Məhkəmə qərarları › İş №1(051)-86/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-86/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-86/2022 16.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2004-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, X.Şuşinski küçəsi ev 4 saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri, Nizami küçəsi ilə Zərərçəkmiş şəxs1 küçəsinin kəsişməsində tanışı X2 ilə piyada gəzərkən sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Asif Kərimovun anası Şahid1 ilə söhbət etdiyini görüb, onların Şahid1 sataşmaq üçün söhbət etmələri və söyüş söymələri barədə özündə əsassız təsəvvür yaradaraq, onlarla dalaşmaq üçün bunu bəhanə və fürsət kimi istifadə edib, Asif Kərimovla birlikdə Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 Şahid1 ilə söhbət etdikləri yerə yaxınlaşmış və Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 Şahid1 ilə nə haqqında və hansı səbəbə görə söhbət etməsini, habelə onların reallıqda söyüş və ya nalayiq kəlimələrdən istifadə edibetməməsini Şahid1 soruşub aydınlaşdırmadan, hər ikisindən Şahid1 ilə söhbətə son qoymaqlarını tələb edib, onlardan aralaşmasına baxmayaraq, qısa müddət sonra Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 arxası ilə gedərək onları Mingəçevir şəhəri, Nizami küçəsi 4B saylı binanın yaxınlığınadək təqib edib, orada yenidən hər ikisinə yaxınlaşaraq, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini onların şəxsiyyəti fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, habelə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib bir qədər əvvəl başladığı mübahisəni yenidən davam etdirib, əvvəlcə yumruqla Zərərçəkmiş şəxs1 burun nayihəsindən vuraraq ona burun sümüyünün qapalı sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid, sonra isə Zərərçəkmiş şəxs2 hücum edib, əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs2 sağ əlindən və bədəninin müxtəlif nahiyələrindən vuraraq ona hər iki dizində sıyrıqlar dərəcəsi təyin edilməyən və sağ əlin 4-cü daraq sümüyünün sınığı ilə müşayiət olunan və sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin onların sağlamlıqlarının uzun müddətə müvəqqəti pozulmasına səbəb olmuş qəsdən xuliqanlıq niyyəti iləsağlamlıqlarına az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə dostu Asif Kərimov ilə birlikdə çayxanaya gedərkən Mingəçevir şəhər Nizami küçəsi ilə Zərərçəkmiş şəxs1 küçəsinin kəsişməsindən keçərkən Asifin anası Şahid1 işlədiyi çörək sexinin qarşısına çatanda gördülər ki, Asifin anası Ləman ilə iki nəfər içkili halda olan şəxs ucadan kobud şəkildə söhbət edirlər. O və Asif dərhal onlara yaxınlaşdılar. adını orada bildiyi Afiq və Xəyal adlı şəxslərə Şahid1 ilə səliqəli danışmalarını bildirdi. Həmin vaxt Afiq və Xəyal ona bildirdilər ki, onlar Ləmanın iş yoldaşlarıdır. Həmin vaxt Afiq və Xəyal spirtli içkinin təsirindən onunla mübahisə etməyə başladılar. Bu zaman Şahid1 çörək sexinə getdiyi üçün o və Asif, Afiq və Xəyalla əlavə mübahisə yaranmaması üçün oradan uzaqlaşdılar və Nizami küçəsi 4B saylı binanın qarşısı ilə getməyə başladılar. Bir qədər sonra Afiq və Xəyal onlara yaxınlaşdılar. Afiq ilk olaraq ona yaxınlaşıb və bir qədər əvvəlki mübahisəni yenidən başlamaq istədikdə o, Afiqə içkili olmasını və gedib işi ilə məşğul olmasını dedi. Lakin Afiq yenə də uzaqlaşmadı və bu zaman aralarında əlbəyaxa dava başladı və Afiq ona əl qol atdı. Bu zaman o, yumruqla Afiqin burun nayihəsindən bir dəfə vurdu, Afiq zərbənin təsirindən yerə yıxıldı. Daha sonra Xəyal onun üzərinə gəldikdə o, təpiklə Xəyalın da sağ əlindən və ayağından vurdu. Xəyal zərbənin təsirindən yerə yıxıldı. O, həmin yerdən uzaqlaşdı. Afiq və Xəyal ilə əlbəyaxa dava edərkən onu kənardən müşahidə edən şəxslər olmasını görmədi. Münaqişələri təxminən 5-10 dəqiqə davam etdi. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdı, onlarla aralarında hər hansı ədavət və ya mübahisələri olmamışdır. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, O, Afiqlə birlikdə Nizami küçəsində yerləşən çörək sexində bir yerdə işləmişlər. Hal-Hazırda həmin yerdə işləyir, lakin Afiq işdən çıxmışdır. Afiq işdən çıxmasına baxmayaraq əlaqələrini kəsmədilər hərdən görüşürlər. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Afiqlə onun yaşadığı binanın yaxınlığında görüşdülər. Onlar birlikdə Nizami küçəsində yerləşən əşya bazarına yaxın yerdə skamyalardan birində oturub spirtli içki pivə qəbul etdilər. Sonra onlar oradan durduqdan sonra evlərinə getmək qərarına gəldilər. Bu zaman iş yoldaşları olmuş Ləmanı və onun oğlu Asifi gördülər. O, Ləmana yaxınlaşıb onu Afiqlə birlikdə gördüyünü heç kəsə deməməsini bildirdi. Bu sözü dedikdən sonra onlar piyada hərəkətə davam etdilər. Təxminən 5 dəqiqə sonra Nizami küçəsi 4B saylı binanın baş tərəfində olarkən 2 nəfər şəxs onlara yaxınlaşdı, yaxınlaşan kimi onlardan biri, sonradan adının Vəli olduğunu bildiyi şəxs digəri isə Ləmanın oğlu Asif olmasını gördülər. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs ona yaxınlaşaraq başını zibil qabına soxacağını dedi. Afiq həmin şəxsə danışığına görə irad bildirdi. Bu zaman Vəli Afiqə onu nəzərdə tutub dedi ki, "o, sənin arvadındır ki, onu müdafiə edirsən?". Onlar söhbət edəedə orada olan qarajlardan birinin qarşısına keçdilər. Qarajın qapısının qarşısında Vəli Afiqi döyməyə başladı. Təxminən 5-10 dəqiqə sonra Vəli ona yaxınlaşdı, yaxınlaşan kimi bir dəfə yumruq zərbəsi ilə sol sifət nahiyyəsinə vurdu. Vəlinin zərbəsindən yerə yıxıldı. Yerdə olan zaman Vəli yumruq və təpik zərbələri ilə onun müxtəlif nahiyyələrinə vurmağa başladı, onun təpik zərbələrindən biri sağ əlinə dəyərək xəsarət yetirdi. Vəli əvvəlcə Afiqi daha sonra onu döydükdən sonra qaçaraq oradan uzaqlaşıb getdi. Vəli ilə aralarında əvvəllər hər hansı ədavətləri və ya düşmənçilikləri olmamışdır. Davanın nə üstə baş verməsinin dəqiq səbəbini bilmədi. Dava başlamazdan əvvəl və daha sonrada Asif orada olmuşdur, lakin Asif nə onunla nə də Afiq ilə dalaşmamışdır, ümumiyyətlə davaya müdaxilə etməmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs1 məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxs1 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, xx.xx.2021ci il tarixdə saat 18 radələrində Xəyalla yaşadığı binanın yaxınlığında görüşmüşlər. Onlar birlikdə Nizami küçəsində yerləşən əşya bazarına yaxın yerdə oturacaqların birində oturub spirtli içki pivə içmişlər. Sonra oradan durduqdan sonra piyada evlərinə getmək qərarına gəldilər. Bu zaman əvvəl işlədiyi çörək sexinin yanında əvvəllər onlarla çörək sexində işləyən iş yoldaşları olmuş Ləman adlı qadını və onun oğlu Asifi gördülər. Xəyal Ləmana yaxınlaşıb ona deyib ki, onları birlikdə gördüyünü heç kəsə deməsin. Ləmana bu sözü dedikdən sonra piyada hərəkətə davam etmişlər. Təxminən 5 dəqiqə sonra Nizami küçəsi 4B saylı binanın baş tərəfində olarkən iki nəfər şəxs onlara yaxınlaşmışdır. Yaxınlaşan kimi onlardan biri sonradan adının Vəli Xəyala onun başını zibil qabına soxacağını demişdir. O, Vəliyə danışığına görə irad bildirdi. Bu zaman Vəli onu təhqir edərək qarajlardan birinin qarşısına çəkib apardı. Xəyal isə yerində qalmışdır. Qarajın qarşısında Vəli bir dəfə yumruq zərbəsi ilə onun burun nahiyyəsinə vurmuş və burnu qanamağa başlamışdır. Zərbənin təsirindən yerə yıxıldı. Sonra Vəli gedib Xəyalı da döymüşdü, lakin o, özü yerdə yıxılı vəziyyətdə olduğundan Xəyalın necə döyüldüyünü görməmişdir. O və Xəyal Ləman adlı qadına nalayiq ifaddə işlətməmiş, ona sataşmamışlar. Spirtli içki qəbul etmiş olsalar da lakin iş yoldaşları olmuş qadına nalayiq ifadə işlətməmişlər. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Nizami küçəsində yerləşən çörək sexində işləyir. Afiq və Xəyal da əvvəllər həmin çörək sexində işləyiblər. Yəni onlarla iş yoldaşı olmuşdur. Sonuncu dəfə 13.11 2021-ci il tarixdə saat 20 radələrində Afiq və Xəyal çörək sexinin qarşısından keçərkən Xəyal ona yaxınlaşıb onları orada gördüyünü heç kimə deməməsini tapşırdı. O da Xəyala dedi ki, onun burada olub-olmamağı ona maraqlı deyil. Həmin vaxt Xəyal ve Afiq sərxoş vəziyyətdə olmuşlar. Xəyal onunla söhbət edən zaman oğlu Asif və onun dostu Vəli oradan keçdilər. Təxminən 15 dəqiqə sonra oğlu Asif gəldi və bir az aralıda Vəlinin Xəyal və Afiqlə dalaşdığını bildirdi. Bundan bir az sonra isə Xəyal gəldi ondan Vəlinin nömrəsini soruşdu o, da bilmədiyini dedi. Həmin vaxtı Xəyalın üzərində olan qış dögəkçəsinin cırıq olduğunu gördü. Şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 20 radələrində o, Vəli adlı tanışı ilə birlikdə anası Ləmanın işlədiyi Nizami küçəsində yerləşən çörək sexinin qarşısından keçərkən Xəyal və Afiqin anası Ləmanla söhbət etdiklərini gördülər. Söhbət zamanı onlar "sərxoş vəziyyətdə olduqlarına görə nalayiq ifadələr işlətdilər. Bu zaman o, Afiq və Xəyala onlara yaxınlaşaraq nalayiq sözlər danışmamalarını bildirdi. Sonra onlardan aralanıb getdi. İşin 30-cu vərəqində olan məhkəmə tibb ekspertiza və patoloji anatomiya birliyinin 16 noyabr 2021-ci il tarixli 733 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - burun sümüyünün sınığı küt əşyanın (alət-lərin) təsirindən əmələ gəlmişdir. yetirilmə müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğundur, burun sümüyünün qapalı sınınığı sağlamlığı uzun müddətə müvəqqətə pozduğundan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. İşin 31-ci vərəqində olan məhkəmə tibb ekspertiza və patoloji anatomiya birliyinin 16 noyabr 2021ci il tarixli 734 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - hər iki dizlərində sıyrıqlar və sağ əlin 4-cü daraq sümüyünün sınığı küt əşyanın (alət-lərin) təsirindən o cümlədən yıxılma zamanı əmələ gələ bilərdilər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğundurlar. -Ağırlıq dərəcələrinə görə hər dizlərində sıyrıqlar sağlamlığa zərər vurmadıqları üçün dərəcələri tərin olunmur. -sağ əlin 4-cü daraq sümüyünün qapalı yerdəyişməyən sınığı sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri, Nizami küçəsi ilə Zərərçəkmiş şəxs1 küçəsinin kəsişməsində tanışı X2 ilə piyada gəzərkən sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Asif Kərimovun anası Şahid1 ilə söhbət etdiyini görüb, onların Şahid1 sataşmaq üçün söhbət etmələri və söyüş söymələri barədə özündə əsassız təsəvvür yaradaraq, onlarla dalaşmaq üçün bunu bəhanə və fürsət kimi istifadə edib, Asif Kərimovla birlikdə Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 Şahid1 ilə söhbət etdikləri yerə yaxınlaşmış və Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 Şahid1 ilə nə haqqında və hansı səbəbə görə söhbət etməsini, habelə onların reallıqda söyüş və ya nalayiq kəlimələrdən istifadə edibetməməsini Şahid1 soruşub aydınlaşdırmadan, hər ikisindən Şahid1 ilə söhbətə son qoymaqlarını tələb edib, onlardan aralaşmasına baxmayaraq, qısa müddət sonra Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 arxası ilə gedərək onları Mingəçevir şəhəri, Nizami küçəsi 4B saylı binanın yaxınlığınadək təqib edib, orada yenidən hər ikisinə yaxınlaşaraq, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini onların şəxsiyyəti fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, habelə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib bir qədər əvvəl başladığı mübahisəni yenidən davam etdirib, əvvəlcə yumruqla Zərərçəkmiş şəxs1 burun nayihəsindən vuraraq ona burun sümüyünün qapalı sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid, sonra isə Zərərçəkmiş şəxs2 hücum edib, əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs2 sağ əlindən və bədəninin müxtəlif nahiyələrindən vuraraq ona hər iki dizində sıyrıqlar dərəcəsi təyin edilməyən və sağ əlin 4-cü daraq sümüyünün sınığı ilə müşayiət olunan və sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin onların sağlamlıqlarının uzun müddətə müvəqqəti pozulmasına səbəb olmuş qəsdən xuliqanlıq niyyəti sağlamlıqlarına az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 44-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci , maddi sübut yoxdur. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab№ AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab№ AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar