Məhkəmə qərarları › İş №1(051)-84/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-84/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-84/2022 23.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6№-li evin 58№-li mənzilində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Günəşli bağ massivi 6-cı küçədə yaşayan,barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın yuxarı həddi üçün 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd ağ rəngli kağız bükümdə və 1 (bir) ədəd qara rəngli sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 0,89 qram və 172,24 qram ümumi təmiz çəkisi 173,13 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı satış məqsədi olmadan üzərində gəzdirərək, həmin narkotik vasitə qurudulmuş marixuananın 1 (bir) ədəd ağ rəngli kağız bükümündə 0,89 qram olan hissəsini əynindəki göy rəngli cins şalvarın sağ yan cibində, 1 (bir) ədəd qara rəngli sellofan torbada 172,24 qram olan hissəsini isə əynindəki qara rəngli gödəkcənin sol iç cibində saxlayaraq daşımış və 30 mart 2022-ci il tarixdə Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən yaşayış binalarının yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 16 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən və qara rəngli gödəkcənin sol iç cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri Günəş küçəsində yerləşən “Mingəçevir kənd qəbirstanlığı”-nin yaxınlığından keçərkən yerdə 1 ədəd qara rəngli sellofan torba görüb yerdən götürdü, açıb baxdıqda həmin torbanın içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildi. Torbanı qəbirstanlğın yaxınlğında daşın altında gizlətdi. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində narkotik vasitəni gizlətdiyi yerə gedərək orada daşın altında olan sellofan torbadakı marixuananı götürdü. Həmin torbada olan narkotik vasitədən bir qədərini büküb əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə, qalan hissəsini isə əynində olan qara rəngli gödəkcənin sol iç cibinə qoyaraq gizlətdi ki, sonra istifadə edər. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən yaşayış binalarının yaxınlığından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Tapdığı narkotik vasitə də həmin vaxt üstündə idi. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirdilər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirildi. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etmədi. Üzərinə şəxsi keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirildi. O da əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan ağ rəngli kağız bükümü, əyindəki gödəkcənin sol iç cibindən içərisində narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi 1 ədəd qara rəngli sellofan torbanı çıxarıb təqdim etdi. Həmin narkotik vasitə tərəzidə çəkildi, sonra polis əməkdaşları qablaşdırıb götürdülər. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Arif Şərirof və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yaşayış binalarının yaxınlığında görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildi. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan ağ rəngli kağız bükümü, əyindəki qara rəngli gödəkcənin sol iç cibindən içərisində narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi 1 ədəd qara rəngli sellofan torbanı çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkcənin sol yan iç cibindən aşkar olunmuş 1 ədəd qara rəngli sellofan torba və əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar olunmuş 1 ədəd ağ rəngli kağız büküm açılıb baxıldıqda torbada və bükümdə olan kütlənin yaşıl rəngli, kəskin iyə malik, ota bənzər kütlə yəni narkotik vasitə olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri Günəş küçəsində yerləşən “Mingəçevir kənd qəbirstanlığı”-nin yaxınlığından keçərkən yerdən tapdığını, özü istifadə etmək üçün üzərində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirdi. Təqsirləndirilən şəxs əməli digər Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 25-30-cu vərəqlərində olan 30 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkcənin sol iç cibində gizlədərək saxladığı 1 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindən ümumi təmiz çəkisi 172,24 qram olan narkotik vasitə-qurudulmuş marixuana və əynində olan göy rəngli cins şalvarın sağ yan cibində gizlədərək saxladığı 1(bir) ədəd ağ rəngli kağız bükümün içərisindən ümumi təmiz çəkisi 0,89 qram olannarkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin 37-40-cı vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 30 mart 2022-ci il tarixli, 17/290 saylı rəyində göstərilir ki, üzərində üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözləri adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,89 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində yapışdırılmış ağ kağızda “vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri adlar və imza yazılmış 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi-172,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuanaların təmiz çəkisi-173,13 qram, tədqiqata sərf edildi 0,10 qram(hər obyektdən 0,05), qalıq 173,03 qram. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 88-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 535 saylı 21 aprel 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd ağ rəngli kağız bükümdə və 1 (bir) ədəd qara rəngli sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 0,89 qram və 172,24 qram ümumi təmiz çəkisi 173,13 qram olan küstar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı satış məqsədi olmadan üzərində gəzdirərək, daşımış və 30 mart 2022-ci il tarixdə Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən yaşayış binalarının yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 16 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən və qara rəngli gödəkcənin sol iç cibindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 76-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halı, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 173,03 qram narkotik vasitə olan marixuana Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki)il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(bir) il 5 (beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 173,03 qram narkotik vasitə olan marixuana məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar