Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-83/2023 13.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(107)-168/2020 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 1(051)- 101/2020 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilərək, təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanmış, xx.xx.2021ci il tarixdə qəti cəza müddətinin sonu ilə azad olunmuş, ödənilməmiş məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, islah olunmayıb, məhkumluğu ödənilmədən, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından yuxarı həddi 5 qram, İİ siyahının 67ci bəndinə əsasən isə şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki yaşıl rəngli sellofan bükümdə təmiz çəkisi 195,36 qram narkotik vasitə - qurudulmuş marixuananı və qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,518 qram psixotrop maddə - metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi, «Spanaq» kafesinin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq, saat 17:30-dan saat 17:50-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı 195,36 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana əynindəki qış gödəkçəsinin sol iç yan cibindən, 0,518 qram psixotrop maddə-metamfetamin isə qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından yuxarı həddi 5 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qara rəngli selofan torbanın içərisində, təmiz çəkisi 77,62 qram və 1 (bir) ədəd ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 3,66 qram, ümumilikdə 81,28 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, “5+” marketin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə saat 20:20-dən 20:35-dək olan müddət ərzində keçirilən şəxsi axtarış zamanı 77,62 qram narkotik vasitə - qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən, 3,66 qram narkotik vasitə qurudulmuş marixuana isə həmin gödəkçənin sağ yan iç cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində kirayədə yaşadığı evdən yeni çıxmışdır ki, polis əməkdaşları ona yaxınlaşıb, maşına mindirmişlər və PŞ-nə gəldikdən sonra polis əməkdaşı Emir cibinə narkotik vasitəsi qoymuş və həmin narkotik vasitəsinin ona məxsus olmasını etiraf etməyini hədə-qorxu ilə tələb etmişdir. O da məcburiyyət qarşısında qalıb etiraf etmişdir. xx.xx.2023-cü il tarixdə 16 saylı orta məktəbin yaxınlığında olan «5+ Supermarket» dən spirtli içki oğurladığı zaman marketin işçiləri tərəfindən saxlanılmış və onlar polis əməkdaşlarına məlumat vermişlər. Polis əməkdaşları gəlincə marketin əməkdaşları onu marketin yaxınlığında olan anbara aparmışlar. Polis əməkdaşlarından Arif və sahə müvəkkili gəlmiş və onu PŞ-nə gətirən zaman Arif cibinə narkotik vasitəni qoymuş və hədə-qorxu gələrək etiraf etməyini tələb etmiş, o da etiraf etmişdir. «Spanaq» kafesi evinin yaxınlığında yerləşir, mağazaya gedərkən onu polis əməkdaşları tutmuşdur. Üzərində olan bir büküm narkotik vasitəsini tutulmazdan çox əvvəl tapıb saxlamışdır ki, özü istifadə etsin. Narkotikdən istifadəyə ara vermişdir deyə bir büküm narkotik vasitə cibində qalmışdır. Metafetamin heç vaxt istifadə etməmişdir. İkinci dəfə içkili idi, özündə deyildi, ancaq birinci dəfə onun üstündə qeyd olunan çəkidə narkotik vasitə olmamışdır. Həmin miqdarı polislər əlavə etmişdir. Ona görə boynuna almışdır ki, onun üzünə adam qoyub satışda ittiham edərlər. O səbəbdən də qorxudundan istifadəçi kimi saxladığını etiraf etmək məcburiyyətində qalmışdır. Onu PŞ-yə saat 11-də gətirmişlər, 2-3 saatdan sonra üzərinə baxış keçirmişlər. Çəkiliş zamanı narkotik vasitənin ona məxsus olmasını etiraf etməsəydi, çəkilişi dayandırıb işgəncə verəcəkdilər, ona görə də məcburiyyət qarşısında etiraf etmişdir. Lakin ona hər hansı bir işkəncə verməmişlər. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə almasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023cü il tarixdə saat 17:00 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ilə birlikdə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi, «Spanaq» kafesinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Mingəçevir ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Müsaqif Hüseyinov dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanılması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy qara rəngli qış gödəkçəsinin sol iç yanından 1 ədəd qara rəngli sellofanı, qara rəngli cins şalvarının sağ yan iç cibindən 1 ədəd şəffaf rəngli selofanın içərisində olan ağ rəngli kağız bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki göy qara rəngli qış gödəkçəsinin sol iç yanından 1 ədəd qara rəngli selofanın içərisində yaşıl rəngli selofana bükülmüş bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofanın içərisindən isə rəngindən və quruluşundan psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələrin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitə qurudulmuş marixuanaya və psixotrop maddə olan metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin metamfetaminə oxşar kütlənin ümumi çəkisi 0.69 qram, qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 218.29 qram olmuşdur. Həmin kütlə zərflərə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİNin Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib, götürülmüş qurudulmuş marixuanaya oxşar kütləni Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsindən yığdığını, metamfetamini də, təxminən 01 il yarım əvvəl Mingəçevir şəhəri ərazisindən xatırlamadığı ərazidən tapdığını, hər iki kütləni öz istifadəsi üçün üzərində saxlayıb, daşıdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 da Şahid3 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru X4, Mingəçevir şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “5+” Super Marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Mingəçevir ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Kamil Yunusov dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib, üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanılması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd qara rəngli sellafona bükülmüş bükümdə içərisində qurudulmuş marixuanaya oxşar kütlə, eyni zamanda eyni gödəkçənin sağ yan iç cibindən bir ədəd ağ kağıza bükülmüş içərisində qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə içərisində qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 85 qram, bir ədəd kağıza bükülmüş bükümdə içərisində qurudulmuş marixunaya oxşar kütlənin çəkisi 4.79 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 15-20 gün bundan əvvəl Mingəçevir şəhəri, Q.Nəbi küçəsinin yaxınlığında balıq tutmağa gedən zaman suyun qırağından tapdığını, bir qismini istifadə etdiyini, digər hissəsini isə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Mingəçevir şəhər Polis Şöbəsinin İTBnin sahə rəisi, polis kapitanı vəzifəsində işləyən Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə, ittihamın qanuni həll edilməsi üçün Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, həmçinin məhkəmə iclası zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətin olmasını nəzərə alaraq, onun ifadələrini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan narkotik vasitə olan marixuananın miqdarının az olmasıvə psxiotrop maddə olan metamfetaminin üzərindən aşkar edilməməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Mingəçevir Şəhər Polis Şöbəsində polis əməkdaşları tərəfindən saxlanılarkən, üzərində şəxsi istehlak miqdarında narkotik vasitə olan marixuana olduğunu, psxiotrop maddə olan metamfetaminin isə olmadığını göstərmiş, lakin polis əməkdaşları tərəfindən satışla tutulacağından qorxaraq, saxlamanın etiraf etdiyini, bununla da psixoloji təzyiqə məruz qaldığını bildirmişdir. Bundan başqa o, məhkəmə iclasında xx.xx.2023-cü il tarixdə 16 saylı orta məktəbin yaxınlığında olan «5+ Supermarket» dən spirtli içki oğurladığı zaman marketin işçiləri tərəfindən saxlanılmış və onlar polis əməkdaşlarına məlumat vermişlər. Polis əməkdaşlarından Arif və sahə müvəkkili gəlmiş və onu PŞ-yə gətirən zaman Arif cibinə narkotik vasitəni qoymuş və hədə-qorxu gələrək etiraf etməyini tələb etmiş, o, yenə də satışla tutulmaqdan qorxaraq saxlamanı etiraf etmişdir. Hər iki halda təqsirləndirilən şəxs pis rəftarla və yaxud psixoloji zorakılıqla bağlı Mingəçevir şəhər Prokurorluğuna müraciət etməmişdir. Ona görə də onunla bağlı araşdırma aparılmamışdır. Halbuki, hər iki halda təqsirləndirilən şəxs polis nəzarətində olmuş, yəni onun şikayət etməsinə polisin mane olmaq imkanı olmamışdır. Bununla belə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman hər iki epizod üzrə onun üzərindən narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetaminin aşkar edilməsi videoçəkiliş zamanı öz əksini tapmışdır. Həmin vaxt müdafiəçi bir neçə dəfə ondan israrla, həmin narkotik vasitənin özünə məxsus olub olmamasını, həmçinin döyülüb döyülməməsini soruşmuşdur. Bütün hallarda təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu və tutularkən heç bir zorakılığa məruz qalmadığını demişdir. Bütün bu xüsusatlar isə video diskdə öz əksini tapmışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixoloji zor tətbiqinə məruz qalması, həmçinin narkotik vasitənin onun üzərinə qoyulması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun həmin ifadəsini bütövlükdə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən 01 (bir) ədəd qara rəngli sellofanın içərisində olan yaşıl rəngli sellofana bükülmüş büküm ilə birlikdə ümumi çəkisi 218.29 qram narkotik vasitə - qurudulmuş marixuana, qara rəngli cins şalvarın sağ yan iç cibindən isə 1 (bir) ədəd şəffaf rəngli sellofanın içərisində olan ağ rəngli kağıza bükülmüş bükümün içərisində olan ümumi çəkisi 0.69 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd şpris aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sol iç yan cibindən 195.36 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana, qara rəngli cins şalvarının sağ yan cibindən 0.518 qram psixotrop maddə - metamfetamin aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 01 (bir) ədəd qara rəngli selofan bükülmüş bükümdə içərisində ümumi çəkisi 85 qram narkotik vasitə - qurudulmuş marixuana, həmin gödəkçənin sağ yan iç cibindən 1 (bir) ədəd ağ kağıza bükülmüş bükümdə ümumi çəkisi 4.79 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindən 77.62 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana, həmin gödəkçənin sağ yan iç cibindən 3.66 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/143 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə..” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi - 77.62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi — 3.66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd qara rəngli sellofan torbada və 01 ( bir) ədəd ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” na daxildir (İ siyahı). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizası, məhkəməbioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/54 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki şəffaf sellofana bükülmüş 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi – 0,518 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01 (bir) ədəd 1 mllik şprisin üzərində cuzi miqdarda metamfetamin hissəcikləri vardır. Metamfetamin hissəcikəri cuzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş metamfetaminlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış kağızda “vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzə kütlə.” sözləri və imzalar yazılmış sellofan torbanın içərisindəki 01 (bir) ədəd yaşıl rəngli sellofan torbada, təmiz çəkisi - 195,36 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı” na daxildir (İ siyahı). Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı” na daxildir (İ siyahı). Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma və saxlanca verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0.518 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0.468 qram olan psixotrop maddə “metamfetamin” və ilkin xalis çəkisi 195.36 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 195.26 qram olan narkotik vasitə “qurudulmuş marixuana” maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 81.28 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 81.18 qram olan narkotik vasitə “qurudulmuş marixuana” maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə AR CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və xx.xx.2023-cü il tarixdə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınması göstərilmişdir. Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.2 və 237-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işi üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli protokollarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 0.468 qram olan psixotrop maddə metamfetamin, 195.26 və 81.18 qram olan narkotik vasitə - qurudulmuş marixuananın maddi sübut kimi tanınması və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilməsi nəzərə alınması, xx.xx.2023-cü il tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd 1ml-lik şpris maddi sübut qismində tanınaraq, saxlanılması üçün maddi sübutların saxlanc oatğına təhvil verilməsi göstərilmişdir. 0.468 qram olan psixotrop maddə metamfetamin, 195.26 və 81.18 qram olan narkotik vasitə - qurudulmuş marixuananın əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün hazırki cinayət işindən material ayrılmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 mart 2023-cü il tarixli 428 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 430 №-li xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2014-cü il tarixdən Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 397 №-li xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Mingəçevir Psixo-Nevroloji Dispanserində qeydiyyatda durmur və müraciət etməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və cinayət işləri üzrə icraatın birləşdirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* saylı cinayət işi Mingəçevir ŞPŞ İB-nin müstəntiqi tərəfindən icraatına qəbul edilərək ********* saylı cinayət işinə birləşdirilmiş və ********* sayla istintaq davam etdirilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(051)-101/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 10 mart 2020-ci il tarixdən 12 mart 2020-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, cəmi dörd gün ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(107)-168/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 1(051)-101/2020 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs 10 mart 2020ci il tarixdən 12 mart 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün CMin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(107)-168/2020 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı və qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəmetamfetamini, xx.xx.2023-cü il tarixdə isə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı üzərində daşıyaraq, təkrarən ictimai təhlükəli əməli törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - qurudulmuş marixuananı və psixotrop maddə - metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi, «Spanaq» kafesinin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq, saat 17:30-dan saat 17:50-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı 195,36 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana əynindəki qış gödəkçəsinin sol iç yan cibindən, 0,518 qram psixotrop maddə metamfetamin isə qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, məhkumluğu ödənilmədən, təkrarən qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, “5+” marketin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə saat 20:20-dən 20:35-dək olan müddət ərzində keçirilən şəxsi axtarış zamanı 77,62 qram narkotik vasitə - qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən, 3,66 qram narkotik vasitə - qurudulmuş marixuana isə həmin gödəkçənin sağ yan iç cibindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan 2 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində 2 saylı MİS-ə yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(107)-168/2020 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 1(051)-101/2020 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilərək, təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanmış, xx.xx.2021-ci il tarixdə qəti cəza müddətinin sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin müxtəlif vaxtlarda vahid niyyət və ümumi məqsədlə əhatə olunmayan halda törətməsini nəzərə alaraq qənaətə gəlir ki, ittihamın qanuni, əsaslı və ədalətli həll edilməsi üçün cinayətin törədilməsində təqsiləndirilən şəxsin əməlində cinayətin təkrar törədilməsi halının olub-olmamasının müəyyən edilməsi, cəzanı ağırlaşdıran halların dairəsinin müəyyən olunması baxımından zəruridir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini və narkotik vasitə- qurudulmuş marixuananı qanunsuz əldə etmiş, daşımış və saxlamışdır. Bununla da o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə törətmişdir. Təqsirləndirilən şəxs birinci dəfə Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi, «Spanaq» kafesinin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq, saat 17:30-dan saat 17:50-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı şəxsi istehlak miqdarından artıq miqdarda 195,36 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana əynindəki qış gödəkçəsinin sol iç yan cibindən, 0,518 qram psixotrop maddə - metamfetamin isə qara rəngli cins şalvarının sağ yan cibində saxlamaqla törətmiş, ikinci dəfə isə xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, “5+” marketin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə saat 20:20-dən 20:35-dək olan müddət ərzində keçirilən şəxsi axtarış zamanı şəxsi istehlak miqdarından artıq miqdarda 77,62 qram narkotik vasitə - qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən, 3,66 qram narkotik vasitə-qurudulmuş marixuana isə həmin gödəkçənin sağ yan iç cibində saxlamaqla törətmişdir. Bununla da təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə qəsdən törətmiş və hər iki cinayət əməli ayrı-ayrı tarixlərdə başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini iki dəfə qəsdən törətmiş və heç birinə görə məhkum olunmamış, həmçinin heç bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3–cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqinin qərarı ilə xx.xx.2023-cü il tarixdə Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 04 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə qaldığı 04 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası CM–in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,468 qram psixotrop maddə olan metamfetamin, 195,26 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd 1ml-lik şpris, həmçinin ekspert tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 81,18 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 139 manat 62 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ521BAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,468 qram psixotrop maddə olan metamfetamin, 195,26 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd 1ml-lik şpris, həmçinin ekspert tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 81,18 qram narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 139.62 (yüz otuz doqquz manat altmış iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ521BAZ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-83/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-83/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver