxış keçirilərkən, həmin zirzəmidə daşların arasından təmiz çəkisi 225,31 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər də, narkotik vasitələrdən istifadə etdiyi üçün dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmişdir. Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 3 gün əvvəl fevral ayının 23-də əvvəllər yaşadığı Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı binanın üçüncü blokunun zirzəmisində özünə aid dəmir boruları yerləşdirən zaman təsadüfən oradan bir ədəd selofan torba tapmışdır. Həmin selofanm içərisinə açıb baxan zaman spesfik iyindən və rəngindən narkotik vasitə olan marixuanaya bənzər kütlə olmasını aşkar etmişdir. Bundan sonra həmin selofanm içərisindəki narkotik vasitə olan marixuanaya bənzər kütlədən bir hissəsini üzərində olan yaşıl rəngli selofana büküb əynindəki gödəkçənin cibinə qoymuşdur. Digər sellofanın içərisindəki narkotik vasitə olan marixuananı büküb zirzəmidəki daşların arasına gizlətmişdir ki, gələcəkdə ondan istifadə etsin. 26.02.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Mingəçmevir şəhəri, M.Füzuli küçəsi 84/17 saylı binasının arxasında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində X6 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmçinin ona bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəkdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd yaşıl selofana bükülmüş büküm, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Bakı” markalı siqaret qutusu, sol yan cibindən isə bir ədəd kibrit qutusu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Yaşıl rəngli sellofan bükümdə olan kütlə rəngindən və spesifik iyindən narkotik vasitə olan marixuanadır. Sonra onun və digər iştirkçılarm yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və ümumi çəkisi 16,06 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı binanın üçüncü blokunun zirzəmisində özünə aid dəmir boruları yerləşdirən zaman təsadüfən tapmış, həmin selofanın içərisindəki narkotik vasitə olan marixuanaya bənzər kütlənin bir hissəsini üzərində olan yaşıl rəngli selofana büküb əynindəki gödəkçənin cibinə qoymuş, qalan narkotik vasitə marixuananı büküb zirzəmidəki daşların arasına gizlətmişdir. Narkotik vasitə tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra polis əməkdaşları vəkili ilə birgə şəhərin V.Abdullayev küçəsi 8 saylı binaya getmişlər. O, polis əməkdaşları ilə birgə həmin binanın 3-cü blokundan zirzəmiyə enən kimi daşların arasında gizlədiyi bir ədəd selofan torbanın içərisində qara rəngli selofana bükülmüş narkotik vasitə olan marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və sellofan bükümün ümümi çəkisi 235 qram olmuşdur. Daha sonra polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin qurudulmuş marixuananı satmaq məqsədi olmamışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə almasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nın əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. 26.02.2022-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2, əməliyyat rabitə qrupunun inspektoru Şahid3 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, M.Füzuli küçəsi 84/17 saylı evin yaxınlığında olan zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirilib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Səmədov X3 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X6 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib, üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyildir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən içərisində qurudulmuş marixuana olan 1 ədəd yaşıl rəngli sellofan torbanı könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin 1 ədəd sellofan torba Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən onun əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən aşkar olunmuş bir ədəd sellofan torbanın içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. Həmin sellofan torbanın içərisində narkotik vasitəyə oxşar kütlə torba ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olduğu bir ədəd sellofan torbanın çəkisi 16,06 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ- nin 76 nömrəli möhürü ilə möhürlənmişdir. Zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd sellofan torbada olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni 3 gün əvvəl 23 fevral 2022-ci il tarixdə əvvəllər yaşadığı Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı binanın üçüncü blokunun zirzəmisində özünə aid dəmir boruları yerləşdirən zaman təsadüfən oradan bir ədəd sellofan torba tapdığını, həmin selofanın içərisinə açıb baxan zaman spesfik iyindən və rəngindən narkotik vasitə olan marixuanaya bənzər kütlə olmasını aşkar etdiyini, sonra həmin torbada olan narkotik vasitə marixuananın üzərindən bir qədər götürüb şəxsi istifadəsi məqsədilə üzərində saxladığım bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə marixuananı götürdüyü içərisində narkotik vasitə marixuana olan sellofan torbanı Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı binanın zirzəmisində gizlətdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əvvəllər yaşadığı Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı binanın 3-cü blokunun zirzəmisinə Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid3, onun və vəkil X2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs binanın 3-cü blokunun zirzəmisində olan daşların arasından içərisində narkotik vasitə olan qurudulmuş marixuananya oxşar kütlənin olduğu bir ədəd sellofan torbanı təqdim etmişdir. Təqdim olunmuş həmin 01 ədəd sellafon torba Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən 1 ədəd sellofan torbanın içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. Həmin sellofan torbada olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi isə 235 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, üzəri AR DİN- in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs zirzəmidən aşkar olunaraq götürülmüş bir ədəd sellofan torbada olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni də təxminən 3 gün əvvəl, yəni 23 fevral 2022-ci il tarixdə zirzəmidə özünə məxsus dəmir boruları yerləşdirərkən tapdığım və üzərindən bir qədərini götürdükdən sonra qalan narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədilə zirzəmidə olan daşların arasında gizlədərək saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 da şahid qismində dindirilmiş X5 ifadəsində göstərdiyi xüsüsatları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 da digər şahidlər Şahid3 və X7 ilə eyni məzmunlu ifadə verərək, onların ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan 26.02.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd yaşıl rəngli sellofan torbanın içərisində ümumi təmiz çəkisi 14,74 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 26.02.2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı binanın üçüncü blokunun zirzəmisində daşların arasına gizlədərək saxladığı 1 ədəd sellofan torbanın içərisində ümumi təmiz çəkisi 225,31 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 27.02.2022-ci il tarixli 17/197 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik ...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi -14,74 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs gizlətdiyi zirzəmidən aşkar edilmiş ...” sözləri yazılmış sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi-225,31 qram olan bitki mənşəli kütlə tərkibində arkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd qara rəngli sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 26.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 239.95 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 01.03.2022-ci il tarixli 257 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq oluna bilməz. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 01.07.2019-cu il tarixli 1(051)-87/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 16.03.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Səmədov X3 Şəhər Məhkəməsinin 01.07.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 09.03.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayıb daşıyaraq ictimai təhlükəli əməli törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 240,05 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın 225,31 qram olan hissəsini bir ədəd qara rəngli sellofan torbanın içərisində Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı binanın üçüncü blokunun zirzəmisində daşların arasında gizlədərək saxlamış, əldə etdiyi həmin narkotik vasitə - qurudulmuş marixuananın 14.74 qram hissəsini isə 1 ədəd yaşıl rəngli sellofan bükümdə əynindəki qara rəngli gödəkcənin sağ yan cibində saxlayaraq özü ilə daşımış, 26.02.2022-ci il tarixdə saat 19:00 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin CAB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı Mingəçevir şəhəri, M.Füzuli küçəsi 84/17 saylı binanın yaxınlığında saxlanılıb həmin tarixdə saat 19:40 radələrində ünvan 3 ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən 1 ədəd yaşıl rəngli sellofan torbanın içərisində təmiz çəkisi 14,74 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən, həmçinin Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 8 saylı binanın üçüncü blokunun zirzəmisinə baxış keçirilərkən həmin zirzəmidə daşların arasındakı təmiz çəkisi 225,31 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində 1 nəfər yetkinlik yaşına çatmamış uşağın olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki , iş materiallarında oan doğum haqqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində 25.07.2006-cı il tarixdə doğulmuş Lalə adlı uşaq vardır. İşdə olan Mingəçevir şəhəri 12 saylı MİS tərəfindən verilmiş 31.03.2022-ci il tarixli 156 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Səmədov X3 Şəhər Məhkəməsinin 01.07.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 09.03.2021-ci il tarixdə cəza müddətinin sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən, 26.02.2022-ci il tarixdə qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3–cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26.02.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 26.02.2022-ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 4(051)-21/2022 saylı 28.02.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 26.02.2022–ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə uyğun hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun 2 qrup əlil olması nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” haqqında Qaydaların İİ hissəsinin 3.2-ci maddəsinə əsasən ona narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2– ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalmış təmiz qalıq çəkisi 239.95 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 manat 97 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ521BAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26.02.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi 239.95 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35 manat (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məbləğində məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ521BAZ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar