Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-86/2024 12.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Yevlax rayonu, Ərəbbəsrə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Ərəş kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Ə.Vahid küçəsi ev 2, mənzil 1-də yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs1 məxsus pulu hissə-hissə almağı qabaqcadan düşünərək planlaşdırıb, Zərərçəkmiş şəxs1 müxtəlif vədlər verib, habelə bəhanələr gətirərək, ilkin olaraq onu Yevlax rayonu, Ərəbbəsrə kənd orta məktəbinə «xadiməçi» qismində işə düzəldəcəyinə dair vəd verib, aldadılmasına nail olduqdan sonra birinci dəfə 2023-cü ilin fevral ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fərid» marketdə quraşdırılmış ödəmə terminalından Zərərçəkmiş şəxs1 onun (Təqsirləndirilən şəxs) istifadəsində olan, istintaqa bəlli olmayan plastik kart hesabına göndərdiyi 180 manat, 2023-cü ilin mart ayının əvvəllərində isə həmin ünvanda yerləşən «Fərid» marketdə quraşdırılmış ödəmə terminalından onun istifadəsində olan, istintaqa məlum olmayan plastik kart hesabına göndərdiyi 300 manat məbləğdə pulunu, daha sonra hərəkətlərini davam etdirib, Zərərçəkmiş şəxs1 oğlu X3 Yevlax rayonu, Ərəbbəsrə kənd orta məktəbinə montyor kimi işə düzəldəcəyinə dair vəd verib, aldadaraq, 2023-cü ilin mart ayının sonlarında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fərid» marketdə quraşdırılmış ödəmə terminalından Zərərçəkmiş şəxs1 onun istifadəsində olan, istintaqa məlum olmayan plastik kart hesabına göndərdiyi 300 manat, daha sonra Zərərçəkmiş şəxs1 Yevlax rayonu, Ərəbbəsrə kənd orta məktəbinin klubuna «dəftərxana» işçisi kimi işə düzəldəcəyinə dair vəd verib, 2023-cü ilin aprel ayında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fərid» marketdə quraşdırılmış ödəmə terminalından Zərərçəkmiş şəxs1 onun istifadəsində olan, istintaqa məlum olmayan plastik kart hesabına göndərdiyi 500 manat, daha sonra Zərərçəkmiş şəxs1 oğlu X3 Yevlax rayonu, Ərəbbəsrə kənd məktəbinə «gözətçi» kimi işə düzəldəcəyinə dair vəd verib aldadaraq, 2023-cü ilin may ayında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fərid» marketdə quraşdırılmış ödəmə terminalından Zərərçəkmiş şəxs1 onun istifadəsində olan, istintaqa məlum olmayan plastik kart hesabına göndərdiyi 250 manat, daha sonra Zərərçəkmiş şəxs1 «Şirvan» Su-Kanal İdarəsində olan vakant iş yerinə düzəldəcəyinə dair vəd verib, 2023-cü ilin may ayında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fərid» marketdə quraşdırılmış ödəmə terminalından Zərərçəkmiş şəxs1 onun istifadəsində olan, istintaqa məlum olmayan plastik kart hesabına göndərdiyi 600 manat, daha sonra Zərərçəkmiş şəxs1 Yevlax rayonu, Ərəbbəsrə kənd orta məktəbinə yeni açılan ştat vahidi üzrə işə düzəldəcəyinə dair vəd verib, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Mingəçevir filialının qarşısında olan ödəmə terminalından Zərərçəkmiş şəxs1 onun istifadəsində olan, istintaqa məlum olmayan plastik kart hesabına göndərdiyi 700 manat məbləğdə pulunu, Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 2.830 (iki min səkkiz yüz otuz) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə, etibarından sui-istifadə etmə və aldatma yolu ilə alıb, ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs2 məxsus pulu hissə-hissə almağı qabaqcadan düşünərək planlaşdırıb, Zərərçəkmiş şəxs2 «Şirvan» Su-Kanal İdarəsinə işə düzəldəcəyinə dair vəd verib, onu aldadaraq, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fatimə» marketdəki ödəmə terminalından Zərərçəkmiş şəxs2 onun (RəqsanəMəmmədovanın) tanışı, cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid1 adına olan, lakin onun (Təqsirləndirilən şəxs) istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Al” marketdəki ödəmə terminalından Zərərçəkmiş şəxs2 növbəti dəfə Şahid1 adına olan "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına göndərdiyi 200 manat, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “5+” supermarketdəki ödəmə terminalından Zərərçəkmiş şəxs2 Şahid1 adına olan "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına göndərdiyi 200 manat məbləğdə pulunu, hərəkətlərini davam etdirib, Zərərçəkmiş şəxs2 «Şirvan» Su-Kanal İdarəsinə işə düzəldəcəyinə dair vəd verib, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən “Sizin” marketdəki ödəmə terminalından Zərərçəkmiş şəxs2 yenə də Şahid1 adına olan "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına göndərdiyi 750 manat, daha sonra Zərərçəkmiş şəxs2 Yevlax rayonu, Ərəbbəsrə kənd məktəbinə «təsərrüfatçı» kimi işə düzəldəcəyinə dair vəd verib, aldadaraq, xx.xx.2023-cü il tarixdə Qax rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən «Payız 74» marketdə quraşdırılmış ödəmə terminalından Zərərçəkmiş şəxs2 Şahid1 adına olan "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına göndərdiyi 1060 manat, habelə Zərərçəkmiş şəxs2 Yevlax rayonu, Ərəbbəsrə kənd orta məktəbinə adını qeyd etmədiyi işə düzəldəcəyinə dair vəd verib, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “5+” supermarketdəki ödəmə terminalından Zərərçəkmiş şəxs2 Şahid1 adına olan "xxxx" ASC tərəfindən verilmiş plastik kart hesabına göndərdiyi 130 manat məbləğdə, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 2.390 (iki min üç yüz doxsan) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə, etibarından sui-istifadə etmə və aldatma yolu ilə alıb, ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3 il əvvəl Şahid2 tanımışdır. Yalçınla yaxın münasibəti olmuş və Yalçının ailə üzvlərini də tanımışdır. Hələ 2020-ci ilin sentyabr ayında Vətən Müharibəsi başlamamışdan əvvəl Yalçın ona Yevlax rayonunun Xaldan və Xanabad kəndlərində yerləşən su idarələrinə işçi düzəldə bildiyini, bu işlə qaynanasının qohumunun məşğul olduğunu demişdir. Lakin həmin şəxsin adının nə olmasını bilməmişdir. Vətən Müharibəsindən sonra Yalçın ona əgər tanış adam varsa tapmasını, həmin şəxsləri işə düzəltmək üçün pul alacağını, hər gətirdiyi şəxsdən ona müəyyən hissə pul verəcəyini demişdir. O, əvvəlcə Yalçının işə düzəltmə ilə məşğul olması haqqında heç kimə deməmişdir. Təxminən 2022-ci ilin sonunda Şahid1 tanımışdır. Nicatla qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində olmuşdur. Təxminən 2023-cü ilin avqust ayından etibarən Nicatla Mingəçevir şəhərində yaşamış və bir neçə dəfə işləmək üçün Bakı şəhərinə getmişdir. O, Yalçının işə düzəlmə ilə bağlı təklifini birinci dəfə Nicata vermişdir. Lakin Nicata işi Yalçının vasitəsilə həll etməsi barədə məlumat verməmişdir. Nicata bibisi Şahid4 Yevlax rayonu, Ərəbbəsrə kəndində yerləşən orta məktəbdə direktor kimi çalışdığını, ora işçi axtardığını, əgər qohumlarında və tanışlarında münasib adam varsa onları məktəbdə işlə təmin etməyə köməklik edə biləcəyini demişdir. Nicat da ona inanaraq bibisini işə düzəltmək üçün ona 500 manat pul vermişdir. Həmin pulu da Nicatın bibisi Gülmayə Nicatın istifadəsində olan "xxxx"na aid olan karta köçürmüş, Nicat da həmin pulu ona vermişdir. O, həmin 500 manat pulu Yalçının özünün adına olan karta göndərmişdir. Çünki o, valideynləri ilə mübahisə edərək 2 övladı ilə birlikdə yaşadığı evdən çıxandan sonra övladlarının və özünün ehtiyaclarını təmin etməyə çətinlik çəkdiyindən bu vasitədən istifadə etməklə özünü dolandırmaq qərarına gəlmişdir. Çünki Yalçın hər gətidiyi şəxsə görə ona pul verəcəyini demişdir. Gülmayənin pulunu qaytaran zaman gecikmə olmuş və Yalçından nə üçün gecikmə olduğunu soruşanda Yalçın müəyyən problemələrin olduğunu və onların həll olunacağını demişdir. Zərərçəkmiş şəxs1 isə tanışı Nicatın vasitəsilə 2023-cü ilin mart-aprel aylarında tanımışdır. İlkin vaxtlar Məlahətlə yalnız mobil telefon vasitəsilə danışmış, özünü şəxsən tanımamışdır. Məlahətlə danışıqları zaman Maləhəti bibisi Ülviyyənin vasitəsilə Yevlax rayonu, Ərəbbəsrə kənd orta məktəbinə işə düzəldəcəyini, aylıq 250 manat maaş alacağını demişdir. Bunun üçün Məlahətdən birinci dəfə 480 manat pul istəmişdir. Məlahət həmin pulun 180 manatını onun verdiyi, hazırda kimə məxsus olmasını xatırlamadığı karta göndərmiş və o, həmin pulu nağdlaşdıraraq əldə etmişdir. Bundan bir neçə gün sonra Nicata zəng edərək Məlahətin pul verəcəyini həmin pulu yaşadığı Yevlax rayonu, Ərəbbəsrə kəndinə gətirib ona verməsini istəmişdir. Nicat da 300 manat pulu Mingəçevirdə Məlahətdən alaraq kəndə gətirib ona vermişdir. Təxminən 3 gündən sonra Nicat bibisi Gülmayənin pulu gecikdiyindən onunla mübahisə etmiş və gördüyü işin düzgün olmadığını deyərək Məlahətdən alıb verdiyi 300 manat pulu ona qaytarmasını pulu aparıb Məlahətə verəcəyini demişdir. X9 verdiyi 300 manat pulu ondan alıb Məlahətə aparmışdır. O, Məlahətə zəng edərək pulun çatıb çatmamasını soruşmuşdur. Həmin vaxt Məlahətlə aralarında səmimi söhbət olmuş və Məlahət bütün həyatını danışaraq 2 övladını tək böyütdüyünü, Nicata fikir verməməsini, hər işdə gecikmə olduğunu kart verməsini və pulu ona göndərəcəyini demişdir. Həmin vaxt o, istifadəsində kart hesabı olmadığından hal-hazırda münasibəti olamayan tanışı Günaya zəng edərək pul köçürülməsi etmək üçün kart atmasını istəmişdir. Günay da əri Tehran Məmmədova məxsus kartı göndərmişdir. Məlahət karta pulu köçürəndən sonra Günay yaşadığı kəndə gəlib getdiyindən pulu orada ona vermişdir. Aldığı 480 manat pulu Yevlax rayonu, Xanabad kəndindən poçt vasitəsilə Yalçına Tərtər rayonuna göndərmişdir. 1 aydan sonra Yalçın Məlahətin verdiyi, Məlahətin adına olan karta 250 manat pul göndərmişdir. Məlahət pulun köçdüyünü görüb oğlunu da işə düzəltmək istədiyini demişdir. O, Yalçına məlumat verəndə Yalçın Məlahətin oğlunu da 500 manat müqabilində işə düzəldə biləcəyini demişdir. Bundan sonra Yalçın Məlahətin oğlunu işə düzəltmək üçün 500 manat pul göndərməsini oğlunun adını Şirvan su-kanal idarəsinə yazdıracağını demişdir. Lakin Yalçın ona Məlahətə oğlunu Ərərbbəsrə orta məktəbinə kluba işə düzəldəcəyini deməsini istəmişdir. O da Məlahətə bu formada yalan məlumat vermişdir. Məlahətdən verdiyi karta 500 manat pul göndərməsini istəmişdir. Lakin Məlahət 250 manat pul göndərəcəyini, qalan 250 manat pulu ona veriləcək maaşdan çıxmasını demişdir. Bir aydan sonra Məlahətin kartına oğlunun işinə görə 150 manat pul göndərmişdir. Məlahət onun verdiyi pulları götürdükcə zəng edib yenə əlavə iş düzəltməsini istəmişdir. O da Yalçına zəng edib bu barədə məlumat verəndə Yalçın həmin su-kanal idarəsinə əlavə olaraq adının yazılması üçün 1.200 manat pul istəmişdir. Yalçının deməsinə görə Məlahət aylıq 600 manat pul almalı olmuşdur. Məlahət zəng edib 1.200 manat məbləğində pulunun olmadığını, 600 manat göndərəcəyini, qalan 600 manatı da birinci ayın maaşından çıxmasını demişdir. Yalçınla danışanda razılıq verdiyindən 600 manat pulu Məlahət onun verdiyi Tehran Məmmədova məxsus karta göndərmişdir. Həmin pulu Yalçın özündə saxlamağını pulu gəlib götücəyini demişdir. Həmçinin Yalçınla razılaşmalarına görə o, Yalçına işə düzəltməsi üçün başqa adamlar tapmalı olmuşdur. Yalçın da ondan iş üçün pul almadan adını su idarəsinə yazdıraraq aylıq 350 manat pul verməli olmuşdur. Yalçın ona razılaşdıqları kimi aylıq 350 manat pulu əlbəəl yaşadığı kəndə gətirib vermişdir. Sonra aralarında Məlahətlə münasibət yarandığından Məlahət zəng edərək onda olan kosmetik vasitələri satmasını, hər ikisinə də xeyir qalmasını demişdir. Belə ki, o, tez-tez istifadəsində olan vhatsapp hesabında kosmetik vasitələr satmağı ilə bağlı olaraq paylaşımlar etdiyindən Məlahət də ona bu şəkildə təklif etmiş və o da Məlahətlə razılaşmışdır. Kosmteik vasitələr satıb əldə etdikləri gəliri Məlahətlə bölmüşlər. Həmin ərəfələrdə o, Məlahətə başqa münasib adam varsa tapmasını belə olan halda hər ikisinin xeyri olacağını demişdir. Təxminən 2023-cü ilin iyun ayının əvvəlində Məlahətlə danışan zaman əlavə olaraq iş üçün 700 manat pul lazım olduğunu demiş və Məlahət onun verdiyi Tehran Məmmədov adına olan karta 700 manat göndərmişdir. Həmin ərəfələrdə Məlahət onu Zərərçəkmiş şəxs2 adlı tanışı ilə əlaqələndirərək ona da iş üçün köməklik etməsini istəmişdir. O da Yalçınla danışaraq Rövşən adlı şəxsin də işə düzəlmə məsələsini həll etməsini istəmişdir. Yalçın işi həll edəcəyini, həmin şəxsdən pulu almasını özünün gəlib bütün pullarla birlikdə götürəcəyini demişdir. Belə ki, Rövşəndən işə düzəlmək üçün Nicata məxsus olan Azərbaycan Beynəlxalq Bank kartına aid karta pul göndərməsini istəmişdir. Rövşən də Nicatın kartına işə düzəlmək üçün xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 750 manat, xx.xx.2023-cü il tarixdə 1060 manat, xx.xx.2023-cü il tarixdə 130 manat pul göndərmişdir. Borc kimi də Rövşəndən xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 20 manat pul almışdır. xx.xx.2023-cü il tarixdə Rövşəndən 750 manat pul alan zaman Məlahət zəng edərək oğlu Rəvanın hərbi xidmətə gedəcəyini, onu saxlatdırmaq üçün 500 manat pul göndərməsini istəmişdir. O, Rövşənin verdiyi puldan 500 manat götürüb Məlahətin ona artıq şəkildə göndərdiyi kosmetik vasitənin içərisində Məlahətə göndərmişdir. Həmçinin Rövşəndən pulu alanadan sonra Rövşən zəng edib dağda yeyib-içməkdə olduğunu ona pul göndərməsini istədiyindən 130 manat pulu Rövşənin kartına göndərmişdir. 2 gündən sonra zəng edərək Rövşən ona yenə pul göndərməsini istədiyindən Rövşənə 250 manat pul göndərmişdir. Rövşən yenə pulunu tələb etdiyindən ona 50 manat pul göndərmişdir. Rövşən 2023-cü ilin avqust ayının əvvələrində ona zəng edərək işi onsuz da düzəlmədiyindən həmçinin övladı Bakı şəhərində olan klinikaların birində müalicə aldğından 450 manat pul göndərməsini istəmişdir. Rövşənin verdiyi pul hələ onda olduğundan o, 10 manat yol pulu verib yaşadığı kənddən Xanabad kəndinə getmiş və teminaldan 440 manat pulu Rövşənin verdiyi karta göndərmişdir. Təxminən 2 həftə sonra 2023-cü ilin avqust ayında Yalçın yaşadığı kəndə gəlib ondan 2.500 manat pul almışdır. Ondan sonra isə Yalçınla əlaqə saxlaya bilməmiş və Yalçın zənglərə cavab verməmişdir. Verilən suallara cavab olaraq tanışı Şahid2 ona özünün işə düzəlmə səlahiyyətinə malik olan tanışının olduğunu, həmin şəxsin vasitəsilə Yevlaxda su idarəsinə işçi düzəldə bildiyini dediyindən Yalçının sözü ilə Zərərçəkmiş şəxs1, oğlu Rəvan Mehdizadəni və Zərərçəkmiş şəxs2 işə düzəldəcəyi adı ilə pul aldığını bildirmişdir. Belə ki, o, Məlahətdən 2023cü ilin mart-aprel aylarında 480 manat, təxminən may ayında 250 manat, 600 manat və iyun ayında 700 manat pul aldığını bildirmişdir. Qeyd olunanlardan başqa Məlahətin ona hər hansı məbləğdə pul vəsaiti vermədiyini, həmin pulun da 400 manatını Yalçının Məlahətin kartına göndərdiyini, Rövşənin də verdiyi puldan 500 manat pulu Maləhətin oğlunu hərbi xidmətdən saxlatdırsı üçün istədiyindən Məlahətə verdiyini bildirmişdir. Belə ki, Məlahət Rövşəni və başqa bir nəfər süpürgəçi qadanı da onunla əlaqələndirəcəyini deyərək onların hər biri üçün 250 manat olmaqla ondan 500 manat istəmişdir. O da həmin pulu taksi vasitəsilə Məlahətə göndərdiyi kosmetik vasitələrin içərisində göndərmişdir. Rövşəndən işə düzəltmək adı ilə 2.390 manat, borc kimi isə 30 manat aldığını bildirmişdir. Rövşənin pulundan 820 manat pulunu geri qaytardığını, qalan pulları da tanışı Yalçına verdiyini bildirmişdir. Çünki Yalçın bunun müqabilində ona hər ay maaş kimi 350 manat pul vermişdir. Həmçinin o, işə düzəlmə ilə bağlı olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la danışıq aparan zaman tanışı Şahid2 bu işdə adının çəkilməməsini, həmçinin bibisinin məktəb direktoru olduğunu bildiyindən Məlahət və Rövşənə onların işini Ülviyyənin vasitəsilə həll etməsini dediyindən onlara yalan məlumat verdiyini, Yalçının adını çəkmədiyini bildirmişdir. Eyni zamanda o, bibisim Şahid4 ailə məsələsi ilə bağlı olaraq heyifli olduğundan Yalçının dedikləri ilə razılaşaraq ülə Ülviyyənin adını verdiyini, lakin aldığı pullardan Şahid4 heç bir məbləğdə pul vermədiyini, həmçinin onun adından istifadə edərək ayrı-ayrı şəxsləri işə düzəltməsi adı ilə pul alması haqqında məlumat vermədiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 ifadəsində onun bibisinin əri Tehran Məmmədovun kartına pul köçürməsi ilə bağlı qeyd etdikləri ilə əlaqədar olaraq Tehran Məmmədovun tanışı və hazırda münasibəti olmayan Günay adlı qadının əri olmasını, Tehrana kartına köçürülmüş pul vəsaitinin nə üçün əldə etməyi barədə onlara heç nə demədiyini, bibisinin ərinin aıdının Şahid5 olmasını və onun ümumiyyətlə baş vermiş hadisə haqqında məlumatı olmadığını bildirmişdir. Həmçinin o, iş üzrə zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində yalan məlumat verdiklərini, onların hər birinə müəyyən məblğdə pul vəsaiti qaytardığını bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əldə etdiyi pul məbləğlərindən Şahid1 heç bir məbləğdə pul vermədiyini, yalnız Nicatın adına olan kart hesabından istifadə etdiyini bildirmişdir. Törətdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 ildir Mingəçevir şəhəri, H.Əliyev prospekti 72 saylı binanın qarşısında “Pərvin” marketi icarə əsasında çalışdırır. Orada işlədiyi müddətdə təxminən 2022-ci ilin dekabr - 2023-cü ilin yanvar ayında Şahid1 tanımışdır. Nicatın vasitəsilə X2 tanımışdır. Belə ki, Nicat onun işlətdiyi mağazadan daimi alış-veriş etmiş, həmçinin Nicata nisyə məhsullar verdiyindən onunla münasibəti yaranmışdır. Söhbət əsnasında Nicat Rəqsanə adlı tanışının olduğunu, Rəqsanənin bibisi Ülviyyənin Yevlax rayonu, Ərəbbəsrə kəndində məktəbdə müdir kimi çalışdığını, həmin məktəbə Rəqsanənin vasitəsilə işçi götürdüyünü demişdir. Həmçinin Nicat əgər məktəbə düzəlsə, işə getməyəcəyini, yalnız işdə adının gedəcəyini və özünün də aylıq təxminən 250 manat məbləğində maaş alacağını demişdir. Nicat atasının həmin məktəbdə mühafizəçi kimi çalıdığını, başqa qohumlarının adını da həmin məktəbə işə yazdıracağını demişdir. Lakin həmin vaxt Nicat özünün Rəqsanəyə pul verib-verməməsi barədə ona heç nə deməmişdir. Nicatın dedikləri ona inandırıcı gəldiyindən razılaşmışdır. Daha sonra Nicat Rəqsanənin istifadəsində olan mobil telefon nömrəsini vermişdir. Rəqsanənin nömrəsi ilə əlaqə saxlamış və Rəqsanə onu Yevlax rayonu, Ərəbbəsrə kənd məktəbinə xadiməçi kimi işə düzəldəcəyini bunun üçün 480 manat pul verməsini, bunun müqabilində aylıq 240 manat pul alacağını, işə də gəlməyəcəyini demişdir. Təxminən 1 həftə sonra 2023-cü ilin fevral ayının əvvəllərində 480 manat pulun 180 manatını Rəqsanənin verdiyi, lakin hazırda xatirində olmayan Rəqsanənin rəfiqəsinə məxsus olduğunu dediyi karta göndərmişdir. Təxminən 2-3 gündən sonra 2023-cü ilin fevral ayında Nicat mağazaya gələrək Rəqasanənin yaşadığı Yevlax rayonu, Ərəbbəsrə kəndinə getdiyini, Rəqasanəyə göndərməli olduğu 300 manat pulu ona verməsini, pulu Rəqasanəyə çatdıracağını demişdir. O da 300 manat pulu Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən işlədəyi Pərvin marketdə Rəqsanəyə verməsi üçün Nicata vermişdir. Həmin vaxt yanında heç kim olmamışdır. Rəqsanə də onun istifadəsində olan “Vatsapp” mobil tətbiqindən mesaj yazaraq pulun ona çatdığını bildirmişdir. Pulu verəndən 15 gün sonra Nicat onun istifadəsində olan mobil telefona zəng edərək Rəqsanənin dələduz olduğunu onun vasitəsilə göndərdiyi 300 manat pulu Rəqsanədən alaraq gətirib verəcəyini, artıq Rəqsanə ilə münasibətinin pozulduğunu demişdir. Təxminən 1-2 gündən sonra, 2023-cü ilin fevral ayının sonlarında Nicat ondan alıb Rəqasanəyə apardığı 300 manat pulu gətirib mağazada ona vermişdir. Lakin Nicat pulu ona verən gün bir neçə saatdan sonra Rəqasanə zəng edərək pulu qaytarıb ona verməsini, Nicatla mübahisə etdiyini, buna görə də Nicatın hirslənərək pulu geri qaytardığını demişdir. Həmçinin Rəqsanə göndərdiyi sənədlərin Yevlaxa təhsil şöbəsinə göndərildiyini, 300 manat pulun təcili olaraq göndərəcəyi karta köçürməsini istəmişdir. Lakin o, nə Rəqsanənin bibisini tanımamış, nə də onunla işə düzəlmək barədə hər hansı söhbəti olmamışdır. O, həmin gün Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Fərid marketdən 300 manat pulu Rəqasanənin verdiyi kart hesabına göndərmişdir. Lakin həmin kartın kimin adına olmasını xatırlamadığını bildirmişdir. Həmçinin qəbzin şəklini çəksə də, sonradan texniki səbəblərdən silindiyindən həmin qəbzləri təqdim edə bilməmişdir. Rəqsanə işə düzəlmə məsələsinin 1 ay ərzində düzələcəyini 2023-cü ilin aprel ayında artıq ilk maaş alacağını demişdir. Təxminən 2023-cü ilin mart ayının sonlarında Rəqsanə zəng edərək bibisinin işlədiyi Yevlax rayonu, Ərəbbəsrə kəndində yerləşən məktəbə əlavə mantyor ştatının verildiyini, oğlu X3 işə düzəltmək üçün ona 300 manat verməsini, oğlunun aylıq 150 manat pul alacağını demişdir. O təxminən 1-2 gündən sonra 2023-cü ilin mart ayının sonlarında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Fərid” marketdəki ödəmə terminalından 300 manat pulu Rəqsanənin verdiyi hazırda xatırlamadığı kart hesabına göndərmişdir. Təxminən 1 həftə sonra 2023-cü ilin aprel ayında Rəqsanə zəng edərək Yevlax rayonu, Ərəbbəsrə kənd məktəbinin klubunda dəftərxana işi olduğunu, həmin işə düzəlmək üçün 500 manat pul lazım olduğunu, aylıq da 250 manat maaş alacağını demişdir. Həmçinin Rəqsanədən birinci iş üçün pul verdiyi halda nə üçün maaşın verilmədiyini soruşanda Rəqsanə hər iki iş üçün maaşları birlikdə alacağını demişdir. Həmçinin Rəqsanə başqa tanışlarına da maaş yazdığını dediyindən Rəqsanəyə inanmışdır, lakin pulu verən müddətdə Rəqsanəni görməmişdir. O da 500 manat pulu 2023-cü ilin aprel ayında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Fərid” marketdəki ödəmə terminalından Rəqsanənin verdiyi kart hesabına göndərmişdir. Lakin kartın kimə məxsus olmasını bilməmiş və qəbz də silindiyindən təqdim edə bilməmişdir. Lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq Rəqsanə ona verməli olduğu pulları verməmiş və bu barədə soruşanda müxtəlif bahənələr gətirərək bibisinin və maliyyəçinin işlərinin uzandığını ona görə pulların hesablandığını, qısa müddətdə pulumu verəcəyini demişdir. Təxminən 2023-cü ilin may ayında Rəqsanə Yevlax rayonu, Ərəbbəsrə kənd məktəbində gözətçi yerinin boş olduğunu, oğlu Rəvan Mehdizadənin adını həmin yerə adının yazılması üçün 250 manat pul verməsini, oğlunun aylıq 150 manat maaş alacağını demişdir. O da Rəqsanənin verdiyi, hazırda xatırlamadığı kart hesabına Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Fərid marketdəki ödəmə terminalından 250 manat pul göndərmişdir. 2023-cü ilin may ayında Rəqsanə zəng edərək Şirvan su-kanal idarəsində boş iş yeri olduğunu, həmin yerə işə düzəlmək üçün 1.200 manat pul lazım olduğunu, aylıq 600 manat pul alacağını demişdir. Rəqsanə yalnız idarə müdirinin zəngi ilə yoxlama zamanı işə gedəcəyini, qalan vaxtı isə işə getməyəcəyini demişdir. O, 1.200 manat pulu olmadığını, yalnız 600 manatı olduğunu demişdir. Rəqsanə 600 manat pulu göndərməsini, qalan 600 manatı da ilk maaşından tutaraq götürəcəklərini və 1 aydan sonra da artıq 600 manat pul alacağını demişdir. Belə ki, Rəqsanə həmin idarə müdirinin uşaqlarına əlavə dərs keçərək onlara komptuyerlə bağlı olaraq hazırlıq keçdiyini, buna görə də idarə müdiri ilə yaxşı münasibəti olduğunu və buna görə də onun vasitəsilə idarəyə işçi qəbulu ilə məşğul olduğunu demişdir. O da Rəqsanə ilə razılaşıb Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən ödəmə terminalından 600 manat pulu onun verdiyi kart hesabına göndərmişdir. Xatırladığı qədəri ilə həmin kart Tehran Məmmədovun adına olmuşdur. Sonradan Rəqsanə həmin şəxsin bibisinin əri olduğunu demişdir. Təxminən 2023-cü ilin may ayının sonu - iyun ayının əvvəllərində Rəqsanə zəng edərək ona kosmetika məhsulları verməsini, məhsulları Şəki rayonu, Çayqaraqoyunlu kəndində yaşayan xalasının vasitəsilə sataraq pulunu verəcəyini demişdir. O da Rəqsanəyə bir neçə dəfə kosmetika məhsulları vermişdir. Rəqsanənin deməsinə görə məhsullar satıldıqca verdiyi məhsulun dəyərini ona verməli olmuşdur. Lakin Rəqsanə aldığı məhsulun yalnız 100 manatını vermiş, qalan 330 manat pulu bu günə kimi verməmişdir. Sonuncu dəfə Rəqsanə xatırladığı qədəri ilə Yevlax rayonu, Ərərbbəsrə kənd məktəbinə yeni ştat vahidinin gəldiyini deyərək və ora adının yazılması üçün 700 manat pul istəmişdir. Lakin həmin ştatın nə olmasını deməmişdir. Rəqsanə buna görə aylıq 350 manat maaş alacağını demişdir. O, 700 manat pulu tanışı Zərərçəkmiş şəxs2 borc alaraq xx.xx.2023-cü il tarixdə Rəqsanənin verdiyi Tehran Məmmədov adına olan karta göndərmişdir. Pulu Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən X4 şəhər Filialının qarşısında olan ödəmə terminalından Rövşənin yanında göndərmişdir. Rövşəndən 700 manat pulu alan zaman, pulu işə düzəlmək üçün aldığını demişdir. Həmçinin Rəqsanə ilə danışdıqları barədə Rövşənə məlumat vermişdir. Rövşən Rəqsanənin etibarlı şəxs olub-olmadığını soruşanda o, Rəqsanənin deməsinə görə pulu ayın sonu verməli olduğunu demiş və Rövşən istədiyi üçün Rəqsanənin əlaqə nömrəsini vermişdir. Rövşən də onun vasitəsi ilə Rəqsanə ilə əlaqə saxlamışdır. Bildiyinə görə Rövşən də Rəqsanəyə işə düzəlmək üçün 2.000 manatdan çox pul vermişdir. Rəqsanə aldığı pullardan heç bir məbləğdə pul qaytarmamışdır. Rövşənin Rəqsanəyə pul verməsinin şahidi olmamış, yalnız şikayət ərizəsi ilə müraciət edən zaman bu barədə məlumatı olmuşdur. Sonradan Nicat, Rəqsanə və Nicatın atasından pulunu qaytarmalarını istəsə də pulunu geri qaytarmamışlar. Verilən suallara cavab olaraq özünü Yevlax rayonu, Ərəbbəsrə kənd məktəbində xadiməçi kimi işə düzəltməsinə köməklik etməsi üçün Təqsirləndirilən şəxs verdiyi kart hesabına 2023-cü ilin fevral ayında Mingəçevir şəhərində 180 manat, 2023-cü ilin fevral ayının sonlarında Mingəçevir şəhərində yenidən Rəqsanənin verdiyi kart hesabına 300 manat göndərmişdir. 2023-cü ilin mart ayının sonunda oğlu X6 rayonu, Ərəbbəsrə kənd məktəbinə montyor kimi işə düzəltməyə köməklik etməsi üçün Mingəçevir şəhərində olan ödəmə terminlaından 300 manat göndərmişdir. 2023-cü ilin aprel ayında klubda özünü işə düzəltməyə köməklik etməsi üçün Rəqsanənin verdiyi kart hesabına Mingəçevir şəhərində yerləşən ödəmə terminalından 500 manat göndərmişdir. 2023-cü ilin may ayında oğlu X6 rayonu, Ərəbbəsrə kəndə məktəbində gözətçi kimi işə düzəltməsinə köməklik etməsi üçün Mingəçevir şəhərində olan ödəmə terminalından Rəqsanənin verdiyi kart hesabına 250 manat pul göndərmişdir. 2023-cü ilin may ayında özünü Şirvan su-kanal idarəsində işə düzətməyə köməklik etməsi üçün Rəqsanənin verdiyi kart hesabına Mingəçevir şəhərindəki ödəmə terminalından 600 manat pul göndərmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə özünü Yevlax rayonu, Ərəbbəsrə kəndində yeni ştat vahidində işə düzəltməyə köməklik etməsi üçün 700 manat pulu Rəqsanənin verdiyi kart hesabına göndərmişdir. Həmçinin kosmetika alveri adı ilə Rəqsanən ondan 430 manat məbləğində kosmetik məhsullar alımış, Rəqsanə onları sataraq 100 manatını qaytarmış, qalan 330 manatını geri qaytarmamışdır. O, Rəqsanəyə verdiyi pulların hamısını Rəqsanənin verdiyi ayrı-ayrı şəxslərin adına olan kart hesablarına göndərdiyini bildirmişdir.O, Təqsirləndirilən şəxs ondan aldığı pul vəsaitini Şahid2 verməsi ilə bağlı olaraq Şahid2 tanımadığını, Rəqsanənin pul alan zaman həmin şəxs və işə qəbulla bağlı olaraq Rəqsanənin pulu ona verməsi və ya işi həmin şəxsin vasitəsilə həll etməsi barədə ona heç bir məlumat vermədiyini, Rəqsanənin onu Yevlax rayonu, Ərəbəsrə kənd məktəbində bibisi Ülviyyənin vasitəsilə işə adını yazıracağını, Şirvan sul-kanal İdarəsinə isə müdirin vasitəsilə adını işə yazıracağını dediyini yalnız pulu tələb edən zaman pulu Rəqsanə aldığı pulları Şahid2 verməsini deyərək onları aldatdğını bildirmişdir.Həmçinin o, şikayət ərizəsində Təqsirləndirilən şəxsın ondan işə düzəltmək adı ilə ümumilikdə 3.200 manat aldığını qeyd etməsi, lakin verdiyi ifadəsində 2.830 manat qeyd etməsi ilə bağlı olaraq Rəqsanənin həqiqətən onu və oğlunu işə düzəltməyə köməklik etmək adı ilə 2.830 manat pul aldığını, eyni zamanda Rəqsanənin satmaq üçün aldığı kosmetikanın pulundan 330 manatı da qaytarmadığından, Rəqsanənin vurduğu ümumi ziyanı yuvaraqlaşdıraraq ona ümumilikdə 3.200 manat ziyan dəyməsi barədə bildirdiyini qeyd etmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul qaytarmadığını, yalnız aldığı kosmetikanın pulundan 100 manat pul qaytardığını, Təqsirləndirilən şəxs pul köçürmələri etməsi bağlı olaraq qəbzlərin fotoşəkillərinin istifadəsində olan mobil telefonda olduğunu, lakin telefonda olan texniki proeblemlərdən həmin qəbzlər silindiyindən onları təqdim edə bilmədiyini bildirmişdir. Ona dəymiş ziyandan heç bir ödəniş edilməmişdir. Ona görə də məhkəmədən qanuna müvafiq qərar qəbul etməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də ekspeditor kimi təxminən 3 ildir ki, çalışmış və həmin ərəfələrdə şirkətin məshullarını satdığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 72 saylı binanın qarşısında mağaza işlədən Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Məlahətlə normal münasibəti olmuş aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 2023-cü ilin iyun ayında işdən çıxmalı olmuşdur. İşdən çıxmalı olduğu ərəfələrdə Məlahət Rəqasanə adlı tanışının olduğunu və Rəqsanənin onu işə düzəldə biləcəyini demişdir. Məlahət Rəqasanə ilə danışdıqdan sonra Rəqsanə ilə əlaqə saxlaması üçün Rəqsanənin mobil telefon nömrəsini ona vermişdir. Bildiyi qədəri ilə Məlahət də işə düzəlmək üçün Rəqsanəyə müəyyən məbləğdə pul vermişdir. Məlahət Rəqsanəyə verdiyi pulun 700 manatını ondan borc kimi almışdır. Həmin vaxt elə o, Məlahətin işə düzəlmək üçün Rəqsanə adlı tanışına pul verməsini bilmişdir. Məlahətə verdiyi pulu birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospekində X4 şəhər filialının qarşısında olan ödəmə terminalından Rəqsanənin verdiyi kart hesabına köçürmüşlər. Rəqsanə ilə danışan zaman özünün Yevlax rayonu, Ərəbbəsrə kəndi yaşadığını, həm məktəbdə çalışdığını, həm də adını X10 İdarəsinə yazıdıraraq oradan maaş aldığını, idarənin müdirinin tanış şəxs olduğunu demişdir. Həmçinin çalışdığı Yevlax rayonu, Ərəbbərsə kənd məktəbinin müdirinin bibisi Ülviyyə adlı qadın olmasını demişdir. Rəqsanə onu Şirvan su-kanal idarəsinə işə düzəltməyə köməklik etməsi üçün ondan 700 manat pul istəmişdir. Pulu verəndən sonra növbəti aydan etibarən aylıq 350 manat maaş almalı olmuşdur. O, işdən çıxma ərəfələri olduğundan, həmçinin Məlahət Rəqsanənin etibarlı şəxs olmasını dediyindən Rəqsanənin dedikləri ilə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Rəqasanə zəng edib verdiyi Şahid1 adına olan 5522 0993 4639 6435 saylı ABB bank kartına 50 manat pul göndərməsini istəmişdir. O, həmin tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Fatimə” marketdəki ödəmə terminalından Şahid1 adına olan kart hesabına 50 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə Rəqsanə yenidən zəng edərək verdiyi kart hesabına 200 manat pul göndərməsini istəmişdir. O, həmin gün Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən “Al” marketdəki ödəmə terminalından Şahid1 məxsus həmin kart hesabına 200 manat göndərmişdir. xx.xx.2023-cü il tarixdə Rəqsanə yenidən zəng edərək 200 manat pul istədiyindən, həmin tarixdə onun verdiyi Şahid1 məxsus kart hesabına Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən 5+ supermarketdən 200 manat pul göndərmişdir. Ümumilikdə 450 manat pulu göndərdikdən sonra qalan 250 manat pulu göndərmək lazım olan vaxtda Rəqsanə Şirvan su-kanal idarəsində başqa iş yerinin olduğunu həmin yerdə işlə təmin olsa, aylıq 600 manat maaş alacağını, işə də getməyəcəyini demişdir. Həmçinin Rəqsanə həmin iş yeri üçün 1.200 manat pul vermək lazım olduğunu demişdir. Lakin sonradan aralarında həmin pulun 750 manatını göndərmək, qalan pulu isə veriləcək maaşdan tutulması ilə bağlı Rəqsanə ilə razılaşmışlar. Buna görə də xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən “Sizin” marketdəki ödəmə terminalından 750 manat pulu Rəqsanənin verdiyi Şahid1 məxsus həmin kart hesabına göndərmişdir. Rəqsanə ilə işə düzəltməyə köməklik etməsi ilə bağlı olaraq danışıqlar aparan zaman aralarında etibar yaranmışdır. Həmin vaxtlarda Rəqsanə borc istədiyindən verdiyi Şahid1 adına olan kart hesabına xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 20 manat olmaqla ümumilikdə borc kimi 30 manat pul göndərmişdir. Rəqsanə ilə aralarında etibarlı münasibət yaranmasına baxmayaraq işi düzəlmədiyindən Rəqasanədən işi həll edirsə etməsini, alınmırsa pulu geri qaytarmasını istəmişdir. Rəqsanə onu Şirvan Su-kanal İdarəsinə işə düzəlməyi ilə bağlı məsələnin həll olunduğunu, lakin maaşların verilməsində gecikmə yarandığını bildirmişdir. Həmçinin onu Yevlax rayonu, Ərəbbəsrə kəndində yerləşən orta məktəbə təssərrüfatçı işinə düzəltmək üçün əlavə 1.060 manat pul göndərməsini istəmişdir. O, həmin vaxt Qax rayonunda olmuş və xx.xx.2023-cü il tarixdə 960 manat və 100 manat olmaqla 1.060 manat pulu Şahid1 adına olan həmin kart hesabına göndərmişdir. 4 gündən sonra xx.xx.2023-cü il tarixdə Rəqsanə yenidən zəng edərək Yevlax rayonu, Ərəbbəsrə kənd məktəbində əlavə iş olduğunu işə düzəlmək üçün 250 manat göndərmək lazım olduğunu demiş, lakin o, həmin məbləğdə pulu olmadığından Rəqsanəyə 130 manat verəcəyini qalan pulu da alacağı maaşdan tutmasını demişdir. Rəqsanə razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “5+” marketdəki terminaldan Şahid1 ABB kart hesabına 130 manat pul göndərmişdir. Sonradan övladını xəstəliyi ilə əlaqədar Bakı şəhərinə aparmış və müalicə üçün pul lazım olduğundan Rəqsanəyə zəng edərək işdən pul verməsini, vermirsə pulları qaytarmasını istəmişdir. Lakin Rəqsanə verdiyi pulu geri qaytarmamış, nə də onu işlə təmin etməmişdir. Ona görə də Rəqsanənin barəsində Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət etmişdir. Verilən suallara cavab olaraq o, ifadəsində və təqdim etdiyi qəbzlərdən də göründüyü kimi göstərdiyi tarixlərdə onu işə düzəltməyə köməklik etməsi üçün Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə 2.390 manat pulu Rəqsanə Məmmmədovanın mənə verdiyi tanışı Şahid1 adına olan Azərbaycan Beynəlxalq Bankına məxsus kart hesabına göndərdiyini, pulun yalnız 30 manatını borc kimi Rəqsanəyə verdiyini bildirmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs onu işə düzəltmək adı ilə aldığı puldan heç bir məbləğdə pulu geri qaytarmadığını, yalnız aldığı borc pulu geri qaytardığını bildirmişdir. O, Təqsirləndirilən şəxs verdiyi kart hesabının sahibi Şahid1 tanımadığını, onunla hər hansı əlaqəsinin olmadığını və Nicatın işə düzəlmə ilə bağlı olaraq ona hər hansı vədlər vermədiyini bildirmişdir. Eyni zamanda o, Təqsirləndirilən şəxs ifadəsində ondan aldığı pul məbləğini verdiyini qeyd etdiyi Şahid2 tanımadığını, onunla hər hansı əlaqəsinin olmadığını, Rəqsanənin ona belə bir şəxsin kömək etməsi və ya pulun ona çatması ilə bağlı heç nə demədiyini, Rəqsanənin onu Yevlax rayonu, Ərəbbəsrə kənd məktəbinə bibisi Ülviyyənin köməkliyi ilə, Şirvan su-kanal idarəsinə isə həmin idarənin müdiri vasitəsilə işə düzəldəcəyini deməsini qeyd etmişdir. Ona dəymiş ziyandan heç bir ödəniş edilməmişdir. Ona görə də məhkəmədən qanuna müvafiq qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid4 onun həyat yoldaşıdır. Ülviyyə 1993-cü ildən Yevlax rayonu, Ərəbbəsrə kənd orta məktəbində riyaziyyat müəlliməsi kimi çalışmışdır. Təqsirləndirilən şəxs isə qaynı Şahid3 qızıdır. Təxminən 3 il bundan əvvəl Rəqsanə öz ailəsindən qeyri-rəsmi şəkildə ayrılaraq gələn vaxtdan ailədaxili yaranmış söz-söhbətlərlə əlaqədar olaraq o və həyat yoldaşı Ülviyyə Rəqsanə ilə əlaqə saxlamamış və görüşməmişlər. Rəqsanənin Şahid4 adından istifadə edərək müxtəlif şəxslərdən pul alması haqqında qabaqcadan heç bir məlumatları olmamışdır. Yalnız 2023-cü ilin aprel-may aylarında Ülviyyə məktəbdə olan zaman iki nəfər şəxsin gəlib Rəqsanənin onun adından istifadə edərək işə düzəltmək adı ilə müxtəlif şəxslərdən pul alması haqqında ona məlumat vermişdir. Həmçinin Ülviyyəyə həmin şəxsləri pullarını tələb etmələri üçün Rəqsanənin ailə üzvlərinə yönləndirməsini demişdir. Bundan xeyli müddət sonrə Nicatın atası olduğunu deyən şəxs Ülviyyəyə zəng edərək aldığı pulları qaytarmasını Nicatın polis əməkdaşları tərəfindən saxlanılmasını demişdir. Nicatı da Rəqsanə ilə qeyi-rəsmi münasibətdə olan şəxs kimi tanımışdır. Nicatla bağlı olaraq ailə üzvləri bir neçə dəfə Yevlax Rayon Polis Şöbəsinə müraciət etmişlər. Sonradan o, Nicatın atasına zəng edərək baş vermiş hadisələr haqqında heç bir məlumatları olmadığını, onlara heç bir məbləğdə pul verilmədiyini demişdir. Verilən suallara cavab olaraq o, Zərərçəkmiş şəxs1 ifadəsində pulların bir qismini Təqsirləndirilən şəxs verdiyi Tehran Məmmədov adlı şəxsin adına olan olan kart hesabına göndərdiyini, sonradan Rəqsanənin Tehranın bibisinin əri olmasını dediyini bildirməsi ilə bağlı olaraq baş verənlər haqqında heç bir məlumatının olmadığını, ümumiyyətlə adına heç bir kart hesabı olmadığını və ona heç bir məbləğdə pul verilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 1993-cü ildən Yevlax rayonu, Ərəbbəsrə kənd orta məktəbində riyaziyyat müəlliməsi kimi çalışmışdır. 2022-ci ilin sentyabr ayından 2023-cü ilin may ayına kimi olan müddətdə orta məktəbdə direktor olmadığından həmin müddətdə direktor vəzifəsini müvəqqəti olaraq icra etmişdir. Təqsirləndirilən şəxs onun qardaşı Şahid3 qızıdır. Təxminən 3 ildir ki, Rəqsanə ilə heç bir münasibət qurmamışdır. Belə ki, Rəqsanə 3 il bundan əvvəl öz ailəsindən qeyri-rəsmi şəkildə ayrılaraq gələn vaxtdan ailədaxili yaranmış söz-söhbətlərlə əlaqədar olaraq Rəqsanə ilə əlaqə saxlamamış və görüşməmişdir. Təxminən 2023-cü ilin aprel-may aylarında çalışdığı məktəbdə olan zaman iki nəfər qabaqcadan tanımadığı qadın onu çağırmışdır. Onlardan biri arıq bədən quruluşuna malik şəxs olmuş, digəri isə sarı saçlı, orta bədən quruluşına malik şəxs olmuşdur. Həmin şəxslər ona bu məktəbdə işə düzəldiklərini demişlər. O, əvvəlcə tanımadığı şəxslərin regional təhsil idarəsi tərəfindən işə qəbul olunduqlarını düşünmüşdür. Bundan sonra həmin şəxslərdən kim olmalarını, onları buraya kimin göndərməsini soruşmuşdur. Onlar Nicat adlı şəxs tərəfindən göndərildiklərini, Nicatın bibiləri olduqlarını və onun vasitəsi ilə işə düzəlmək üçün Rəqsanəyə pul verdiklərini demişlər. O, Rəqsanənin kim olmasını soruşanda, Rəqsanənin Nicatın həyat yoldaşı olmasını demişlər. O, həmin şəxslərə müvəqqəti olaraq direktor vəzifəsini icra etdiyini, işə düzəltmə məsələsi ilə bağlı olaraq ona heç bir səlahiyyət verilmədiyini, bu məsələdən heç bir məlumatı olmadığını demişdir. Sonra həmin şəxsləri kənddə hal-hazırda Rəqsanənin ata və anasının yaşadığı ata evlərinə aparmışdır. Həmin şəxsləri Rəqsanənin anası ilə tanış edərək nə işləri varsa ona demələrini demişdir. Bundan sonra isə işin nə yerdə qalması haqqında məlumatı olmamışdır. Bu hadisədən xeyli müddət sonra Nicat adlı şəxsin atası ona zəng edərək pul aldığı şəxslərin pulunu qaytarmasını demişdir. O, həmin şəxsə baş vermiş hadısə haqqında heç bir məlumatı olmaması, heç kimdən pul almamadığını demişdir.Verilən suallara cavab olaraq o, qardaşı qızı Rəqsanənin onun direktor olmasını deyərək müxtəlif şəxslərdən pul alması barədə qabaqcadan heç bir məlumatının olmadığını, qeyd etdiyi kimi iki nəfər tanımadığı qadın gəlib özlərini təqdim edərək məktəbə işə düzəlmək üçün Rəqsanəyə pul verdiklərini deyəndə bu barədə məlumatı olduğunu və həmin şəxsləri aralarında olan məsələlərini həll etmələri üçün Rəqsanənin yaşadığı evə qardaşıgilə apardığını, sonradan baş verənlər haqqında da heç bir məlumatı olmamdığını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımadığını və onları görmədiyini, işə düzəlmək adı ilə nə Rəqsanə, nə də başqa şəxslərin ona hər hansı məbləğdə pul vəsaiti vermədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızıdır. Rəqsanə təxminən 15 il əvvəl ailə həyatı qurmuşdur və rəsmi nikahından 2 azyaşlı övladı olmuşdur. Təxminən bir neçə ildir ki, ailəsi ilə yaranmış söz-söhbətə görə Rəqsanə onun evində Yevlax rayonu,Ərəbbəsrə kəndidə yaşamışdır. Bir neçə il əvvəl Rəqsanə Nicat adlı şəxslə tanış olmuşdur. Hətta Nicatın valideynləri Rəqsanə üçün yaşdığı evə elçi gəlmişlər, lakin Rəqsanə rəsmi şəkildə boşanmadığından və 2 azyaşlı övladı olduğundan buna razılıq verməmişdir. Təxminən 2023-cü ilin aprel-may aylarında həyat yoldaşı Məryəm evdə olan zaman ona 2 nəfər qadının gəldiyini, Rəqsanənin onlardan işə düzəltmək adı ilə pul aldığını demişdir. Lakin Məryəm həmin şəxslərə baş vermiş hadisədən heç bir xəbərinin olmadığını, Rəqsanəni də uzun müddətdir görmədiyini dediyini bildirmişdir. O Məryəmə bir də həmin şxəslər evə gələrsə, pulu kimə veriblərsə gedib ondan almalarını deməsini istəmişdir. Təxminən 2023-cü ilin yaya aylarında Nicat evə gələrək Rəqsanənin barəsində şikayət olduğunu şikayətin aradan qaldırılması üçün 3.000 manat pul lazım olduğunu demişdir. O, onlara pul verilmədiyini, gedib tapıb pulu vermələrini istəmişdir. Sonradan da bu məsələlərlə bağlı olaraq Nicatla aralarında yaranmış mübahisələrə görə bir neçə dəfə Yevlax RPŞ-də araşdırmalar aparılmışdır. Həmçinin Rəqsanənin bacısı Ülviyyənin adından istifadə edərək müxtəlif şəxslərin pul vəsaitlərini alması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası DSX-də gizir kimi çalışmışdır. Lakin 2022-ci ildən sonra işdən çıxdığına görə Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Taksi fəaliyyəti ilə məşğul olan vaxtda Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxtdan sonra onunla aralarında sevgi münasibətləri yaranmışdır. Belə ki, onun Yevlax rayonu, Ərəbbəsrə kəndində yaşayan qohumlarının yanına gedən zaman orada Rəqsanəni görüb tanımışdır. Söhbət zamanı Rəqsanə bibisi Ülviyyənin Yevlax rayonu, Ərəbbəsrə kənd məktəbinin direktoru olduğunu, özünün də həmin məktəbdə çalışdığını, həmçinin bibisinin də onun vasitəsi ilə işə işçi götürdüyünü demişdir. O, Rəqsanənin belə bir təklif etməsi barədə öz doğma qohumlarına və Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Belə ki, o, yaşadığı ərazinin yaxınlığında yerləşən mağazanı çalışdıran Zərərçəkmiş şəxs1 tez-tez alver etdiyindən münasibəti yaxşı olmuş və onun əlavə qazanc əldə etməsi üçün tanışı Rəqasanə Məmmədovanın bibisinin Yevlax rayonu, Ərəbbəsrə kəndində yerləşən orta məktəbə direktor olmasını, Rəqsanənin bibisi Ülviyyənin məktəbə işçi götürdüyünü, əlavə gəlir əldə etməsi üçün onu Rəqsanə ilə əlaqələndirə biləcəyini demişdir. Çünki Rəqsanə ona əgər qohumu və ya tanışı olarsa bu barədə ona məlumat verməsini istəmişdir. Məlahət də etdiyi təklifə razılıq verdikdən sonra Məlahətin Rəqsanə ilə əlaqə saxlaması üçün Rəqsanənin nömrəsini Məlahətə vermişdir. Rəqsanə və Məlahətin aralarında hansı danışığın olması, Rəqsanənin Məlahətlə hansı məbləğdə pul qarşılığında razılaşmaları barədə heç bir məlumatı olmamışdır. Təxminən 2023-cü ilin fevral-mart aylarında o, Rəqsanənin yaşadığı Yevlax rayonu, Ərəbbəsrə kəndinə getməli olmuş və həmin vaxt Rəqsanə ilə danışanda Məlahətin ona 300 manat pul verəcəyini, həmin pulu gətirib verməsini istəmişdir. O da Məlahətin çalışdığı mağazaya getmiş və orada Məlahət ona 300 manat pul vermişdir. Həmin pulu elə aldığı gün Yevlax rayonu, Ərəbbəsrə kəndində aparıb Rəqsanəyə vermişdir. Həmin ərəfələrdə bibisi Gülmayə də Ərəbbəsrə kənd məktəbində işə düzəlməyə köməklik etməsi üçün Rəqsanəyə 500 manat pul vermişdir. Lakin üzərindən bir müddət keçməsinə baxmayaraq Gülmayə pulun 250 manatının geri almış, Rəqsanə pulun 250 manatının verilməsini gecikdiyini demişdir. Buna görə də Rəqsanə ilə mübahisə etmiş və yalan danışdığını, onu aldatmasını deyərək pulu qaytarmasını eyni zamanda Məlahətdən alıb ona gətirdiyi 300 manatı verməsini, heç bir günahı olmadan məsuliyyətə cəlb olunacağını demişdir. Rəqsanə Məlahətdən alıb verdiyi 300 manat pulu Məlahətə qaytarması üçün ona vermişdir. Həmçinin Gülmayənin də verdiyi pulu geri qaytarmışdır. O, Rəqsanədən götürdüyü pulu gətirib Məlahətə vermiş və artıq Rəqsanəyə heç bir məbləğdə pul verməməsini tapşırmışdır. Sonradan Rəqsanə və Məlahət arasında hansı danışığın olmasını, Rəqsanənin Məlahətdən pul alıbalmaması ilə bağlı olaraq məlumatı olmamışdır. Rəqsanə ilə mübahisə edib ayrılandan sonra təxminən 2023-cü ilin yay aylarında yenidən Rəqsanə ilə barışmış və münasibətləri yenidən davam etmişdir. Həmin ərəfələrdə Rəqsanə kənddə qaldığını, ona göndərilən pulları ala bilmək üçün tez-tez şəhərə, poçt filialına gedə bilmədiyini, ona görə də istifadə üçün ona kart hesabı verməsini istəmişdir. O da istifadəsində olan “Azərbaycan Beynəlxalq Banka” məxsus kart hesabını Rəqsanəyə vermişdir. Lakin Rəqsanənin həmin kartdan hansı məqsədlərlə istifadə etməsini bilməmişdir. Mingəçevir ŞPŞ-yə çağırılaraq ona məxsus kart hesabına pul məbləğlərinin köçürülməsi barədə məlumat verilən zaman bu barədə heç bir məlumatı olmadığını, kartın adına olsa da istifadə etmək üçün Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Verilən suallara cavab olaraq o öz adına olan ABB kart hesabına müxtəlif məbləğlərdə pul köçürməsi etmiş Zərərçəkmiş şəxs2 tanımadığını, Rövşənin hansı məqsədlə Rəqsanəyə pul verməsini bilmədiyini, kartın təxminən 1 aya yaxın müddətdə Rəqsanədə olmasını, lakin həmin pulun onun kartına nə üçün göndərilməsi barədə heç bir məlumatı olmamışdır. Həmçinin o, Rəqsanənin sonradan Məlahətdən pul almasından məlumatı olmadığını, Məlahətdən alaraq Rəqsanəyə verdiyi 300 manat pulu qaytarıb Məlahətə verdiyini, Rövşəni isə ümumiyyətlə tanımadığını, Rəqsanənin aldığı pullardan ona heç bir məbləğdə pul verilmədiyini bildirmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan edilmiş, iş üzrə ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ildə tanış olmuşdur. Belə ki, həmin vaxt o, Azərbaycan Respublikası MN-nin N nömrəli hərbi hissəsində çalışan zaman kirayə qaldığı evin sahibinin bacısı oğlunun vasitəsilə tanış olmuşdur. Həmin vaxt Rəqsanə ilə sevgi münasibətlərində olmuşdur. Təxminən 2021-ci il tarixədək Rəqsanə ilə yaxşı münasibəti olmuş, heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Hətta bir neçə dəfə mobil telefon vasitəsilə Rəqsanə onun anası Nərminə Piriyeva ilə də əlaqə saxlayaraq danışmışdır. 2021-ci il tarixdə Rəqsanə ona tanış olduğu Beyləqan rayonunda olan şəxslə ailə həyatı quracağını və onunla olan münasibətlərini bitirmək istədiyini demişdir. O da buna etiraz etməmiş və həmin vaxtdan münasibətləri olmamışdır. xx.xx.2021-ci il tarixdə isə o, MN-nin N saylı hərbi hissəsində xidmətə cəlb olunmuşdur. Sonradan isə hal-hazırda çalışdığı hərbi hissədə hərbi xidmətə cəlb olunmuşdur. Sonuncu danışıqlarından sonra Rəqsanə ilə heç bir danışıqları olmamışdır. Təxminən 4 ay bundan əvvəl xidmət etdiyi hərbi hissədə olan zaman ona hərbi hissənin nəzarət-buraxılış məntəqəsində 1 nəfər şəxsin onu gözlədiyini demişlər. Bayıra çıxan zaman tanımadığı, sonradan adının Nicat olduğunu bildiyi şəxs və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt Rəqsanə 5 aydır onu axtardığını, borc kimi onun verdiyi qızılları, həmçinin 5.700 manat pulu geri qaytarmasını istəmişdir. Lakin o, heç bir məbləğdə pul almadığını demişdir. Nicat isə komandirin yanına gedib şikayət ərizəsi verəcəyini demişdir. O Nicata hərbi hissə komandirinin yanına indi getmələrini və şikayət etməsini istəmişdir. Lakin komandirin yanına getməmişlər. Sonra Rəqsanə və Nicat ondan əvvəlcə Ağstafa Rayon Polis Şöbəsinə, sonra Yevlax rayon poli Şöbəsinə, daha sonra Tərtər Hərbi Prokurorluğuna şikayət etmişlər. Lakin o, Rəqsanədən hər hansı məbləğdə pul almadığından Rəqsanə ona pul verməsini təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, Rəqsanə ondan onu və başqa bir tanışını işə düzəltmək üçün pul aldığını, həmin işi həll etmədiyini və pulu da geri qaytarmadığını demişdir. Lakin qeyd etdiyi orqanlarda aparılmış araşdırma zamanı Rəqsanənin qeyd etdiyi faktlar öz təsdiqini tapmamışdır. Çünki Rəqsanənin bu barədə dedikləri yalandır. O, Rəqsanədən işə düzəltmək məqsədi ilə hər hansı məbləğdə pul vəsaiti və ya qızılzinət əşyaları almadığını bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 işə düzəltmək adı ilə aldığı pul vəsaitlərini ona verməsini bildirməsi ilə bağlı verdiyi ifadənin yalan olduğunu, həmin şəxsləri tanımadığını və onları işə düzəltməsi üçün Rəqsanə ilə hər hansı bir əlaqəsinin olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs onun Yevlax rayonu, Ərəbbəsrə kənd orta məktəbində çalışan bibisi Şahid4 tanımasını zərəçəkmiş şəxsləri işə düzəldən zaman Ülviyyənin adını vermək barədə təklif etməsi barədə ifadəsində qeyd etdiklərinin yalan olduğunu, Ülviyyəni tanımadığını və Rəqsanədən Ülviyyənin adını verərək zərərçəkmiş şəxslərdən pul almasını istəmədiyini, Rəqsanə ilə 2021-ci ildən bəri heç bir əlaqəsi olmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs adınıza xx.xx.2020-ci il tarixdə 57.30 manat xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020ci il tarixdə 60 manat olmaqla etdiyi pul köçürmələrinin üzərindən xeyli müddət keçdiyindən pulun köçürülmə səbəbini dəqiq xatırlamadığını Lakin Rəqsanədən işə düzəltmək məqsədilə hər hansı məbləğdə pul vəsaiti almadığını bildirmişdir. O, Rəqsanədən heç bir məbləğdə pul almadığı halda Rəqsanənin hansı səbəbə onun adını çəkdiyini bilmədiyini, lakin zərərçəkmiş şəxslər onu sıxışdırdıqlarından məsuliyyətdən kənar qalmaq üçün onun adını çəkdiyini güman etdiyini bildirmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsi də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 Müvariz oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. Şübhəli şəxsin tutulması haqqında 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 16 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi qəbzlərə baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Fatimə” marketdəki “PahaPay” ödəmə terminalından Şahid1 adına olan "xxxx" kartına 50 manat, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Nizami küçəsi 1/9 yerləşən “Al” marketdəki “PahaPay” ödəmə terminalından Şahid1 adına olan "xxxx" kartına 200 manat, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “5+” marketdəki “PahaPay” ödəmə terminalından Şahid1 adına olan "xxxx" kartına 200 manat, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən “Sizin” marketdəki “PahaPay” ödəmə terminalından Şahid1 adına olan "xxxx" kartına 750 manat, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “5+” marketdəki “PahaPay” ödəmə terminalından Şahid1 adına olan "xxxx" kartına 10 manat, xx.xx.2023-cü il tarixdə Qax rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Payız 74” marketdəki “PahaPay” ödəmə terminalından Şahid1 adına olan "xxxx" kartına 20 manat, xx.xx.2023-cü il tarixdə Qax rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Payız 74” marketdəki “PahaPay” ödəmə terminalından Şahid1 adına olan "xxxx" kartına 100 manat və həmin tarixdə eyni marketdən 960 manat məbləğlərində pul vəsaitləri göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, Şahid1 təqdim etdiyi "xxxx"na aid kart hesabına dair çıxarışda xx.xx.2023-cü il tarixdən xx.xx.021023-cü il tarixədək olan müddətdə olan bank əməliyyatları qeyd olunmuşdur. Baxış zamanı xx.xx.2023-cü il tarixdə kart hesabına 50 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 750 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 960 manat, xx.xx.2023-cü il tarixdə 130 manat pul köçürülməsi ilə bağlı məlumatlar qeyd olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16/2-178977/2023 saylı məktubdan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-1082/2024 saylı məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs mülkiyyətində olan qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinə əlavə olunmuş məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Ərəbbəsrə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ərəbbəsrə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə hər hansı rəsmi şikayət və ya məlumat daxil olmayıb. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmişin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını bildirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə ilk dəfə az ağır cinayət törətməsini, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına təsiri (CM-58.3) təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş başqa yerə getməmək barəsində iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. (CM-56.1.2) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdən xx.xx.2024–cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” iltizam qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-86/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-86/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver