Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-86/2025 22.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1971-ci ildə Ağdam rayonu, Qalayçılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Ağdam rayonu, Qalayçılar kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək ƏN-nin 2 saylı İT-də saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 8, mənzil 36-da qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 rəsmi nikaha daxil olmadan faktiki nikah münasibətində olduğu Təqsirləndirilən şəxs2 verilməsi dayandırılmış ünvanlı sosial yardımının bərpası məsələsinə baxılması üçün 2024-cü ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fonduna müraciəti əsasında həmin qurumun X6 Müayinəsi üzrə Mərkəzi Fillialının böyük mütəxəssisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 və həmin Fillialın mütəxəssisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə saat 09 radələrində onun (Təqsirləndirilən şəxs1) Təqsirləndirilən şəxs2 ilə yaşadığı Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yerləşən ünvansız evinə gələrək, ünvanlı sosial yardımın ayrılması ilə bağlı qərarın qəbul edilməsinə əsas ola biləcək müvafiq müayinəni aparmaq məqsədi ilə evin həyətinə keçib, istifadələrində olan mobil telefonla çəkiliş aparmaqla, müayinəyə başlamaq istədikləri vaxt Təqsirləndirilən şəxs2 həyətlərində saxlanılan onlara məxsus avtomobilin, habelə gələcəkdə ünvanlı sosial yardımın verilməsindən imtinaya əsas ola biləcək digər halların Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən aşkar etdiklərini anlayıb, ilkin olaraq onu (Təqsirləndirilən şəxs1) qardaşı kimi qələmə vermiş, habelə müraciətlərinə baxılmadığını, etdiyi müraciətdən sonra müayinənin aparılması üçün ünvanlarına həddən artıq gec gəlindiyini bəhanə gətirib, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yerində müayinə aparmaqdan yayındırmağa başlamış, həmin vaxt o (Təqsirləndirilən şəxs1), istifadəsində olan mobil telefonla videoçəkiliş apararaq, həyətə keçib, aparılacaq müayinənin gələcəkdə ünvanlı sosial yardımın verilməsindən imtinaya əsas ola biləcəyini anlayıb, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müayinə aparmalarına aktiv şəkildə maneçilik törədib, əvvəlcə hər ikisini rüşvət tələb etməkdə əsassız olaraq ittiham etməyə və böhtan atmağa başlamış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun provokasiyalarına cavab verməyəcəyini və ünvanı tərk etmək niyyətində olduqlarını anlayıb, getdikcə aqressivləşərək onların və tabe olduqları qurumun rəhbərinin ünvanına nalayiq ifadələr işlətmiş, onun getdikcə bütün etik norma və qaydalardan kənara çıxdığını görən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müayinəni dayandıraraq, həyətdən çıxıb, sonuncuya məxsus «Kia Cerato» markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf getdikləri vaxt o, Təqsirləndirilən şəxs2 ilə birlikdə onların qarşısını kəsib, avtomobilə əyləşmələrinə maneçilik törətməyə başlamış, ictimai yer hesab olunan yaşadığı evin qarşısındakı küçədə Təqsirləndirilən şəxs2 ilə birlikdə uca səslə danışıb, qışqıraraq, hər iki əməkdaşın ünvanına nalayiq ifadələr işlətməyə davam etmiş, yaşadıqları ünvanda müayinəni keçirməyəcəkləri təqdirdə barələrində zor tətbiq etməyə belə hazır olduğunu aktiv şəkildə nümayiş etdirmiş, onun və Təqsirləndirilən şəxs2 təzyiqləri və təhqirlərinə baxmayaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sonuncuya məxsus «Kia Cerato» markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib ünvandan getmək istədikləri vaxt isə o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 avtomobili idarə etməsinə və getməsinə maneçilik törədərək, avtomobilin qarşısını kəsmiş, sonra səs-küy salıb, ətrafda yaşayan qeyri-müəyyən sayda şəxslərin dincliyini pozmuş, qanunlara açıq-aşkar tabesizlik nümayiş etdirmiş, özünü həm Zərərçəkmiş şəxs1, həm Zərərçəkmiş şəxs2, həm də qeyri-müəyyən sayda şəxslərin fövqündə qoyaraq, onlara laqeydlik və etinasızlıq nümayiş etdirib, Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, getməsinə maneçilik törətdikləri Zərərçəkmiş şəxs2 idarə etdiyi «Kia Cerato» markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinə təpik və əl zərbələri, həmçinin yerdən götürdüyü və silah qismində istifadə etdiyi daş parçaları ilə vurub, Zərərçəkmiş şəxs2 məxsus avtomobilin ön tərəfinin, yəni mühərrikxananın yerləşdiyi üst qapağını (kapotunu), arxa qənədini, sağ qabaq qənədini, sağ qabaq qapısını, bel hissəsini zədələyib, ümumilikdə 900 (doqquz yüz) manat məbləğdə maddi ziyan vuraraq, içəridən kilidlənmiş olan avtomobilin qapısını çöl tərəfdən kobud şəkildə dartıb açmağa cəhd edib, bunu bacarmadığını gördükdə isə daş parçası ilə avtomobilin şüşəsini döyəcləyərək, qapını açmalarını Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəzəbli şəkildə tələb edib, qapını açmağa nail olacağı təqdirdə hər ikisinə qarşı zor tətbiq etmək niyyətində olduğunu aşkar nümayiş etdirib, Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında silah qismində istifadə etdiyi daş parçası ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor tətbiq edilməsi hədəsi və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 dayandırılmış ünvanlı sosial yardımının bərpası məsələsinə baxılması üçün 2024-cü ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fonduna müraciəti əsasında həmin qurumun X6 Müayinəsi üzrə Mərkəzi Filialının böyük mütəxəssisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 və həmin Filialın mütəxəssisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə saat 09 radələrində onun (Təqsirləndirilən şəxs2) Təqsirləndirilən şəxs1 ilə birgə yaşadığı Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yerləşən ünvansız evinə gələrək, ünvanlı sosial yardımın ayrılması ilə bağlı qərarın qəbul edilməsinə əsas ola biləcək müvafiq müayinəni aparmaq məqsədi ilə evin həyətinə keçib, istifadələrində olan mobil telefonla çəkiliş aparmaqla, müayinəyə başlamaq istədikləri vaxt həyətlərində saxlanılan onlara məxsus avtomobilin, habelə gələcəkdə ünvanlı sosial yardımın verilməsindən imtinaya əsas ola biləcək digər halların Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən aşkar etdiklərini anlayıb, o (Təqsirləndirilən şəxs2), ilkin olaraq Təqsirləndirilən şəxs1 qardaşı kimi qələmə vermiş, habelə müraciətlərinə baxılmadığını, etdiyi müraciətdən sonra müayinənin aparılması üçün ünvanlarına həddən artıq gec gəlindiyini bəhanə gətirib, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yerində müayinə aparmaqdan yayındırmağa başlamış, həmin vaxt Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonla videoçəkiliş apararaq, həyətə keçib, aparılacaq müayinənin gələcəkdə ünvanlı sosial yardımın verilməsindən imtinaya əsas ola biləcəyini anlayıb, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müayinə aparmalarına aktiv şəkildə maneçilik törədib, əvvəlcə hər ikisini rüşvət tələb etməkdə əsassız olaraq ittiham etməyə və böhtan atmağa başlamış, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun provokasiyalarına cavab verməyəcəyini və ünvanı tərk etmək niyyətində olduqlarını anlayıb, getdikcə aqressivləşərək onların və tabe olduqları qurumun rəhbərinin ünvanına nalayiq ifadələr işlətmiş, o (Təqsirləndirilən şəxs2) və Təqsirləndirilən şəxs1 getdikcə bütün etik norma və qaydalardan kənara çıxdığını görən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müayinəni dayandıraraq, həyətdən çıxıb, sonuncuya məxsus «Kia Cerato» markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf getdikləri vaxt o (Təqsirləndirilən şəxs2), Təqsirləndirilən şəxs1la birlikdə onların qarşısını kəsib, avtomobilə əyləşmələrinə maneçilik törətməyə başlamış, ictimai yer hesab olunan yaşadığı evin qarşısındakı küçədə Təqsirləndirilən şəxs1 ilə birlikdə uca səslə danışıb, qışqıraraq, hər iki əməkdaşın ünvanına nalayiq ifadələr işlətmiş, Təqsirləndirilən şəxs1 isə yaşadıqları ünvanda müayinəni keçirməyəcəkləri təqdirdə barələrində zor tətbiq etməyə belə hazır olduğunu aktiv şəkildə nümayiş etdirmiş, onun və Təqsirləndirilən şəxs1 təzyiqləri və təhqirlərinə baxmayaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sonuncuya məxsus «Kia Cerato» markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib ünvandan getmək istədikləri vaxt isə o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 avtomobili idarə etməsinə və getməsinə maneçilik törədərək, avtomobilin qarşısını kəsmiş, sonra səs-küy salıb, ətrafda yaşayan qeyrimüəyyən sayda şəxslərin dincliyini pozmuş, qanunlara açıq-aşkar tabesizlik nümayiş etdirmiş, özünü həm Zərərçəkmiş şəxs1, həm Zərərçəkmiş şəxs2, həm də qeyri-müəyyən sayda şəxslərin fövqündə qoyaraq, onlara laqeydlik və etinasızlıq nümayiş etdirib, Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, getməsinə maneçilik törətdikləri Zərərçəkmiş şəxs2 idarə etdiyi «Kia Cerato» markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinə təpik və əl zərbələri, həmçinin yerdən götürdüyü və silah qismində istifadə etdiyi daş parçaları ilə vurub, Zərərçəkmiş şəxs2 məxsus avtomobilin ön tərəfinin, yəni mühərrikxananın yerləşdiyi üst qapağını (kapotunu), arxa qənədini, sağ qabaq qənədini, sağ qabaq qapısını, bel hissəsini zədələyib, ümumilikdə 900 (doqquz yüz) manat məbləğdə maddi ziyan vuraraq, Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında silah qismində istifadə etdiyi daş parçası ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor tətbiq edilməsi hədəsi və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, sosial yardımın imtinasına həmçinin mənzilə icazəsiz daxil olduqlarına əsəbləşdiyi üçün zərərçəkmiş şəxsin avtomobilinə zərər yetirmişdir. Himayəsində dörd övladı var, onlardan 3-ü azyaşlı olmaqla Təqsirləndirilən şəxs2 ilə birgə nikahdan dünyaya gəlmişlər, digər övladı isə əvvəlki nikahdan dünyaya gəlib və hazırda 17 yaşı var. Özü 1-ci Qarabağ Müharibəsi veteranıdır, 2-ci Qarabağ Müharibəsində arxa cəbhə işlərində könüllü yardımlarda iştirak etmiş və həmin iştirakına görə Azərbaycan Respublikası Prezidenti və Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən “Fəxri Fərman”la təltif edilmişdir. Təqsirləndirilən şəxs2 ilə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşlar. Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Zərərçəkmiş şəxs1 şikayətinin məzmunu ona ayındındır. Təqsirləndirilən şəxs2 ilə birgə ailə həyatından olan 3 azyaşlı övladı ilə birlikdə yaşayırlar. Ailənin maddi durumu çox zəifdir, ona görə də sosial yardım almaq üçün dəfələrlə Dövlət Sosial Müdafiə fonduna müraciət etmişlər. 2016-cı ildən 2023-cü ilin sentyabr ayınadək ünvanlı sosial yardım almışlar. Lakin 2023-cü ilin sentyabr ayından etibarən onlara təyin edilmiş sosial yardım pulu kəsilmişdir. Bundan sonra 2023-cü ilin sentyabr ayından etibarən sosial yardım ödənişinin bərpası ilə bağlı dəfələrlə müraciət etmişlər. Lakin müraciətləri qanunvericiliklə nəzərdə tutulmuş müddətdə baxılmamış, aylarla yubadılmış, daha sonra isə müxtəlif bəhanələrlə misal olaraq imtina əsasları kimi, həyətdə olan toyuq cücələrinin sayında yaranmış ziddiyyətlə bağlı sosial yardım təyininə imtina verilmişdir. Sonuncu dəfə 2024-cü ilin iyul ayından dəqiq xatırlamadığı tarixdə arvadı Təqsirləndirilən şəxs2 sosial yardım təyin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Həmin vaxtdan etibarən 2024cü ilin sentyabr ayınadək dəfələrlə qaynar xəttə müraciət etmişlər, onlayn müraciətlər etmişlər lakin sentyabr ayınadək nazirlikdən heç kim gəlməmişdir. 2024-cü ilin sentyabr ayının 17-də saat 09 radələrində o, evdə olarkən evin həyət darvazası qəfil açılmış və iki nəfər cavan oğlan həyətə girmişlər və həyəti axtarmağa başlamışlar. Bu zaman o, yad adamların evinə girdiyinə və evdə qadın, azyaşlı uşaqlar olmasına görə narahat olacaqlarını düşünüb dərhal həyətə çıxıb kim olmalarını və nə axtardıqlarını soruşmuşdur. Bu zaman həmin şəxslər mobil telefonu çıxardıb çəkiliş apararaq özlərinin sosial müdafiə fondunun əməkdaşları olmasını bildirmişlər. Bundan sonra məlum olub ki, həmn əməkdaşlar onların müraciəti əsasında yerində yoxlama aparmaq məqsədilə gəlmişlər. O, həmin şəxslərə kobud formada olmasa da məsləhət yönümlü irad bildirərək evdə qadın yaşamasını, səhər saatlarında qapı döyülmədən içəri girmək ən azından azərbaycanlı ədəbinə uyğun olmamasını demişdir. Onun irad məzmunlu sözlərindən sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 imtina üçün əsaslar axtarmağa başladıqlarını hiss etmişdir. Daha sonra ondan kim olmağını soruşmuşlar, o, da həmin şəxslərə Nuranənin keçmiş həyat yoldaşı olmasını, azyaşlı övladını paltar almaq üçün aparmağa gəldiyini bildirmişdir. Daha sonra ona məxsus maşına görə sorğu sual olunmuş və bu məzmunlu söhbət əsnasında o, əməkdaşlara sosial yardımı kəsməkdə haqsızlıq etdiklərini bildirib daha sonra həyətdən çölə çıxmışdır. Bundan sonra həyətdən çöldə olarkən Kənan arvadı Təqsirləndirilən şəxs2 onun həmin evdə yaşadığını aşkarlamaqlarına göz yummaq üçün və buna görə də sosial ödənişindən imtina etməmələri üçün qarşılığında 400 manat pul istəmişdir. Azyaşlı oğlu Uğur onun yanma gəlib və işçilərin Nuranədən 400 manat pul istədiklərini dedikə o, yenidən həyətə qayıtmışdır. Onların haqsız davranışlarına irad bildirmiş həmçinin telefonu ilə çəkilişlər aparmışdır. Bundan sonra Kənan və İsmayıl həyətdən çıxaraq getməyə başlamışlar. O, isə DSMF- nin əməkdaşları getdiklərini və sosial ödənişinə yenidən imtina gələcəyini gördükdə hislərini cilovlayıb və əməkdaşlardan yenidən xahiş edib ki, getməsinlər və yoxlamanı başa çatdırsınlar. Lakin Kənan və İsmayıl adlı şəxslər onun sözlərinə məhəl qoymayıb evdən çölə çıxıb avtomobilə əyləşmişlər. Onlara getməməsi üçün mane olmaq məqsədilə o və həyat yoldaşı Nuranə avtomobilin qarşısına keçmişlər. Həmin şəxslərə getməmələri barədə dəfələrlə xahişlər etmişdir. Həmin vaxt avtomobilin pəncərəsini və şüşəsini əli ilə döyərək qapını açmalarını və düşmələrini xahiş etmişdir, lakin çoxsaylı xahişlərə baxmayaraq onlar yoluna davam edib getdikə Təqsirləndirilən şəxs2 üzərinə sürərək hərəkətə davam etdikdə, Təqsirləndirilən şəxs2 da onların avtomobilinə xırda daşlar atmış, daha sonra onların getməsindən bir xeyli müddət sonra o, da öz avtobili ilə oradan gedərkən yolda onlarla rastlaşmış, avtomobildən düşüb mehriban söhbət edərək sənədləşmə üçün qayıtmalarına onları razı salmağa cəhd etsə də, lakin əməkdaşlar onu görüb avtomobillə hərəkətə davam edib getmişlər. Onların arxası ilə gedərək dayandıqları yerdə yenidən xahiş etməyi nəzərdə tutub davam etsə də lakin həmin şəxslər daha sonra polis şöbəsinə gəldikdə onlardan uzaqlaşmışdır. Həmin şəxslərin Təqsirləndirilən şəxs2 sosial düzəlişi məqsədilə 400 manat pul istədiklərini Təqsirləndirilən şəxs2 da təsdiq edə bilər. Sosial yardım üçün hər dəfə müraciət edəndə rəsmiləşmə və yoxlama üçün nümayəndənin gəlişi aylarla müddət aparır. Həmin vaxt ərzində hər hansı müavinət verilmədiyi üçün ailənin maddi durumuna pis təsir edir, ona görə də həmin şəxslər gəlmişkən rəsmiləşdirməni başa çatdırlmaları və yoxlamanı bitirib getmələri üçün onların getməsinə mane olmaq istəmişlər. O və arvadı Nuranənin onların avtomobilinə ziyan vurmaq niyyəti olmamışdır. Belə ki, videoçəkilişdəndə göründüyü kimi o, avtomobilin pəncərənin şüşəsini əli ilə döyərək onlardan düşmələrini xahiş etmişdir. Məqsədi avtomobilə ziyan vurmaq olsa daşla yaxud da başqa küt əşya ilə aralı məsafədən istənilən üsulla ziyan yetirə bilərdi. Həmçinin Təqsirləndirilən şəxs2 məqsədi onların getməsinə mane olmağa çalışmaq, avtomobili zədələmək deyil gedə bilməmələri üçün qarşısını kəsmək olmuşdur. O və arvadı Təqsirləndirilən şəxs2 sosial yardım almaq məqsədilə müraciətlər etmişlər, məqsədləri həmin fondun əməkdaşları ilə dava-dalaş etmək olmamış, sosial yardım ödənişlərinin alınmasına nail olmaq olmuşdur. Sosial müdafiə Fondunun əməkdaşlarının haqsız yerə sosial yardımı kəsmələri və evə yoxlama üçün gələrkən icazəsiz həyətə girmələri, imtina üçün dəfələrlə yəni dörd dəfə kiçik səbəbdən imtina etmələri və sonuncu dəfə də 400 manat pul istəmələri həmin pul verilmədiyi üçün növbəti imtina olacağını düşündüyü üçün əsəbləşib “bunları söyüb döyüb qovmaq lazımdır” ifadəsini işlətmişdir, lakin həmin sözlər əsəbi vəziyyətdə deyilmiş sözlərdən ibarətdir. Onları döymək yaxud başqa cür xəsarət yetirmək məqsədləri olmamışdır. Hadisə yaşadıqları evin qarşısında baş verdiyindən həmin vaxt ətrafda kənar şəxslər olmamışdır. Münaqişə təxminən 3-4 dəqiqə davam etmişdir. Müharibə iştirakçısı olduğu üçün səhhətində müharibədən sonra narahatlıqlar qalmışdır. Belə ki, tez hirslənir və hərdən özündən çıxır, həmin gün də bərk əsəbləşdiyi üçün avtomobilə ziyan yetirmişdir. Normal vəziyyətdə həmin işçilərə qarşı hörmətsizlik etməzdi. Hazırda avtomobilə yetirmiş olduğu maddi zərəri ödəmiş, zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, DSMF-nin əməkdaşlarının gəldiyi avtomobili təpiklə və daşla vuraraq zədələmiş olsa da, lakin niyyəti cinayət törətmək deyil sosial yardımın düzəlməsinə köməklik edilməsi olmuşdur. Təqsirləndirilən şəxs1 ilə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuş, birgə evlilikdən üç azyaşlı övladı var. Özü heç bir yerdə işləmir və Təqsirləndirilən şəxs1 ilə faktiki ayrılmışlar. Azyaşlı uşaqlar onun himayəsində qalmışdır və ailənin maddi təminatı çox zəifdir. Təxminən 10 ilə yaxın müddətdir ki, ailənin gəlirləri minimum yaşayış həddindən az olduğu üçün dövlət tərəfindən ünvanlı sosial yardım almışlar. Lakin 2023-cü ilin sentyabr ayından etibarən sosial yardım kəsilmişdir. Ona görə də həmin vaxtdan etibarən dəfələrlə sosial yardımın verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və müxtəlif dövlət orqanlarına müraciətlər etmişdir. Müraciəti əsasında yerində yoxlama keçirilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları həm bir neçə ay kecikib yoxlamaya gəlmiş həm də gəldikdə kiçik səbəbləri əsas göstərib sosial veirlməsindən imtina edib getmişlər. Sonuncu dəfə 2024-cü ilin iyul ayında o, sosial yardım ala bilmək üçün ƏƏSMN-na rəsmi müraciət etmiş və qaynar xətt vasitəsilə bildirilmişdir ki, 10 gün müddətində əməkdaşlar gəlib evində yerində yoxlama aparacaqlar. Həmin vaxtdan etibarən bir neçə ay keçmiş olsa da lakin nazirlik əməkdaşlarından gələn olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində yaşadıqları evdə olarkən keçmiş əri Təqsirləndirilən şəxs1 da evdə olmuşdur və o azyaşlı oğlu Uğuru paltar almaq üçün aparmaq məqsədilə gəlmişdir. Evdə olarkən mənzilin darvazası açılmasını və iki nəfər şəxsin həyətə daxil olmalarını görmüşlər. İçəri daxil olan kimi həyətdə axtarışlar aparmağa başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs1 həyətə çıxıb həmin şəxslərə kim olmasını və nə məqsədlə axtarış aparmalarını bildirmişdir. Həmin şəxslər də özlərinin DSMF-nin əməkdaşları olmalarını və müraciətləri əsasında yoxlama aparmağa gəldiklərini bildirmişlər. Bu zaman həmin şəxslər Pənahdan kim olmasını soruşmuşlar, o, da Pənahın onun həyat yoldaşı olmasını bildirmişdir, daha sonra Pənah küçəyə çıxmışdır. Daha sonra oğlu Uğur küçəyə çıxıb Pənaha deyib ki, sosial düzəlməsi üçün 400 manat pul istəyirlər. Bu zaman Pənah həyətə qayıdıb gəlmiş, onlardan nə üçün pul istədiklərini soruşmuşdur. Həmin vaxt həm Pənah həm də nazirlik əməkdaşları çəkiliş etmişlər. Bundan sonra yaranmış narazılığa görə nazirlik əməkdaşları həyəti tərk etmişlər və küçəyə çıxıb öz gəldikləri avtomobilə əyləşmişlər. Bu zaman Pənah və o avtomobilin qarşısına keçib onların getməsinə mane olaraq sosial yardım üçün sənədləşməni yəni yoxlamanı başa çatdırıb getmələrinə nail olmaq istəmişlər. Həmin iki nəfər əməkdaş onlara əhəmiyyət verməyib yola davam etmək istədikdə Pənah əli ilə avtomobilin yan şüşəsini döyərək onlardan düşmələrini və yoxlamanı başa çatdırmalarmı tələb etmiş, o, da ayağı ilə avtomobilin sol tərəfindən təpiklə vuraraq onların dayanmasına getməmələrinə nail olmaq istəmişdir. Həmin vaxt əməkdaşlardan adını bilmədiyi biri onu çəkilməsə öldürəcəyi ilə hədələmiş, o, da bundan sonra avtomobili gedərkən yerdən götürdüyü daşları avtomobilə doğru atmışdır. Həmin vaxt ətrafda şəxslər olub-olmamasına fikir verməmiş, ona görə də onların hərəkətlərini müşahidə edən şəxslər olub-olmamasını bilməmişdir. Münaqişə 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs1 yoxlamaya gəlmiş əməkdaşları döymək söymək lazım olmasını bildirməsi barədə həmin sözlərini eşitməmiş, onun məqsədi əməkdaşların getməsinə mane olmaq, yəni müraciətlərinə baxılması və yoxlama başa çatdırılması sosial yardım almağının bərpası olmuşdur. Ona görə də avtomobil hərəkət etməməsi üçün qarşısında dayanıb təpiklə sol yan tərəfindən vurmuş, lakin ona məhəl qoymayıb davam etdikdə yerdən kiçik daşları götürüb avtomobilə atmışdır. DSMF-nin əməkdaşları onunla həyətdə söhbət edərkən sosial yardım düzəlməsi məqsədilə ondan 400 manat pul istəməmişlər, belə ki, əvvəllər müayinəyə gələn şəxslər ondan pul istəmişlər, o, da həmin şəxslərlə İsmayıl və Kənanın eyni şəxs olubolmamasını bilmədiyi üçün ilkin izahatında ondan 400 manat pul istənilməsini göstərmişdir. DVD diskə iştirakı ilə keçirilmiş baxış zamanı küçədə davam edən münaqişə zamanı 4 nəfər şəxs ayrı-ayrı vaxtlarda münaqişəni seyr edərək getməsi aşkar olunsa da həmin şəxsləri tanımır kimliyi barədə məlumatı yoxdur. Onu avtomobilin qarşısından çəkilməyəcəyi halda öldürəcəyi ilə hədələyən şəxs avtomobilin qarşısından çəkilməsini əks halda avtomobil xəsarət yetirəcəyini bildirmişdir.Kənan və İsmayıl darvazadan içəri icazəsiz keçərək həyətə gəldikdə onları həyətdə görmüşdür. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun iradəsi ziddinə mənzilinə daxil olmalarıma etiraz etməmiş və onlara həyətdən çıxmalarını bildirməmişdir, onlar DSMF-nin işçiləri olmalarını bildirdikləri üçün həyətdən çıxmalarını tələb etməmişdir. Hadisə zamanı həyəcanlı olduğundan DSMF-nin əməkdaşlarına Təqsirləndirilən şəxs1 əri olaraq yaxud qardaşı olaraq təqdim etməsini tam xatırlamır. Hazırda avtomobilə yetirmiş olduğu maddi zərəri ödəmiş, zərərçəkmiş şəxslərlə barışmışdır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, DSMF-nin tabeliyində X6 müayinəsi üzrə Mərkəzi Fillialın böyük mütəxəssisi vəzifəsində işləyir. Vətəndaşlar tərəfindən sosial yardımla bağlı daxil olmuş müraciətlər üzrə həmin müraciət müəllifinin maddi məişət şəraiti və ailə tərkibi həmçinin ailənin əmlakı və sair xüsusatları yerində yoxlamaq onlara həvalə edilir. Hər mütəxəssis üçün təyin olunmuş zonalar vardır, o və eyni otaqda oturan həmçinin eyni ərazinin kuratoru olan Zərərçəkmiş şəxs2 nəzarət etdikləri zonadan müraciətlər toplandıqda rəsmi ezam qaydasında rayonlara gedirlər. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs2 sosial yardım alması ilə bağlı elektron müraciəti daxil olmuşdur. Həmin müraciət üzrə yoxlama aparılması ona və iş yoldaşı Zərərçəkmiş şəxs2 həvalə edilmişdir. xx.xx.2024-cü il tarixdə rəsmi ezam qaydasında İsmayıl və o, Mingəçevir şəhərinə gəlmişlər. Yoxlama üçün getdikləri ailə əvvəllər də sosial yardım almışdır. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Mingəçevir şəhər Vaqonlar qəsəbəsinə Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişlər. Həyətin qapısını döyüb çağıranda qapı açılmış və həyətdə mitsubuşi pajero markalı avtomobil olmasını görmüşlər. Təqsirləndirilən şəxs2 müraciətində özünün 3 azyaşlı övladı olmasını və ərindən boşandığını göstərmişdir. Ona görə də həyətə daxil olanda avtomobil olmasını gördükdə evdə kişi yaşadığına dair şübhələr olduğu üçün o, səsyazanı qoşmuşdur. Onların çağırışından sonra ev sakinləri Nuranə və bir nəfər kişi həyətin qapısına boylanaraq gəlmələrini demişlər. Həyətədə olarkən Nuranə adlı qadından avtomobil kimə məxsus olmasını soruşanda o, yanında dayanan kişini qardaşı olaraq təqdim edərək avtomobil də ona məxsus olmasını bildirmişdir. Onlar həmin şəxsdən özünə aid sənədinin olub-olmasını və təqdim etməsini bildirib həqiqətən də qardaşı olmasını yoxlamaq istəmişlər. Lakin həmin şəxs üzərində hər hansı sənəd olmamasını və gedib gətirə biləcəyini deyərək həyətdən çölə çıxmışdır. Onlar Təqsirləndirilən şəxs2 ilə söhbət edərkən Nuranə nə üçün müraciətinə gec baxılmasını soruşmuş, onlar da Nuranəyə səbəbləri izah etmişlər. Həmin əsnada qardaşı kimi təqdim etdiyi şəxs qapıdan həyətə girib üzərlərinə gəlib və əlində mobil telefonla çəkiliş apararaq onları əvvəlcə təhqir etmiş, daha sonra da guya Nuranədən 400 manat istəməyə dair böhtan atmağa başlamışdır. Halbuki Təqsirləndirilən şəxs2 ilə onların arasında olan danışıqlar mobil telefonla video vasitəsilə qeydə alınmışdır. Daha sonra fəaliyyətlərinin yerinə yetirilməsinə mane olunduğu üçün həmçinin rüşvətlə bağlı böhtana məruz qaldıqları üçün onlar həyəti tərk etməyə başlamışlar. Bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 yəni Təqsirləndirilən şəxs2 nikahdan kənar əri onları söyüb döyüb qovmaqla bağlı çağırış etmiş, bundan sonra həyətdən çıxıb Kənan avtomobilin sükan arxasına əyləşmiş, o, isə Kənanın avtomobillə yola düzəlməyinə imkan yaransın deyə Pənah ilə söhbət etməyə başlamışdır. Daha sonra o, da avtomobilə əyləşdikdə Pənah və arvadı Nuranə əl təpik və daş ilə avtomobilin müxtəlif hissələrindən vurub əzib zədələmişlər. Həmin vaxt avtomobilin qarşısında dayanıb hərəkətə mane olarkən səs-küyə qonşular küçəyə çıxmışdır. Həmin vaxt qonşuların onlara baxmasını diqqətinə çatdırıb ayıb olmasını bildirmiş və getməyə imkan yaratmasını xahiş etmişdir. Lakin Pənah və Nuranə onların ünvanına söyüşləri davam etdirərək daşla avtomobili vurub zədələmişlər. Daha sonra isə onlar oradan çıxıb polis şöbəsinə gəlmişlər. Yol gələrkən görüb ki, Təqsirləndirilən şəxs1 öz avtomobili ilə onların arxası ilə gələrək təqib edir. Polis şöbəsinə çatanda o, aralaşıb getmişdir. Hadisə küçədə olduğundan səs-küyə qonşular küçəyə çıxıb münaqişəni müşahidə etsələr də lakin heç kim yaxınlaşmamış, həmin şəxlsərdən qadınlar və kişilər olsa da tanımadığı üçün adlarını bilməmişdir. Münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Münaqişənin yaranmasının səbəbi Pənah adlı şəxsin özünü Nuranən əri olmasını gizlədərək qardaşı kimi təqdim etməsi, bu isə Nuranənin ailə tərkibi və mülkiyyətinin gizlədilməsi hesab edildiyi üçün sosial yardımdan imtina ediləcəyini bilən Təqsirləndirilən şəxs1 onları rüşvət istəməklə bağlı böhtan ataraq məsələnin qanunsuz yolla yəni şərləyərək sosialın düzəlməsinə nail olmaq istəməsi münaqişəyə səbəb olmuşdur, bundan sonra həyətdən çıxarkən Pənah onları söyüb döyüb yola salmaq lazım olmasını bildirdikdən sonra sözlü mübahisə münaqişəyə çevrilmiş və nəticədə Pənah özü və arvadı onları təhqir edərək Zərərçəkmiş şəxs2 məxsus avtomobili əzərək zədələmişlər. Təqsirləndirilən şəxs2 ilə aralarında baş tutmuş söhbətlər videoçkilişlə habelə səsyazanla qeydə alınmmışdır, həmin səsyazı və videogörüntü də təsdiq edir ki, aralarında hər hansı pul barədə danışıq olmamışdır. Onlar sosial yardımın alınmasına nail olmaq və daha sonra törətdikləri əmələ görə məsuliyyətdən yayınmaq məqsədilə onlardan pul istənilməsinə dair böhtan atmışlar. Hazırda hər iki təqsirləndirilən şəxslə barışmış və onlara qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, DSMF-nin tabeliyində X6 müayinəsi üzrə Mərkəzi Filialın mütəxəssisi vəzifəsində işləyir. Vətəndaşlar tərəfindən sosial yardımla bağlı daxil olmuş müraciətlər üzrə həmin müraciət müəllifinin maddi məişət şəraiti və ailə tərkibi həmçinin ailənin əmlakı və sair xüsusatları yerində yoxlamaq onlara həvalə edilir. Hər mütəxəssis üçün təyin olunmuş zonalar vardır, onunla eyni otaqda oturan həmçinin eyni ərazinin kuratoru olan Zərərçəkmiş şəxs1 nəzarət etdiləri zonadan müraciətlər toplandıqda rəsmi ezam qaydasında rayonlara gedirlər. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs2 sosial yardım alması ilə bağlı elektron müraciəti daxil olmuşdur. Həmin müraciət üzrə yoxlama aparılması ona və iş yoldaşı Zərərçəkmiş şəxs1 həvalə edilmişdir. xx.xx.2024-cü il tarixdə rəsmi ezam qaydasında Kənan və o, Mingəçevir şəhərinə gəlmişlər. Yoxlama üçün getdikləri ailə əvvəllər də sosial yardım almışdır. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində onlar Mingəçevir şəhər Vaqonlar qəsəbəsinə Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişlər. Həyətin qapısını döyüb çağıranda qapı açılmış, həyətdə mitsubuşi pajero markalı avtomobil olmasını görmüşlər. Təqsirləndirilən şəxs2 müraciətində özünün 3 azyaşlı övladı olmasını və ərindən boşandığını göstərmişdir. Ona görə də həyətə daxil olanda avtomobil olmasını gördükdə evdə kişi yaşadığına dair şübhələr olduğu üçün iş yoldaşı Kənan səsyazanı qoşmuşdur. Çağırışdan sonra ev sakinləri Nuranə və bir nəfər kişi həyətin qapısına boylanaraq gəlmələrini demişlər. Həyətdə olarkən Nuranə adlı qadından avtomobil kimə məxsus olmasını soruşanda o, yanında dayanan kişini qardaşı olaraq təqdim edərək avtomobil də ona məxsus olmasını bildirmişdir. Onlar həmin şəxsdən özünə aid sənədi olmasını və təqdim etməsini bildirib həqiqətən də qardaşı olmasını yoxlamaq istəmişlər. Lakin həmin şəxs üzərində hər hansı sənəd olmamasını və gedib gətirə biləcəyini deyərək həyətdən çölə çıxmışdır. Onlar Təqsirləndirilən şəxs2 ilə söhbət edərkən müraciətə gec baxılması soruşulmuş, onlar da Nuranəyə səbəbləri izah etmişlər. Həmin əsnada qardaşı kimi təqdim edilən şəxs qapıdan həyətə girib üzərlərinə gəlmiş və əlində mobil telefonla çəkiliş apararaq əvvəlcə onları təhqir etmiş, daha sonra da guya Nuranədən 400 manat istəmələri barədə böhtan atmağa başlamışdır. Halbuki Təqsirləndirilən şəxs2 ilə aralarında olan danışıqlar mobil telefonla video vasitəsilə qeydə alınmışdır. Daha sonra fəaliyyətlərinin yerinə yetirilməsinə mane olunduğu üçün həmçinin rüşvətlə bağlı böhtana məruz qaldıqları üçün onlar həyəti tərk etməyə başlamışlar. Bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 yəni Təqsirləndirilən şəxs2 nikahdan kənar əri onları söyüb döyüb qovmaqla bağlı çağırış etmişdir, bundan sonra onlar həyətdən çıxmış, o, sükan arxasına əyləşmiş, Kənan isə avtomobil yola düzəlməsi üçün imkan yaratmaq məqsədilə Pənah ilə söhbət etməyə başlamışdır. Daha sonra Kənan da avtomobilə əyləşdikdə Pənah və arvadı Nuranə əl təpik və daş ilə avtomobilin müxtəlif hissələrindən vurub əzib zədələmişlər. Həmin vaxt avtomobilin qarşısında dayanıb hərəkətə mane olarkən səs-küyə qonşular küçəyə çıxmışdır. Həmin vaxt Kənan qonşuların onlara baxmasını diqqətinə çatdırıb ayıb olmasını bildirmişdir və getmələrinə imkan yaratmasını xahiş etmişdir. Lakin Pənah və Nuranə onların ünvanına söyüşləri davam etdirərək daşla avtomobili vurub zədələmişlər. Daha sonra isə oradan çıxıb polis şöbəsinə gəlmişlər. Yol gələrkən Təqsirləndirilən şəxs1 öz avtomobili ilə gələrək onları təqib etmişdir. Hadisə küçədə olduğundan səs-küyə qonşular küçəyə çıxıb münaqişəni müşahidə etsələr də lakin heç kim yaxınlaşmamış, həmin şəxslərdən qadınlar və kişilər olsa da tanımadığı üçün adlarını bilmir. Münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Münaqişənin yaranmasının səbəbi Pənah adlı şəxsin özünü Nuranən əri olmasını gizlədərək qardaşı kimi təqdim etməsi, bu isə Nuranənin ailə tərkibi və mülkiyyətinin gizlədilməsi hesab edildiyi üçün sosial yardımdan imtina ediləcəyini bilən Təqsirləndirilən şəxs1 onları rüşvət istəməklə bağlı böhtan ataraq məsələnin qanunsuz yolla yəni şərləyərək sosialın düzəlməsinə nail olmaq istəməsi münaqişəyə səbəb olmuşdur, bundan sonra həyətdən çıxarkən Pənah onları söyüb döyüb yola salmaq lazım olmasını bildirdikdən sonra sözlü mübahisə münaqişəyə çevrilmiş və nəticədə Pənah özü və arvadı onları təhqir edərək ona məxsus avtomobili əzərək zədələmişlər. Təqsirləndirilən şəxs2 ilə aralarında baş tutmuş söhbətlər videoçkilişlə habelə səsyazanla qeydə alınmmışdır, həmin səsyazı və videogörüntü də təsdiq edir ki, aralarında hər hansı pul barədə danışıq olmamışdır. Onlar sosial yardımımn alınmasına nail olmaq və daha sonra törətdikləri əmələ görə məsuliyyətdən yayınmaq məqsədilə onlardan pul istənilməsinə dair böhtan atmışlar. Ona dəymiş ziyan tam şəkildə təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, hazırda hər iki təqsirləndirilən şəxslə barışmış və onlara qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir şəhər prokuroru Qabil Səfərov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, material üzrə cinayət işinin başlanması və işin istintaq aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 müraciətləri əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinə işarə edən dəlillərin olmasına kifayət qədər əsaslar olduğundan, şəhər polis şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Anar Qədimovun qəbul etdiyi “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv olunaraq material əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Şübhəli şəxsin tutulması haqqında 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Zərəçəkmiş şəxs kimi tanınma haqqında 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi tanınmışdır. Zərəçəkmiş şəxs kimi tanınma haqqında 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınmışdır. 06 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-80/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM–in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 2 (iki) ay 14 (on dörd) gün müddətə, yəni xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Əməlin tövsif edilməsi barədə 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. 08 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. 10 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. Mingəçevir şəhər məhkəməsinin 4(051)-13/2025 saylı 14 fevral 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025–ci il tarixədək uzadılmışdır. İş üzrə xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Kia Cerato” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli götürmə və baxış protokolu ilə Zərərçəkmiş şəxs2 təqdim etdiyi içərisində video görüntülər olan 1 ədəd DVD disk götürülmüşdür. İş üzrə xx.xx.2024-cü il tarixli götürmə və baxış protokolu ilə Təqsirləndirilən şəxs1 təqdim etdiyi içərisində videogörüntülər olan 1 ədəd DVD disk götürülmüşdür. 04 fevral 2025-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişlər. İş üzrə xx.xx.2025-ci il tarixli DVD diskə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə 06 ədəd fayl vardır. Həmin fayllardan 1-ci səs yazıdan ibarət olan audiofayldır. Həmin 09 dəqiqə 28 saniyəlik səsyazıda salamlaşaraq özünü sosial müdafiə fondunun əməkdaşları kimi təqdim edən şəxslərin Nuranə xanım səslənərək danışmaları, həmin vaxt bir nəfər kişi cinsindən olan şəxs özünü Təqsirləndirilən şəxs2 qardaşı kimi təqdim etməsi, həmin şəxs özünə aid sənədlərin üzərində olmamasını bildirməsi, daha sonra həyətdə avtomobil olması və avtomobilə aid sənədləri istənilməsi bu zaman özünü Nuranə xanımın qardaşı kimi təqdim edən şəxsin avotmobilin ona məxsus olmasını etibarnamə əsasında idarə etməsini, yəni avtomobil sahibi yanında olarkən avtomobili idarə etdiyini bildirməsi, daha sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 kimi özlərini təqdim edən şəxslər sosial yardım alınmasına uyğun müayinə aparmağa başlamaq istədilərini bildirdikdə, qadın həmin şəxslərə yoxlamanın 4 ay yubanmasının səbəbini soruşduqda müayinəyə başlanılmasını bildirib icazə verilməsi soruşuldu. Daha sonra Təqsirləndirilən şəxs2 qardaşı kimi təqdim edən şəxs geri gəlməsi və həmin şəxslərin rüşvətxor olmalarını bildirdikdə həmin şəxslərin barəsində təhqiramiz ifadələr işlədilmişdir. Bundan sonra müayinəyə gəlmiş şəxslərin getmək istədiklərini bildirdikdə həmin kişi cinsindən olan şəxs müayinəyə gəlmiş şəxsləri dayanıb müayinəni aparmalarını davam etdirmələrini bildirib onların ünvanına təhqiramiz sözlər işlətmişdir. Müayinəyə gəlmiş şəxslər telefonla videoçəkiliş aparmasını bildirimələri, həmin vaxt zərbə səsləri aydın eşidilir. Avtomobilə zərbə səsləri və avtomobilin gedə bilməsi üçün icazə verilməsinin istənilməsinə dair söhbətlər aşkar olunur. Həmçinin müayinənin aparılmasını yazılmasını tələb edən səslər müşahidə olunur. Bir neçə dəfə getmələrinə icazə veirlməsi tələb edilməsi bildirilməsi, digər tərəfdən isə müayinənin davam etdirilməsinə dair tələb irəli sürülməsinə dair danışıqlar aparılması müəyyən edilmişdir. Həmin DVD diskdə 2-ci faylı fotoşəkildir, həmin fotoşəkilə baxış zamanı həyətdə ** CO *** dövlət qeydiyyat nişanlı avotmobilin fotoşəkili çəkilməsi müəyyən edilmişdir. Həmin DVD diskdə 3-cü fayla gəldikdə fayl videofayldır, həmin videofayla baxıldıqda müəyyən edildi ki, video çəkiliş başladıqda Təqsirləndirilən şəxs2 və yanında övladı dayanmış vəziyyətdədir. Ona özü təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs2 olmasını bildirdi. Ona videoçəkilişlə müayinə aparılması məqsədilə gəldikdlərini bildirib, həyətə gəldikdə həyətdə bir nəfər kişi olmasını həmin şəxsin kim olması soruşulduqda Təqsirləndirilən şəxs2 həmin şəxsin qardaşı Rafiq Kazımov olmasını və avtomobil də ona məxsus olmasını bildirdi. Həmin şəxs öz vəsiqəsini gətirib özünü təqdim etmədiyi təqdirdə bu xüsusat sosial yardım verilməsindən imtinaya səbəb ola biləcəyi bildirildi. Həmin vaxt Təqsirləndirilən şəxs2 onun müraciəti qanunda nəzərdə tutulmuş müddətdən artıq müddətə yəni 4 aya gəlmələrinin səbəbi barədə sual verildikdə ona müayinəyə başlanılması barədə sual verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 əlində mobil telefonla çəkiliş edərək həyətə gəlməsi və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhqir edərək onların rüşvətxor olmalarını, onları söyüb döyüb qovmaq lazım olduğunu bildirdi. Videogörüntələrə əsasən müayinəgəlmiş şəxslər həyəti tərk edib qara rəngli sedan avtomobilə əyləşdikləri müəyyən edildi. Həmin DVD diskdə 4-cü faylı videofayldır. Həmin fayla baxış zamanı müəyyən edildi ki, avtomobil dayandırılması məqsədilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilin qarşısına keçib ona zərbələr endirdikdə videonun 21-ci saniyəsindən etibarən küçədə bir nəfər qara rəngli paltarda şəxsiyyəti əlli olmayan şəxs həmin münaqişəni müşahidə etməsi müəyyən edildi. Daha sonra avtmobillə uzaqlaşmaq istədikdə avtomobilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən əl və təpik zərbələri ilə vurulakrən videonun 1 dəqiqə 20-ci saniyədən sonrakı hissəsində küçədən keçən şəxsiyyəti istintaqa bəlli olmayan qadın tərəfindən münaqişənin müşahidə edilməsi, Təqsirləndirilən şəxs1 yerdən daş parçası götürüb avtomobili vurması, daha sonra daşı ataraq avtomobilin şüşə silənlərini açması və müxtəlif əl zərbələri yetirməsi, Təqsirləndirilən şəxs2 avtomobilin getməsinə mane olmaq məqsədilə qarşısında dayanması, videonun 2 dəqiqə 46-ci saniyəsində yoldan keçən sarı köynəkli kişi cinsindən olan şəxsiyyəti istintaqa bəlli olmayan şəxsin münaqişəni müşahidə etməsi, həmin videonun 3-cü dəqiqəsi 22-ci saniyəsində bir nəfər qadın cinsindən olan şəxsiyyəti istintaqa bəlli olmayan şəxsin münaqişəni müşahidə etməsi, avtomobil geri hərəkət edib oradan uzaqlaşmaq istədikdə Təqsirləndirilən şəxs2 tərəfindən daş parçaları avtomobilə atılması müəyyən edildi. Həmin DVD diskdə 5-ci fayl videofayldır. Həmin fayla baxış zamanı avtmobillə yol gedilməsi müəyyən onu izlənilməsini bildirməsi müəyyən edilmişdir. Həmin DVD diskdə 6-ci fayl videofayldır. Həmin videofayla baxış zamanı müəyyən edildi ki, avtomoillə polis şöbəsinin inzibati binasının qarşısına gəlmələri və dayanmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş videofayla baxıldıqda müəyyən edildi ki, DVD diskdə 1 ədəd videofayl vardır. Həmin fayla baxış zamanı Təqsirləndirilən şəxs1 tərəfindən çəkiliş aparması həmin çəkiliş zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nə üçün sosial yardım təyin olunması qarşılığında 400 manat rüşvət istəmələrini soruşması, Təqsirləndirilən şəxs2 da ondan 400 manat pul istədiklərini bildirməsi, daha sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oradan uzaqlaşması həmin vaxt avtomobilə mindikləri müəyyən olunmuşdur. İş üzrə xx.xx.2024-cü cü il tarixli 85 nömrəli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Kia Cerato” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində 900 manat zərər müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun X6 Müayinəsi üzrə Mərkəzi Fillialının xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 2024-cü ilin 16 sentyabr tarixindən 4 gün müddətinə Mingəçevir şəhərinə ezam edilmişlər. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə X2 şəhər üzrə bölməsi tərəfindən verilmiş 17 yanvat 2025-ci il tarixli, 116 saylı arayışdan görünür ki, Məmmədov X3 şəhəri Az.Dres Vaqonlar qəsəbəsində müvəqqəti qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Məmmədov X3 şəhəri Az.Dres Vaqonlarda yaşayır. Onun haqqında Dövlətqaçqınkomun Mingəçevir şəhər nümayəndəliyinə heç bir şikayət daxil olmayıb. xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Kazımova X1 şəhəri, Vaqonlar yaşayış massivində olduğu müddətdə onun haqqında 4 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmayıb. 4 saylı MİS tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli, 77 saylı arayışdan görünür ki, Kazımova X1 şəhəri, Az.Dres vaqonlar qəsəbəsində yaşayır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi 24 aprel 2025-ci il tarixli ərizədə göstərmişdir ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmiş, onlarla barışmış, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi 24 aprel 2025-ci il tarixli ərizədə göstərmişdir ki, təqsirləndirilən şəxslərlə barışmış, onlardan şikayət və tələbi yoxdur. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2009-cu il təvəllüdlü Nuray, xx.xx.2011-ci il təvəllüdlü Günay və xx.xx.2019-cu il təvəllüdlü Uğur adlı uşaqları vardır. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2009-cu il təvəllüdlü Nuray, xx.xx.2011-ci il təvəllüdlü Günay və xx.xx.2019-cu il təvəllüdlü Uğur adlı uşaqları vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arxiv arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam RPŞ-nin xx.xx.1993-cü il tarixli 47 nömrəli ş/h üzrə əmri ilə 19 gün və xx.xx.1993-cü il tarixli 49 nömrəli ş/h üzrə əmri ilə 5 gün müddətdə erməni işğalçılara qarşı döyüşlərdə iştirak etmişdir. 00059 nömrəli X4 İctimai Birliyinin vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Veteran” medalı ilə təltif edilmişdir. 30 dekabr 2020-ci il tarixli Ağdam rayon icra Hakimiyyəti tərəfindən verilmiş Fəxri Fərmandan görünür ki, Təqsirləndirilən şəxs1 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə fəal iştirakına görə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi sahəsində gördüyü işlərə görə təltif olunmuşdur. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmişlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə cinayət əməlini qismən etiraf etməsi və Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə cinayət əməlini etiraf etməməsi barədə ifadələrinə tənqidi yanaşır, müdafiə hüququnun təməl institutu kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onların bilə-bilə yalan ifadə vermələrinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmağa çalışırlar. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Həmin qərarın 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olmasını (CM-nin 59.1.4), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-nin 59.1.12), cinayət nəticəsində vurulmuş ziyanı tam şəkildə ödəməsini (CM-nin 59.1.13.), himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, 1-ci Qarabağ müharibəsi veteranı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-nin 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağının olmasını (CM-nin 59.1.4), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-nin 59.1.12), cinayət nəticəsində vurulmuş ziyanı tam şəkildə ödəməsini (CM-nin 59.1.13), himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-nin 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cinayəti öz qulluq borcunu yerinə yetirən şəxsə qarşı törətməsi (CMnin 61.1.8) onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs2 cinayəti öz qulluq borcunu yerinə yetirən şəxsə qarşı törətməsi (CMnin 61.1.8) onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, əvvəllər cinayət əməli törətməsini nəzərə alaraq onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsindən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığnda olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ilk dəfə cinayət törətməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində Azərbaycan Respublikası CM–nin 70–ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməli, Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində üzərinə, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM–nin 70–ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-86/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-86/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver