Məhkəmə qərarları › İş №1(051)-85/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-85/2021

23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-85/2021 23.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx.xx.1961-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olan, Mingəçevir şəhəri, “Kür” mehmanxanasında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə quruldulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 6,17 qram olan bir ədəd kağız bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx xxxxxx 2020-ci il tarixdə saat 20:00-da Mingəçevir ŞPŞ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, “Kür” kompyuter zavodunun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 20:30-da üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən təmiz çəkisi 6,17 qram olan bir ədəd kağız bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14-15 radələrində yaşadığı Mingəçevir şəhəri, “Kür” mehmanxanasının yan tərəfindən keçən zaman yerdə bir ədəd ağ rəngli kağız büküm görmüş, həmin bükümü götürüb açanda içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını anlamışdır. O, qurudulmuş marixuanadan istifadə etdiyinə görə bükümün içərisində olan narkotik vasitəni iyindən, quruluşundan, rəngindən tanımış və bükümü özü ilə götürmüşdür. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan kağız bükümdəki narkotik vasitədən bir qismini “rızla” deyilən yapışqanlı siqaret kağızına büküb gizlin yerdə istifadə etmiş, yerdə qalan narkotik vasitəni isə daha sonra gələcəkdə istifadə etmək məqsədi ilə əynindəki qara rəngli gödəkçənin sol iç cibinə qoymuşdur. xx.xx.2020ci il tarixdə saat 20 radələrində “Kür” kompüter zavodunun qarşısında olan zaman tapdığı narkotik vasitə olan qurudulmuş marixuana əynindəki qara rəngli gödəkçənin sol iç cibində olmuşdur. Həmin vaxt mülki paltarda olan şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəlmişdir. Polis şöbəsində onu əməliyyatçı Emirin otağına aparmışlar, orada üzərində 1 çəkimlik olan marixuana olan bükümü cibindən çıxarıb Emirə vermiş, Emir də şkafdan bükümdə marixuana çıxarıb onda olan marixuananın üzərinə əlavə edib ona vermişdir ki, üzərinə baxış keçirilən zaman cibindən çıxarıb həmin narkotik vasitənin ona məxsus olduğunu desin, bunun müqabilində də tutulmaması üçün ona köməklik edəcəkdir. Buna görə də onnu dediyi ilə razılaşmışdır. Bundan sonra polis şöbəsində müdafiəçi kimi X6 ona təqdim olunaraq hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində xx.xx.2020-ci il tarixdə saat 20:25 radələrində vəkil X3 iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya olubolmamsı soruşulmuş, olduğu təqdirdə isə çıxarıb könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. Axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən video çəkiliş aparmaqla üzərində axtarış aparılcağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edildikdən sonra video çəkiliş tətbiq etməklə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd kağız büküm polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Kağız büküm polis əməkdaşları tərəfindən açılarkən bükümün içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildiyini, həmin narkotik vasitəni xx xxxxxx 2020-ci il tarixdə saat 14-15 radələrində yaşadığı Mingəçevir şəhəri, “Kür” mehmanxanasının yan tərəfindən keçən zaman yerdən taparaq bir qismini istifadə edib yerdə qalanını qara rəngli gödəkçənin sol iç cibinə qoyub gizlədərək üzərində saxladığını etiraf etmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuananın çəkisi 7,2 ( yeddi tam onda iki) qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Əslində polis əməkdaşları onu saxlayarkən üzərində bir çəkimlik, təxminən 1-2 qram miqdarında marixuana olmuş, əməliyyatçı Emir öz otağında əlavə olaraq marixuana vermiş, həmin marixuananın hamısı ona aid olmamışdır. Ona görə bütün bunları nəzərə alıb ona bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirlməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyataxtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2lə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Kür» kompüter zavodunun yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Məmmədov X5 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil Kamil Yunusov dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynindəki rəngli, qollarından, ciblərindən ağ rəngli zolaq gedən gödəkçəsinin sağ yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefon, sol yan cibindən 1 ədəd cib dəsmalı və 1 ədəd alışqan, gödəkçəsinin sol iç cibindən 1 ədəd ağ rəngli kağız büküm və 1 ədəd üzərinə «RİCHER» yazısı yazılmış qutu, içərisində sellofan kağızlar, əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən isə içərisində 2 ədəd plastik kart və 1 ədəd əlillik vəsiqəsi olan sənəd qabı aşkar olunmuşdur. Həmin gödəkçənin sol iç cibindən aşkar edilən ağ rəngli bir ədəd büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisindən tünd-yaşıl rəngli, spesifik iyə malik, xüsusi görünüşlü və quruluşlu narkotik vasitə “qurudulmuş marixuana”ya oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlənin ümumi çəkisi 7,2 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırımış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd bükümdəki kütlənin “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuana”nı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni ağ kağıza bükülmüş vəziyyətdə xx.xx.2020-ci il tarixdə saat 14-15 radələrində yaşadığı Mingəçevir şəhəri, “Kür” mehmanxanasının yan tərəfindən keçən zaman yerdən taparaq bir qismini istifadə edib yerdə qalanını qara rəngli gödəkçənin sol iç cibinə qoyub gizlədərək üzərində saxladığını bildirmişdir. Şahid1 həmçinin, göstərmişdir ki, Təqsirləndirilən şəxsla heç bir ədavət və düşmənçiliyi olmamış, ona narkotik vasitə verməmiş, üzərindən aşkar olunan narkotik vasitənin hamısı onun özünə məxsus olmuş və saxlanılarkən də videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu bildirmiş, saxlanılarkən onu öz xidməti otağına aparmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. İş üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan gödəkçəsinin sol iç cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan ağ rəngli kağız büküm aşkar edilmiş və həmin büküm Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə qablaşdırılmışdır. İş üzrə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan gödəkçəsinin sol iç cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan ağ rəngli kağız büküm aşkar edilmiş və həmin büküm Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu ona məxsus olduğunu bildirmişdir. İş üzrə xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17\637 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş..kütlə…..” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd kağız kümdə, təmiz çəkisi – 6.17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadir. İş üzrə xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 196 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İİ qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicəyə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd ağ kağız bükümdə təmiz çəkisi – ilkin xalis çəkisi 6,17 qr olan, 0,02 qram tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 6,15 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün ifadəsi, şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin üzərində aşkar olunmuş narkotik vasitənin az hissəsinin ona məxsus olması, qalan narkotik vasitəni Mingəçevir ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 verməsi ilə bağlı istinad etdiyi dəlillər, şahid ifadələri, iş üzrə tərtib edilmiş baxış protokolları ilə təkzib olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirmə zamanı şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin hamısının ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən ona əlavə heç bir narkotik vasitənin verilmədiyini, müdafiəçisinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən üzərindən aşkar olunmuş narkotik vasitənin hamısının ona məxsus olmasını özünün də etiraf etdiyini göstərmişlər. Şahidlərin göstərdikləri xüsusatlar şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol və diskə baxış keçirilməsi barədə protokollarla təsdiq olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin məhkəmə istintaqında təkzib olunan hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə olumuş Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 056881 nömrəli xx xxxxxx 2016-cı ildə verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ (ikinci) ümumi səbəbdən əlildir. Cinayət işi materiallarına əlavə edilmiş Mingəçevir şəhər Mənzil-Kommunal təsərrüfat istehsalat birliyi “xxxx” MMC-dən tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir rəsmi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Şəxsiyyət vəsiqələrinin (şəkilsiz) surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Məmmədzadə Aygün, xx.xx.2011-ci il təvəllüdlü Məmmədzadə Zalış adlı iki az yaşlı uşaqları vardır. İş materialarında olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-154/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materialarında olan DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Məmmədov X5 Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzasının 1 il 26 gün hissəsindənn vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki az yaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CMnin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. İşə əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşə əlavə olunmuş qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı xx xxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 6,15 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 35,97 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 6,15 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar