Məhkəmə qərarları › İş №1(051)-85/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-85/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-85/2020 05.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı və müdafiəçi X2 iştirakı ilə, xx xxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakışəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 52 №li evdə qeydiyyatda olmaqla yaşayan, barəsində xx xxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümünün içərisindəki qara rəngli kağız bükümündə təmiz çəkisi 0,229 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki göy rəngli cins şalvarın sağ yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən 30№-li yaşayış binasının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada orada saat 15 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə ailəüzvləri ilə birlikdə qayınatasının Mingəçevir şəhərində yaşadığı evə qonaq gəlmişdir. Bakışəhərində olarkən yaşadığı Binqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən evlərinin yaxınlığından siqaretin gümüşü kağız bükümündə narkotik vasitə heroin tapmışdır. Həmin narkotik vasitəni Mingəçevir şəhərinəözü ilə gətirmişdir. Narkotik vasitələrdən mütəmadi istifadə etmədiyi üçün həmin narkotik vasitəni özündə saxlamışdır. Həmin narkotik vasitədən xx.xx.2020-ci il tarixdə yaşadıqları evdə iynə vasitəsi ilə damarına vurmuşdur. Narkotik vasitəni hazırlamaq üçün istifadə etdiyi şüşə qab vəşprisi isə cibinə qoyub şəhərəçıxmışdır. Saat 13 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “UNİBANK”-ın Mingəçevir şəhər filialının inzibati binasının yaxınlığından keçərkən yerdə 1 ədəd siqaretin gümüşü kağız bükümünü görüb götürüb açıb baxdıq da həmin bükümün içində qara rəngli kağız bükümünün içərisindəkinin narkotik vasitə heroin olduğunu bilmişdir. Çünki, özü də narkotik vasitələrdən istifadə edir. Həmin bükümü əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq gizlətmişdir. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən 30 saylı yaşayış binasının yaxınlığında dayanarkən tapdığı narkotik vasitə dəüzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsindəüzərinəşəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansıəşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd siqaretin gümüşü kağız bükümünü təqdim etmişdir. Həmçinin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şpris, əynindəki tünd göy rəngli gödəkcənin sol iç cibindən 1 ədəd 5 qramlıq şüşə qabı, sağ yan cibindən isə“Winstone” markalı siqaret qutusunu və 1 ədəd alışqanı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bir ədəd siqaretin gümüşü bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik, kristalk kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə aptek tərəzisindəçəkilmiş və siqaretin gümüşü kağız bükümü ilə birlikdəçəkisi 0,47 qram olmuşdur. Sorğu zamanı bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “UNİBANK”-ın Mingəçevir şəhər filialının inzibati binasının yaxınlığından keçərkən yerdən siqaretin gümüşü kağız bükümündə tapmışdır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Əməlindən peşmandır. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq barəsində yüngül cəzanın seçilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid2 və o, Bakı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən 30 saylı yaşayış binasının yaxınlığında görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxsa narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinəgətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinəöz razılığı iləşəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinəşəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuşəşya vardırsa çıxarıb könüllü təqdim etsin, o, da əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd siqaretin gümüşü kağız bükümünü təqdim etmişdir. Həmçinin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şpris, əynindəki tünd göy rəngli gödəkcənin sol iç cibindən 1 ədəd 5 qramlıq şüşə qabı, sağ yan cibindən isə“Winstone” markalı siqaret qutusunu və 1 ədəd alışqanı təqdim etmiş vəüzərində digər əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünəşəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bükümə açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik, kristalk kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1(bir) büküm narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilmiş, siqaretin gümüşü kağız bükümü ilə birlikdəümumi cəmi çəkisi 0,47 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 06xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “UNİBANK”-ın Mingəçevir şəhər filialının inzibati binasının yaxınlığından keçərkən yerdən siqaretin gümüşü kağız bükümündə tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün əynində olan göy rəngli cins şalvarın sağ yan cibində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsüzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə bir ədəd poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da oxşar məzmunlu izahat verərək, Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Cinayət işinin 25-26-cı səhifələrində olan xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuşşəxsi axtarış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinəşəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibində gizlədərək saxladığı 1(bir) ədəd siqaretin gümüşü kağız bükümünün içərisində qara rəngli kağız bükümündəümumi təmiz çəkisi 0,229 qram olan olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə olan heroin elektron tərəzi iləçəkilmiş, zərfə qoyularaq qablaşdırılmış və həmin zərf Azərbaycan Respublikası DİN-nin 76 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə tərtib olunmuş protokol və zərfin üzəri Təqsirləndirilən şəxs, proses iştirakçıları tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17/225 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuşüzərində“Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,229 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata təqdim olunmuş, üzərində“Təqsirləndirilən şəxs aşkarlanmış bir ədəd şprits, bir ədəd şüşə flakon” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd 1 ml-lik spris və 1 ədəd baş hissəsi kəsilmişşüşə flakonda olan maddə hissəcikləri-heroin hissəcikləridir. Tədqiqata təqdim olunmuşşprisdə vəşüşə flakonda olan heroin hissəcikləri cüzi miqdarda olduğundan onların təmiz çəkisini müəyyən etmək və onların təqdim olunmuş heroinlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Ekspertiza zamanı həmin narkotik vasitənin 0,05 qramı tədqiqata sərf olunmuş, 0,179 qramı isə qalıq qalmışdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 438 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcubri müalicəyə ehtiyyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunmasıüçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, xx.xx.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümünün içərisindəki qara rəngli kağız bükümündə təmiz çəkisi 0,229 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki göy rəngli cins şalvarın sağ yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən 30№-li yaşayış binasının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada orada saat 15 radələrindəüzərinəşəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Aylin Əliyeva adlı bir az yaşlıövladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasına Azərbaycan RespublikasıCM-nin 59.1.4-cü maddəsinə əsasən,törətdiyi əməli səmimi etiraf etməsi və peşimançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Bakışəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan və qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək 2 gün müddətinə şübhəli şəxs kimi həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomanlıqdan məcburi müalicəyə cəlb olunmalıdır. İşüzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 102,12 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İşüzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,179 qram çəkidə heroin Azərbaycan Respublikası CPMnin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X1 filialında olan VÖEN: **********. Hesan № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomanlıq xəstəliyindən məcburi müalicəyə cəlb olunsun. Yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İşüzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 1.179 qram heroin məhv edilsin. İşüzrə 102,12 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X1 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar