Məhkəmə qərarları › İş №1(051)-84/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-84/2021

29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-84/2021 29.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, şikayət vermiş və Zərərçəkmiş şəxs qızının, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 11 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 16 radələrində yaşadığı Mingəçevir şəhəri Sahil küçəsi Günəş döngəsi 1/35a saylı həyət evinin yataq otağında istirahət edərkən, otaqlarda təmizlik işi görən həyat yoldaşı Zərərçəkmiş şəxs istirahət etdiyi otaqda təmizlik etməməyini bildirdikdə, Zərərçəkmiş şəxs onun sözünə məhəl qoymayıb otağı təmizləmək istədiyinə görə aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı evin mətbəxində Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruqla vurub, ona burun sümüyünün qapalı yerdəyişən sınığı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Aşkar cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Belə ki, 2009-cu ilin sentyabr ayında rəsmi nigahla ailə həyatı qurmuş, həmin nigahdan iki azyaşlı övladları vardır. Əvvəllər münasibətləri normal olmuşdur. Lakin, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvan 3 döngəsi 1/35a saylı evin yataq otağıda uzanmışdır. Həmin vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs evləri təmizləməklə məşğul olmuşdur. Lakin, uzandığı otağı Səyyarəyə süpürməməyi bildirmişdir. Zərərçəkmiş şəxs isə, onun sözünə məhəl qoymamış, kobud formada evləri təmizləməli olduğunu bildirmiş və evi süpürməyə başlamışdır. O da, əsəbləşmiş və ayağa qalxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs evin mətbəxinə keçmiş və əsəbləşib bir dəfə yumruqla sifət nahiyyəsinə vurmuş, bundan başqa onu vurmamış, hədələməmiş, söyüb təhqir etməmişdir. Zərərçəkmiş şəxs döydükdən sonra, burnu qanamış və evdən həyətə çıxmışdır. Lakin, bir qədər sonra Zərərçəkmiş şəxs ona burnunun qanının kəsmədiyini bildirmiş və Səyyar Mahmudovanı mərkəzi xəstəxanaya aparmışdır. Həmin vaxt evdə ikisi olduğundadan hadisəni heç kim görməmişdir. Eləcə də, hadisə qısa müddət ərzində davam etmiş, hadisə vaxtı heç bir söyüş söyülməmişdir. Şikayət vermiş şəxslə barışdıqlarını bildirmiş və məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qızı məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu həyat yoldaşıdır. Təqsirləndirilən şəxsla 2009-cu ilin sentyabr ayında rəsmi nigahla ailə həyatı qurmuş, iki azyaşlı övladları var. Əvvəllər münasibətləri normal olsa da, son dövrlərdə münasibətləri uyğun gəlmədiyinə görə aralarında mübahisələri olur. Sonuncu dəfə, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvan 3 döngəsi 1/35a saylı ünvanda həyat yoldaşı Təqsirləndirilən şəxsla birlikdə olarkən, evin yataq otağını süpürmək istəmişdir. Həmin vaxt həyat yoldaşı Təqsirləndirilən şəxs həmin evdə uzanıb dincəldiyinə görə otağı süpürməməyi bildirmişdir. O da, evi təmizləməli olduğunu bildirib, süpürməyə başlamışdır. Bu zaman həyat yoldaşı sözünə baxmadığına görə əsəbləşibuzandığı yerdən durmuş və o isə, mətbəxə keçmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bir dəfə onun sifət nahiyyəsinə yumruq vuraraq onu döymüşdür. Həmin vaxt onun burnu qanamış və Əmir isə, həyətə çıxmışdır. Lakin, o, hamama keçib burnunun qanını kəsmək istəmişdir. Lakin, burnunun qanı kəsmədiyinə görə Təqsirləndirilən şəxs bildirmiş və Təqsirləndirilən şəxs onu mərkəzi xəstəxanaya aparmışdır. Daha sonra, Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin vaxt evdə heç kim olmamış, hadisəni heç kim görməmişdir. Hal hazırda barışdıqlarına görə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu və Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək barışdıqlarını bildirmişlər, bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 16 radələrində yaşadığı Mingəçevir şəhəri Sahil küçəsi Günəş döngəsi 1/35a saylı həyət evində həyat yoldaşı Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 121 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər – burun sümüyünün qapalı yerdəyişən sınığı küt əşyanın (alətin) təsirindən əmələ gəlmiş, yetirilmə müddəti xx.xx.2021-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri Sahil küçəsi Günəş döngəsi 1/35a saylı həyət evidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi Günəş döngəsi 1/35a saylı həyət evinin birinci mərtəbəsinin mətbəxində həyat yoldaşı Təqsirləndirilən şəxs qəsdən bir dəfə yumruqla sifət nahiyəsinə vuraraq xəsarət yetirdiyini bildirmiş və hadisə yerini göstərmişdir. İşə əlavə olunmuş Təqsirləndirilən şəxs oğlu və Zərərçəkmiş şəxs qızı tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Zərərçəkmiş şəxs qızının isə Təqsirləndirilən şəxs oğlundan heç bir şikayət və tələbi yoxdur. İşdə olan DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, əməli törətmiş şəxslə zərər çəkmiş şəxs barışmış, zərərçəkmiş şəxsin dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əməli törətmiş şəxsin zərərçəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73.2-ci, CPM-nin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar