Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-84/2024 04.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 ay vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Mingəçevir şəhər Ş.İ.Xətai küçəsi ev 10, mənzil 34-də qeydiyyatda olmaqla Mingəçevir şəhər M.Fərruxov küçəsi ev 86-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Mingəçevir şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına, xx.xx.2023-cü il tarixdə cəzasından vaxtından əvvəl şərti azad olunsa da məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülmədən islah olunmamış və 28 iyun 2005-ci il tarixli "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına, görə siyahıların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023cü il tarixli Azərbaycan Respublikasının Qanunun 1-ci siyahısının 83-cü bəndinə əsasən narkotik vasitə heroinin xeyli miqdarının aşağı həddi 0.15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0.546 qram olan narkotik vasitə heroini üzərində saxlayaraq daşımış, 09 mart 2024-cü il tarixdə saat 15:10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, X.Şuşinski küçəsində saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 15:50-dən 15:59-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən siqaret qutusunun içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0.546 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, narkotik vasitənin heroin və patı deyilən növündən istifadə edir, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əvvəllər dəfələrlə məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Mingəçevir şəhəri A.Məmmədov prospektində səkinin dibindən bir ədəd şəffaf sellofan büküm görüb və həmin vaxt açıb içərisinə baxdıqda görüb ki, içərisində olan kütlə heroindir. Özü istifadə etdiyi üçün, həqiqətən də heroin olmasına əmin olub, həmin bükümü özü istifadə etmək məqsədilə cibinə qoymuş və yaşadığı evə getmişdir. Evdə olarkən bir dəfə həmin kütlənin üzərindən götürüb istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 15:10 radələrində Seymur adlı tanışı ilə birlikdə Mingəçevir kəndi adlanan X.Şuşinski küçəsinin yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində ona dövlət hesabına müdafiəçi təyin olunmuş və müdafiəçinin iştirakı iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O, da üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sol cibindən göy prima markalı siqaret qutusunun içərisində heroin olan həmin şəffaf sellofan büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilərək və qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini o, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri A.Məmmədov küçəsində, yerdən taparaq əldə etmişdir. X3 üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Həmçinin Seymurun üzərində narkotik vasitə olmasından onun məlumatı olmamışdır. Etdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. 09 mart 2024-cü il tarixdə məxfi əməkdaşdan daxil olmuş əməliyyat məlumatında Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə daşıyıb gəzdirməsi göstərilmişdir. Həmin məlumatın yoxlanılması çərçivəsində əməliyyat tədbirinə dair qərar qəbul olunmuş və müvafiq əmr hazırlanmışdır. Əməliyyat tədbirinin keçirilməsi nəticəsində NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin gün saat 15 radələrində Mingəçevir şəhər X.Şuşinski küçəsinin yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əvvəllər cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə dəfələrlə məhkumluğu olan X4 ilə birlikdə olmuşdur. O və polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasına dair barəsində polis şöbəsinə məlumat daxil olmasını izah edib, ona görə də polis şöbəsinə getməli olduqlarını bildirmişdir, Qaçay da etiraz etməmişdir. Həmin vaxt orada olan Seymur Bayramov özünü şübhəli apardığından, habelə onun dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkumluğu olduğundan onun da üzərində narkotik vasitə olmasında şübhəli olduğundan onu da Təqsirləndirilən şəxs ilə birlikdə polis şöbəsinə dəvət etmişlər. Hər iki şəxs etiraz etmədikdən sonra birlikdə polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs və Seymur Bayramovun barələrində prosessual araşdırma aparılaraq üzərlərinə şəxsi axtarış və götürmə keçirilməsi üçün raportla müraciət edərək və onları təhqiqat bölməsinə təqdim etmişlər. TB-nin təhqiqatçısı polis baş leytenantı Qoşqar Əhmədli tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub, ona dövlət hesabına müdafiəçi təyin olunaraq həmin gün növbədə olan vəkil X6 təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçiyə və cinayət prosesinin iştirakçılarına etirazı olmamasını bildirdikdən sonra üzərinə video çəkilişlə təhqiqatçı Qoşqar Əhmədli tərəfindən onların da iştirakları ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol yan cibində prima markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə onun üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim edilməsi qablaşdırılaraq götürülmüş, zərfi və tərtib olunmuş protokolu Təqsirləndirilən şəxs və müdafiəçisi Fərid Əliyev imzalamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə heroin olmasını, Mingəçevir şəhər A.Məmmədov küçəsində yol kənarından təsadüfi zəmində taparaq əldə etməsini və özü istifadə etmək məqsədilə üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitə olmasından Seymur Bayramovun məlumatının olmadığını bildirmişdir. Daha sonra digər şübhəli şəxs X2 hüquq və vəzifələri izah olunmuş, ona dövlət hesabına müdafiəçi təyin olunub və vəkil X11 təqdim edilmişdir. Seymur Bayramov müdafiəçiyə və cinayət prosesinin iştirakçılarına etirazı olmamasını bildirdikdən sonra üzərinə video çəkilişlə təhqiqatçı Qoşqar Əhmədli tərəfindən onun da iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Seymur Bayramovun əynindəki cins şalvarının sağ yan kiçik cibindən bir ədəd kağız bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Seymur Bayramov və onun müdafiəçisinin iştirakı ilə üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim edilməsi qablaşdırılaraq götürülmüşdür. Zərfi və tərtib olunmuş protokolu Seymur Bayramov və müdafiəçisi Zaur Saadov imzalamışdır. Sorğu zamanı Seymur Bayramov üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə heroin olmasını, Mingəçevir kəndi ərazisində təsadüfi zəmində taparaq əldə etməsini və özü istifadə etmək məqsədilə üzərində saxlamasını bildirmişdir. Seymur Bayramov da özünün üzərində narkotik vasitə olmasından Təqsirləndirilən şəxs məlumatı olmadığını bildirmişdir. Hər iki şəxsi tanıyır, belə ki, uzun müddətdir ki, narkomaniyaya qarşı mübarizə qrupunda əmliyyat müvəkkili vəzifəsində işləyir, Təqsirləndirilən şəxs və Seymur Bayramov əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakları olduğu üçün cinayət məsuliyyətinə cəlb olunmuşlar. Onları tanısa da lakin aralarında hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şərifov X7 Emir Cavad oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən siqaret qutusunun içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 0.76 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan 10 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə tərəfimdən Mingəçevir ŞPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X5 tərəfindən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair tərtib olunmuş protokola əlavə edilmiş bir ədəd DVD-diskə tərəfindən baxış keçirilmişdir. DVD-ə diskə tərəfimdən baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən siqaret qutusunun içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 0.76 qram olan narkotik vasitə heroin aşkar olunaraq qablaşdırılıb götürülməsi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 10 mart 2024-cü il tarixli 3-16-16-2-17/257 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürüldü ” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,546 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 0,546 qr., tədqiqata sərf edildi – 0,050 qr., qalıq – 0,496 qr. Aparılmış tədqiqatın dəyəri 71,94 manatdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 455 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Mingəçevir şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına, xx.xx.2023-cü il tarixdə cəzasından vaxtından əvvəl şərti azad olunsa da məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülmədən islah olunmamış və 28 iyun 2005-ci il tarixli "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına, görə siyahıların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunun 1-ci siyahısının 83-cü bəndinə əsasən narkotik vasitə heroinin xeyli miqdarının aşağı həddi 0.15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0.546 qram olan narkotik vasitə heroini üzərində saxlayaraq daşımış, 09 mart 2024-cü il tarixdə saat 15:10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, X.Şuşinski küçəsində saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 15:50-dən 15:59-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən siqaret qutusunun içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0.546 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-195/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən də görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Mingəçevir şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 ay vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə qərardan görünür ki, 11 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı 04 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74- 1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində məcburi müalicəyə cəlb olunmalı və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,496 qram narkotik vasitə heroin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 71,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 04 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,496 qram narkotik vasitə heroin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olduğu andan, Təqsirləndirilən şəxs isə tərəfindən hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-84/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-84/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver