Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-85/2022 09.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1999-cu ildə Mingəçevir şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməyən, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 47/2 mənzil 9-da qeydiyyatda olan, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ev 20 A-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 yanvar 2022-ci il tarixdə saat 00:30- dan 04:00-dək olan müddət ərzində ünvan 1 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs fərdi yaşayış evinin ikinci mərtəbəsindəki eyvanın qapısını özü ilə apardığı açarla açdıqdan sonra evə qanunsuz olaraq daxil olaraq evin birinci mərtəbəsində, dəhlizdən solda yerləşən otaqdakı stolun üzərindən 1 ədəd 10 manat dəyərində istifadədə olmuş xrustal meyvə vazını, birinin dəyəri 5 manat olan, 10 manat dəyərində 2 ədəd istifadədə olmuş qənd qabları, ikinci mərtəbəyə qalxmaq üçün nəzərdə tutulmuş taxta pilləkənin altından birinin dəyəri 20 manat olan, 60 manat dəyərində 3 qutu istifadədə olmuş xrustal qədəhləri, birinin dəyəri 10 manat olan, 50 manat dəyərində 5 qutu istifadədə olmuş xrustal stəkanları, birinin dəyəri 10 manat olan, 20 manat dəyərində 2 qutu istifadədə olmuş xrustal qədəhləri, birinin dəyəri 30 manat olan, 180 manat dəyərində 6 ədəd istifadədə olmuş xrustal güldanları, birinin dəyəri 30 manat olan, 180 manat dəyərində 6 ədəd istifadədə olmuş vazları, birinin dəyəri 20 manat olan, 80 manat dəyərində 4 ədəd istifadədə olmuş dördayaqlı və birinin dəyəri 10 manat olan, 40 manat dəyərində 4 ədəd istifadədə olmuş ayaqsız xrustal qəndqabları, birinin dəyəri 25 manat olan, 50 manat dəyərində 2 ədəd istifadədə olmuş böyük xrustal bulud qabları, birinin dəyəri 10 manat olan, 20 manat dəyərində 2 ədəd istifadədə olmuş kiçik bulud qabları, birinin dəyəri 20 manat olan, 40 manat dəyərində 2 ədəd istifadədə olmuş xrustal ləpə qablarını, birinin dəyəri 10 manat olan, 20 manat dəyərində 2 ədəd istifadədə olmuş ayaqlı ləpə qablarını, birinin dəyəri 25 manat olan, 50 manat dəyərində 2 ədəd istifadədə olmuş tort qablarını, 1 ədəd 40 manat dəyərində istifadədə olmuş çay servisi dəstələrini, 1 ədəd 100 manat dəyərində istifadədə olmuş nahar servisi dəstələrini, 1 ədəd 50 manat dəyərində istifadədə olmuş qaşıq dəstini, birinin dəyəri 40 manat olan, 120 manat dəyərində 3 ədəd istifadədə olmuş «TEFAL» qazan dəstlərini, birinin dəyəri 20 manat olan, 100 manat dəyərində 5 ədəd istifadədə olmuş adi qazan dəstlərini, birinin dəyəri 20 manat olan, 40 manat dəyərində 2 ədəd istifadədə olmuş alüminuim qəzan dəstlərini, dəhlizdən sağda yerləşən otaqdan 1 ədəd 25 manat dəyərində istifadədə olmuş «LG» markalı televizoru, 1 ədəd 25 manat dəyərində istifadədə olmuş «SUPRA» markalı televizoru, taxta pilləklənlə ikinci mərtəbəyə qalxdıqda isə sürahıdan 1 ədəd 2500 manat dəyərində istifadədə olmamış «JOHN DEDİS» markalı qara rəngli kürkü, 1 ədəd qara rəngli samur dərisindən olan 800 manat dəyərində «CANMORE» markalı qısa kürkü, birinin dəyəri 30 manat olan, 120 manat dəyərində 4 ədəd istifadədə olmuş yaşıl və ağ rənglərdə odiyalları, ikinci mərtəbənin dəhlizindən solda yerləşən birinci yataq otağındakı «trimo»nun rəfindən 1 cüt 15 manat dəyərində istifadədə olmuş «MARİOLORENZO» markalı kişi ayaqqabısını, 1 cüt 15 manat dəyərində istifadədə olmuş «GEORGİO BRUNO» markalı kişi ayaqqabısını, 1 qutu 3.60 manat dəyərində «KENT -8» markalı siqareti, paltar dolabındakı asılqandan 1 ədəd qara rəngli 20 manat dəyərində istifadədə olmuş pencəyi, birinin dəyəri 10 manat olan, 20 manat dəyərində 2 ədəd istifadədə olmuş bənövşəyi və qara rəngli yay köynəklərini, birinin dəyəri 40 manat olan, 120 manat dəyərində 3 ədəd istifadədə olmuş ağ rəngli yataq örtüklərini, birinin dəyəri 20 manat olan, 240 manat dəyərində 12 dəst istifadədə olmuş yataq dəstlərini, birinin dəyəri 5 manat olan, 30 manat dəyərində 6 dəst istifadədə olmuş əl-üz dəsmalını, birinin dəyəri 10 manat olan, 120 manat dəyərində 12 ədəd istifadədə olmuş hamam dəsmaları, birinin dəyəri 10 manat olan, 80 manat dəyərində 8 qutu istifadədə olmuş çay dəsmallarını, dəhlizin şimal hissəsində olan iri ölçülü qutunun içərisindən birinin dəyəri 30 manat olan, 390 manat dəyərində, 13 ədəd istifadədə olmuş qara rəngli donları, birinin dəyəri 22 manat olan, 374 manat dəyərində 17 ədəd «BALENA» markalı istifadədə olmamış qarışıq rəngli ətəkləri, birinin dəyəri 50 manat olan, 1250 manat dəyərində 25 dəst qarışıq rəngdə, istifadədə olmamış «SPOSA», «ARİVAL EXSLUSİVE», «VİORE» markalı qadın kostyumlarını, dəhlizdən sağda yerləşən ikinci otaqdan 1 ədəd 20 manat dəyərində istifadədə olmuş «SAMSUNG» markalı videomaqnitofonu, 1 ədəd 30 manat dəyərində istifadədə olmuş «SONY» makralı videokameranı, asılqandan birinin dəyəri 250 manat olan, 1250 manat dəyərində 5 ədəd istifadədə olmamış qarışıq rəngli xəzdən olan plaşları, 1 ədəd 900 manat dəyərində istifadədə olmamış «BOSS>> markalı kürkü, 1 ədəd qara rəngli 1500 manat dəyərində istifadədə olmamış uzun kürkü, birinin dəyəri 350 manat olan, 1400 manat dəyərində 4 ədəd üzəri dəri olan istifadədə olmamış «EVEMORE» markalı qoyun dərisindən olan kürkləri, birinin dəyəri 400 manat olan, 2000 manat dəyərində, 5 ədəd uzun ölçülü istifadədə olmamış qoyun dərisindən olan qara rəngli kürkləri, birinin dəyəri 250 manat olan, 1750 manat dəyərində 7 ədəd istifadədə olmamış qoyun dərisindən olan qarışıq rəngli qoyun dərisindən olan qısa kürkləri, birinin dəyəri 400 manat olan, 1200 manat dəyərində 3 ədəd istifadədə olmamış olan boyun hissəsi xəzdən ibarət qoyun dərisindən kürkləri birinin dəyəri 150 manat olan, 3000 manat dəyərində 20 ədəd dəridən olan «FERRA PELLE», «SARİGÜL PELLE», «ÖZER LEDER», «TORİ», «DİLANDER», «YİLDİRİM», «MAKKOM PELLE», «CANDER PELLE», «CİNO ARMANİ» markalıuzun qadın plaşları və «YAVUZ LEDER» markalı qısa ölçüdə gödəkçələri özgənin yəni, Zərərçəkmiş şəxs məxsus cəmi 20457,60 (iyirmi min dörd yül əlli manat 60 qəpik) manat məbləğində əmlakı zərərçəkmiş şəxsə həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, həqiqətən də 01 yanvar 2022-ci ildə qonşusu Zərərçəkmiş şəxs evindən ehtiyacı olduğu üçün əşyalar oğurlamışdır. Lkin o, həmin evdən qab-qacaq oğurlamamışdır. Əməlindən peşimandır. Zərərçəkmiş şəxsə dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyik ifadəsində bildirmişdir ki,o, 2021-ci ilin dekabr ayının sonlarından anası Şahid1, nənəsi Maya Rəsulova və 3 azyaşlı bacıları ilə birlikdə Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 20№li evdə kirayə yaşamağa başladılar. O, yaşadığı evin yanında iki mərtəbəli ev olmasını gördü, həmin evin sahibsiz olmasını dəqiqləşdirib ünvana girmək istədi. Əvvəlcə daş hasardan aşıb həyətə keçdi, evin giriş-çıxışını yoxlayanda həmin evə girməyin qeyri-mümkün olmasını gördü. Daha sonra isə o, evin giriş qapısını yoxlayanda açarların evdə olan ehtiyat açarlara oxşadığını müəyyən etdi. Həmin ərəfədə gecə vaxtı açarları götürüb Zərərçəkmiş şəxs həyətinə girərək ikinci mərtəbəyə qalxıb eyvanın qapısının kilidini açıb yoxlayan zaman açarların qapını açmasını müəyyən etdi. Maddi vəziyyətində yaranmış çətinliyi aradan qaldırmaq məqsədi ilə evdəki əşyaları oğurlayıb satmaq qərarına gəldi. 01 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində hasardan aşmaqla həmin evin ikinci mərtəbəsindəki eyvanın seyf qapısını özü ilə apardığı açarla açaraq evə girdi. O, otaqları gəzəndə ikinci mərtəbədəki yataq otağındakı dolabda 1 qutu «WEST» və ya «Kent» markalı siqareti tapıb çəkməyə başladı. Evi nəzərdən keçirəndə evin birinci mərtəbəsindəki otaqlarda, qab-qacaq dəstləri, televizor, videokamera olmasını gördü, siqaret çəkəndən sonra da taxta pilləkənlərlə çıxıb evin ikinci mərtəbəsini gəzərək orada çoxlu kürk, don, ətək, qoyun dərisindən olan palto və plaşların olmasını dəqiqləşdirdi. Həmin malların pula gedən olmasını başa düşərək oğurlamaq qərarına gəldi. Pilləkəni qalxarkən sürahinin üstündə qara rəngli «Karakul»dan «JOHN DEDİS» markalı kürkün və 2 ədəd əlavə dəri plaşın olmasını aşkarladı. Sonra sağdakı birinci otağa daxil olmuş, orada da çoxlu sayda dəri plaşların, kürklərin və qoyun dərisindən olan kürklərin olmasını müəyyən etdi. Bundan sonra isə yataq otağına girərək orada 2 cüt ayaqqabının olmasını, onun paltar dolabına baxanda orada 1 ədəd ağ rəngli qolu qısa köynək olmasını müəyyən etdi. Sonra isə dəhlizin küncündə sarı rəngli karton qutulara nəzər yetirdi. Həmin qutunun üstündə pələng oyuncağını onun üstündən götürdükdən sonra orada müxtəlif rəngdə qadın ətəkləri və donları olmasını müəyyən etdi. Orada 01 yanvar 2022-ci il tarixədək birinci mərtəbədə televizor olan otaqda, yəni mətbəxin arxasındakı otaqda olan açılıb-yığılan yataq dəstində bir qədər uzanıb dincəldi. Bir qədər yuxuladıqdan sonra ayılıb birinci mərtəbənin qapısını arxadan açdı, 40-a yaxın kürkü, dəri plaşları, sayını xatırlamadığı qadın donları və ətəklərini, 1 ədəd «LG» markalı kiçik ölçülü televizor, 1 ədəd içərisində video kaset olmasını sonradan bildiyi «Sony» markalı videokameranı da evdən götürdü. Bütün əşyaları ilk olaraq hasarın yanına gətirib yaşadığı həyətə atdı. Televizoru hasardan keçirəndə əlindən salıb sındırdı. Sonra isə birinci mərtəbənin qapısını açıq qoyub getdi. Əşyaları həmin gün yaşadığı evdəki anbara yığdı. Səhəri gün anası Şahid1 əşyaların haradan almasını soruşanda ona Yevlaxdan olan tanışının mağazasında işlərin iflasa uğradığından həmin əşyaları satmaq üçün verməsini dedi. Eyni zamanda evə tanışı Şahid2 dəvət edərək ona da Yevlaxdan tanışının mağazasında işlərin iflasa uğradığından həmin əyşaları satmaq üçün verməsini deməklə əşyaların satılmasında ona köməklik etməsini xahiş etmişdir. İlk olaraq 2022-ci ilin yanvar ayının ortalarında o və Şahid2 «Platin» adlanan geyim əşyaları mağazasına gedərək mağaza sahibi Şahid3lə danışdı. İlkin olaraq ona dərman reseptini göstərib anasının xəstə olmasın deməklə 300 manata 3 ədəd kişi gödəkçəsi verdi. Ona əlavə olaraq don, ətək və plaşların da satılmasını bildirdikdə o, razılaşandan sonra ona xatırlamadığı sayda donları və 18-19 ədəd gödəkçələri satdı. Ümumilikdə ondan satdığı geyim əşyalaranın müqabilində 600 manat məbləğində pul almışdır. Sonra isə anası Şahid1 pul lazım olduğundan Şahid6 evi çağıraraq ondan 300 manat pul götürməyin müqabilində 4 ədəd kürkü girov qoydular. O, pulu verəndən sonra pulun 200 manatı anasına, 50 manatını Şahid2, yerdə qalanı isə ona çatdı. Sonra isə anası ilə Şahid9 arasında olan avtomobil alqı-satqısından yaranmış borca görə aparıb Şahid9 10 ədəd dəridən olan qadın plaşı verdi. 2022-ci ilin yanvar ayının sonlarında ayının Şahid2 onun xahişi ilə tanışı «Ləpi» ləqəbli Şahid4 1 ədəd samur dərisindən kürk və 1 ədəd sarı rəngli dəri gödəkçəni 270 manata satdı. Sonra isə həmin pulu yarı böldülər. Həmçinin 2 ədəd kürkü qızıl-zinət əşyaları satan Şahid5 20 manata satdı, onunla həmin pulu da yarıya böldülər. Daha sonra isə fevral ayının əvvəllərində 2 ədəd kürkü də Şahid7 60 manata satdı, lakin, həmin pul bütövlükdə özünə çatdı. Sonradan Şahid2 özündə qaldığı ayaqqabını hədiyyə etdi. «LG» markalı televizor sındığı üçün onu sata bilmədi. Videokameranı Seymur və İlkin adlı tanışlarına satmaq istəsə də, alan olmadı. Sonradan videokameranın içərisindəki kasetə baxanda Şahid2 və anası Şahid1 Zərərçəkmiş şəxs evindən oğurluq etməyini bilsələr də, artıq gec idi, çünki bütün oğurluq mallar satılmışdır. İstintaq prosesində anası Şahid1 evdə qalmış 1 ədəd «Karakul»dan «JOHN DEDİS» markalı kürkü, 3 ədəd qadın plaşı olmaqla 4 ədəd geyim əşyasını, «SONY» markalı videokameranı, 1 cüt ayaqqabı və Zərərçəkmiş şəxs məxsus evin ikinci mərtəbəsinin qapısını açdığı açarları təqdim etdi. Zərərçəkmiş şəxs iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxs iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, ünvan 2 ünvanında yerləşən iki mərtəbəli evi 2009-cu ildə tikdirmişdir. Həmin vaxtdan da ailə üzvləri ilə birlikdə qeyd edilən ünvanda yaşayır. 2021-ci ilin oktyabr ayından etibarən isə evdə təmirə başladığından ailə üzvləri ilə birlikdə başqa ünvanda yaşayır. Şəxsi işləri ilə əlaqədar olaraq bir müddət evə gəlib baş çəkə bilmədi. Belə ki, səhhətində yaranmış narahatçılıqlarla bağlı müalicə almışdır. xx.xx.2022-ci ildə evi yoxlamağa gələn zaman giriş qapısının açıq olmasını müəyyən etdi. İçəri daxil olduqda mətbəxdə çay içilməsini, həmçinin otaqlarda səliqə- səhmanın pozulmasını müşahidə edib evindən oğurluq edilməsini başa düşdü. Oğurlanan əşyaların dəqiq siyahısını bilmədiyi üçün həmin gün polisə məlumat vermədi. Səhəri gün isə evə gələrək evə baxış keçirdikdən sonra evə qanunsuz daxil olmuş şəxslərin evin birinci mərtəbəsində olan otaqdakı stolun üzərindən 1 ədəd istifadə edilmiş xurstal meyvə vazını, 2 ədəd istifadə olunmuş qəndqabılarını, ikinci mərtəbəyə qalxmaq üçün nəzərdə tutulmuş taxta pilləkənin altından isə 3 qutu xrustal qədəhləri, 5 qutu xrustal stəkanları, 2 qutu xrustal qədəhləri, 6 ədəd xrustal güldanları, 6 ədəd vazları, 4 ədəd 4 ayaqlı və 4 ədəd ayaqsız xrustal qəndqabdan, 2 ədəd böyük xrustal buludu qabları, 2 ədəd kiçik buludu qabları, 2 ədəd xrustal ləpə qablarını, 2 ədəd ayaqlı ləpə qablarını, 1 ədəd 30 manat və 1 ədəd tort qablarını, 1 ədəd çay servisi dəstələrini, 1 ədəd nahar servisi dəstələrini, 1 ədəd qaşıq dəstini, 3 ədəd «TEFAL» qazan dəstlərini, 5 ədəd adi qazan dəstlərini, 2 ədəd alüminuim qazan dəstlərini, sağ tərəfdəki otaqdan 1 ədəd «LG» markalı, 1 ədəd «SUPRA» markalı televizorları, taxta pilləklənlə ikinci mərtəbəyə qalxdıqda isə sürahıdan 1 ədəd «JOHN DEDİS» markalı, qara rəngli kürkü, 1 ədəd «CANMORE» markalı qara rəngli samur dərisindən olan qısa kürkü, 1 ədədinin dəyəri yaşıl və ağ rənglərdə 4 ədəd odiyalları, soldan birinci olan yataq otağından 2 ədəd çəhrayı və göy rəngli kişi ayaqqabılarını, 1 qutu «KENT -8» markalı siqareti, paltar dolabmdakı asılqandan 1 ədəd qara rəngli pencəyi, 2 ədəd bənövşəyi və qara rəngli yay köynəklərini, 3 ədəd ağ rəngli yataq örtüklərini, 12 dəst yataq dəstlərini, 6 dəst əl-üz dəsmalını, 12 ədəd hamam dəsmalarmı, 8 qutu çay dəsmallarını, dəhlizin şimal hissəsində olan iri ölçülü qutunun içərisindən 13 ədəd qara rəngli donları, 17 ədəd «BALENA» markalı qarışıq rəngli ətəkləri, 25 dəst qarışıq rəngdə «SPOSA», «ARİVAL EXSLUSİVE», «VİORE» markalı qadın kostyumlarını, sağdan ikinci otaqdan dəyəri olmayan viedokasetləri, 1 ədəd 20 manat dəyərində «SAMSUNG» markalı videomaqnitofonu, 1 ədəd «SONY» makralı videokameranı, asılqandan qarışıq rəngli 5 ədəd xəzdən olan plaşları, 1 ədəd ala rəngli «BOSS» markalı kürkü, 1 ədəd qara rəngli uzun kürkün, «EVERMORE» markalı 4 ədəd üzəri dəri olan qoyun dərisindən kürkləri, 5 ədəd uzun ölçülü qoyun dərisindən olan qara rəngli kürkləri, qısa qoyun dərisindən olan qarışıq rəngli 7 ədəd qoyun dərisindən olan kürkü, 3 ədəd boyun hissəsi xəzdən ibarət qoyun dərisindən kürkləri, 20 ədəd dəridən olan, «FERRA PELLE», «SARİGÜL PELLE», «ÖZER LEDER», «TORİ», «DİLANDER», «YİLDİRİM», «MAKKOM PELLE», «CANDER PELLE», «CİNO ARMANİ» markalı uzun qadın və «YAVUZ LEDER» markalı qısa ölçüdə plaşların oğurlandığını müəyyən etdi. Bundan sonra dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etdi. Polis əməkdaşları da gəlib evinə baxış keçirdilər. Orada fotoşəkillər çəkilərək protokollar tərtib olundu. Daha sonra isə protokola imza edərək polis şöbəsinə gəlib ərizə yazdı. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs Fərif Şərifliyə heç bir şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2021-ci ilin dekabr ayının sonunda Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qonşuluğunda yerləşən evdə kirayədə yaşayır. Həmin evdə oğlu Təqsirləndirilən şəxs, anası Maya Rəsulova, oğlu Təqsirləndirilən şəxs və digər 3 nəfər azyaşlı uşaqları ilə birlikdə yaşayırdı. Zərərçəkmiş şəxsla heç bir münasibəti yoxdur. Zərərçəkmiş şəxs qonşuluqdakı evdə yaşamırdı. Lakin bəzən Zərərçəkmiş şəxs gəlib evini yoxlayır. 2022-ci ilin yanvar ayının əvvəllərində oğlu Təqsirləndirilən şəxs evə televizor, videokamera, qadın kostyum dəstləri, kürklər, qadın ətəkləri və plaşlar gətirərək həmin əşyaların Yevlax rayonunda yaşayan dostunun mağazasından olmasını, dostunun iflasa uğradığından həmin əşyaları satmaq üçün ona göndərməsini dedi. Sonradan oğlu evə tanışı Şahid2 da dəvət edərək ona həmin əşyaların satılmasında köməklik etməsini xahiş etdikdə Şahid2 da onunla razılaşdı. Bundan sonra oğlu Təqsirləndirilən şəxs ilə Şahid2 əşyaların bir qismini götürüb ünvan 3 ünvanında yerləşən «Platin» adlanan geyim əşyaları mağazasına aparıb satdılar. Paylaşdırma işlərində oğluna Şahid2 köməklik etdi. Çünki, oğlunun geyim əşyaları satan tanışı olmadığından Şahid2 ona köməklik etməsini xahiş etdi. Bir dəfə oğlu ona pul lazım olmasını dedikdə, ona pul olmadığını dedi. Sonra isə Şahid2 Şahid6 evdə olan 4 kürkü girov qoymağın müqabilində 300 manat pul götürdülər. O, pulun 200 manatını özünə götürdü. Yerdə qalan 100 manatı isə oğlu ilə Şahid2 verdi. Sonradan isə aralarında olan söhbətə görə evdə olan mallardan borclu olduğu pulun müqabilində Şahid9 10 ədəd kürk verdi və ondan 50 manat pul aldı. Lakin Şahid9 həmin kürkləri qaytarmamışdır. Sonra isə oğlunun həmin əşyaları qonşusu Zərərçəkmiş şəxs evindən oğurlaması məlum olduğundan o, həbs olunmuşdur. Əşyaların oğurluq olmasını biləndən sonra evə qalan 1 ədəd «SONY» markalı video kameranı, 1 ədəd «JOHN DEDİS» markalı kürkü, 3 ədəd oğlu X6 Əzizovun evinə girməkdə istifadə etdiyi açarları, 1 ədəd sınmış televizoru, 3 ədəd qadın paltosunu və 1 cüt ayaqqabını könüllü olaraq təqdim etdi. Zərərçəkmiş şəxs yaşadığı evdən geyim, məişət əşyalarını oğlu Təqsirləndirilən şəxs oğurlayıb yaşadığı evə gətirdi. Həmin əşyaların içərisində qabqacaq yə yataq dəstləri görmədi. Əşyalar da evdə olmayanda gətirildiklərindən onların kiminsə köməkliyi ilə gətirib-gətirməməsi barədə məlumatı olmamış, həmin geyim əşylarının və məişət cihazlarının oğurluq olmasından sonradan məlumatlı olmuş, özü isə oğurluqda oğluna köməklik etməmişdir. Oğlunun həmin hadisəni təkbaşına və ya kiminsə iştirakı ilə törətməsindən məlumatı olmamışdır. Hər şeyi, o cümlədən Zərərçəkmiş şəxs evinin qapısını evdə olan açarla açmasını sonradan bildi. O cümlədən oğlu bir dəfə də Seymuru çağırıb ona «SONY» markalı videokameranı satın almasını təklif etsə də, Seymur imtina etdi. Oğlunun Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə girməsinin bilavasitə şahid olmamışdı. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs və onun anası Şahid1 ilə münasibətləri yaxşıdır. Onların evinə daima gedib-gələn olmuşdur. 2022-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs onu yaşadığı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən evinə dəvət etdi, evdə olan kürkləri və dəri paltoları göstərib Yevlaxdan olan tanışının iflasa uğradığını və mağazanı bağlayandan sonra satmağa verməsini və həmin əşyaları satmaq lazım olmasın deyib ona kömək etməsini xahiş etdi. Sonra isə Şahid1 ona pul lazım olmasını əvvəlcə tanıdığı şəxslərin yanına getsə də, pul verən olmadığını bildirdi. Sonra isə Şahid1 faizə pul götürüb kürk girov qoyacağını dedikdən sonra Şahid6 tapıb Samirə Nəcfəlinin evində olan 4 ədəd kürkü girov qoyaraq 300 manat pul götürməsinə kömək etdi. Şahid1 həmin pulun 200 manatını özünə götürdü, yerdə qalan 100 manatını isə Təqsirləndirilən şəxs ilə arasında böldülər. O cümlədən həmin ərəfədə xatırlamıdığı vaxtda Təqsirləndirilən şəxs vermiş olduğu 2 ədəd qadın üçün dəri plaşları qızıl-zinət əşyaları satan Şahid5 20 manata sataraq pulunu Təqsirləndirilən şəxs ilə yarıya böldü. Daha sonra Təqsirləndirilən şəxs onu evə çağırıb yenidən geyim əşyaları satmağına kömək etməyini xahiş etdi. O və Təqsirləndirilən şəxs əvvəlcə kürklərin 10 ədədini «Platin» mağazasında işləyən tanışı Şahid3 yanına apardılar. Şahid3 yanına çatanda Təqsirləndirilən şəxs ona resepti göstərib anasının müalicə xərclərinə pul lazım olmasını, əvvəllər dostunun geyim əşyalarının satışı ilə məşğul olduğunu, həmin əşyaların da mağazada alverə son qoyduqdan sonra evində qaldığını, gödəkçələri satmağı müqabilində dostunun anasının müalicəsinə köməklik etməyə söz verdiyini dedi. Şahid3 Fəridə 10 ədəd plaş üçün 300 manat məbləğində pul verdi. Təqsirləndirilən şəxs həmin pulun 50 manatını ona verdikdən sonra da Təqsirləndirilən şəxs onun iştirakı olmadan Şahid3 yanına qadın kostyum dəsti, ətəklər, plaşlar və kürkləri aparıb satdığını eşitmişdi. Üçüncü dəfə onların yaşadığı evə gedəndə Təqsirləndirilən şəxs ona «SONY» markalı videokameranı göstərib satmaq istədiyini deyəndə artıq hər kəsdə mobil telefon olmasını və video kameranın pula getmədiyini dedi. Onların evinin içərisində qadın plaşları, kişi gödəkçələri və ayaqqabılar və donlar olmasını gördü. Həmin ərəfədə Təqsirləndirilən şəxs ona 1 cüt göy rəngli ayaqqabı, 1 ədəd dəridən kişi üçün qoyun dərisindən olan kürkü və kişi ködəkçəsini verib satmağını xahiş etdi. Həmçinin ona 1 ədəd qadın plaşını da pay verdi. Ayaqqabını özü geyinmək üçün götürsə də, sonra tanışı Şahid7 pay verdi. Kürkü və gödəkçəni isə ümumilikdə 270 manata «Ləpi» ləqəbli Şahid4 satıb pulunu Təqsirləndirilən şəxs verdi, o da puldan 100 manatını onunla birlikdə xərclədi. Dördüncü dəfə Fəridin yaşadığı evə gedəndə onlarda olan videokameranın içərisindəki kasetə baxıb orada Zərərçəkmiş şəxs və onun bacısını görüb Təqsirləndirilən şəxs nə məsələ olmasını soruşanda bütün əşyaları onun evindən oğurlamasını dedi. Təqsirləndirilən şəxs onu aldatmasına görə irad tutub evini tərk etdi. Sonradan qohumu Şahid3 də olanları danışanda o, olanları bilib Təqsirləndirilən şəxs aldığı qadın kostyumları və ətəkləri geri qaytarmış, ondan qadın kostyum dəstləri və ətəklərini alıb mənzilinə gətirdi. Cinayət əməlini Fərid Şirinli təkbaşına törətmişdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə nə vaxt girməsindən və oradan konkret nə oğrulamasmdan məlumatı yoxdur. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2012-ci ildən etibarən ünvan 3 ünvanında yerləşən «Platin» adlanan geyim əşyaları mağazasını işlədir. Orada yay və qış mösümləri üçün geyimlər satır. Satdığı geyim əşyalarını əsasən Türkiyə Respublikasından gətirir. 2022-ci ilin yanvar ayının əvvəllərində sonradan adını bildiyi Fərid qohumu onun Şahid2la birlikdə mağazaya gəldi. Fərid torbada qara və çəhrayı rəngdə olan 10 ədəd qadın plaşını gətirmişdi, fərdi şəxslərdən geyim əşyası satın almadığını desə də, Fərid cibindən dərman resepti çıxarıb dostunun anasının xəstə olduğuna görə həmin plaşları satmasını bildirdi. Ondan bu qədər plaşın haradan olmasını soruşanda Yevlax şəhərində yaşayan dostunun əvvəllər yarmarkada geyim əşyaları satdığını, həmin əşyaların da mağazada alverə son qoyduqdan sonra evində qaldığını, geyim əşyalarını satmağı müqabilində dostunun anasının müalicəsinə köməklik etməyə söz verdiyini dedi. Ona inanıb həmin geyim əşyalarını 300 manata dəyərləndirib satın aldı. Pulun 200 manatını verib, yerdə qalan 100 manatı isə sonra verəcəyini bildirdi. Səhəri gün o, mağazaya yerdə qalan 100 manat pulun almağa gələndə əlavə 12-13 ədəd kişi üçün qısa kürkü, qadın kostyumu və ətəkləri gətirdi. Lakin, gətirdiyi geyim əşyaları xoşuna gəlmədiyindən onları almaqdan imtina etdi. Sonra isə Fərid çıxıb getdi. Daha sonra isə Təqsirləndirilən şəxs onun mağazasına yenidən 10-dan yuxarı kürklər, plaşlar, qadın kostyum dəstləri və ətəklər gətirdi, ona həmin əşyaları dəbdə olmadıqlardan cəmi 300 manat pul verib satın almışdır. Geyim əşyalarının bir qismini satandan sonra qohumu Şahid2 Təqsirləndirilən şəxs ona satdığı geyim əşyalarının oğurluq yolu ilə əldə edilməsini öyrəndiyindən geyim əşyalarının geri qaytarılmalı olmasını və həyacanlı olduğundan 10 mart 2022ci il tarixdə onda qalmış 3 ədəd qara rəngli «BALENA» markalı ətəkləri, 6 dəst ağ rəngli «SPOSA», «ARİVAL EXSLUSİVE», «VİORE» markalı qadın kostyumlarını tez- tələsik Şahid2 verdi, sonra isə mağazadakı malları saf-çürük edərək Təqsirləndirilən şəxs satın aldığı 10 ədəd «FERRA PELLE», «SARİGÜL PELLE», «ÖZER LEDER», «TORİ», «DİLANDER», «YİLDİRİM», «MAKKOM PELLE», «CANDER PELLE», «CİNO ARMANİ» markalı uzun qadın plaşlarının satılmadığını müəyyən etdi. Yerdə qalan qadın ətəyi, qadın kostyum dəstləri, palto və kürkləri xatırlamadığı şəxslərə satdığı üçün onları geri qaytara bilmədi. Təqsirləndirilən şəxs dəri plaşları, qadın kostyum dəstləri, ətəkləri gətirib satanda və sair paltarları satmaq istəyəndə onların oğurluq yolu ilə əldə edilməsini bilməmiş, geyim əşyalarının kimə məxsus olmasını soruşanda onların özlərinə məxsus olmasını, əvvəllər dostunun geyim əşyalarının satışı ilə məşğul olduğunu, həmin əşyaların da mağazada alverə son qoyduqdan sonra evində qaldığını, geyim əşyalarını satmağı müqabilində dostunun anasının müalicəsinə köməklik etməyə söz verdiyini dediyindən ona inanıb malları satın aldı və oğurluq olmasından şübhələnməmişdir. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Şahid2 uzun illərdir ki, tanıyır. Onunla aralarındakı münasibətlər yaxşıdır. 2022-ci ilin yanvar ayının sonlarında yaşadığı evin yaxınlığında olan zaman Şahid2 yaxınlaşaraq satılıq dəridən olan kişi gödəkçələri olmasını bildirdi. Ondan gödəkçələrin haradan olmasını soruşanda dostu Təqsirləndirilən şəxs gödəkçə satışı ilə məşğul olmasını və bu işdə ona kömək etməsini dedi. Gödəkçələr neçəyə satmasını soruşanda ikisini bir yerdə 270 manata satdığını dedi. Gödəkçələri əyninə geyinərək onun ölçüsü olmasını görüb Şahid2 1 ədəd sarı rəngdə «YAVUZ LEDER» markalı gödəkçə və 1 ədəd qara rəngli «CANMORE» markalı samur dərisindən olan qısa kürk üçün 270 manat pul verməklə həmin gödəkçələri ondan satın aldı. Sonradan polis şöbəsinə dəvət olunanda gödəkçələrin oğurluq olmasını bildi. Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır. Şahid2 4-5 ildir ki, bir şəhər sakini kimi tanıyır. Onunla aralarındakı münasibətlər normaldır. 2022-ci ilin yanvar ayında günorta saatlarında Mingəçevir şəhəri "xxxx" ASC- nin yanında gəzişərkən Şahid2 yaxınlaşaraq tanışlarının avtomobilə yaranmış borcu ilə əlaqədar olaraq pul lazım olmasını deyib onlara borc pul verməyini xahiş etmişdir. O, isə onlara verdiyi pulun əvəzində nə vəd etdiklərini soruşanda Şahid2 onu Fərid Şərili ilə anası Şahid1 yaşadığı ünvana aparmışdır. Orada onlara 300 manat məbləğində pul verməyi müqabilində Təqsirləndirilən şəxs və Şahid1 ona 3 ədəd qara və boz rənglərdə «ÖZER LEDER» və «Sargül PELLE» markalı dəridən qadın plaşları və 1 ədəd «EVERMORE» markalı qoyun dərisindən olan qadın kürkü verməyi təklif etdilər. Onlardan geyim əşyalarının haradan olmasını soruşanda Təqsirləndirilən şəxs gödəkçə və palto satışı ilə məşğul olmasını və bu işdə ona Şahid2 də köməklik etməsini dedi. O, da Təqsirləndirilən şəxs inanıb həmin geyim əşyalarını verdiyi 300 manat pulun müqabilində girov olaraq qəbul etdi. Sonradan polis şöbəsinə dəvət olunanda həmin geyim əşyalarının oğurluq yolu ilə əldə olunmasını bildi. O, 3 ədəd qara və boz rənglərdə «ÖZER LEDER» və «Sargül PELLE» markalı dəridən qadın plaşları və 1 ədəd «EVERMORE» markalı qoyun dərisindən olan qadın kürkü qəbul edərəkən oğurluq yolu ilə əldə edilməsini əvvəlcədən bilməmişdi. Şahid7 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs tanımır. Şahid2 və Təqsirləndirilən şəxs isə uzun illərdir ki, tanıyır. Onlarla aralarındakı münasibətlər yaxşıdır. 2022ci ilin yanvar ayının sonlarında yaşadığı evin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq satlıq dəridən olan kişi gödəkçəsi və qadın plaşı olmasını bildirdi. Ondan plaş və gödəkçənin haradan olmasını soruşanda Təqsirləndirilən şəxs gödəkçə satışı ilə məşğul olmasını və bu işdə Yevlaxda yaşayan dostuna kömək etməsini dedi. Plaş və gödəkçəni neçəyə satmasını soruşanda ikisini bir yerdə 60 manata satdığını bildirdi. Gödəkçəni əyninə geyinərək onun ölçüsündə olmasını görüb ona 1 ədəd qara rəngdə «Yıldınm Leder» markalı dəridən qadın plaşı, 1 ədəd qara rəngdə «BOSS» markalı kürk üçün 60 manat pul verməklə həmin geyim əşyalarını Fəriddən almışdır. Sonra isə Şahid2la gəzən zaman ayağna geyindiyi ayaqqabının köhnə olmasını görüb Ramil evdə ayaqqabısı olmasını və həmin ayaqqabını ona pay verə biləcəyini dedikdə imtina etsə də, Ramil israr edib onunla birlikdə evinin yanma getmiş və ayaqqabını ona hədiyyə etmişdi. Sonradan polis şöbəsinə dəvət olunanda plaşın, gödəkçənin və ayaqqabının oğurluq olmasını bildi. Təqsirləndirilən şəxs satın aldığı dəri gödəkçə və plaşın, o cümlədən Şahid2 hədiyyə olaraq qəbul etdiyi ayaqqabının oğurluq yolu ilə əldə edilməsini bilməmişdi. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid5, Şahid8 və Şahid9 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 5-7-ci vərəqlərində olan 04 fevral 2022-ci il tarixli şəxsi hadisə yerinə baxış keçirilməsi barədə protokolda göstərilir ki, ünvan 2 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş verməsi müəyyən edilmiş, baxış keçirilən zaman hadisə yerindən evin birinci mərtəbəsindəki dəhlizinsağında yerləşən ikinci otaqdakı çarpayının üzərindən 2 ədəd tük nümunəsi aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 38-ci vərəqində olan 09 fevral 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid1 könüllü olaraq təqdim etdiyi, 3 ədəd açar, 1 ədəd «SONY» markalı videokamera, o cümlədən yaşadığı evdə saxlanılan 1 ədəd sınmış vəziyyətdə olan «LG» markalı televizor, 3 ədəd «SARİGÜL PELLE», «ÖZER LEDER» və «DİLANDER» markalı dəridən qadın plaşları mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 46-cı vərəqində olan 10 fevral 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, X1 olaraq təqdim etdiyi, 1 ədəd «JOETN DEDİS» markalı kürk, və 1 cüt «MARİOLORENZO» markalı ayaqqabı mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 138-ci vərəqində olan 10 mart 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid2 könüllü olaraq təqdim etdiyi, 1 ədəd cərayı rəngdə «FERRA BELLE» markalı dəridən qadın plaşı, 3 ədəd qara rəngli «BALENA» markalı ətəklər, 6 dəst ağ rəngli «SPOSA», «ARİVAL EXSLUSİVE», «VİORE» markalı qadın kostyumları mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 150-ci vərəqində olan 11 mart 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid3 könüllü olaraq təqdim etdiyi 10 ədəd müxtəlif rənglərdə «FERRA PELLE», «SARİGÜL PELLE», «ÖZER LEDER», «TORİ», «DİLANDER», «YİLDİRİM», «MAKKOM PELLE», «CANDER PELLE», «CİNO ARMANİ» markalı uzun qadın plaşları mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 159-cu vərəqində olan 12 mart 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid4 könüllü olaraq təqdim etdiyi 1 ədəd sarı rəngdə «YAVUZ LEDER» markalı gödəkçə mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 162-ci vərəqində olan 14 mart 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid4 könülli' olaraq təqdim etdiyi 1 ədəd qara rəngdə «CANMORE» markalı qara rəngli samur dərisindər olan qısa kürk mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 170-ci vərəqində olan 15 mart 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid5 könüllü olaraq təqdim etdiyi 2 ədəd qara və çəhrayı rənglərdə «FERRA BELLE» və «DİLANDER» markalı dəridən qadın plaşları mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 177-ci vərəqində olan 16 mart 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid6 könüllü olaraq təqdim etdiyi 3 ədəd qara və boz rənglərdə «ÖZER LEDER» və «Sargül PELLE» markalı dəridən qadın plaşları və 1 ədəd «EVERMORE» markalı qoyun dərisindən olan qadın kürkü mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 185-ci vərəqində olan 17 mart 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid7 könüllü olaraq təqdim etdiyi 1 ədəd qara rəngdə «Yıldırım Leder» markalı dəridən qadın plaşı, 1 ədəd qara rəngdə «BOSS» markalı kürk və 1 cüt göy rəngdə «GEORGİO BRUNO» markalı ayaqqabı mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 189-cu vərəqində olan 28 mart 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokolda göstərilir ki, oğurluq yolu ilə əldə edilmiş, 1 cüt sarı rəngli «MARİOLORENZO» markalı kişi ayaqqabısı oxşar 2 ədəd ayaqqabı oxşar ayaqqabıların arasında Zərərçəkmiş şəxs təqdim edildikdə o, təqdim edilən əşyalar arasında özünə məxsus olanı tanımışdır. İşin 191-ci vərəqində olan 28 mart 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokolda göstərilir ki, oğurluq yolu ilə əldə edilmiş, 1 cüt göy rəngli «GEORGİO BURNO» markalı kişi ayaqqabısı oxşar 2 ədəd ayaqqabı oxşar ayaqqabıların arasında Zərərçəkmiş şəxs təqdim edildikdə o, təqdim edilən əşyalar arasında özünə məxsus olanı tanımışdır. İşin 193-ci vərəqində olan 28 mart 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokolda göstərilir ki, oğurluq yolu ilə əldə edilmiş, 1 ədəd boz rəngli «EVER MORE» markalı qadın kürkü oxşar kürklərin arasında Zərərçəkmiş şəxs təqdim edildikdə o, təqdim edilən əşyalar arasında özünə məxsus olanı tanımışdır. İşin 196-cı vərəqində olan 28 mart 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokolda göstərilir ki, oğurluq yolu ilə əldə edilmiş, 1 ədəd çəhrayı rəngli «ÖZE LEDER» markalı dəridən qadın plaşı oxşar plaşların arasında Zərərçəkmiş şəxs təqdim edildikdə o, təqdim edilən əşyalar arasında özünə məxsus olanı tanımışdır. İşin 199-cu vərəqində olan 28 mart 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokolda göstərilir ki, oğurluq yolu ilə əldə edilmiş, 1 ədəd çəhrayı rəngli «YİLDİRİM» markalı dəridən qadın plaşı oxşar plaşların arasında Zərərçəkmiş şəxs təqdim edildikdə o, təqdim edilən əşyalar arasında özünə məxsus olanı tanımışdır. İşin 236-239-cu vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 aprel 2022-ci il tarixli, 9/2611 saylı rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən geyim əşyaları, məişət cihazları və qab- qaçaqların (istifadədə olmuş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq) 2022-ci ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 19654,00 manat müəyyən edilir. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 yanvar 2022-ci il tarixdə saat 00:30- dan 04:00dək olan müddət ərzində ünvan 1 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs fərdi yaşayış evinin ikinci mərtəbəsindəki eyvanın qapısını özü ilə apardığı açarla açdıqdan sonra evə qanunsuz olaraq daxil olaraq evin birinci mərtəbəsində, dəhlizdən solda yerləşən otaqdakı stolun üzərindən 1 ədəd 10 manat dəyərində istifadədə olmuş xrustal meyvə vazını, birinin dəyəri 5 manat olan, 10 manat dəyərində 2 ədəd istifadədə olmuş qəndqabıları, ikinci mərtəbəyə qalxmaq üçün nəzərdə tutulmuş taxta pilləkənin altından birinin dəyəri 20 manat olan, 60 manat dəyərində 3 qutu istifadədə olmuş xrustal qədəhləri, birinin dəyəri 10 manat olan, 50 manat dəyərində 5 qutu istifadədə olmuş xrustal stəkanları, birinin dəyəri 10 manat olan, 20 manat dəyərində 2 qutu istifadədə olmuş xrustal qədəhləri, birinin dəyəri 30 manat olan, 180 manat dəyərində 6 ədəd istifadədə olmuş xrustal güldanları, birinin dəyəri 30 manat olan, 180 manat dəyərində 6 ədəd istifadədə olmuş vazları, birinin dəyəri 20 manat olan, 80 manat dəyərində 4 ədəd istifadədə olmuş dördayaqlı və birinin dəyəri 10 manat olan, 40 manat dəyərində 4 ədəd istifadədə olmuş ayaqsız xrustal qəndqabları, birinin dəyəri 25 manat olan, 50 manat dəyərində 2 ədəd istifadədə olmuş böyük xrustal bulud qabları, birinin dəyəri 10 manat olan, 20 manat dəyərində 2 ədəd istifadədə olmuş kiçik bulud qabları, birinin dəyəri 20 manat olan, 40 manat dəyərində 2 ədəd istifadədə olmuş xrustal ləpə qablarını, birinin dəyəri 10 manat olan, 20 manat dəyərində 2 ədəd istifadədə olmuş ayaqlı ləpə qablarını, birinin dəyəri 25 manat olan, 50 manat dəyərində 2 ədəd istifadədə olmuş tort qablarını, 1 ədəd 40 manat dəyərində istifadədə olmuş çay servisi dəstələrini, 1 ədəd 100 manat dəyərində istifadədə olmuş nahar servisi dəstələrini, 1 ədəd 50 manat dəyərində istifadədə olmuş qaşıq dəstini, birinin dəyəri 40 manat olan, 120 manat dəyərində 3 ədəd istifadədə olmuş «TEFAL» qazan dəstlərini, birinin dəyəri 20 manat olan, 100 manat dəyərində 5 ədəd istifadədə olmuş adi qazan dəstlərini, birinin dəyəri 20 manat olan, 40 manat dəyərində 2 ədəd istifadədə olmuş alüminuim qəzan dəstlərini, dəhlizdən sağda yerləşən otaqdan 1 ədəd 25 manat dəyərində istifadədə olmuş «LG» markalı televizoru, 1 ədəd 25 manat dəyərində istifadədə olmuş «SUPRA» markalı televizoru, taxta pilləklənlə ikinci mərtəbəyə qalxdıqda isə sürahıdan 1 ədəd 2500 manat dəyərində istifadədə olmamış «JOHN DEDİS» markalı qara rəngli kürkü, 1 ədəd qara rəngli samur dərisindən olan 800 manat dəyərində «CANMORE» markalı qısa kürkü, birinin dəyəri 30 manat olan, 120 manat dəyərində 4 ədəd istifadədə olmuş yaşıl və ağ rənglərdə odiyalları, ikinci mərtəbənin dəhlizindən solda yerləşən birinci yataq otağındakı «trimo»nun rəfindən 1 cüt 15 manat dəyərində istifadədə olmuş «MARİOLORENZO» markalı kişi ayaqqabısını, 1 cüt 15 manat dəyərində istifadədə olmuş «GEORGİO BRUNO» markalı kişi ayaqqabısını, 1 qutu 3.60 manat dəyərində «KENT -8» markalı siqareti, paltar dolabındakı asılqandan 1 ədəd qara rəngli 20 manat dəyərində istifadədə olmuş pencəyi, birinin dəyəri 10 manat olan, 20 manat dəyərində 2 ədəd istifadədə olmuş bənövşəyi və qara rəngli yay köynəklərini, birinin dəyəri 40 manat olan, 120 manat dəyərində 3 ədəd istifadədə olmuş ağ rəngli yataq örtüklərini, birinin dəyəri 20 manat olan, 240 manat dəyərində 12 dəst istifadədə olmuş yataq dəstlərini, birinin dəyəri 5 manat olan, 30 manat dəyərində 6 dəst istifadədə olmuş əl-üz dəsmalını, birinin dəyəri 10 manat olan, 120 manat dəyərində 12 ədəd istifadədə olmuş hamam dəsmaları, birinin dəyəri 10 manat olan, 80 manat dəyərində 8 qutu istifadədə olmuş çay dəsmallarını, dəhlizin şimal hissəsində olan iri ölçülü qutunun içərisindən birinin dəyəri 30 manat olan, 390 manat dəyərində, 13 ədəd istifadədə olmuş qara rəngli donları, birinin dəyəri 22 manat olan, 374 manat dəyərində 17 ədəd «BALENA» markalı istifadədə olmamış qarışıq rəngli ətəkləri, birinin dəyəri 50 manat olan, 1250 manat dəyərində 25 dəst qarışıq rəngdə, istifadədə olmamış «SPOSA», «ARİVAL EXSLUSİVE», «VİORE» markalı qadın kostyumlarını, dəhlizdən sağda yerləşən ikinci otaqdan 1 ədəd 20 manat dəyərində istifadədə olmuş «SAMSUNG» markalı videomaqnitofonu, 1 ədəd 30 manat dəyərində istifadədə olmuş «SONY» makralı videokameranı, asılqandan birinin dəyəri 250 manat olan, 1250 manat dəyərində 5 ədəd istifadədə olmamış qarışıq rəngli xəzdən olan plaşları, 1 ədəd 900 manat dəyərində istifadədə olmamış «BOSS>> markalı kürkü, 1 ədəd qara rəngli 1500 manat dəyərində istifadədə olmamış uzun kürkü, birinin dəyəri 350 manat olan, 1400 manat dəyərində 4 ədəd üzəri dəri olan istifadədə olmamış «EVEMORE» markalı qoyun dərisindən olan kürkləri, birinin dəyəri 400 manat olan, 2000 manat dəyərində, 5 ədəd uzun ölçülü istifadədə olmamış qoyun dərisindən olan qara rəngli kürkləri, birinin dəyəri 250 manat olan, 1750 manat dəyərində 7 ədəd istifadədə olmamış qoyun dərisindən olan qarışıq rəngli qoyun dərisindən olan qısa kürkləri, birinin dəyəri 400 manat olan, 1200 manat dəyərində 3 ədəd istifadədə olmamış olan boyun hissəsi xəzdən ibarət qoyun dərisindən kürkləri birinin dəyəri 150 manat olan, 3000 manat dəyərində 20 ədəd dəridən olan «FERRA PELLE», «SARİGÜL PELLE», «ÖZER LEDER», «TORİ», «DİLANDER», «YİLDİRİM», «MAKKOM PELLE», «CANDER PELLE», «CİNO ARMANİ» markalıuzun qadın plaşları və «YAVUZ LEDER» markalı qısa ölçüdə gödəkçələri özgənin yəni, Zərərçəkmiş şəxs məxsus cəmi 20457,60 (iyirmi min dörd yül əlli manat 60 qəpik) manat məbləğində əmlakı zərərçəkmiş şəxsə həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 206-209-cu vərəqindəolan Mingəçevir şəhər məhkəməsinin 1(051)-123/2020 saylı, 11 noyabr 2020-ci il tarixli hökmünün surətindən və 143-cü vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarından görünür ki, «8 noyabr–Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən, məhkum Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(051)-123/2021 saylı hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il azaldılmışdır. İşdə olan Mingəçevir şəhər icra və probasiya şöbəsinin 01 sentyabr 2022-ci il tarixli cavab məktubunda göstərilir ki, Mingəçevir şəhər məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 09 dekabr 2020-ci ildə icra və probasiya şöbəsində qeydə alınmış, cəzasının sonu 09 dekabr 2022-cı il tarixə hesablanmışdır Mingəçevir şəhər məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 1 il azaldılmışdır. Təqsirləndirilən şəxs 24 fevral 2022-ci ildə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşin 245-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan tam ödəmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşiman olması, dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 82-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 129-130-cu vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 26 fevral 2022-ci il tarixli, 4(051)-19/2022 №li qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu müddət bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut 1 ədəd sınmış vəziyyətdə olan «LG» markalı televizor, 1 ədəd «SONY» markalı videokamera, 1 cüt «MARİOLORENZO» markalı ayaqqabı, 1 cüt «GEORGİO BRUNO» markalı ayaqqabı, 1 ədəd «JOHN DEDİS» markalı kürk, 1 ədəd «EVERMORE» markalı qoyun dərisindən olan qadın kürk, 1 ədəd qara rəngdə «CANMORE» markalı qara rəngli samur dərisindən olan qısa kürk, 1 ədəd qara rəngdə «BOSS» markalı kürk, 1 ədəd sarı rəngdə «YAVUZ LEDER» markalı gödəkçə, 3 ədəd qara rəngli «BALENA» markalı ətəklər,6 dəst ağ rəngli «SPOSA», «ARİVAL EXSLUSİVE», «VİORE» markalı qadın kostyumdəstləri, 19 ədəd «SARİGÜL PELLE», «ÖZER LEDER», «FERRA BELLE», «SARİGÜLPELLE», «ÖZER LEDER», «TORİ», «DİLANDER», «YİLDİRİM LEDER»,«MAKKOM PELLE», «CANDER PELLE» və «CİNO ARMANİ» markalı dəridən olan qadın plaşları zərərməkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi Polis şöbəsində saxlanılan 3 ədəd açarlar məhv edilməlidir. İş üzrə mülki tələb yoxdur. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu müddət 6 ay 16 gün CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, 1(bir) il 1(bir) ay 2 (iki) gün ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 10(on) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut 1 ədəd sınmış vəziyyətdə olan «LG» markalı televizor, 1 ədəd «SONY» markalı videokamera, 1 cüt «MARİOLORENZO» markalı ayaqqabı, 1 cüt «GEORGİO BRUNO» markalı ayaqqabı, 1 ədəd «JOHN DEDİS» markalı kürk, 1 ədəd «EVERMORE» markalı qoyun dərisindən olan qadın kürk, 1 ədəd qara rəngdə «CANMORE» markalı qara rəngli samur dərisindən olan qısa kürk, 1 ədəd qara rəngdə «BOSS» markalı kürk, 1 ədəd sarı rəngdə «YAVUZ LEDER» markalı gödəkçə, 3 ədəd qara rəngli «BALENA» markalı ətəklər,6 dəst ağ rəngli «SPOSA», «ARİVAL EXSLUSİVE», «VİORE» markalı qadın kostyumdəstləri, 19 ədəd «SARİGÜL PELLE», «ÖZER LEDER», «FERRA BELLE», «SARİGÜLPELLE», «ÖZER LEDER», «TORİ», «DİLANDER», «YİLDİRİM LEDER»,«MAKKOM PELLE», «CANDER PELLE» və «CİNO ARMANİ» markalı dəridən olan qadın plaşları zərərməkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi Polis şöbəsində saxlanılan 3 ədəd açarlar məhv edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-85/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-85/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver