Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-85/2023 26.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 6B/39, mənzil 17-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 fevral 2023-ci il tarixdə saat 14 radələrində qanuni əsaslarla olduğu rəfiqəsi Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri H.Aslanov küçəsi 4 №-li evin 5 №-li mənzilinin yataq otağındakı dolabın birinci siyirməsində olan qutunun içərisindən 1 ədəd Türkiyə istehsalı olan, ilan formalı, 585 əyarlı, 2.9 qram çəkidə, 261 manat dəyərində “Şahmeran” adlanan qızıl-zinət əşyası, 1 ədəd Türkiyə istehsalı, ürək klonlu, 585 əyarlı, 5.8 qram çəkidə 522 manat dəyərində qızıl boyunbağı, 1 ədəd Türkiyə istehsalı, sadə qaşlı, 585 əyarlı, 1.65 qram çəkidə, 148,5 manat dəyərində qızıl üzük, 1 cüt Türkiyə istehsalı “Tiffany” markalı, ürək formalı bəzəyi olan, 585 əyarlı, 3.5 qram çəkidə, 315 manat dəyərində qızıl sırğa, 1 cüt Türkiyə istehsalı, 585 əyarlı uc hissəsi yumru formada olan, 585 əyarlı 1.05 qram çəkidə, 94,5 manat dəyərində qızıl sırğa, 1 cüt Türkiyə istehsalı, “Tiffany” markalı, 585 əyarlı, 2.8 qram çəkidə, 252 manat dəyərində aşağı hissəsi kvadrat formalı qızıl sırğa və 1 ədəd Türkiyə istehsalı, 585 əyarlı, 2 qram çəkidə, 180 manat dəyərində ürək formalı klon olmaqla qızıl-zinət əşyalarının oğurlayaraq zərərçəkmiş şəxsə 1.773 (min yeddi yüz yetmiş üç) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 5 ay əvvəl Mingəçevir şəhərində olan zaman tanımışdır. O Vüsalənin ünvan 1 ünvanına əvvəl də 3 dəfə gəlmişdir. Birinci dəfə gələn zaman 3 gün, sonrakı dəfələrdə 5 və 10 gün olmaqla həmin evdə qalmışdır. Həmin vaxt Sumqayıt şhərində yaşadığı kirayə evindən çıxdığı üçün Mingəçevir şəhərinə gəlmiş, Vüsalə qalmasını istəsə də Mingəçevir şəhərində qala bilmədiyinə görə qayıtmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təxminən saat 17-18 radələrində Mingəçevir şəhərinə Vüsalənin evinə gəlmişdir. Mingəçevir şəhərinə gəlməyi də ona Vüsalə təklif etmişdir. Vüsalənin evinə gələn vaxt onun evindən oğurluq etmək niyyəti olmamışdır. Belə ki, o, Vüsalənin evində qaldığı müddətdə xx.xx.2023-cü il tarixdə gözəllik salonuna getmişlər və o, saç kəsimi üçün 10 manat ödəmişdir. Kiprik və qaşlarının düzəldilməsi üçün 55 manat verməli olduğu halda pulu olmadığından salonun sahibəsinə pulu Sumqayıt şəhərinə qayıtdıqdan sonra verəcəyi barədə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə o, Sumqayıt şəhərinə getməli olmuş, lakin Vüsalə salonun pulunu verib sonra getməsi barədə təkid etməyə başlamışdır. O pulu Sumqayıta getdikdən sonra verəcəyini desə də Vüsalə pulu verməsə getməyəcəyimi demişdir. O da sevgi münasibətlərində olduğu Rəşad adlı şəxsə 55 manat pul göndərtdirmişdir. Həmin ərəfələrdə o, Rəşad adlı şəxslə münasibətləri yaxşı olmadığından ayrılmaq ərəfələrində olmuşlar. Vüsalənin təkidinə görə pulu verdikdən sonra, onun Sumqayıt şəhərində “Kontakt Home”da olan aylıq televizor kreditinin pulunu vermək və həmçinin aylıq 300 manat verməli olduğum kredit qızıllların pulunun ödəniş vaxtı olduğundan və qeyd olunan məbləğlərdə pulları verə bilmədiyinə görə oğurluq etmək qərarına gəlmişdir. Hələ ilk gəlişlərində Vüsalənin qızılzinət əşyalarını yataq otağında olan dolabın içərisində saxladığını bilmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Vüsalə qonaq otağında telefonla danışan zaman o, dolabın birinci siyirməsində olan 1 ədəd ilan formalı, 585 əyarlı, 2.9 qram çəkidə, “Şahmeran” adlanan qızıl-zinət əşyası, 1 ədəd ürək klonlu, 585 əyarlı, 5.8 qram çəkidə qızıl boyunbağı, 1 ədəd sadə qaşlı, 585 əyarlı, 1.65 qram çəkidə, qızıl üzük, 1 cüt “Tiffany” markalı, ürək formalı bəzəyi olan, 585 əyarlı, 3.5 qram çəkidə, qızıl sırğa, 1 cüt 585 əyarlı uc hissəsi yumru formada olan, 585 əyarlı 1.05 qram çəkidə, qızıl sırğa, 1 cüt “Tiffany” markalı, 585 əyarlı, 2.8 qram çəkidə, aşağı hissəsi kvadrat formalı qızıl sırğa və 1 ədəd 585 əyarlı, 2 qram çəkidə, 180 manat dəyərində ürək formalı klon olmaqla qızıl-zinət əşyalarının götürüb əl çantasının içərisinə qoymuşdur. Təxminən saat 17-18 radələrində isə Sumqayıt şəhərinə çıxıb getmişdir. Həmin gün saat 22-23 radələrində yaşadığı evə çatmışdır. Vüsalə ona zəng edərək qızılları oğurlaması barədə deyərək və onları qaytarmasını istəmişdir. Lakin o, Vüsaləyə heç bir oğurluq əməli törətmədiyini bildirmişdir. Bundan 2 gün sonra tanışı Ayselə zəng edərək özünə məxsus qızıl-zinət əşyalarının olduğunu, yeni kirayə ev tutduğunu kirayənin pulunu verməli olduğu üçün onları satmaq istədiyini demişdir. Belə ki, o, Sumqayıt şəhərində yaşadığından və Bakı şəhərini tanımadığından Ayselə qızılları satmaq üçün onu Bakı şəhərində qızıl mağazalarının yerləşdiyi yerə aparmasını istəmişdir. Aysel ona mağazaların yerləşdiyi yerə getməyə köməklik edəcəyini demişdir. Aysel ona taksiyə əyləşərək qızıl-zinət əşyalarının satışı üçün mağazaların yerləşdiyi “Moskva Univermağı”na getməsini, özünün də taksi ilə həmin yerə gəldiyini və univermağın yanında görüşmələrini demişdir. Aysel gəldikdən sonra birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Moskva Univermağına getmişlər. Aysel univermağın qarşısında mobil telefonla danışan zaman o, əsas girişdən içəri keçib orada olan birinci mağazada həmin oğurladığı qızıl-zinət əşyalarını təqdim edərək satmaq istədiyini demişdir. Lakin qızıl-zinət əşyalarını alan şəxsə həmin əşyaların özünə aid olduğunu bildirmişdir. Həmin şəxs qızıl-zinət əşyalarından sırğaları və 1 ədəd ürək formalı olan klonu 420 manata ala biləcəyini demişdir. Sonra isə 1 ədəd üzüyü çəkən zaman dəyərinin 60 manat olduğunu demişdir. Üzüyün qiymətinin az olmasına görə həmin üzüyü satmaqdan imtina etmişdir. Həmçinin həmin tanımadığı şəxs sırğaların arasında olan 1 cüt uc hissəsi yumuru formada olan basma şəklindəki 1 cüt sırğaya da 30 manat verə biləcəyini deyəndə həmin sırğanı da satmaqdan imtina etmiş, həmin üzük və sırğanı özünə götürmüşdür. Qızılı alan tanımadığı şəxs onun şəxsiyyət vəsiqəsini götürüb anket məlumatlarını qeyd etmiş və mobil telefonu ilə də fotoşəkillərini çəkmişdir. Sonra 420 manatı götürüb Aysellə birlikdə univermaqdan çıxmışlar. Aysel Abşeron rayonu, Masazır rayonu ərazisində taksidən enmiş, lakin Ayselin harada yaşamasını dəqiq bilməmişdir. Özü isə müvəqqəti olaraq kirayədə yaşadığı evə Abşeron rayonu Xırdalan şəhərinə getmişdir. Əldə etdiyi 420 manat pulun 300 manatını qızıl alan zaman olan borcunu vermişdir. 100 manat pulu isə kirayənin pulunu ödəmişdir. Sonradan Mingəçevir ŞPŞ-nin əməkdaşları onunla əlaqə saxlayan zaman ilkin olaraq törətdiyi oğurluq əməlini etiraf etməmişdir. Həmin qızıl-zinət əşyalarından 1 cüt yumru formada olan sırğanı və 1 ədəd sadə qaşlı üzüyü bəzək əşyası kimi istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə isə Mingəçevir ŞPŞ-nə gələn zaman 01 cüt sırğa və 1 ədəd sırğa da üzərində olmuşdur. Polis şöbəsində törətdiyi əməli etiraf etmiş, üzərində olan sırğa və üzüyü də polis şöbəsinə təqdim etmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən ifadəsində göstərdiyi hallar nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində yaşayan tanışı Leyla onun yaşadığı evə qonaq gəlmişdir. Belə ki, 3-4 ay olar o, Leyla ilə tanış olmuşdur. Oğurluq baş verməmişdən təxminən 1 ay əvvəl də Leyla onun evinə qonaq kimi gəlmişdir. Birinci dəfə də qonaq gələn zaman 2 gün onun evində qalmışdır. Leyla xx.xx.2023-cü il tarixdə axşam üstü saat 19 radələrində onun evinə gəlmişdir. Həmin gün birlikdə evdə olmuşlar və evdən çölə çıxmamışlar. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, Leyla ilə birlikdə yaşadığı evin yaxınlığında olan gözəllik salonuna düşmüşlər. Salona düşən zaman o, yataq otağında teromonun gözündə olan qızıl-zinət əşyalarını yığdığı qabın içərisindən özünə məxsus olan və gündəlik olaraq istifadə etdiyi 1 ədəd qızıl üzüyü barmağına taxmışdır. Həmin vaxt Leyla onun qızıl-zinət əşyaları saxladığı yeri görmüşdür. Təxminən axşam saatlarında onlar evə qayıtmışlar. Evə qayıtdıqdan sonra Leyla bir neçə dəfə sevgi münasibətlərində olan Rəşad adlı şəxslə telefonla danışacağını deyərək 2 otaqlı evin yataq otağına keçmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yataqdan qalxaraq hamam otağına keçmişdir. Həmin vaxt Leylaya çay süzüb qoymuş, lakin Leyla yenə telefonla danışacağını deyərək yataq otağına keçmişdir. Hamam otağından çıxan zaman isə Leylanın paltalarını geyinib, özü ilə gətirdiyi çantasını yığdığını, sevgi münasibətlərində olan həmin Rəşad adlı şəxsin ona 14 fevral sevgililər günü münasibəti ilə hədiyə alacağını deyərək getmək istədiyini demişdir. O, Leylaya dünən salonda 55 manat borcu qaldığını, həmin pulu verdikdən sonra getməsini istəmişdir. Leyla pulu gedəndən sonra göndərəcəyini desə də, Leylaya pulu verib getməsində israr etmişdir. Bundan sonra Leyla başqa kimsə zəng etmiş və salona olan 55 manat borcunu salonu çalışdıran şəxsin kartına göndərtmişdir. Həmin gün təxminən saat 17 radələrində Leyla çıxıb getmişdir. O, həmin gün saat 19 radələrində özünə məxsus “Şahmeran” deyilən bilək və barmağa keçirilən qızıl əşyasını əlinə taxmaq üçün götürmək istəmişdir. Lakin qabda olan qızıl-zinət əşyasının yerində olmadığını görmüşdür. Daha sonra qızıl-zinət əşyalarını yığdığı qapı töküb baxan zaman qabda olan 3 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd üzük və 1 ədəd klonun da yerində olmadığını görmüşdür. Həmin ərəfələrdə yaşadığı evə başqa heç kim gəlmədiyindən və yaşadığı evin binanın 2-ci mərtəbəsində yerləşdiyindən, evdə heç bir dağıntının olmamasından, yaşadığı evin qapısında və pəncərisində heç bir zorakılıq əlamətlərinin olmamasından həmin oğurluğun Leyla tərəfindən edilməsini bilmişdir. Leylaya zəng edərək nə üçün oğurluq etməsini soruşduqda, Leyla bunu inkar etmişdir. O, istintaq zamanı verdiyi əlavə ifadəsində qeyd etmişdir ki, yaşadığı evdən oğurlanmış qızıl-zinət əşyalarının dəyərinin 2000-3000 manat olmasını bildirmişdir. Sonradan müxtəlif vaxtlarda aldığı qızıl-zinət əşyalarının hər birinin çəkisinin və dəyərinin nə qədər olması ilə bağlı məlumat vermişdir. Onun ifadəsi əsasında ekspertiza təyin edilmişdir. Həmin ekspertiza rəyində qızıl-zinət əşyalarının çəkisi ilə bağlı verdiyi qramlar əsasında qiymətlər təyin edilmişdir. Həmin rəydə qızılın hər qramının dəyərinin 80 manat olması qeyd olunmuşdur. Lakin o, həmin rəylə razılaşmadığını bildirmişdir. Belə ki, Şahmeran adlandırılan qızıl-zinət əşyasının 2,9 qram olması və qramı 80 manatdan 232 qram olması qeyd olunmuşdur. Lakin həmin qızılların hər birinin hazırkı bazar qiyməti qramı 90 manat olmaqla hesablanmalı olmasını qeyd etmişdir. Həmin hesablamaya görə Şahmeranın dəyəri 261 manat, 5,8 qram çəkidə olan boyunbağının dəyəri 522 manat, 1,65 qram çəkidə qızıl üzüyün dəyəri 148,5 manat, 3,5 qram çəkidə olan “Tiffany” markalı sırğanın dəyəri 315 manat, 1,05 qram çəkidə sırğanın dəyəri 94,5 manat, 2,8 qram çəkidə “Tiffany” markalı sırğanın dəyəri 252 manat, 2 qram çəkidə olan klonun dəyəri 180 manat olmaqla ümumi dəyəri 1773 manat olmaqla maddi ziyan dəyməsini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Odur ki, ondan heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istinaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə o müraciət etmişdir. X3 MMC Mingəçevir Sukanal İdarəsinin rəisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Gülşən bağ massivində su borusunun qəzasının baş verməsi barədə məlumatla bağlı Mingəçevir Sukanal İdarəsinin Su və Kanalizasiya sistemlərinin istismarı sahəsinin rəisi X2 həmin əraziyə getmişdir. Bir qədər sonra Elçin Salmanov ona zəng edərək Mingəçevir şəhər Gülşən bağ massivi (Fidail Abdullayev küçəsindən Bozdağ istiqamətində) ərazisində boş bağ sahəsində torpağın üst qatının qazıldığını, idarənin istismarında olan və ərazidəki bağ sahələrinin suvarılmasında istifadə edilən, hazırda fəaliyyəti dayanmış D-630 mm diametrli 50 p/m polad materiallı su təchizat borusunun 3 hissədən kəsildiyini görməsi barədə məlumat vermişdir. Daha sonra Elçin Salmanov həmin boş bağ sahəsinə su borularına baxmaq üçün getmiş və bir müddət sonra geriyə qayıdaraq adını bilmədiyi şəxsin onun qarşısına çıxaraq bağın sahibi olduğunu və borulara baxmaq üçün bağ sahəsinə keçməyinə icazə verməyəcəyini deməsini bildirmişdir. Lakin növbəti gün Elçin Salmanov yenidən fəaliyyəti dayanmış su borularına baxmaq üçün Gülşən bağ massivində yerləşən bağ sahəsinə getdi və ona zəng edərək su borularının yerində olmadığını və boruların çıxarıldığı yerin torpaqla örtüldüyünü aşkar etməsi barədə məlumat vermiş və o dərhal fəaliyyəti dayanmış su borularının çıxarıldığı əraziyə gəlib və boruların yerində olmadığını görüb şəkillər çəkmiş, sonra Mingəçevir şəhər polis şöbəsinə müraciət ünvanlamışdır. Müraciətdə qeyd etdiyi 50 paqon metr anlayışı beynəxalq hesablama sistemində metrlə ekvivalentdir yəni bərabərdir. Belə ki, oğurlanmış su borusunun uzunluğu 50 metr təşkil edir. Lakin həmin su borusu Su Kanal İdarəsinin balansına Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən verilərkən ölçü vahidi olaraq paqonmetrdən istifadə edildiyi üçün o da məktubda uzunluq vahidi olaraq p/m vahidindən istifadə etmişdir. Həmin su borusu vaxtilə bağ sahələrini suvarmaq üçün istifadə edilmiş su kəmərinin borularıdır. Lakin daha sonra həmin su xətti istismardan dayandırılmış və müvafiq sərəncamla kəmərdən qalmış borular Mingəçevir SU kanal İdarəsinin balansına verilmişdir. Şahid2 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Moskva Univermağı”nda “Gold №1” qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan mağazada satıcı kimi çalışır. Qızıl-zinət əşyalarının xammal kimi alıqı-satqısı ilə məşğul olur. Belə ki, vətəndaşlardan aldığı qızıl-zinət əşyalarının üzərinə müəyyən məbləğ qoyduqdan sonra sifarişə uyğun olaraq onun satışını həyata keçirirlər. 2023-cü ilin fevral ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə təxminən saat 19 radələrində, mağaza bağlanan ərəfələrdə tanımadığı iki nəfər qadın qızıl-zinət əşyalarını satmaq istəməsi ilə bağlı mağazaya yaxınlaşmışdır. Həmin qadından qızıl-zinət əşyalarını bir-bir alıb çəksini çəkmişdir. Belə ki, həmin qadının təqdim etdiyi 2 cüt “Tiffany” markalı, 585 əyarlı sırğa, 1 ədəd “Şahmeran” adlı 585 yarlı qızıl-zinət əşyası və 1 ədəd boyunbağını tərəzidə çəkmişdir və qızılların ümumi çəkisi 8 qram, üzərində olan bəzəkləri çıxdıqdan sonra qalan təmiz çəkisi 7,4 qram olmuşdur. Həmin qızılın qramını 57,50 (əlli yeddi manat əlli qəpik) dəyərində hesablayaraq qızılın ümumi dəyərinin 420 manat etdiyini demişdir. Təqsirləndirilən şəxs razılıq verdikdən sonra şəxsiyyət vəsiqəsini satmaq üçün gətirdiyi qızılarla birlikdə şəklini çəkmişdir. Sonra həmin qızılın alqı-satqısı ilə bağlı olaraq kitabçada alqı-satqı qəbzi tərtib etmişdir. Alqı-satqı ilə bağlı olaraq Təqsirləndirilən şəxs alqı-satqı qəbzinə də imzasını çəkmişdir. Həmçinin qızılı satan zaman Təqsirləndirilən şəxs satmaq üçün gətirdiyi qızıl üzüyə görə 60 manat verə biləcəyini demiş, həmin vaxt Leyla həmin qızıl üzüyü ona satmaqdan imtina etmişdir. O, Leylaya 420 manat pulu verdikdən sonra onlar çıxıb getmişlər. Onlar getdikdən sonra aldığı qızıllları mağazada olan digər qızllarla birlikdə xammal kimi müştərilərdən birinə satdığını, lakin hal-hazırda həmin müştərini xatırlamadığını bildirmişdir. Həmçinin o, qızılı alan zaman Təqsirləndirilən şəxs davranışlarından və geyimindən Leylanın qızılı cinayət yolu ilə əldə etməsindən şübhələnmədiyini və buna görə də Leyladan qızılın oğurluq olub-olmaması haqqında heç bir şey soruşmadığını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yataq otağında dolabın içərisində olan qızıl-zinət əşyalarını yığmaq üçün nəzərdə tutulmuş qutunun içərisindən qızıl-zinət əşyaları oğurlanmışdır. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanından oğurluq etdikdən sonra əldə etdiyi və polis şöbəsində təqdim etdiyi 1 cüt uc hissəsi yumuru formada olan qızıl sırğa və 1 ədəd sadə qaşlı qızıl üzük baxış keçirilərək ondan götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanından oğurluq etdikdən sonra əldə etdiyi və ünvan 4vanında yerləşən “Gold №1” qızıl-zinət əşyalarıın satışı mağazasına 2 cüt sırğa, 1 ədəd barmaq və biləyə bağlamaq üçün nəzərdə tutulmuş “Şahmeran”, 1 ədəd boyunbağı və 1 ədəd ürək formasında olan klonu satması ilə bağlı qeydiyyatların aparıldığı kitabçaya baxış keçirilərək fotoşəkilləri çəkilmiş və həmin qeydiyyatların surətləri çıxarılaraq cinayət işinin materiallarına əlavə olunması üçün götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ünvan 5 ünvanında yerləşən “Gold NO1” adlı qızıl mağazasından Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarını satması ilə bağlı olaraq mağazanın satıcısı Şahid2 tərəfindən tərtib olunmuş alqı-satqı sənədlərinə və satış zamanı çəkilən fotoşəkillər təqdim edilərək həmin fotolarda qeyd olunan qızıl-zinət əşyalarının həqiqətən ona məxsus olub-olmaması soruşulduqda baxışda iştirak edən Zərərçəkmiş şəxs fotoşəkillərdə qeyd olunan hər bir qızıl-zinət əşyalarına ayrı-ayrılıqda baxış keçirdikdən sonra həqiqətən də fotoşəkillərdə həm ayrı-ayrılıqda düzülmüş, həm də Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi ilə yanaşı şəkildə qoyulmuş qızıl-zinət əşyalarının hər birinin həqiqətən də ona məxsus mənzildən oğurlanmış qızıl-zinət əşyaları olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən 4 ədəd qızıl üzükləri nəzərdən keçirərək üzüklərin içərisində 4-cü yerdə qoyulmuş qızıl üzüyü göstərərək həmin qızıl üzüyün Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış ona məxsus qızıl üzük olduğunu və üzüyün qaşlarının formasından və quruluşundan həmin üzüyü tanıdığını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən 4 cüt qızıl sırğanı nəzərdən keçirərək qızıl sırğaların içərisindən 3-cü yerdə qoyulmuş qızıl sırğanı göstərərək həmin qızıl sırğanın Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış ona məxsus qızıl sırğa olduğunu və qızıl sırğanın uc hissəsinin yumru formada və basma şəklində olmasından həmin sırğanı tanıdığını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mənzildən oğurladığı 1 ədəd 585 əyarlı, 1.65 qram çəkidə qızıl üzük, 1 cüt uc hissəsi yumru formada olan, 585 əyarlı 1.05 qram çəkidə sırğa olmaqla qızıl-zinət əşyaları maddi sübut kimi tanınaraq mülkiyyətçi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 mart 2023-cü il tarixli, 9/1647 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1576 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat. Cinayət işi materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs ilə barışmışlar. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Odur ki, ondan heç bir şikayət və tələbi yoxdur. Yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-in xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əlakını ələ keçirmək məqsədi ilə 13 fevral 2023-ci il tarixdə saat 14 radələrində qanuni əsaslarla olduğu rəfiqəsi Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri H.Aslanov küçəsi 4 №-li evin 5 №-li mənzilinin yataq otağındakı dolabın birinci siyirməsində olan qutunun içərisindən 1 ədəd Türkiyə istehsalı olan, ilan formalı, 585 əyarlı, 2.9 qram çəkidə, 261 manat dəyərində “Şahmeran” adlanan qızıl-zinət əşyası, 1 ədəd Türkiyə istehsalı, ürək klonlu, 585 əyarlı, 5.8 qram çəkidə 522 manat dəyərində qızıl boyunbağı, 1 ədəd Türkiyə istehsalı, sadə qaşlı, 585 əyarlı, 1.65 qram çəkidə, 148,5 manat dəyərində qızıl üzük, 1 cüt Türkiyə istehsalı “Tiffany” markalı, ürək formalı bəzəyi olan, 585 əyarlı, 3.5 qram çəkidə, 315 manat dəyərində qızıl sırğa, 1 cüt Türkiyə istehsalı, 585 əyarlı uc hissəsi yumru formada olan, 585 əyarlı 1.05 qram çəkidə, 94,5 manat dəyərində qızıl sırğa, 1 cüt Türkiyə istehsalı, “Tiffany” markalı, 585 əyarlı, 2.8 qram çəkidə, 252 manat dəyərində aşağı hissəsi kvadrat formalı qızıl sırğa və 1 ədəd Türkiyə istehsalı, 585 əyarlı, 2 qram çəkidə, 180 manat dəyərində ürək formalı klon olmaqla qızıl-zinət əşyalarının oğurlayaraq zərərçəkmiş şəxsə 1.773 (min yeddi yüz yetmiş üç) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CMin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, səmimi peşmanlıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təqsirkarın şəxsiyyətini belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmişə dəymiş ziyanı tam ödəməsini və səmimi peşmanlıq hissi keçirməsini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin islah işləri növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan axtarışda olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsi müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2023cü il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 01 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 01 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq islah işləri cəzası saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət büdcəsinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün cəzaya aid hissəsinin icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 1 ədəd 585 əyarlı, 1.65 qram çəkidə qızıl üzük, 1 cüt uc hissəsi yumru formada olan, 585 əyarlı 1.05 qram çəkidə sırğa olmaqla qızıl-zinət əşyaları maddi sübut kimi tanınraq mülkiyyətçi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. İbtidai araşdırma zamanı göstərdiyi hüquqi yardımın ödənilməsi ilə bağlı məhkəmə məsrəflərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Hökmün ekspertiza xərcinin tutulması hissəsinin icrası Sumqayıt şəhər İcra idarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona aylıq qazancının 20 (iyirmi) faizi dövlət büdcəsinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21 fevral 2023-cü ildən 22 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət büdcəsinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün cəzaya aid hissəsinin icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 1 ədəd 585 əyarlı, 1.65 qram çəkidə qızıl üzük, 1 cüt uc hissəsi yumru formada olan, 585 əyarlı 1.05 qram çəkidə sırğa olmaqla qızıl-zinət əşyaları maddi sübut kimi tanınraq mülkiyyətçi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. İş üzrə 50 (əlli) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmün ekspertiza xərcinin tutulması hissəsinin icrası Sumqayıt şəhər İcra idarəsinə həvalə edilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-85/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-85/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver